Azəri   Русский   English   Bütün ölkələrin proletarları, birləşin! Bizimlə əlaqə: email:info@kommunist.az; tel:(+994 55) 730 09 13;  
Şəxsiyyətlər
Mehdi Hüseynzadə   
Babək Xurrəmi   
Fridrix Engels   
Karl Marks   
Nəriman Nərimanov   
Çingiz İldırım   
Xəbərlər
Tədbirlər   
Daxili   
Media
Kominform   
Qırmızı tribuna   
Çağırış
Haqqında
Məqalələr
Partiyamız
Proqramı   
Proqramın izahı   
Qırmızı arxiv   
Tarixi   
Mövqe   
Müraciət   
Aprel İnqilabı   
Kitabxana
Klassiklər
Aze
Rus
Müasirlər   
Bədii   
Kommunar nəşriyyatı   
Əlaqələr
Çe fan klubu   
AUSF   
YNAK Gənclər təşkilatı   
ÜDGİ   
Solidnet   
Sol mədəniyyət
Məlumat   
Videolar   
Audiolar   
Seçmələr
M.Ə.Sabir
Məqalələr   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Axtarış
 
 
 
 
 
 
 
Xəbərlərə abunə olun
 
 
 
 
 
YNKAP-yə üzvlük
 
 
 
 
 
 
 

Kitabxana -> Müasirlər
02/04/2009 (19:22)
33 suala kommunistin 33 cavabı

   İşçi! Milli sərvətin tək və gerçək yaradıcısı. Ən dahi alim beyninin layihəsi belə sənin əməyin tətbiq edilmədiyi müddətcə dəyərsiz kağız parçasıdır. Yalnız sənin əməyin ölüyə can verən dirilik suyu kimi sirayət etdiyi hər yerdə sərvət və gerçək dəyər yaradır. Bütün ölkə, bəşəriyyət ancaq sənin əməyinin hesabına tərəqqi və inkişaf edir. Bu o əməkdir ki, sən onun hesabına Sovet İttifaqı dövründə pulsuz səhiyyə, pulsuz təhsil, pulsuz mənzil və saysız hesabsız güzəştlər almışdın. Bu günsə sənin bu hüquqların əlindən alınmış və bir parça çörəyə, əzələni satacaq bir işə və ən dəhşətlisi isə kimlərinsə mərhəmətinə möhtacsan. İndi sənin əlindən alınmış hüquqların (mənzil fondun, təhsil fondun, səhiyyə fondun) sərvət şəklində harın sahibkarların cibinə axır. İndi sən özünü, övladını müalicə etdirmək üçün televiziya ekranlarından göz yaşları içərisində mərhmət dilənirsən. Sənin əməyini mənimsəyib şişənlər isə sənin hesabına sərvət gölündə üzürlər. Sən qan qusanda onlar bank hesablarına yığın-yığın sərvət «qusurlar».
    Məhkum edildiyin daxmadan başını çıxarıb ətrafında ucalan göydələnlərə, villalara bax. Onlar sənin oğurlanmış hüquq və azadlıqlarındır. Onlar nə qədər böyük və dəb-dəbəlidirsə, sən bu dəb-dəbənin fonunda bir o qədər cılız, təhqir olunmuş və hüquqsuzsan. Bu hüquqsuz və miskin həyatına baxıb dəhşətə gəl.
    Hər cür sərvətin yeganə mənbəyi - işçi! Sənin əməyin qul əməyi kimi istismar olunur. Hər şey sənin əməyinlə yaranır, amma sən bunun müqabilində heç bir təminat almırsan. Bax! Mövcud rejimin «sütun»larına, bax onların dəb-dəbəli həyatına. Onlar sənin zəhmətinin nəticəsini yeyir. Bax! Vəkillərə, polisə, orduya, onlar da sənin əməyindən bəhrələnir. Bax! Şou-bitznes təlxəklərinə, bir gecədə göbək atıb avtomobil qazananlara, bax onların göbəyinə dollar basanlara. Zənginlərin iti-pişiyi belə səndən daha yaxşı həyat sürür. Bu quruluşun, bu rejimin nəzərində sənin it qədər də dəyərin yoxdur.
    Universitetlərdə «qaz» kimi yolunub ütülən tələbə! Universitet sənin cibini qırxandan sonra sənə əl boyda bir karton parçası verib ardından da bir təpik vurub tullayacaq təminatsız həyatın ağuşuna. Darvazanın kandarından sənin ümidsiz, sabahı məchul acı taleyin başlayacaq. Həyatın acı zərbələri addımbaşı hər tində sənnin mənliyini əzib, ayaqlayıb, mənəviyyatını eybəcərləşdirəcək. Simasızlaşmış, daxilən eybəcərləşmiş, mənən sınmış həyat sənin alın yazın olacaq. Təminatsız həyatın sərt sillələri; işsizlik, yoxsuzluq, ehtiyac, xəstə mühit sabahkı günə olan ümidlərini aşındırıb yox edəcək.
    Bəlkə düşünüb ola bilməz deyirsən? Hə, inkişaf etmiş avropalı həmfikirlərində sənin kimi düşünürdü. Artıq sənin bu cümlələri oxuduğun saat onlardan 95 nəfəri öz səhvlərini həyatları bahasına başa düşdülər. Belə ki, onlar son çarəni həyatlarına qəsddə gördülər. Bu cümlələri oxuyub düşündüyün hər saat kapitalist qərbi Avropada daha 95 nəfər bu aqibəti yaşayacaq və yaşayır. Bu isə qərbi Avropada hər il 100 minlərlə özünəqəsd və özünəqəsdə təşəbbüs deməkdir.
    Nə vaxtsa sənin də aqibətin belə olacaq. Özü də bilirsən niyə? Çünki cəmiyyətin 5-10% zəngin təbəqəsi lüks içərisində yaşasın deyə, hansısa biznesmen milyonlarla dollarlıq villada, 100-150 min dollarlıq avtomobillərdə qudurğan bir həyat yaşasın deyə.
    Gəncliyini cəmiyyətin tərəqqisinə qurban vermiş təqaüdçü, bütün mənalı ömrünü cəmiyyətin maariflənməsinə həsr etmiş müəllim, ömrü boyu insanların sağlamlığı keşiyində duran həkim, bilik və bacarığını quruculuğa sərf etmiş mühəndis, bu deyilən acı həqiqətlər sənin də aqibətindir.
    Problemlər çox, onların qurbanları daha çox, çıxış yolu isə təkdir. «Çağırış» qəzetinin çağırışına səs verən hər kəsi kapitalizmin «oğru qanunlarına» YOX deməyə çağırırıq.
    İsməti, namusu ayaqlar altına atılmış Azərbayjan qadını, bu qəzet sənin səsindir. Arvad tumanı satmağa məhkum edilmiş Azərbaycan kişisi, bu qəzet sənin səsindir. Səhərdən axşamadək hərbi əsir kimi işlədilən işçi qardaşım, bu «Çağırış» sənin çağırışındır. Qapılarda iş və mərhəmət dilənçisi edilmiş işsiz, bu «Çağırış» sənin harayındır. «Çağırış» qəzeti sizin səsiniz olacaq, sizin vəkiliniz olacaq. Biz sizə görüşməyə bir ünvan verdik, birləşməyin ünvanıdır «Çağırış». Biz ayrı-ayrılıqda heç nəyik. Amma bu ünvanda birləşəndə biz gücük, qüvvəyik. Sən bir damcısan rejim qarşısında, rejimsə qaya parçası. Təklikdə sən çox zəifsən, amma damcılar çoxalanda və onlar hamısı bir nöqtəyə vuranda qaya parçası oyulub deşilir. Bax burada atalar yaxşı deyib: «damcı daş dələr».
    Biz hamımız kapitalist bazar iqtisadiyyatının «oğru qanunlarına» YOX deyirik, siz də YOX deyin. BİRLİKDƏN QÜVVƏT DOĞAR !
   
    Sual 1. Karl Popper marksist fəlsəfəyə münasibətini açıqlayaraq yazırdı: «Marksizm – bu tamamilə yalan və çox iddialı (lovğa) nəzəriyyədir». Sizcə Popperin bu diaqnozu nə dərəcədə elmi əsasa malikdir və onun bu sözləriylə razılaşmaq olarmı?
   
    Cavab: Karl Popperin dediyi bu və bu qəbildən olan fikirlər onun azad iradəsinin yox, İngilis Kəşfiyyat İdarəsinin siyasi iradəsinin məhsuludur. Başqa sözlə o, bu qərəzli fikirlərini Amerika və İngilis Kəşfiyyat İdarələrinin sifarişiylə söyləmişdir. Hələ 1914-18-ci illərdədə I Dünya müharibəsi zamanı İngilis Kəşfiyyat orqanları qarşı düşmən cəbhədə yer almaş Osmanlı imperiyası əleyhinə siyasi propoqanda məqsədiylə sifarişli kitablar yazdırmışdırlar. Məsələn, dünyaca məşhur ingilis tarixçisi Arnold Toynbi kəşfiyyat orqanlarının sifarişi əsasında Osmanlı imperiyası əleyhinə «Mavi kitabça» adlı kitab yazmış və orada tamamilə uydurma, yalançı rəqəmlər və heç vaxt olmamış «faktlar» əsasında qondarma erməni soyqırımını əsaslandırmağa çalışmışdır ki, nə vaxtsa ingiliş kəşfiyyatının sifarişi ilə Osmanlı əleyhinə propoqanda məqsədiylə qələmə alınmış və heç bir reallığı əks etdirməyən bu «fırıldaqçı kitab» indi də erməni lobbisinin siyasi fəaliyyətinin əsasını təşkil etməkdədir. Məhz eyni ssenariylə, amma bu dəfə Sovet İttifaqı və kommunizm əleyhinə siyasi, ideoloji propoqanda üçün nəzərdə tutulmuş sifarişli kitabın yazılması Karl Popperə tapşırılır. Popper bu sifarişli propoqanda ədəbiyyatını 1943-cü ilə kimi yazıb qurtarır (Yeni Zellandiya) və müharibə başa çatandan sonra, 1945-ci ildə Londona qayıdaraq onu ingilis dilində nəşr etdirir.
    Beləliklə, Arnold Toynbi və onun qondarma erməni soyqırımına həsr etdiyi bədnam «Mavi kitabça» nə qədər cəfəngiyatdırsa, Karl Popperin də kommunist ideologiyası əleyhinə qələmə aldığı «Açıq cəmiyyət və onun düşmənləri» kitabı və o cümlədən orada gedən «Marksizm – bu tamamilə yalan və çox iddialı (lovğa) nəzəriyyədir» - kimi fikirləri bir o qədər cəfəngiyatdir, absurddur. Bu tip ittihamlar elmi əsaslara yox, siyasi təməllərə söykənir və sifarişli xarakter daşıdığından olduqca qərəzlidir, doğruluq ehtimalı sıfırdır.
    Təməl prinsipləri kəşfiyyat idarələrinin zirzəmilərində planlanmış və «soyuq müharibə» zamanı kommunist ideologiyası əleyhinə siyasi, ideoloji propaqanda aparmaq məqsədi daşıyan bu tip kitablar sifariş əsasında yazıldığından, Popper sadəcə olaraq marksizmi inkar etməyə məhkum idi. Çünki kəşfiyyat zirzəmilərindən sifarişlər bu yöndə gəlirdi. Necəki Arnold Toynbi öz elmi kimliyini ayaqlayaraq İngilis Kəşfiyyat orqanlarının sifarişiylə tarixdə heç bir zaman olmamış «erməni soyqırımı» məsələsini uydurub ortaya atmışdır, eləcədə eyni ssenariylə Popperdə kəşfiyyat idarəsinin sifarişiylə kommunizm əleyhinə «Açıq cəmiyyət» adlı qondarma ideologiyanı ortaya çıxarmışdır. Təsadüfi deyil ki, Popperin ölümündən sonra onun ardıcılları bu ideologiyanın yalan və soyuq müharibədə kommunizm əleyhinə propaqanda məqsədiylə, həm də sifarişli olaraq yaradıldığını açıqca etiraf etmişdilər. Belə olan təqdirdə kommunistlərin Popperin fikirlərini inkar etməyə heç lüzumda qalmır, onsuzda onlar özləri özlərini inkar etmişdirlər.
   
    Sual 2. Kommunist ideologiyası SSRİ – nin timsalında özünü doğrultmadı və süqut edib tarix səhnəsindən silindi. Bundan sonra bu ideologiyanı yenidən dirçəltməyə çalışmaq Şeyxnəsrullahlıq edib ölünü diriltməyə bənzəmirmi?
   
    Cavab: Bu cür düşünən insanlar çox elementar səhvə yol verirlər, ona görə də çıxardıqları nəticə elmi baxımdan yanlışdır. Bu səhv ondan ibarətdir ki, belələri Sovet İttifaqı ilə (SSRİ dövləti) kommunist ideologiyasını eyniləşdirirlər, ona görə də SSRİ – nin süqutunu Kommunist ideologiyasının tarix səhnəsindən silinməsi kimi başa düşürlər. Əslində isə Sovet İttifaqı və Kommunist ideolgiyası fərqli fenomenlərdir, bunları heç cürə eyniləşdirmək olmaz. Əvvəla Sovet İttifaqı siyasi sistem idi və onun kommunist ideologiyasının prinsipləri ilə üst-üstə düşməyən, belə demək mümkündürsə, daban-dabana ziddiyyət təşkil edən xüsusiyyətləri, nöqsanlı cəhətləri var idi ki, onun da süqutunu bu nöqsanlar şərtləndirdi, hansıki bu nöqsanların heç biri kommunist ideologiyasından irəli gəlmirdi. Başqa sözlə, belə demək mümkündürsə Sovet İtttifaqı və orada 70 il ərzində mövcud olmuş avtoritar inzibati-amirlik sosializmi Marksın və Engelsin elmi sosializm prinsiplərinin təhrif olunmuş, demonlaşmış, eybəcərləşmiş formasıydı. Məhz Sovet İttifaqının dağılmasınada səbəb kommunizm prinsiplərinin kobud surətdə pozulması oldu.
    Bundan başqa Marks vurğulayırdı ki, kapitalizmdən kommunizmə keçid son dərəcə çox müxtəlif siyasi formalar doğuracaqdır, məhz Sovet dövləti bu siyasi formalardan sadəcə biriydi. Bu formanın tənəzzülü onun kommunist ideologiyasına əsaslanmasından yox, bu ideologiyanın prinsiplərinin kobud surətdə pozulmasından irəli gəlirdi. Kommunist ideologiyasından bu cür kənara çıxmalar Sovet siyasi rejiminin xarakterindən tutmuş kollektivləşmə siyasətinə və millətlərarası münasibətlərə qədər demək olar ki, bütün sahələrdə özünü büruzə verirdi. Sovet İttifaqında sosialist demokratiyasının yerini avtoritarizm, ictimai idarə və ictimai nəzarətə əsaslanan təsərrüfat idarəçiliyi əvəzinə inzibati amirlik, millətlərarası toleyrantlığın, beynəlmləlçiliyin yerini isə «böyük qardaş» pərdəsi altında rus şovinizmi tuturdu. İndi mən sizdən soruşuram, bu nöqsanlardan hansının yaxından uzaqdan kommunist ideologiyasıyla əlaqəsi var? Əlbəttə heç birinin. Belə olan halda siyasi sistemin qüsurlarını, hətta ayrı-ayrı rəhbərlərin şəxsi nöqsanlarını belə ideologiyanın ayağına yazmaqla Kommunist ideologiyasını gözdən salmaq nə dərəcədə doğrudur?
   
    Sual 3. Kapitalist bazar iqtisadiyyatı inkişaf etdikcə sosiallaşır, demokratikləşir, humanistləşir. Sosial ədalət prinsipləri ödənilir və daha konkret, səhmdar cəmiyyətlərin hesabına bir sinif yox, bütün cəmiyyət mülkiyyətçi olur. Milyonlarla fəhlə bu səhmdar cəmiyyətlərin səhmlərini əldə etməklə mülkiyyət üzərində sahiblik hüququ qazanır ki, bu yolla onlar həm müəsissənin idarə edilməsində iştirak edir, həm də mülkiyyətdən pay almaqla kiçik kapitalistə çevrilirlər. Amma kommunistlər iddia edirlər ki, kapitalizm fəhlələri ancaq kasıblaşdırır. Doğrudanmı siz kommunistlər hələ də belə düşünürsünüz?
   
    Cavab: Baxmayaraq ki, çoxları səhmdar cəmiyyətləri «kapitalın» ictimailəşməsi, sosiallaşması, istehsalın demokratikləşməsi və bununlada guyaki kapitalizmin eybəcər xüsusiyyətlərdən azad olması kimi qələmə verməyə çalışırlar, amma gerçəklikdə vəziyyət heçdə belə deyil. Belə ki, səhmdar cəmiyyətlər bu günkü dünya iqtisadiyatında «kapitalın» sosiallaşmasından çox, cəmiyyətin sıravi üzvləri hesabına küllü miqdarda sərbəst kapitalın «sorularaq» sahibkar, bankir işbazların, birja fırıldaqçılarının ixtiyarına verilməsi, sahibkar kapitalistlərin davamlı olaraq əhalinin hesabına pul mənbələriylə təminatına xidmət deməkdir. Lifmanın təbirincə desək, maliyyə oliqarxiyasının qüdrətinin artırılması üsuludur. Nəticədə nə baş verir; şirkət səhmlərinin 40-50%-ni öz əlində saxlayır, qalanını isə satışa çıxararaq küllü miqdarda pulu şirkətin bank hesablarına cəlb edir və əlində saxladığı səhm paketi vasitəsiylə əhalidə olan səhm paylarınıda təkbaşına idarə edir. Deməli nəticədə sadə səhmdarlar faktiki olaraq idarəetmə prosesindən kənarda qalır. Hələ əgər səhmdar cəmiyyət «nəvə cəmiyyətlər» prinsipiylə işləyirsə, onda şirkət sahibləri cəmi 10-15% paya sahib olmaqla yerdə qalan 85-90%-lik səhm kapitalını da təkbaşına idarə edə bilirlər. Bu isə o deməkdir ki, səhmdar cəmiyyətlər deyildiyi kimi əhalinin şirkətin idarə edilməsində iştirakı olmayıb, əksinə, bir qrup işbazın böyük əhali kütləsi hesabına qaz vurub qazan doldurması prosesidir. Lüdviq Eşveqe bunu çox dəqiq olaraq belə ifadə edirdi: «Həqiqətdə isə… yalnız ona nail olurlar ki, işdən yaxşı xəbəri olan bir neçə şəxs, səhmdarlar sürüsü hesabına varlana bilir».
    Birja məzənnələrini istədikləri vaxt süni surətdə aşağı salıb yüksəltməyi bacaran belə fırıldaq dahiləri nəticədə milyonlarla səhmdarın itirməsi hesabına bir göz qırpımındaca milyardlarla dollar pul qazanırlar.
   
    Sual 4. Yaponiyada əhalinin 90%-nin, ABŞ-da isə 70%-nin istehsal vasitələri üzərində mülkiyyət hüququ vardır. Bu ölkələrdə hətta fəhlələrdə «minisahibkarlardır» və heç işləməsələr belə səhmdən gələn gəlirlə firəvan həyat sürürlər. Məgər bu kapitalist bazar iqtisadiyyatının sosiallaşması, demokratikləşməsi deyilmi, siz bu nailiyyəti inkar edirsiniz?
   
    Cavab: Bu ancaq zahirən belədir və insanların gözünə kül üfürməkdən başqa bir şey deyildir. Bəli bu həqiqətdir ki, ABŞ-da, Yaponiyada əhalinin 70-90%-i səhm sahibidir. Amma gəlin görək onların sahib olduğu səhmlərin real bazar dəyəri bu ölkələrdə olan bütün səhmlərin ümumilikdə bazar dəyərinin neçə faizini təşkil edir? Məlum olur ki, sadə amerikalıların hamısının səhmlərinin bir yerdə bazar dəyəri ümumilikdə Amerikada olan səhmlərin bazar dəyərinin sadəcə olaraq 0,2%-ni təşkil edəcək qədər gülünc və mikroskopik bir rəqəmdir. Başqa sözlə, hər hansı bir amerikalı maqnatın, məsələn Rokfellerlərin, Düpon ailəsinin sahib olduğu səhmlərin bazar dəyəri sadə amerikalıların sahib olduğu səhmlərin toplam bazar dəyərindən dəfələrlə çoxdur. Yəni bir maqnat bütün zəhmətkeş amerikalılardan daha çox səhimə sahibdir və onlardan daha çox qazanır.
    Bunumu siz nailiyyət hesab edirsiniz? Əgər bir tək Düpon ailəsinin sahib olduğu səhmlərin bzar dəyəri bütün sadə amerikalıların sahib olduqları səhmlərin toplam bazar dəyərindən 10 dəfə çoxdursa, onda səhmdar cəmiyyətlərin kimlərə sərf etdiyini sübut etməyə heç bir ehtiyac qalmır. Deməli əsas məsələ əhalinin 70-90%-nin səhm sahibi olması yox, onların sahib olduğu səhmlərin real bazar dəyəridir.
   
    Sual 5. Kommunistlər nə üçün həyatda ancaq iki rəng görürlər; - ağ və qara? Sanki kommunistlər üçün cəmiyyət ancaq ifrat zənginlərdən və ifrat yoxsullardan ibarətdir. Halbuki, real həyatda bu heçdə belə deyil. Məsələn, inkişaf etmiş ölkələrdə əhalinin böyük əksəriyyətini ortabablar, yəni orta sinif nümayəndələri təşkil edir ki, onların da gəlirləri kifayət qədər yüksəkdir. Belə olan halda kommunistlər çoxluğun yox, yoxsul azlığın müdafiəçiləri kimi çıxış etmirlərmi? Başqa sözlə, azlığın partiyası olmurlarmı?
   
    Cavab: Ortababların olması heçdə hər şeyin yaxşı olması demək deyil. Çünki bu olduqca nisbi anlayışdır. Məsələn, gəlin götürək ən inkişaf emiş kapitalist dövləti olan Amerikanı, hansı ki, bu ölkənin əhalisinin 50%-i «orta sinfə» aid edilir, amma Amerika əhalisinin cəmi 1%-ni təşkil edən ən varlı təbəqənin gəlirləri bu 50%-lik «orta amerika sinfi»nin gəlirlərindən düz 8 dəfə daha çoxdur. Bundan başqa, Amerikada ölkə əhalisnin yarısı bank əmanətlərinin cəmi 1%-nə sahibdir. Belə olan halda hansı sosial ədalətdən və hansı «orta sinif»dən danışmaq olar?
    Götürün Avropanı, yenə həmən mənzərədir. Son zamanlar ard-arda baş verən iqtisadi böhranlar fəxarətlə «orta sinif» adlandırılan təbəqəni bu ölkələrdə artıq çoxdandır ki, gözəgörünməz edib. Fransada təkcə 2004-cü ildə əhalinin alıcılıq qabiliyyəti 40% azalmışdır ki, bu fonda «orta sinif»dən danışmaq əhəmiyyətsiz bir şeyə çevrilmişdir. Son bir il ərzində (2004 aprel – 2005 aprel) Avrozonada yanacağın qiyməti 30%, nəqliyyat xərcləri isə 10% bahalaşmışdır. Ümumilikdə göğtürdükdə isə son 4-5 il ərzində bu ölkələrdə qiymətlər bir neçə dəfə bahalaşıb ki, bununda müqabilində əhalinin pul gəlirləri kəskin surətdə azalmışdır. Heç təsadüfü deyil ki, 2004-cü ilin avqustunda Almaniyada sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsini protest edən mitinqçilər çiyinlərində rəmzi olaraq tabutlar daşımış və bununlada Şlöyder hökumətinin ölkədə «orta sinfi» dəfn etdiyini söyləmişdirlər.
    Bəli, bu günki qərbdə uydurma «orta sinfin» gerçək vəziyyəti budur.
   
    Sual 6. Amerika Birləşmiş Ştatları, Yaponiya, Almaniya, Fransa kimi inkişaf etmiş kapitalist ölkələrində dövlətin iqtisadiyyata demokratik müdaxiləsi fəhlələri yüksək həyat səviyyəsiylə təmin etmişdir. Skandinav (Norveç, İsveç, Danimarka və s.) ölkələrində Marksın dediyi sosial problemlər artıq öz həllini tapmaq üzrədir. Digər inkişaf etmiş dövlətlərdə də kapitalizmin doğurduğu sosial problemlər uğurla öz həllini tapır. Sizcə kapitalizmin bu nailiyyətləri bir daha kommunist ideologiyasının gərəksizliyini sübut etmirmi?
   
    Cavab: Sizin haqqında danışdığınız bu nailiyyətlər çox təəssüfki həmən dövlətlərin rəsmi statistik göstəriciləri tərəfindən qətiyyətlə inkar olunur. Siz iddia edirsiniz ki, inkişaf etmiş kapitalist dövlətlərində fəhlələrin həyat səviyyəsi yüksəkdir. Gəlin baxaq, görək doğrudanmı bu belədir? Məsələn, götürək ən inkişaf etmiş kapitalist dövləti - Amerikanı. 1997-ci ilin rəsmi statistik göstəricilərinə görə Amerikada yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı 1977-ci illə müqayisədə 11 milyon nəfər artaraq 35 milyon nəfərə çatmışdır. Başqa sözlə, 20 il ərzində Amerikada ifrat yoxsulların sayı yarıba-yarı artmışdır. 2004-cü ilin əvvəlinə olan rəsmi dövlət statistikasına görə ötən 6 il ərzində Amerikada ifrat yoxsul əhalinin sayı daha 1 milyon nəfər artaraq 36 milyon nəfərə çatmışdır. İndi dünyanın bu ən zəngin ölkəsində hər 100 vətəndaşın 12-13 nəfəri ifrat dərəjədə yoxsuldur. Hər 5 amerikalı uşaqdan biri, hər dörd qaradərilidən biri ifrat yoxsulluq həddində yaşayır. Dünyanın ən çox super milyarderinin məskunlaşdığı Nyu-York şəhərində hazırda 400 min insan ajdır, 1 milyon insan kifayət qədər qidalana bilmir, 2,4 milyon insan isə arzuolunmaz dərəcədə yoxsuldur.
    Bunlarımı siz nailiyət hesab edirsiniz, haqqında danışdığınız yüksək həyat standartları bunlardırmı? Əgər faktlar azlıq edirsə biz yenə də davam etdirə bilərik.
    1997-ci ilin statistik göstəricilərinə görə Amerika əhalisinin 43,4 milyon nəfəri tibbi sığortadan məhrumdur ki, bu da 1996-cı illə müqayisədə 1,7 milyon nəfər çoxdur. Əgər nəzərə alsaq ki, Amerikada tibbi xidmət pulludur və olduqca bahalıqdır (məlumat üçün deyim ki, təkcə 2000-2004-cü illərdə bu ölkədə tibbi xidmət orta hesabla 64% bahalaşıb) onda tam mübağiləsiz demək olar ki tibbi sığortğadan məhrum 10 milyonlarla amerikalı faktiki olaraq ölümə tərk edilmişdir. Budur Amerikanın timsalında kapitalizmin gerçək siması, budur «azad Amerika» mifinin dramatik sonu.
    İndi mən sizdən soruşuram, sizcə kapitalizmin bu eybəcərlikləri bir daha kommunist ideologiyasının gərəkliliyini və doğruluğunu sübut etmirmi?
   
