1918-20-ci illərdə Musavat müstəmləkə polis üsul-idarəsi dövründə Azərbaycan 400 mindən çox vətəndaşını itirdi. Təkcə 1918-ci ilin payız aylarında Bakıda kommunistlərə qarşı aparılan əks-inqilabi repressiya dalğası nəticəsində 35 minə qədər şəhər sakini dar ağacından asıldı, güllələndi, qətlə yetirildi.
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin arxivi (əhali demoqrafiyası)
1. Ağ terror və onu doğuran tarixi şərait.
Biz bu bölmədə danışacağıq ağ terrordan; - mürtəce rejimlərin, əksinqilabi qüvvələrin kommunist hərəkatına Azərbaycanda tutduqları qanlı divandan; danışacağıq cinayətkarlıqla məhv edilmiş arzulardan, ideallardan; danışacağıq dar ağacında başa çatmış həyatlardan; danışacağıq istintaqsız, məhkəməsiz güllələnmiş, başı kəsilmiş mərd oğullardan; danışacağıq ot tayasında yandırılmış dinc, günahsız insanlardan.
İl 1918, məmləkət Azərbaycan, başdan-başa od və qan. Bir-birinin ardınca baş qaldırmış qiyam, üsyan. Bir ovuc zənginin bəy-xanın sərvət triumfuna qarşı yoxsulların, səfillərin, topaqsızların, cəmi fəqir-füqəranın qəzəb və nifrət triumfu.
Məmləkət torpaqları, əkin sahələri, suvarma suları bir ovuc mülkədar, bəy-xan guruhu tərəfindən qəsb olunub, ölkə əhalisinin cəmi 0,01%-ni təşkil edən mülkədar sinfinin əlində təmərküzləşmişdir. Ölkə əhalisinin 80%-ni təşkil edən kəndlilərin isə nə əkəcək bir parça torpağı, nə də suvarvcvq suyu vardı. Əlac qalırdı «torpaq krallarından» icarəyə götürüləcək ərazidə muzdurluğa. Kəndli il boyu zillət çəkir, min bir əzab-əziyyətlə əkini becərib məhsul ərəfəsinə çatdırır, yekunda yenə ac və dilənçidir. Çünki becərdiyi məhsulun 70%-ə qədəri mülkədar tərəfindən əlindən alınmışdır. Dinəndə, haqqını tələb edəndə ağanın kötəyi, qamçı düşürdü işə, yerin ya olurdu məzarlıq, ya da həbsxananı əvəz edən qaranlıq tövlə. Ağanın, bəyin bircə şikayəti kifayət edirdi ki, bir çətən külfətin yeganə çörək qazananı əlli-ayaqlı yoxa çıxıb Sibirin şaxtalı çöllərində sürgündə peyda olsun. Məsələn, təkcə 1912-ci ildə bir tək Goranboy-Əhmədli kəndindən 78 nəfər Sibirə sürgün edilmişdir, təbiiki buraya izsiz-tozsuz yoxa çıxan kəndlilər aid deyildir. Bir sözlə, kəndlinin taleyi müləkədarın, bəyin iki dodağı arasından çıxacaq sözdən asılı idi.
Şəhərlərdə də eyni irtica, eyni zülm, eyni amansız istismar hökm sürürdü. Bir tərəfdə nəlbəki boyda qızıl saatlar taxan ağızlarına qızıl dişlər düzdürən, arvadları, məşuqələri ləl-cəvahirat içində üzən iri mulk, səltənət, mədən sahibləri, digər tərəfdə isə aylarla iş dilənən, qəpik-quruşa gündə 12-14 saat ağır fiziki işlərdə işləyən, döyülən, təhqir olunan, haqqını tələb etdikdə isə diri-diri neft quyularına atılıb öldürülən biçarə fəhlələr, səfillər.
Zülm ərşə dayandıqda isə xalq müqaviməti hərəkatı alovlanmağa başlayırdı. Mülkədarların, bəylərin, neft milyonçularının zülmünə cavab reaksiyası olaraq kəndlərdə, qəzalarda üsyanlar, kəndli həyəcanları, şəhərlədə isə dünya fəhlə hərəkatının səlnaməsinə düşəcək iri miqyaslı tətillər baş qaldırırdı. Məmləkət dönürdü qaynayan qazana. Bu qazanın qapağını sıxıb yerinə oturtmaq vəzifəsi isə düşürdü «xalqlar həbsxanası», «Avropa jandarmı» kimi ad çıxarmış Çar istibdadı üzərinə. Çarizmin xalq hərəkatına tutduğu qanlı divan yerlərdə bəy-xan, qoçu-quldur dəstələrinin həyata keçirdikləri «ağ terror» dalğasıyla tamamlanırdı. Ağ terror fırtınası minlərlə fədaini mübarizlər ordusunun cərgələrindən alıb aparırdısa da, istibdada qarşı xalq qəzəbi səngimək bilmirdi. Nəticədə 1917-ci ildə Çar rejimi devrildi. Dünənə qədər Çar istibdadına arxalanaraq fəhlə-kəndli hərəkatına divan tutanlar, bir gün səhər ayılıb özlərini arxasız, xalq hərəkatı qarşısında müdafiəsiz gördülər.
Belə bir vəziyyətdə bəy-xan, mülkədar qaraguruhunun xalq hərəkatına qanlı divan tuta biləcək yeni bir siyasi təsisata, çar istibdadını əvəz edəcək həbsxanaları, cəza dəstələri, dar ağacları olan yeni terror maşınına ehtiyacı var idi. Kəndli hərəkatının kütləviləşməsindən vəhiməyə düşən xan və bəylər Şimali Qafqazın əksinqilabi ağqvardiyaçıları və Antanta imperialistləri ilə sövdələşib 1918-ci il mayın 28-də Tiflisdə belə bir təsisatı – ADR-i (qondarma xalq cümhuriyyətini) təsis etdilər. Xatırladaq ki, o dövr Tiflis Zaqafqaziyada imperializmin ştabı funksiyasını yerinə yetirirdi və bu ştabda ağqvardiyaçı imperialistlərin şinelindən «mülkədar müsavat hökuməti», əslində isə müstəmləkə polis üsul-idarəsi doğuldu. Çünki Antanta imperialistləri və əksinqilabi ağqvardiyaçılar yaratdıqları bu yeni qurumların heç birini dövlət kimi tanımır, onlardan yalnız kommunist inqilabının Şərqə doğru genişlənməməsini əngəlləyəcək «mühəndis istehkam qurğuları» kimi istifadə etməyi nəzərdə tuturdular. Necəki Hitler SSRİ-yə qarşı müharibədə müxtəlif xalqlardan, o cümlədən azərbaycanlılardan legionlar təşkil edib, onları psevdo-milli atributlarla bəzəyib gələcəkdə guya müstəqil dövlət kimi tanıyacağı bəhanəsiylə kommunistlərin üzərinə göndərirdi, halbuki o bu qurama legionları və milli şuraları müstəqil qurum kimi tanımadı və yalnız böyük reyxin hərb maşınının kiçik bolt-qaykası kimi onlardan istifadə etdi, həmən qaydada Qərb imperialistləri də Qafqazda təsis etdikləri oyuncaq hökumətləri də müstəqil dövlət kimi tanıyıb marionet qurumlar kimi onlardan alovlanan xalq hərəkatına, hansıki bu kommunist inqilabının Şərqə doğru genişlənməsi üçün münbit şərait yaradırdı, divan tutmaq üçün istifadə etdilər. Başqa sözlə, «mülkədar müsavat diktaturası» xalq hərəkatını qan içində boğmaqda Qərb imperialist dairələrinin əlində cəbr alətinə çevrildi.
2. Xarici imperialistlərin «terror maşını» Azərbaycanda (1918-1920).
Tamamı bəy-xan, mülkədar balalarından ibarət olan oyuncaq mülkədar hökuməti çox yaxşı anlayırdı ki, Rusiyadakı Oktyabr inqilabından ruhlanaraq atlarını dörd-nala mülkədar mülkləri üzərinə çapan, gücünü xalq sevgisindən alan kəndli hərəkatı qarşısına əsası bəy-xan quldur dəstələrindən ibarət «milli legionlarla» çıxa bilməyəcək və xalqla müharibə etmək üçün ona Osmanlı hərb maşınının köməyi lazım idi. Beləliklə də müsavat-mülkədar hökuməti xalq hərəkatını Osmanlı əsgərlərinin çəkmələriylə tapdalamaq qərarına gəldi. Amma Osmanlı sultanını buna razı salmaq o qədər də asan olmadı. Çünki sultanın öz şərtləri var idi. Belə ki, Osmanlı üçün ən böyük problem «erməni məsələsi» idi. Ermənilər Şərqi Anadolu torpaqlarında qərbi ermənistan yaratmaqda israrlı idilər. Osmanla sultanı öz problemini «qardaş» Azərbaycan torpaqları hesabına həll etmək xəyalına düşmüşdü. Onun fikrincə əgər Azərbaycan torpaqlarında erməni dövləti yaradılardısa, ermənilər də Şərqi Anadoluya olan iddialarından əl çəkmiş olardılar. Bu məqsədlə də Osmanlı sultanı müsavat-mülkədar hökuməti qarşısında təxminən belə bir şərt qoydu: «Əgər istəyirsinizsə sizin hakimiyyətinizi bütün Azərbaycanda bərqərar etməkdə sizə kömək edim, onda bunun qarşılığında siz də Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanıyın və İrəvan şəhəri də daxil olmaqla bütün İrəvan mahalını erməni dövlətinə verin».
