Azəri   Русский   English   Bütün ölkələrin proletarları, birləşin! Bizimlə əlaqə: email:info@kommunist.az; tel:(+994 55) 730 09 13;  
Şəxsiyyətlər
Mehdi Hüseynzadə   
Babək Xurrəmi   
Fridrix Engels   
Karl Marks   
Nəriman Nərimanov   
Çingiz İldırım   
Xəbərlər
Tədbirlər   
Daxili   
Media
Kominform   
Qırmızı tribuna   
Çağırış
Haqqında
Məqalələr
Partiyamız
Proqramı   
Proqramın izahı   
Qırmızı arxiv   
Tarixi   
Mövqe   
Müraciət   
Aprel İnqilabı   
Kitabxana
Klassiklər
Aze
Rus
Müasirlər   
Bədii   
Kommunar nəşriyyatı   
Əlaqələr
Çe fan klubu   
AUSF   
YNAK Gənclər təşkilatı   
ÜDGİ   
Solidnet   
Sol mədəniyyət
Məlumat   
Videolar   
Audiolar   
Seçmələr
M.Ə.Sabir
Məqalələr   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Axtarış
 
 
 
 
 
 
 
Xəbərlərə abunə olun
 
 
 
 
 
YNKAP-yə üzvlük
 
 
 
 
 
 
 

Kitabxana -> Müasirlər
07/04/2009 (12:06)
Karl Marks, yoxsa İbn Xaldun?

   Sovet İttifaqı süqut etdikdən sonra marksist fəlsəfəyə, xüsusilədə onun sosial baxışlarının ifadə etdiyi kommunist ideologiyasına qarşı sözün əsl mənasında bir «səlib yürüşü» başlandı. Marksizmə qarşı dözümsüzlük elə eybəcər forma aldı ki, hətta kitabxana rəflərində belə kommunist ideologiyası ilə bağlı ədəbiyyatların mövcudluğu indinin özündə də bəzi «milli təəssübkeşləri» narahat edir, onları əməlli-başlı qıcıqlandırır. Çox yaxın tarıxdən o da məlumdur ki, 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə sözdə demokratiyadan, toleyrantlıqdan dəm vuranlar kommunist ideologiyasına qarşı represiyaya başlayaraq hətta Kommunist Partiyasının fəaliyyətini qadağan etdilər. Kapl Marksın heykəlinin belə dəmir barmaqlıqlar arxasında dustaq edildiyi bir ölkədə kommunist ideologiyasına, ümumilikdə marksist fəlsəfəyə bu cür ögey münasibət əlbəttəki başa düşüləndir.
    Meydanlarda millətin müqəddəs istiqlal duyğularını xüsusi fəndgirliklə kommunist ideologiyasına qarşı siyasi şouya çevirənlərin insanların beynində alovlandırdıqları «işıqlı kapitalizm» idealları zaman ötdüncə sosial iqtisadi problemlərin ağırlığı altında elə yarandığı sürətlə də sönməyə başlamış və təbii ki, kommunist ideologiyasının yenidən dircəlməsinə rəvac vermişdir. Bu da bir çoxlarını narahat etməyə bilməz.
    Bir vaxtlar tarixi materializmdən, partiya tarixindən disertasiyalar yazıb alim olmuşlar buqələmun kərtənkələsinə xas keyfiyyətlə mövcud reallığın tələblərinə uyğun olaraq rənglərini dəyişmiş və Sovet dövründə hansı «ciddiyyətlə» marksist idilərsə, elə həmin «ciddiyyətlə» də antimarksist olmuşdurlar. Maraqlıdır ki, şəraitə uyğun rənglərini dəyişən bu qütb «tülküləri» fantastik dərəcədə bir sırtıqlıq nümayiş etdirərək disertasiya yazıb alim olduqları kommunist ideologiyasından imtina etdikləri halda alim adlarından imtina etməmiş, əksinə, yeni-yeni elmi vəzifələr tutmuşdurlar. Onda ortaya çox haqlı bir sual çıxır. Əgər dğrudanda sizin yazıb-pozub alim olduğunuz kommunist ideologiyası yalan və utopiyadırsa, hansıkionlar elə belə də iddia edirlər, onda buyurun bizə izah edin görək belə olan təqdirdə siz nəyin alimisiniz, yalan və utopiyanın? Deməli belələri dolayı yola özlərini ifşa edərək özlərinin yalançı alim olduqlarını təstiqləyirlər.
    İndi bu gün marksizmi bayağılaşdırıb təhrif və tənqid edənlər məhz bu yalançı alimlər və onların yetirmələri olan yeni nəsil yalançı alimlər sürüsüdür. (Bu ifadəmə görə həqiqi alimlərdən və oxuculardan üzr istəyirəm, amma gündə min sifət dəyişən belə «buqələmun alimləri» xarakterizə etmək üçün bundan başqa söz tapa bilmədim.) Ən dəhşətlisi isə odur ki, yetişən gənc nəsil marksizmi onlarin yazılarından, əsərlərindən öyrənir və öyrənəcəklər. Sovet İttifaqı süqut edərkən dünyaya gəlmiş körpələr artıq indii bığ yeri tərləmiş yeniyetmələrdirlər. Yetişməkdə olan bu gənc nəsil elə bir «informasiya tələsi»nə düçar olub ki, kommunistlərin tikdirdikləri məktəblərdə kommunistlərin yaratdıqları müəllimlər ordusu tərəfindən nə qədər paradoksol olsa da sırf antikommunist ruhunda tərbiyə almışdırlar. Onların nəzərində kommunistlər başkəsən, torpaqları ermənilərə satan, millətin qabaqcıl ziyalılarına qarşı terror dalğasını həyata keçirən cəlladlardır. Halbuki bu sadalananların kommunist ideologiyasıyla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur.
    Biz iddia etmirik ki, alimlər səhər-axşam durub marksizmi tərifləməlidirlər və ya biz heç o iddiada da deyilik ki, kommunist ideologiyası tənqid edilməməlidir. Marksizim biz kommunistlər üçün ehkam və ya doqma deyildir. Marksizm bizim üçün həmişə tənqidə açıq nəzəriyyə olmuşdur. Amma bu heçdə o anlama gəlmirki, tənqid adı altında bu ideologiyanın prinsipləri, təhrif edilməli və qərəzli surədə saxtalaşdırılaraq geniş ictimaiyyədə bayağılaşdırılmış, eybəcərləşdirilmiş formada təqdim edilməlidir. Məhz 15 illik zaman müddətində kommunist ideologiyası qərəzli surətdə ancaq bu prizmadan tənqid edildiyindən böyüməkdə olan gənc nəsildə marksist fəlsəfə haqqında, xüsusi ilədə onun tarixi materializm bölməsi haqqında ancaq və ancaq yanlış, mənfi, qərəzli rəy formalaşmaqdadır. Əgər nəzərə alsaq ki, müstəqillik qazanılandan üzü bəri Azərbaycanda marksizm fəlsəfəsi ilə bağlı bir dənədə olsun kitab çapdan çıxmayıb və ya kommunist ideologiyasının obyektiv surətdə elmi təhlili haqqında bircə dənə də elmi əsər yazılmayıb, əksinə, mütəmadi olaraq dərsliklərdə, ayrı-ayrı kitablarda bu ideologiya ilə bağlı bir neçə cümlə getmişdirsədə, onlar da ancaq böhtandan və qərəzli iftiradan başqa bir şey olmamışdır, onda bu sahədə vəziyətin nə qədər acınacaqlı olduğunu şərh etməyə ehtiyac yoxdur. Kommunist ideologiyasının, ümumilikdə marksizm fəlsəfəsinin tənqidinin və təhrifinin artıq dəb halını aldığı günümüzdə bu ideologiyanın düzgün elmi təhlilinə əsaslanan kitabların, məqalələrin yazılması hava kimi, su kimi lazımdır.
    Bu baxımdan Əlvan Əliyevanın (Kəbirli) 1998-ci il «Elm və həyat» jurnalının 5-ci nömrəsində çapdan çıxmış və Karl Marksın elmi irsinə qarşı böhtan və iftiralarla dolu «İbn Xaldun yoxsa Karl Marks» məqaləsinə verəcəyimiz cavab bu sahədə ilk yeniliklərdən biri ola bilər. Belə ki, sözügedən məqalədə xanım Əlvan Əliyeva Karl Marksı demək olar ki, az qala elmi oğurluqda və XIV əsr ərəb nəzəriyyəçisi İbn Xaldunun elmi irsini bilərəkdən və ya bilməyərəkdən mənimsəməkdə günahlandırır. Müəllifin bu kiçik həcmli məqaləsi bu mövzuyla bağlı yazılan əsərlər və məqalələrlə müqayisədə olduqca zəif təsir bağışlamasına baxmayararq, bu mövqeyə tərəfdar olan tədqiqatçıların baxışlarını kifayət qədər dolğunluğu ilə ifadə etdiyindəntəhlilə və tənqidə dəyər.
    Beləliklə xanım Əliyeva iddia edir ki, Lenin və Stalin İbn Xaldunun elmi irsiylə tanış olduqda indiyə kimi marksizm fəlsəfəsinin təməl prinsipləri hesab edilən bir sıra müddəaların hələ 5 əsr əvəl ərəb nəzəriyyəçisinin əsəplərində ifadə edildiyini görüb heyrətləhirlər və Stalin İbn Xaldunun yaradıcılığının Sovet dərsliklərində tədris olunmasını qadağan edən gizli göstəriş verir. Başqa sözlə, Sovet rəhbərliyi İbn Xaldunun elmi irsini xalqdan gizlədir. Əlvan Əliyeva bu barədə belə yazır: «Marksizmin rəsmi ideologiya funksiyası daşıdığı sabiq sosializm sistemində müsəlman dünyasının böyük tarixçisi və sosioloqu İbn Xaldunun (1332-1406) elm tarixindəki müstəsna rolu ya qəsdən danılmış, ya da kobud şəkildə təhrif olunmuşdur… İbn Xaldunun irsinin ali, orta və ortp ixtisas məktəblərində tədrisinin qadağan olunması məqbul sayılmışdır. İ. Stalinin əsrimizin 20-ci illərində bu barədə məxfi göstəriş verməsi də inkarolunmaz faktdır.
    Bəs marksizm-leninizm ideoloqlarının İbn Xalduna münasibətdə ifrat qısqanclığının səbəbi nə idi? İbn Xaldunun irsindən müəyyən fraqmentlərin,o cümlədən alimin «Böyük tarix» əsərindən parçaların nəşri bu suala cavab tapmağa kömək edir. Aydın olur ki, Karl Marksın (1818-1883) tarixi materializm adı ilə tqdim olunmuş sosiologiyasının aparıcı müddəalarının əksəriyyəti ilk dəfə İbn Xaldun tərəfindən irəli sürülmüş və əsaslandırılmışdır…
    Hər şey Vladimir Leninin /Ulyanov/ «Görəsən şərqdə ayrı belə bir fılosof varmı?» sualından başlandı. İlk tanışlıq Sovet marksistlərini təşvişə saldı və onlar İbn Xaldun yaradıcılığı üzərinə tabu qoydular.»1
    Əvvəla cavab olaraq deyim ki, Əlvan Əliyevanın dedikləri konkret sənədlərə, tarixi faktlara yox, daha çox dedi-qodu xarakterli ara söhbətlərinə əsaslanır. Məntiq elminə görə isə dedi-qodu və ya ara söhbətləri heç vaxt sübut vasitəsi qismihdə çıxış edə bilməz. Deməli ittihamı sübut edəcək dəqiq arqument, sənəd yoxdur. İkincimi, lap elə fərz edək ki, həqiqətən də Sovet rəhbərliyinin, konkret halda Stalinin İbn Xaldunun elmi irsini xalqdan və tədqiqatçılardan gizlətmək barədə məxfi, gizli göstərişi olubsa mən qətiyyətlə deyərdim ki, Stalin K.Marksın iqtisadi fikirlərini, siyasi iqtisadı dərindən mənimsəyib (fıkır düz ifadə olunmur++++++++++). Yalnız siyasi iqtisad elmindən kifayət qədər məlumatı olmayan adamlar İbn Xaldunun iqtisadi-sosial düşüncələriylə Karl Marksın iqtisadi-sosial baxışları arasında məzmun eyniliyi, oxşarlığı axtara bilərlər. Bu baxımdan Ə.Əliyeva da istisna deyildir. Məhz tədqiqatçının İbn Xaldunun və Karl Marksın iqtisadi –sosial baxışları arasında məzmun eyniliyi axtarması, onun siyasi-iqtisad elminə və fəlsəfi tədqiqatlara nabələdliyini göstərir. Başqa sözlə, qəti olaraq iddia edirəm ki, Karl Marks İbn Xaldunun elmi irsindən bəhrələnməyib, mənimsəməyib, oğurlamayıb. Sadəcə ona görə ki, İbn Xaldun və Karl Marksın sosial-iqtisadi baxışları bir-birindən 180° fərqlənir və belə deyərdim ki, daban-dağana ziddir. Əlvan Əliyevani və onun kimi düşünən tədqiqatçıları isə ancaq və ancaq bu iki mütəfəkkirin fikirlərindəki zahiri oxşarlıq aldada bilər. Əslində isə bu müddəalar dərindən təhlil edildikdə hörmətli xanımın iddialarının əsassız olduğu üzə çıxır, çünki sözügedən şəxslərin elmi irsində məzmun eyniliyi qətiyyən yoxdur. Bu mövqeyimi daha dəqiq əsaslandırmaq üçün iki iki istiqamətdə araşdırma aparaq. 1-ci İbn Xaldun və Karl Marksıniqtisadi fıkırlərinin müqayisəli təhlilini, 2-ci istiqamətdə isə İbn Xaldunla Karl Marksın dövlət nəzəriyyələrinin qarşılıqlı müqayisəli təhlilini aparaq.
    Beləliklə, ilk öncə birinci istiqamət üzrə təhlilə başlayırıq. İbn Xaldun və Karl Marksın iqtisadi baxışlarını müqayisə edək.