    Sual 7. Siz ancaq Amerika haqqında danışdınız. Avropa ölkələrində isə sosial yönümlü bazar iqtisadiyyatı mövcud olduğundan Amerikada rast gəlinən bu eybəcərliklərə Avropada təsadüf edilmir. Başqa sözlə, Avropa kapitalizmi daha sosial təminatlı xarakter daşıyır və gəlir bölgüsündəki ədalət gözlənilir. Bu barədə nə deyərdiniz?
   
    Cavab: Doğrudanmı siz elə düşünürsünüz ki, Avropa ölkələrində əhalinin vəziyyəti Amerikayla müqayisədə daha yaxşıdır. Halbuki mən belə deməzdim. İndi Avropa iqtisadiyyatı özünün durğunluq dövrünü yaşayır. Qitənin ən zəngin dövlətləri olan Almaniya və Fransa yaxın illərdə ard-arda bir neçə iqtisadi böhran keçiriblər. Elə indi də vəziyyət ürəkaçan deyil. Amerikada iqtisadiyyatın inkişaf sürəti illik 3,6% təşkil etdiyi halda Avropada bu göstərici 2005-ci il üçün cəmi 1,1% praqnozlaşdırılır. İtaliyada isə iqtisadi inkişaf bu il üçün ümumiyyətlə gözlənilmir. İndi özünüz nəticə çıxarın, əgər Amerikada iqtisadi inkişaf sürəti illik 3-4% ola-ola 10 milyonlarla insan səfalət içərisində yaşayırsa, onda görün bundan 3 dəfə daha zəif inkişaf edən avropa ölkələrində əhalinin sosial vəziyyəti hansı səviyədədir. Müqayisə üçün deyim ki, indi avropada qiymətlərin kəskin surətdə bahalaşması fonunda işsizlərin sayı özünün böhran həddinə çatıb. Avropanın ən zəngin dövləti olan Almaniyada hal-hazırda əmək qabiliyyətli əhalinin 12%-i, yəni təqribən 5 milyon nəfəri işsizdir. Bu o deməkdir ki, indi Almaniyada hər 10 milyon əmək qabiliyyətli vətəndaşdan 1,1-1,2 milyon nəfəri iş «dilənçisinə» çevrilib. Bunun müqabilində isə işsizlərə verilən işsizlik müavinətləri yarıba-yarı azaldılıb. Fikir verin, bir tərəfdən qiymətlər kəskin bahalaşıb, işsizlərin sayı artıb, digər tərəfdən isə hökumət işsizlərə yardımı azaldır. Belə olan halda alman vətəndaşının vəziyyətini sadəcə bir sözlə xarakterizə etmək olar – Faciə!
    Fransaya baxın, yenə eyni acınacaqlı vəziyyəti görəcəksiniz. 2004-cü ilin sentyabrına olan məlumata görə Fransada işsizlərin sayı 2 milyon 770 min nəfər olub. Təkcə sentyabr ayında işsizlərin sayı 32 min nəfər artıb. Keçən il əmək qabiliyyətli fransızların 9,9%-i işsiz idisə, bu il bu göstərici 10,2%-ə çatıb ki, bu da ifrat işsizlik deməkdir. Əhali yoxsullaşdığından alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Təkcə 2005-ci ilin may ayı ərzində bu ölkədə istehlakçıların inam indeksi 29 pillə azalıb.
    Yalnız bu faktlardan xəbərsiz insanlar Qərb kapitalizminə qibtə edə bilərlər.
    Sual 8. Karl Popper yazırdı ki, «təkcə birinci dünya müharibəsindəki aclıq illərində və hərbidən sonrakı çox aclıq illərində marksizm doğru nəzəriyyədir». Doğrudanmı marksizmin özünü doğrultması üçün hökmən müharibələrə və onların törətdiyi yoxsulluğa, səfalətə ehtiyac vardır?
   
    Cavab: Marksizmin özünü doğrultması üçün I dünya müharibəsi kimi müharibələrə və bu müharibələrin səbəb olduğu aclığa, yoxsulluğa ehtiyacı yoxdur. Bundanda dəhşətli müharibəni Popperin təriflədiyi kapitalizm hər gün, hər saat, hər saniyə özüdə dünyanın hər yerində insanlığa qarşı aparmaqdadır. Bəli, kapitalizm insanlığa qarşı elan olunmamış müharibədir. Avropa Komissiyasının hesabatına görə Avropa İttifaqının ən zəngin 15 dövlətində (Almaniya, Fransa, İngiltərə, İtaliya, Hollandiya və s.) hər il 43 min insan özünü öldürür və hər il daha 700 min insan özünə qəsdə cəhd göstərir. Müqayisə üçün demək olar ki, bu 1-ci və 2-ci körfəz müharibələri zamanı koalisiya qüvvələrinin verdiyi canlı tələfatdan qat-qat daha böyük insan itkisi deməkdir. Hesablamalar göstərir ki, kapitalizmin ən inkişaf etmiş regionları olan Amerika Birləşmiş Ştatlarında, Qərbi Avropada və Yaponiyada hər il özünü öldürənlərin sayı təqribən 150-200 min nəfər edir ki, belə böyük insan tələfatını ancaq və ancaq hər il planet miqyasında hərbi toqquşmalarda ölən insanların toplam sayıyla müqayisə etmək olar. Son 20-25 il ərzində Amerika Birləşmiş Ştatları, Qərbi Avropa və yaponiyada özünü öldürənlərin sayı XVII yüzillikdə bir əsr ərzində bütün planet üzrə müharibələrdə həlak olmuş insanların sayından (3 milyon nəfər) çoxdur. Əgər özünəqəsd halları indiki tendensiyayla davam edərsə, təkcə sadaladığımız bu üç region üzrə XXI yüzillikdə özünəqəsd nəticəsində ölənlərin toplam syı 20 milyon nəfərdən çox olacaqdır ki, bu da XVII, XVIII və XIX əsrlərdə 300 il ərzində planetdə baş vermiş müharibələrdə həlak olmuş insanların toplam ümumi sayından (14 mipyon nəfər) ən azı 6 milyon çox insan itkisi deməkdir. Bu müddət ərzində özünəqəsdə cəhd göstərənlərin sayı isə təxminən 200 milyon nəfəri ötəcəkdir.
    Məsələ burasındadır ki, qərb insanının həyatını cəhənnəm əzabına çevirmiş stres və suiqəsdlər birbaşa kapitalist münasibətlərinin doğurduğu problemlərlə: iqtisadi böhranlar, kütləvi işdən çıxarmalar, daima iş yerini itirmək qorxusuyla yaşamaq, insan mənəviyyatı üzərində pulun, kapitalın hökmranlığına əsaslanmış cəmiyyət, ifrat fərdiyyəçi psixologiya və s. bağlıdır. Məhz Avropa Komissiyasının 1997-ci il hesabatında da sui-qəsdlərin əsas səbəbi kimi Avropa ölkələrinin düçar olduğu böhranlar, iqtisadi vəziyyətin pisləşməsi göstərilir. Məsələn, təkcə 1999-cu ildə İngiltərədə 20 min insan kənd təsərrüfatı sektorunda işdən çıxarılmış və müflisləşmə ujbatından 56 fermer intihar edərək özünü öldürmüşdür.
    Bu yaxınlarda Yaponiyada öz iş yerini itirmiş bir nəfər keçirdiyi psixoloji sarsıntının təsiriylə avtomobilini əhalinin sıx toplaşdığı yerə sürmüş və özüylə birlikdə 6 nəfəri xəstəxanalıq etmişdir. Başqa bir misal, 54 yaşlı Satko adlı İtaliya vətəndaşı işini itirdiyinə və məruz qaldığı maliyə ehtiyacı ucbatından evini satmaq həddinə çatdığından dərin psixoloji sarsıntı keçirmiş və nəticədə ov tüfəngi ilə ətrafdakılara atəş açaraq 3 nəfəri öldürmüş, 9 nəfəri isə yaralamışdır.
    Qərbdə hər il öz iş yerini itirən milyonlarla belə insan var. Belə olan təqdirdə kapitalizm özü insanlığa qarşı elan olunmamış müharibə deyilmi?
    Vətəndaş cəmiyyəti, sosial yönümlü bazar iqtisadiyyatı adı altında bizə vəd olunan gələcək budur. Kapitalın nökərləri bizədə bax bu gələcəyi hazırlayırlar. Əgər kapitalın «qurbanları» olmaq istəmiriksə onda sosializm barədə çox ciddi düşünməliyik.
   
    Sual 9. Sizə elə gəlmirmi ki, Marksın dediyi anlamda kapitalizm artıq müasir qərb cəmiyyətində mövcud deyil. Məsələn, indi qərbdə işsizlərə müavinət verilir, işçilərin pensiya fonduna sahibkarlar tərəfindən sosial ödəmələr edilir, sahibkarlar əmək haqqı fondunun 4-5 bəzən isə 6% məbləğində işçilərini tibbi sığorta etdirirlər və s., hansı ki, bu tədbirlərin heç biri Marksın yaşadığı dövrdə həyata keçirilmirdi. Bütün bunlar onu deməyə əsas vermirmi ki, kommunistlərin hiddətlə tənqid etdiyi kapitalizm artıq mövjud deyil və o tamamilə yeni sosial keyfiyyətlər kəsb edən vətəndaş cəmiyyətinə transformasiya olunmuşdur?
   
    Cavab: Bu zahiri aldadıcı parıltıdan başqa bir şey deyildir. Hadisələrin mahiyyətinə nəzər saldıqda isə tamam başqa mənzərənin şahidi oluruq. Məsələn, gəlin əvvədcə işsizlərə verilən müavinət məsələsinə nəzər salaq. Bir çox müəlliflər, o cümlədən Popper işsizlərə verilən müavinəti kapitalizmin sosiallaşmasının ən böyük göstəricilərindən biri kimi dəyərləndirir, onu kapitalizmin nailiyyəti hesab edirlər. Hətta Popper yazır ki, Marks kapitalizm çərçivəsində işsizlərə müavinətin verilə bilməsini havadan ağır aparatların uçması kimi qeyri-mümkün hesab edirdi. Əvvələn biz bilməliyik ki, işsizlərə müavinətin verilməsi nailiyyət yox hökumətlərin insanların əmək hüququnun pozulduğunu rəsmi surətdə etiraf etməsi prosesidir. Yəni hökumətlər bununla bir daha rəsmi surətdə etiraf edirlər ki, kapitalizm insanların əmək hüququnu pozur və qanunda nəzərdə tutulmuş bu hüququn təminatına imkan vermir.
    O ki qaldı işsizlərə müavinət verilməsi, bu heçdə yeni bir şey deyil. Hələ qədim quldarlıq Romasında belə dövlət işsizləri bütün həyati vasitələrlə, o cümlədən isti yemək, geyim və pulsuz teatr tamaşalarıyla təmin edirdi. Başqa sözlə desək, Qədim Roma lümpen-proletarları tamamilə aristokratiyanın hesabına dolanırdılar. Məhz bu baxımdan müasir dövrdə işsizlərə müavinət verilməsi olsa-olsa ən yaxşı halda quldarlıq ənənələrinin bərpasıdır ki, buradada qürurlanacaq heç bir şey görmürəm. Sadəcə olaraq fərq burasındadır ki, Romada işsizlərə bu yardım xidmətlər formasında, həmdə müddətsiz edildiyi halda, müasir dövr kapitalizmində yardımlar nəqd pul ödəmələri hesabına, həmdə ancaq 10-15 aylıq qısa müddət üçün həyata keçirilir. Bu pula isə ən yaxşı halda acından ölməməklə yaşamaq olar. O ki qaldı sahibkar kapitalistlərin öz işçilərini tibbi sığorta etdirməsinə və onların pensiya fonduna sosial ödəmələr etməsinə, ilk baxışdan müsbət hal kimi görünsədə, əslində bu təminatların arxasında da böyük oyunlar oynanılır. Məsələ burasındadır ki, sahibkarların işçilərin tibbi sığortası və pensiyası üçün ayırdıqları pulları birbaşa olaraq əmək haqqı fondunun mütəmadi olaraq kiçildilməsi hesabına qənaət olunan vəsaitdən təmin olunur. Məsələn, əgər sahibkarın 1500 işçisi varsa o, bunların yarısını, 750 nəfərini ixtisara salıb işdən çıxarır ki, nəticədə əmək haqqı fonduna ayırdığı pullara yarıba-yarı qənaət etmiş olur, əmək haqqı fondunu kiçildir və işçi ixtisarları hesabına qənaət olunmuş vəsaitlərin bir hissəsini yerdə qalan işçilərin pensiya və tibbi sığortası üçün xərcləyir, hələ üstəlik özü üçün əlavə mənfəətdə təmin etmiş olur. Bu səbəbdəndə hər il qərbdə milyonlarla işçi ixtisara salınır ki, nəticədə işçilərin əmək haqqı fondu getdikcə kiçilir, on milyonlarla işsizlər ordusu yaranır.
    Deməli sosial ödəmələr və tibbi sığorta hesabına ayrı-ayrı işçilər nə qədər qazanırlarsa, əmək haqqı fondunun daim kiçildilməsi hesabına da ümumilikdə işçi sinfi ondan da artıq itirir, qazanansa ancaq sahibkar kapitalistlər olurlar. Belə olan halda isə kapitalizmin sosiallaşmasından humanistləşməsindən danışmaq gülüncdür.
   
    Sual 10. Sizə elə gəlmirmi ki, sosial problemləri həll etmək üçün sosializmə yox, azad sahibkarlığı inkişaf etdirməyə ehtiyac vardır? Başqa sözlə, azad sahibkarlığın və azad bazar iqtisadiyyatının inkişaf etdirilməsi sosial problemlərin həlli üçün daha optimal variant deyilmi?
   
    Cavab: O sosial problemlər ki, onları törədən səbəb azad sahibkarlıq özüdür, onda bu problemlərin həllini azad sahibkarlığı inkişaf etdirməkdə görmək sadəcə olaraq uşaq sadəlöhvlüyündən başqa bir şey deyildir. İşsizlik, yoxsulluq, sosial təminatsızlıq, inflyasiya – məgər bu sosial problemləri törədən elə azad sahibkarlıq özü deyilmi? Düzdür, azad sahibkarlıq, azad bazar iqtisadiyyatı problemləri həll edir, həmdə ancaq sahibkarların şəxsi kommersiya problemlərini, özü də cəmiyyət üçün böyük sosial problemlər yaratmaq hesabına. Gəlin faktlara müraciət edək. Amerikanın məşhur «Boinq» şirkəti yaxın bir neçə ildə 20 min əməkdaşını, «General Elektrik» şirkəti isə rekord sayda, 75 min işçisini işdən çıxarmışdı. «Filippis»şirkəti 50 min, «Daimler Crisler» avtomobil şirkəti isə 26 min işçisini ixtisara salmışdır. 2000-ci ildə Ekson və Mobil neft şirkətlərinin birləşməsi nəticəsində 9 min işçi öz iş yerini itirmişdir. Yaponiyanın ən böyük şirkətlərindən «Hitochi» kompaniyası 14 min, «Sony» şirkəti isə 20 min əməkdaşını işdən çıxarmışdır. Hollandiyanın ən böyük və ən gəlirli banklarından olan «ABN – AMRO» son bir neçə ildə 13 min, Almaniyanın «Date Bankı» isə 6 min əməkdaşını işdən çıxarmışdır, özüdə yüksək mənfəətlə işlədikləri halda.
    Kapitalist bazar iqtisadiyyatının flaqmanına çevrilmiş ABŞ-da 2001-ci ilin avqustunda cəmi bir ay ərzində 113 min insan öz iş yerini itirmişdir. 2001-ci ilin sentyabrından 2002-ci ilin sentyabrına qədər cəmi bir il ərzində bu ölkədə işdən çıxarılanların sayı 1 milyon 54 min 653 nəfər təşkil etmişdir. 2000-ci ilin noyabrından 2003-cü ilin noyabrınadək 3 il ərzində isə Amerikada 3 milyondan çox insan işdən çıxarılmışdır ki, bu müddət ərzində heç bir dənə də yeni iş yeri yaradılmamışdır.
    2001-ci ilin 11 sentyabrından 11 oktyabrınadək cəmi 30 gün ərzində dünyanın ən zəngin və ən inkişaf etmiş 2-ci dövləti olan Yaponiyada 370 min nəfər insan işdən çıxarılmışdır.
    Bu hələ anjaq bir neçə ölkədə, həmdə baş vermiş minlərlə faktdan sadəcə olaraq bir neçəsiydi. Bu sadalanan faktlar bir daha sübut edir ki, işsizlik istehsal edən belə bir sistem heç vaxt köklü sosial problemləri, işsizlik, yoxsulluq, sosial bərabərsizlik problemlərini həll edə bilməz. Həmdə sadəcə ona görə ki, kapitalist bazar iqtisadiyyatı öz mövcudluğunu bu problemlərə borcludur. Azad sahibkarlıq bu sosial problemlər mövcud olduğu üçün həyat qabiliyyətlidir, əks təqdirdə o mövcud ola bilməz. Sahibkar kapitalist şirkətinin rəqabət qabiliyyətini artırmaq üçün mütəmadi olaraq istehsal xərcini azaltmağa, əmək haqqı fondunu kiçiltməyə və bununlada kütləvi surətdə işçiləri işdən çıxarmağa sadəcə olaraq məhkumdur, əks təqdirdə şirkət rəqabətə davam gətirməyib iflasa uğrayacaqdır.
    Deməli sahibkar rəqabət müharibəsindən qalib çıxmaq üçün işçiləri ixtisar etməyə, yəni işsizlik problemini yaratmağa məcburdur. Belə olan halda öz mövcudluğunu işsizliyə, yoxsulluğa, sosial ədalətsizliyə borclu olan belə bir yarıtmaz sistemdən sosial problemlərin həllinə çarə gözləmək nə qədər ağılabatandır?
   Sual 11. Bazar iqtisdiyyatı inkişaf etdikcə yeni iş yerləri yaranır və işdən çıxarılmış insanla da bu yeni iş yerlərində yenidən işlə təmin olunurlar. Belə olan halda kütləvi işdənçıxarmaları faciəyə çevirməyə nə lüzum var?
   
    Cavab: Faktlar sizin dediklərinizi inkar edir. Əgər bu gün ən inkişaf etmiş 7 kapitalist dövlətində rəsmi qeydiyyatdan keçmiş təqribən 30 milyona qədər işsizlər ordusu mövcuddursa, bu artıq o deməkdir ki, kapitalizm şəraitində iqtisadiyyat nə qədər inkişaf edirsə etsin işsizlik problemi öz həllini tapmayacaqdır və necə ki, 400 illik kapitalizm tarixində tapmamışdır. Bununsa çox bəsit izahı var. Belə ki, rəqabətə əsaslanan bazar iqtisadiyyatı modeli elə qurulub ki, iqtisadiyyat nə qədər sürətlə inkişaf edirsə bu bir o qədər kəskin rəqabət şəraiti doğurur. Nəticədə şirkətlər öz rəqiblərinə uduzmamaq üçün daima istehsal xərclərini azaltmağa, sosial xərcləri minimuma endirməyə və əmək haqqı fondunu kiçiltməyə çalışır, yeni yaranan şirkətlər isə daha az əmək tutumu tələb edən istehsal texnologiyalarına üstünlük verirlər ki, bu isə öz növbəsində zəncirvari olaraq işsizlik problemini doğurur. Bunun nəticəsidir ki, qərbi Avropada əhalinin təbii artımı 0% təşkil etdiyi halda bu ölkələrdə işsizlik nəinki azalmır, əksinə, artır. Amerikanı götürək. Təkcə 1970-85-ci illər ərzində Amerikanın böyük biznes sektorunda nəinki iş yerlərinin sayı artmış, əksinə, iş yerlərinin sayında 6 milyon azalma olmuşdur və bu gün də bu tendensiya davam edir. Bu isə o deməkdir ki, Amerikada böyük biznes nəinki iş yerlərinin sayını artırmır, əksinə, mütəmadi olaraq bu yerləri ixtisara salaraq iş yerlərinin sayını azaldır, başqa sözlə, iş yeri yaratmağa yox, azaltmağa xidmət edir. İş yeri yaradan kiçik biznesin isə yeni yaranan strukturlarının 70%-i üç ildən sonra rəqabətə tab gətirməyib bankrot olur.
    Türkiyənin timsalında daha konkret bir fakta müraciət edək. Məlumdur ki, dünyanın 16 ən böyük iqtisadi nəhənglərindən olan Türkiyə dövləti öz iqtisadi inkişaf tempinə görə Avropanın ən inkişaf etmiş dövlətlərini azı 4-5 dəfə, Amerikanı isə 2,5 dəfə qabaqlayır və bu gün Avropada ən dinamik inkişaf edən ölkədir. Beləki Türkiyənin Ümumi Daxili Məhsul İstehsalı 2003-cü illə müqayisədə 2004-cü ildə cəmi 1 ilə təqribən 20% artaraq 240 milyard dollardan 295 milyard dollara çatmışdır. Maraqlıdır ki, iqtisadiyyatın belə sıçrayışlı inkişafına baxmayaraq yoxsulların və yşsizlərin sayı azalmamış, əksinə, artmışdır. Beləki indi Türkiyədə yoxsulların sayı 20 milyona, işsizliyin səviyyəsi isə 9,5%-dən axırıncı açıqlamaya görə (2005-ci il avqust) 11,7%-ə yüksəlmişdir.
    Məncə artıq əlavə şərhə ehtiyac yoxdur. Bütün bu faktlar bir daha sübut edir ki, kapitalizm şəraitində iqtisadi inkişaf sosial tərəqqiyə, cəmiyyətin firəvan həyatına yox, ancaq və ancaq «bazar» amilinə xidmət edir, onun əvvəlinə «sosial» sözcüyünü yamasalar belə.
   
    Sual 12. 1985-ci ilin göstəricilərinə görə Sovet İttifaqında pensionerlərin orta aylıq pensiyası 87,2 rubl olduğu halda, kapitalist Amerikada bu rəqəm 479 dollar təşkil etmişdir. Əgər nəzərə alsaq ki, o dövrdə dollarla rublun kursu bərabəriydi, onda bu o deməkdir ki, amerikalı pensioner Sovet İttifaqındakı həmkarından 5,5 dəfə çox pensiya alırdı. İsveçrədə, Hollandiyada milli gəlirin 19, 23 faizi müəllimlərə əmək haqqı kimi verildiyi halda SSRİ-də müəllim hər şagirdə görə gündə cəmi 1 qəpik pul qazanırdı. Elə indinin özündə də amerikalı fəhlələr bizim nazirlərdən daha çox maaş alır və daha yaxşı yaşayır. Sizcə bütün bu deyilənlər kapitalizmin sosializmdən üstünlüyünü sübut etmirmi?
   