Əcəb bazarlıqdı, elə deyilmi?! Osmanlı imperiyasının Azərbaycan xalqına bu tarixi xəyanətinin altından Müsavat hökuməti imza atmaqla öz xalqına qarşı müharibəyə başlamış oldu. Onlar öz qohum-əqrəbalarının mülklərini xilas etmək naminə 29,8 min kvadrat kilometr ərazini Osmanlının tələbi üzərinə ermənilərə hədiyyə etdilər.
Bu faktın qarşısında Osmanlı ordusunun Azərbaycana guya müsəlmanları erməni-daşnak qırğınlarındın xilas etmək üçün gəldiyini (halbuki Osmanlı ordusu Azərbaycana girəndə belə qırğınlar yox idi) əsaslandırmaq üçün edilən cəhdlər saxta sabun köpüyü kimi partlayıb yox olur.
Osmanlı qoşunlarının Azərbaycana girəndən sonra Müsavat hökumətini müstəqil dövlət kimi tanımaqdan imtina etməsi, yerli-yersiz bütün məsələlərə müdaxiləsi əslində işğalçılıq mətləblərindən xəbər verirdi.
Osmanlı ordusu müsavatçıların müşayətiylə Azərbaycana daxil olar-olmaz, hər tərəfdə dar ağacları quruldu, səhra məhkəmələri yaradıldı, güllələnmələr üçün xəndəklər qazılmağa başlandı. Kəndli hərəkatının nümayəndələrinə, üsyanlara kömək edən, üsyanlarda iştirak edən kəndlilərə qanlı divan tutuldu. Təkcə Gəncədə yüzlərlə kəndli qırmızı partizan hərəkatına (Qatır Məmməd hərəkatı) yardım etdiyi üçün dar ağacından asıldı.
Üsyanlar nəticəsində bəy-xan və mülkədarlardan müsadirə olunaraq torpaqsız kəndlilərə paylanmış ərazilər kəndlilərin əlindən alınaraq ağalara qaytarıldı. Müqavimət göstərən kəndlər yerlə yeksan edilib dağıdıldı, kəndlilər soyulub taoan edildi. Hətta evində gündəlik istifadə miqdarından çox ərzaq tapılan insanlar belə sorğusuz-sualsız darağacından asılırdılar. Küçənin ortasında insanları soyundurub «zopayla» (qatır quyruğundan hazırlanırdı) şallaqlamaq adi hal idi və hətta hadisə şahidləri etiraf edirdilər ki, bəzi adamlarda zopanın açdığı yaraların yeri bir neçə il sağalmırdı.
Müsavatçıların xalqdan gizlin olaraq Azərbaycana dəvət etdikləri Osmanlı ordusu düz 5 ay qəzalarda kəndli hərəkatına qarşı «ağ terror» fırtınası əsdirdi. Əksəriyyəti kommunist olan minlərlə üsyançı güllələndi, asıldı, kəndlər, qəzalar şallaqdan keçirildi.
Eyni ağ terror dalğası ingilislərin Azərbaycanda ağalıqları zamanı da davam etdi. İngilis hərbi ekspedisiyasının rəhbəri general Devin elə ilk əmrindəcə Azərbaycana gəlişlərinin əsas məqsədini belə elan etdi: «…Torpaqlar öz keçmiş sahiblərinə qaytarılmalıdır. Buna qarşı çıxanlar edam ediləcəklər. Müqavimət göstərən kəndlər və məhəllələr qanun xaricində elan edilərək atəşə tutulacaq və qılıncdan keçiriləcəklər».
Hər bir cümləsi qanla yazılmış bu əmrin həyata keçirilməsi çoxlu sayda üsyançı kəndlinin məhviylə nəticələndi. Qırmızı kəndli hərəkatına qanlı divan tutuldu. Torpaqlar kəndlilərin əlindən alınaraq yenidən ağaların sərəncamına verildi.
Beləliklə istər Osmanlı, istərsə də ingilis hərbi ekspedisiyalarının Azərbaycana gəlməsində ancaq bir məqsəd güdülürdü; Azərbaycanı kommunistlərin təsir dairəsindən çıxarmaq və kommunistlərin rəhbərlik etdiyi qırmızı kəndli hərəkatına divan tutmaq.
Bu hadisələrlə eyni vaxtda Azərbaycanın cənub bölgəsində denikinçi ağqvardiyaçıların terror dalğası bütün amansızlığıyla hökm sürürdü. Beləki 1918-ci ilin yayından 1919-cu ilin mayına kimi Lənkəran və Muğan bölgəsində ağqvardiyaçıların və rus monarxistlərinin mürtəce «Muğan» hökuməti ağalıq etmişdir. Vassal Müsavat hökuməti isə ingilis ağalarından ehtiyat edərək ölkənin cənubunda fəaliyyət göstərib azərbaycanlılara divan tutan bu quldur rejiminə göz yumurdu. Kommunistlərə hüsn-rəğbət bəsləyən hər kəsi dar ağacından asır, güllələyir, çuvala salaraq ağzı bağlandıqdan sonra diri-diri dənizə atıb boğurdular. Kapitan Dadaş Səlimov xatirələrində Lənkəran sahilinə çıxarkən qarşılaşdığı mənzərəni belə təsvir edirdi: «Binanın qabağındakı meydanda dar ağacından iki cənazə asılmışdı. Külək əsdikcə yellənirdilər. Bir nəfəri boğazından, o birisini ayaqlarından asmışdılar. Boğazından asılan ölmüşdü, o birisi zəif-zəif xırıldayırdı. Birdən qapının ağzında ağzı bağlı, kəndirlə dörd-çarpaz sarınmış çuvalın tərpəndiyini gördüm, zarıltı səsi eşidilirdi…».
Bu indi bizə «şərəfli tarix» kimi sırınan 1918-20-ci illər Azərbaycanın mənzərəsiydi və bu mənzərəyə məmləkətin dörd bir yanında; Gəncədə, Qubada, Bakıda, Lənkəranda hər addımbaşı rast gəlmək mümkün idi. Onlar – müsavatçılar, osmanlılar, ingilislər, ağqvardiyaçılar Azərbaycanda xalq hərəkatına bax belə divan tuturdular. Minlərlə insan sadəcə kommunist olduğu üçün edam edilirdi.
3. Müsavat «ağ terroru» 1918-20-ci illərdə.
Müsavat-mülkədar diktaturasının öz xalqına qarşı yeritdiyi ağ terror və represiyaların, ağqvardiyaçı Lyaxovdan, Renen Kompardan geri qalar yanı yox idi. 1919-cu il iyulun 23-də «Molot» qəzeti haqlı olaraq yazırdı: «Etiraf etmək lazımdır ki, Yusifbəyovun (Müsavat baş naziri – red.) «cəza dəstələri»… cinayətlərə görə heç bir cəhətdən Lyaxovdan, Renen Kompardan geri qalmırdı. Çoxlu kənd top atəşinə tutulub tamamilə alovlar içində yandırılıb dağıdıldı. Əhalinin malı talan edilib Gəncədə satılır».
Məhz Müsavat-mülkədar diktaturasının öz xalqına qarşı həyata keçirmiş olduğu bu cinayətlərə eyham vuraraq Nəriman Nərimanov 1919-cu ilin iyulunda Həştərxandan baş nazir Yusifbəyova yazırdı: «Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kənlilərinin məhkəməsi qarşısında cavab verməli olacağınız müdhiş saat yaxınlaşır».
1919-cu il iyunun 12-də «Volna» qəzeti yazırdı: «1918-ci ilin oktyabrında Müsavat top və pulemyotlarla bir neçə «qiyamçı» kəndi yerlə yeksan etdi».
Bəli, 1918-20-ci illərdə mövcud olmuş müsavat-mülkədar diktaturasının 23 aylıq hakimiyyəti əslində Azərbaycan xalqına qarşı aparılmış 23 aylıq müharibə demək idi. Kəndlərin kütləvi halda cəzalandırılması, mühasirəyə alınaraq top və pulemyot atəşləriylə xarabazara çevrilməsi adi hal idi.
Bu gün bu faktlar əhalidən gizlədilir, belə bir yanlış ictimai rəy formalaşdırılmağa çalışılır ki, guya 1918-20-ci illərdə Azərbaycanda «demokratik», «azad», «milli» «xalq cümhuriyyəti» mövcud olmuşdur.
4. Müsavat «ağ terroru» və tarixi faktlar.
İndi gəlin bu «xalq» cümhuriyyətinin «mərifətlərinə» tarixi faktların işığında nəzər salaq.
1919-cu ilin iyul ayının təkcə bir neçə günü ərzində müsavatçılar Gəncə qəzasının 9 kəndini yer üzündən silmiş, kəndlərin əmlakını tamamilə qarət etmiş, əhalini kütləvi şəkildə şallaqdan keçirmiş və bir çoxunu güllələmişdilər. Elə həmin günlərdə Müsavat irticası təkcə Sadıllı kəndindində 65 evi dağıtmış və dünyada misli görünməmiş bir qəddarlıqla 29 nəfər kəndlini ot tayasına basaraq diri-diri yandırmışdılar.
Müsavat terror maşınının bu əməliyyatlarına jandarm rəisi Sarı Ələkbər İmamqulu oğlu və quldurluqda ad çıxarmış Bəhmənli Qəmbər rəhbərlik etmişdilər (Fikir verin, jandarm rəisi quldurla çiyin-çiyinə verib xalqa divan tutur. Bu hal Çar hökuməti və Müsavat irticası üçün xarakterik idi).
1919-cu ilin iyulunda müsavatçı bəylər Haqverdiağa və Hacı Həsən Quşbazoğlunun başçılığı ilə cəza dəstələri Goranboy-Əhmədli kəndinə daxil olmuş və xalq qəhrəmanı Qatır Məmmədin ailə üzvləri də olmaqla 40 nəfəri xüsusi amansızlıqla qətlə yetirmişdilər.