    Yenə tədqiqatçı Əlvan Əliyevanın fikirlərinə müraciət edirik. O yazır: «K.Marksın iqtisadi fəlsəfi irsi ilə az-çox tanış olanlar eyniliyin (oxşarlığın) təzyiqi qarşısında mat qalmalı olurlar.
    Adam Smitlə başlayıb Karl Marksla inkişaf etdiyi güman edilən əmək dəyər nəzəriyyəsinin (əmtəənin dəyərinin ona sərf olunan əməkdən asılılığı) də banisi sən demə İbn Xaldun imiş. İbn Xalduna görə «bütün maddi sərvətlərin mənbəyi əməkdir», «əməyin dəyəri, onun həcmindən, kəmiyyətindən, mürəkkəblik dərəcəsindən – keyfiyyətindən və onun tələbatından asılıdır.» A.Smit və K.Marksın, necə deyərlər, daşını daş üstündə qoymayan həmən fıkrə istinadən S.M.Batsiyeva (postsovet məkanında) İbn Xaldun bizə məlum olan ilk iqtisadçıdır ki, dəyərin sirrini anlamış, əməkdə dəyər substansiyasını birinci görmüşdür.»2
    Əvvəla Əlvan Əliyevanın dediklərinə bir balaca düzəliş edim ki, Adam Smit əmək dəyər nəzəriyyəsinin banisi yox, klassik siyasi iqtisadın banisi hesab olunur. İkincisi isə Karl Marks heç vaxt əməyin sərvətin mənbəyi olmasını ona Aid kəşf olduğunu iddia etməyib və ümumiyyətlə belə bir iddiada olmayıb. Məsələn, Fridrix Engels «Kapital»in birinci cildinə resenziyada yazırdı: «Bu vaxta qədər mövcud olan siyasi-iqtisad bizə öyrədir ki, əmək hər bir sərvətin mənbəyi və bütün dəyərlərin ölçüsüdür.»3
    Engelsin bu ifadəsindəndə aydın olur ki, «əmək hər cür sərvətin mənbəyidir» tezisi hələ Marksdan əvvəlki siyasi iqtisadda məlum məsələydi. Deməli Karl Marksı bu tezisi guya İbn Xaldundan mənimsəməsi (oğurlaması) başdan-ayağa böhtan və iftiradan başqa bir şey deyildir. Həmdə sadəcə ona görə ki, Karl Marks bu tezisin ona Aid olduğunu heç vaxt iddia etməmiş, əksinə, bunun ondan əvəlki mütəfəkirlər tərəfindən bilinən bir həqiqət olduğunu dəfələrlə vurğulamışdır.
    O ki qaldı «əmək hər cür sərvətin mənbəyidir» tezisinin guya ilk dəfə İbn Xaldun tərəfindən kəşfinə, hansı ki, tədqiqatçı Batsiyeva iddia edir ki, İbn Xaldun dəyərin sirrini anlayan və əməkdə dəyər substansiyasını görən ilk iqtisadçıdır, sadəcə onu deyə bilərəm ki, bu iddianı inkar edənlərdən ən birincisi elə İbn Xaldun özü olmuşdur. Təvazökar alim öz əsərlərində dəfələrlə vurğulamışdır ki, onun dedikləri Aristotelin fikirlərinin daha geniş şərhindən və dərin təhlilindən başqa bir şey deyildir. Məsələn, İbn Zaldun özünün «Müqəddimə» əsərində əvvəlcə İran hökmdarı Nuşirəvandan bir fikri misal gətirir: «Dövləti əsgərlər qoruyur, əsgər pula bəslənir, mal-xəracla əldə edilir,xərac məmləkətin məmurlarıyla təmin olunur (toplanır – mənə aiddir)…» və sonra İbn Xaldun Aristoteldən misal çəkir və bildirir ki, Aristotelin dedikləri Nuşirəvanın dediklərinin daha dəqiq ifadəsindən başqa bir şey deyildir. İbn Xaldunun Aristoteldən gətirdiyi bu misal aşağıdakı kimidir: «Məmur olan dünyalar güllər və çiçəklərlə dolu baxça kimidir. Bu baxçanın divarı dövlətdir ki, bu divar onu düşmənlərin və yadellilərin hücumundan qoruyur… Dövlət və səltənət bir misal olub, pul və sərvət onların bəslənməsini təmin edir. Mal və pul bir dolanışıq vasitəsidir ki, onu təbəə toplayır, təbəələr kölələr olub, onları ədalət qoruyur.»4
    Məhz Aristotelin «Mal və pul bir dolanışıq vasitəsidir ki, onu təbəə toplayır», yəni zəhmətkeş təbəqə yaradır ıfadəsini İbn Xaldun daha dəqiq, daha aydın bir şəkildə, «əmək hər cür sərvətin mənbəyidir» formasında ifadə etmişdir.o əsərlərində dəfələrlə şikayətlənir ki, bundan əvvəlki fılosoflar bu məsələlərin üzərindən çox səthi keçmiş və onon dərindən təhlilinə cəhd göstərməmişdirlər. Ibn Xaldun bu haqda belə yazırdı: «Sən bizim bu əsərimizin (dövlət və mülk) bölümündəki sözlərimizi oxuyub və düşünərək qiymət versən bu sözlərin təfsir və izahını və Aristotelin qısa olaraq söylədiklərinin təfsilatını oxuyar və bu ifadələrin əhatəli və ən açıq bir dəlil və həqiqət olduğunu başa düşərsən. Aristotelin və Nuşirəvanın öyrətməsindən başqa, uca Tanrı özü bunları bizə öyrətmişdir»5
    İbn Xaldunun bu qiymətli etirafından da aydın görünməkdədir ki, onun sosial-iqtisadi, siyasi baxışları birbaşa Aristotelin əsərlərindən qaynaqlanır və Aristotelin qısaca olaraq söylədiklərinin əhatəli geniş şərhindən başqa bir şey deyildir. Təbiiki bu belə də olmalıydı. Engelsin «ən universal zəka» adlandırdığı Aristotel Andpey Aniginin sözləriylə desək «o zamankı cəmiyyətin əsas iqtisadi hadisələrini və qanunauyğunluqlarını təhlil etmiş və əslində elm tarixində ilk iqtisadçı olmuşdur… Onun bizə qədər gəlib çatmış və mövzularına görə səhih şəkildə məlum olan əsərləri o vaxtlar mövcud olmuş bütün elm sahələrini əhatə edir. Süsusilə Aristotel insan cəmiyyəti haqqında elm olan sosiologiyanın banilərindən biri olmuşdur. Elə bu sosiologiya çərçivəsində də o, iqtisadi məsələləri nəzərdən keçirir.» Sonra Andrey Anigin fikirlərini davam etdirərək Aristotelin iqtisadiyyat elmi sahəsindəki xidmətlərini belə sadalayır: «O, birinci olaraq siyasi-iqtisadın bir sıra kateqoriyalarını müəyyən etmiş və müəyyən dərəcədə onların qarşılıqlı əlaqəsini göstərmişdir. Əgər biz Aristotelin fraqmentlərdən toplanmış «iqtisadi sistemini» Adam Smitin «Xalqlarin sərvəti»Nin birinci beş fəsli il əvə K.Marksın «Kapital»ının birinci cildinin birinci bölməsi ilə müqayisə etsək heyrətamiz fikir varisliyiylə rastlaşarıq. V.İ.Lenin yazmışdır ki, qiymətlərin əmələ gəlməsi və dəyişməsi qanununu (yəni dəyər qanunu) tapmağa səy göstərilməsi Aristoteldən başlamış bütün klassik siyasi iqtisad boyu Marksa qədər davam etmişdir. Aristotel əmtəənin ilk tərifini – istehlak və mübadilə dəyərini müəyyən edir və mübadilə prosesinin təhlilini verir.»6
    Əlbəttə, belə zəngin irsə malik mütəfəkkirlə müqayisədə İbn Xaldun ancaq və ancaq şərhci və təfsirçi kimi qəbul edilə bilər, amma o, Aristotelin fikirlərini ancaq təkrar etməmiş, üstəlik öz fikirləriylə bu irsi daha da zənginləşdirmişdir. Daşqa sözlə, əzbərçi yox, yaradıcı şərhçi olmuşdur ki, bu da elm qarşısında çox böyük xidmətdir. Bu hal özünü sosiologiya elminə münasibətdə açıq-aydın göstərir. Belə ki, Aristotel bu sahəylə əlaqədar olaraq bir neçə dialoq yazmış və «Politika» əsərini yazmaq üçün 158 ellin və yedelli dövlətlərin dövlət quruluşları və qanunları haqqında materiallar toplamiş və yenidən işləmişdir.7 İlk dəfə elmləri təsnifatlandıran bu şəxs nədənsə sosial sahəni ayrıca bir elm kimi təsnifatlandırmamışdır. Məhz onun yaradıcılığı ilə tanış olan İbn Xaldun öz sələfinin irsini dərindən mənimsəmiş və bu sahəni xüsusi bir elm predmeti kimi müəyyənləşdirmişdir ki bununla da yeni bir elm yaratdığını, icad etdiyini «Müqəddimə» əsərində xüsusi vurğulamışdır. Deməli sosiologiyadan yazan Aristotel olsada, onu müstəqil elm sahəsi kimi təsnifatlandıran İbn Xaldun olmuşdur və o buna görə ancaq və ancaq Apistotelə borcludur.
    Engels «Anti Dürinq» əsərində yazırdı: «Yunanlar bu sahəyə təsadüfi olaraq bəzən müraciət etdikdə bütün başqa sahələrdə olduğu kimi, burada da (iqtisadiyyat sahəsində – mənə aiddir) dahilik və orjinallıq göstərirlər. Buna görə də tarixən onların baxışları müasir elmin nəzəri başlanğıc nöqtələrini təşkil edir.»8
    Heç şübhəsiz ki, bu baxımdan Aristotelin rolu çox böyükdür. Məhz elm tarixində ilk dəfə o, əmtəənin istehlak dəyəri ilə mübadilə dəyərini bir-birindən fərqləndirməyi bacarmışdır. Bundan başqa o, maliyə pul münasibətlərini öyrənmiş və beləliklədə sərvət toplamaq sənəti olan «Xrematistika»nın elmi əsasini qoymuşdur. Aristotel həmçinin sərvət qazanmanın təbii və qeyri-təbii yollarını da bir-birindən fərqləndirmişdir ki, sonradan İbn Xaldun da bu bölgüyə əsaslanmışdır. Bu baxımdan Aristotelin ticarəti qeyri-təbii varlanma sənəti hesab etməsi və sərvət artırmağın təbii yolu kimi təbəənin zəhmətini öh plana çəkəməsi bir daha göstərir ki, «əmək hər cür sərvətin mənbəyidir» tezisi İbn Xaldundan 1600 il əvvəl yunanlı filosof tərəfindən dərk edilə bilmişdir. Hansıki ərəb həzəriyəçisi bunu öz əsərlərində dəfələrlə etiraf etmişdir və bu sahədəki xidmətlərini ancaq və ancaq Aristotelin fikirlərini daha geniş şəkildə şərh etməsiylə məhtudlaşdırmışdır.
    Beləliklə indii gəlib çıxırıq əsas məsələyə; İbn Xaldun, yoxsa Karl Marks?
    Bu sualın obyektiv cavabı hər iki mütəfəkkirin iqtisadi baxxışlarının qarşılıqlı müqayisəli təhlilində gizlənmişdir. Bu səbəbdən də gətirəcəyimiz misallarla hər iki şəxsin iqtisadi baxışlarının mahiyyətcə bir-birinin eyni (oxşarı) olub-olmadığını müəyyənləşdirməyə çalışacağıq. Beləliklə, İbn Xaldun XIV əsrdə yazırdı: «Qazanc ancaq toplamağa calışmaqla və əməksərf etməklə əldə edilir… Hər qazanc və mal qüvvət və əmək sərf etməklə əldə edilir… Heyvandan, bitkidən və mədnlərdən istifadə sürətiylə qazanc əldə edilərsə, bunun da insan qüvvəsiylə və əmək sərf etməklə olacağı meydandadır. Əmək sərf edilmədən bir şey əldə edilə bilməz və faydalanmaq imkanı hasil olmaz.» Sonra İbn Xaldun bu söylədikləri fikirləri ümumiləşdirərək yazır: «insanların işləyərək və əmək sərf edərək ələ keçirdikləri və topladıqları pul və mal, sənət və sənayedə (sənətkar emalatxanaları nəzərdə tutulur – mənə aiddir) işləmək surətiylə əldə edilirsə bu qazancların və topladıqları mal və pulu niş və əməyin qiymətindən (miqdarından) ibarət olduğu meydandadır.»9
    Sual olunur, hansı əmək? Çünki Aristoteldən tutmuş Adam Smitə, David Rikardoya qədər, bir şözlə Karl Marksaqədər bütün iqtisadçılar əməyin gerçək ikili mahiyyətini dərk edə bilməmişdirlər. Məhz İbn Xaldun da bu qəbildəndir. O da əməyin ikili xarakteri (konkpet və ictimai əmək) haqqında heç düşünmürdüdə. Marksa qədər iqtisadçılar arasında yalnız Uilyam Peti abstrakt ictimai əmək haqqında dumanlı təsəvürə malik olmuşdur. İbn Xaldun isə bu məsələdən ümumiyyətlə xəbərsiz idi. Bu hal onun aşağıdakı fikrində özünü açıqca göstərir. O yazır: «bəzən sənət və sənətkarlıq da iş və çalışma ilə birlikdə digər bəzi ünsürlər də bir arada toplanır (iştirak edir). Dülgərlik və toxuculuq buna bir misal ola bilər. Burada əməklə birlikdə ağac və iplik də işə qarışır. Amma iş və çalışmanın qiyməti, sərf edilən maddələrin qiymətindən yüksək oloduğu üçün əldə edilən qazanc iş və əməyin qiyməti sayılır.»10
    Buradan da açıq-aydın görünür ki, həqiqətəndə İbn Xaldun ictimai əmək haqqında, ümumiyyətlə əməyin ikili təbiəti haqqında heç bir anlayışa sahib olmamışdır. Bunsuz, yəni ictimai əmək anlayışını dərk etmədən isə sadəcə «əmək hər cür sərvətin mənbəyidir» demək elmi bazımdan ciddi səhvdir və təbiiki belə olan halda «dəyərin» gerçək təbiətini başa düşmək mümkünsüzdür. Elə bu səbəbdən də İbn Xaldun «dəyər»in gerçək təbiətini düzgün anlamamış və bu sahədə olduqca yanlış və primitiv düşüncəyə sahib olmuşdur.
