|
26/03/2009 (17:46) Yeni Nəsil Azərbaycan Komunist Partiyasının mövqeyi
Yeni Nəsil Azərbaycan Komunist Partiyası – Azərbaycanda mövcud satqın-ekspansiv burjua rejiminə qarşı mübarizə aparan yeganə ortodoksal (doqmaçı yox, təməl prinsiplərə sədaqət, bağlılıq anlamında) kommunist təşkilatıdır. Təşkilatın ideya əsası 2005-ci il martın 11-dən, çağdaş Azərbaycan tarixində hakim rejimə qarşı açıq müxalif mövqe ortaya qoymuş «Çağırış» qəzetinin nəşrə başladığı gündən qoyulmuşdur. «Çağırış» qəzetinin redaksiya heyəti əsasında tədricən ilk təşkilati özək formalaşmış, hərəkat özünün dərnəkçilik mərhələsinə qədəm qoymuşdur. 2008-ci ilin əvvəlindən etibarən isə Yeni Nəsil Azərbaycan Komunist hərəkatı partiya təşkilatı kimi formalaşma mərhələsinə start vermişdir.
Partiyanın siyasi orqanı «Çağırış» qəzetidir.
Təşkilatımız xarakter və məqsədi etibarilə bütün ölkələrin beynəlxalq kommunist hərəkatının bir hissəsidir və həmin hərəkata daxildir. Hərəkatımız məzmunca sinfi, mahiyyətcə ümumbəşəri, formaca millidir.
YNAKP kommunist təriqətçiliyinə;-maoist, stalinist, qevarist, trotskist və s. bu kimi parçalanmalara, bölgülərə qarşı kəskin mübarizə aparır və özünü marksist ideologiyanın təməl prinsiplərinin daşıyıcısı hesab edir.
Tək ideologiya, tək hədəf!
|