Azəri   Русский   English   Bütün ölkələrin proletarları, birləşin! Bizimlə əlaqə: email:info@kommunist.az; tel:(+994 55) 730 09 13;  
Şəxsiyyətlər
Mehdi Hüseynzadə   
Babək Xurrəmi   
Fridrix Engels   
Karl Marks   
Nəriman Nərimanov   
Çingiz İldırım   
Xəbərlər
Tədbirlər   
Daxili   
Media
Kominform   
Qırmızı tribuna   
Çağırış
Haqqında
Məqalələr
Partiyamız
Proqramı   
Proqramın izahı   
Qırmızı arxiv   
Tarixi   
Mövqe   
Müraciət   
Aprel İnqilabı   
Kitabxana
Klassiklər
Aze
Rus
Müasirlər   
Bədii   
Kommunar nəşriyyatı   
Əlaqələr
Çe fan klubu   
AUSF   
YNAK Gənclər təşkilatı   
ÜDGİ   
Solidnet   
Sol mədəniyyət
Məlumat   
Videolar   
Audiolar   
Seçmələr
M.Ə.Sabir
Məqalələr   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Axtarış
 
 
 
 
 
 
 
Xəbərlərə abunə olun
 
 
 
 
 
YNKAP-yə üzvlük
 
 
 
 
 
 
 

Media -> Qırmızı tribuna
26/03/2009 (17:37)
Xalq cümhuriyyəti, yoxsa müstəmləkə polis rejimi?