1919-cu ilin əvvəlində Gəncə şeyxülislami, irticaçı ruhani, Müsavat-mülkədar hökumətini Gəncədə təntənəylə qarşılamış və bu mənzərəni əks etdirən tabloyla bu günkü televiziya tamaşaçılarına az qala «qəhrəman» kimi sırınan Pişnamazəddin Qızılhacılı kəndindəki yoxsulların üsyanını şəxsən öz iştirakıyla qan içinlə boğmuşdur.
Qatır Məmmədin dəstəsində vuruşmuş, 1919-cu il iyul döyüşlərində əsir götürülərək məhkəmə tərəfindən 30 il həbs cəzasına məhkum edilmiş İsa Məhərrəmoğlunun onlara verilən işgəncələr haqqında dedikləri, Müsavat zindanlarındakı dəhşəti bir daha gözlər önünə sərirdi. O, deyirdi: «…bizə elə zülm verirdilər ki, hər həftə bir neçə dostumuz ölürdü… Bir ay keçmiş verilən ilk görüşdə hətta doğma ana-bacılarımız, arvad və uşaqlarımız bizi tanıya bilmirdilər».
İşgəncələrin şiddətinə dözməyib ölənlər, gördükləri işgəncələrdən tanınmaz hala düşənlər… - indi deyin, Müsavat zindanlarının faşist konslagerlərindən fərqi nə imiş ki?
Bu gün Müsavat hökumətinin cəmi 23 ay yaşamasını onun guya həddən artıq «demokratik» olmasıyla izah edənlər görəsən bu faktlardan xəbərdardılarmı? Məgər bu tükürpədici cinayət faktları bir daha sübut etmirmi ki, Müsavat hökuməti demokratiyanın yox, tətbiq etdiyi qəddarlığın qurbanıydı. Məgər xarici imperialistlərin yardımıyla öz xalqına müharibə elan etmiş, xalq sevgisindən və xalq dəstəyindən məhrum diktatura bundan artıq yaşaya bilərdimi? Hətta onun 23 ay yaşaması belə möcüzəydi.
5. Müsavatın süqutuna ən çox Məhəmməd Hadi sevindi.
Müsavat «terror maşını»nın cinayətləri o qədər dəhşətli idi ki, bu hadisələri görəndən sonra «müsavatın vicdanı» hesab olunan filosof-şair Məhəmməd Hadi belə Müsavat hökumətindən üz döndərdi. O, cırıq çəkmədə, nimdaş geyimdə küçələrdə yazdığı şerləri bir-iki şahıya sataraq dolanmağı Müsavat hökumətindən maaş alaraq yaşamaqdan üstün tutdu. Bir vaxtlar «Müsavat» partiyasının ruporu, alovlu tribunu olmuş Məhəmməd Hadi Müsavat liderlərini mədh edən şerlərindən imtina etmiş, Müsavat hökumətinin süqutunu sevinclə qarşılamış, Sosialist Respublikanı alqışlamışdır. O, müsavat-mülkədar diktaturasının iflasını «zindandan» qurtuluşa bənzədərək, sevincini bu misralarla ifadə edirdi:
Dur, ey zindani-nisyanda yatan, azad olub aləm,
Şürur abadi-hürriyyət gəlib, dilşad olub aləm.
Hakimiyyəti ərzində xalq hərəkatı üçün zindan funksiyası yerinə yetirmiş müsavat-mülkədar diktaturası 23 aylıq mövcudluğunu dar ağaclarına və ingilis kəşfiyyatının hazırladığı təxribat planlarına borclu idi. Bu təxribat planlarına mllətlərarası münaqişə toxumu səpərək inqilabi qüvvələri parçalamaqdan tutmuş tətil və mitinqlərin dağıdılmasına qədər bir çox metodlar daxil idi.
6. Müsavat-ingilis gizli təxribatı (1919-may).
1919-cu ilin mayında Bakıda 50 min nəfərlik mitinq başlayır. Bütün Bakı proletariatının ayağa qalxmasından vahiməyə düşən müsavatçılar ingilis komandanlığıyla sövdələşərək təxribata əl atırlar. Təxribat planına əsasən limana yan alan ingilis gəmisindən sahilə çoxlu miqdarda silah-sursat boşaldılır və bəyan edilir ki, bu silahlar guya kommunistlərə aiddir və onlar «müsavat hökumətini devirmək, Azərbaycanın istiqlalını məhv etmək istəyirlər». Bu qondarma əsasla da kütləvi həbslər həyata keçirilir, 64 nəfər tətil təşkilatçısı həbs olunur, tətil hərəkatı ingilis-müsavat təxribatı hesabına boğulur.
1918-ci ilin noyabrında ingilislər Azərbaycanı işğal edərkən general Tomsonun verdiyi ilk əmr Bakıda tətil hərəkatının qadağan olunmasıyla bağlı olmuşdur. Həmən əmrdə deyilirdi: «Bütün tətilçilər, bolşeviklər və fəhlələri tətilə təhrik edənlər, çaxnaşma salanlar cəzaya məhkum ediləcək. Mənim yazılı rüsxətim olmadan nə məqsəd üçün olursa-olsun, on nəfərdən artıq adamın bir yerə yığılması qadağan olunur».
Bu əmrdən hasil olunan ən maraqlı nəticələrdən biri odur ki, 1918-20-ci illərdə Azərbaycanı guya Müsavat hökumətinin idarə etdiyi iddia olunsa da, Tomsonun bu əmri qəti şəkildə sübut edir ki, Azərbaycanda yeganə söz sahibi ingilislər olmuşdurlar. Deməli əvvəlcə osmanlılar, daha sonra isə ingilislər Azərbaycanı idarə etmişdirlər. Müsavat hökumətinin fəaliyyəti isə formal, vassal xarakteri daşımışdır.
Əmrdə diqqiti cəlb edən bir digər məqam isə «nə məqsəd üçün olursa-olsun, on nəfərdən artıq adamın bir yerə yığılması qadağan olunur» ifadəsidir. Deməli toy-yas mərasimləri belə ingilis Tomsonun icazəsi olmadan keçirilə bilməzdi. Başqa sözlə, 1918-20-ci illər Müsavat «hakimiyyəti» zamanı azərbaycanlı kişi toy edib gərdəyə girmək üçün ingilislərdən icazə almalıymış.
Bəli, Müsavat hökuməti Azərbaycan xalqına ən təhqiredici hallardan tutmuş, ən utancverici məqamlara qədər hər şeyi «dadızdırdı».
7. Xalqa yox, kriminal qruplaşmalara arxalanan bəy-xan, mülkədar xuntası.
Sultan Məcid Əfəndiyev Müsavat hökumətinin süqutu səbəbləri arasında «müsavat elitasının» pozğunlaşmasını, rüşvətxorlaşmasını göstərirdi. Halbuki təkcə elita yox, ayaqdan yuxarıya bütün struktur pozğunlaşmışdı. Məsələn. Manaf Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabında Müsavat dövrüylə əlaqədar belə bir yazılı material gedir: «Suraxanıda gündüzlər də bayıra çıxmaq olmur, hərc-mərclik hökm sürür. Evləri qarət edirlər; qışqır-bağır, yalvarmaq kömək etmir. Polis məmurları özü qarət edənlərdir».
Dövlət orqanlarının quldurlaşması təkcə aşağı səviyyələrdə baş verən məsələ deyildi. Müsavatçı nazirlərin, baş nazirlərin quldurlarla dostluq etməsi adi hal idi və Müsavat hökuməti üsyana qalxmış xalqı cəzalandırmaq üçün quldur dəstələrinin xidmətindən geniş istifadə edirdi və kommunistlərə tutulan divanın müqabilində onların bütün cinayətləri bağışlanırdı. Məsələn Qoçu Əjdər çoxlu sayda dinc insanın qətlində iştirak etməsinə baxmayaraq, kommunist Əli Bayramovu yaxalayaraq Müsavat polisinə təhvil verdiyi üçün onun bütün cinayətləri bağışlandı.
Quldur Bəhmənli, Qəmbər Quşbazoğlunun bütün cinayətləri bağışlanılmış, onlar Müsavat hökumətinin nəzərlərində «qəhrəman» səviyyəsinə qalxmışdılar, çünki kəndli hərəkatına qanlı divan tutulmasında yaxından iştirak etmişdilər.
Quldur Hüseyn Tatoğlu olduqca varlı, imkanlı bir şəxs idi, Müsavat baş naziri Xan Xoyski şəxsi ədavətə görə onu həbsə saldırmış, Xoyskinin hökuməti istefa vedikdən sonra isə Hüseyn Tatoğlu azadlığa buraxılmışdı. Tatoğlu həbsdən buraxıldıqdan sonra özünə silahlı dəstə yaradaraq quldurluqla məşğul olurdu. Amma Gəncədəki Göy məsçidin divarlarını öpərək Müsavata «sədaqət andı» içdikdən və Qatır Məmmədə qarşı mübarizədə hökumətə yardım edəcəyinə boyun olduqdan sonra bu quldurun bütün cinayətləri unuduldu. Artıq o, müsavatçıların gözündə «qəhrəman» idi.
Gənc kommunistlər Haşım Əliyev və Mirfəttah Musəvinin varlı müsavatçı Hacıbəy Seyidbəyov tərəfindən qətlə yetirilməsində də eyni «müsavat» dəsti-xətti izləndi. Qatilin İrana qaçırılması və beləliklə də məsuliyyətdən yayındırılması nəticəsində kommunistlərin qanı yerdə qaldı.
