|
02/04/2009 (18:14) Unutma!!!
«Ermənistan federasiyası yaratmaqdan ötrü
onlara siyasi mərkəz lazımdır. Aleksandrapol türklər
tərəfidən tutulduğundan belə bir siyasi mərkəz ancaq
İrəvan şəhəri ola bilər, ona görə bu şəhərin ermənilərə
güzəştə gedilməsi labüddür»
(Fətəli Xan Xoyski, Milli Şuranın iclasındakı çıxışından,
29 may 1918-ci il)
Azərbaycan 1918-1920-ci illərdə cəmi 23 ay hakimiyyətdə olmuş Milli hökumətin (Müsavat) hakimiyyəti zamanı ərazisinin 4/1-ni itirmişdir:
1.1918-ci ildə Müsavat hökuməti qədim Azərbaycan torpaqları olan Aleksadropol (Gümrü), İçmədzin, Sürməli və s. olmaq şərtiylə 8,7 min km2 ərazidə erməni Ararat Respublikasının yaradılmasını tanıdı.
2.1918-ci il mayın 30-da Müsavat hökuməti Milli Şuranın ilk iclaslarının birində bütöv İrəvan mahalı daxil olmaqla İrəvan şəhərini erməni hökumətinə paytaxt olaraq verilməsi barədə qərar çıxardı. Beləliklədə daha 10 min km2 Azərbaycan torpağı Ararat Respublikasına bağışlandı.
3.1918-ci il Müsavat hökumətinin razılığı ilə Borçalı, Qarayazı, Sığnax daxil olmaq şərtiylə daha 8,7 min km2 ərazi Gürcüstana verildi.
4.Dərbən də daxil olmaqla 7 min km2 ərazi Milli hökumət tərəfindən Rusiyaya güzəştə gedildi.
5.1919-cu il noyabrın 23-də Ararat-daşnak Respublikasıyla Müsavat hökumətinin imzaladağı separat sazişə əsasən daha 10 min km2 Azərbaycan ərazisinin (Zəngəzur və ətrafı) türk torpağı olması «şübhə» altına alındı və Milli hökumət ordunu xəyanətkarcasına Zəngəzurdan çıxardı. Nəticədə ermənilər Zəngəzuru ələ keçirib azərbaycanlı kəndlərini darmadağın etdilər.
Beləliklədə Müsavatın 23 aylıq hakimiyyəti zamanı Azərbaycan 44 min km2 ərazisini itirdi və Rəsulzadə başda olmaqla Milli hökumət 1500 il sonra Azərbaycan torpaqlarında Erməni dövlətinin yaradılmasını tanıdı.
Özlərini 1991-ci ildə «Milli hökumətin» siyasi varisi elan edənlərin hakimiyyəti zamanı isə Azərbaycan daha 16 min km2-lik ərazisinin işğalı faktıyla üz-üzə qaldı. Deməli ümumilikdə 60 min km2 ərazi itkisi; hansıki Gürcüstan Respublikasının ərazisiylə müqayisə oluna bilər.
Bu həmçinin psevdo (yalançı) millətçilərin Azərbaycan xalqına xəyanətinin miqyasıdır.
Nərimanov və Dağlıq Qarabağ məsələsi
Çox yox, elə 1 il bundan öncə indiki Sahil bağında «Çağırış» qəzetinin aprel nömrəsini əhali arasında yayarkən bir nəfər yaşlı kişi bizə yaxınlaşdı və bizdən qəzetdən bir nüsxə istədi. Heç şübhəsiz ki, qocanın diqqəti qəzetin ilk səhifəsindəki Nərimanov portreti cəlb etmişdir. Yaşlı kişi Nərimanovun portretinə diqqətlə baxdıqdan sonra bizim heç gözləmədiyimiz bir ifadə işlətdi: «Qarabağı ermənilərə Nərimanov verib». Bizim bütün izahatlarımıza baxmayaraq bu inadkar qoca korlanmış valoxuyan kimi elə hey eyni sözləri təkrar edirdi: «Qarabağı ermənilərə Nərimanov satıb», «bu gün biz onun bəlasını çəkirik», «gərək öləydi, amma Muxtar Vilayətin yaradılmasına qol çəkməyəydi» və s. bu kimi bir qisim əsilsiz ittihamlar.