   Məlum olduğu kimi prezident fərmanına əsasən Müsavat hakimiyyətinin 90 illik yubileyi dövlət bayramı səviyyəsində qeyd edilməkdədir. Belə bir ərəfədə Müsavat respublikasının «xidmətlərinə» ötəri də olsa nəzər salmaq yerinə düşərdi. Bu həm də özünü 1918-20-ci illər «Xalq» Cümhuriyyətinin varisi elan etmiş mövcud hakim rejimin mahiyyətini açmaq üçün olduqca vacibdir. İndi görün onlar hansı tarixi və nə üçün bayram edirlər.
    Bayram kimi qeyd edilən bu tarix İrəvan şəhəri də daxil olmaqla bütövlükdə İrəvan mahalının müsavatçılar tərəfindən paytaxt olaraq daşnak Ararat Respublikasına hədiyyə edildiyi gündür. Və heç şübhəsiz ki, qaynanası erməni olan yüksək vəzifəli məmurlarımız bu tarixdə həm də İrəvanın ermənilərə paytaxt kimi verilməsinin 90 illik yubileyini də bayram etmiş olacaqlar. İndi isə 90 il əvvələ tarixi ekskurs edək, görək bu tarixdə bayram ediləcək nə var?!!
    1. İrəvan şəhəri mahalla birlikdə Ararat respubliuasına verilir (may 1918).
    2. 1919-cu ilin oktyabrında Ararat respubliuasıyla Müsavat hökuməti arasında bağlanmış gizli separat sazişə əsasən Zəngəzurun deyure və defakto ermənilərə verilməsinin əsası qoyuldu. Azərbaycan ordusu Zəngəzurdan çıxarılır, ermənilər isə bundan istifadə edərək Zəngəzuru ələ keçirib azərbaycanlılar yaşayan kəndləri xaraba qoydular.
    3. Ümumilikdə 23 aylıq Müsavat hakimiyyəti zamanı Azərbaycanın 44 min km2 ərazisi (Aleksandropol (Gümrü), İrəvan, İçmədzin, Sürməli, Zəngəzur, Göyçə mahalı da daxil olmaqla 28,7 min km2 ərazi ermənilərə, Borçalı, Qarayazı və Sığnaq olmaqla 8,7 min km2 ərazi gürcülərə, Dərbənd isə ruslara) güzəştə gedilmişdir. Haşiyə çıxaraq bir faktı da qeyd edək ki, Nərimanov Azərbaycanda hakimiyyətə gələn kimi onun ilk notası Ararat respublikasına ordusunu Zəngəzurdan və Qarabağın bir hissəsindən qeyri-şərtsiz çıxarmasıyla bağlı olub. Bu isə o deməkdir ki, Müsavat hakimiyyəti zamanı Zəngəzur artıq ermənilər tərəfindən faktiki olaraq işğal olunmuşdu.
    4. Beləliklə də Müsavat hökuməti 1500 ildən sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanıdı və İrəvan şəhərini ermənilərə paytaxt olaraq bağışladı.
    5. Müsavat hakimiyyəti zamanı ordu birlikləri kasıb fəhlə-kəndlilərin aclıqdan və xəstəlikdən kütləvi surətdə məhv edildiyi cəza katorqalarını xatırladırdı. Orduda bir nəfər də olsun nə xan, nə bəy, nə mülkədar, kapitalist övladı qulluq etmirdi. Zənginlər rüşvət hesabına orduda qulluqdan yayınır, onların yerinə isə kasıb ailələrin uşaqları göndərilirdi, fərarilik kütləvi hal almışdı. Hərbi nazir Səməd bəy Mehmandarov parlamentdəki çıxışında deyirdi: «…Rəislər və komandanlar öz vəzifələrindən sui istifadə edirlər, bir çox külfətin yeganə çörəkgətirənini əsgərə alırlar… Hər yerdə kasıblar əsgər alınırlar, heç yerdə qoşun içində bir dövlətli ya bəy, ya xan oğlu görmədim».
    Mehmandarovun sözünə qüvvət olaraq sadəcə bir faktı xatırlatmaq kifayətdir ki, Müsavat hökumətinin gerçək sosial xarakteri açılmış olsun. Beləki Şubanı mədəninin sahibi Xudabaş öz fəhlələrindən birini diri-diri neft quyusuna atıb öldürür. Böyük bir külfət mərhum neftçinin yeganə oğlunun ümüdünə qalır. Hökumət çoxlu külfətin bu yeganə çörəkgətirənini başqa bir dövlətlinin oğlunun yerinə zorla əsgərə aparır.
    Bu tip tükürpədici yüzlərlə, minlərlə faktın fonunda əgər müsavatçilar öyünürlər ki, 40 minlik ordu yaradıblarmış, əmin ola bilərsiniz ki, bu elə 40 min ailənin faciəsi demək idi. Milyonçuların, bəylərin, mülkədarların övladları rüşvətlə hərbi xidmətdən yayınıb kazinolarda, pritonlarda eyş-işrətlə məşğul olduqları halda, yoxsulların övladları onların əvəzinə orduda aclıqdan və xəstəlik ucbatından kütləvi surətdə tələf olurdular. Hətta elə olurdu ki, 40-50 nəfər əsgərin cəsədini kəfənsiz-filansız toplu halda bir xəndəyə atıb basdırırdılar. Təbiiki onların yetim və külfətlərinin arzu və ümüdlərini də.
    6. Yaradılmış oyuncaq parlamentin 85%-i böyük mülkədarlar, zəngin kapitalistlərdən, 5%-i əlbuyruğu ruhanilərdən, 10%-i isə əksəriyyəti bəy, xan övladı olan ziyalılardan ibarət idi. Parlamentdə xalq iradəsinin təmsili sadəcə olaraq sıfır vəziyyətindəydi. Parlament, əslində isə «milyonçular klubu» o qədər hörmətsiz bir qurum idi ki, hətta Hacı Zeynalabdin Tağıyev onu həqarətlə «söhbətxana» adlandırır və qızların təhsili üçün tikdirdiyi binada parlamentin yerləşdirilməsinə kəskin qarşı çıxırdı. Tağıyev deyirdi: «…Mən bu mülkü qızbalalar üçün tikdirmişəm ki, oxuyub gözləri açılsın, siz binanı döndərmisiniz söhbətxanaya. Belə müsibət olmaz axı».
    7. «Demokratik» olduğu iddia edilən Müsavat hökuməti zamanı, hətta 10 nəfərin bir yerə toplaşması belə qadağan idi. Ən maraqlısı isə odur ki, bu qadağanı azad olduğu iddia edilən dövlətin vətəndaşlarına ingilis komandanlığı tətbiq edirdi.
    8. Müsavat quraması zamanı ingilislər istədiyi Azərbaycan vətəndaşını həbs edir, məhkəməsiz-filansız ölkədən sürgünə göndərirdilər, sonra məlum olmuşdur ki, ingilis represiyasına məruz qalanların heç bir suçu yox imiş.
    9. İngilis generalı Tomsonun icazəsi olmadan parlament üzərində bayraq qaldırıla, Tomsonun təyin etdiyi vaxdan çox iclas davam etdirilə bilməzdi.
    10. «Demokratik» olduğu iddia edilən bu vassal respublika mövcud olduğu müddət ərzində bir dəfə də olsun seçki keçirmədi, pulun var idisə deputat, hətta nazir də ola bilərdin.
    11. Qadınlara siyasi hüquqların verildiyi iddia edilirdi, amma qadınlar nə mitinqə, nə tətilə, nə də gəzintiyə çıxa bilmir, toplantılara, kütləvi ictimai-mədəni tədbirlərə buraxılmırdılar. Mollalar zorla onların küçədə başına çadra örtür, dikdaban ayaqqabıların dabanları qoçu xəncərləriylə kəsilib atılır və bu işdə ruhanilər, qoçular, müsavat polisi həmrəy hərəkət edirdilər.
    Zəngin, milyonçu arvadlarına hər şey; geyim, parkda, bulvarda gəzmək, kişilərlə bir məclisdə əylənmək, bir sözlə, hər şeyə icazə verildiyi halda, yoxsul təbəqənin qadınları Müsavat polisinin, axundların, qoçu dəstələrinin təzyiqi ucbatından heç bir kütləvi ictimai-mədəni tədbirə qatıla bilmirdilər.
    Azərbaycan tarixində ilk dəfə çadralı qadınlar 1919-cu ildə Hümmət kommunist təşkilatının rəhbərliyiylə ilk siyasi aksiyalara, mitinqlərə qatıldılar və bu tədbirlər Müsavat polisi tərəfindən dağıdıldı.
    12. Demokratik hesab olunan bu vassal respublikada kommunistlər kisələrə salınıb dənizə atılır, dar ağacından asılır, xəncərlə başları kəsilirdi. Xanların, bəylərin qoçu dəstələri siyasi cəhətdən fəal fəhlə və kəndliləri güllələyir və buna görə heç bir cinayət məsuliyyətinə cəlb olunmurdular.
    13. Siz bir dövlət təsəvvür edin ki, öz müstəqilliyini Osmanlı zabitindən izin aldıqdan sonra elan etmişdir, siz bir «müstəqil» dövlət düşünün ki, o öz parlamentini təsis etmək üçün ingilis generalından icazə alır, özünün xəbəri olmadan ərazisinin böyük bir hissəsi general Tomson tərəfindən ermənilərə verilir(1919), onun ərazisində onun əleyhinə iş aparan ingilis cəsuslarını həbs etməyə səlahiyyəti çatmır, siz bir hökumət düşünün ki, onun Bakı küçələrində srxoşluq edən ingilis əsgərləri tərəfindən təhqir olunan qadınlarını qorumağa cəsarəti çatmır, onun parlamenti üzərində bayrağının neçə saat dalğalana biləcəyini ingilis generalı müəyyən edir.
    14. Azad olduğu iddia edilən bu ölkənin vətəndaşlarını Osmanlı əsgərləri küçədə lüt-üryan soyundurub şallaqlayır, hətta evində bir günlük ehtiyacdan çox ərzağı olanları (təbiki bu milyonçulara, zənginlərə aid deyildi) dar ağacından asırdılar.
    15. Fövqəladə vəziyyət elan olunmuş, söz mətbuat azadlığı, tətillər qadağan edilmişdi. Hər yerdə dar ağacları qurulur, səhra məhkəmələri yaradılır, güllələnmələr üçün xəndəklər qazılırdı.
    Müsavatçıların bu sadalananlarla müşayət olunmuş 23 aylıq hakimiyyətləri ərzində 5 dəfə hökumət böhranı baş vermişdir ki, axırıncı hökumət 1920-ci il 27 aprel səhəri istefa etmişdir. Kommunistlər hakimiyyəti parlamentdən tələb edəndə defakto və deyure Azərbaycanda hökumət mövcud deyildi. Bu müsavatçıların artıq ölkəni idarə etmək iqtidarında olmadıqlarının bariz sübutu idi.
    Bütün bu üzqızardıcı nöqsanları sadalamaqla təbiiki biz «28 May»ın üzərindən qara xətt çəkmək niyyətində deyilik. Erməni və gürcülərin müstəqillik elan etdikləri bir zamanda Azərbaycanın da analoji addım atması gələcək Azərbaycan Respublikasının mövcudiyyəti üçün zəruri bir addım idi. Amma bu dövrün ideallaşdırılması, istiqlal, xalq hakimiyyəti, demokratiya kimi pafoslu ifadələrlə xarakterizə olunması qətiyyən tarixi faktlarla üst-üstə düşmür və ən azından siyasi saxtakarlıqdır.
   