Müsavat baş naziri Nəsib bəy Yusifbəyovun ən yaxın, ən etibarlı dostlarindan biri quldur Əşrəf idi. Ətraf kəndləri qorxu altında saxlayan bu quldur neçəki Yusifbəyovun himayəsindəydi, kəsdiyi başa sorğu-sual yox idi. Nə istəyirdisə, onu da edirdi. Müsavatın üsyançı kəndliləri «tərbiyə etmək» üçün bəslədiyi quldur Əşrəf axırda öz ağasının canını aldı. Beləki müsavat hökuməti süqut etdikdən sonra hökumət üzvləri qatarla Azərbaycanı tərk edirlər. Amma Nəsib bəy Yusifbəyov Ucar stansiyasında qatarı tərk edərək dostu Qaraxunlu quldur Əşrəfin yanına gəlir. Yusifbəyovun əlindəki təmtəraqlı sakvoyajda çoxlu qızılın olduğunu düşünən Əşrəf gecə ikən Nəsib bəyi boğub öldürür və ayağına daş bağlayaraq Kür çayına atır.
Bu cinayətin üstü 10 ildən sonra açılır və Sovet məhkəməsi Əşrəfi mühakimə edir. Müqayisə üçün deyək ki, Müsavat hakimiyyəti zamanı kommunistləri, kəndli hərəkatının iştirakçılarını öldürənlərə qarşı cinayət işi açılmırdısa, bunun əksinə olaraq hətta üzərindən 10 il keçməsinə baxmayaraq, Müsavat liderini qətlə yetirbiyinə görə Qaraxunlu Əşrəfə Sovet məhkəməsi cinayət işi qaldırdı və bununla da dövlət cildinə salınmış terror maşınının havadarlarına sanki tarixi bir dərs verilmiş oldu; - cinayətkar kim olursa-olsun, hətta qarşı cəbhənin baş nazirini öldürsə belə, hökmən cəzalandırılmalıdır.
Amma çox təəssüflər olsun ki, Müsavat hökuməti bu prinsipdən uzaq idi. Onlar kəndli hərəkatına divan tutan bəylərin, fəhlə hərəkatına qarşı terrora əl atan qoçuların bütün cinayətlərini bağışlamaqla, əslində onları yeni-yeni cinayətlərə həvəsləndirir, təşviq edirdilər. Kriminal qruplaşmaların, quldur dəstələrinin əliylə xalq hərəkatına qanlı divan tuturdular. Südəmər körpələrdən tutmuş qocalara, qadınlara qədər minlərlə, on minlərlə günahsız insan «ağ terror» dalğasının qurbanına çevrildi. Biz isə onlardan sadəcə bir qisminin, həyatı cinayətkarlıqla məhv edilmiş mübarizə fədailərinin ömür yoluna nəzər salacağıq. Ağlamaq, ağlatmaq, yazıqlanmaq üçün yox, gözünü qırpmadan humanist dəyərlər uğrunda, kommunist əqidəsi uğrunda ölümə getmiş cəsur ürəklərin işıqlı xatirəsini bir daha yad etmək üçün!
Mart soyqırımı (1918) ağ terrordur
Mart qırğınlarında ingilis amili
İranda yerləşmiş ingilis qoşunlarının komandanı Denstervil özünün «Britaniya imperializmi Bakıda və İranda 1917-18-ci illər» kitabında yazırdı: «Onlar (Zaqafqaziya xalqları-red.) taqətdən düşənə qədər bir-birini qırmaqda davam etməlidir, bəlkə bundan sonra biz orada qayda yarada bildik».
Budur, 10 minlərlə müsəlmanın daşnaqlar tərəfindən qətlini şərtləndirən gerçək səbəb. İngilislər Qafqazda möhkəmləyin yeganə yolunu Qafqaz xalqlarının bir-birini qırmasında görürdülər və bu məqsədlə də eyni vaxtda həm azərbaycanlılara, həm də ermənilərə silah paylayır, kəndləri dağıdıb qətliyamlar törədir, suçu isə gah ermənilərin, gah da azərbaycanlıların üzərinə yıxaraq milli münaqişələri alovlandırırdılar.
1918-ci ilin mart ayına qədər Azərbaycanın qəzalarında erməni və müsəlman kəndliləri bir yerdə mülkədarlara, bəy və xanlara qarşı mübarizə aparırdılar. O zamankı Oktyabr inqilabının təsiriylə Azərbaycanda Qırmızı kəndli hərəkatı kütləviləşməyə, bolşevizm regionda möhkəmlənməyə başladı və elə o andan da mülklərini qorumaq istəyən bəylər, xanlar Tiflisdəki Antanta və əksinqilabi ağqvardiyaçılarla sövdələşib erməni və azərbaycanlı kəndlilər arasında nifaq salmağa başladılar. Bununla da onlar üsyançıları silahlarını mülkədarlara, milyonçulara yox, biri-birilərinə çevirməyə sövq edir, inqilabi mübarizəni milli münaqişələrlə əvəzləməyə çalışırdılar.
İngilis kəşfiyyatı başda olmaqla Antanta imperialistlərinin Tiflisdə (əksinqilabın ştabı) yazmış olduqları «Qafqazda inqilabi mübarizəni milli münaqişələrlə əvəzləmək» ssenarisinin yerlərdə icraçı aktyorları daşnaklar və müsavatçılar oldular.
Mart soyqırımı müsavat və daşnak gizli sövdələşməsinin nəticəsi kimi
Bu, inkarolunmaz tarixi faktdır ki, mart qırğınları müsavatçıların və daşnakların gizli sövdələşməsinin nəticəsi olub və şəhərdə elə ilk atışmanı da müsavatçılar başlayıblar. Bu gün bu faktlar məqsədli şəkildə ictimaiyyətdən gizlədilir.
Faktlar isə inadkar şeydir, onlarla hesablaşmaq lazım gəlir. Həm də əgər bu fakt müsavatçıların öz dilindən etiraf olunubsa, onda onun doğruluğuna zərrə qədər də şübhə ola bilməz. Beləki mart soyqırımından bir il sonra 1919-cu il martın 17-də Müsavat hökumətinin rəsmi orqanı olan Azərbaycan qəzeti özünün 67-ci nömrəsində müsavat-daşnak gizli sövdələşməsi haqqında yazırdı: «Martın 18-də keçmiş şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən «İsmailiyyə» binasına gələrək erməni milli şurası və daşnaksütun partiyası adından bildirmişdi ki, hərgah müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, onda erməni qoşun hissələri müsəlmanlara qoşular və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edər».
Sonra o sözlərinə əlavə edərək bildirmişdir ki, «bu mübarizə siyasi əqidələr üstündə gedən bir mübarizədir, müsəlman və erməni milli şuraları birlikdə çıxış etmək üçün (bolşeviklərə qarşı-red.) sazişə gələ bilərlər».
Bu danışıqlardan sonra müsavatçılar Əlimərdan bəy Topçubaşovun (9 ay sonra Müsavat parlamanının sədri oldu) rəhbərliyi ilə daşnaklarla danışığa nümayəndə heyəti göndərir. Danışıqlar zamanı müsavatçılarla daşnaklar arasında belə bir razılıq əldə olunur ki, müsavatçılar bolşeviklərə qarşı qiyam qaldırmalı, daşnaklar isə onları silahla təmin etməlidirlər.
Bu sövdələşmənin nəticəsi kimi 1918-ci il martın ortalarında Bakıda müsavatçıların açmış olduqları ilk atəşlə mart qırğınları başlamış oldu. Amma müsavatçılar müttəfiqləri daşnaklardan yardım yox, zərbə aldılar. Şəhərdəki qarışıqlıqlardan istifadə edən daşnak ölüm manqaları sanki çoxdan belə bir xaosu gözləyirlərmiş kimi fürsətdən istifadə edərək dinc müsəlmanları qırmağa başladılar.
Müsavatçı provakatorlar iş başında
Daşnaklar müsavatçıları bolşeviklərə qarşı qiyama təhrik etməklə daim təxribata can atırdılar. Onlar 1918-ci il yanvarın 1-də vəhşi «diviziyanın» komandanı Talışinskinin Bakıda bolşeviklər tərəfindən həbsi faktından müsavatçılarla bolşeviklər arasında qarşıdurma yaratmaq üçün istifadə etməyə çalışdılar. Amma Nəriman Nərimanovun və digər nüfuzlu şəxslərin məsələyə müdaxiləsi o zaman daşnak təxribatının həyata keçməsinə imkan vermədi.
1918-ci ilin martında isə vəziyyət dəyişdi. Müsavatçılar və daşnaklar kommunistlərə qarşı ittifaq yaratdılar. Erməni milli şurası bolşeviklərə qarşı qiyamda müsavatçıları silahlandıracağıyla bağlı öhdəlik götürdü. Bakıda toplanmış minlərlə daşnak silahlısının dəstəyini öz arxasında hiss edən müsavat firqəsi daha cəsarətli addımlar atmağa başladı. İndi onların bolşeviklərə qarşı qiyam qaldırması üçün sadəcə bir bəhanə lazım idi. Belə bir bəhanə isə «dikaya diviziya»da xidmət edən bir dəstə zabitin Bakıda qırmızı qvardiyaçılar tərəfindən tərksilah edilməsi oldu.
Beləki Hacı Zeynalabdin Tağıyevin Lənkəranda «dikaya diviziya»da zabit kimi xidmət keçən oğlu Məhəmməd tapançasını başına tutaraq «rus ruleti» oynayarkən özünü vurur. Onun dəfnində iştirak edən zabitlər geri dönərkən qırmızı qvardiyanın matrosları tərəfindən tərksilah olunurlar. Bu hadisə Müsavat provakatorları üçün sanki göydəndüşmə oldu. Onlar bu hadisəni bəhanə edərək əhalini təxribata, qırğınlara sövq etməyə başladılar. Manaf Süleymanov özünün «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabında tarixi faktlara əsaslanaraq provakatorların canfəşanlığını belə təsvir edirdi: «…Səhnəyə stol qoydular. Başında yekə, yaşıl əmmamə, gözlərində qara eynək, çiynində əba Bakı qazisi Mirhüseyn Ağa başı əsə-əsə xitabət kürsüsünə qalxdı, ağlaya-ağlaya qışqırdı: «Vaveyla! Va müsibəta! Dinimiz getdi əldən, namusumuzu tapdaladılar. Ağ kəfənə bürünüb cihad etməliyik».