    Cavab: Ancaq və ancaq iqtisadi təfəkkürdən məhrum, iqtisadi düşüncədən kasad insanlar bu cür primitiv düşünə bilərlər. O insanlar ki, onlar pulun real dəyəriylə nominal dəyərini bir-birindən fərqləndirə bilməyəcək qədər dayaz düşüncəyə sahibdirlər.
    Məsələ burasındadır ki, qərbdə pulun, maaş və müavinətlərin nominal göstəricisi nə qədər yüksəkdirsə, real alıcılıq qabiliyyəti də elə bir o qədər azdır, zəifdir. Məsələn, siz deyirsiniz ki, 80-ci illərdə amerikalı pensioner Sovet İttifaqında yaşayan həmkarından 5,5 dəfə çox, yəni 479 dollar pensiya müavinəti alırdı, amma siz heç demirsiniz ki, bu 479 dollar Amerikada həmən dövrdə az qala aclıq həddi hesab olunurdu. Bizim üçün çox görünən, əslində isə Amerikada ancaq acından ölməmək üçün bəs edən bu məbləğlə amerikalı pensioner cəmi bir dişinə metal qapaq taxdıra bilər və ya iki dişini blomp elətdirə bilərdi. İşdir, birdən bu binəva amerikalı hansısa bədbəxt hadisə nəticəsində xəstəxanaya düşməli olsaydı, onda aldığı bu müavinətlə heç xəstəxana palatasının icarə haqqını ödəyə bilməzdi. Belə ki həmən dövrün (1985-ci il) qiymətlərinə görə Amerikada xəstəxana palatasının cəmi 1 günlük haqqı 200 dollar təşkil edirdi ki, amerikalı pensioner 10 gün palatada yatdığı təqdirdə 2000 dollar, yəni təqribən 4 aylıq pensiyası qədər haqq ödəməliydi. Həmən dövrdə Amerikada rentgen aparatına düşməyin qiyməti 700 dollar, operasiya otağının icarə haqqı 2800 dollar, laborator analizlərin qiyməti isə 1400 dollar, tibbi avadanlıqlardan və preparatlardan istifadə haqqı 2800 dollar pul tələb edirdi. Ümumilikdə isə 1 nəfərin xəstəxanaya düşüb çıxması üçün orta hesabla 11 min dollar, yəni amerikalı pensionerin iki illik pensiyası məbləğində pul tələb olunurdu. Deməli amerikalı pensionerin aldığı 479 dollar pensiya onun heç bir dəfə rentgen aparatında yoxlanmasına da bəs etmirdi. Təkcə 1980-1990-cı illər ərzində Amerikada tibbi xidmətin qiyməti orta hesabla 3 dəfə, 2000-2004-cü illərdə isə 64%, qida və yaşayış vasitələrinin qiyməti isə 2 dəfədən çox bahalaşıb. Hazırda Amerikada bir dişə adi blompun qoyulması orta hesabla 300-400 dollara başa gəlir. Belə qiymət bahalılığıyla ayaqlaşa bilməyən binəva amerikalı pensionerlər çarəni özlərini öldürməkdə görürlər. Rəsmi statistikaya görə 1980-1992-ci illər ərzində 65 və ondan yuxarı yaş qrupuna aid olan amerikalılar arasında özünəqəsd halları 9% artmışdır.
    Sovet İttifaqında - hər şeyin ucuz olduğu ölkədə isə pensioner aldığı 9 dənə «qızıl onluqla» kefi istəyən kimi yaşaya bilərdi, həm də Amerikadan fərqli olaraq tibbi xidmət pulsuz, pensionerlər üçün nəzərdə tutulmuş güzəştlər, şəhərdaxili nəqliyyatdan pulsuz istifadə və s. və s. Ən əsası isə kapitalist dövlətlərində, o cümlədən Amerikada pensionerlərin aldığı pensiya müavinəti onların özlərinin öz maaşlarından, öz şəxsi gəlirlərindən pensiya fonduna ödədikləri pensiya vergisi və sosial ödəmələr hesabına formalaşan məbləğdən ödənildiyi halda, yəni pensionerin aldığı pensiya vaxtıyla onun özünün ödədiyi pulların ancaq və ancaq 65 yaşdan sonra hissə-hissə şəxsin özünə geri ödənilməsi prosesi olduğu halda, Sovet pensioneri heç bir qəpikdə vergi vermədən, pul ödəmədən dövlət hesabına pensiyayla təmin olunurdular. Həmdə kapitalist ölkələrində qadınla kişi arasında fərq qoyulmadan pensiya yaşı 65 olduğu halda SSRİ-də analıq hüququ nəzərə alınaraq qadın üçün pensiya yaşı 55, kişilər üçünsə 60 yaş müəyyən edilmişdi.
    Sonra siz deyirsiniz ki, Sovet müəllimi gün ərzində hər şagirdə görə cəmi bir qəpik pul qazanırdı. Əslində isə qəpiyin belə öz hökmü olduğu ölkədə bu çox təbii və normal bir şey idi. Məsələn, SSRİ-də 1 kub metr qazın əhaliyə satış qiyməti cəmi 2 qəpik, adam başına aylıq qaz pulu isə cəmi 30 qəpik təşkil edirdi. Başqa sözlə, 5 nəfərlik ailənin bir aylıq dövlətə ödədiyi qaz pulu 1 manat 50 qəpik edirdi. Sizin təbirinizcə desək 1 dollar 50 sent. İndi mən sizdən soruşuram, mənə 10 ən inkif etmiş kapitalist dövləti arasından bir dənə dövlət göstərə bilərsinizmi ki, orada 5 nəfərlik ailənin bir aylıq qaz pulu 1 dollar 50 sent təşkil etsin? Əlbətki göstərə bilməzsiniz. Çünki 1 dollar 50 sentə Amerikada, Avropada sizi heç metroya belə buraxmazlar, bu pula qərbdə heç bir dənə metro jetonu belə düşmür. İndi siz Sovet qəpiyinin hökmünü gördünüzmü?
    Sonra siz deyirsiniz ki, amerikalı, avropalı fəhlələr bizim nazirlərdən çox maaş alıb, bizim nazirlərdən daha yaxşı dolanırlar. Əgər nəzərə alsaq ki, bizdə nazirlər 2000 dollar, avropalı, amerikalı fəhlələrsə 2000-3000 dollar maaş alırlar, hələ bəlkədə bir az çox, onda həqiqətəndə insanda siz dediyiniz təəssurat yaranır, amma eşidəndə ki, qərbdəki qiymətlərin bahalığı fonunda bu maaşlar olduqca cüzidir, onda yaranmış ilkin təəssürat saxta sabun köpüyü kimi dağılıb yox olur. Məsələn, avropada əla növ ağ undan hazırlanmış 1 kq çörəyin qiyməti 4 avrodur. Əgər orta statistik avropalı ailəsini üç nəfərdən ibarət hesab etsək onda bir ailənin ancaq yavan çörəyə olan tələbatını ödəmək üçün hər ay azı 270 avro (360 dollar) pul tələb olunur ki, bu pulla Azərbaycanda lap deputat kimi dolanmaq olar. Avropada isə bu pul ailənin ancaq çörəyə olan ehtiyacını ödəməyə kifayət edir. Buraya digər ərzaq və xidmət vasitələrini, kommunal xərcləri, ailənin nəqliyyat xərclərini və s. əlavə etsək, onda ayın sonuna bir neçə min dollarlıq maaşdan heç nə qalmır. Fikir verin, Türkiyədə qiymətlər Avropayla müqayisədə bir neçə dəfə ucuz olsada İstanbul bazarında cəmi1 kq ətin qiyməti azı 20 dollardır. İspaniyada 1 saatlıq fayton gəzintisinin qiyməti 30 avrodur, Avstriyada (Zasburq) adi yolka oyuncağının birinin qiyməti 50 avrodur. Bizdə bir metro jetonunun qiyməti cəmi 6 sent olduğu halda, Avropada, Amerikada 2 dollardan ucuz metro yoxdur. Avropada bir nəfər üçün avtobus biletinin qiyməti bir avro təşkil edir, təqribən bizdəki qiymətlərlə müqayisədə 9-10 dəfə baha. Almaniyada bir diş üçün blomp qoyulmasına azı 200 avro pul tələb olunur. Bu ölkədə bir uşağın aylıq baxça xərcləri 500 avroyla 5000 avro arasında dəyişir.
    Bir sözlə, bütün növ məhsul və xidmətlərin qiymətində qərblə bizim aramızda kəskin fərqlər mövcuddur. Onların aldıqları maaş onların yerli qiymətlərinə, bizim aldığımız maaş isə öz yerli bazar qiymətlərimizə uyğundur. Bu səbəbdəndə qərblilərə qibtə etmək yox, bahalıq və inflyasiyaya görə ancaq acımaq olar. Başqa sözlə, Amerikada, Avropada maaşların yüksək olması (nominal əmək haqqı) inkişafın, sosial tərəqqinin, firəvan həyatın yox, əsrlərlə davam edən mütəmadi qiymət bahalaşmalarının, inflyasiyanın göstəricisidir. Deməli Amerikada fəhlə bizim nazir qədər maaş ala bilər, amma qul kimi yaşayar. Necəki, bu gün 2-3 min dollar maaşla Amerikada ailə dolandırmaq əməlli başlı müşkül məsələyə çevrilib.
    Bu baxımdan SSRİ-də əmək haqqlarının qərblə müqayisədə guya aşağı olması barədə söylənən fikirlər yanlış ictimai rəydən başqa bir şey deyildir.
   
    Sual 13. Karl Marks iddia edirdi ki, kapitalizm inkişaf etdikcə fəhlə sinfi dahada yoxsullaşır. Biz isə müasir real həyatda bunun tam əksini görürük. Beləki Marksın dövründə fəhlələr nəmişli zirzəmidə yaşayıb hər gün 14-16 saat işləyirdilərsə, indi inkişaf etmiş qərb dövlətlərində belə üzücü əl əməyindən, uzun iş günündən və nəmişli fəhlə zirzəmilərindən əsər əlamət qalmayıb. Fəhlələrin iş və yaşayış şəraiti yaxşılaşıb. Buna sözünüz nədir?
   
    Cavab: Düzdür, indi qərbdə insanlar evlərin nəmişli zirzəmilərində yaşamırlar, amma əvəzində küçələrdə tonqal başında gecələməyə məcbur olurlar. Şəhərlərin mərkəzindəki köhnə məhəllələr sökülüb yerlərində yaraşıqlı göydələnlər ucaldılıb, fəhlələr üçün yox milyarderlər üçün. Lap elə bizim Bakıdakı kimi. Şəhərətrafı məhəllələrdə isə antisanitariya, yoxsulluq, işsizlik və səfalət hökm sürür. İndi təkcə ABŞ-da ən azı 5-6 milyon insan evsiz eşiksizdir və onların daldalanmaq üçün heç nəmişli zirzəmiləri də yoxdur. 100 minlərlə amerikalı uşaq evsiz və ac yalavac yaşamağa məhkumdur. Kapitalizmin flaqmanı olan bu ölkədə əhalinin 30-35%-nin öz evi yoxdur və onlar dünya üzrə ən bahalı qiymətlərlə kirayələrdə yaşamağa məcburdurlar. Müqayisə üçün deyim ki, indi hazırda Nyu Yorkda ortababat bir otaqda bir nəfərin aylıq kirayəsi üçün 1000-2000 dollar pul tələb olunur.
    Kanadanı götürün, dünyanın yeddi ən zəngin dövlətindən biri olsa da, burada da evsiz eşiksizlərin ağır vəziyyətinə əlac edilmir. 2000-ci ilin iyun ayında bu ölkənin Torronto şəhərində evsiz eşiksizlərin ağır vəziyyətinə etiraz edən mitinq oldu. Qəzəblənmiş kütlə yerli icra strukturlarının binalarını ələ keçirməyə səy göstərsələrdə polislə baş verən toqquşmada məğlub olub geri çəkildilər. Polis mitinqçiləri dağıtmaq üçün qaz qumbaralarında istifadə etmək məcburiyyətində qaldı. Avropa nəhənglərindən Fransaya nəzər salın. Parisin ətraf məhəllələri artıq polisin belə nəzarət edə bilmədiyi kriminal özəklərə çevrilib. İşsizlik, yoxsulluq, səflət, təhsil səviyyəsinin aşağı olması narkomanyanın geniş yayılması artıq bu məhəllələrin ortaq xüsusiyyətidir. Bu gün yüz minlərlə fransız ailəsi mənzili olmadığına görə kirayələrdə yaşamaq məcburiyətindədir. İpoteka kreditlərinin verilməsinə baxmayaraq hələ də heç bir inkişaf etmiş kapitalist dövləti mənzil problemini həll edə bilməyir. İndi çox insanlarında belə yanlış təsəvvür yaranıb ki, qərbdə 14-16 saatlıq iş günü mövcud deyil. Düzdür rəsmi surətdə bu qadağandır, hətta Mozambikdə, Afrikada belə, amma reallıqda mövcuddur. Məsələn 2001-ci il oktyabrın 25-də Türkiyənin TGRT kanalında Amerikada yaşayan türklərin həyatıyla bağlı verliş yayımlandı, Amerikada yanacaq doldurma məntəqəsində işləyən Osman Əroğlu bildirirdi ki, «hər gün saat 6.00 dan axşam saat 22.00 dək, 16 saat işləyirəm və bununla belə hər saata 5-7 dollar qazansam da ailəmi dolandıra bilmirəm, belə getsə Türkiyəyə dönmək məcburiyyətində qalacağam». Fikir verin, gündə 16 saat işləyəsən, ayda 2000-3000 dollar pul qazanasan, amma bütün bu iztirablara rağmən ailəni dolandıra bilməyəsən bunun bir adı var, - qul əməyi. İndi Amerikada milyonlarla Meksika və Asiya mənşəli işçilər var ki, bu cür qul əməyinə məruz qalırlar. Bu kateqoriyadan olan isanla anqlosaks mənşəli amerikalılarla müqayisədə eyni işə görə 5-6 dəfə az maaş alır və daha çox işləməyə məcbur olurlar. Eyni yazılmamış qanunlar Avropada da hökm sürür.
    O ki, qaldı yoxsulluğun artması məsələsinə, bu Marksın özündən icad etdiyi bir şey deyil, bu faktı müasir statistik rəqəmlərdə təstiqləyir. Məslən son 30 ildə Amerikada yoxsulların sayı kəskin surətdə artaraq 20 milyondan 36 milyona çatmışdır. Aparılan statistik hesablamalar son 10 il ərzində Avropa ölkələrində də işsizlik və yoxsulluğun hiss edilə biləcək qədər artdığını göstərir. Hətta 2000-ci ildə Fransanın Nitsa şəhərlərində yoxsulluğun artmasını protest edən mitinq də keçirilib. Bir sözlə həm rəsmi, həm də qeryi rəsmi şəkildə etiraf olunur ki, qərbdə yoxsulluq artır, belə olan halda Marksın dediklərini necə inkar etmək olar.
    Digər bir tərəfdən Marksın «Kapitalizim inkişaf etdükcə kapitalistlər daha çox varlanır, fəhlələrsə daha çox yoxsullaşır» fikrini ancaq mütləq mənada fəhlənin həyat şəraitinin getdikcə pisləşməsi kimi başa düşmək düzgün deyil. Burada müqayisəli, nisbi yoxsulluqdan söhbət gedir. Belə ki, sahibkar kapitalistlərin gəlirləri həndəsi silsilə ilə artdığı halda, işçilərin gəlirləri riyazi silsilə ilə artır. Məsələn əgər sahibkarın gəliri 50% artırsa və o işçinin maaşını ancaq 10-15% artırsa, bu o deməkdirki, fəhlənin real əmək haqqı artsa belə, onun kapitalisti gəlirləri ilə müqayisədə əmək haqqı nisbi azalmışdır. Marks bu barədə yazırdı: «Əgər kapital sürətlə artırsa, əmək haqqı yuksələ bilər, lakin kapitalistin mənfəəti bundan müqayisə edilməyəcək dərəcədə surətlə artır».
    Məhz bu halı Marks müqayisəli yoxsullaşma adlandırırdı və fəhlələrin yoxsulluğunun artması dedikdə o həm də bunu nəzərdə tuturdu. Bu mövqe öz təstiqini Engesində fikirlərində tapır. Məsələn 1891-ci il sosial demokrat proqarm layihəsinin tənqid edərkən orada «Proletariatın sayı və yoxsulluğu getdikcə daha çox artır» tezisinə Engels öz etirazını belə bildirirdi: «Bu belə mütləq şəkildə, burada deyildiyi kimi, doğru deyildir. Fəhlələrin təşkili, onların daim artan müqaviməti yoxsulluğun artması üçün mümkün qədər müəyyən əngəl olacaqdır. Lakin həqiqətən artan bir şey varsa o da yaşayışın təminatsızlığıdır. Məndən olsaydı bunu əlavə edərdim».
    Deməli yoxsulluğun artması haqqında danışdıqda həm də müqayisəli nisbi yoxsulluğun artmasını başa düşmək lazımdır.
   
    Sual 14. Hər halda indi insanlar erkən kapitalizm dövründə olduğu qədər yoxsul deyillər və Marksın iddia etdiyinin əksinə olaraq fəhlə, işçi cəmiyyət zənginliyindən öz payını ala bilir. Marksın bu iddiası əsassız deyilmi?
    Cavab: Hər şeydən əvvəl biz bilməliyik ki, yoxsulluq mütləq yox, nisbi bir anlayışdır və hər bir tarixi dövrün özünün fərqli yoxsulluq kriteriyaları mövcud olmuşdur. Cəmiyyət inkişaf etdikcə bu inkişafa uyğun olaraq yoxsulluğun da şərtləri dəyişir. Karl Marks bunu «ev və saray» misalıyla belə izah edirdi: «Bir ev nə qədər kiçik olursa olsun, nə qədərki onun ətrafındakı evlər də belə kiçikdir, mənzilə olan bütün ictimai tələbləri ödəyir. Lakin bu kiçik evin yanında bir saray tikilərsə, onda bu ev kiçilib acınacaqlı bir daxmaya dönür… mədəniyyət tərəqqi etdikcə kiçik ev nə qədər böyüsədə, qonşuluqdakı saray eyni dərəcədə və ya daha artıq dərəcədə böyüyərsə, nisbətən kiçik evin sakini öz evinin dörd divarı içərisində özünü getdikcə daha narahat, getdikcə daha narazı və alçalmış hiss edəcəkdir.
    Əmək haqqının az-çox nəzərə çarpacaq dərəcədə artması üçün məhsuldar kapitalın sürətlə artması şərtdir. Məhsuldar kapitalın sürətlə artması sərvətin, zinətin, ictimai tələbatın və ictimai zövqlərin də eyni dərəcədə sürətlə artmasına səbəb olur. Beləliklə, fəhləyə müyəssər olan zövqlər artsa da, bunların ictimai tələbatı ödəməsi dərəcəsi, kapitalistin fəhlələrə müyəssər olmayan artmış zövqlərinə və ümumiyyətlə cəmiyyətin inkişaf səviyyəsinə nisbətən aşağı düşür. Bizim tələbat və zövqlərimiz cəmiyyətdən doğur; buna görə də biz bu tələbat və zövqləri ölçərkən onları ödəməli olan şeylərə deyil, ictimai ölçü ilə ölçürük. Bizim tələbat və zövqlərimiz ictimai xarakter daşıdığı üçün nisbidir» (K.Marks, Muzdlu əmək və kapital).
    Bu nə deməkdir, bunu necə başa düşmək lazımdır? Məlumdur ki, tez-tez belə sözlər eşidirik ki, indinin fəhləsi avtomobil də ala bilir, işıqlı mənzildə də yaşaya bilir, turist səfərlərinə də gedə bilir, hansı ki, XIX srdə bunların heç birini edə bilmirdi və buradanda çox tələskən belə bir yanlış nəticə çıxarırlar ki, fəhlələr artıq yoxsul deyillər və Marksın iddia etdiyinin əksinə olaraq cəmiyyət zənginliyindən öz paylarını ala bilirlər. Amma bu cür düşünənlər nədənsə anlamırlar və heç anlamaq da istəmirlər ki, fəhlənin avtomobil alması, evə sahib olması, turistik səfərlərə getməsi və bu kimi digər tələbatlara sahib olması, hələ heçdə onun zəngin yaşamasına, həmçinin cəmiyyət zənginliyindən öz payını ala bilməsinə dəlalət etmir. O səbəbdən ki, onun bu tələbatları ödəmə dərəcəsi istər sahibkar kapitalistin tələbat və zövqlərini ödəmə səviyyəsindən, istərsədə cəmiyyətin ümumi inkişaf səviyyəsindən həmişə dəfələrlə geridə qalır. Marksın təbirincə desək, əsas məsələ tələbatın zövqlərin nə ilə yox, necə ödənilməsindədir. Gəlin elə götürək mənzilə olan tələbatın ödənilməsini. Fəhlə ən yaxşı halda 20-30 illik kredit və faiz ödəməklə hansısa ücüz mənzilə sahib ola bilər. Bu onun mənzilə olan tələbatının ödənilmə dərəcəsidir. Amma sahibkar kapitalist mənzilə olan tələbatını milyonlarla dolarlıq villalarla, bahalı və dəbdəbəli mənzillərlə ödəyir. Hansıki fəhlə bunu ancaq yuxuda görə bilər.
    Məslən, Fransanın Nitsa şəhərində ən ucuz mənzilin qiyməti 150-260 min dollardan, ən ucuz villanınsa qiyməti 1,2 milyon dollardan başlayır və bir neçə 10 milyonlarla dollara qədər dəyişir. Hətta İngiltərənin London şəhərində dəyəri 130 milyon dollar edən dünyanın ən bahalı mənzili mövcuddur ki, bu mənzilin hovuzu brilyant qaşlarla bəzədilib, tikintidə istifadə edilən mərmərlər «Tac Mahal» mərmərlərindəndir, evin memarlıq üslubu isə misir ehramlarının tikinti üslubunu xatırladır. Bunlar isə zəngin kapitalist sahibkarların mənzil tələbatının ödənilmə dərəcəsidir. İndi fəhləylə zəngin kapitalistin mənzil tələbatlarının ödənmə dərəcəsi arasındakı uçurumu görə bildinizmi? Hələ mən milyonlarla evsiz eşiksizdən, kirayələrdə yaşayan insanlardan danışmıram.
    Sonra siz deyirsiniz ki, indinin fəhləsi turistik səfərlərə də gedə bilir. Bəli, gedə bilir, amma yenədə ən yaxşı halda ən ucuz ölkələrə və ən ucuz turist bazalarına. Məsələn, statistikaya görə Türkiyəyə ən çox gələn və ən çox pul xərcləyənlər alman turistləridirlər. Belə ki, onlar adambaşına bir ay üçün orta hesabla 600-1000 dollar pul xərcləyirlər. Hansıki bu pulla onları Abu-Dabi otelinin heç həndəvərinə də buraxmazlar. O səbəbdən ki, bu otelin bir otağının cəmi bir gecəlik qiyməti 625 dollardan başlayır və 13 min dollara qədər davam edir. Bu isə o deməkdir ki, Abu-Dabi otelində 10 min dollarlıq otaqda 10 gün gecələmək üçün 100 min dollar pul tələb olunur. Əgər buraya digər xidmət xərclərini də əlavə etsək onda bu məbləğ bir neçə yüz min dollara qədər çıxa bilər. Qiymətlərin bu qədər baha olmasına baxmayaraq bu tip otellərdə ilin heç bir fəslində boş yer tapmaq mümkün deyil. O ki qaldı fəhlələrin sürdüyü avtomobillərə, onlar varlıların 100 min bollarlarla qiyməti olan avtomobilləriylə müqayisədə ən yaxşı halda at arabasını xatırladar. Hələ mən varlıların milyonlarla dollar dəyəri olan şəxsi təyyarələrindən, dəniz və okean yaxtalarından heç danışmıram, təbiiki 100 milyon dollar qiyməti olan biletlərlə Aya səyahət planlarındanda. Bütün bunlarla müqayisədə fəhlələrin həyatı çox sönük və acınacaqlıdır, hətta ən inkişaf etmiş qərbdə belə.
    Sonra bir çoxları, o cümlədən Karl Popper iddia edir ki, Marksın zamanındakı kapitalizmdən fərqli olaraq müasir qərb kapitalizmində fəhlə cəmiyyət zənginliyindən öz payını ala bilir. Halbuki bu və buna bənzər iddialar fakt və rəqəmlərdə öz təsdiqini tapmır. Məsələn, ən inkişaf etmiş kapitalist dövləti olan Amerikada əhalinin cəmi 0,5%-ni təşkil edən ən zəngin təbəqənin sahib olduğu sərvətin miqdarı trilyon dollarlarla ölçülür ki, bu da 200 milyon amerikalının illik gəlirindən daha çox məbləğ təşkil edir. Ən zəngin 1% amerikalının illik qazancı isə «orta sinif» adlandırılan 50% amerikalının illik gəlirindən 8 dəfə çoxdur.
    İndi dünya ticarətinin 70%-ni cəmi 500 Trans Milli Korparasiya həyata keçirməkdərir ki, bununda nəticəsində 358 super milyarderin illik gəliri yer kürəsi əhalisinin gəlirinin 45%-ni təşkil edir. Ümumilikdə planet əhalisinin gəlirlərinin yarısından çoxu isə 475 nəfər supermilyarderə aiddir. 691 supermilyarderin sərvəti isə az qala planet əhalisinin 3/4-nün gəlirlərinə bərabərdir. Bu isə o deməkdir ki, bu 691 nəfər nəinki öz ölkələrinin, həmçinin bütün dünya zəhmətkeşlərindən daha çox pul qazanırlar, belə bir vəziyyətdə isə zəhmətkeş sinif heç vaxt cəmiyyət zənginliyindən layiq olduğu payı ala bilməz. Əgər almış olsaydı onda 691 nəfər bütün planet gəlirlərinin yarısından çoxuna sahib ola bilməzdi.
    Burada sadalanan faktların, rəqəmlərinsə heç birini kommunistlər icad etməyiblər, əksinə, o adamlar ki, iddia edirlərki zəhmətkeşlər müasir kapitalizmin zənginliyindən öz paylarını ala bilirlər, məhz bu rəqəmləri də elə onlar özləri və onlara aid olan qurumlar, beynəlxalq təşkilatlar, rəsmi dairələr açıqlayırlar və bununlada özləri özlərini inkar, kommunistlərin dediklərini isə təsdiq etmiş olurlar.
   
    Sual 15. Kommunistlər insanlar arasında mütləq sosial bərabərlik tələb edirlər. Amma təbiət hərəni müxtəlif qabiliyyətdə və müxtəlif istedad dərəcəsində yaratmışdır. Təbiiki vəziyyət belə olan halda kiminsə qabiliyyətinə, istedadına görə çox qazanması, zəngin olması kimlərinsə qabiliyyətsizliyi ucbatından az qazanıb yoxsul olması normal hal deyilmi və yaxudda tənbəllə işgüzar, yaxşı mütəxəssislə pis mütəxəssis arasında heç bir fərq qoyulmadan hər kəs üçün bərabər eyni həyat standartları tələb etmək elə özü sosial ədalətsizlik deyilmi ?
   
    Cavab: Kommunistlər heç vaxt bu cür vulqar sosial bərabərlik tərəfdarı olmayıblar. Komminist ideologiyasını təhrif edib bayağılaşdıraraq xalqın gözündən salmaq istəyənlər, bəli elə məhz ancaq onlar bizim sosial ədalət və bərabərlik anlayışlarımızı belə sadəlöhvcəsinə izah edib saxtalaşdıra bilərlər.
    Məsələ burasındadır ki, kommunist ideologiyası dərin elmi, iqtisadi həqiqətlərə əsaslandığından orada bu cür utopik vədlərə qətiyyən yer yoxdur. Heç təsadüfi deyil ki, kommunist ideologiyası «hər kəsə qabiliyyətinə görə, hər kəsə tələbatına görə» təməl prinsipinə əsaslanır. Hələ 2 əsr əvvəl Karl Marks hər kəsə eyni, bərabər əmək haqqı tələb edənləri kəskin surətdə tənqid edərək yazırdı: «bərabər əmək haqqı tələbi yanlış bir fikrə əsaslanır və heç bir zaman həyata keçirilməsi mümkün olmayan mənasız bir arzudur. Bu tələb… yanlış və səthi radikalizmdən irəli gəlir».
    Belə olan halda kommunistləri guya hər kəs üçün; tənbəl, işgüzar, istedadlı, istedadsız, qabiliyyətli, qabiliyyətsiz - heç bir fərq qoymadan eyni bərabər həyat standartı tələb etməkdə, vulqar bərabərlikdə günahlandırmaq nə dərəcədə sağlam məntiqə əsaslanır? Təbiidir ki yaxşı mühəndislə pis mühəndisin, işgüzar fəhləylə tənbəl fəhlənin maaşı eyni ola bilməz və bu səbəbdən də işçilər peşəkarlıq səviyyəsinə, stajına görə dərəcələrə bölünür. 1-ci, 2-ci dərəcəli mütəxəssislə 5-ci, 6-cı dərəcəli mütəxəssisin əllbəttə ki, əmək haqqı eyni ola bilməz və komministlər də istedad və qabiliyyətdən doğan bu fərqləri çox normal qəbul edirlər. Bizim qəbul etmədiyimiz yeganə bir şey varsa o da bir ovuc tüfeyli zənginin başqalarının əməyini istismar etməsi hesabına külli miqdarda sərvət toplamasıdır. Sahibkarların işçilərin əməyinin nəticəsini mənimsəməsinin isə istedad və qabiliyyətlə heç bir bağlılığı yoxdur. Bunun ancaq bir adı var – «başqasının əməyinin istismar etmək». Nəiticədə nə baş verir? O baş verir ki, «zəhmət çəkənlər heç bir şey əldə etmir, əldə edənlər isə zəhmət çəkmirlər». (K.Marks, Komminist partiyasının manitesti). Deməli tənbəlləri, tüfeyliləri bəsləyib müdafiə edən komministlər yox tam tərsinə kapitalist burjua cəmiyyətidir. Bunu isə komministlər demir, hələ komministlərdən də əvvəl bu həqiqətləri burjua siyasi iqdisadçıları olmuş Uilyam Petti, Adam Smit və David Rikardo etiraf etmişdirlər.
   