    Toxucu, dülgər misalından aydın olur ki, İbn Xaldun ipliyə və ağaca sərf olunan ilkin əmək haqqında heç fikirləşmir və ancaq onu son məhsul halına salarkən dülgərin və ya toxucunun xammala əlavə etdiyi son konkret əməyi ön plana çəkir və yalnız bu əməyi dəyərin, qazancın mənbəyi sayır ki, bu da nəzəri baxımdan yanlış fikirdir.
    Məhz Karl Marksın İbn Xaldundan və ona qədər olan klassik siyasi iqtisad nümayəndələrindən fərqi və üstünlüyü, dahiliyi ondadır ki, elm tarixində məhz ilk dəfə Marks əməyin ikili xarakterini (konkret və ictimai əmək), təbiətini kəşf etmişdir. Fridrix Engels bu barədə belə yazırdı: «Marks əməyi onun dəyər yaratmaq xassəsi cəhətdən tədqiq etdi, hansı əməyin, nə səbəbə və necə dəyər yaratdığını ilk dəfə müəyyən etdi və göstərdi ki, ümumiyyətlə dəyər bu cür kristallaşmış əməkdən başqa bir şey deyildir, - bue lə bir nöqtədir ki, Rodbertus ömrünün axırna qədər bunu anlamamışdır. Sonra Marks əmtəə ilə pulun münasibətini tədqiq etdi və göstərdi ki, necə və nə səbəbə – öz dəyər xassəsinə görə əmtəə və əmtəə mübadiləsi əmtəə ilə pulun əksliyini doğurmalıdır. Marksın buna əsaslanan rul nəzəriyyəsi pul haqqında olan və indii hamının dinməzcə qəbul etdiyi ilk mükəmməl nəzəriyyədir. O, əməyin yerinə iş qüvvəsini, dəyər yaratmaq xassəsini qoyub dərhal elə bir çətinliyi həll etmiş oldu ki, Rikkardo məktəbi bu çətinlik üzündən iflasa uğramışdı; həmən çətinlik ondan ibarət idi ki, kapitala əməyin bir-birinə mübadilə olunmasını Rikardonun dəyəri əməklə müəyyən etmək qanununa uyğunlaşdırmaq mümkün deyildi. Marks kapitalın sabit kapitala dəyişən kapitala bölündüyünü müəyyən edib izafi dəyər yaranma prosesinin həqiqi gedişini ilk dəfə təfərrüatına qədər təfsir etdi və beləliklə də onu izah etmiş oldu, onun sələflərindən isə heç biri bu işi görməmişdi; deməli Marks kapitalın özündə fərq olduğunu müəyyən etdi… Sonra Marks izafi dəyərin özünü tədqiq etmiş, onun hər iki formasını: mütləq izafi dəyəri və nisbi izafi dəyəri aşkara çıxarmış… Marks izafi dəyər nəzəriyyəsinə əsaslanaraq əmək haqqına dair indii malik olduğumuz ilk düzgün həzəriyyəni yaratmış və ilk dəfə olaraq kapitalist yığımı tarixinin əsas cəhətlərini göstərmiş və kapitalist yığımının tarixi meyllərini şərh etmişdir.»11
    Budur Marksın dahiliyi, budur siyasi iqtisad elmində onun etdiyi yeniliklər: əməyin ikili xarakterinin kəşfi, kapitalın sabit və dəyişən kapitaldan ibarət olmasının müəyyən edilməsi və izafi dəyərin mütləq və nisbi izafi dəyər formalarına bölünməsinin aşkar olunması.
    Cənablar! Əgər bu kəşflərdən hansınasa iddianız varsa və yaxud da bu kəşflərdən hansınınsa İbn Xaldunun adıyla əlaqələndirirsinizsə, buyurun, ortaya fakt qoyun.
    Əvvəlcədən deyim ki, heç kəs ortaya belə bir fakt qoymaq iqtidarında deyil. Ən azından ona görə ki, bu anlayışların heç birinin də İbn Xaldunun yaradıcılığında izi-tozu yoxdur. Eyni zamanda həm də ona görə ki, onun yaşadığı orta əsr feodal təsərrüfatı sistemində bu kəşflərin edilməsi üçün obyektiv tarixi, elmi şərait yetişməmişdi. Bu artıq aksiomatik həqiqətdir ki, hər hansı bir elmi kəşfin edilməsi üçün hər şeydən öncə bu kəşfi zəruri edən, şərtləndirən obyektiv şərait, elmi baza formalaşmalıdır. Necə ki, Nyuton ancaq başına alma düşməklə qanun kəşf edə bilməyəcəyi kimi, İbn Xaldun da nədənsə və kimdənsə cuşa gəlib olmayan bir quruluşun olmayan qanunlarını kəşf edə bilməzdi. Əlbəttə, söz yox ki, İbn Xaldun öz dövrünün dahi mütəfəkkiridir, amma nə qədər dahi olsa da olmayan bir quruluşun olmayan iqtisadi kateqoriyalarını 3-4 əsr əvvəlcədən müəyyən edəcək qədər dahi ola bilməzdi. Bu yerdə Anigin Andreyin bir ifadəsini vurğulamaq yerinə düşərdi. O yazırdı: «Buxar mühərriki antiq dünyada və ya orta əsrlərdə meydana gələ bilmədiyi kimi, əmək dəyər nəzəriyyəsinin də yaranması üçün müəyyən tarixi şərait tələb olunurdu.»12
    Məhz bu tarixi şərait kapitalist istehsal münasibətləriydi, iri sənayenin, dünya bazarının meydana gəlməsi dövpüydü.bu amilin siyasi iqtisad elminin yaranmasında, inkişafında nə dərəcədə mühüm rol oynadığını Fridrix Engels belə dəyərləndirirdi: «Almanlar artıq çoxdan sübut etmişlər ki, bütün elm sahələrində bütün elm sahələrində başqa mədəni millətlərə bərabərdirlər, bu sahələrin çox hissəsin6də isə hətta onlardan üstündürlər. Yalnız bir elmin – siyasi iqtisad elminin çox böyük nümayəndələri arasında heç bir alman Adı yox idi. Bunun səbəbi aydındır. Siyasi iqtisad müasir burjua cəmiyyətinin nəzəri təhlilidir və buna görə də inkişaf etmiş burjua münasibətlərinin olmasını tələb edir. Almaniyada isə bu münasibətlər… yüz illər boyu meydana gələ bilməmişdir.»13
    Bu səbəbdən də heç təsadüfi deyil ki, Marks şüurlu həyatının 40 ilini həsr edib yazdığı «Kapital» əsərini Londonda qələmə almağa başlamışdır. O dövrlər kapitalist iri sənayenin Ən yüksək inkisaf mərhələsində olan, «dünya emalatxanası» adlandırılan İngiltərədə bunun üçün münbit tarixi şərait və zəngin elmi mühit mövcud idi.
    Engelsin də dediyi kimi «siyasi iqtisad müasir burjua cəmiyyətinin nəzəri təhlilidir və buna görə inkişaf etmiş burjua munasibətlərininolmasını tələb» etdiyindən bu elmin və xüsusilə də əmək dəyər nəzəriyyəsinin yaradılmasını orta əsr feodal cəmiyyətinin yetirməsi olan ərəbin adıyla bağlamaq heç bir elmi çərçivəyə sığmır. Bunu yalnız o adamlar iddia edə bilərlər ki, onların həqiqətəndə elmin ümumi inkişaf qanunlarından xəbəri yoxdur. Ümumilikdə isə siyasi iqtisadın İbn Xaldunun Adı ilə bağlanılması Daş dövründə atom bombasının kəşfinə inanmaq qədər absurddur. Necəki atom bombasının kəşfi üçün cəmiyyətin ümumi inkişaf səviyyəsinin bu kəşfi edəcək səviyyəyə çatması şərtiydisə, eləcədə siyasi iqtisad elminin yaranması üçün də cəmiyyətin ümumi inkişaf səviyyəsinin son dərəcə yüksək olması, ictimai istehsal münasibətlərinin inkişaf etməsi tələb olunurdu. Orta əsrlərdə isə belə mühit hələ formalaşmamışdı.
    Siyasi iqtisadın nəhəngləri sayılan Uilyam Pettinin, Adam Smitin, Rikardonun yaşadığı dövrdə isə şərait tamam başqa idi. İngiltərə artıq klassik kapitalist ölkəsinə çevrilmişdi. Buxar maşınının kəşfi, böyük coğrafi kəşflər manifakturaların və sənayenin coşğun inkişafı, sənaye kapitalının və ıiri sənaye burjuaziyasının formalaşması, məhz klassik siyasi iqtisadın nümayəndələri və Karl Marks bu mühitin məhsulu idilər. Məhz bu səbəbdən də İbn Xaldununiqtisadi fikirlərini Karl Marksın İqtisadi nəzəriyyəsi ilə yanaşı qoyanda, İbn Xaldunun baxışları Marksın iqtisadi nəzəriyyəsinin yanında olduqca primitiv və solğun təsir bağışlayır. Belə demək mümkündürsə, öz elmi əhəmiyyətini itirir və ancaq tarixi öhəm ərz edir.
    Məhz Karl Marksın dünya elm tarixi qarşısında ən böyük xidməti o idi ki, o bütün sələflərinin görə və edə bilmədiyi bir işi gördü və etdi; əməyin ikili xarakterini aşkarlayıb ortaya çıxardı. Bu kəşf ona imkan verdi ki, Marks kapitalın sabit və dəyişən, izafi dəyərinsə nisbi və mütləq formalarını da kəşf edə bilsin. Əvvəldə də qeyd etdiyimiz kimi İbn Xaldunun əsərlərində bu kateqoriyalardan heç ümumiyyətlə söhbət getmir. Bəs nədir əməyin ikili xarakteri? Nə üçün bu kəşf belə öhəmlidir?
    Marks özü-özünə sual verirdi. Əmtəənin dəyəri nədir? Bu dəyər nə ilə müəyyən olunur? Öz sualına da özü belə cavab verirdi: «Əmtəələrin mübadilə dəyəri bu şeylərin yalnız ictimai funksiyası olub, onların təbii xassələri ilə əsla əlaqədar olmadığına görə, biz hər şeydən əvvəl soruşmalıyıq: bütün əmtəələrin ümumi ictimai substansiyası nədən ibarətdir? Bu əməkdən ibarətdir. Əmtəəni istehsal etmək üçün ona müəyyən miqdar əmək sərf etmək və ya müəyyən miqdar əmək qoymaq lazımdır. Həmdə mən sadəcə əməkdən deyil, ictimai əməkdən bəhs edirəm (Marksı tənqid etməyi az qala «xobbiyə» çevirmiş cənablar! Yəqinki fərqi görə bildiniz – mənə aiddir). Bir şeyi ancaq bilavasitə öz tələbatını ödəmək üçün, özü istehlak etmək üçün istehsal edən bir adam əmttə deyil, məhsul yaratmış olur. O ancaq özü üçün işləyən bir istehsalçı olduğuna görə cəmiyyətlə heç də əlaqədar deyildir. Lakin insan əmtəə istehsal etmək üçün nəinki bu və ya başqa bir ictimai tələbatı ödəyən şey istehsal etməlidir, habelə onun əməyinin özü də cəmiyyətin sərf etdiyi ümumi əmək yekununun ayrılmaz bir hissəsi olmalıdır. Onun əməyi cəmiyyət daxilindəki əmək bölgüsünə tabe olmalıdır. Başqa əmək növləri olmazsa, buə mək heçdir və eyni zamanda bu əmək başqa əmək hövlərini tamamlamaq üçün zəruridir.»14
    İbn Xaldunda isə məsələ bu şəkildə qoyulmur. Onun dülgər və toxucu misalından dagördük ki, Xaldun sərvət yaradan əmək kimi ancaq şonuncu – dülgərin, toxucunun əməyini qəbul edir, ondan əvvəl xammala sərf olunmuş əmək isə onu heç maraqlandırmırda. Hətta İbn Xaldun toxucu dəzgahına, dülgər alətlərinin hazırlanmasına şərf olunmuş əməyin də hissə-hissə dülgər və toxucunun hazırladığı əmtəəyə keçməsini belə dərk edə bilməmiş, heç bunu ağlının ucundan belə keçirməmişdir.
    Marks isə məsələni tam fərqli şəkildə həll edir. Onun fikrincə başqa əmək növləriylə əlaqəli şəkildə götürülməzsə əlahiddə, ayrıca götürülmüş hər hansı bir əmək heçdir. Belə bir əmək olsa-olsa, başqa əmək hövlərinin tamamlayıcısı ola bilər.