Sağ əlini əbanın altına salıb çıxartdığı əfsər tapançasını havaya qaldıraraq bərkdən qışqırdı: «Əsbiqun, əsabiqun, ilahinə müqərribun! Kəfənpuş olub cihada çıxın! Bu yolda qan axıdanlar şühəda hesab olunacaq».
Ehtiraslar daha da coşdu. Əynində qara mahuddan kostyum, başında buxara papaq, milyonçu Çolaq Ağabala xitabət kürsüsünə qalxdı, yoğun səslə qışqırdı: «Camaat, papağı başımıza nə üçün qoymuşuz? İsti-soyuq üçün, ya ki namus üçün? Millət əldən gedir. Bu saat dəyirmandan 4000 kisə un buraxıram. Girin meydana». Onun dalınca kürsüyə qoçu Aşurbəyov qalxdı, bircə söz dedi: «4000 tüfəng, 200 qutu patron mən verirəm»».
Mart qırğınlarının «memarları» bax bunlar idi;-müsavatın təxribat ruporları. Əcəb üçlükdü, elə deyilmi; - mola, milyonçu, qoçu. Hər üçü də inqilabın düşməni. Ona görə də əhaliyə bolşeviklərə qarşı qan tökəcəkləri təqdirdə «cənnətə putyovka» vəd edirdilər. Camaatı avantüraya sürükləyənlərin sinfi tərkibinə nəzər salmaq kifayətdir ki, mart hadisələrini törətməkdə hansı məqsədlərin güdüldüyü gün kimi aydın olsun. Beləki 1917-ci il dekabrın 12-də Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər istər müsavatçılardan, istərsə də daşnaklardan daha çox yer qazanaraq sol eserlərlə birlikdə demək olar ki, hakim mövqeyə yüksəlmişdilər. İnqilabi qüvvələrin Bakıda möhkəmlənməsindən təşvişə düşən qüvvələr (xaricdə Antanta imperialistləri, daxildə isə Çolaq Ağabala kimi milyonçuların puluyla bəslənən müsavat və daşnaksütyun kimi əksinqilabi dairələr) bolşevikləri bu siyasi üstünlükdən məhrum etməyin yeganə yolunu silahlı qiyamda görürdülər. Əks halda sual oluna bilər, Bakı qazısı hara, əbasının altından tapança çıxarıb insanları «qan axıtmağa» çağırmaq hara, və ya qoçu hara, 4000 tüfəng söz vermək hara? Müqayisə üçün deyək ki, bu elə böyük miqdarda silah demək idi ki, heç qırmızı qvardiyada həmən vaxt o qədər tüfəng yox idi (Bakı qırmızı qvardiyasinda 3500 tüfəng var idi). Bu sayda tüfəngi bir qoçunun təmin etməsi qeyri-mümkün idi. O, ya ümumiyyətlə yalan danışıb, bilərəkdən şişirdilmiş rəqəmlərlə kütləni təxribata çəkirdi, ya da ki arxasını ingilislərə və daşnaklara söykənmişdi. Çünki müsavatçılarla daşnaklar arasında əldə olunan gizli razılığa əsasən ermənilər müsavatçıları silahla təmin edəcəklərini vəd etmişdilər.
Müsavat provakatorları «İsmailiyyə» binasında kütləni qızışdırıb qırğına sürükləyəndə, yerli müsəlman kommunistləri Nəriman Nərimanov başda olmaqla əhalini avantüraya, təxribata uymamağa, qanlı qırğına yol verməməyə çağırırdılar. Nərimanov «Təzəpir» məsçidi qarşısında toplanmış müsəlman izdihamına xitabən deyirdi: «Müsəlman qardaşlar, aldanmayın. Fitnə-fəsada inanmayın, qara qışqırığa, mənəm-mənəm deyənlərə uymayın! Hökumətlə hökumətlik etmək olmaz. Topu var, çoxlu silahı var. Nizami əsgərləri var. Hərbi poraxodları var, sursatxanası var. Ayaq altında tapdalanarsız. Sizdə nə var? Var-yox beş-on dənə pas atmış dayandoldurum berdanka, otuz-qırx köhnə, sınıq əfsər tapançası. Nişan almağı, atmağı da əməlli-başlı bacarmırsız, nə intizam. Bir az səbr edin. Mən iyirmi yeddi tüfəngi alıb gətirəcəyəm».
Amma «İsmailiyyə»də meydan sulayan qaraguruh tamam başqa fikirdəydi. Onlar tələm-tələsik 12 nəfərdən ibarət heyət təşkil edib Çaparidzenin qəbuluna göndərdilər və dərhal müsadirə olunmuş silahların qaytarılmasını tələb etdilər. Çaparidze nümayəndə heyətinin tələbini anlayışla qarşılayıb bildirdi ki, «iyirmi-otuz tüfəngdən ötrü qalmaqal salmaq lazım deyil. Tüfəngləri indi sizə qaytarsam, matroslar tutub yenə əlinizdən alar, sizi hörmətsiz edərlər. Axşamüstü bir-iki nəfər gəlsin, tüfəngləri qoyum maşına, gözətçi də qoşum, götürün aparın».
Deməli problemin həlli üçün səbr edib axşamı gözləmək qalırdı. Amma provakatorlar qanlı qırğını üstün tutdular, onlar nümayəndə heyətinin əliboş dönməsini bəhanə edərək şəhərdə qarşıdurma yaratdılar. Bir andaca küçə və məhəllələri atışma səsi bürüdü.
Təbiiki meydanda nə cihada çağıran qazı, nə milyonçu Çolaq Ağabala, nə də ki 4000 tüfəng vəd edən Aşurbəyovun heç izi-tozu da qalmadı. Provakatorlar səhnədə öz rollarını oynayıb, missiyalarını yerinə yetirərək çoxdan aradan çıxmışdılar. Mart qırğınlarında nə onların, nə də onlar kimi digər təxribatçıların birinin də burnu qanamadı.
Manaf Süleymanov yazır ki, «Mart hadisələri vaxtı Bakıda qalmış müsəlman dövlətliləri Abşeron bağlarında, bəziləri şəhərdəki dostları, qudaları erməni dövlətlilərinin evində daldalanıb, firavan yaşayırdılar».
Təkcə erməni milyonçusu Melikovun mülkundə 15 müsəlman milyonçu ailələriylə birlikdə sığınacaq tapmışdı.
Mart ğırğınlırında nə oldusa yoxsul müsəlmanlara, qaçmağa faytonu, sığınmağa bağı, erməni Qudası olmayan fəqir-füqəraya oldu. Milyonsu Çolaq Ağabalaların daşnaklarla sövdələşib yaratmış olduqları qan dəryaçasında boğulanlar şəhərin yoxsul məhəllələrinin sakinləriydi.
Mart qırğınlarında yoxsul müsəlmanların yeganə ümid yeri kommunistlərin təşkil etdikləri «xilas komitələri» oldu.
Kommunistlərin yaratdıqları «xilas komitələri» minlərlə müsəlmanı daşnak qətliyamından qorudu.
Bu gün mart soyqırımından söhbət açılarkən kommunistlərin xilaskarlıq missiyası məqsədli surətdə ya inkar olunur, ya da əhəmiyyətsiz bir fakt kimi gözardı edilməyə çalışılır. Əslində isə qırğınlar başlanan gündən etibarən kommunistlər dinc müsəlmanların daşnak hərbçiləri tərəfindən öldürülməsinin qarşısını almaq və şəhərdə nizam-intizam yaratmaq məqsədiylə 3-4 nəfərdən ibarət xüsusi mobil qruplar, «xilas komitələri» təşkil etməyə başladılar. Tərkibi internasional qaydada - azərbaycanlı, rus, gürcü yəhudi olmaq etibarilə təşkil olunan «xilas komitələri»nə ümumi rəhbərlik Məşədi Əzizbəyov sədr, Bünyad Sərdarov müavin olmaq şərtiylə həyata keçirilir, qırğınlar zamanı müsəlman məhəllələrinin təhlükəsizliyi təmin olunmağa çalışılırdı. Daşnaklar o qədər qəddarlıq nümayiş etdirirdilər ki, hətta «xilas komitələri»nin üzvlərinə də atəş açır, onların xilaskarlıq missiyasına mane olurdular, bütün bu çətinliklərə baxmayaraq kommunistlərin «xilas komitələri» minlərlə insanı daşnak terrorundan qorudu.
Xilas komitələrinin necə böyük əhəmiyyətə malik olduğunu bilmək üçün sadəcə bir faktı vurğulamaq yerinə düşərdi ki, 1918-ci il martın 18-də daşnak quldur dəstələri Tağıyevin toxuculuq fabrikini mühasirəyə alaraq oranı içəridəki müsəlman fəhlələrlə birlikdə yandırmaq istəmişdilər. Xilas komitəsinin üzvləri daşnakların mühasirə halqasını yararaq dənizdən qayıqla hərəkət edərək qərargaha xəbər çatdırmış və nəticədə çoxlu insan tələfatına, iqtisadi zərərə yol açacaq daşnak ağ terrorunun qarşısı alınmışdır.
Xilas komitələri yüzlərlə müsəlman fəhləni daşnaklar tərəfindən güllələnməyə aparılarkən xilas etməyə müvəffəq olmuşdular.
Qatır Məmmədin qırmızı partizan dəstələrinin nəzarətində olan bölgələrdə,xüsusilə Goran mahalında nə müsavatçılar, nə də daşnaklar milli münaqişə törədə bilmədilər. İngilis planı - inqilabi mübarizəni milli münaqişəylə əvəz etmək ssenarisi Goran mahalında ümumiyyətlə puça çıxdı.