    Sual 16. Sizcə sahibkar işləmir? Axı o da müəssisənin idarə edilməsində, istehsalın təşkilində iştirak edir və çəkdiyi bu əziyyətin müqabilində də mənfəəti haqlı olaraq mənimsəyir?
   
    Cavab: Yəqinki siz XVII əsr manifaktura kapitalizmindən danışırsınız, həqiqətən də o vaxt sahibkar müəssisəni idarə, istehsalı isə təşkil edirdi. İndi isə istehsal prosesi o dərəcədə çoxşaxəli və mürəkkəbdir ki, bu prosesləri ancaq sahibkarın idarə etməsi sadəcə olaraq qeyri mümkün haldır. Bu səbəbdəndə indi istehsalı təşkil və idarə edənlər sahibkarlar yox, onların əlinin altında muzdla işləyən yüzlərlə mütəxəssis, menecerlər, icraçı direktorlardır. Belə olan halda mütəxəssislərin fəaliyyətini sahibkarın adına çıxmaq ən böyük ədalətsizlikdir. Sahibkar isə ən yaxşı halda mülkiyyət instinktindən irəli gələrək ancaq sərvətin «keşiyini» çəkir ki, bu «işə» görə də ona bütün mənfəət yox, olsa-olsa bir aklad maaş vermək olar. Daha yoxsa 475 nəfər milyarder bütün planetin illik gəlirinin yarısından çoxunu mənimsəməz.
    Belə olan halda sizin deməyinizdən elə çıxır ki, bu 475 biznes maqnatı bütün planet zəhmətkeşlərindən daha çox işləyir, daha çox əziyyət çəkir və daha çox zəhmətkeşdirlər, başqa sözlə, əsl əzabkeşdirlər. Yerdə qalan planet əhalisi isə ancaq tənbəllərdir və «yazıq»ların sərvətini yeyirlər. Bu bir ovuc sahibkarın istismarına bəraət qazandırmaq üçün milyardlarla zəhmətkeşin hiququnu ayaqlamaq deyilmi? Bax, kapitalizimin gerçək mahiyyəti ancaq budur; «kimlərinsə mülkiyyət hüququnu qorumaq üçün bütün insanların hüquq və azadlıqlarını ayaqlamaq» və onların sosial «elmi» də ancaq və ancaq bu fakta bəraət qazandırmaq üçün mövcuddur.
   
    Sual 17. Biz indi informasiya cəmiyyətində yaşayırıq və cəmiyyətin əsas dəyəri qismində maddi sərvətlər yox, informasiya amili həlledici rol oynayır. Kim daha çox informasiya bankına malikdirsə o, bir o qədər çox sərvət toplamaq imkanına qadirdir. Məsələn, məlumdur ki, dünyanın ən varlı adamı Bill Qeyts 46,6 milyard dollarlıq sərvətə sahibdir və o bunları öz ağlı, bacarığı hesabına əldə etmişdir. Belə ki, dəqiq elmlər sahəsində yaxşı mütəxəssis olan bu şəxs informasiya texnologiyaları üzrə şirkət qurmuş və milyardlarla dollar pul qazanmışdır. Bill Qeyts və onun kimi ziyalılar öz ağılları, bilikləri hesabına sərvət topladıqları halda siz kommunistlər onları istismarçı sahibkar adlandırırsınız. Bu nə dərəcədə ədalətli mövqedir?
   
    Cavab: Nəinki Bill Qeytsin sahib olduğu 46,6 milyard dollar, həmçinin bütün sahibkarlar sinfinin sahib olduğu trilyonlarla dollarlıq sərvət onların bilik və bacarıqlarının yox, bütünlüklə məcmu ictimai əməyin məhsulu olub, bütün işçi sinfinin alın tərinin, zəhmətinin nəticəsidir. Ən dahi alim beyninin layihəsi belə məcmu ictimai əmək tətbiq edilmədiyi müddətcə dəyərsiz kağız parçasıdır. Yalnız məcmu ictimai əmək ölüyə can verən dirilik suyu kimi sirayət etdiyi hər yerdə sərvət və gerçək dəyər yaradır. K.Marks və F.Engels «Kommunist Partiyasının Manifesti»ndə bu barədə belə yazırdılar: «Kapital kollektiv məhsuldur və ancaq cəmiyyətin bir çox üzvlərinin birgə fəaliyyəti ilə, nəticə etibarı ilə cəmiyyətin yalnız bütün üzvlərinin birgə fəaliyyəti ilə hərəkətə gətirilə bilər. Beləliklə, kapital – şəxsi qüvvə deyil, ictimai qüvvədir».
    Əgər kimsə marksistlərin bu iddiasıyla razılaşmırsa və iddia edirsə ki, yox sahibkarların, bu sualda isə konkret olaraq Bill Qeytsin külli miqdarda sərvəti onun şəxsi bilik və bacarığının, ağlının məhsuludur, onda belə bir fikri eksperimentə müraciət etmək yerinə düşərdi. Gəlin elə fərz edək ki, Biill Qeyts və ya hər hansı bir digər sahibkar hansısa kimsəsiz adaya ezam edilir və ona «buyur, əgər sənin qazandıqların doğrudanda sənin şəxsi biliyinin, bacarığının məhsuludursa onda göstər məharətini, yarat milyardlarla dollar sərvəti, bu sən, buda sənin ağlın». Təbii ki, o heç bir dəyər yarada bilməyəcək və ən yaxşı halda Robinzon Kruzonun uğurunu təkrarlayaraq ancaq öz fiziki mövcudluğunu təmin edə biləcəkdir.
    Bu hal özü bir daha göstərir ki, kapital, sərvət kollektiv əməyin məhsuludur, həmdə təkcə fərdi əməyin yox, ümumilikdə məcmu ictimai əməyin məhsuludur. Buraya isə xammalın çıxarılmasından, emalına, hətta fabrikin, zavodun bina və təchizatına sərf olunmuş məhsul üzərinə hissə-hissə keçən dəyərinə sərf olunmuş əməyin toplam miqdarına qədər hər şey daxildir. Belə olan halda əgər sərvət, kapital ümumilikdə cəmiyyət üzvlərinin hamısının birlikdə qarşılıqlı fəaliyyətindən, zəhmətindən yaranırsa bəs onda nə üçün o, bütün cəmiyyətin rifahına yox, ayrı-ayrı supermilyarderlərə, zəngin təbəqənin dəbdəbəli həyatına xidmət etməlidir? Məhz kommunistlər bu tarixi ədalətsizliyə qarşı mübarizə aparırlar və bu mübarizələrində tamamilə haqlıdırlar.
   
    Sual 18. Elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi nəticəsində fabrik və zavodlarda fəhlə əməyinə olan tələbat azalır ki, bu isə öz növbəsində fəhlələrin sayının durmadan azalması, qeyri istehsal sektorunda çalışan işçilərinsə sayının artması deməkdir. Bu faktdan çıxış edərək bir çox müəlliflər iddia edirlər ki, fəhlə sinfi getdikcə «yox olur», «ölüb gedir», özünün sosial keyfiyyətlərini və mübarizə ənənələrini itirir ki, bu da kommunistlərin sosial bazasını itirməsi və kommunist ideologiyasının ölüb getməsiylə nəticələnəcəkdir. Bəs sizcə proletariatın «ölüb getməsi» kommunistlərin inqlabi sinifdən məhrum olması demək deyilmi və belə olan təqdirdə sosial bazasını itirmiş ideologiya kimə lazımdır?
   
    Cavab: Elmi texniki nailiyyətlərin istehsala tətbiqi nəticəsində istehsalda fəhlə əməyinə tələbatın azalması və bunun da yekunda fəhlə sinfinin cəmiyyətin çox böyük əksəriyyətindən az bir hissəsinə çevrilməsi prosesi heçdə yeni bir şey deyil. Hələ vaxtıyla Marks yazırdı ki, indi biz elə bir dövrdə yaşayırıq ki, yeni kəşf olunmuş hər hansı bir dəzgah Çində milyonlarla fəhlənin işsiz qalmasıyla nəticələnir. Təbiiki əsrlərdən bəri davam edən və getdikcə intensivləşən, dərinləşən bu proses nəticəsində fəhlə sinfinin sayı getdikcə azalır, qeyri istehsal sektorunda çalışalarınsa sayı artır. Məsələn, əgər 60-70 il bundan əvvələ qədər Amerikada əhalinin az qala yarısından çoxu kənd təsərrüfatı sahəsində çalışırdısa, bu gün bu rəqəm əmək qabiliyyətli əhalinin cəmi 3-4%-ni təşkil etməkdədir. Sənaye sahəsində də həmçinin, iş yerlərinin daim ixtisar edilməsi sənaye fəhlələrinin də sayını kəskin surətdə azaltmışdır. İndi ABŞ-da sənaye və kənd təsərrüfatı sektorunda çalışanların birlikdə sayı əmək qabiliyyətli əhalinin 25%-ni ancaq təşkil edir. Əksinə, qeyri istehsal sektorunda çalışanlarınsa sayı orta hesabla 65-70%-ə qədərdir. Belə ki, təkcə ticarət mehmanxana biznesi kommunal təsərrüfat, ictimai iaşə və xidmət sektorlarında çalışanlar Amerikanın əmək qabiliyyətli əhalisinin yarıdan çoxunu təşkil etməkdədir. Deməli hər dörd əmək qabiliyyətli amerikalıdan sadəcə biri istehsalat sahəsində işləyir, qalanı isə qeyri istehsal sektorunun payına düşür. Bu və buna bənzər mənzərəni demək olar ki, bütün inkişaf etmiş dövlətlərdə müşahidə etmək mümkündür. Bir sözlə, həqiqətəndə cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə fəhlələrin sayı azalır. Amma bu heçdə kommunistlərin sosial bazadan, inqilabi sinifdən məhrum olması anlamına gəlmir. O səbəbdən ki, dəyişən ancaq əməyin strukturudur, cəmiyyətin sinfi strukturu isə olduğu kimi qalır. Məlumdur ki, əmək iki təpkib strukturdan ibarətdir: 1) Maddi əmək; 2) Qeyri maddi əmək. Tarix boyu əməyin ümumi çəkisində 1-cinin, yəni maddi əməyin kütləsi üstünlük təşkil etmişdir, bu gün isə elmi texniki tərəqqiylə, yeni-yeni fəaliyyət sahələrinin əmələ gəlməsiylə əlaqədar olaraq əksinə, əməyin ümumi çəkisində qeyri maddi əməyin kütləsi artır ki, bu da ancaq və ancaq əməyin strukturunun dəyişməsidir, cəmiyyəmin sinfi strukturu isə eynilə qalmaqdadır. Belə ki, kommunistlərin sinif anlayışı bir neçə təməl prinsipə əsaslanır və Lenin sinif anlayışına tərif verərkən bunları belə ifadə edirdi: «Sinif, tarixən müəyyən ictimai istehsal sistemində tutduqları yerə görə, istehsal vasitələrinə olan öz münasibətlərinə … görə, ictimai əmək təşkilindəki rollarına görə, deməli ictimai sərvətdən malik olduqları payı almaq üsuluna və bu payın miqdarına görə fərqlənən böyük insan qruplarına deyilir. Siniflər elə insan qruplarıdır ki, müəyyən ictimai təsərrüfat sisteminə tutduqları mövqeyə görə bu qruplardan biri digərinin əməyini mənimsəyir.»
    Sinif haqqında deyilmiş bu əlamətlərin hər biri, nöqtəsinə vergülünə qədər eynilə indiki cəmiyyətdə də mövcuddur. Bu gün yaşadığımız cəmiyyət iki böyük sinifə bölünür. Bunlardan birincisi bütün maddi və mənəvi istehsal vasitələrini: şirkətləri, otelləri, restoranları, turist bazalarını, fabrikləri, zavodları bir sözlə bütün istehsal və xidmət sektorlarını öz əlində cəmləmiş sahibkar kapitalistlər sinifidir, digərləri isə istehsal və qeyri istehsal sektorlarında (fərqi yoxdur zavoddur, fabrikdir yoxsa mehmanxanadır, restorandır) sahibkarların əlinin altında muzdla işləyən işçi sinifdir. Bu siniflərdən biri xüsusi mülkiyyətə münasibətdə sahiblik hüququna malikdir, sahibkardır, digəri isə sahibkara öz əməyini (maddi və ya qeyri maddi) satıb özü və ailəsi üçün zəruri olan həyat vasitələri əldə etmək üçün muzdla işləyən işçidir. Təbii ki, belə olan halda bu siniflərin cəmiyyət sərvətindən aldıqları payda bir-biri ilə müqayisədə kəskin fərqlənir. Birincilər, yəni sahibkar kapitalistlər ümumplanet məhsulunun 80%-ni mənimsədikləri halda, hansı ki, onlar və nisbətən yüksək maaş alan təbəqələr planet əhalisinin cəmi 19%-ni təşkil edirlər, yerdə qalan və planet əhalisinin 81%-ni təşkil edən işçi sinifi isə ümumplanet məhsulunun cəmi 20%-i ilə kifayətlənməli olurlar.
    İndi rəsmi elmi ədəbiyyatlarda çox böyük yanlışlığa yol verərək yazırlar ki, guya planet əhalisinin 19%-ni təşkil edən «qızıl milyarda» ancaq qərb ölkələrinin əhalisi daxildir. Əslində təsnifatı bu cür aparmaq qətiyyən düzgün deyil. Axı necə ola bilər ki, Amerikanın 37,6 miyon (qeyri-rəsmi 50 milyon) ifrat yoxsulunu, Avropanın milyonlarla işsizini «qızıl miyarda» aid edəsən, amma Azərbaycanın, Rusiyanın, Qazaxıstanın biznes maqnatlarını, milyarderlərini bu kateqoriyaya aid etməyəsən. Bu hansı normal məntiqə uyğundur? Əslində isə «qızıl milyarda» qərb ölkələrinin əhalisi yox, bütün dünya dövlətlərində əhalinin 10-15%-ni təşkil edən sahibkarlar və imkanlı ailələr daxildirlər. Yerdə qalan ümum planet sakinləri isə işçi sinifinə məxsusdur ki, əhalinin 81%-ni təşkil etdikləri halda planet sərvətinin 1/5-ni mənimsəyirlər. Yəni əgər planetdə tutaq ki, 5 dənə banan yetişdirilirsə onun 4-nü sahibkar kapitalistlər, varlılar, birini isə işçi sinfi yeyir. Deməli Karl Marksn dediyi əməklə kapital arasındakı ziddiyətlər nəinki öz həllini tapmayıb, əksinə bu ziddiyət daha da dərinləşib. Hələ kapitalizm tarixinin heç bir dövründə kapitalistlər indiki qədər qiqant sərvətə sahib olmayırlar. Dünyanın ən varlı 3 nəfər sahibkarının sərvəti planetin ən yoxsul 47 dövlətinin illik milli gəlirindən çoxdur.
    Bütün bunlar bir daha onu təsdiqləyir ki proletariat «yox olmur», sadəcə olaraq işçi sinfinin simasında yeni məzmun və yeni keyfiyyət qazanır.
   
    Sual 19. Bir qisim müəlliflər iddia edirlər ki, cəmiyyəti siniflərə bölmək, onları qarşı-qarşıya qoymaq, bir birinə düşmən etmək marksist nəzəriyyənin uydurmasıdır. Belə olan halda kommunistlər nə üçün milləti siniflərə bölür, parçalayır və onları qarşı qarşıya qoyurlar. Sizcə bu bizim milli birlik ideallarımıza zidd deyilmi? Düşmənlərimiz onsuzda çoxdur, öz içimizdə düşmən yaratmağa nə ehtiyac vardır?
   
    Cavab: Yox, mən qətiyyən elə düşünmürəm ki, cəmiyyəti antoqonist siniflərə bölmək, onları biri birinə düşmən etmək, onları qarşı qarşıya qoymaq komministlərin işidir. Ən azından bu işi görməyə komministlərin gücü çatmaz. Çünki onların ixtiyarında nə hökumət, nə parlament, nə məhkəmə, nə də ki polis cəza dəstələri yoxdur.
    Cəmiyyəti siniflərə parçalamaq, bir sinifin (azlığın) digər sinifin (çoxluğun) əməyi hesabına yaşayıb harınlamasını təyin etmək o adamların işidir ki, indi hakimiyyət də, parlament də, məhkəmə də, polis də, pul da, kapital da, bir sözlə bütün siyasi və iqtisadi hökmüranlıq onların əlindədir. Uzağa getməyin, elə son 15 ildə belələrinin cəmiyyəti antoqonist siniflərə necə bölüb parçaladıqlarının hamımız canlı şahidləriyik. İndi ölkə bahalı mənzillərə xarici avtomobillərə hər il milyardlarla dollar pul xərcləyən bir ovuc zəngin sinifə və 2 dollarlıq uşaq puluna belə möhtac qalmış milyonlarla yoxsula parçalanıb bölünmüşdür. Bunu isə kommunistlər yox, özlərinə «demokrat» deyənlər ediblər, başqa sözlə cəmiyyəti siniflərə bölüblər.
    Deyirsiniz ki, düşmənlərimiz onsuzda çoxdur, belə olan halda milləti siniflərə bölüb, daxildə düşmənçilik toxumları səpməyə nə ehtiyac var, milləti siniflərə bölüb onlar arasında düşmənçilik toxumlarını bizmi səpirik?
    Hər səkkiz vətəndaşından birinin qaçqın olduğu, əhalisinin yarısının ifrat dərəcədə yoxsul olduğu, şəhid anasının 12 dollar müavinətə möhtac edildiyi bir ölkədə hər il bahalı avtomobillərə, mənzillərə, villalara milyardlarla dollar pul xərcləyən «zəngin parazitlər» sinfini bizmi yaratdıq, ön xətdə Azərbaycan əsgəri erməniyə atmağa güllə tapmadığı halda, 20% torpaqlarımız işğal altında olduğu halda, bazarlarda, restoronlarda minlərlə tankın alınmasına bəs edə biləcək pulları kefə damağa, rəqqasələrə xərcləyən tüfeyli sinfi bizmi yaratdıq, on minlərlə qız-gəlini Dubayda, İstanbulda can alverinə sövq edilmiş bir ölkədə qoluna 15-20 min dollarlıq saat taxan, 2 min dollarlıq alışqanla siqar yandıran, avtomobilinin təkərlərini belə brilyant qaşlarla bəzədən forslu sinfi bizmi yaratdıq? Milləti ictimai istehlak fondundan, mənzil fondlarından, pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil hüquqlarından məhrum edib, bu hüquqların reallaşmasına sərf edilən milyardlarla dolları indi mənfəət kimi öz ciblərinə yönəldən sahibkarlar sinfini bizmi yaratdıq? Məgər daxilimizdə düşmənçilik toxumları səpənlər milləti siniflərə parçalayıb onlar arasında sosial uçurumlar yaradanlar deyillərmi?
    Kommunistllər isə tam əksinə, millətin, cəmiyyətin siniflərə bölünməsini, bir sinfin digər sinif üzərində hökmranlıq etməsini və insanlar arasında sinfi fərqlərin yaradılmasını qətiyyətlə rədd edir, və ona qarşı çıxırlar. İnsanlar arasında sinfi fərqlərin silinməsinə nail olmaq kommunistlərin mübarizə proqramı və son məqsədidir.
    Kommunistlərin sinfi nəzəriyyəsini isə uydurma hesab edənlər o adamlardır ki, onlar sahibkarların məziyyətləri, sosial humanitar «keyfiyyətləri» haqqında cild-cild əsərlər yazdıqları halda, belə bir sinfin mövcudluğunu inkar edirlər. Halbuki bu sinfin mövcudluğu ölkələrin konstitusiyalarında belə birbaşa təsbit olunmuşdur.
    O ki qaldı cəmiyyətin siniflərdən ibarət olması və onlar arasında gedən sinfi mübarizə ideyasına, bu heçdə marksistlərin icad etdiyi bir şey deyil, bu həqiqəti hələ Marksdan əvvəl elə burjua ideoloqlarının özləri etiraf etmişdirlər. Karl Marks bu barədə İosif Veydemeyrə məktubunda (5 mart 1852) yazırdı: «…Mənə gəldikdə nə müasir cəmiyyətdə siniflər mövcud olmduğunu açmaq, nə də bunların arasında mübarizə getdiyini kəşf etmək mənim xidmətim deyildir. Burjua tarixçiləri bu siniflər mübarizəsinin tarixi inkişafını, burjua iqtisadçıları isə siniflərin iqtisadi anatomiyasını məndən çox əvvəl şərh etmişlər».
    Məncə artıq bu sözlərdən sonra əlavə şəhə ehtiyac yoxdur.
   
    Sual 20. Sovet hakimiyyəti qurularkən Azərbaycan Respuğlikasının ərazisi 114 min kvadrat kilometr olduğu halda, 1991-ci ildə müstəqillik elan olunarkən ölkə cəmi 86,6 min kvadrat kilometr əraziyə sahib idi. Başqa sözlə, kommunistlərin 70 illik hakimiyyəti zamanı Azərbaycan təqribən 32 min kvadrat kilometr ərazisini itirmişdir. Belə bir tarixi xəyanətdən sonra kommunistlərin Azərbaycanda yenidən hakimiyyətə qayıtması nə dərəcədə mümkündür və buna kommunistlərin mənəvi haqqı çatırmı?
   
    Cavab: Səhviniz var, sizin bu ittihamlar heç bir tarixi faktlarda öz təsdiqini tapmır. Ən əsası isə Sovet hakimiyyəti qurularkən Azərbaycan Respublikasının mübahisəsiz ərazisi 114 min kvadrat kilometr yox, təqribən elə indiki qədər, yəni 87,3 min kvadrat kilometr olmuşdur, və Azərbaycan özünün ən böyük torpaq itkilərini kommunistlərin hakimiyyəti dövründə yox, 1918-20-ci illərdə Müsavat hakimiyyəti zamanında yaşamışdır. Kommunistlərin guya Azərbaycan torpaqlarını ermənilərə satması kimi informasiyalar isə tamamilə yalan, heç bir elmi tarixi faktoloji əsası olmayan cılız siyasi maraqların ifadəsindən başqa bir şey deyildir. Bu və buna bənzər ittihamlar ancaq və ancaq 1918-20-ci illərdə Müsavat hökumətinin qonşu dövlətlərə güzəştə getdiyi 34,4 min kvadrat kilometr ərazi faktını ört-basdır etmək üçün ortalığa atılmış oyundur. Əsil tarixi həqiqət isə ondan ibarətdir ki, Azərbaycan 1918-20-ci illərdə cəmi 23 ay hakimiyyətdə olmuş Milli hökumətin (Müsavat) hakimiyyəti zamanında ərazisinin təxminən ¼-ni itirmişdir. Müsavat hökuməti 1918-ci ildə ermənilərə Aleksandropol (Gümrü), İrəvan, İçmədzin, Sürməli əv s. olmaqla 18,7 min kvadrat kilometr, gürcülərə Borçalı, Qarayazı əv Sığnax olmaqla 8,7 min kvadrat kilometr, ruslara isə Dərbəndi, hamısı bir yerdə təxminən 34,4 min kvadrat kilometr ərazi güzəştə getmişdir.
    1500 iildən sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanıyan və bütün İrəvan mahalı da daxil olmaqla İrəvan şəhərini də erməni hökumətinə paytaxt kimi hədiyyə edənlər də məhz Demokratik Cümhuriyyətin rəhbərləri olmuşdurlar. Hətta bu yaxınlarda, 2005-ci ilin iyun ayında İrəvan mahalının Cümhuriyyətçilər tərəfindən daşnak hökumətinə verilməsinin 87 illiyi ilə əlaqədar olaraq Bakıda elmi-praktik konfrans da keçirilmişdir. Hələ indi-indi millət görməyə başlayır ki, Azərbaycan torpaqlarını öz dədə-baba mülkləri kimi ermənilərə bağışlayıb sonrada bütün günahları kommunistlərin üzərinə yıxanlar kimlərdir.
    Bəzən elmi ədəbiyyatlarda yazırlar ki, guya Azərbaycan Demokratik Respublikasının (1918-20) mübahisəsiz dəqiq ərazisi 97,3 min kvadrat kilometr olub.bu da səhv fikirdir. ADR 1919-cu ilin noyabrın 23-də Ararat Respublikasıyla bağladığı biyabırçı separat sazişlə Azərbaycanın daha 10 min kvadrat kilometr ərazisini (Zəngəzur və ətrafı) mübahisəli ərazilər siyahısına daxil etmiş və bununladaavtomatik surətdə ADR-in mübahisəsiz dəqiq ərazilərini 87,3 min kvadrat kilometrə qədər azaltmış və Zəngəzurun ermənilərə verilməsi üçün hüquqi baza yaratmış oldular. Həmçinin bu separat sazişlə milli hökumət nə qədər acı olsada de-yure Zəngəzurun Azərbaycan torpağı olması faktını «şübhə» altına almış və sərhədlər dəqiqləşdirilənədək milli ordunu Zəngəzurdan geri çıxarmışdır. Təbiiki bundan istifadə edən ermənilər də zəngəzuru işğal edib talanlara başlamışdırlar. Bir neçə dəfə əl dəyişdirən Zəngəzur axırıncı dəfə 1920-ci ilin avqustunda ermənilər tərəfindən yenidən işğal olunmuş və Ararat Respublikası sovetləşəndən sonra Stalin və Orconikidzenin təzyiqləri qəticəsində məcburi surətdə ermənilərə verilmişdir. Nərimanov Zəngəzurun itirilməsini 1920-ci ilin dekabrında bir şərtlə etiraf etməyə razılıq vermişdir ki, Dağlıq Qarabağ, Naxçıvan Azərbaycanın tərkibində saxlanıpsın. Əks təqdirdə bu torpaqlar da mərkəzin təzyiqiylə ermənilərə veriləcəkdi. Hətta bakının özü belə ayrılaraq Rusiyaya birləşdirilə bilərdi.
    Deməli Azərbaycan ən böyük torpaq itkilərini kommunistlərin yox, müsavatçıların hakimiyyəti zamanı yaşamışdır. Ən əsası isə Azərbaycan kommunistləri heç vaxt müstəqil siyasi iradə nümayiş etdirərək ermənilərə torpaq verməmiş, verilən torpaqlarınsa taleyi Bakıda yox, birbaşa mərkəzdə, Moskvada həll olunmuşdur. Çünki o zaman bizim taleyimizi bizim iradəmizin fövqündə duran qüvvələr həll edirdi. Amma Zəngəzurdan 3 dəfə böyük ərazini və o cümlədən İrəvan mahalını Müsavat hökuməti xoşluqla, könüllülüklə və milli hökumətin siyasi iradəsiylə ermənilərə hədiyyə etmişdir. 1991-94-cü illərdə verilən 20% ərazimiz də bu qəbildəndir.bax əsil faciə budur.
    İndi özünüz qərar verin, Azərbaycanı idarə etməyə daha çox kimin haqqı var, kommunistlərin, yoxsa yalançı «millətçilərin»?
   Sual 21. Keçən əsrin 20-30-cu illərində SSRİ - də aparılmış kütləvi represiyalardan, qırmızı terorlardan, zorakı kollektivləşmələrdən, kütləvi həbslərdən sonra yenidən kommunist ideologiyasını təbliğ etmək nə dərəcədə doğrudur. SSRİ-nin süqutu bir daha göstərmədimi ki, demokratiyanın alternativi yoxdur və təbiiki belə olan halda totolitorizmə inzibati – amirlik sisteminə əsaslanan kommunist ideologiyası bəşəri tərəqinin əleyhinə yönəlmiş zorakı aqresiv təlim təsiri bağışlamırmı?
   
