|
02/04/2009 (18:17) Sos…sos…sos
Kapitalizmə qayıdış Azərbaycan xalqına yüz milyardlarla dollar iqtisadi zərər və saysız-hesabsız sosial hüquqların, güzəştlərin itirilməsi hesabına başa gəldi:
1.Azərbaycan iqtisadiyyatı Sosialist Respublikanın süqutundan ötən hər il orta hesabla 30 milyard dollar, ilk 15 il ərzində isə toplam olaraq ən azı yarım trilyon dollar pul itirmişdir.
Ən bəsit hesablamalar belə göstərir ki, əgər Azərbaycan Sosialist Respublika zamanındakı iqtisadi potensial və iqtisadi artım tempini qoruyub saxlaya bilsəydi bu gün ölkənin ÜDM istehsalı illik 70-80 milyard dollar təşkil edərdi.
2.Kolxoz və sovxozların dağıdılıb talan edilməsi nəticəsində 1991-2005-ci illərdə Azərbaycan iqtisadiyyatına 100-150 milyard dollar iqtisadi ziyan dəymişdir.
Sosialist Respublikanın hakimiyyəti zamanı 4 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edən Azərbaycan bu gün cəmi 1,6-1,8 milyard dollarlıq məhsul istehsal edir. Aqrar islahatlar adı altında kənd təsərrüfatı elə tənəzzülə uğradıldı ki, indi bu sektordan dövlət büdcəsinə heç bir dollar da vəsait daxil olmur. Deməli «aqrar islahatlar» nəticəsində ölkə iqtisadiyyatı hər il milyardlarla dollar pul itirir.
3.Azərbaycanda tekstil sənayesinin çökdürülməsi ölkə iqtisadiyyatına son 17 il ərzində 50-100 milyard dollar arası iqtisadi ziyan vurmuşdur.
Sosialist Respublika hakimiyyəti zamanı hər il 3 milyard dollarlıq tekstil məhsulu ixrac edən Azərbaycanda bu gün bu sektor tamamilə tənəzzülə uğramış vəziyyətdədir. Nəticədə ölkə iqtisadiyyatı hər il milyardlarla dollar pul itirir.
4.Təkcə Sumqayıt şəhərinin sənaye potensialının dağıdılmasından Azərbaycan iqtisadiyyatı son 17 il ərzində 50-100 milyard dollar arası pul itirmişdir.
Sosialist Respublika hakimiyyəti zamanı hər il 3,5 milyard manatlıq məhsul istehsal edən şəhər bu gün cəmi 700 milyon dollarlıq, yəni Sovet dövrüylə müqayisədə 5 dəfə az sənaye məhsulu istehsal edir.
5.Azərbaycan iqtisadiyyatının 75%-i xarici kapital tərəfindən ələ keçirilmişdir:
İndi ölkə iqtisadiyyatının 43-ü əcnəbilərin cibinə işləyir;
Azərbaycanın neft gəlirlərinin yarıdan çoxu (2006-cı ildə bu göstərici 87% olmuşdur) xarici ağalar tərəfindən mənimsənilir;
Azərbaycanın ən sanballı neft yataqları xarici kapitalın nəzarətindədir;
2008-ci ildə xarici kapitalistlərin Azərbaycan neftindən qazancları orta hesabla 20 milyard dollar təşkil edəcək.
6.Azərbaycanın ən zəngin qızıl yataqları ingilis-amerikan şirkətləri tərəfindən ələ keçirilib.
Nəticədə hər il Azərbaycandan 6-7 ton qızıl, 41 ton gümüş, on min tonlarla mis xarici şirkətlər tərəfindən çıxarılıb aparılacaq. Ümumilikdə isə yaxın 30 il ərzində ingilislər Azərbaycandan qarşılığında heç bir qara qəpik də ödəmədən 200 ton qızıl, 1250 ton gümüş, 700 min ton mis çıxarıb aparacaqlar.
7.Azərbaycanın ən böyük aliminium, dəmir filiz yataqları əcnəbilər tərəfindən ələ keçirilmiş vəziyyətdədir.
Bu yataqların istismarı nəticəsində tam istehsal prosesindən keçirildikdən sonra xarici kapitalistlər Azərbaycandan hər il 1 milyard dollarlıq polad, yarım milyard dollarlıq isə aliminium ərintisi aparacaqlar.
8.Kapitalizmə qayıdışla əlaqədar olaraq xalqın pulsuz mənzil, pulsuz təhsil, dövlət pensiya, təminatlı əmək, pulsuz səhiyyə hüquqları, saysız-hesabsız sosial güzəştləri əlindən alındı, bu hüquqların realizəsinə yönələn milyardlarla vəsait, ictimai-istehlak fondları «mənfəət» şəklində biznesmenlər sinfinə güzəştə gedildi.
Bir tək pulsuz mənzil hüququnun və mənzil fondlarının ləğvi hər il əhalinin təminatından 1-1,5 milyard dollar vəsaitin oğurlanması deməkdir. Bu misilsiz oğurluğu Azərbaycan dövləti «azad sahibkarlıq» adı altında qanuniləşdirdi.
9.Kapitalizmə keçidlə əlaqədar olaraq qiymətlərin liberallaşdırılması nəticəsində əhalinin Sovet banklarındakı 6,2 milyard manatlıq vəsait «yanaraq» öz alıcılıq qabiliyyətini tamamilə itirdi. Bir imzayla milli xəyanət hökumətləri xalqın 70 illik sərvətini bax belə oğurladılar.
|