İngilislərin, daşnakların, müsavatçıların inqilabi mübarizəni milli münaqişələrlə əvəz etmək, bununla da əhalini inqilabi mübarizədən yayındırmaq siyasətinə qarşı kommunistlə «Millətçilik inqilabı məhv edir!» şüarını irəli sürürdülər. 1918-ci ilin fevralın 17-də Lənkəran qəza kəndlilərinin ümumi yığıncığında irəli sürülmüş bu şüar o zaman üçün yeganə düzgün mövqe idi.
Mart hadisələrinin milli qırğın xarakteri alması kommunist maraqlarına tamamilə zidd idi. Çünki kommunistlər dilindən, dinindən, irqindən asılı olmayaraq bütün xalqları vahid inqilab bayrağı altında birləşərək imperializmə qarşı mübarizəyə səsləyirdilər. O qüvvələr ki, inqilabın əleyhinə idilər, əksinə, onların marağına uyğun idi ki, vahid inqilabi cəbhə parçalansın, ayrı-ayrı millətlərin nümayəndələri silahı bir-birinə çevirsinlər və bu səbəbdən də onlar millətlərarası münaqişələri alovlandırmaqda olduqca maraqlı idilər. Təəccüblü deyilmi ki, daşnaklar Oktyabr inqilabına, onun Şərqə dbğru genişlənməsinə qarşı açıqca çıxış etdikləri, gürcü menşevikləri, müsavatçılarla birgə bolşevizmə qarşı mübarizə məqsədiylə Zaqafqaziya Komissarlığını, Zaqafqaziya Seymini təşkil etdikləri halda, mart hadisələrində gözlənilmədən bolşeviklərin tərəfini tutdular. Ona görə yox ki, bolşevikləri müdafiə etmək üçün, əksinə, bolşevizmi yerli əhalinin gözündən salmaq, onu rüsvay etmək üçün. Bu işdə bolşevik təşkilatı sıralarına soxulmağı bacarmış daşnaklar - Amazas, Avetisyan, Lalayan kimi xainlər daşnak quldurlarına əməlli-başlı himayəçilik edirdilər. Onların bolşevizmi «müdafiə» adı altında müsəlman əhaliyə qarşı; qocalara, əlillərə, uşaqlara, qadınlara tutduqları divan son nəticədə Bakı Sovetinin xalq arasında sosial dayaqlarını itirməsinə gətirib çıxardı. Daşnakların «qırmızı qvardiya» cildinə girərək törətmiş olduqları qətliyamlar, təxribatlar isə yaradı, Antanta agentləri Bakı Kommunasını ictimai rəydə dəfn etməyi bacardılar.
Mart qırğınlarında ingilislərin, daşnakların, müsavatçıların güddükləri əsas məqsəd reallaşdi; - bolşevizm sosial bazasını itirdi. İndi bolşevizmin Qafqazda mövcudluğu sual altında idi. Nərimanov haqlı olaraq yazırdı: «…bu hadisələr Şura hökumətinə ləkə salıb, onu qara örtüklə bürüyübdür, əgər siz tezliklə həmən qara örtüyü cırıb bu ləkəni təmizləməsəniz bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir».
Daşnak qətliyamlarının bolşevizmə vurduğu zərbə o qədər böyük idi ki, mart hadisələrinə qədər 70 min fəhlə kütləsi olan Bakı şəhərində 50 min nəfərlik siyasi tətillər təşkil edən və bununla da necə böyük sosial bazaya malik olduğunu əyani surətdə hər kəsə nümayiş etdirən bolşevik təşkilatları, bu hadisələrdən sonra bütün toplantılardan, yığıncaqlardan qovulmağa, təcrid olunmağa başladılar. Qocaman kommunist Şəmsəddin Musaxanov bu barədə belə danışırdı: «…1918-ci ilin mart ayından sonra vəziyyət xeyli çətinləşdi. Nə şəhərdə, nə mədənlərdə, nə də fabrik-zavodlarda və ətraf kəndlərdə heç kəs bizə qulaq asmaq istəmirdi. Bəzən adamın salamını da almırdılar. Bizi yığıncaqlara buraxmırdılar. İçəri girəndə hamı durub çıxırdı bayıra, məclis dağılırdı. Eləki deyirdik «ay yoldaş…» sözümüzü ağzımızda qoyurdular: «Sizdən bizə yoldaş olmaz… Gedin! Sizin yoldaşlarınız bizə yad adamlardır, onların yanına gedin… Mart qırğınları əhalini bərk hürküdüb qorxutmuşdu…» (Manaf Süleymanov, «Eşitdiklərim, gördüklərim, oxuduqlarım» kitabı, səh. 285-86).
Bu vəziyyət 1919-cu ilin əvvəllərinə qədər hökm sürdü və bu müddət ərzində bolşeviklərin əhali arasında iş aparması əməlli-başlı müşkül məsələyə çevrildi.
Bütün bu cəhətləri də nəzərə almaqla mart hadisələrinin dərin təhlili sübut edir ki, mart qırğınları ingilis kəşfiyyatı tərəfindən çox peşəkarlıqla hazırlanmış «diversant» əməliyyatıydı. Bu əməliyyatda güdülən əsas məqsəd bolşevizmin geniş əhali kütlələrin arasında nüfuzdan salınması və bununla da ingilis qoşunları üçün Bakıya yol açılması idi.
Bəli, dağıdılıb məhv edilmiş yüzlərlə kənd, xüsusi amansızlıqla qətlə yetirilmiş 20 minə qədər dinc müsəlman, bütün bunlar ancaq bir məqsədə - Bakı qapılarını ingilislərin üzünə açmağa xidmət edirdi. Elə də oldu. Bakıda milli qırğın salındı, bolşeviklər sosial dayaqdan məhrum edildi, 4 ay sonra ingilislər əllərini-qollarını sallayaraq Bakıya daxil oldular. Daşnaklar Bakı Kommunasının ayaq altını qazaraq eser və menşeviklərlə birlikdə ingilisləri şəhərə dəvət etdilər, bununla da Qafqazda ingilislərin «altıncı kalonu» olduqlarını və kimin üçün işlədiklərini hər kəsə açıqca nümayiş etdirmiş oldular. Bakı Komissarlarının həbs edilib ingilislər tərəfindən güllələnməsində də daşnakların «xidmətləri» böyük idi.
Edam olunmuş hökumət: Muğan Sovet Respublikası haqqında həqiqətlər
Muğan ingilis-denikinçi qüvvələrin işğalı altında (1918 avqust-1919 may)
1918-ci il. Qafqaz, xüsusilə də Azərbaycan inqilabi və əksinqilabi qüvvələrin toqquşma meydanına çevrilmişdir. Məmləkətin dörd bir yanını bürümüş kəndli üsyanları, fhlə tətilləri, günü-gündən genişlənən qırmızı partizan hərəkatı qərb imperialistlərini regionda xalq hərəkkatını qan içində boğacaq, şərqə doğru genişlənən inqilab dalğasının qarşısını alacaq oyuncaq rejimlər təisi etməyə vadar edirdi.
Bir tərəfdən kəndli üsyanlarından öz mülklərini sığortalamaqistəyən bəy və xanlar, əkinə yararlı torpağın 98,2%-ni qəsb edib öz əlində cəmləmiş iri mülkədarlar Osmanlı imperiyasının cəza dəstələrini gizli surətdə Azərbaycana dəvət edir, digər yandan isə rus qolçomaqlarına, rus monarxistlərinə, Bakı Rus Mili Mərkəzinə arxalanan denikinçilər Azərbaycanın cənubunda ağqvardiyaçı «Muğan hökuməti»ni təsis edirdilər.
Hər iki halda məqsəd eyniydi; -şərqə doğru genişlənən kommunist inqilabına qanlı divan tutmaq. Bu məqsədlə Lənkəran qəzasının Prişib kəndini özlərinə qərargah seçmiş denikinçi İlyaseviç qondarma qurultay çağırır. Əksinqilabçıların işini pozmağa çalışan Privolnı kənd kommunist partizanlarının rəhbəri Boçarnikov qurultayın gedişinə Mane olmaq istəsə də qüvvələrin azlığı ucbatından buna nail ola bilmir. 1918-ci il avqustun 6-da denikinçilər Muğan diktaturasınınyaradıldığını elan etdilər. Ağqvardiyaçı diktaturanın məqsədi Lənkəran qəzasını denikinçilərin güclü bazasına çevirmək idi, bundan sonra onlar hücuma keçib Bakı da daxil olmaqla bütün Azərbaycanı tutmaq, Dağıstandakı denikinçilərlə birləşmək və bu birlikdən doğan güclə Rusiyada bolşeviklərin hakimiyyətinə son qoymağı planlaşdırırdılar. Onlar bununla da vahid bölünməz monarxist Resiyanı bərpa edəcəklərini düşünürdülər belə bir vaxtda Bakıda ingilis Sentrokaspi diktaturasının hakimiyyəti ələ keçirməsi denikinçilərin mövqeyini xeli qüvvətləndirdi.
1918-ci il sentyabrın 15-də Osmanlı qoşunları Bakıya daxil olaraq burada ingilislərin hökmranlığına son qoydu. Amma osmanlının ağqvardiyaçı muğan hökumətinə qarşı hərbi əməliyyata risk etməməsi Lənkəran qəzasının de-fakto Azərbaycanın tərkibinə daxil olmadan işğalçı Denikin rejiminin nəzarətində qalmasıyla nəticələndi.