    Cavab: Təxminən bu səpkidə sual ANS televizorunda «Nəzər nöktəsi» verlişinin qonağı olarkən, əqidəcə kommunist nobel mükafatı laureatı Jores Alfyorova da ünvanlamışdır. Aparıcı Alfyorova sual etdi ki, məgər qırmızı terror, represiyalar, qanlar, göz yaşları bütün bunlardan sonra siz hələ də özünüzə kommunist deyirsiniz?
    Xatirimdədir, Alfyorov bu sualı təxminən aşağıdakı məzmunda belə bir cavab verdi: «Baxır kommunizm deyəndə kim nə başa düşür. Şəxsən mənim üçün kommunizm «hər kəsə qabiliyyətinə görə, hər kəsə tələbatına görə» deməkdir. Bəşəriyyət indinin özündə də bu və ya digər ad altında, bu və ya digər formada olsa da kommunizmin bu təməl prinsipinə doğru inkişaf edir. Dünyanın gələcəyini bu prinsipdən kənar təsəvvür etmək qeyri mümkündür. Məhz bu səbəbdən mən özümü kommunist hesab edirəm».
    Son 15 ildə ictimaiyyətdə belə yalnış rəy formalaşdırılıb ki, kommunistlər hakimiyyətə gəldikləri təqdirdə guya avtoritar inzibati amirlik sistemi yenidən bər qərar olunacaq. Başqa sözlə, guya kommunistlər demokratiyanın düşmənləridirlər.
    Tam məhsuliyyətimizlə bəyan edirik ki, kommunist idealogiyasının totalitarizmlə heç bir əlaqəsi yoxdur, əksinə kommunist idealogiyasının müddəalarında totalitarlıq kəskin tənqid və rədd edilir. Həm də axı nə dərəcədə ağıla batandır ki, dövlətin fərdlərin şəxsi həyatına müdaxilə etmədiyi və fərdləri yox, ancaq istehsala ictimai nəzarəti həyata keçirəcək bir orqana çevriləcəyini, həmçinin ictimai idarə və ictimai nəzarətə əsaslanan cəmiyyət quruculuğunu təbliğ edən bir ideologiya totalitar avtoritarizmin ideoloji əsası olsun?
    Fikrimizi sübut etmək üçün Fridrix Engelsdən bir sitata müraciət edək. Engels 1891- ci ildə yazırdı: «…Ümumi seçki hüququ əsasında seçkilər məmurlar vasitəsi ilə əyalətdə, mahalda və icmada tam özünü idarə. Dövlət tərəfindən təyin olunan bütün yerli və əyalət hakimiyyət orqanlarının ləğv edilməsi».
    Məgər Engelsin bəyənib təqdir etdiyi bu fikirlər bir daha sübut etmirmi ki, kommunist ideologiyası totalitarizmi və onun izibati amirlik üsul idarəsini qətiyyətlə rədd edir. Başqa bir misala müraciət edək. 1847- ci ildə «Kommunizmn prinsipləri» əsərində Engels yazırdı: «bu inqilab (kommunist inqilabını nəzərdə tuturdu. -müəllif ), hər şeydən əvvəl, demokratik quruluş və bununlada bilavasitə və ya dolayı yolla proletariatın siyasi hökmüranlığını yaradacaqdır».
    Fikir verin, Engelsin bu sözlərini bir daha vurğulayıram «bu inqlab demokratik quruluş… yaradacaqdır».
    Əgər Rusiyada baş vermiş Oktyabr İnqlabı demokratik quruluş əvəzinə totalitar inzibati amirlik sisteminin bərqərar edilməsiylə nəticələnibsə buna görə nə Marks, nə Engels, nə də onların banisi olduqları elmi kommunizm nəzəriyyəsi günahkar və səbəbkar deyildir. Bu tarixi səhvə görə məsuliyyət ancaq və ancaq o dövr siyasi rəhbərlərinin, daha konkret desək Lenin və Stalin başda olmaqla Sovet rəhbərliyinin üzərinə düşür, daha kommunist ideologiyasının yox.
    Leninin və Stalinin kommunist ideologiyasının prinsiplərini kobud surətdə pozmaları təkcə özünü siyasi sistemin xarakterində büruzə vermədi, ideologiyanın tələblərindən kənara çıxma halları iqtisadi məsələlərə münasibətdə də özünü qabarıq surətdə göstərdi. Məsələn, xüsusi mülkiyyətin ləğvi məsələsinə diqqət edək. Engels bu barədə yazırdı: «Xüsusi mülkiyyəti birdən birə məhv etmək mümkündürmü?» və özü də cavab verirdi «Yox, mövcud məhsuldar qüvvələri birdən birə artırıb ictimai təsərrüfat yaradılması üçün zəruri olan həddə çatdırmaq mümkün olmadığı kimi, xüsusi mülkiyyəti birdən birə məhv etmək də mümkün deyildir. Buna görə də proletariatın… yaxınlaşmaqda olan inqlabı hazırkı cəmiyyəti yalnız tədriclə dəyişdirə biləcək və xüsusi mülkiyyəti yalnız o zaman məhv edəcəkdir ki, bunun üçün zəruri olan istehsal vasitələri kütləsi yaradılmış olsun».
    Bəs Leninlə Stalin nə etdilər, inqlabdan dərhal sonra xüsusi mülkiyyətin ləğvi prosesinə start verdilər, həmdə o vaxtkı Avropanın ən geridə qalmış, Plexanovun təbirincə desək «bit basmış Rusiyada». Qısa müddət ərzində bütün iri və orta xüsusi mülkiyyət subyektləri müsadirə edilib zor yolu ilə dövlətinkiləşdirildi. Onların bu hərəkətlərinin nə qədər böyük səhv olduğunu Nərimanov başa düşürdü və ona görə də yazırdı: «…Azərbaycanı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli, yerli şəraitlə hesablaşmalı, müstəqil nümunəvi Sovet Respublikası yaratmalıyıq…».
    Amma sonralar Nərimanov etiraf edirdi ki, 1920- ci il mayın 16- da Bakıya gələrkən ona bildirdilər ki, «…Azərbaycanı başdan başa qarət edir, sağa – sola güllələyirlər». Lakin Nərimanov bu proseslərə mane ola bilmədi. Çünki tərkibi əsasən ermənilərdən və Ruhulla Axundov kimi simasızlardan ibarət olan Bakı Komitəsinin həyata keçirdiyi bu talan siyasətini Stalin və Orconikidze açıqdan açığa dəstəkləyirdilər. Nərimanov bütün bunlar barədə Leninə məlumat versədə mərkəz susmağa üstünlük verirdi.
    Bütün bunlardan sonra qəti qənaətə gəlmək olur ki, Lenin və Stalinin SSRİ- də 20-30-cu illər ərzində həyata keçirdikləri zorakı kollektivləşmə, müsadirə siyasəti qətiyyən Marks və Engelsin irəli sürdüyü prensiplərə uyğun gəlmirdi və kommunist ideologiyasının tələbləri ciddi surətdə pozulmuşdur. Belə ki, Karl Marks «Kapital» əsərində bir ictimai- iqtisadi quruluşdan digər quruluşa keçid məsələsinə toxunaraq yazırdı: «Cəmiyyət hətta öz inkişafının təbii qanununun izinə düşsə də… nə təbii inkişaf mərhələləri üzərindən sıçraya bilməz, nə də bu mərhələləri dekretlərlə ləğv edə bilməz». (Kapital, I cild, səh. 10, Bakı 1967). Lenin isə əksinə, 1918- ci il aprelin 29- da Ümum Rusiya Mərkəzi İcrayə Kommitəsinin iclasındakı çıxışında deyirdi: «Biz onları mülkiyyətdən məhrum etməliyik… Bunda heç bir çətinlik yoxdur. Biz bunu kifayət qədər göstərdik və sübut etdik.
    Yanıma gəlib fabrikin dayanmasından şikayət edən hər bir fəhlə nümayəndə heyyətinə deyirdim: siz istəyirsiniz ki, işlədiyiniz fabrik müsadirə edilsin. Çox yaxşı, bizim dekret blaklarımız hazırdır, bircə dəqiqədə imzalayarıq». Sora o, 1918- ci ilin mayında yazırdı: «Dünən hazırkı dövrün məğzi mümkün qədər daha qətiyyətlə milliləşdirməkdən, müsadirə etməkdən burjuaziyanı əzib nəfəsini kəsməkdən, sabotajı qırmaqdan ibarət idi. Bu gün yalnız korlar görmürlər ki, biz sayıb hesablaya bildiyimizdən çox milliləşdirmiş, müsadirə etmiş əzmiş və qırmışıq».
    Halbuki Leninin dediyi bu metod yəni dekredlərlə bir quruluşu ləğv etmək, həm də çox qısa müddət ərzində zor yolu ilə ləğv etmək marksistlərin yox, blankistlərin, bakuninçilərin mübarizə metoduna daha çox uyğun idi. Hansı ki, Engels onların bu mübarizə metodunu qətiyyətlə rədd edir və yazırdı: «otuz üç blankist ona görə kommunistdir ki, yaxın günlərdə… hakimiyyət onların əlinə keçərsə sabah yox biri gün «kommunizim bərqərar ediləcəkdir». Uşaq sadəlöhvlüyünün dərəcəsinə bax ki, öz hövsələsizliklərini nəzəri dəlil kimi qələmə verirlər».
    Bu Engelsin kapitalizmi dekretlərlə ləğv edib qısa müddət ərzində «kommunizim» qurmaq sevdasına düşmüş blankistlərə və onların timsalında elə əslində 20-30-cu illərdə etdikləriylə blankistlərdən heç də fərqlənməyən bolşeviklərə tarixi qiyməti idi.
    Məhz bu baxımdan SSRİ-də aparılmış zorakı kollektivləşmə və onun doğurduğu xaos, represiya, terror, üsyanlar və bunların qaçınılmaz etdiyi totalitarizm kommunist ideologiyasından yox, elmi kommunizm nəzəriyyəsinin bolşeviklər tərəfindən blankist sayağı təhrifindən törəyən xoşa gəlməz nəticələri idi və ayrı-ayrı şəxslərin nöqsan və qüsurlarına görə, onların şəxsi keyfiyyət və ya keyfiyyətsizliyindən doğan səhvlərə görə isə kommunist ideologiyası heç vaxt günahkar ola bilməz.
    70 illik Sovet tarixi biz Yeni Nəsl Kommunistlər üçün tarixi məktəbdir həmdə bütün nöqsanları, səhvləri həmçinin uğurları və nailiyyətləri ilə birlikdə. Əgər biz Sovet tarixinə, bolşevik siyasətinə tənqidi yanaşa bilməsək, buraxılmış səhvləri, nöqsanları təhlil edib nəticə çıxarmasaq, bu nəhəng sistemi içindən yeyib çökdürən fundamental səbəbləri tapmasaq onda heç vaxt gələcək fəaliyyətimizi düzgün qura bilməyəcəyik. Ona görə də biz bolşevizmlə kommunist ideologiyasını eyniləşdirməməli və bolşeviklərin səhvlərinə görə kommunist ideologiyasını ittiham etməməliyik.
   
    Sual 22. Siz iddia edirsiniz ki, kommunist ideologiyası diktaturaya bəraət qazandırmır və SSRİ-də olmuş totalitarizmin səbəbi isə elmi kommunizm nəzəriyyəsi yox, təhrif edici bolşevik siyasətiydi. Bəs onda proletariat diktaturası nədir, hansı ki, Marksın, Engelsin əsərlərində bu ifadəyə tez-tez rast gəlinir. Məgər bunun özü deməyə əsas vermirmi ki, kommunist ideologiyasının baniləri proletariat diktaturasının timsalında məhz despotik rejimə rəğbət bəsləyirdilər?
   
    Cavab: Yox, qətiyyən belə deyil. Proletariat diktaturası ifadəsini hərfi mənada despotik rejim anlamında yozub başa düşmək çox böyük səhv olardı. Məsələ burasındadır ki, marksistlər üçün diktaturanın iki forması mövcuddur. Bunlardan birincisi şəxsi diktaturalardır ki, bu despotizmin, totalitarlığın bu gün başa düşülən mənasına çox yaxındır və burada bir və ya bir qrup şəxsin cəmityyət üzərində şəxsi hökmranlığından söhbət gedir. Hansı ki, kommunistlər diktaturanın bu formasını qətiyyətlə rədd edirlər.
    Diktaturanın ikinci forması isə sinfi diktaturadır. Yəni hansısa sinfin mənafe və marqlarına əsaslanan qanunların hökmranlıq etdiyi dövlət forması. Məsələn, bu günkü demokratik qərbi Avropa və Amerika Birləşmiş Ştatları dövlətləri buraya aid edilə bilər. Məhz Marks və Engels bu demokratik dövlətləri burjua diktaturası adlandırırdı. O səbəbdən yox ki, bu ölkələrdə despotizm, tiraniya mövcuddur, əsla yox, məhz o səbəbdən ki, bu ölkələrin ən demokratik olanında belə kapitalist sahibkarlar sinfinin dominantlığına əsaslanan bir ovuc sahibkarın bütün cəmiyyətin əmək resurslarını istismar edib zənginləşməsinə hüquqi əsas verən qanunların hökmranlığı dövlətlərin siyasi iradəsi hesabına təmin edilir. Yəni ən demokratik dövlətlər belə insanın insan tərəfindən istismarına əsaslanan qanunlar qəbul edir və cəmiyyətdə onların məcburiliyini, aliliyini siyasi hakimiyyət vasitəsiylə təmin edir. Bu tip demokratik dövlətləri Marks və Engels burjua diktaturası, yəni burjua (sahibkarlar) sinfinin sinfi diktaturası adlandırırdı.
    Proletariat diktaturasında isə demokratik dövlət zəngin kapitalistlərin, sahibkarların yox, zəhmətkeş xalq kütlələrinin, proletariatın (işçi sinfinin) mənafeyinə əsaslanan, onların cəmiyyətin inkişafından, zənginliyindən maksimum yararlana bilməsini nəzərdə tutan qanunlar qəbul edir və demokratik təsisatlar vasitəsiylə bu qanunların cəmyyətdə məcburiliyini və aliliyini təmin edir.
    Deməli proletariat diktaturası heçdə hərfi mənada başa düşüldüyü kimi despotik, tiraniyaya əsaslanan dövlət quruluşu deyil, zəhmətkeşlərin mənafeyinə üyğün qanunların qüvvədə olduğu demokratik dövlət formasıdır. Məhz bu baxımdan Stalin diktaturasının proletariat diktaturasıyla heç bir əlaqəsi yoxdur və o, bir nəfərin şəxsi diktaturası olmaq etibarı ilə hər cür tənqidə layiqdir, necə ki, hələ 1874-cü ildə Engels blankistlərin timsalında bu cür şəxsi diktatura nümunələrini kəskin tənqid etmişdir (K.Marks və F.Engels, seçilmiş əsərləri, II cild, səh. 423, 424. Bakı 1980).
   
    Sual 23. Kommunistlər nə üçü vətənpərvərliyin, müstəqilliyin əleyhinədirlər və belə demək mümkündürsə millilikdən yoxsuldurlar?
   
    Cavab: Deyirsiniz ki, nə üçün kommunistllər vətənpərvərliyin əleyhinədirlər. Əgər vətənpərvərlik deyəndə siz meydanlarda, küçələrdə «vətən», «millət» kimi şablon ifadələri qışqırmaqdan dilləri qabar olmasını başa düşürsünüzsə, bizə belə yalançı vətənpərvərlik lazım deyil. Biz həqiqətəndə belə «vətənpərvərliyin» əleyhinəyik. Çünki belə «millət» dəllallarının Azərbaycanı son 15 ildə hansı acınacaqlı vəziyyətə saldıqlarını hamımız çox yaxşı gördük.
    70 ildə kommunistlər Azərbaycan xalqının timsalında şərqin ayağı çarıqlı, dini mövhumat içərisində çapalayan bir millətini dünyanın ən intellektual, 100% hər kəsin oxuyub yazdığı, yüz minlərlə ziyalı ordusu olan qabaqcıl mədəni millətlər səviyyəsinə qaldırmışdırlar. Əhalinin oxuma yazma səviyyəsi 1991-ci ilə kimi ABŞ, Fransa, İngiltərə kimi ən inkişaf etmiş kapitalist dövlətlərindən belə daha yüksək səviyyədə olmuşdur. Kommunistlər inqlaba qədər ancaq məhdud bir təbəqəyə aid olan mədəniyyəti, maarifi, təhsili kütləviləşdirərək bütövlükdə millətin malı etmişdirlər.
    Fikir verin, 1919-20-ci illərdə Demokratik Respublika zamanında Azərbaycanda cəmi 9min 611 nəfər şagird təhsil aldığı halda, kommunistlərin hakimiyyətə gəldiyi ilk 8 ay ərzində şagirdlərin sayı düz 8 dəfədən çox artırılaraq 79,4 min nəfərə çatdırılmışdır. 1940-cı ilə qədərsə Azərbaycanda şagirdlərin sayı daha 8–9 dəfə artırılaraq 700 minə çatdırılmışdır. Kommunistlər Azərbaycanda mnlərlə kitabxana, minlərlə klub, onlarla universitet, Elmlər Akademiyası, Kosmik Tədqiqatlar Mərkəzi, bölgədə analoqu olmayan Şamaxı Astrofizika Rəsədxanası yaratmış, şərqdə ilk metro tikintisini həyata keçirmiş, minlərlə məktəb tikmişdirlər. Elektrikin nə olduğunu bilməyən ölkə başdan başa elektrikləşdirilmiş, sənayeləşmiş, işsizlik ləğv olunmuş, yeni-yeni şəhərlər, qəsəbələr salınmışdır. Budur bizim vətənpərvərlik anlayşımız.
    Bəs gəlin görək kommunistləri vətənpərvər olmamaqda, millilikdən yoxsul olmaqda ittiham edənlərin vətənpərvərlik anlayışı nədən ibarətdir? Onlar son 15 ildə Sovet dövründən miras qalmış təhsil sistemini tamamilə çökdürüb milləti zülmətə qərq etdilər. Nəticədə indi dərslər məktəbdə yox, muzdlu repititorların evində aparılır. Kitabxanaların, klubların qapısına qıfıl vuruldu. Kommunistlərdən miras qalmış milli sənaye tənəzzülə uğradılıb talan edildi. Milli xəyanət hökumətlərinin 15 illik hakimiyyəti ərzində ölkə iqtisadiyyatına 100 milyardlarla dollar ziyan dəydi və bu gün artıq 15 il keçməsinə baxmayaraq Azərbaycan hələ də 1990-cı il səviyyəsində məhsul istehsal edə bilmir. Təkcə bu faktın özü sübut edir ki, Azərbaycan son 15 il ərzində ümumiyyətlə iqtisadi cəhətdən inkişaf etməyib, indiki 15-20% iqtisadi artımlar isə əslində heç vurulmuş iqtisadi ziyanın1/5-ni də ödəmir. Bütün bu talanların, tənəzzüllərin qanunauyğun nəticəsi olaraq kütləvi işsizlər ordusu yarandı. İndi ölkədə yarım milyondan çox insan işsizdir, 2 miyon insan ölkəni tərk edərək «çörək mühacirinə» çevrilib. Milyondan çox əmək qabiliyyətli insansa 8 saatlıq iş gününün və əmək müqaviləsinin nə olduğunu bilmədən hər gün 10-12, bəzən 14 saat qul kimi istismar edilir. Rəsmi statistikaya görə 3,8miyon insan ifrat dərəcədə yoxsuldur.
    Kommunistləri millilikdən, milli mentalitetdən yoxsul hesab edənlər son 15 ildə Azərbaycanda milli mentalitetdən əsər əlamət qoymadılar. Nə vaxtsa istezayla kommunistləri «arvadlarıda ümumiləşdirməkdə» günahlandıran millətçilər özləri son 15 ildə 100 minlərlə Azərbaycan qadınını hamının malına çevirdilər. Bəli, indi Azərbaycanda yüz minlərlə qadın öz bədənini satmaq hesabına həyatını qazanır. Təkcə 1996-2002-ci illər ərzində Dubaydan və Türkiyyədən fahişəliklə məşğul olan 11 min nəfər Azərbaycan qadını departasiya olunub. On minlərlə qadın bu gün də əcnəbi ölkələrdə əcnəbi vətəndaşların «ümumi malına» çevrilib. Onların öz etirafına görə qadın dəllalları onları hər gün 8-9 müştəriyə «xidmət» göstərməyə məcbur edir, cinsəl istismara məruz qoyurlar.
    İndi görürsünüzmü ki, kommunistlərdən fərqli olaraq yalançı millətsevərlər Azərbaycan qadınını necə ümumiləşdirib hamının malına çeviriblər.
    Hazırda ölkədə 300 mindən çox narkoman yaşamaqdadır. Bəli, kommunistlərin ziyalılar ordusuyla təhvil verdikləri respublikanı onlar son 15 ildə yüz minlərlə fahişələr narkamanlar, işsizlər ordusu olan ölkəyə çevirdilər.
    Yəqin ki, bu da onların «vətənpərvərlik» anlayışıdır.
    Millətin müqəddəs istiqlal duyğularını istismar edərək ölkəni qərb kapitalı üçün ucuz işçi bazarına çevirənlərdən soruşduqda ki, siz 15 ildə Azərbaycana nə vermisiniz, «müstəqillik vermişik», - deyirlər. Əslində isə son 15 il ərzində Azərbaycan qətiyyən müstəqil olmamış və hər ötən il ərzində xarici kapitaldan və beynəlxalq təşkilatlardan daha da asılı vəzıyyətə düşən kaloniya təsiri bağılamaqdadır. Gerb, bayraq, himn hələ bunlar heç də müstəqillik deyil, beləki bu atributlar Azərbaycanda Sovet dönəmindədə olmuşdur ki, elə o zaman da indiki kimi müstəqil deyildik.
    Əgər əvvəllər qanun və qərarlar Moskvada qəbul olunub sonra da Azərbaycana «tövsiyə» edilirdisə, təbii ki, yerli hökumət də hökmən bu dırnaqarası tövsiyəni yerinə yetirirdisə, prinsip etibarı ilə indi də heç nə dəyişməyib. Bu gün də qanunlar, konvensiyalar, Brüsseldə qəbul olunur, sonra beynəlxalq təşkilatlar tərəfindən, əslində böyük imperialist dövlətlərin iradəsinin pərdələnmiş ifadəsi olan Avropa Şurası tərəfindən Azərbaycana «tövsiyə» edilir və yerli oyuncaq rejimdə bu qanun və qərarları heç bir dəyişiklik etmədən olduğu kimi qəbul edir. Bəli heç təəccüblü deyil ki, bu gün Milli Məclisdə qəbul olunan qanun və konvensiyalar Brüsseldə, Avropa paytaxtlarının parlamentlərində hazırlanmış və bizə qəbulu «tövsiyə» edilmiş qanunvericilik sənədlərinin sadəcə olaraq dublikatıdır. Bizim dırnaqarası müstəqil parlamentin bu qanunların, konvensiyaların ancaq tarixini dəyişmək «səlahiyyəti» var və qalan hər şey natorial qaydada təsdiqlənir. Başqa sözlə Milli Məclis sanki Avropa Şurasının yerli natoriat qurumudur, qanunlar bura ancaq təstiqlənmək üçün göndərilir. Xatirimdədir, bu yaxınlarda Milli Məclisdə adam oğurluğuyla bağlı qanunvericilik layihəsi müzakirə olunurdu. Deputat Əlməmməd Nuriyev bildirdi ki, qızqaçırma bizim mentalitetə xas bir hal olduğundan, onu adam oğurluğu kimi qanuna salmaq düzgün deyil. Cavabında isə hüquq komissiyasının sədri Əli Hüseynov bildirdi ki, bu barədə beynəlxalq konvensiya mövcuddur və biz sizin təklif etdiyiniz şəkildə qanun qəbul edə bilmərik, hər şey konvensiyanın tələblərinə uyğun gəlməlidir. O cümlədən seksual azlıqlarla bağlı sənədin parlamentdə heç bir etiraz olmadan qəbulu; baxmayaraq ki, bu hal bizim milli mentalitetdə sadəcə olaraq biabırçılıq hesab olunur, amma «millətçilərin» də təmsil olunduğu parlament bu sənədi heç bir etiraz filan olmadan qəbul etdi. Çünki Avropalı ağalar belə «tövsiyə» etmişdirlər.
    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev jurnalistlərə müsahibəsində bildirir ki, Azərbaycanda fəaliyət göstərən xarici şirkətlərin fəaliyyəti yerli qanunvericiliklə yox, beynəlxalq konvensiyalarla tənzimləndiyindən dövlət onların işinə müdaxilə edə bilmir və bu səbəbdəndə orada hüquqları pozulan yerli işçiləri qorumaq dövlətin imkanlar ıxaricindədir.
    Fikir verin, Azərbaycan dövləti öz ərazisində vətəndaşının hüququnu müdafiə etməkdə, qəbul etdiyi qanunların aliliyini təmin etməkdə acizdir. Belə olan halda hansı müstəqil dövlətdən söhbət gedə bilər?
    Bu gün elə bir nəfər göstərilə bilməz ki, Avropa Şurası onu siyasi dustaq kimi qəbul etsin, amma Azərbaycan hökuməti onu azadlığa buraxmaqdan imtina etsin. Yoxdur elə bir şəxs. Ən qatı canini belə Avropa şurası siyasi məhbus kimi tanıyacaqsa, əmin olun ki, günü sabah bu oyuncaq hökumət həmin canini azad edib sərbəst buraxacaqdır. Məsələn, Əlikram Hümbətov Azərbaycan qanunlarına görə etnik separatçıydı, vətən xaini idi və bu səbəbdən də ölkə məhkəməsi onu ölüm cəzasına, sonra isə dəyişərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Amma Avropa Şurasının bircə tələbi kifayət etdi ki, «suveren» dövlətin qanunları və məhkəməsinin qərarı üzərindən xətt çəkib bu canini azadlığa buraxsınlar. Bu o deməkdir ki, bu gün Azərbaycanda hakim iradə suveren dövlət orqanları yox, Beynəlxalq Təşkilatlar və onların istəyidir.
    Hazırda müstəqil olduğu iddia edilən bu dövlətin öz ərazilərini işğaldan azad etməyə, hüququ taptalanmış 1 milyon insanın hüququnu bərpa etmək üçün müharibəyə başlamaq haqqında qərar qəbul etməyə ixtiyarı yoxdur. İqtidar Avropa Şurası qarşısında özlərini millətçi, turançı, türkçü hesab edən narıncı müxalifətsə onları maliyələşdirən xarici ağaları qarşısında müharibəyə başlamayacaqları haqqında öhdəlik götürüblər. Kommunistləri milli dəyərlərdən yoxsulluqda suçlayan «millətçi» müxalifət partiyalarının qərb kapitalından asılılığı elə acınacaqlı hala çatıb ki, hətta mitinqlərdə hansı şüarların səslənib hansının səslənməməsini belə qərbli ağalar müəyyənləşdirirlər. Məsələn, Qarabağ Azadlıq Təşkilatı müxalifət partiyalarına birgə mitinqlər keçirmək və Qarabağla bağlı şüarlar səsləndirməyi təklif edəndə özlərini millətçi, türkçü hesab edənlər onların bu təklifini qəbul etmədilər və sonradan məlum oldu ki, narıncı müxalifəti maliyələşdirən donor təşkilatlar onlara mitinqlərdə Qarabağla bağlı şüarlar səsləndirməyi qadağan ediblər. Bunun əvəzində isə özünü müxalifətçi hesab edənlər başları üzərində Corc Buşun şəkillərini tutub, «I vont Fridom» qışqırmağı üstün tutullar. Çünki bu marionetka kuklalardan qərbli ağaları bunu tələb etmişdirlər.
    İradəsini, əqidəsini Transmilli kapitala «icarəyə» vermiş bu tip siyasi nökərlər sözün həqiqi mənasında heç vaxt millətə azadlıq bəxş edə bilməzlər.
    Yeni Nəsl Azərbaycan Kommunistləri məhz bu cür «vətənpərvərliyin» əleyhinədirlər və bu gün faktiki olaraq biz Azərbaycanda yeganə siyasi qüvvəyik ki, vətənimizin istiqlaliyyəti uğrunda milli azadlıq mübarizəsi, antiimperialist, antiqlobalist mübarizə aparırıq, ölkəmizin qərb kapitalının əlində adi natoriat orqanına çevrilməsinə qarşı mübarizə aparırıq, kapitalın siyasi nökərlərinə qarşı mübarizə aparırıq, ölkəmizi Avropa Birliyinin, NATO-nun boyunduruğuna qoşub onun maliyyə müstəqilliyinə də son qoymaq istəyənlərə qarşı mübarizə aparırıq və bütün vətənpərvər istiqlalçı gəncləri kapital ekspansiyasına qarşı mübarizədə bizimlə bir cəbhədə birləşməyə çağırırıq.
   