    Nəticə: Bəli, 90 il əvvəl Azərbaycanda istiqlal pərdəsiylə ört-basdır edilmiş bir müstəmləkə polis üsul-idarəsinin ağ terror qanunları hökm sürürdü. Müsavat hökuməti hakimiyyətinin ildönümünü dar ağaclarıyla, onun siyasi varisləri isə 90 illik yubileylərini kommunist abidələrinə qarşı represiya və vandalizmlə qeyd edirlər, həm də xalqın əzablarına gülərcəsinə!

Məqalə 1151 dəfə oxundu
 

Məqaləyə münasibətiniz:
Adınız:
Soyadınız:
Email
Münasibətiniz:
 
Əsas səhifəyə keçid Seçilmışlərə əlavə et Start səhifəsi et
 
 
 
 
Günün şüarı
 
Müstəqil, Nümunəvi, Sosialist Azərbaycan uğrunda!
 
 
 
 
 
 
 
Şəxsiyyətlər
 
Nəriman Nərimanov
 
 
 
 
 
 
Videoarxiv
 
 
Audioarxiv
 
 
Fotoarxiv
 
 
Xəbər arxivi
 
<<< 2010 >>>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 
 
 
Qarabağı unutma!
 
 

Xocəvənd

Xankəndi  

Xocalı  

Şuşa

Laçın

Kəlbəcər

Ağdərə

Ağdam

Cəbrayıl

Füzuli

Qubadlı

Zəngilan

18/11/1991

26/12/1991

26/02/1992

08/05/1992

17/05/1992

02/04/1993

07/07/1993

23/07/1993

23/08/1993

23/08/1993

31/08/1993

29/10/1993

 
 
 
 
Saytı hazırladı: -= Elsən Quliyev (Bakı,Azərbaycan) =-  E-mail: e5-q5@rambler.ru;