    Sonra Marks ictimai əmək haqqında yazır: «Əmtəələri dəyər kimi götürdükdə biz onları yalnız təcəssüm etmiş, təsbit edilmiş və ya hətta kristallaşmış ictimai əmək kimi götürürük…
    Beləliklə biz bu nəticəyə gəlirik; əmtəənin ona görə dəyəri vardır ki, o kristallaşmış ictimai əməkdir. Onun dəyər kəmiyyəti və ya onun nisbi dəyəri, bu əmtəədə çox və ya az miqdar ictimai substansiya olmasından asılıdır (Marksın İbn Xaldundan və klassik siyasi iqtisad nümayəndələrindən əsas fərqi məhz budur – mənə aiddir). Beləliklə, əmtəələrin nisbi dəyərləri, bu əmtəələrə qoyulan, bunlarda təcəssüm edən, təsbit edilmiş əməyin müvafiq miqdarı və ya məcmusu ilə müəyyən olunur.»15
    Hər iki mütəfəkkirin fikirlərindən gətirdiyimiz sitatlardan da aydın görünməkdədir ki, Xaldunla Marksın iqtisadi baxışları nəinki üst-üstə düşmür, əksinə, bir-biri ilə kəskin fərq təşkil edir. Siyasi iqtisadı yetərincə anlamayanlar, həmdə elə ancaq onlar sözlərin zahiri bənzərliyinə aldanıb dərin analitik təhlil süzgəcindən keçirmədən tələsik ittiham dolu nəticələr çıxara bilərlər. Tədqiqatçı Əlvan Əliyeva da bu cür dayaz düşünənlərdən sadəcə biridir. Bu şəxsin mövzuyla bağlı söylədiyi fikirlərdən aydın bir şəkildə başa düşülür ki, bu tip iftira xarakterli sözlərin müəllifinin siyasi iqtisad məsələlərindən qətiyyən məlumatı yoxdur. Bu da çox təbiidir. Çünki İbn Xaldunu, ümumiyyətlə şərq mütəfəkkirlərininyaradıcılığını tədqiq edən alimlərin çox böyük əksəriyyəti dilçilər, şərqşünaslar, filoloqlar olurlar ki, onların da çox vaxt siyasi iqtisad elmindən dünyagörüşləri qənaətbəxş olmur. Belələri ancaq müəlliflərin əsərlərini tərcümə edir və bu zaman onlarda yaranan ilkin təəssuratlardan çızış edərək mülahizələr irəli sürürlər ki, bu mülahizələrin də ciddi elmi dayanağı olmadığı üçün elə ilk tənqidlə qarşılaşan kimi içi boş sabun köpüyü kimi dağılıb yox olurlar.
    İbn Xaldun əməyin ikili xarakterini dərk edə bilmədiyi üçün bu nöqsan zəncirvari reaksiya kimi öz ardınca sözün əsl mənasında yanlışlıqlar zənciri, düyünü əmələ gətirir, və ilk öncə onun «dəyər» kateqoriyasını yanlış anlaması ilə nəticələnir və bu yanlış anlamanın nəticəsidir ki, İbn Xaldun ticarətin dəyər yaratdığına inanırdı. Məsələn, o keçinmənin təbii vasitələri haqqında danışarkən həta sələfi aristoteldən fərqli olaraq ticarəti əkinçilik, sənət və sənətkarlıq kimi məhsuldar əmək növləriylə bir cərgəyə qoyurdu. «Əkinçilik, hünər, sənət, və ticarətə gəlincə, bunlar keçinmənin təbii vasitələridir.»16
    Bu da təbiidir, çünki əməkdə ictimai substansiyanı görə bilməyən bir şəxs heç vaxt mükəmməl, həqiqi dəyər və yaxudda əmək dəyər nəzəriyyəsi yarada bilməzdi. Amma Karl Marks sələflərinin heç birinin öhdəsindən gələ bilmədiyi bui şin öhdəsindən gəlməyi bacardı. Məhz Karl Marks İbn Xaldundan və ona qədər olan klassik siyasi iqtisad nümayəndələrindən fərqli olaraq ilk dəfə müəyyən etdi ki, məhsul istehsal olunarkən yaranan dəyərə təkcə son əməyin deyil, həmçinin ilkin əməyin də dəyəri hissə-hissə əlavə olunur. Başqa sözlə, əmtəənin dəyəri ona mədəndən xam maddə kimi çıxarılandan, saflaşdırılandan, emal ediləndən ta hazır məhsul halına salınana qədər sərf olunan bütün məcmu əməyin, ictimai əməyin kpistallaşmış cəmindən ibarətdir. Bu zaman əmtəənin dəyərinə binaların, alətlərin, avadanlıqların, bir sözlə, istehsalda iştirak edən hər bir şeyin dəyəri hissə-hissə son məhsula əlavə olunur və dəyər ancaq bu məcmu əməyin nəticəsidir. Məsələn, o bu barədə yazırdı: «Əmtəənin mübadilə dəyərini hesablayarkən biz istehsalın son mərhələsinə sərf olunmuş əmək miqdarına, əvvəlcə əmtəənin xammalına qoyulan əmək miqdarını və əməyin həyata keçirilməsi üçün lazım gələn avadanlığa, alətlərə, maşınlara və binaya sərf edilən əməyi əlavə etməliyik. Məsələn, müəyyən miqdar pambıq ipliyin dəyəri, əyirmə zamanı pambığa əlavə edilmiş müəyyən miqdar əməyin, əvvəlcə pambığın özünə sərf edilmiş müəyyən miqdar əməyin, iş zamanı sərf edilən kömürdə, yağda və başqa yardımçı materiallarda təcəssüm etmiş bir miqdar əməyin kristallaşmasından ibarətdir. Əsl mənada istehsal alətlərindən, məsələn, alətlərdən,maşınlardan və binalardan təkrar olunan istehsal proseslərində az-çox uzun müddət ərzində dönə dönə istifadə olunur. Əgər bunlar da xammal kimi birdən-birə aşınsaydı, onların bütün dəyəri də birdən-birə, onların tətbiq edilməsi vasitəsiylə istehsal olunmuş əmtələrə keçərdi. Lakin, misal üçün, iy ancaq tədriclə aşındığına görə, orta bir hesab qəbul olunur və bunun üçün də iyin orta ömrü və müəyyən bir dövrdə, tutaq ki, bir gündə orta hesabla aşınması əsas götürülür. Bu üsulla biz hesablayıb bilirik ki, iyin dəyərinin hansı hissəsi hər gün hazırlanan ipliyə keçi rvə deməli misal üçün, bir girvənkə ipliyə qoyulan bütün əməyin hansı hisəsi əvəlcə iydə təcəsüm edən əməyin hesabına düşür.»17
   Mən niyə hərlənib-hərlənib təkrar-təkrar yenidən bu məsələyə qayıdıram? Səbəb ancaq ondan ibarətdir ki, islər İbn Xaldun, istərsə də Karl Mİarks demək olar ki, eyni misala müraciət edirlər. Məhz «Müqəddimə» əsərində İbn Xaldun bir cümləylə də olsa ötəri surətdə iplik misalına toxunur, Marks da gördüyümüz kimi iplik misalına müraciət edir. Amma tamam başqa rakursdan. Eyni misala müraciət edən hər iki mütəfəkkirin iqtisadi dünyagörüşlərindəki fərq heç bir yerdəbu misaldakı qədər aydın və qabarıq görünə bilməz. İbn Xaldun da iplik misalına toxunur, ama Karl Marksdan fərqli olaraq o, iplikdən toxucunun hazırladığı məhsulda ictimai əməyi, ictimai substansiyanı, daha konkret desək əmtə istehsal prosesində iştirak edən alətlərin, ipliyin, xammalın dəyərinin hissə-hissə son məhsula keçməsi amilini görə bilmir.
    Başqa misalda da oxşar mənzərə ortaya çıxır. Bu qızılın qiyməti məsələsidir və qızıl misalı o qədər məşhur misaldır ki, İbn Xaldun da daxil olmaqla çoxlu sayda mütəfəkkirlər, o cümlədən Uilyam Peti, Bencamin Franklin və Karl Marks da bu misala müraciət etmişdirlər.
    İndii gəlin qızıl məsələsinin fonunda İbn Xaldunla Karl Marksın iqtisadi baxışlarını müqayisə edək. İplik misalında olduğu kimi qızıl misalında da yenə eyni məsələyə tamam fərqli baxışların şahidi oluruq. O, qızıl və gümüşün qiyməti haqqında yazır: «…Tanrı, mədənlərdən çıxarılan qızıl və gümüşdən ibarət olan iki daşı hər mal və maddənin qiyməti olaraq yaratmışdır. İnsanlar çox vaxt bu iki maddəni ehtiyac üçün yığar və toplarlar. Bəzən bu iki maddədən başqası da toplanır, amma bu maddələr ancaq qızıl və gümüş əldə etmək məqsədiylə toplanır. Qızıl və gümüşdən başqalarının qiyməti bəzən yüksəldiyi, bəzən də ucuzlaşdığı üçün; qiymətləri yüksəldiyində bunları bazarlara apararaq qızıl və gümüş qarşılığında satarlar. Qızıl və gümüş daim tələbdə olduğu üçün bütün qazanc və xəzinələrin əsil və təməlini bu iki maddə təşkil edər.»18
    Bu fıkirlərdən aydın olur ki, İbn Xaldun mədəhlərdən çıxarılan bütün maddələr kimi, qızıl və gümüşün də insan əməyinin, qüvvəsinin nəticəsi olduğunu başa düşür, amma çox böyük yanlışlığa yol verərək qızılın və gümüşün dəyərini ona sərf olunan əməyin miqdarına yox, bazarda bu maddələrə olan daimi yüksək tələbatda görür. Başqa sözlə, İbn Xaldun qızılın və gümüşün insan əməyi sərf edilmədən mədənlərdən çıxarılmasını qeyri-mümkün hesab edir, onun ancaq insan əməyi, qüvvəsi sərf edilərək əldə edildiyini söyləyir, amma səhvən qızılın və gümüşün dəyərini, onların daim qiymətli olmasını və başqa məhsullarla mübadilədə etalon qiymət, ölçü rolunu oynamasının iqtisadi təbiətini düzgün dərk etməyərik qızıl və gümüşün gerçək dəyərini bazarda bu maddələrə olan daimi tələbatın mövcudluğu ilə bağlayır ki, belə olan halda qızılın və gümüşün dəyəri ona sərf olunan əməyin miqdarıyla yox, bazarda bu maddələrə olan tələbatla ölçülür. İbn Xaldunun bu səhvi onun bütün iqtisadi fikirlərində özünü ardıcıl surətdə büruzə verir. Bu məsələlərə bir az sonra toxunacağımızdan hələlik qızılın qiymətinin müəyyənləşdirilməsi məsələsiylə məşğul oluruq. İbn Xaldunun qızılın, gümüşün dəyərini müəyyən etmək metodu bəri başdan deyim ki, yanlışdır və müasir iqtisadçılar tərəfindən qəbul olunmur. Bəs qızılın gerçək dəyəri və qiyməti həylə ölçülür? Bu suala ilk dəfə ən düzgün cavabı ingilis Uilyam Petti vermişdir. Onun gümüşün təbii qiyməti haqqında irəli sürdüyü fikir, metod eyniylə qızıl və həmçinin digər bütün əmtəələrə də Aid edilə bilər. Petti gümüşün dəyərini və qiymətini belə müəyyən edir: «Əgər bir kəs bir bukel taxıl istehsal edə biləcəyi eyni vaxt ərzində Peru torpağından bir unsiya gümüş çıxarıb onu Londona gətirə bilərsə, onda burada gümüş taxılın təbii qiymətini təşkil edəcəkdir.»19
    Karl Marks «Kapital» əsərində Pettinin bu fikrinə münasibət bildirmiş və onun «təbii qiymət» anlayışıyla razılaşmışdır. Bundan başqa Marks «Əmək haqqı, qiymət və mənfəət» əsərində qızılın dəyərinin və qiymətinin müəyyən edilməsi məsələsinə toxunaraq yazırdı: «…fərz edək ki, bir kvarter buğda ilə bir unsiya qızıla bərabər miqdar əmək qoyulmuşdur. Mənim bu misaldan istifadə etməyimə səbəb odur ki, Bencamin Franklin 1729-cu ildə nəşr edilən «Kağız pulun təbiəti və zərurəti haqqında müxtəsər tədqiqat» adlı ilk əsərində bu misalı gətirmiş və dəyərin həqiqi təbiətini birinci olaraq duyanlardan biri olduğunu göstərmişdir. Deməli biz fərz etdik ki, bir kvartet buğda ilə bir unsiya qızıl bərabər dəyərlər və ya ekvivalentlərdir, çünki bunlarda bərabər miqdar orta əmək kpistallaşmışdır…»20
    Beləliklə İbn Xaldunun və Karl Marksın qızılın, gümüşün dəyəri və qiyməti haqqında dedikləri fikirləri müqayisə edərək bu nəticəyə gəlirik ki, Xaldun qızılın dəyərini nəticə etibarı ilə yanlışlıqla bazar tələbatları ilə bağladığı halda, Marks ondan fərqli olaraq qızılın və gümüşün, həmçinin bütün əmtəələrin gerçək dəyərini ona sərf olunan əməkdə, daha doğrusu məcmu ictimai əməkdə görür. Marksa görə qızıl mədəndən çıxarılarkən ona nəinki fəhlənin sərf etdiyi əmək, həmçinin onun istifadə etdiyi Alət və vasitələrə də sərf olunmuş məcmu əməyin hissələri dəyər kimi əlavə olunmaqdadır. Başqa sözlə, qızılın, gümüşün dəyəri ona sərf olunan məcmu ictimai əməyin miqdarından saılıdır.
    Ümumilikdə götürdükdə isə İbn Xaldununda «dəyər» anlayışı olduqca mücərrəd xarakter daşıyır və onun dəyər anlayışından belə bir absurd nəticə hasil olur ki, əgər bazarda qızıla tələbat azalarsa onda qızılın dəyəri azalır. Marksda isə bu məsələ fərqli həll olunur. Belə ki, bazarda qızıla olan tələbatın azalması nəticəsində qızılın dəyəri azalmır, onun dəyəri heç bazarda da formalaşmır. Sadəcə olaraq qızıla tələbat azaldıqda qızıl həqiqi dəyərindən aşağı satılır. Bu isə dəyərin azalması demək deyildir. Marksa görə «dəyər»bazarda tələb və təklifin səviyyyəsindən asılı olmadan, istehsal prosesində formalaşır və məcmu əməyin miqdarıyla ölçülür. Yəni bazarda tələb artdı, azaldı fərqi yoxdur, dəyər sabitdir. İbn Xaldunda isə bu belə deyil. Onun «dəyər» anlayışı sanki «ölçüsüz» substansiyadır və bu ölçünün hədləri bazardakı tələb və təklifdən asılı olaraq daim dəyişir. Bunu biz onun qızıl, gümüş məsələsinə münasibətdə də gördük.