    Sual 24. Məlumdur ki, 70- illik sovet hakimiyyəti dönəmində dinə münasibət heç də normal olmayıb. Məscidlər bağlanıb, uçurulub, anbarlara çevrilib, din xadimləri represiyalara və təyziqlərə məruz qalıblar. Bəs indi kommunistlərin dinə münasibəti necədir?
   
    Cavab: Dinə münasibət, son dövrlər bayağılaşdırılması az qala sosial norma halını almış kommunist ideologiyasının demək olar ki, ən çox təhrif olunan məsələlərindəndir. Ölkədəki sosial-iqtisadi problemləri həll etmək iqtidarında olmayan bəzi dairələr kommunistlərin hakimiyyətə qayıdışı ehtimalını ciddi siqnal kimi qəbul etdiklərindən keçmişdə qalmış bəzi xoşagəlməz hadisələri «siyasi xammal» kimi istifadə edərək insanları inandırmağa çalışırlar ki, guya kommunizm məscidlərin anbara çevrilməsi, mollalarınsa fitə basılmasından başqa bir şey deyildir. Bəs əsil həqiqət necədir?
    Bu bir reallıqdır ki, SSRİ dövründə ayrı-ayrı şəxslər dinə qarşı mübarizəni siyasiləşdirmişdilər. Nəticədə müxtəlif eybəcər mübarizə formaları ortaya çıxmışdır ki, bu da əhali arasında kommunistlərin nüfuzuna zərbə vurmuşdur və bu gün də belə faktlardan antikommunist əhval-ruhiyyəni mütəmadi olaraq «qidalandırmaq» üçün sürəkli bir şəkildə «siyasi şou»lar səhnələşdirməkdə istifadə edirlər.
    Əvvəla deyək ki, bu gün Azərbaycanda dinə qarşı edilən hörmətsizliyin yanında Sovet rejimi dövrü toya getməliydi. Beləki hazırda din alver mənbəyinə çevrilmişdir ki, dini əhali arasında gözdən salan 2-ci belə bir çirkin metod yoxdur. Sovet rejiminə gəlincə, bəli, dinə qarşı mübarizə siyasiləşdirilmişdi. Amma buna görə kommunist ideologiyasını suçlamağın heç bir elmi əsası yoxdur. Səbəbidə odur ki, kommunist ideologiyası dinə qarşı mübarizənin siyasiləşdirilməsinin qəti əleyhinədir və dekretlə allahı qadağan etmək kommunistlərin yox, blankistlərin mübarizə vasitəsiydi ki, Marks və Engels buna görə blankistləri kəskin tənqid edirdilər. Engels blankistlərin «…keşişlərə yer yoxdur, hər cür dini moizə, hər cür dini təşkilat qadağan edilməlidir» proqram sənədlərini tənqid edərək yazırdı. «təqib etmək – arzuolunmayan etiqadları möhkəmləndirmək üçün ən yaxşı vasitədir». «Təbiətin dialektikası» əsərində də Engels dinə qarşı mübarizəni siyasiləşdirməyi əhali arasında əksinə, dinə marağı dahada artıracağından, qeyri-məğbul mübarizə vasitəsi kimi rədd edir və yeganə mübarizə vasitəsi kimi insanların təhsil səviyyəsini yüksəltməklə maarifləndirməni məqbul sayırdı.
    Deməli Sovet rejimi dövründə məscidlərin sökülməsi, anbara çevrilməsi, kilsələrin xaçlarının qopardılması kommunist ideologiyasından irəli gələn tələb yox, sadəcə olaraq ayrı-ayrı radikal qruplaşmaların öz «səviyyələrinə» uyğun mübarizə vasitələriydi. Hətta belə demək mümkündürsə, təxribatıydı. Belə təxribat xarakterli hərəkətlərə, əhalini kommunistlərə qarşı ayaqlandırmaq istəyənlər də əl ata bilərdilər. Bu çox yüksək ehtimaldır, çünki Latın Amerikasının timsalında bu cür təcrübəyə rast gəlinir. Məsələn, Fidel Kastronun simasında kommunistlərin Latın Amerikasında artan nüfuzuna zərbə vurmaq məqsədiylə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin bölgədə kütləvi surətdə kilsələri yandırtdırdığı, rahibləri qətlə yetirtdirdiyi və bununda suçunu kommunistlərin üzərinə yıxması faktları «soyuq müharibə» başa çatdıqdan sonra təşkilat rəsmiləri tərəfindən etiraf edilmiş həqiqətdir. Heç şübhəsiz ki, bu tip metodlardan keçən əsrin 20-30-cu illərində əhalini kommunistlərə qarşı ayaqlandırmaq istəyən ayrı-ayrı yerli və xarici təxribatçı qruplarda istifadə edə bilərdilər.
    Proletkultçuları götürün. Mərkəzi hökumət bu radikal qruplaşmanın əməllərindən artıq boğaza yığılmışdı. Hətta bu qurultayın rəsmi sənədlərində də öz əksini tapmışdır. Proletkultçular çar dövründən qalmış abidələri dağıdır, dəmir yollarını sökür və bu iyrənc hərəkətlərinin qarşılığında özlərini ən «əqidəli» kommunist adlandırırdılar. Həqiqətdə isə bu təxribatçı hərəkətlərlə kommunist ideologiyası arasında heç bir əlaqə yox idi.
    Məhz bu gün əhalidə, yetişən gənc nəsildə kommunistlərə qarşı nifrət aşılayanlar israrlı bir şəkildə kommunist ideologiyasını bu tip qıcıqlandırıcı hadisələrin fonunda gündəmə gətirir və insanların şüurunda «vəhşi kommunist» obrazı formalaşdırmağa çalışırdılar ki, bu da belələrinin acizliyinin bir göstəricisi, bir sübutudur. Acizlər isə həmişə məğlubiyyətə məhkumdurlar.
   
   
   
   
    Sual 25. Əgər sovet hakimiyyəti dövründə Azərbaycanın neftini, pambığını və digər yeraltı, yerüstü sərvətlərini daşıyıb respublikadan kənara aparmasaydılar bu gün bizdə Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi zəngin ölkələrdən olardıq. Sizcə bunun özü bir daha sübut etmirmi ki hazırki sosial iqtisadi problemlərimizin əsil səbəbkarı məhz elə kommunistlər özləridir və bunun özü bir daha göstərmirmi ki, Azərbaycanın inkişafına elə ən böyük zərbəni kommunistlər vurublar?
   
    Cavab: Bu və buna bənzər ittihamlar heç bir fakta əsaslanmayan quru küyüçülük nümunəsindən başqa bir şey deyildir. Məsələ burasındadır ki, əgər biz Sovet hakimiyyəti zamanında Azərbaycanın çıxardığı neftin birlikdə ümumi miqdarını 70 ilə bölsək, onda məlum olar ki, Azərbaycan Sovet İttifaqına hər il orta hesabla cəmi 12-13 milyon ton neft vermişdir. Əgər nəzərə alsaq ki, çıxarılan neftin bir qismi respublikanın daxili ehtiyyaclarının ödənilməsinə sərf edilirdi və həmçinin çıxarılan neftin maya dəyəri nəqd rul şəklində yenə də Respublikaya ödənilirdi, onda Rusiyaya göndərilən illik neft orta hesabla 10 milyon tondan belə az təşkil etmişdir ki, dünya neft tarixinə nəzər salsaq görərik ki, bu heç də böyük miqdar deyil. Müqayisə üçün deyim ki, indinin özündə belə Azərbaycan bu göstəricidən 2 dəfə çox neft çıxarır və 2 dəfə də baha qiymətə satır. Belə ki, Azərbaycanın 2004-cü ildə neft hasilatı 15 milyon ton, 2005-ci ildə isə 20 milyon ton olmuş satış qiyməti isə Sovet dövründəki dünya bazarı satış qiymətlərindən 3 dəfə baha satılmışdır. Deməli tam məhsuliyyətimizlə deyə bilərik ki, Azərbaycan Respublikası hal hazırda Sovet hakimiyyəti zamanıyla müqayisədə neftdən daha çox pul qazanır. Belə olan halda ortaya haqlı sual çıxır; - bu gün Bakı-Ceyhan kəməri olmadan belə Azərbaycan neft ixracatından Sovet dövrüylə müqayisədə daha çox pul qazandığı təqdirdə nə üçün hökumət Sovet hakimiyyəti zamanı görülmüş işlərin heç bir faizini də həyata keçirməmişdir? Həm də nəinki heç 1%- ni həyata keçirməmişdir, hələ üstəlik Sovet hakimiyyətindən qalma potensial bütövlükdə dağıdılıb məhv edilmişdir.
    Kimlərinsə müstəmləkə, talançı adlandırdığı Sovet hakimiyyəti zamanında Azərbaycanda işsizlik ləğv edilmiş, pulsuz səhiyyə, pulsuz təhsil, pulsuz mənzil təminatı həyata keçirilmiş, Sumqayıt, Mingəçevir, Əlibayramlı kimi şəhərlər salınmış, əhali 100% savadlandırılmış, öz dövrü üçün Avropanın ən böyük rəsədxanalarından olan Şamaxı Astrofizika Rəsədxanası kimi dünya miqyaslı elmi mərkəzlər yaradılmışdır. Hansı ki, bu rəsədxananın təkcə böyük teleskopunun qiyməti o dövrün qiymətləri ilə 4 miyard ABŞ dolları məbləğ təşkil edirdi. Müqayisə üçün deyim ki, əgər Azərbaycan hökuməti son 5 ildə neftdən götürdüyü gəlirlərin hamısını bir yerə yığsaydı belə bu tip teleskopu ala bilməz.
    1967-ci ildə Şərq tarixində ilk dəfə olaraq Bakıda metro tikintisi həyata keçirilmiş və bu işə milyardlarla dollar vəsait səf olunmuşdur. İran kimi dünyada ikinci ən böyük neft və qaz ixracatçısı olan bir ölkə isə hələ indi-indi metro tikintisi haqqında düşünməyə başlamışdır. Müqayisə üçün deyim ki, hazırda İran Azərbaycandan 15-16 dəfə çox neft hasil edir.
    Bu gün Azərbaycan yük daşıma donanmasının böyüklüyünə görə dünyanın 3-cü dövlətidir. Bu bizlərə «talançı» Sovet hakimiyyətindən qalmış miraslardan sadəcə biridir. İndi gəlin görək 15 il ərzində «milli xəyanət» hökumətləri bizlərə nə verib; işsizlik, yoxsulluq narkamanya, fahişəlik, dağılmış ailələr, korrupsiya, sosial hüquqların itirilməsi və s. və s.
    O ki qaldı Azərbaycan nefti Rusiyaya aparılmasaydı guya indi biz də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt kimi zəngin ölkələrdən olardıq kimi iddialara, bu utopiyadan başqa bir şey deyildir. Bunu neft sənayesindən xəbərsiz adamlar ancaq uydura və təsəvvür edə bilərlər. Məsələ burasındadır ki, Azərbaycan Sovet hakimiyyəti zamanı 70 il ərzində hasil etdiyi neftin toplam cəmindən daha çoxunu Səudiyyə Ərəbistanı cəmi 2 ilə çıxarır, başqa bir müqayisəylə deyəcək olsaq Səudiyyə Ərəbistanının cəmi 3 il ərzində çıxardığı neft Azərbayxanın 70 ildə hasil etdiyi neftin toplam miqdarından 400-500 milyon ton daha çox edir.
    Məlumdur ki, Azərbaycan 70 illik Sovet hakimiyyəti dövründə ən çox nefti 1941-45-ci illərdə Böyük Vətən müharibəsi zamanı hasil etmiş və Rusiyaya 5 il ərzində 75 milyon ton neft göndərmişdir. Sovet Azərbaycanı tarixində rekord sayıla biləcək bu beş illik toplam neft hasilatı belə hazırda Birləşmiş Ərəb Əmirliyinin cəmi bir il ərzində ixrac etdiyi neftin miqdarından daha az olmuşdur. Beləki hazırda Birləşmiş Ərəb Əmirliyi hər il 110-150 milyon ton neft hasil edir.
    Bununla biz Azərbaycan neftinin II dünya müharibəsindəki misilsiz rolunu inkar etmək niyyətində deyilik, amma fakt faktlığında qalır.
    Yalançı dil pəhləvanları böhtan xarakterli fikirlərini onunla əsaslandırmağa çalışırlar ki, Moskva 70 il ərzində Azərbaycandan nefti ucuz alıb, dünya bazarlarında baha satıb və bununlada Azərbaycan külli miqdarda vəsait itirib. Amma bu dil pəhləvanları nədənsə heç belə bir faktı da etiraf etmirlər ki, II dünya müharibəsindən sonra Azərbaycan nefti faktiki olaraq əslində Sovet hökuməti üçün heç bir strateji əhəmiyyət kəsb etməmişdir. Beləki SSRİ-də yeni-yeni neft yataqlarının kəşfi hesabına Sovet İttifaqı dünyanın ən çox neft hasil edən ölkəsinə çevrilmişdir ki, bununda nəticəsində təkcə 1980-ci ildə SSRİ 603,2 milyon ton neft çıxarmışdır. Burada Azərbaycan neftinin payı çox cüzi, cəmi 2% təşkil etmişdir. Fikir verin, 70-80-ci illərdə Azərbaycan Sovet İttifaqında hasil olunan neftin heç 3%-ni də verə bilmirdi. Bu isə o deməkdir ki, hər il yarım milyard tondan çox (550-600 milyon ton) neft hasil edən bir ölkə üçün Azərbaycanın çıxardığı 15-16 milyon ton neft elə də həyati əhəmiyyət daşımırdı. Amma biz göndərdiyimiz 2-3%-lik neftin gerçək dəyərindən daha çox böyük məbləğlərdə mərkəzdən qrant alırdıq. Təkcə Dərin Özüllər zavodunun tikintisinə İttifaq büdcəsindən 800 milyon dollar (indiki qiymətlə) vəsait sərf olunmuşdur. Məhz elə bunların nəticəsiydi ki, 70-80-ci illərdə Azərbaycan, Sovet neftinin cəmi 2%-ni verdiyi halda, Sovet hakimiyyəti dövründə özünün ən sürətli inkişaf mərhələsini yaşamışdır. Çıxardığımız cüzi miqdar neftin müqabilində çox böyük inkişaf tempi yaxaladıq. Heç təsadüfi deyil ki, bu gün 2005-ci ildə belə bizim ümumi iqtisadi göstəricilərimiz hələ də 1990-cı il səviyyəsinə çatmayıb.
    Bu günkü problemlərə görə kommunistləri ittiham edənlərin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan 1990-cı ildə təqribən 13 milyard dollarlıq sənaye məhsulu istehsal etdiyi halda, 2005-ci ildə bu cöstərici cəmi 7-8 milyard dollara bərabərdir. Əgər biz burada 15 illik inflyasiya, qiymətlərin bahalaşması amilinidə nəzərə alsaq, onda tam əminliklə deyə bilərik ki, Azərbaycan bu günün özündə belə 15 il əvvəlki dövrlə müqayisədə ən azı iki dəfə daha az sənaye məhsulu istehsal edir.
    Eyni utancverici mənzərə kənd təsərryfatı sektorunda da yaşanmaqdadır. Azərbaycan hal hazırda belə 20-30 il əvvəlkiylə müqayisədə daha az kənd təsərrüfatı məhsulu istehsal edir. Beləki 1986-cı ildə respudlikada 4 milyard dollarlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdirsə, 2004-cü ildə bu göstərici cəmi 1,5 milyard dollar olmuşdur. Başqa sözlə Azəbaycan 20 il əvvəl belə indikindən 3 dəfə çox kənd təsərrüfatı məhsulu istehsal edirdi. Əgər nəzərə alsaq ki, son 15 ildə qiymətlər 30 min dəfə bahalaşıb, onda inflyasiya amili də nəzərə alınmaqla bu fərq ən azı 6-7 dəfə təşkil etmiş olacaqdır.
    2004-cü ildə Azərbaycanın Ümumi Daxili Məhsul İstehsalı cəmi 8,5 milyard dollar təşkil etmişdir, hansıki hələ 15-16 il əvvələ qədər bu göstərici təqirbən 18-20 milyard dollar həddindəydi. Deməli Sosialist Respublika dövründə Azərbaycan indikindən 2-2,5 dəfə, inflyasiya amilinidə nəzərə alsaq ən azı 4-5 dəfə daha çox Ümumi Daxili Məhsul istehsal edirdi.
    Əgər Azərbaycan, Sosialist Respublika dövründəki inkişaf tempini son 15 il ərzində davam etdirə bilsəydi, onda bu müddət ərzində (yəni 15 ilə) toplam 50-60 milyard dollarlıq yox, bundan 10-12 dəfə daha çox, yəni 600-700 milyard dollarlıq Ümumi Daxili Məhsul istehsal edə bilərdi ki, nəticədə indi Azərbaycanın büdcəsi 2-3 milyard dollar yox, ən azı 15-20 milyard dollar, Ümumi Daxili Məhsul istehsalı isə 8-10 milyard dollar yox, 70-80 milyard dollar təşkil etmiş olardı. Deməli Azərbaycan Respublikası Ayaz Mütəllibovdan, AXC-Müsavat cütlüyünün hakimiyyətindən tutmuş bu günə qədər Əliyevlər hakimiyyəti də daxil olmaq şərti ilə hər il orta hesabla 33 milyard dollar, 15 ildə isə ümumilikdə ən azı yarım trilyon dollar pul itirib və bu gün də itirməkdədir. Təkcə tekstil sektorunun dağıdılması hesabına son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 50-100 milyard dollar arası ziyan dəymişdir. Beləki 1991-ci ilə kimi Azərbaycan hər il 3 milyard dollarlıq ancaq tekstil məhsulu ixrac edirdi, hansı ki, indi heç ümumilikdə qeyri neft sektorunda belə bu qədər məhsul istehsal olunmur.
    Son 15 ildə Azərbaycan iqtisadiyyatına yarım trilyon dollar ziyan vuranlar bu gün kommunistlərə ləkə yaxmaqla məşğuldurlar. Necə deyərlər, mərd özündən görər, namərd özgəsindən. Fakt isə göz qabağındadır; 1991-2005-ci illər ərzində yarım trilyon dollarlıq iqtisadi zərər.
   Sual 26. Bəzi ekspertlərin fikrincə Sovet hakimiyyəti zamanı hər il Azərbaycana gətirildiyindən 1,5 - 2 milyard manatlıq çox mal buradan aparılırdı. Sizcə bu respublikanın milli gəlirinin bir hissəsinin onun əlindən əvəzsiz alınması demək deyildimi?
   
    Cavab: Bu fikiri səsləndirən şəxslər müəyyən məsələləri ya bilərəkdən, ya da bilməyərəkdən unudurlar. Məsələ burasındadır ki, Azərbaycana hər il İttifaq büdcəsindən investisiyalar yönəldilirdi. Beləki təkcə 1969-82 ci illər ərzində 13 ilə İttifaq büdcəsindən Azərbaycan iqtisadiyyatının inkişafına 35 milyard dollar məbləğində vəsait xərclənmişdir. Müqayisə üçün deyim ki, bu məbləğ son 15 ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyanın miqdarından azı iki dəfə çoxdur.
    Bundan başqa şəhərlərin salınması, yolların çəkilməsi və təmiri, elmi tədqiqat mərkəzlərinin yaradılması, metro tikintisi, zavod və fabriklərin salınması demək olar ki, birbaşa İttifaq büdcəsindən maliyyələşirdi və hər il guya Azərbaycanın itirdiyi 1,5 - 2 milyard manat isə əslində sonradan daha böyük məbləğlərdə yenidən sadalanan bu xidmətlər şəklində respublikanın özünə qayıdırdı.
    Ona görə də Sovet dövründə guya Azərbaycanın hər il 1,5 - 2 milyard rubl pul itirməsindən «təəssüf» edənlər yaxşı olar ki, hesablamalarında bu amilləridə nəzərə alsınlar. Onda görəcəklər ki, Sovet hakimiyyəti Azərbaycanın sərvətlərini daşıyıb aparmayıb, əksinə, Azərbaycan 70 ildə kifayət qədər böyük inkişaf yolu keçmişdir.
   