Təbiiki bu təkcə bir nəfərin, həmdə təkcə bir nəfərə – Nərimanova olan münasibət deyil. Bu günümüzdə bir çoxlarının Nərimanovun timsalında ümumilikdə kommunistlərə münasibətdir, hansı ki, öz qidasını cahillikdən və bilgisizlikdən almaqdadır. Əslində isə Nəriman Nərimanov başda olmaqla yerli kommunistlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həmişə yorulmadan mübarizə aparmışdılar. Məhz istər 1921-ci ilin iyunun 27-də AK(b)P MK-da, istərsədə 1921-ci ilin 4 iyununda RK(b)P-nin Qafqaz bürosunun plenumunda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planları azərbaycanlı kommunistlərin inadlı müqaviməti nəticəsində iflasa uğradılmışdır. Hətta RK(b)P Qafqaz bürosu 4 iyun 1021-ci il tarixli plenumunda «Dağlıq Qarabağın Ermənistan SSRİ-nin tərkibinə daxil edilməsi» haqqında qərar qəbul etsədə, Nərimanovu qəti etirazları nəticəsində Stalin, Orconekidze, Nazaretyan başda olmaqla Qafqaz bürosu məsələyə yenidən baxmağa məcbur oldu və iyunun 5-də qərar ləğv edildi. Bütün planlarının Nərimanov tərəfindən alt-üst edildiyini görən plenum iştirakçıları başda erməni Nazaretyan olmaq şərtiylə son çarəyə baş vuraraq Dağlıq Qarabağa Azərbaycanın tərkibində qalmaq şərtiylə geniş muxtariyyat verilməsi barədə yeni qərar qəbul etdilər. Hansı ki, plana görə tarixən türk şəhəri olan və türk əhalisinin üstünlük təşkil etdiyi Şuşa şəhəri həmən geniş muxtariyyatın mərkəzi olmalıydı. Amma Nərimanovun və azərbaycanlı kommunistlərin ciddi müqaviməti ilə qarşılanan bu qərar da bir müddət icra oluna bilmədi. Nərimanovun bu və buna bənzər planlar qarşısında əngələ çevrildiyini görən Orconekidze onun Azərbaycandan uzaqlaşdırılması ssenarisini həyata keçirməyə başladı. Məhz 1922-ci ilin dekabrında məqsədli surətdə Orconekidze tərəfindən namizədliyi SSRİ Mərkəzi İcrayə Komitəsi sədrliyinə irəli sürülən Nərimanovun bu adla Mərkəzə aparılması, bu planın tərkib hissəsi idi və yalnız bundan sonra Nərimanovun yoxluğundan istifadə edən Mirzoyan, Davıdov, Orconekidze və Kirov 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail ola bildilər ki, onlara da, Əliheydər Qarayev, Ruhulla Axundov, Mirzə Davud Hüseynov kimi simasızlar sürüsü dəstək verdilər, hansı ki, onların heç biri bolşevik deyildilər. Belə ki, Ə. Qarayev köhnə menşevik, R.Axundov eser, M.D.Hüseynov isə keçmiş müsavatçı olmuşdur.
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barəsində sonralar Nərimanov belə yazırdı: «Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlərini özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi».
Dağlıq Qarabağ Muxtar Vilayət elan edilsə də azərbaycanlı kommunistlərin müqaviməti nəticəsində onun Ermənistana birləşdirilməsinə yol verilmədi və yalnız Sosialist Respublikasının süqutundan sonra milli xəyanət hökumətlərinin səriştəsiz idarəçiliyi Qarabağın Ermənistan tərəfindən işğalıyla nəticətəndi. Buna görə isə kommunistlər yox, yalançı millətçilər məsuliyyət daşıyırlar.
|