    Burada İbn Xaldunun iqtisadi fikirlərinin ən zəif cəhəti üzə çıxır. Məsələ burasındadır ki, onun iqtisadi təlimində müasir elmi anlamda qavranılan «dəyər» iqtisadi kateqoriyasından ümumiyyətlə söhbət getmir. Bunun əvəzində isə ancaq qazancdan danışılır. Xaldunda dəyərlə qazanc sözlərinin dəqiq sərhəddi bilinmir, onlar sanki bir-birinə qarışmış vəziyyətdədir. O, sənətkarın, əkinçinin yaratdığına da qazanc deyir, tacirin alıb-satdığına da. Məsələn, o yazırdı: «Bil ki, ticarət mal və əşyanı ucuz qiymətə satın alıb və yüksək qiymətə satmaq sürətiylə qazanc əldə etməkdən ibarətdir.»21
    Buradan da aydın olur ki, İbn Xaldun yaradıcılığında «dəyər» kateqoriyası yoxdur, ancaq mənfəət var. O, ancaq və ancaq mənfəətdən danışır. Elə br mənfəətdənki o, əmtəələrin təqribən aşağı yuxarı öz təbii dəyərinə satılmasıyla yox, bazarda tələb və təklifin daim dəyişməsiylə əldə olunur. İbn Xaldun səhvən elə düşünürdü ki, hər cür mənfəət əmtəənin, məhsulun dəyərindən baha qiymətə satmaqla əldə olunur. Başqa sözlə, onun «mənfət» anlayışı da yanlış təməllərə əsaslanırdı. Ona elə gəlirdi ki, məhsulu ucuz alıb baha satmaqla dəyər əmələ gəlir. Elə bu səbəbdən idi ki, İbn Xaldun ticarəti də əkinçilik, toxuculuq, dülgərlik kimi dəyər (nisbi anlamda, əslində onun yaradıcılığında belə bir kateqoriya olmayıb) yaradan fəaliyyət növü hesab edirdi.
    Paradoksal vəziyyət ortaya çıxır. Xaldun bir tərəfdən hər cür sərvətin əməyin nəticəsi, qarşılığı olduğunu yazır, sonra isə əmtəənin qiymətinin bazardakı tələb və təklifə görə formalaşdığını iddia edir. Məsələn, o, bu barədə belə yazırdı: «İnsanların əldə etdikləri qazancların, iş və əməklərinin qiyməti olduğunu yuxarıda demişdik. Bir kimsənin iş və çalışmağı büsbütün buraxdığı düşünülərsə, o kimsə, qazancını büsbütün itirmiş olar. Görülən işin hörməti və sərfedilən güc və əməyin qiyməti əhalinin o maddəyə olan ehtiyacı nisbətindədir. O maddəyə buna görə qiymət verirlər. Qazancın çoxluğu və azlığı da buna görə olur…»22
    Buradan belə nəticə hasil olur ki, Xaldun əmtəənin qiymətini ona sərf edilən əməkdə yox, əmtəənində, elə ona sərf olunan güc və əməyində qiymətini tələbatda, yəni əhalinin bu əmtəəyə olan ehtiyacının nisbətində görür. Daha konkpet desək, əmtəəyə bazarda tələbat varsa onun qiyməti və ona sərf olunan əməyin qiyməti və hörməti artar, əks halda tələbat azalarsa buna müvafiq olaraq əmtəənin və ona sərf olunan əməyin də qiyməti azalar. Belə olan halda qazanc (mənfəət) müvafiq olaraq arta və azala bilər.
    Deməli Xaldunun «əmək hər cür sərvətin mənbəyidir» tezisihni «əmək hər cür dəyərin mənbəyidir» formasındabaşa düşmək doğru deyildir. Xalduna görə əmək «dəyər» (iqtisadi kateqoriya kimi) yaratmır, sadəcə əmtəə istehsal edir, onunsa hansı dəyərə malik olmasını bazardakı tələb və təklifin nisbəti müəyyən edir. Demək ki, əmək dəyər yox, dəyər yaradılmasında bir hərəkətverici, təkanverici vasitədir. Əgər nəzərə alsaq ki, «qiymət» əmtəənin dəyərinin pula ifadəsindən başqa bir şey deyildir, və Xaldun da «qiyməti» bazardakı tələbatdan asılı, törəmə bir şey hesab edir, deməli Xalduna görə dəyəri əmək yox, bazardakı tələb və təklifin nisbəti müəyyən edir, yaradır. Bu isə o deməkdir ki, Xaldunun iqtisadi baxışlarında əmək, «dəyər» yaratmaq prosesində sadəcə vasitədir, mexanizmdir, sözün əsil mənasında həqiqətəndə sərvətin mənbəyidir, amma sərvətin özü deyil.
    Tədqiqatımızı bu yöndə davam etdirdikcə əvvəl gəldiyimiz nəticədən fərqli olaraq belə bir əminlik möhkəmlənməkdədir ki, tədqiqatçıların əksəriyətinin iddia etdiyinin tam tərsinə olaraq İbn Xaldun əməkdə dəyər substansiyasını ümumiyyətlə görə bilməmişdir. Onun üçün dəyər «mənfəətdir» ki, (iqtisadi kateqoriya mənasında) bu da ancaq bazarda tələbin nisbətindən asılı olaraq formalaşır. Xaldunun iqtisadi baxışlarını bir cümləylə ifadə edəcək olarsaq, o belə səslənər; «Əmək sərvətin mənbəyidir, yaradıcısıdır, amma dəyəri deyildir.» Yəni olduqca bəsit şəkildə deyəcək olarsaq, hər bir məhsulun (əmtəənin) mövcud olması üçün əmək sərf edilib xammaldan hazır məhsul istehsal eləmək şərtdir. Əmtəə başqa cür əmələ gələ bilməz. Yalnız və yalnız bu mənada əmək sərvətin mənbəyidir. Amma istehsal olunmuş əmtəənində, ona sərf olunan əməyində qiyməti bazarda tələb və təklifdən asılı olaraq müəyyən olunur. Deməli əmək qiymətin, yəni dəyərin pulla ifadəsinin əsası deyildir.
    Bu səbəbdəndə İbn Xaldunda dəyər mənfətdən əmələ gəlirsə, Karl Marksda tam tərsinə, mənfəət dəyərdən əmələ gəlir. Başqa sözlə, mənfəət dəyəri yox, dəyər mənfəəti formalaşdırır. Bunlarsa tamam başqa-başqa şeylərdir.
    Yalnız siyasi iqtisaddan xəbərsiz adamlar bu fikirlər arasında oxşarlıo və eyniyyət axtara bilərlər. İbn Xaldunun əmtəənin və ona sərf olunan əməyin qiymətini, belə demək mümkündürsə, «dəyəri» mənfəətdən, bazardakı tələb və təklifdən asılı hesab etməsinin elmi cəhətdən nə qədər yanlış və qeyri-düzgün, həmçinin bu vəsiləylə də Xaldunla Marksın iqtisadi baxışlarının bir-birindən nə qədər fərqli olduğunu görmək üçünKarl Marksın bəzi fikirlərinə müraciət etməkdə yarar vardı. Marks dəyərlə qiymət arasındakı münasibət məsələsinə toxunaraq yazırdı: «Qiymət dəyərin yalnız pula ifadəsi olduğuna görə A.Smit onu təbii qiymət, fransız fiziokratları isə zəruri qiymət adlandırmışlar. (İbn Xaldunun iqtisadi nəzəriyyəsində bu anlayışların heç biri ən ibtidai səviyyədə belə yoxdur – Mən)
    Bəs dəyər ilə bazar qiyməti arasında və ya təbii qiymətlə bazar qiymətləri arasında nə kimi münasibət vardır? Hamınız bilirsiniz ki, ayrı-ayrı istehsalçıların istehsal şəraiti nə qədər müxtəlif olursa-olsun, bütün yekcins əmtəələrin bazar qiymətləri eynidir. Bazar qiymətləri ancaq bazara müəyyən miqdar müəyyən məmulat vermək üçün orta istehsal şəraitində zəruri olan ictimai əməyin orta miqdarını ifadə edir. Bazar qiymətləri məlum növdən olan bütün əmtəə kütləsinə nəzərən hesablanılır. Buna görə də əmtənin bazar qiyməti onun dəyərinə müvafiq olur (İbn Xaldunda isə tam tərsinə, qiymət bazarın tələbinə miüvafiq olour və bu zaman o, heç dəyərdən danışmır-Mən). Digər tərəfdən, bazar qiymətlərinin gah dəyərdən və ya təbii qiymətdən yuxarı qalxması, gahda bundan aşağı düşməsi təklif və tələbin artıb-azalmasından asılıdır. Bazar qiymətlərinin dəyərə uyğun gəlməməsi həmişə müşahidə edilir, lakin Adam Smit dediyi kimi:
    «Təbii qiymət sanki mərkəzi qiymətdir və bütün əmtəələrin qiymətləri daim buna meyl edir. Müxtəlif təsadüfi səbəblər bəzən bu qiymətləri təbii qiymətdən çox yüksəksəviyyədə saxlaya bilər. Lakin qiymətləri bu sabit mərkəzdən uzaqlaşdıran maneələrə baxmayaraq, bu qiymətlər daim həmən mərkəzə meyl göstərir.»
    «…Əgər siz yalnız gündəlik dəyişmələri tədqiq etmək deyil, məsələn, C.Tukun «Qiymətlərin tarixi» əsərində etdiyi kimi, bazar qiymətlərinin dəyişməsi, onların dəyərlərindən uzaqlaşması, onların yüksəlib düşməsi bir-birini qarşılıqlı surətdə neytrallaşdırır və tarazlaşdırır; belə ki, inhisarların təsirini və indii üzərində dayana bilməyəcəyim bəzi başqa dəyişiklikləri nəzərə almasaq, bütün əmtəələr orta hesabla öz dəyərlərinə, öz təbii qiymətlərinə satılır…
    Beləliklə , hər növ əmtəə az-çox uzun bir dövr ərzində, ümumiyyətlə öz dəyərlərinə satılırsa, mənfəətin, - ayrı-ayrı hallardakı mənfəətin deyil, müxtəlif sənaye sahələrindəki sabit və adi mənfəətin – guya əmtəə qiymətlərinə əlavə edilən üstəlikdən və ya əmtəələrin öz dəyərindən yuxarı qiymətə satılmasından əmələ gəldiyini zənn etmək mənasız olardı (Məhz İbn Xaldunda bu cərgəyə aiddir – Mən). Biz belə bir təsəvvürü ümumiləşdirsək, onun mənasızlığı aydın olar. Birisi satıcı sifəti ilə daim qazandığı şeyi alıcı sifəti ilə daim itirməli olardı…
    Deməli siz mənfəətin ümumi təbiətini izah etmək üçün bu müddəanı əsas tutmalısınız ki, orta hesabla əmtəələr öz həqiqi dəyərlərinə satılır və mənfəət əmtəələrinin öz dəyərlərinəsatılmasından əmələ gəlir, yəni həmin əmtəələrdə təcəssüm edən əməyin miqdarına proporsional olaraq satılmasından əmələ gəlir. Əgər siz mənfəəti bu mülahizəyə əsasən izah edə bilməsəniz, onda siz onu ümumiyyətlə izah edə bilməzsiniz (Məhz İbn Xaldun da mənfəəti bu mülahizəyə əsasən izah etmədiyindən o, mənfəəti düzgün izah edə və onun təbiətini düzgün başa düşə bilməmişdir – Mən). Bu hal qəribə və gündəlik təcrübəyə zidd kimi görünür. Lakin Yerin Günəş ətrafında dolanması və suyun asanlıqla alışıb yanan iki qazdan ibarət olmasıda bundan az qəribə deyildir. Şeylərin ancaq zahiri aldadıcı cəhətlərini nəzərə alan gündəlik təcrübəyə əsasən fikir yeridilərsə, elmi həqiqətlər həmişə qəribə görünər»23
    Karl Marksdan gətirdiyimiz bu sitatın axırıncı cümləsinöqtəsinə, vergülünə qədər İbn Xaldun yaradıcılığına xasdır və sanki Marks bu cümləni məxsusi olaraq Xaldun üçün demişdir. Məhz Xaldun da öz iqtisadi fikirlərini səthi gündəlik təcrübələrinə əsasən əldə etdiyi məlumatlardan hasil etdiyindən, onun mənfəət anlayışı elmi yanılmadan başqa bir şey deyil. Dəyər kateqoriyasından isə o, heç ümumiyyətlə danışmır. Onun üçün ancaq qazanc və mənfəət var. Bu kateqoriyalar isə yanlış təsəvürə əsaslandığından İbn Xaldun dəyərin gerçək mahiyyətini heç vaxt başa düşə bilməmişdir.
    Bir sıra müəlliflər yanlış olaraq İbn Xaldunu sosialist nəzəriyyəsinin banisi və ilk sosialist nəzəriyyəçisi hesab edirlər. Məsələn, Zakir Qədri Uqan bu məsələyə təmas edərək belə yazır: «İbn Xaldun qazanc və həyatda faydalanacağımız hər şeyin insanın əmək və çalışmasının (səy və əməlin) qiyməti olduğunu söyləməklə sosialist bir fikir və nəzəriyə irəli sürmüşdür… Bu vəsiləylə İbn Xaldun sosialist nəzəriyyənin təməlini atmışdır. Günümüzün sosialistlərinə görə də əsil sərmayə insanların əmək və səylərindən (səy və əməl) ibarətdir. İbn Xaldunun sosialistlərdən ayrıldığı nöqtə isə mülk və sərmayələrin qanuni yolla əldə edildikdən sonra təmiz olması, nə dövlətin və nə də cəmiyyətin bu sərmayə və mülklərə toxunmaq hüququnun olmamasıdır.»24 Başqa sözlə, İbn Xalduna görə var-dövlət cinayət və əliəyriliklə yox, qanuni yollarla qazanılırsa, nə dövlətin nə də cəmiyyətin ona əl uzatmağa, üzərində haqq idia etməyə icazəsi yoxdur.
    Bəs əslində Zakir Qədri Uqanın Xaldunu sosialist nəzəriyyə banisi hesab etməsi nə dərəcədə düzgündür? Əlvan Əliyeva Xaldunun bu «sosial» ampulasını o qədər şişirdir ki, hətta onu marksist sosiologiyanın əsas müddəalarının banisi belə hesab edir. Bu fikirlərin nə dərəcədə elmi əsası var?