    Sual 27. Məlumdur ki, istər Karl Marks olsun, istərsədə Fridrix Engels sosializmin ancaq və ancaq məhsuldar qüvvələrin yüksək irkişaf səviyyəsinə çatdığı cəmiyyətlərdə mümkünlüyünü qəbul edirdilər. Bu gün siz kommunistlər Azərbaycan kimi geridə qalmış və sosializm üçün heç bir alt bazanın mövcud olmadığı bir ölkədə hakimiyyətə iddia edir və insanlara sosializm vəd edirsiniz. Məgər bunun özü Marksı inkar etmək deyilmi?
    Cavab: Əgər nəzərə alsaq ki, Yaponiyanın bir tək «SONY» şirkətinin illik mal dövriyyəsi (60 milyard dollar) Azərbaycanın illik Ümum Daxili Məhsul istehsalından 6 dəfə çoxdur və ya bir tək «Wolksvagen» şirkətinin illik xalis gəliri Azərbaycanın illik milli gəlirindən yüksəkdir, onda düşünmək olar ki, bu cür iqtisadi cəhətdən zəif və heç bir demokratik təsisatların normal inkişaf etmədiyi ölkədə «kommunizm» qurmaq SSRİ-nin Efiopiyada, Anqolada sosializm qurmaq cəhdləri qədər əsassız, absurd bir hal olacaqdır. Amma biz, Yeni Nəsil Azərbaycan Kommunistləri hakimiyyətə ona görə iddia etmirik ki, biz iqtidar olan günün sabahı kommunizm cəmiyyəti bərqərar olacaqdır, yox, əsla belə deyil. Biz ona görə hakimiyyətə iddialıyıq ki, ən azından Marksın özünün təbirincə desək «cəmiyyət doğum əzabını azaldıb yüngülləşdirə bilər», yəni ən azından sosializm üçün münbit şərait yarada bilər, sosial qütbləşməni zəiflədər, istehsalın özünü olmasada nəticəsini ictimailəşdirə bilər, bazar iqtisadiyyatını sosializm relsinə keçirə bilərik. Bunun üçünsə 20-30-cu illərdəki kimi zorakı kollektivləşməyə ehtiyac yoxdur, həmdə ümumiyyətlə ehtiyac yoxdur. Sosializmə keçid üçün sadəcə olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci və 29-cu maddələrinə riayət etmək kifayətdir. Burada sosialist təsərrüfat modelini inkişaf etdirmək üçün real hüquqi baza mövcuddur. Beləki konstitusiyanın 15-ci maddəsində bildirilir ki, «Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir», yəni bu artıq o deməkdir ki, konstitusiyada mülkiyyət çoxnövçülüyü rəsmi surətdə təsbit olunub və 29-cu maddədə isə mülkiyyətin heç bir növünə üstünlük verilməməsi barədə öhdəlik mövcuddur. Orada yazılır: «mülkiyyətin heç bir növünə üstünlük verilmir».
    Amma çox təəssüflər olsun ki, mövcud burjua hökuməti özü özünün hazırladığı Konstitusiyanın tələblərini kobud surətdə pozmuş, faktiki olaraq ölkənin bütün resurs və imkanlarını ancaq xüsusi mülkiyyətin çoxnövçülüyü və mülkiyyət növlərinin bərabərliyi prinsipinə əməl etməmişdir. Nəticədə bu gün ölkə iqtisadiyyatının 75%-i gələcəkdə isə 80-90% tamamilə xüsusi mülkiyyətin təsiri altına düşmüş və düşməkdədir. Məhz Yeni Nəsil Azərbaycan Kommunistləri sosializmin bərqərar olması yolunu Konstitusiyanın 15-ci və 29-cu maddələrinin tələblərinin həyata keçirilməsində görürük ki, bu bizlərə özəl sektorla rəqabət apara biləcək ictimai sektorun yaradılmasına imkan verəcəkdir. Yaradılması nəzərdə tutulan bu ictimai sektor Sovet dönəmindəkindən fərqli olaraq dövlətin inhisarında olmayacaq, özü nə qədər məhsul istehsal edəcəyini, hara ixrac edəcəyini, kimlərlə ortaq iş birliyi quracağını özü müəyyənləşdirəcək, yəni bazar reallıqları nəzərə alınaraq fəaliyyət göstərəcək, idarəetmə ictimai nəzarət və ictimai idarə prinsipləri əsasında təşkil olunub, tam şəffaf işləyəcək, seçkili orqan tərəfindən idarə olunacaq, ictimai sektordan gələn xalis gəlirsə ayrı-ayrı şəxslərin cibinə yox, birbaşa ictimai istehlak və və mənzil fodlarına yönəldiləcək ki, bu da bizlərə əvvəlcə əhalinin 50%-ni, sonra isə sahibkar və yüksək gəlirli ailələri çıxmaqla bütünlükdə ölkə əhalisinin 75-80%-ni əhatə edə biləcək pulsuz səhiyyə, pulsuz mənzil təminatı, pulsuz təhsil və təminatlı əmək hüququnu reallaşdırmağa imkan verəcəkdir.
    Biz hələlik ən azından bunları edə bilərik və bu tamamilə real proqramdır.
   
    Sual 28. Yeni Nəsil Azərbaycan Kommunistlərinin çoxpartiyalı sistemə münasibəti necədir?
   
    Cavab: Bəşər tarixinin son bir neçə əsrlik tarixi inkaredilməz bir şəkildə qəti olaraq sübut etmişdir ki, təkpartiyalı siyasi sistem hökmən totalitarizmə və ya avtoritar-inzibati amirlik sisteminə gətirib çıxarır ki, bu da sağlam siyasi mühitin aradan qalxmasıyla nəticələnir. Bu baxımdadn Sovet İttifaqı da istisna olmamışdır. Ölkədə təkpartiyalı sistemin mövcudluğu sağlam tənqidi düşüncənin yoxsulluğunu yaratmışdır ki, nəticədə cəmiyyətdəki nöqsanlar tənqidolunmaz və islaholunmaz hal almışdır. Məhz bu səbəbdən idi ki, heç kəs marksist ideologiyanın təhrif olunduğunu ya qorxudan dilə gətirmirdi, ya da dilə gətirdiyi təqdirdə onu müxtəlif adlar altında ya həbsxanaya, ya da dəlixanaya «ezam» edirdilər. Ona görə də buraxılan ideoloji səhvlər, nöqsanlar islah edilmək əvəzinə, bunların adi normaya çevrilməsi kimi anormal vəziyyət ortaya çıxdı ki, nəticədə Sovet cəmiyyəti özünü sağlamlaşdıra bilmədi və buraxılan nöqsanlar bütün sistemin fəaliyyətini iflic vəziyyətinə saldı. Bunların nəylə nəticələndiyini biz 1991-ci ildə gördük və yaşadıq. Sovet sistemi süqut etdi. Təbiiki özünü yeniləyə, sağlamlaşdıra bilməyən bir cəmiyyətin sonu belə olmalıydı. Bu təkpartiyalı sistemin doğurduğu qanunauyğun nəticəydi. Deməli çoxpartiyalı sistemin mövcudluğu tarixi inkişafın tələbidir. Bəs bunu necə təmin edəcəyik?
    Məlumdur ki, marksizmin müddəalarına münasibətdə kommunistlərin öz arasında belə müxtəlif yanaşmalar var. Amma bu müxtəlif yanaşmaları özündə cəmləşdirən bir ümumi cəhət var ki, bu da bütün kommunistlərin istehsalın nəticəsini cəmiyyətin xeyrinə maksimum ictimailəşdirmək fikrində həmrəyliyidir. Bu ortaq hədəfə çatmaq yolları isə müxtəlif və ziddiyyətlidir. Mənim şəxsi qənaətimə görə bu ortaq hədəfi özünün fəaliyyət məqsədi hesab edən müxtəlif siyasi partiyalar fəaliyyət göstərə bilərlər. Necəki müasir kapitalist ölkələrində eyni ideologiyaya, eyni bazar iqtisadiyyatı modelinə əsaslanan çoxlu sayda partiyalar fəaliyyət göstərir, eləcədə kommunist rejimində eyni ideoloji bazaya əsaslanan müxtəlif partiyaların müstəqil fəaliyyətinə imkan veriləcəkdir və bu hökmən edilməlidir. Nəticədə sağlam tənqidi mühit, sağlam siyasi rəqabət, cəmiyyətdəki nöqsanların islahı mühiti reallaşar, cəmiyyətin idarə edilməmsindəki inzibati amirlik sistemi aradan qalxmış olar.
   
    Sual 29. 70 illik Sovet hakimiyyəti zamanında bizim milli musiqimiz, milli musiqi alətlərimiz, xalq dastanlarımız kommunist maşınının təqibinə və represiyasına məruz qalmışdır. Siz isə hələdə kommunist ideologiyasının üstünlüklərindən danışırsınız, bu nə dərəcədə doğrudur?
   
    Cavab: Biz kommunist ideologiyası və Sovet siyasi sistemini bir-biriylə qətiyyən eyniləşdirməməliyik. Represiyalar, qadağalar və bu kimi xoşagəlməz hallar kommunist ideologiyasından yox, siyasi sistemin totalitar xarakterindən irəli gələn tələblər idi. Başqa sözlə bu gün totalitar idarə üsulunu hansı dövlətə tətbiq etsək fərqi yoxdur o kommunist ya kapitalist dövlətidir, hökmən bənzər eybəcərliklər o dövlətdədə özünü büruzə verəcəkdir. Çünki bunlar totalitarizmin mahiyyətindən irəli gəlir.
    Fikir verin, 1921-ci ildə Nərimanovun göstərişiylə «Novruz» bayramına rəsmi status verildi və həmən gün qeyri iş günü elan edildi. Amma 30-cu illərdə «Novruz» bayramının dövlət səviyyəsində rəsmi qeyd olunması qadağan olundu. Məgər buna görə kommunist ideologiyası günahkardır? Əgər belə olsaydı onda bu bayramı hamıdan birinci Nərimanov gərəkki qadağan edəydi. Lakin bunun tam əksinə olaraq Nərimanov «Novruza» rəsmi bayram statusu verdi.
    Sonra deyirsiniz ki, kommunistlərin dövründə bizim milli musiqi alətlərimizə, xalq dastanlarımıza qarşı represiya aparılırdı. Bəli, «protokult» təxəllüylü sağlam düşüncədən məhrum bəzi radikallar bu cür iyrənc əməlləri həyata keçirməyə təşəbbüs göstərmişdirlər. Amma nəticəsi nə oldu? Nəticəsi o oldu ki, tar musiqi aləti kimi nəinki qadağan edilmədi, tam əksinə, hələ üstəlik simfonik orkestrdə öz layiq olduğu yerini də tutdu. Sosialist Respublika dövründə Azərbaycanın peşəkar milli musiqisi həm özünün yaranış, həmdə intibah mərhələsini yaşadı.
    Bu yaxınlarda bir nəfər musiqi alətləri düzəldən usta televerilişlərdən birində çox maraqlı bir fikir söylədi. O bildirdi ki, əvvəllər bizdə jurnallar olurdu və bizdən tar musiqi aləti almaq istəyən şəxslər bu jurnalda növbəyə durardılar. 2-3 ay növbə gözləyirdilər ki, sıra onlara çatacaq və onlar sifariş verdikləri musiqi alətini alacaqlar, indi isə tam tərsinə, biz aylarla gözləyirik ki, bəlkə kimsə gəlib bizdən tar alar.
    Budur milli musiqiyə Sovet dövründə və indi olan tələbin, qoyulan hörmətin müqayisəli göstəricisi.
    Arif Məlikovun sözlərinə görə klassik musiqinin vətəni sayılan İtaliyada, Avstriyada, Fransada, nədə digər inkişaf etmiş ölkələrdə Sovet musiqi təhsil sistemi qədər mükəmməl ikinci bir musiqi təhsil sistemi görmədim.
    Bəs indi nə baş verir? Bəstəkar Xəyyam Mirzəzadənin sözləriylə desək o baş verir ki, əvvəl musiqi ekrandan küçəyə gedirdisə, indi tam tərsinə, küçədən ekrana gəlir. Nəticədə bəstəkar Vasif Adıgözəlovun acı etirafı ortaya çıxır: «Bu gün Azərbaycanda milli musiqi yoxdur».
    Budur son 15 ildə milli mədəniyyətimizə, milli musiqimizə qarşı aparılan əsl represiya. Sovet dövründə şərqdə ilk konservatoriyanı, klassik milli musiqini yaratmaqla fəxr edən millət bu gün efirdə çılpaq klip çəkdirən müğənnilərin sərgüzəştlərini dinləyəcək səviyyəyə qədər zövqsüzləşmişdir. Millətin mənəviyyatına qarşı aparılan əsil represiya budur. «Şou-biznes» kapitalizmin insan mənəviyyatına qarşı apardığı müharibədir, hansıki səhər-axşam bizə bunu təlqin edirlər.
    Bu gün kommunistləri qara fonda göstərməyə çalışanlar qoy o faktıda unutmasınlar ki, indi milli mənəvi dəyərlərimiz o dərəcədə ucuzlaşıb, aşınıb ki, hətta əcnəbi müğənnilərin Respublika Sarayında tamaşaçılar qarşısında şalvarlarını soyunaraq atılıb düşmələrini belə alqışlayacaq dərəcədə mədəni tənəzzülə məruz qalmışıq.
    Gələk xalq dastanlarına. Bəli bu həqiqətdir ki, Dədə Qorqud dastanı kimi bir epos Sovet dövründə, konkret olaraq 40-cı illərdə yasaqlanmışdır. Amma onuda unutmamalıyıq ki, Dədə Qorqud dastanını qadağan edən Sovet hakimiyyəti olmuşdursada, ona bəraət qazandıraraq pul buraxıb «Dədə Qorqud» filmini çəkdirəndə Sovet hakimiyyəti olub. Bunuda demək lazımdır. Amma yalançı millətsevərlər qoy barmaqlarını qatlayıb bircə dənə fakt göstərsinlər ki, son 15 ildə Azərbaycanda hansısa tarixi film çəkilib. Lakin qoy belələri bir faktıda yadda saxlasınlar ki, indi tarixi film çəkməyə pul tapılmayan Azərbaycanda hər il yarım milyard dollarlıq bahalı xarici avtomobil, 1,5 milyard dollarlıq isə bahalı mənzillər alınıb-satılır.
   
    Sual 30. Sahibkar kapitalistlər insanlara iş yerləri yaradır, cəmiyyətin sosial iqtisadi rifahı üçün çalışır və bu xidmətlərinin müqabilində də haqlı olaraq «mənfəəti» mənimsəyirlər. Siz kommunistlər isə iddia edirsiniz ki, sahibkar istismarçıdır və onların mənimsədikləri mənfəət işçinin əməyinin istismarı hesabına formalaşır. Bunu necə sübut edərsiniz?
   
    Cavab: bunu sübut etmək üçün yeni bir «Kapital» əsəri yazmağa ehtiyac yoxdur. Sualınızın cavabı sahibkar adlandırılan oğru sinfin mənşəyində gizlidir. O sinifki vətəndaşların – mənim, sənin, bir sözlə hamımızın pulsuz səhiyyə, pulsuz mənzil, pulsuz təhsil, təminatlı əmək hüquqlarından məhrum edilməyimizin hesabına yaradılıb və vaxtı ilə Sosialist Respublika zamanında bu hüquqların reallaşmasının maddi bazası kimi çıxış etmiş ictimai istehlak və mənzil fondlarının ləğvi hesabına yaradılıb, deməli onların mənimsədikləri «mənfəət» də ancaq bizim məhrum edildiyimiz hüquqların istismarı, oğurlanması hesabına formalaşır. Nəticədə cəmiyyət yüz minlərlə işsizlər ordusuna, yoxsulluğa, səfalətə, sosial təminatsızlığa düçar olur, bunun müqabilində isə bir ovuc «işbaz» guruh misilsiz sərvət toplayır. Sonrada bizim boynumuza minnət qoyurlar ki, biz sizə iş yerləri açırıq, əslində isə bunlar iş yeri yox, istismar tələsidir, itismar dəzgahıdır. Onlar bu «istismar dəzgahları»nda işçini ütür, yonur, rəndələyir, dərisini aşılayır, bunun hesabına isə misilsiz sərvət toplayırlar. Bu baxımdan ən «məsum» sahibkar belə sənin pulsuz səhiyyə, pulsuz mənzil, pulsuz təhsil, təminatlı əmək hüquqlarının, mənzil və ictimai istehlak fondlarının üstündə yatmış əfi ilandır. Məhz indi Azərbaycanda hər il bahalı xarici maşınlara, bahalı mənzillərə, xarici mebellərə, villalara, restoranlara xərclənən təqribən 4 milyard dollar civarında pullar əslində bizim oğurlanmış sosial hüquqlarımızın maddiləşmiş ifadəsidir. Bu avtomobillərin, villaların, bahalı mənzillərin hər bir zərrəsində bizim məhrum edildiyimiz sosial hüquqlar həbs edilmişdir.
    Sahibkarların cibinə həbs edilmiş bu hüquqlarımızı tələb etmək isə bizim ən təbii haqqımızdır.
   
    Sual 31. Azərbaycanda bu gün mövcud olan problemlərin səbəbi kapitalizm yox, məmur kapitalizmidir. Əgər bazar münasibətləri qərbdəki kimi normal inkişafa qədəm qoyarsa, onda biz də ABŞ-ın, Almaniyanın, Fransanın əhalisi kimi sosial rifah içərisində yaşaya bilmərikmi?
   
    Cavab: Kapitalizmin mgvcudluğu üçün iki başlıca şərt tələb olunur. 1-si bütün istehsal vasitələrindən məhrum edilərək ancaq öz iş qüvvəsini satmaqdan başqa dicər dolanışıq vasitəsi olmayan çoxluq, hansıki özəlləşdirmə vasitəsiylə «cərimə və xalqa cəza hökumətləri» buna nail oldular. Əhalini ümumxalq mülkiyyətindən məhrum edərək shibkar kapitalistlər üçün muzdlu əmək bazarı formalaşdırdılar. 2-si isə sərvətin, itehsal vasitələrinin bir qrup şəxsin əlində toplanması. Bu baxımdan bu gün məmur kapitalizmi deyilən şey əslində ilkin kapital yığımı prosesidir ki, bu hal bütün ən inkişaf etmiş klassik kapitalist dövlətlərində elə indi Azərbaycanda olduğu kimi vəhşilik və iyrəncliklərlə getmişdir.
    Ona görə də bu gün Azərbaycanda yaşananlar əslində elədə anormal şeylər deyil, bunu erkən kapitalizmin inkişaf qanunları tələb edir. Əks təqdirdə qısa müddət ərzində kifayət qədər kapitala sahib sahibkarlar sinfi formalaşa bilməzdi.
    O ki qaldı guya bu erkən kapitalizm mərhələsini keçib normal bazar münasibətlərinə qədəm qoyarıqsa prodlemlərimiz həll olar, - bu son dərəcə yanlış təsəvvürdür. Niyə? Mənə elə gəlir ki, hər bir kəs mənimlə razılaşar ki, biz nə qədər inkişaf etmiş dövlət qursaqda, hər halda Amerika, Yaponiya, Almaniya, Fransa kimi dövlətlərdən daha qüdrətli, daha mükəmməl və daha qayda-qanunlu dövlət qura bilməyəcəyik. Sadalanan bu ölkələrdə bizim şikayət etdiyimiz məmur özbaşınalığı yoxdur, amma bu ölkələrin əhalisi də bizimlə bənzər problemlərdən əziyyət çəkirlər; sadəcə bir faktı xatırlatmaq kifayətdir ki, indi hal-hazırda dünyanın ən inkişaf etmiş 7 dövlətində təxminən 25-30 milyon nəfər rəsmi qeydiyyatdan keçmiş işsizlər ordusu mövcuddur.
    Azərbaycan Respublikasından 10-13 dəfə daha çox məhsul istehsal edən, hər il dünya bazarında 130 milyard dollarlıq avtomobil satan «Daimler Krysler» kimi şirkətlər yen-yeni iş yerləri yaratmaq əvəzinə kütləvi surətdə işçilərini işdə çıxarmaqla məşğuldurlar. Bu yaxınlarda adı gedən şirkət Almaniyadakı işçilərindən 8 min nəfərini işdən çıxaracağını açıqladı. Yaponiyanın «SONY» korparasiyasını götürün, şirkət işçilərinin 20%-ni, yəni təxminən 10 min nəfərini ixtisara salacaq. Fikir verin, Azərbaycan dövlətindən 6 dəfə çox məhsul istehsal edən və illik gəliri bizim ölkənin illik milli gəlirindən dəfələrlə çox olan belə bir qiqant şirkət cəmi 40 min insana iş imkanı yaratmışdır, halbuki şirkətin xalis illik gəliri Azərbaycan kimi bir neçə dövlətin əhalisini illərlə dolandırmağa kifayət edər. Nəticədə nə baş verir? O baş verir ki, ölkələrin milli gəlirləri artıb trilyonlarla dollara çatdığı halda, əhali yoxsulluq və işsizlikdən əziyyət çəkir. Bu hal ABŞ dövlətinin timsalında daha qabarıq nəzərə çarpır. Belə ki, Amerika dövləti illik 13 trilyon dollarlıq milli məhsul istehsalıyla, hansı ki, bu göstəriciyə görə o Avropa Birliyinin ən varlı 15 dövlətindən bir yerdə daha üstündür, 2,5 trilyon dollarlıq illik büdcəsiylə dünyada analoqu olmayan dövlətdir, təkcə Çikaqo şəhərinin istehsal gücü 85 milyonluq Meksika dövlətinin istehsal gücüylə müqayisə oluna bilər, ABŞ təkbaşına Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, İsveçrə, İsveç, Hollandiya kimi dövlətlərin hamısından bir yerdə daha böyük iqtisadi gücə malikdir, daha zəngindir və dünya iqtisadiyyatının 27%-i ancaq bu super gücə aiddir, - amma nə fayda, dünya əhalisinin cəmi 5%-nin yaşadığı bu ölkə, dünya iqtisadiyyatında sahib olduğu 27%-lik qiqant payla nəinki yoxsulluğu aradan qaldıra, heç onu azalda da bilmir. Əksinə, yoxsulların sayı milyonluq şkalalarla müntəzəm olaraq artır. Rəsmi dövlət statistikasına görə 2004-cü ildə cəmi 12 ay ərzində Amerikada aclıq həddində yaşayanların sayı daha 1,6 milyon nəfər artaraq 37,6 milyon nəfərə çatmışdır. Müstəqil amerikalı ekspertlərin fikrincə isə hökumət bilərəkdən ifrat yoxsulların sayını az göstərir, əslində bu gün ABŞ dövlətində aclıq həddində yaşayan insanların real sayı təqribən 50 milyon nəfərə yaxındır. Onlar istirahət, bayram günü demədən hər gün 12-14 saat qul kimi işləyirlər.
    Burada təəccüblü heç bir şey yoxdur. Çünki kapitalist bazar iqtisadiyyatı elə münasibətlər sisteminə əsaslanır ki, orada kapital, pul, sərvət insanlar üçün yox, məhz insanlar kapital və sərvət üçün mövcuddurlar. Başqa sözlə kapitalizmdə pul, istehsal insana yox, insan kapitala və pula qulluq edir. İstehsalın nəticəsində yaranan sərvət cəmiyyətin ümumi rifahına yox, ancaq və ancaq xüsusi imtiyazlı zənginlər təbəqəsinin lüks həyatına və kapital yığımına xidmət edir. Heç təsadüfi deyil ki, indi on milyonlarla insanın aclıq həddində yaşadığı Amerikada varlı təbəqə hər il 55-60 milyard dollar pulu ancaq qumarxanalarda xərcləyir, hər il it-pişik yemlərinin alınmasına 12-20 milyard dollar vəsait sərf olunur. Amerikalı zənginlər porsu 1000 dollara başa gələn dondurmalar yeyir, bir cüt qədəhi 100 min dollardan 1 milyon dollara qədər qiymətlərə satılan içərisinə brilyant qaşlar atılmış şərab içir, gecəsi 2-3 min dollara başa gələn bahalı mehmanxanalarda gecələyirlər. Bütün bu kapitalist azğınlıqlarının fonunda isə milyonlarla yoxsul amerikalı qidasızlıq ucbatından öz bədənini qanla təmin edə bilmir. Proqnozlara görə 2010-cu ilə qədər qan çatışmamazlıqlarıyla qarşılaşan amerikalıların sayı 18 milyon nəfərə çatacaqdır. Digər inkişaf etmiş kapitalist dövlətlərindədə vəziyyət təqribən buna oxşardır. İşsizlik, yoxsulluq, sosial təminatsızlıq 100 minlərlə insanları küçələrə çıxmağa vadar edir. Məsələn 2005-ci ilin oktyabr ayında Fransanın ayrı-ayrı şəhərlərində 1 milyona yaxın insan mitinqlərə çıxaraq işsizliyi, artan yoxsulluğu, maaşların azlığını protest etmişdirlər. Mitinq işçiləri əsasən müəllimlərdən, həkimlərdən, gənc mütəxəssislərdən, və işsizlərdən ibarət idilər. 2005-ci ilin 20 oktyabrında Almaniyada Berlin şəhərini həkimlərin etiraz dalğası bürüdü. Ağ xalatlı minlərlə adam küçələrə çıxaraq pis əmək şəraitinə etiraz edib, əlavə iş üçün təzminat tələb ediblər. Onların fikrincə son illər ən yaxşı mütəxəssislər əmək şəraitinin yarıtmazlığı ucbatından ölkəni tərk edib xaricə üz tuturlar. Bənzər etiraz aksiyaları bütün inkişaf etmiş qərb dövlətlərində keçirilir.
    Belə olan halda ortaya çox haqlı bir sual çıxır. Əgər kapitalist bazar iqtisadiyyatı bu günün özündə belə bu quruluşu icad edən xalqlara öz acı silləsini dadızdırırsa, bizim bazar iqtisadiyyatından «bal dadacağımız» nə qədər ağılabatandır?
    Unutmamalıyıq ki, insanların sabahına təminat verə bilməyən bu tip qısır iqtisadi sistemlər heç vaxt milli səviyyədə bizlərə sosial rifah və səadət bəxş edə bilməyəcək.
   
    Sual 32. Azərbaycanda müxalifət iddia edir ki, hakimiyyətə gəldikləri təqdirdə bütün sosial problemləri həll edəcəklər. Sizcə hakimiyyət dəyişikliyi sosial problemlərin həlli üçün kifayət edərmi?
   
    Cavab: Əvvəla biz bilməliyik ki, istər Azərbaycanda istərsədə digər kapitalist dövlətlərində gerçək mənada müxalifət yoxdur. Hər bir ölkədə ancaq bir prezident kürsüsü var və onda da eyni vaxtda bir neçə adamın oturması qeyri mümkündür. Bu səbəbdən də onlar bir birilərinə müxalif cəbhə tutmaq məcburiyyətində qalıblar. Yəni kürsü müxalifətidirlər. Onların müxalifətçilik anlayışı ancaq «kürsüdən» ibarətdir. Ona görə də belələrini kürsü müxalifəti adlandırsaq daha düzgün olar. Qaldı ki, kürsüdə oturanları dəyişməklə sosial problemləri həll etməyin mümkün olamasına, buna sadə bir misal çəkəcəm. Fikir verin, dünya kapitalist sisteminin flaqmanı, demokratiyanın beşiyi hesab edilən ABŞ 240 il ərzində 43 prezident dəyişib, məgər sosial problemlər həll olunubmu? 40 il bundan öncə yoxsulluğa qarşı müharibə elan etdilər, yoxsulluq azalmaq əvəzinə əksinə yoxsulların sayı iki dəfə artıb. Almaniyanı, Fransanı, İtaliyanı götürün, onlarla prezident, kansler, baş nazir dəyişiblər, nəticəsi nə olub? Yenədə işsizlik, yoxsulluq, sosial ədalətsizlik, qiymətlərin kəskin bahalaşması.
    Bu o deməkdir ki, işsizlik, yoxsulluq və s. kimi elə köklü sosial problemlər var ki, onları kürsüdə oturanları dəyişməklə həll etmək mümkün deyil. Çünki bu problemlər hakimiyyətdə oturanların yox, kapitalist bazar modelinin təbiətindən və tələblərindən irəli gəlir. Bu problemlərdən xilasın yeganə yolu isə oyunçuları yox, kapitalist oyun qaydalarını dəyişməkdir.
    Bu baxımdan əgər bizim kürsü müxalifəti hakimiyyətə can atırsa bilin ki, onlar vəzifə kürsüsü üçün darıxıb. O ki qaldı biz Yeni Nəsil Kommunistlərə, açıq etiraf edirik ki, biz oğru Əliyevlər rejiminə də, onun kürsü müxalifətinə də qarşıyıq və ölkənin yeganə inkişaf yolunu sosializm cəmiyyətində və sosialist təsərrüfatçılıq sistemində görürük. Başqa sözlə, biz əsil sistem müxalifətiyik.
   