Bir neçə ay keçməmiş Bakı yenidən əldən-ələ keçdi. Mudros müqaviləsinə uyğun olaraq Osmanlı Azərbaycanı tərk etdi,bu dəfə də ölkə ingilislər tərəfindən yenidən işğal olundu. İngilislərin və denikinçilərin müttəfiq olması ağqvardiyaçı Müğan diktaturasının Azərbaycanın cənub bölgəsindəki işğalını daha da möhkəmləndirdi.
General Denstervil Lənkəran qəzasının ingilislər üçün nə dərəcədə strateji əhəmiyyətə malik olmasını iki amillə izah edirdi:
1) Lənkəranın dəniz sahilində yerləşməsiylə;
2) Lənkəran qəzasının zəngin taxılçılıq regionu olmasıyla.
Lənkəranın ərzaq bazası olması bütün işğalçı qüvvələrin və quldur dəstələrinin diqqətini Muğana cəlb edirdi.
Bir tərəfdən ingilislər və denikinçilər digər tərəfdən isə tez-tez qarətçilik məqsədiylə Azərbaycana soxulan quldur dəstələri - Hüseyn Ramazanovun, Sənanın quldur dəstələri, Şahsevən tayfaları bölgə kəndlərini od vurub yandırır, kəndliləri öldürür, qadınları zorlayır, taxıl və digər məşsulları talan edərək özləriylə aparırdılar.
Bu soyğun işində denikinçi İlyaseviçin, Avetisovun dəstələri xüsusilə fəallıq nümayiş etdirirdilər. İngilis paraxodları talan olunmuş Lənkəran taxılını fasiləsiz surətdə Ənzəli limanına, ingilis ordusunun bazasına daşıyıb aparırdı. Nəticədə işğalçılar qənimət hesabına milyonlarla pud taxıl daşıyıb apardıqları halda.ö məhsulu becərən azərbaycan kəndlilərə aclıqdan ölürdülər. Təxmini hesablamalara görə həmən vaxt təkcə Lənkəran qəzasında hər il təxminən 2-3 min nəfərə qədər kəndli aclıqdan tələf olurdu.
İşğalçı qüvvələrin azğınlığı hətta o dərəcəyə çatmışdı ki, onlar kəndlilərlə yanaşı yerli bəy və xanların da malikanələrini talan edirdilər. Vəziyyəti belə görən yerli bəy və xanlar 1918-ci ildə əvvəlcə Müsavat hökumətinə, bir nəticə hasil olmadığını gördükdə isə ingilis komandanlığına, general tomsonun yanına şikayətə gedirlər. Onlar sonralar daha dörd dəfə bu məsələni ingilis və müsavat hökuməti qarşısında qaldırsalar da, bütün şikayətlər nəticəsiz qaldı.
1919-cu il yanvarın 8-də müsavat Parlamanında «Lənkəran məsələsi» müzakirəyə çıxarılsa da Lənkəran nümayəndəsi Mirzə Səlim Axundzadədən başqa heç kəs çıxış etmədi və məsələylə bağlı heç bir rəsmi sənəd qəbul olunmadı.
Beləliklə Lənkəran qəzasında azərbaycanlıların işğalçı güclər tərəfindən qarət olunması, döyülüb öldürülməsi, qadınların zorlanması, qoca və uşaqların quldurlar tərəfindən tikə-tikə doğranması faktı nə müsavat hökumətində, nə də müsavat parlamanında heç kəsi narahat etmədi.
Lənkəran qəzasında kəndlilər aclıqdan tələf olduğu bir vaxtda müsavatçı nazirlər Azərbaycanın sərvətini qızıl rula çevirib çamadanlara yığırdılar.
Belə bir vəziyytdə işğalçı rejimə qarşı mübarizədə silahlı üsyandan başqa yol qalmırdı. Bütövlükdə Azərbaycanı ingilis işğalından xilasın yeganə yolu silahlı üsyan idi. Bu iş isə dar gündə yoxsul, köməksiz xalqın yeganə himayəçisi olan kommunist partizanların üzərinə düşürdü. Kommunistlər ingilis və Denikin işğalına qarşı azadlıq mübarizəsini Muğandan başlamaq qərarına gəldilər. Üsyan planına görə azadlıq günəşi Azərbaycana Muğandan doğmalı idi.
Muğanda işğalçı rejimə qarşı kommunist-azadlıq qiyamı (1919, 25 aprel)
1919-cu ilin martında Azərbaycan kommunistləri yadelli işğalçılara qarşı silahlı üsyan etmək qərarı qəbul etdilər və təcili hazırlıq başlandı. Üsyana rəhbərlik edəcək Komitə təsis olundu. Qəzadakı bütün qırmızı partizan dəstələri qırmızı qvardiya hissələri tam səfərbər edildilər.
Üsuanın zərbə qüvvəsi qismində aşağıdakı kommunist birləşmələri çıxış edirdi:
1) Lənkəran qırmızı qvardiyaçıları;
2) Zuvandlı Balaməmmədin süvari partizan dəstələri;
3) Pigəli Ələkbər Məmmədovun partizan dəstəsi;
4) Qəhrəmanovun rəhbəri olduğu və tamamı kommunistlərdən ibarət 40 nəfərlik pulemyotçu dəstəsi;
5) Boçarnikovun rəhbərlik etdiyi Privolnı kənd partizanları;
6) Sara daşında yerləşən kiçik hidrolokasiya dəstəsi və s.
Silahlı üsuana rəhbərliyi Şirəli Axundov, Jirkov başda olmaqla Lənkəran komitəsi edirdi.
1919-cu il aprelin 25-də səhərə yaxın Lənkəranda işğalçı diktaturaya qarşı kommunistlər silahlı üsyan qaldırdılar. İki gün əvvəldən gizlincə Lənkəran şəhərinə toplaşmış kommunist üsuançılar qəfil hücuma, əvvəlcədən trtib olunmuş siyahıya əsasən cəllad İlyaşeviç başda olmaqla ağqvardiyaçı Muğan diktaturasının bütün üzvlərini həbs etdilər. Qırmızı partazanlar ağqvardiyaçıların qərargahı kimi istifadə olunan mirəhməd xanın sarayını, dəniz limanını, mayakı, radiostnsiyanı və digər strateji məntəqələri ələ keçirdilər, siyasi dustaqlar azadlığa buraxıldı.
Muğanda Sovet Respublikasının qurulması
1919-cu il aprelin 25-də baş verən kommunist qiyamı işğalçı ingilis-denikin diktaturasını devirsə də, qəzada əksinqilabçı quldur dəstələrinin qovulub çıxarılması işi may ayının ortalarına qədər davam etdi, xüsusilə də Astaranın azad edilməsi çox gərgin və qanlı döyüşlərdən sonra mümkün oldu. Beləki uşaq və qocaları doğradıb qadınları zorlamaqla ad çıxarmış cəllad Hüseyn Ramazanov ingilis və İran dövlətlərindən hərtərəfli yardım aldığından, onun dəstəsini məğlub etmək çoxlu sayda kommunistin qanı-canı bahasına başa gəldi. Amma qəzanın İranla sərhəd dağlıq və meşəlik hissələrinin quldurlardan azad edilməsi mümkün olmadı. Hər tərəfdən ingilis, İran, Denikin, müsavat ordusuyla mühasirəyə alınmış kommunist partizanların ancaq bu qədərinə gücü çata bildi.
Belə bir şəraitdə üsyançılar 1000 nəfər nümayəndənin iştirakıyla qurultay çağırdlar. Qurultay iştirakçılarının böyük əksəriyyəti - 600 nəfəri azərbaycanlı nümayəndələrdən ibarət idi.
Qurultay Azərbaycan Sosialist Respublikasının tərkib hissəsi olmaq etibarilə Muğanda Sovet Respublikasının uaradıldığını elan etdi və qanunvericilik, icra orqanları təsis olundu.
Muğan qurultayının bu qərarı Azərbaycanın ərazi bütövlüyünün bəroası yolunda çox böyyük bir addım idi. Bu qərar muğanı Azərbaycandan ayırmadı, əksinə, ingilis və Denikin işğalı altında olmuş qəza ərazisini gələcəkdə qurulacaq Azərbaycan Sosialist Respublikasının qırılmaz tərkib hissəsi elan etməklə Muğanı 200 il sonra yunidən Azərbaycanın tərkibinə qaytardı. Beləki Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunarkən ölkə faktiki olaraq çoxlu sayda müstəqil xanlığa parçalanmışdı ki, bunlardan biri də Lənkəran xanlığı idi. Bu ərazi xanlıq kimi Rusiyaya tabe oldu və sonra qəza statusu aldı. Çar Rusiyası dağılanda isə az sonra ingilis və denikinçilər tərəfindən işğal olundu, faktiki olaraq Azərbaycana tabe deyildi. Məhz üsyan və ardınca çağırılan qurultay Muğanda yadelliləriiin işğalına son qoydu və onu gələcəkdə qurulacaq Sosialist Azərbaycanın ayrılmaz tərkib hissəsi elan etdi. Bu həm də özü-özlüyündə Milli azadlıq hərəkatıydı və Azərbaycanın İngiltərə imperiyasının müstəmdəkəsindən azad olunması məhz əslində sovet Muğanından başdanırdı və azaddlıq hərəkatı muğandan bütün Azərbaycana yayılmalıydı.
İndi tez-tez kommunistləri suparatçılıqda günahlandıraraq iddia edirlər ki, Muğan ingilis işğalından azad olunduqdan sonra gərək ki, müsavat hökkuməətinə tabe olaydı. Tabe olmayıbsa, deməli bu separatizmdir.