    Tam qətiyyətlə deyə bilərəm ki, İbn Xaldunu sosialist nəzəriyyənin banisi hesab etmək son dərəcə gülünc elmi mövhumatdan başqa bir şey deyildir. Əgər biz «əmək hər cür sərvətin mənbəyidir» tezisindən çıxış edib Xaldunu sosialist nəzəriyyə banisi hesab etsək, onda gərək 3 min il əvəldən indiyə qədər, Qədim Şərq filosoflarından Aristotelə, Aristoteldən fiziokratlara, Pettiyə, Adam Smitə, Rikardoya və onlardanda üzü bəri bütün iqtisadçıları, mütəfəkkirləri sosialist hesab edək. Çünki hələ indiyə qədər 40 min illik bəşər tarixində elə bir mütəfəkkir olmayıb ki, o iddia etsin ki, sərvəti, məhsulu kəndli, sənətkar, qul yox, «zəhmətkeş» quldarlar, feodallar, ruhanilər, knyazlar istehsal edirlər. Təbiiki belə bir iddia son dərəcə gülməli bir şeyolardı əlbəttə bu adi hər kəsin bildiyi bir həyat həqiqətidir ki, məhsulun sərvətin istehsalçısı həmişə təbəələr, məzlum siniflər olublar. Xaldundan əvvəl bu həyat həqiqəti bütün mütəfəkkirlərə, o cümlədən Aristotelə də bəlli idi. Onda eyni əsasla biz Aristoteli niyə sosialist hesab etməyək? Məgər Aristotel də iddia etmirdimi ki, dövləti, ordunu yaşadan puldur, sərvətdir, bunların istehsalçısı isə təbəə. Amma bu kimisə sosialist hesab etmək üçün kifayət etmir. Əks təqdirdə bəşər tarixindəki bütün mütəfəkirləri «sosialist» hesab etməliyik. Bəs onda antisosialistlər kimdir? Belə çıxır ki, heç Kim. Bu isə doğru nəticə ola bilməz.
    Həqiqətdə isə Aristotel necə quldarlığın nəzəriyyəçisi olmuşdursa, İbn Xaldun da elə bir o qədərfeodalizm nəzəriyəçisi olmuşdur. Belə ki, Aristotel başa düşürdü ki, qul əməyi sərvət yaradır, amma qulun qul vəziyyəti «təbii hal»dır və ədalətlidir, o elə həmişə qul vəziyətində qalmalıdır. Çünki təbiətin, tanrının bölgüsü belədir. İbn Xaldun da öz sələfinin fikirlərini eynən davam etdirib öz dövrünün hakim feodal qaydalarını təbii və ilahi bir nizam hesab edirdi. Məsələn o bu barədə belə yazırdı: «Allahın bu ayətinin mənası budur: «Rəbbin mərhəməti olan peyğəmbərliyi onlarmı bölərlər? Biz bu dünya həyatında onların arasında məişətlərini böldük. Birinin digərinin xidmətində işlədilə bilməsi üçün biz bəzilərinin dərəcəsini digərlərindəkindən üstün yaratdıq…» Bu ayətdəndə başa düşüldüyü kimi rütbə və dərəcə sahibləri öz cinslərindən olanlarıidarə etmək, gadağan etmək, üstün qüvvəylə onları özlərinə boyun əydirmək qüdrətindədirlər.»25
    Xalduna görə idarə edən rütbə və dərəcə sahibləriylə yanaşı cəmiyyətdə ən aşağı təbəqə idarə edilən rütbə və dərəcədən məhrum insanlar da; əkinçilər, sənətkarlar, tacirlər və s. Mövcuddur. O bu barədə yazır: «rütbə və dərəcə sahibi olmayanlara gəlincə, bunların mal və sərvətləri, sərf etdikləri iş, əmək və qazancları nisbətindədir… Bunlar ancaq öz mal və sərvətləri, iş və əməkləri nisbətində qazanc əldə edirlər, rütbə və dərəcə sahibləri olmadıqları üçün ancaq qabiliyyət və sənətləri, ış və gücləri ilə dolanırlar və çox zaman yoxsulluq və ehtiyac içində yaşayırlar.»26
    Bu gətirilən sitatlardan da aydın görünür ki, Xaldun insanların təbəqələrə, siniflərə bölgüsünü ilahi iradəylə bağlayır, feodal ıerarxiyanı təqdirəlayiq, ədalətli hesab edir və bununlada hakim feodal ən-ənələrinə tərəfdar olduğununümayiş etdirir. Ən əsası isə sosialistlərə xas istismar anlayışı Xaldunun sosial baxışlarında mövcud deyil. Onun fikrincə Allah bir qisim insanlara idarə etmək qüdpəti verib, onları dərəcələrə bölüb və bu dərəcələr artdıqca dərəcə sahiblərinin qazancları da artır, dərəcə sahibi olmayan qara camaat isə bu şərəfdən məhrum olduqlarına görə zəhmətlə və yoxsulluqla yaşayırlar. Onun fikirləri arasında xüsusi diqqət yetirməli məqam isə ondan ibarətdir ki, Xaldun iddia edir ki, rütbə və dərəcə sahibi olmayan qara camaat; əkinçilər, sənətkarlar – onların sərvəti, qazancı sərf etdikləri iş və əməyin nisbətindədir.
    Qətiyyətlə deyə bilərəm ki, bu cür düşünən bir insan heç vaxt sosialist ola bilməz. Görün Xaldun nə qədər paradoksal düşünür ki, cəmiyyətin bütün sərvətini, məhsulunu istehsal edən yaradan məhsuldar təbəqənin bunun müqabilində yoxsul və ehtiyac içində yaşamasını təbii hesab edir və bunu da onunla əsaslandırmağa çalışır ki, guya bu zəhmətkeş təbəqənin əməyinə elə bu qədər də qazanc düşür, başqa sözlə, onların qazancları sərf etdikləri iş və əmyin nisbətindədir. Belə bir nəzəriyyəni sosialist nəzəriyyə, Xaldunu isə sosialist hesab etmək hə dərəcədə düzgündür?onda gərək biz şahları, quldarları, feodalları da sosialist hesab edək, onlarında həyata baxışları gətiyyən bundan fərqli deyildir.başqa sözlə, imperator Neron nə qədər sosialistdirsə, Xaldun da bir o qədər sosialistdir.
    Məhz İbn Xaldunun iqtisadi baxışlarının yanlış olması, dəyər və mənfəət kateqoriyalarının təbiətini düzgün dərk edə bilməməsi nəticədə onu istismarın təbiətini başa düşməyən, istismara bəraət qazandıran feodalizm ideoloquna çevirmişdir. Bu da çox təbiidir, çünki Xaldunun izafi dəyər haqqında, ictimai əmək haqqında heç ümumiyyətlə anlayışı yox idi və onun yaşadığı dövrdə bu kəşfləri etmək heç mümkün də deyildi. Hələ mən izafi dəyərin mütləq və nisbi formalarından danışmıram. Bunun üçün kapitalist münasibətlərinin inkişafı tələb olunurdu və bu səbəbdəndə Xaldundan yalnız 450 il sonra Karl Marks ilk dəfə nisbi və mütləq izafi dəyər formasını kəşf etmiş və onların dərin iqtisadi təhlilini vermişdir.
    İddia edildiyi kimi əgər doğrudanda Xaldun əməkdə dəyər substansiyasını görmüş olsaydı, onda o heç vaxt cəmiyyətin bütün sərvətinin yeganə istehsalçısı və cəmiyyət sərvətinin yeganə yaradıcısı olan məhsuldar təbəqənin bunun müqabilində yoxsul və ehtiyac içərisində yaşamasını guya onların sərf etdikləri iş və əməyin ekvivalenti, nisbəti olduğunu iddia etməzdi. Çünki tarixin heç bir dövründə, elə indinin özündə də cəmiyyət sərvətinin yaradıcısı olan məhsuldar sinif heç vaxt sərf etdiyi əməyin, işin nisbətində, miqdarında qazanc əldə edə bilməyib. Əgər belə olsaydı, o andaca bütün krallar, prezidentlər, nazirlər, ordu, polis, məhkəmə, ruhanilər, müğənnilər və s. acından ölmüş olardılar. Deməli məhsuldar təbəqənin qazancı heç vaxt Xaldunun iddia etdiyi kimi onun sərf etdiyi əməyin və işin nisbətində olmamışdır.
    İbn Xaldunun bu cür yanlış düşünməsinin əsas səbəbi onun yaşadığı dövrlə, mühitlə bağlıydı. Belə ki, orta əsrlər feodalizm quruluşunda muzdlu əmək sistemihələ yaxşı inkişaf etməmişdir və yalnız iri sənayenin formalaşması, kapitalist istehsal münasibətlərinin coşğun inkişafı muzdlu əməyə tələbətı artırdı ki, yalnız bundan sonra əmək haqqı, mənfəət kimi kateqoriyaların xüsusi sistemli tədqiqatı üçün obyektiv şərait formalaşmağa başladı. Məhz Karl Marks belə bir mühitin məhsuluydu, yetirməsiydi. Ona görə də o, Xaldundan fərqli olaraq dəyər, mənfət, izafi dəyər, onun formaları, əməkhaqqı və s. bu kimi iqtisadi kateqoriyaların dərindən tədqiq edilməsi üçün sistemli iş apara bilmişdir.
    Əgər biz İbn Xaldunun iqtisadi baxışları prizmasından əmək haqqı məsələsinə yanaşsaq, hərçənd ki, onun yaşadığı feodalizm dövründə muzdlu əmək sistemi hələ ibtidai səviyyədəydi, onda şahidi olarıq ki, xaldun üçün əmək haqqı işçinin sərf etdiyi əməyin, işin pula ekvivalenti, dəyəri, qarşılığıdır və işçinin əmək haqqı onun sərf etdiyi əməyin nisbətində, bu əməyə olan tələbatın nisbətindədir.başqa sözlə, işçi sərf etdiyi əməyin qarşılığını ala bilir. Amma Karl Marksda əməyin qiyməti, əmək haqqı məsələsi 180° fərqli rakursdan və mövqedən izah olunur. Marksa görə əmək haqqı işçinin sərf etdiyi əməyin, gücün yox, sadəcə iş qüvvəsinə çəkilən xərcin pula ifadəsidir. Məsələn, Marks bu barədə belə yazırdı: «…belə çıxır ki, guya kapitalist fəhlələrin əməyini pulla satın alır, fəhlələr isə ona öz əməyini pula satırlar. Lakin bu ancaq zahirdə belədir. Həqiqətdə onlar kapitalistə öz iş qüvvəsini pula satırlar.»27 Bəs Marksa görə iş qüvvəsi nə idi? Bu barədə o özü belə yazırdı: «Bəs iş qüvvəsinin dəyəri nə deməkdir?
    Hər bir başqa əmtəənin dəyəri kimi, iş qüvvəsinin dəyəri də onun istehsalı üçün zəruri olan əmək miqdarı ilə müəyyən olunur… Böyümək və yaşamaq üçün insan müəyyən miqdar yaşayış vasitələri istehlak etməlidir. Lakin makın kimi Adam da aşınır və onu başqa bir adamla əvəz etmək lazım gəlir. Fəhlə özünün yaşaması üçün müəyyən miqdar yaşayış vasitələri əldə etməkdən başqa əmək bazarında onun özünü əvəz edib fəhlələr nəslini əbədiləşdirməli olan uşaqlarını bəsləyib yetişdirmək üçün də bir miqdar yaşayış vasitələrinə möhtacdır. Bundan əlavə, fəhlənin öz iş qüvvəsini inkişaf etdirməsi və müəyyən bir ixtisas qazanması üçün də müəyyən miqdar dəyər sərf etmək lazım gəlir.»28
   Bu isə o deməkdir ki, işçinin aldığı əmək haqqı, onun sərf etdiyi əməyin gerçək dəyəri yox, sadəcə iş qüvvəsinin istehsalına və təkrar istehsalına çəkilən xərcin dəyəridir. Amma Xaldunun metoduyla məsələyə yanaşsaydıq, tam tərsinə, elə çıxardı ki, guya işçi sərf etdiyi əməyin gerçək dəyərinin qarşılığını maaş şəklində alır. Beləliklədə biz bu vəsiləylə Xaldunun və Marksın əməyin gerçək dəyərinə, qiymətinə olan baxışlarının bir-birindən necə kəskin fərqləndiyinin bir daha şahidi olduq.
    Nəhayət İbn Xaldunla Karl Marksın iqtisadi baxışlarının müqayisəli şəkildə təhlilini yekunlaşdıraraq aşağıdakı əsas nəticəni hasil edə bilərik:
    1. İbn Xaldun heç vəchlə siyasi iqtisad elminin və əmək dəyər nəzəriyyəsinin banisi hesab edilə bilməz. O səbəbdən ki, siyasi iqtisad elmi inkişaf etmiş kapitalist münasibətlərinin məhsuluydu və yalnız iri sənayenin inkişaf etdiyi bir məkanda və zamanda yarana bilərdi. Xaldunun dövründə isə kapitalist münasibətlərindən heç əsər-əlamətdə yoxuydu. Deməli Xaldunun siyasi iqtisad elmini yaratması üçün obyektiv şərait mövcud deyildi.
    2. Xaldun həmçinin əmək dəyər nəzəriyyəsinin dəbanisi sayıla bilməz. Başqa sözlə, o əmək dəyər substansiyasını görən ilk şəxs deyildir. Hələ ondan əvvəl dəyər kateqoriyasını onun əməklə münasibətini izah etməyə ilk elmi cəhdi Aristotel göstərmişdir. Ən əsası isə Xaldunun iqtisadi baxışlarında «dəyər» iqtisadi kateqoriya kimi ümumiyyətlə mövcud deyil, o ancaq qazancdan, mənfəətdən danışır ki, mənfəət də onun üçün əmtəənin bazarda aşağı-yuxarı öz dəyərinə reallaşdırılmasının yox, bazardakı tələb və təklifin nəticəsidir. Başqa sözlə, Xalduna görə belə demək mümkündürsə, «dəyər» (yenə deyirəm, nisbi mənada) istehsal prosesində yox, bazarda tələb və təklifin nəticəsində yaranır. Karl Marksda isə bunun tam tərsinə.