    Sual 33. Kommunizm utopiyadır yoxsa reallıq, Yeni Nəsil Azərbaycan Kommunistləri utopiya yoxsa reallıq uğrunda mübarizə aparırlar?
   
    Cavab: 1847-ci ilin dekabrında Karl Marks və Fridrix Engels yazırdılar: «Kommunistlərin nəzəri müddəaları heç də dünyanı yeniləşdirmək xəyalına düşən bu və ya başqa bir şəxsin uydurduğu və ya quraşdırdığı ideyalara, prinsiplərə əsaslanmır. Bu müddəalar… gözümüzün qarşısında baş verən tarixi hərəkatın ifadəsidir».
    Çox yerində işlənmiş ifadədir, «Kommunistlərin nəzəri müddəaları… gözümüzün qarşısında baş verən tarixi hərəkatın ifadəsidir». Bəli, biz dünyanın ən bədbəxt, eyni zamanda ən xaşbəxt bir nəsliyik ki, kapitalizmin necə və hansı itkilər hesabına yarandığı bizim gözlərimiz qarşısında baş vermişdir, biz bazar iqtisadiyyatı deyilən bu tarixi dramanın faciəli səhnələrinin həm iştirakçısı, həm də canlı tamaşaçısı olmuşuq. Onun necə doğulduğu gözlərimiz qarşısında baş verib. Çox yox, cəmi 15 il bundan öncəyə qədər bizim hər birimizin pulsuz mənzil əldə etmək, pulsuz səhiyyə xidmətlərindən istifadə etmək, pulsuz təhsil almaq və təminatlı əmək hüquqlarımız vardı. Sosialist Respublika bu hüquqları təmin etmək barədə vətəndaşlar qarşısında öhdəlik götürürdü və bu öhdəlikləri reallaşdırmaq üçün ictimai-istehlak və mənzil fondları yaradılırdı. Sosiialist təsərrüfatından gələn gəlir bu fondlarda toplanır və cəmiyyətin sosial təminatı, sadaladığımız hüquqların reallaşmasına sərf olunurdu. Amma indi bunların heç biri yoxdur. Kapitalist bazar iqtisadiyyatının «memar»ları bu sistemi dağıdıb talan etdilər, həm də ölkə iqtisadiyyatına ən azı yarım trilyon dollar ziyan vuraraq. İndi isə yenidən qururlar, amma özlərinə sərf edən şəkildə. Nəticədə Sosialist Respublika dönəmində ictimai istehlak, məhzil fondlarına yönələn milyardlarla vəsait indi axır bir ovuc sahibkarın cibinə. Başqa sözlə, indi iqtisadiyyat cəmiyyətin ictimai istehlak, mənzil fondlarına yox, ayrı-ayrı sahibkarların cibinə işləyir. Sosializmlə kapitalizmin əsas fərqi budur.
    Xalqı sosial hüquqlardan məhrum edənlər indi bizləri inandırmağa çalışırlar ki, guya kapitalizm hamımıza işıqlı gələcək, sosial səadət bəxş edəcəkdir. Yalandır! Hansı sağlam məntiqə uyğundur ki, bizləri pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək hüquqlarından, ictimai istehlak və mənzil fondlarından məhrum etmiş cəmiyyət, guya ki, bizlərə sosial səadət bəxş edəcəkdir. Əslində isə xalq pulsuz mənzil hüququndan, mənzil fondlarından məhrum edilib ki, bir qrup zəngin haramzada 300-400 min dollarlıq mənzillərdə, milyonlarla dollar dəyəri olan villalarda yaşasın, millət ictimai istehlak fandundan məhrum edilib ki, bir ovuc zəngin 100 min dollarlıq avtomobillərdə, bahalı restoranlarda kef edib hər il lüks istehlaka milyardlarla dollar pul xərcləsin, dövlət isə ona görə mövcuddur ki, bütün bu oğurluqlara, tarixi cinayətlərə «azad sahibkarlıq» adı altında hüquqi don geyindirsin.
    Əgər siz XIX əsrdə hansısa kommunistdən soruşsaydınız ki, siz nə uğrunda vuruşursunuz, onlar tərəddüd etmədən «kommunizm» deyərdilər. Hansı ki, bu anlayışın mahiyyəti o vaxt 99,9% əhali üçün ümumiyyətlə təsəvvüredilməz idi. Bu gün isə bizim mübarizə hədəflərimiz çox aydın və çox dəqiqdir. Biz əlimizdən alınmış sosial hüquqlarımız və ictimai istehlak fondlarının bərpası üçün vuruşuruq. Bu isə utopiya yox, mövcud olmuş və məhrum edildiyimiz reallıqdır. Məhz bu reallıqdan çıxış edərək deyirik:
    MÜSTƏQİL, NÜMUNƏVİ SOSİALİST AZƏRBAYCANI UĞRUNDA İRƏLİ !
   
    Biz Yeni Nəsil Azərbaycan Kommunistləri Azərbaycanda sosializmin qələbəsini təmin etmək üçün marksizm ideyalarının təbliği ilə məşğuluq. Bu ideyaların təbliği zamanı kommunizmə irad tutulan müxtəlif suallarla rastlaşmış və onları cavablandırmışıq. Bu suallardan bəzilərini və onlara verilən cavabları bu kitabçada nəşr edirik.
   
    İşçi! Milli sərvətin tək və gerçək yaradıcısı. Ən dahi alim beyninin layihəsi belə sənin əməyin tətbiq edilmədiyi müddətcə dəyərsiz kağız parçasıdır. Yalnız sənin əməyin ölüyə can verən dirilik suyu kimi sirayət etdiyi hər yerdə sərvət və gerçək dəyər yaradır. Bütün ölkə, bəşəriyyət ancaq sənin əməyinin hesabına tərəqqi və inkişaf edir. Bu o əməkdir ki, sən onun hesabına Sovet İttifaqı dövründə pulsuz səhiyyə, pulsuz təhsil, pulsuz mənzil və saysız hesabsız güzəştlər almışdın. Bu günsə sənin bu hüquqların əlindən alınmış və bir parça çörəyə, əzələni satacaq bir işə və ən dəhşətlisi isə kimlərinsə mərhəmətinə möhtacsan. İndi sənin əlindən alınmış hüquqların (mənzil fondun, təhsil fondun, səhiyyə fondun) sərvət şəklində harın sahibkarların cibinə axır. İndi sən özünü, övladını müalicə etdirmək üçün televiziya ekranlarından göz yaşları içərisində mərhmət dilənirsən. Sənin əməyini mənimsəyib şişənlər isə sənin hesabına sərvət gölündə üzürlər. Sən qan qusanda onlar bank hesablarına yığın-yığın sərvət «qusurlar».
    Məhkum edildiyin daxmadan başını çıxarıb ətrafında ucalan göydələnlərə, villalara bax. Onlar sənin oğurlanmış hüquq və azadlıqlarındır. Onlar nə qədər böyük və dəb-dəbəlidirsə, sən bu dəb-dəbənin fonunda bir o qədər cılız, təhqir olunmuş və hüquqsuzsan. Bu hüquqsuz və miskin həyatına baxıb dəhşətə gəl.
    Hər cür sərvətin yeganə mənbəyi - işçi! Sənin əməyin qul əməyi kimi istismar olunur. Hər şey sənin əməyinlə yaranır, amma sən bunun müqabilində heç bir təminat almırsan. Bax! Mövcud rejimin «sütun»larına, bax onların dəb-dəbəli həyatına. Onlar sənin zəhmətinin nəticəsini yeyir. Bax! Vəkillərə, polisə, orduya, onlar da sənin əməyindən bəhrələnir. Bax! Şou-bitznes təlxəklərinə, bir gecədə göbək atıb avtomobil qazananlara, bax onların göbəyinə dollar basanlara. Zənginlərin iti-pişiyi belə səndən daha yaxşı həyat sürür. Bu quruluşun, bu rejimin nəzərində sənin it qədər də dəyərin yoxdur.
    Universitetlərdə «qaz» kimi yolunub ütülən tələbə! Universitet sənin cibini qırxandan sonra sənə əl boyda bir karton parçası verib ardından da bir təpik vurub tullayacaq təminatsız həyatın ağuşuna. Darvazanın kandarından sənin ümidsiz, sabahı məchul acı taleyin başlayacaq. Həyatın acı zərbələri addımbaşı hər tində sənnin mənliyini əzib, ayaqlayıb, mənəviyyatını eybəcərləşdirəcək. Simasızlaşmış, daxilən eybəcərləşmiş, mənən sınmış həyat sənin alın yazın olacaq. Təminatsız həyatın sərt sillələri; işsizlik, yoxsuzluq, ehtiyac, xəstə mühit sabahkı günə olan ümidlərini aşındırıb yox edəcək.
    Bəlkə düşünüb ola bilməz deyirsən? Hə, inkişaf etmiş avropalı həmfikirlərində sənin kimi düşünürdü. Artıq sənin bu cümlələri oxuduğun saat onlardan 95 nəfəri öz səhvlərini həyatları bahasına başa düşdülər. Belə ki, onlar son çarəni həyatlarına qəsddə gördülər. Bu cümlələri oxuyub düşündüyün hər saat kapitalist qərbi Avropada daha 95 nəfər bu aqibəti yaşayacaq və yaşayır. Bu isə qərbi Avropada hər il 100 minlərlə özünəqəsd və özünəqəsdə təşəbbüs deməkdir.
    Nə vaxtsa sənin də aqibətin belə olacaq. Özü də bilirsən niyə? Çünki cəmiyyətin 5-10% zəngin təbəqəsi lüks içərisində yaşasın deyə, hansısa biznesmen milyonlarla dollarlıq villada, 100-150 min dollarlıq avtomobillərdə qudurğan bir həyat yaşasın deyə.
    Gəncliyini cəmiyyətin tərəqqisinə qurban vermiş təqaüdçü, bütün mənalı ömrünü cəmiyyətin maariflənməsinə həsr etmiş müəllim, ömrü boyu insanların sağlamlığı keşiyində duran həkim, bilik və bacarığını quruculuğa sərf etmiş mühəndis, bu deyilən acı həqiqətlər sənin də aqibətindir.
    Problemlər çox, onların qurbanları daha çox, çıxış yolu isə təkdir. «Çağırış» qəzetinin çağırışına səs verən hər kəsi kapitalizmin «oğru qanunlarına» YOX deməyə çağırırıq.
    İsməti, namusu ayaqlar altına atılmış Azərbayjan qadını, bu qəzet sənin səsindir. Arvad tumanı satmağa məhkum edilmiş Azərbaycan kişisi, bu qəzet sənin səsindir. Səhərdən axşamadək hərbi əsir kimi işlədilən işçi qardaşım, bu «Çağırış» sənin çağırışındır. Qapılarda iş və mərhəmət dilənçisi edilmiş işsiz, bu «Çağırış» sənin harayındır. «Çağırış» qəzeti sizin səsiniz olacaq, sizin vəkiliniz olacaq. Biz sizə görüşməyə bir ünvan verdik, birləşməyin ünvanıdır «Çağırış». Biz ayrı-ayrılıqda heç nəyik. Amma bu ünvanda birləşəndə biz gücük, qüvvəyik. Sən bir damcısan rejim qarşısında, rejimsə qaya parçası. Təklikdə sən çox zəifsən, amma damcılar çoxalanda və onlar hamısı bir nöqtəyə vuranda qaya parçası oyulub deşilir. Bax burada atalar yaxşı deyib: «damcı daş dələr».
    Biz hamımız kapitalist bazar iqtisadiyyatının «oğru qanunlarına» YOX deyirik, siz də YOX deyin. BİRLİKDƏN QÜVVƏT DOĞAR !
   
XRONOLOGİYA

    1990-cı il – İngiltərədə 20 min insan kənd təsərrüfatında işdən çıxarıldı. Müflisləşmə ucbatından 56 fermer intihar etdi.
    2000 Dünyanın məşhur «Boinq» şirkəti 20 min əməkdaşını işdən çıxarajağını elan etdi. Məqsəd əmək haqqı fondunu azaltmaqla xərjlərə qənaət etmək və bununlada şirkətin rəqabət qabiliyyətiniartırmaqdır.
    2000-ci il 16 iyun – Kanadanın Ontario əyalətinin Torronto şəhərində evsiz-eşiksizlərin ağır vəziyyətinə etiraz edən mitinq oldu. Mitinqçilər şəhər merinin binasını ələ keçirməyə cəhd göstərdilər. Polislə toqquşma baş verdi. Polis qaz qumbaraları tətbiq edərək mitinqi zorla dağıtdı.
    2001-ci il 16 mart – İtaliyanın Neapol şəhərində 25 min nəfərin iştirakı ilə qlobal kapitalizmi pisləyən izdihamlı mitinq oldu. Polislə toqquşmalar elə böyük vüsət almışdır ki, əhali küçələrə çıxmağa ehtiyat edirdi. Mitinq dağıdıldı, 100 nəfər göz altına alındı.
    2001-ci il 15-16 iyun – Başları üzərində Karl Marksın portretini tutmuş 25 min insan «Rədd olsun qlobal kapitalizm» şüarı ilə İsveçin geteburq şəhərində keçiriləcək iqtisadi forumu protest etdilər. Mitinq iştirakçıları ilə polis arasında güclü toqquşma oldu. Toqquşma 12 saat davam etdi. Küçə döyüşləri elə böyük vüsət aldı ki, polis məcbur olub şəhərin mərkəzini boşaltdı. İyunun 16-da İsveç Şenden sazişindən çıxdığını bildirərək Geteburqda fövqəladə vəziyyət elan etdi.
    2001-ci il 2 iyul – Avstriyanın Zasburq şəhərində qlobal kapitalizm əleyhinə mitinq oldu. Mitinq o qədər izdihamlı, küçə döyüşləri isə elə şiddətliydi ki, Avstriya hökuməti mitinqçilərə qarşı 15 minlik polis ordusu göndərmişdi.
    2001-ci il 20-23 iyul – İtaliyanın Genuya şəhərində «Böyük səkkizlərin» zirvə toplantısı oldu. Zirvə toplantısı keçirilən yerdən 1150 metr kənarda qlobal kapitalizm əleyhinə «Cinayətkar zənginlən zirvəsinə xeyr» şüarı altında 100 min nəfərin iştirakı ilə izdihamlı mitinq keçirildi. Hələ indiyə kimi bəlkə də Avropa belə böyük etiraz mitinqi görməmişdi. Bu, sözün əsl mənasında inqlabı xatırladırdı3 gün boyunca Genuya küçələrində mitinqçilərlə 20 min polis arasında şiddətli küçə döyüşləri getdi. Karlo Quliyani adlı 23 yaşlı gənc italyan polislər tərəfindən vəhşicəsinə döyülərək, başından aldığı güllə yarasından həlak oldu, 470 nəfər yaralandı, 85 nəfər isə həbs edildi.
    2001-ci il – ABŞ-ın ən böyük inhisarlarından olan «General Elektrik» şirkəti rekord sayda, 75 min nəfəri işdən çıxardı. Məqsəd işdən çıxarmalar hesabına işçilərə verilən əmək haqqı fondunu azaltmaq və qənaət olunmuş pulun hesabına şirkətin qəqabət qabiliyyətini artırmaq olmuşdur.
    2001-ci il – Hər il dünyada 130 milyard dollarlıq avtomobil satışı həyata keçirən və təkbaşına dünya avtomobil bazarının 7-8%-nə nəzarət edən dünyanın ən böyük 5 avtomobil inhisarından biri olan və 1995-ci ildə ABŞ-ın Crysler və Almaniyanın Daimler Benz şirkətlərinin birləşməsindən yaranan «Daimler Crysler» avtomobil şirkəti gəlirlərinin çox olmasına baxmayaraq özünün rəqabət qabiliyyətini daha da gücləndirmək üçün 26 min nəfəri işdən çıxardı.
    2001-ci il sentyabr – Yaponiyanın ən böyük şirkətlərindən olan «Hitochi» kompaniyası14 min nəfər əməkdaşını işdən çıxardı.
    2001-ci il 11 sentyabrdan 11 oktyabradək – cəmi bir ay ərzində dünyanın ən zəngin və ən inkişaf etmiş 2-ci dövləti olan Yaponiyada nə az nə çox, düz 370 min nəfər insan işdən çıxarılmışdır. Bu ABŞ-da1 ay ərzində çıxarılan rekord sayda işdənçıxarmaların düz 3-qatına bərabərdir.
    200-ci il avqust – Amerikada(ABŞ) 1 ay ərzində rekord sayda, düz 113 min nəfər işdən çıxarılmışdır. 2001-ci ilin 11 sentyabrından 2002-ci ilin 11 sentyabrına qədər isə bir il ərzində bir milyondn çox (1mln. 54 min 653 nəfər) Amerika vətəndaşı öz daimi iş yerini itirərək işsiz durumuna düşmüşdür. Təkcə bu bir il ərzində ABŞ-ın sənaye sektorunda 426 min 948 nəfər, turizm sektorunda 139 min 840 nəfər, nəqliyat sektorunda 139 min 215 nəfər, rabitə və kommunal xidmətləri sahəsində 132 min 96 nəfər, maliyə və sığoria sektorunda 67min 735 nəfər işdən çıxarılmışdır.
    2000-ci ilin noyabrından 2003-cü ilin noyabrınadək – cəmi 3 il ərzində dünyanın ən inkişaf etmiş dövləti və kapitalist bazar iqtisadiyyatının flaqmanına çevrilmiş Amerika Birləşmiş Ştatlarında 3 milyondan çox insan işdən çıxarılmış və bu müddət ərzində bir dənədə olsun yeni iş yeri yaradılmamışdır.
    2003-cü il oktyabr – Yaponiyanın iqtisadiyyat nəhəngi olan «SONY» şirkəti 155 min işçinin təqribən 13%-ni, yəni 20 min əməkdaşını 3 il ərzində ixtisara salacağını açıqladı. Kütləvi işdənçıxarmalarda məqsəd əməkhaqqı fondunu kiçiltmək və qənaətlərin hesabına rəqabət qabiliyyətini gücləndirməkdir.
    2003-cü il dekabr – Avropanın inkişaf etmiş dövlətlərindən olan İspaniyada işsizlik həddi artaraq 8,9%-dən 9,4%-ə çatmışdır. Bu artıq hiper-işsizlik deməkdir (böhran həddi).
    2004-cü il – İtaliyanın hava yolları şirkəti 22 min əməkdaşından 5 minini (24%) işdən çıxaracağını açıqladı.
    2004-cü il mart – Yunanıstanda işsizlik 10%-lik böhran həddə çatmışdır.
    2004-cü il dekabr – Türkiyə əhalisinin 25 milyon 256 mini əmək qabiliyyətlidir. Bunun 9,5%-i işsizdir, yəni 2,9 milyon nəfər. İqtisadiyyat sürətlə inkişaf etsə də 2004-cü ilin noyabr ayında işsizlərin sayı 0,25% artdı.
    2004-cü il – İngiltərədə tülkü ovunun qadağan edilməsi nəticəsində daha 20 min nəfər işsiz durumuna düşdü.
    2004-cü il dekabr – İtaliyada dövlət idarəçiliyi sahəsində 75 min insan işdən çıxarılacaqdır. Büdcə kəsirini azaltmaq məqsədiylə.
    2004-cü il – Hollandiyanın ən böyük və gəlirli banklarından olan «ABN-AMRO» son bir neçə ildə 13 min əməkdaşını işdən çıxardı. Məqsəd xərcləri azaldıb rəqabət qabiliyyətini artırmaqdır.
    2004-cü il 16-17 fevral – Böyük Britaniyada son 13 ilin ən izdihamlı mitinq-yürüşü oldu. Sosial və səhiyyə sahəsinin 90 min əməkdaşı aşağı əmək haqqına və sosial sahə işçilərinin ixtisarına etiraz etdilər.
    2004-cü il 24 avqust – Almaniyada hökumətin sosial siyasətinə etiraz dalğası böyüyür. Ölkənin 140 bölgəsindən mitinqlərə 80 min adam qatıldı. Mitinqçilər əhalinin dolanışıq səviyyəsinin getdikcə pisləşdiyinə, işsizliyin artmasına, qiymətlərin bahalaşmasına və bunun müqabilində hökumətin işsizlərin müavinətini yarıbayarı azaltmasına etiraz etmiş, çiyinlərində daşıdıqları simvolik tabutla yoxsulluğa və ölümə düçar edildiklərini nümayiş etdirmişdilər. Mitinqçilərdən bir qismi kansler Şleyderi yumurta yağışına tutdu. 2004-cü il dekabr – İtaliyanın Roma şəhərində 10 minlərlə insan küçələrə çıxaraq hökumətin büdcə və iqtisadi siyasətini protesi edib bəzi hökumət binalarını ələ keçirdilər. Bu mitinqlərə İtaliyanın 70-ə qədər şəhərində təqribən 1 milyon insan qatıldı. Mitinqçilər 75 min iş yerinin ixtisar edilməsinə və 2005-ci ildə 8,6 milyard dollarlıq vergi endiriminə etiraz ediblər. Onların fikrinçə hökumətin vergi siyasəti ancaq zənginlərə sərf edir.
    2005-ci il – Amerikanın kompüter texnologiyaları nəhəngi olan İBM şirkəti gələcək bir neçə il ərzində özünün 300 min işçisinin 4%-ni, yəni təxminən 13 min əməkdaşını işdən çıxaracağını açıqlamışdır.
    2005-ci il – Yaponiyanın SONY şirkəti 2008-ci ilin martına kimi xaricdəki 65 müəsissəsinin sayını 54-ə qədər azaldaraq işçilərinin 20%-ni, yəni 10 min işçisini işdən çıxaracaq. Nəticədə əməkhaqqı fondunun və sosial xərclərin azalması hesabına 1,8 milyard dollara qənaət ediləcək.
    2005-ci il oktyabr – Sosial problemlərin məngənəsində sıxılan kapitalist Fransasını etiraz dalğaları bürüyüb. Ayrı-ayrı şəhərlərdə 1 milyona yaxın insan mitinqlərə qatılıb. Mitinqlərdə əsasən Fransanın «orta sinifi» hesab olunan müəllimlər, həkimlər, gənc mütəxəssislər və həmçinin işsizlər iştirak edirlər. Onlar ölkədə artan işsizlik problemini və maaşların azlığını protest ediblər. Belə ki, hazırda Fransada 3 milyona yaxın rəsmi qeydiyyatdan keçmirş işsiz var və qiymətlərin kəskin surətdə bahalaşması əhalinin real pul gəlirlərini xeyli azaldıb. Aparılan sorğular fransızların 73%-nin mitinqləri dəstəklədiyini göstərir. Mitinqlər davam edir.
    2005-ci il – Amerikanın federal hökuməti hələ 40 il əvvəl yoxsulluğa qarşı müharibə elan etdiyini açıqlamışdı. Amma ötən bu zaman ərzində qlobal diktator məsum xalqların üzərində ən modern silahlarını sınaqdan çıxararaq qələbə qazansada öz daxilində yoxsulluq və səfalətə qalib gələ bilməmiş, acı məğlubiyyətə uğramışdır. İndi hər ötən il Amerikada yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ifrat yoxsulların sayı sürətlə artır. Belə ki, rəsmi statistika 2004-cü ilin əvvəlində Amerikadakı ifrat yoxsulların sayını 36 milyon açıqlayırdısa, 2004-cü ilin sonunda bu hədd daha 1,6 milyon nəfər artaraq 37,6 milyon həddinə çatmışdır.
    Lakin amerikalı müstəqil ekspertlərin fikrincə hökumət bilərəkdən yoxsulların sayını az göstərir, əslində aclıq həddində yaşayan Amerika yoxsullarının gerçək sayı 48 milyon nəfər təşkil etməkdədir. Belə insanlar gündə 6 dollar 50 sentə istirahət günü belə olmadan hər gün 12-16 saat işləyirlər ki, bu məbləğlə Amerikada ancaq acından ölməməklə yaşamaq olar.
    2005-ci il 7 oktyabr – Son 12 il ərzində ilk dəfə olaraq belçikada ümummilli tətil keçirildi. Tətilçilər hökumətin diqqətini ölkədəki sosial problemlərə və sosial sahə işçilərinin vəziyyətinə cəlb etmək sitəyirdilər.
    2005-ci il 11 noyabr – Portuqaliyanın Lissabon şəhərində 20 min nəfərlik izdihamlı mitinq keçirildi. Mitinq iştirakçıları hökumətin iqtisadi siyasətinə, büdcə xərclərinin 2 milyard avro qənaət edilməsi hesabına minlərlə işçinçin ixtisar edilməsinə öz etirazlarını bildirmişdilər.
    2005-ci il 11 noyabr – Bütün Yunanıstanı etiraz dalğaları bürümüşdü. Mitinq iştirakçıları: müəllimlər, həkimlər, kommunal sektor işçiləri ölkədəki iqtisadi vəziyyətin ağırlığını,işsizliyi, maaşların azlığını protest etmişdirlər.

Məqalə 371 dəfə oxundu
 

Məqaləyə münasibətiniz:
Adınız:
Soyadınız:
Email
Münasibətiniz:
 
Əsas səhifəyə keçid Seçilmışlərə əlavə et Start səhifəsi et
 
 
 
 
Günün şüarı
 
Müstəqil, Nümunəvi, Sosialist Azərbaycan uğrunda!
 
 
 
 
 
 
 
Şəxsiyyətlər
 
Çingiz İldırım
 
 
 
 
 
 
Videoarxiv
 
 
Audioarxiv
 
 
Fotoarxiv
 
 
Xəbər arxivi
 
<<< 2010 >>>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 
 
 
Qarabağı unutma!
 
 

Xocəvənd

Xankəndi  

Xocalı  

Şuşa

Laçın

Kəlbəcər

Ağdərə

Ağdam

Cəbrayıl

Füzuli

Qubadlı

Zəngilan

18/11/1991

26/12/1991

26/02/1992

08/05/1992

17/05/1992

02/04/1993

07/07/1993

23/07/1993

23/08/1993

23/08/1993

31/08/1993

29/10/1993

 
 
 
 
Saytı hazırladı: -= Elsən Quliyev (Bakı,Azərbaycan) =-  E-mail: e5-q5@rambler.ru;