Amma bu iddiada olanlar bir önəmdi amili unudurlar ki, Muğan ingilis-denikin işğalından azad olan zaman faktiki olaraq Azərbaycanda xalqın iradəsini ifadə edən müstəqil hökumət mövcud deyildi. Müsavat hökuməti vassal bəy-xan rejimi olub ttamamilə ingilis komandanlığına tabe oyuncaq hökumət idi. Azərbaycan isə de-fakto və de-yure İngiltərənin müstəmləkəsiydi və beynəlxalq müqavilələrdə Azərbaycanın İngiltərə imperiyasının müstəmləkəsi oliası faktı təsbit olunurdu. Həmən tarixdə müsavat hökuməti heç bir dövlət tərəfindən tanıniırdı. Mudros müqaviləsinə görə (1918, noyabr) Osmanlı imperiyası Azərbaycanı öz əyaləti kimi İngiltərəyə bağışlamışdı. Müqavilənin 11-ci və 15-ci bəndlərinə əsasən Azərbaycan və onun dəmir yolları, neft yataqları bütünlüklə İngidtərə imperiyasına verilirdi.
Azərbaycanın İngiltərənin müstəmləkəsi olması Mudros müqaviləsində hüquqi qüvvə olduğundan İngiltərə bu hüquqdan çıxış edərək bütün Azərbaycanı işğal etmiş və onunla öz müstəmləkəsi kimi rəftar etmişdir. Belə olan halda Muğanın vassal müsavat hökumətinə tabe etdirilməsi, onun əslində yenidən ingilislər tərəfindən işğalı demək olardı. Bu səbəbdən də Muğan Azərbaycan Sosialist Respublikasının ayrılmaz tərkib hissəsi elan edildi və bu qərarla Müğan Azərbaycanın yeganə ərazisiydi ki, ingilis işğalından azad olunduğunu rəsmən bəyan edirdi.
Təbiiki özlərini Azərbaycanın ağası hesab edən ingilislər xalq iradəsi hesabına qəbul olunmuş bu qərarı qan və silahla qarşıladılar. Onlar bu kiçik Sovet Respublikasında ingilis maraqları üçün böyük təhlükə görürdülər. Bu səbəbdən də ingilis komandanlığı ondan asılı olan bütün qüvvələri Sovet Muğanını boğmağa səfərbər etdi.
Sovet Muğanı kommunist sınmazlığının rəmzidir
Xarici imperialistlər və onların yerli əlaltılarının hərbi müdaxiləsi səbəbiylə Muğanda Sovet quruluşu çrx az, Astarada cəmi bir ay, Lənkəran və ətraf ərazilərdə isə təzminən üç ay mövcud ola bildi və bu qısa vaxtında demək olar ki, hamısı əksinqilabi-işğalçı qüvvələrlə şiddətli döyüş, mübarizə şəraitində keçdi.
Bütün dünya cəmi 900 nəfər silahlı qüvvəsi olan Sovet Muğanın 4 dövlətin 20 mindən artıq nizami ordusuna qarşı düz 3 ay necə blüm-dirim mübarizəsi apardığının heyranlıqla şahidi oldu. Burada döırün ən müasir silah və texnikasına, sayca qat-qat üstün nizami ordularına qarşı sadəcə bir amil, sıniaz kommunist iradəsi dayanırdı.
İmr tərəfdən ingidis donanması, digər tərəfdən İran kazakları, başqa bir tərəfdən denikinçi ağqvardiya, dig
bir tərəfdən isə müsavat ordusu Sovet Muğanını od və dəmirin blokadasına almışdılar.
İran hökumətinin Lənkəran şəhərindəki konsulu Mirzə Sadıq açıq-aşkkar bəyan edirdi ki, Şah rejimi Sovet Muğanının İran əhalisinə inqilabi təsirindən bərk narahat idi və bu səbəbdən də İran dövləti Muğanda Sovet quruluşunun boğulmasında yaxından iştirak edib. Sadəcə bir faktı xatırladaq ki, 1919-cu il iyunun 17-də Şah rejimi quldur Hüseyn Ramazanovun köməyinə Ənzəli limanı vasitəsiylə təpədən-dırnağacan silahlanmış 2 paroxod İran kazakı göndərmişdi və bunun nəticəsində əksinqilabçı-işğalçı qüvvələr Astarada Sovet hakimiyyətini yıxa bildilər.
İngilis hökuməəti isə əksinqilabi qüvvələri silah və pulla təchiz etməklə yyanaşı hərbi donanması vasitəsiylə Lənkəran şəhərini dənizdən iühasirəyə almış, onun Bakı və Sovet Rusiyası ilə əlaqələrini kəsmiş və şəhəri aramsız olaraq top atəşi altında saxlamışdır. Sonralar ingilislər Sovet Muğanının süqutundan bəhs edərkən bunu fəxrlə ingilis silahının və qızılının zəfəri adlandırırdılar.
Denikiinçi ağqvardiya isə artıq 1919-cu il iyunun 23-dən müntəzəm olaraq Lənkəran üzərinə hərbi reydlər təşkil edirdi.
Müsavat hökuməti isə əvvədcə 1919-cu ilin iyununda cəllad Ramazanovun köməyinə 1000 nəfərlik nizami ordu göndərmiş, daha sonra isə general Səlimovun rəhbərliyi ilə 3500 nəfərlik qoşun hissəsini də kommunistlərlə mübarizəyə göndərmişdir bundan sonra isə daha bir neçə belə hərbi kontingent Sovet Muğanı üzərinə yeridildi.
Bu da azmış kimi qaçıb Bakıya müsavat bəy-xan rejiminə sığınmış talış xanları da sidahlı dəstələr yaradaraq Sovet Muğanının üzərinə göndərirdilər.
Digər tərəfdən bir qrup mürtəce dindar məscidlər də kommunistlərlə döyüşlərə könüllülər toplayır. Camal paşa isə kənd-kənd, oba-oba gəzərək insandara qurana əl basdırıb kommunistlərə qarşı cihada çıxacaqlarına dair and içdirirdi.
Bir sözlə, azərbaycan xalqını talan edənlər, qız-gəlinini zordayanlar, uşaq-qoca demədən kişilərini cəllad kötüyündə tikə-tikə doğrayanlar, kəndliləri ot tayasına doldurub diri-diri yandıranlar hamısı Sovet Muğanını, xalq hərəkatını qan dəryasında boğmaq üçün, «kommunistlərsiz və bolşeviksiz hakimiyyət» şüarı ərafında birləşmişdilər.
Amma inqilabçıdarın müqavimətini sındırmaq asan olmadı. Denikinçi ağqıardiya dəfələrlə qat-qat böyük hərbi qüvvələrlə Lənkəran üzərinə yeridilsə də hər dəfə qırmızı partizanların sərt müqavimətiylə üzləşib geri çəkilməli olurdu. İyunun axırlarında ağqvardiyaçılar şəhərin kənar məhəllələrinə soxula bilsələr də təcrübəli sərkərdələr B.Ağayev və Ulyantsevin rəhbərliyi ilə partizanlar ağları şəhərdən qova bildilər. Bu zaman partizanlar arasında ruh yüksəkliyi güclü idi, çünki Sovet Muğanının komissarları da qızıl qvardiya əsgərləriylə bir yerdə vuruşur, lap öndə gedərək üsyançıları ölüm-dirim mübarizəsinə səsləyirdilər və belə döyüşlərin birində Sovet Muğanının xarici işlər komissarı Ulyantsev qəhrəmancasına həlak oldu (1919, 25 iyun).
Lənkəran mayakını 300 qırmızı qvardiyaçı qoruyurdu və qat-qat böyük əksinqilabi qümmələrə inadlı iüqavimət göstərərək cəmi 2 gün ərzində (1919-cu ilin iyunu) düşmənin 18 hücumunu dəf etdilər.
Ümumilikdə isə gedən döyüşlərdə Sovet Muğanının müdafiəçiləri 4 min əksinqilabçını məhv etməyə müvəffəq oldular. Şilavərli Ağarəşid Məmmədov şəxsi qəhrəmanlıq göstərərək sürücüsü həlak olmuş zirehli maşını tərk etməmiş, zirehli maşınla döyüşə atılaraq düşmənləri qaçmağa məcbur etmişdi.
İyulun sonlarına qırmızı partizanların cəmi 3 min patronu qalmışdı. Buna baxmayaraq onlar hər bina, hər məhəllə uğrunda son damla qanlarına kimi vuruşurdular.
Silah-sursatın tükənməkdə olduğunu görən şəhər müdafiəçiləri ailələri ilə birlikdə iyulun 24-də Sara adasına çəkilməli oldular. Burada da müdafiənin mümkünsüzlüyünü gördükdə bölünərək adanı 3 istiqamətdə tərk etmişdilər. Bunlardan 200 nəfərlik döyüşçü Türküstan qızılordusuna qoşulmaq məqsədiylə Krasnovodskiyə, 300 nəfər isə əsasən qadın və uşaqlar Milyutin paraxoduyla Bakıya doğru üzürlər. Bakı limanında müsavat polisi ingilis komandanlığının direktiviylə Milyutin paraxodundakı kommunistlərin hamısını həbs etdi.
Üçüncü dəstə isə Aşur Adaya çəkilir. Onlar 1919-cu il avqustun 8-də ingilislər, ağqvardiyaçılar və İran kazakları tərəfindən mühasirəyə alınaraq həbs edilirlər. Onların bir hissəsi Aşur Adada ingilislər tərəfindən güllələnir, sağ qalanlar isə denikinçilərin mərkəzi olan Petrovski şəhərinə aparılır. Onlardan Kolomeytsen, hansıki Lənkəranın müdafiəsində fəal iştirak etmişdi, yolda qətlə yetirilir.
Beləliklə Sovet Muğanının rəhbər işçilərinin demək olar ki, hamısı ya qətlə yetirildi, ya da həbsə məhkum edildi.
1919-cu il iyulun 24-də Lənkərana müsavat ordusundan daha tez daxil olan denikinçilər düz avqustun 8-nə kimi şəhəri talan edib əhaliyə, xüsusilə də kommunistlərə divan tutdular.