    3. Karl Marks və İbn Xaldunun fikirləri nəinki eyniyyət, heç oxsarlıq da təşkil etmir. Dərin təhlil zamanı çaşqınlıq yaradan zahiri bənzəyiş öz yerini fərqə və ən nəhayət kəskin fəpqə buraxır.
   
    Beləliklə biz İbn Xaldunun və Karl Marksın iqtisadi baxışlarını qarşılıqlı müqayisəli təhlil etdikdən sonra belə bir yekun nəticəyə gəlirik ki, heç də bəzi tədqiqatcıların iddia etdiyi kimi Xaldunla Marksın iqtisadi nəzəriyyələri bir-birini məzmunca nəinki təkrar etmir, hələ tam tərsinə, bu mütəfəkkirlərin iqtisadi fikirləri bir-birindən180° fərqlənir. Deməli Karl Marksın guya İbn Xaldunun iqtisadi fikirlərindən bəhrələnməsi və yaxudda elmi oğurluq yolu ilə onun fikirlərini əxz etməsi iddiası faktlarda öz təstiqini tapmamış və inandırıcı surətdə sübut edilmişdir ki, bu müəlliflərin iqtisadi baxışları arasında heç bir ümumi cəhət mövcud deyildir.
    Bu məsələnin ancaq iqtisadiyyat tərəfidir. Bəsələnin bir də cəmiyətlə, dövlətlə bağlı tərəfi də mövcuddur. Beləki bir sıra müəlliflər iddia edirlər ki, guya Karl Marks İbn Xaldunun dövlət nəzəriyəsini elmi oğurluq yolu ilə öz adına çıxıb və fikirlərini əsaslandırmaq üçün Xaldunun dövlət və cəmiyyət haqında söyləmiş olduğu fikirlərlə Marksın tarixi materializmi arasında paralellər aparır, məzmunca eynilik axtarırlar. Məcələn, Əlvan Əliyeva (Kəbirli) özünün «İbn Xaldun, yoxsa Karl Marks» adlı məqaləsində Marks əleyhinə irəli sürülmüş bu ittihamı əsaslandırmağa çalışırıq yazır: «İbn Xaldunla Karl Marksın məlum fikirlərinin məzmun eyniliyini (oxşarlığını) anlamaq çətin deyil. Dövlət və onun öz gələşməsi problemlərinin şərhində bu eynilik (oxşarlıq) daha qabarıq nəzərə çarpır. K.Marks və ardıcılları dövləti «bir sinfin digəri üzərində zorakılığa əsaslanan hakimiyyəti» kimi səciyyələndirirdi. İbn Xaldun isə beş əsr əvvəl yazırdı: «Dövlət hakimiyyətin zorakılıq vasitəsiylə reallaşması və ağalığıdır.»»29
    Əlvan Əliyeva burada çox kobud səhvə yol verir. Beləki o, faktları düzgün əlaqələndirə bilmir və nəticədə İbn Xaldunun zorakılıq nəzəriyyəsini gətirib K.Marksın dövlət nəzəriyyəsi ilə eyniləşdirir. Onun fikrincə Marksın «dövlət bir sinfin digər sinif üzərində zorakı hökmrmnlığıdır» ifadəsiylə İbn Xaldunun «Dövlət hakimiyyətin zorakılıq vasitəsiylə reallaşdırılması və ağalığıdır» ifadəsi guya məzmunca bir-birinin təkrarı, eynidir. Tədqiqatçının çıxardığı bu yanlış nəticə onun qeyri-peşəkarlığından xəbər verir. Çünki fəlsəfə fikir tarixində elə mütəfəkkir tapmaq olmaz ki, o durub iddia edə ki, dövlət hakimiyyətin zor yolu ilə həyata keçirilməsi demək deyildir. Bu tam cəfəng bir fikir olardı. Hələ İbn Xaldundan çox-çox əvəl Konfutsi, Platon, Aristotel döblətin hakimiyyəti zor yolu ilə reallaşdıran bir orqan olmasını qeyd etmişdirlər. Bu fikir fəlsəfə tarixində elə də böyük bir yenilik deyil ki, onu İbn Xaldunun ayağına yazasan. Məhz Karl Marksın dahiliyi və İbn Xaldundan fərqi ondadır ki, o dövlətin təkcə zorakı xarakterini yox, eləcədə sinfi zor apparatı olduğunu irəli sürürdü. İbn Xaldun söylədiyi fikirlərlə K.Marks söylədiyi fikirləri eyniləşdirmək olmaz. Əgər belə olsaydı onda Marksın burjua mütəfəkkirlərindən heç bir fərqi olmazdı. Çünki bütün burjua, idealist mütəfəkkirlərin hamısı dövlətin hakimiyyəti zor yolu ilə həyata keçirən orqan olmasını qəbul edirlər. Məhz Marksın bu mütəfəkkirlərdən, Xaldun da daxil olmaqla hamısından əsas fərqi ondan ibarətdir ki, o, bu zorakılıqda sinfi xarakter idə görə bilmişdir.
    Marksın dövləti sinfi zorakılıq apparatı kimi xarakterizə etməsi, onun dövlət nəzəriyyəsinə Xaldunun dövlət nəzəriyyəsindən kəskin fərqlənən məzmun qazandırmışdır. Bu fərq özünü ən öabarıq şəkildə dövlətin mənşəyi məsələsinə münasibəttdə də göstərir. Beləki dövlətin mənşəyi məsələsində Xaldunla Marksın tutduğu mövqe bir-birindən yerlə göy qədər fərqlənir. Məsələn, İbn Xaldunun dövlət nəzəriyyəsində asabiya termini xüsusi yer tutur. Asabiya = dövlət hakimiyyətinin genetik əsası «cəmiyyətsiz dövlət olmadığı kimi, dövlətsiz, hakimiyyətsiz cəmiyyət də ola bilməz.» asabiya termininin İbn Xaldun təpəfindən belə izahı göstərir ki, filosofun fikrincə cəmiyyətpərvəpiş tapdığı gündən dövlətə, siyasi hakimiyyətə sahib olmuşdur. Başqa sözlə, Xalduna görə dövlət və cəmiyyət sanki bir medalın iki üzüdür, onlardan birinin mövcudluğu hökmən digərinin mövcudluğunu da tələb edir,əks təqdirdə onların heç biri mövcud ola bilməz. Marksizmdə isə tam tərsinə, dövlət cəmiyyətin inkişafının yalnız müəyyən mərhələsində mülkiyyət münasibətlərinin meydana gəlməsiylə əlaqədar olaraq yaranan sinfi zor apparatı kimi nəzərdən keçirilir. Bu isə o deməkdir ki, Xaldundan fərqli olaraq Marks iddia edir ki, dövlət heç də həmişə mövcud olmayıb. Cəmiyyətin mülkiyyət münasibətlərinin inkişaf etmədiyi elə sinifsiz mərhələsi olub ki, bu mərhələdə sadəcə olaraq dövlət aparatına heç ehtiyac belə olmayıb. Bu barədə Ehgels özünün «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» əsərində belə yazır: «Dövlət heçdə cəmiyyətə kənardan qəbul etdirilən bir qüvvə deyildir… Dövlət müəyyən inkişaf pilləsində cəmiyyətin məhsuludur; dövlət bunun etiraf edilməsidir ki, həmin cəmiyyət öz həlledilməz ziddiyyəti içərisində ilişib qalmışdır, elə barışmaz əksliklərə parçalanmışdır ki, bunlardan xilas olmaqda acizdir. Bu əksliklərin iqtisadi mənafeyi bir-birinə zidd olan siniflərin səmərəsiz mübarizədə bir-birini və cəmiyyəti məhv etməməsi üçün, görünür, cəmiyyətin yüksəkdə duran bir qüvvə, toqquşmanı məhtudlaşdıra biləcək, onu «qaüda-qanun» çərçivəsində saxlaya biləcək bir qüvvə lazım olmuşdur. Cəmiyyətdən törəyən, lakin özünü cəmiyyətdən yüksəkdə tutan, özünü cəmiyyətdən getdikcə daha çox dərəcədə ayıran həmin qüvvə dövlətdir.» Elə həmən əsərdə Engels fikrini davam etdirərək yazır: «Deməli, dövlət əzəldən mövcud deyildir. Dövlətsiz keçinmiş olan, dövlət haqqında və dövlət hakimiyyəti haqqındaheç təsəvürləri dəə olmayan cəmiyyətlər olmuşdur. İqtisadi inkişafın müəyyən pilləsində, yəni cəmiyyətin siniflərə parçalanması ilə labüd əlaqədar olan pillədə, dövlət bu parçalanma nəticəsində zəruri bir şey olmuşdur… Siniflər keçmişdə labüd surətdə meydana gəldiyi kimi, labüd surətdə də aradan qalxacaqdır. İstehsalçıların azad və bərabər hüquqla birləşməsi əsasında istehsalı yeni qaydada təşkil edəcək olan cəmiyyət o zaman bütün dövlət maşınını, həqiqi layiq olduğu yerə ,- cəhrə və tunc balta ilə yanaşı olaraq qədim şeylər muzeyinə göndərəcəkdir.»30
    Mənə elə gəlir ki, artıq əlavə şərhə ehtiyac yoxdur. Marksistlərin dövləti xüsusi mülkiyyətdən törəmə sinfi zor apparatı kimi xarakterizə etmələriylə, Xaldunun asabiya Prinsipi (dövlətsiz cəmiyyət, cəmiyyətsiz də dövlət yoxdur) arasındakı fərq kifayət qədər böyük və qabarıq nəzərə çarpandır. Bu fərq özünü həmçinin dövlətin vəzifə və funksiyasına hər iki şəxsin baxışlarında da biruzə verməkdədir. İbn Xaldun dövlətin mənşəyi və yaranma zərurətini, dövlətin məna və mahiyyətini qədim yunan filosofu Qalenə əsaslanaraq belə izah edir ki, insan təkbaşına qoruna və qida əldə edə bilmədiyinə görə onlar cəmiyyət halında birgə yaşamağa məhkumdurlar. Sonra o, Qalenin bu sözlərindən belə nəticə çıxarır ki, bəşər cinsi üçün ictimai həyat bir zərurətdir. Ydxsa insanlar yaşaya bilməzlər. Bu isə öz növbəsində dövlətin və siyasi hakimiyyətin mövcudluğunu tələb edir. Çünki əks təqdirdə insanlar həm bir-birlərinə təcavüz edər, həmdə kənar qüvvələrin hücumundan özlərini qoruya bilməzdilər. Buna görə də insanlar üzərində qələbə çalmış bütün cəmiyyəti özünə tabe etmiş «qadağanediciyə» ehtiyac vardır. Mənz bu qadağanedici ayrı-ayrı fərdlərin şəxsi iradəsini sındırmalı və hamını ona itaət etməyə məcbur etməliydi ki, bu da öz növbəsində siyasi hakimiyyət, dövlət demək idi. Xaldun bu barədə belə yazırdı: «O, qadağanedici onlara qalib ğəlmiş, hakimiyyəti ələ almış, onları özünə itat etdirmiş olduğundan, kimsə digərinə təcavüz etməz. Dövlətin və hakimiyyətin mənası bax budur… İnsanlar üçün bu hakimiyət bir zərurətdir»31
    Buradanda açıq-aşkar başa düşülməkdədir ki, İbn Xaldun dövlətin mahiyyətini, mənasını onun cəmiyyətdə, fərdlər arasında qanun-qayda nizam-intizam yaratmasında görür və bu «məsum» qayda-qanun aparatının yaranmasını insanlar arasında bir-birinə qarşı yönələ biləcək hücumların, təcavüzlərin qarşısının alınmasından irəli gələn zəruri tələblə izah edirdi. Bu münasibət isə fəlsəfə fikir tarixində heç də yenilik deyildi. Hələ Xaldundan 1800 il əvvəl yunan filosofu Demokrit də dövləti zəruri tələbdən irəli gələn qayda-qanun apparatı kimi izah edir və onu ümumi cəmiyyət maraqlarının, ədalətin təcəssümü kimi başa düşürdü. Bu bazımdan Xaldunun dövlətin məna və əhəmiyyəti haqqında dedikləri öz sələflərindən heç nə ilə fərqlənmir.
    Karl Marks və ümumiyyətlə marksistlər isə bu məsələyə münasibətdə tamamilə fərqli mövqedə dururlar. Marks dövlətin əmələ gəlmə zərurətini daxili və xarici münaqişələrdə, təcavüzlərdə, toqquşmalarda insanlar arasında əmələ gələ biləcək sonsuz qarşıdurmalarda yox, Xaldundan fərqli olaraq iqtisadi amillərdə, daha konkret desək mülkiyyət münasibətlərində, xüsusi mülkiyyətin və izafi dəyərin meydana gəlməsində görürdü. Məhz Fridrix Engelsin «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» əsərindəki ailə, xüsusi mülkiyyət, dövlət ifadələrinin mövcud ardıcıllığı heç də təsadüfi xarakter daşımır. Bu üç ifadənin ardıcıllığı əslində zəruri qanunauyğunluqdur. Marksistlərə görə əvvəllər ibtidai icma şəraitində paliqam ailələr, yəni çox nigahlılıq və qarışıq nigahlılıq hökm sürmüşdür. Bu səbəbdəndə hər şey kimi – qadınlar, kişilər, uşaqlar kimi mülkiyyət də, əmlakda ümumi oimuşdur. Sonralar poliqam ailə tipini monoqamiya, yəni tək kəbinlilik əvəz etmiş, insanlar ata və anadan ibarət fərdi ailələrə bölünmüşdürlər. Bu zaman indiyə kimi ümumi olmuş icma mülkiyəti də tədricən bölünərək ayrı-ayrı ailələrin xüsusi mülkiyyətinə keçmişdir. Dəmirin icad olunması və məhsuldarlığın artması bu işi dahada sürətləndirmiş, nəticədə fərdi ailələrin mülkiyyəti olan xüsusi təsərrüfatlar yaranmışdır. Beləliklə xüsusi mülkiyyət meydana gəlmişdir. Bu isə öz növbəsində əmlak qeyri-bərabərliyi yaratmış, insanlar arasında sosial təbəqə özünü büruzə vermişdir. Tədricən qəbilənin, tayfanın daxilində çox böyük əmlaka və sərvətə malik xüsusi imtiyazlı zənginlər təbəqəsi formalaşır ki, bu da sonradan özünün daimi silahlı dəstələri və cəza apparatı olan dayanıqlı sistemlərə çevrilir. Cəmiyyətdə gedən sosial təbəqələşmənin nəticəsi olaraqyaranan siniflər, daha doğrusu sinfi parçalanma sonrakı inkişaf mərhələsində əmlaka, sərvətə sahib hökmran sinfin iradəsinin ifadəsi olan sinfi zor aparatının – dövlətin meydana gəlməsini zəruri etmişdir. Yalnız belə sinfi zor apparatı hakim sinfin öz iradəsini bütün icmaya, cəmiyyətə qəbul etdirməsini təmin edə bilərdi. Bu isə artıq dövlətin yaranması demək idi. Karl Marksın «siyasət mülkiyyət münasibətlərinin davamıdır» deməsidə, əslində bu prosesin bir cümlədə qısa ifadəsidir. Marksa görə yalnız mülkiyyət münasibətlərinin inkişafı onun davamı olaraq cəmiyyətin siyasi həyatını törətmişdir.
    İbn Xaldunun dövlət nəzəriyəsində isə dövlətin genezisi məsələsində iqtisadi amillərdən və dövlətin sinfi zor apparatı olmasından heç əsər-əlamət də yoxdur. Belə olan təqdirdə isə hər iki mütəfəkirin fikirlərini yalnız zahiri oxşarlığa görə müqayisə etmək və onların nəzəriyələri arasında məzmun eyniliyi axtarmaq, sonra isə bu səthi cılız təhlildən çıxış edərək Karl Marksı İbn Xaldunun dövlət nəzəriyyəsini oğurlamaqda günahlandırmaq heç bir sağlam məntiqə və ziyalı kodeksinə sığmayan bir əməldir.
    Karl Marksla İbn Xaldunun nəinki dövlətin mənşəyinə, onun məna və mahiyyətinə olan münasibətləri, həmçinin dövlətin sonrakı inkişaf mərhələsinə münasibətləridə bir-birindən kəskin fərqlənir. Beləki Xaldun dövləti cəmiyyət həyatının ayrılmaz atributu hesab edirsə, Karl Marks tam tərsinə, cəmiyyətin gələcək inkişafını klassik anlamda dövlətin ölüb getdiyi, ictimai nəzarət və ictimai idarəyə əsaslanan nəzarət uçot sisteminin bərqərarında görürdü. Başqa sözlə, Xaldundan fərqli olaraq Marks dövlətə əbədi təsisat kimi baxmır, və cəmiyətin siniflərə parçalanmasından doğan bu sinfi zor aparatının gələcəkdə insanlar arasında sinfi fərqlərin silinməsiylə əlaqədar olaraq eyni zərurətlədə «ölüb» gedəcəyini əsaslandırırdı.
    NƏTİCƏ: Apardığımız qısa müqayisəli təhlil nəticəsində iddia edildiyinin əksinə olaraq belə qənaətə gəlmək olar ki, Marksla Xaldunun dövlət və siyasi hakimiyyətə baxışlarında heç bir məzmun eyniliyi, oxşarlığı yoxdur. Xaldunun «dövlət hakimiyyətin zorakılıq vasitəsiylə reallaşması və ağalığıdır» fikrini ancaq və ancaq o mənada başa düşmək lazımdır ki, heç bir hakimiyyət güc, zorakılıq tətbiq etmədən mövcud ola bilməz. Yalnız bu güc, zorakılıq əhalini mövcud qanunlara itaət etməyə məcbur edə bilər, əks təqdirdə heç kəs qanun-qaydaya tabe olmaz, anarxiya, özbaşınalıq baş verərdi. Bu səbəbdəndə Xaldundan hələ iki min il əvvəl Afinalı Solon qanunu hüququn və gücün, yəni dövlətin rəsmi qüvvəsinin birləşməsi məcmusu kimi dəyərləndirirdi. Əgər dövlət qanunu sanksiyalaşdırıb onu məcburedici mexanizmlə təmin etməzsə, onda bu qanunun bir öara qəpik də dəyəri olmaz. Məz yalnız dövlətin gücü, qüvvəsi qanunları hamının əməl edəcəyi məcburi hüquqi akta çeviri. İbn Xaldunun «dövlət hakimiyyətin zorakılıq vasitəsiylə reallaşması və ağalığıdır» ifadəsiniməhz elə ancaq bu mənada başa düşmək lazımdır, hansıki belə bəsit, adi fikirlərə istənilən uşaq ədəbiyyatındada rast gəlmək mümkündür. Bu üzdən də belə ibtidai fikirləri Marksın əxz etməsinə heç ehtiyac da yox idi. Çünki bu və buna bənzər fikirlər Xaldundan min illər belə əvəl söylənmişdir. Amma Marksın dövləti bir sinfin digər sinfi əzmək aləti kimi xarakterizə etməsi ancaq və ancaq ona və bütün marksistlərə xas düşüncə tərzidir ki, bunun da Xalduna heç bir aidiyyatı yoxdur. Beləliklə, fərq göz qabağındadır:
    1. Xalduna görə insan cəmiyyəti pərvəriş tapandan dövlət onun ayrılmaz atributu olmuşdur. Marksa görə isə əksinə, cəmiyyətin ilk mərhələsində dövlət təsisatı olmamışdır.
    2. Xalduna görə dövlətin yaranmasını zəruri edən amil daxili və xarici təcavüzlər, işğallar olduğu halda, Marks dövləti mülkiyyət münasibətlərinin törəməsi hesab etmişdir. Marksa görə cəmiyyətiniqtisadi inkişafı siniflərə parçalanmanı zəruri etmədiyi müddətcə dövlətə heç bir ehtiyac olmamışdır və yalnız siniflərə parçalanma, xüsusi mülkiyyətin əmələ gəlməsi dövlətin mövcudluğunu zəruri etmişdir.
    3. Xalduna görə qayda-qanun, nizam-intizam, ədalət yaratmaq dövlətin məna və mahiyyətidir. Marksa görə isə tam tərsinə, dövlət ən böyük tarixi ədalətsizlikdir, çünki dövlət cəmiyyətin bütün istehsal vasitələrini və sərvətini əlində toplamış hakim sinfin hüquq cildinə salınmış iradəsindən başqa bir şey deyildir. Dövlət, həmdə ən demokratik dövlət isə hakim sinfin, hakim iradəsinin sadəcə olaraq siyasi ifadəsidir.
    Özgələşmə probleminə müqnasibət…
    Eləki Sovet İttifaqı dağıldı, elə o andaca hamıya doğma olan Karl Marks hamı üçün özgələşdi, yadlaşdı. Nə vaxtsa çörəyini Marksın əlyazmalarını qurdalamaqla çıxaranlar indi yedikləri çörəyi ayaqlayıb başladılar hansısa «dahi müsəlman» aliminin hüquqlarını müdafiə etməyə. Başqa sözlə, indidə çörəklərini bu yolnan qazanırlar və başları boğazlarından aşağıda yerləşən bu elmsiz alimlərin helmi o qədər şirin daddı ki, siyasəti özləri üçün kommersiya fəaliyyətinə çevirmiş siyasətçilər də başladılar Marksı topa tutmağa ki, sən demə guya Karl Marks özgələşmə problemini və bu problemlə baglı müddəalarını İbn Xaldun adlı bir orta əsr nəzəriyyəçisindən oğurlayıbmış və yaxudda ən mədəni formada «əxz» edibmiş.
    Bu tip xəstə sayaqlamalarını indii cəmiyyətimizdə siyasətçidən tutmuş elmsiz alimlərədək hər kəsin dilindən eşitmək olar. Məhz Əlvan Kəbirli də mu mərəzə yoluxmuşlardan sadəcə biridir. Mualicəsi mümkün olmayan bu iftira mərəzinə yoluxmuş Əlvan Kəbirli özgələşmə probleminə toxunaraq yazır: «dövlətin xalqdan ayrı düşməsini özgələşməsini (marksizmin mühüm müddəalarından birini) İbn Xaldun özünün «Hicab təlimi»ndə son dərəcə aydın şəkildə işıqlandırmışdır. Bədəvilərdə (köçəri ərəblərdə) «hicab» sözü, alaçığa girişi örtən «pərdə» mənasında işlədilirdi. Tədricən bu söz xəlifənin, sultanın yanına «giriş» mənasını kəsb etdi («Hicab» sözünün islamdakı anlamı isə, onun ilk mənası – «pərdə» ilə bağlıdır). Xəlifənin, sultanın yanına girişlə məşğul olan vəzifə sahiblərinə isə «hacib» deyilirdi («hicabın» ikinci mənası – «girişdən» əmələ gəlmişdir). Hacibin vəzifəsi qabaqcadan işin mühüm olub-olmadığını müəyyənləşdirmək və hakimin qəbuluna girməyə icazə verməkdən ibarət idi. İbn Xalduna görə ilk öncə hökmdarların qəbuluna düşmək çox asan idisə, «hicab»la («hacib» vəzifəsinin təsisi ilə) bu iş çətinləşir: hökmdarların gücü artdıqca xalqdan ayrı düşməsi – özgələşməsi də dərinləşir. İbn Xaldun yazır: «…xəlifələr dövlət işlərinə qapı və onun kütlənin üzünə bağlanması məsələsindən başladılar»… və İbn Xalduna görə, dövlətin xalqdan (öz əsasından) ayrı düşməsi – özgələşməsi getdikcə o qədər dərinləşir ki, ərəb xəlifələri və sultanları, bir haciblə kifayətlənməyərək ikincini, üçüncünü və s. təyin etdilər. Daha sonra İbn Xaldun göstərir ki, dövlətin xalqdan ayrı düşməsi – özgələşməsi, onun özünə ölüm hökmü çıxarması, yaxud intihar aktıdır. Yalnız bum əqam (dövlətin tərifi və xüsusilə də özgələşməsi problemi) kifayətdir ki, Sovet marksistlərinin İbn Xalduna münasibətlərinin səbəbi aydınlaşsın.»32
    Mən bu cümlələri oxuduqca Əlvan Kəbirlinin «elmi səviyyəsi» qarşısında təəccüblənməyə bilmirəm. Bu tip primitiv düşüncə tərzi kitab əhlinə xas xüsusiyyət ola bilməz. Düzdür, bu şəxs haqqında mənim məlumatım yoxdur. Amma bu uşaq sayıqlamalarından anlamaq olur ki, Kəbirli hər Kim olursa olsun, dəftər-kitabdan uzaq adamdır. Onun timsalında mən son dövr Azərbaycan elminin düşdüyü böhranı və tənəzzülü görürəm. Dediyi sözün məsuliyyətini dərk etməyən bu şəxsin bu bir neçə cümləsindən o dəqiqə anlamaq olur ki, Kəbirli fəlsəfə fikir tarixində olduqca naşıdır və özgələşmə probleminin mahiyyətindən xəbərsizdir. Əks təqdirdə bu cür elementar səhvlərə yol verməzdi. Bu səbəbdəndə mən məcburam ki, özgələşmə probleminin əlifbasına qayıdam və Kəbirli kimi düşünənlərə elmi surətdə izah edəm. Yalhız bundan sonra oxucular Kəbirlinin Karl Marksın ünvanına söylədiyi iftiranın bir çürük qoza belə dəyməyəcəyini özləri əyani surətdə dərk etmiş olacaqlar.
    Beləliklə gəlin əvvəlcə müəyyən edək görək özgələşmə problemi nədir və bu problemin qoyuluşuna görə fəlsəfə fikir tarixi hansı mütəfəkkirlərə borcludur?
    Əgər bu sualın cavabını lvan Kəbirlidən soruşsaq o heç şübhəsiz ki, bir nəfəsə cavab verəcəkdir ki, özgələşmə dövlətin xalqdan, öz siyasi əsasından uzaq düşməsidir ki, bu təlimində banisi Xaldundur (1332 – 1406). Necəki bir az öncə onun məqaləsindən gətirdiyimiz sitatda bu cavab öz əksini tapmışdır. Beləki Kəbirli ciddi cəhdlə iddia edir ki, özgələşmə təlimini Marks ondan 400 il əvvəl yaşamış ərəb həzəriyyəçisi Xaldundan oğurlamışdır.
    Kəbirlinin bu ittihamı heç bir elmi arqumentə əsaslanmayan boş cəfəngiyatdan başqa bir şey deyildir. Ən əsasıda ona grörə ki, özgələşmə təlimi Kəbirlinin xarakterizə etdiyindən çox daha geniş problemdir və bu problemin elmi qoyuluşu isə nə Xalduna, nə də ki Karl Marksa məxsus deyildir. Belə ki, özgələşmə probleminin fəlsəfə fikir tarixində özünə yer tutması fəlsəfə fikir tarixinin kökü qədər qədimdir və bəşəriyyətin düşüncə tarixinin lap əsgi qatlarına gedib çıxır. Fərman İsmayılov özünün «Müasir qərb fəlsəfəsi» adlı kitabında özgələşmə problemini neoplatonizmlə əlaqələndirərək yazır: «Neoplatonizmdən (e.ə. I əsr) başlamış müasir dövrə qədər fəlsəfi təfəkkürün mühüm problemi olan özgələşmə, əsrimizin 30-40-cı illərindən – 1932-ci ildə Marksın «1844-cü ilin iqtisadi fəlsəfi əlyazmaları» və onun Engelslə birgə yazdığı «Alman ideologiyası» əsərlərinin nəşr edildiyi vaxtdan sonra qeyri-adi aktuallıq kəsb etmişdir.»33
    Əslində isə özgələşmə probleminin kökləri neoplatonizmdən də çox daha qədimlərə gedir. Təkcə bunu xatırlatmaq kifayətdir ki, hələ qədim «Dao» fəlsəfi sistemində belə özgələşmə problemi öz əksini tapmışdır. Daosizm fəlsəfi təliminin banisi Lao Tszı (e.ə.VI əsr) özünün «Dao və de haqqında elmin əsasları kitabında özgələşmə problemini öz fəlsəfi düşüncə tərzinə uyğun bir şəkildə şərh emişdir. Lao Tszıya görə dünyada hər şeyə nüfuz edən və hər şeyi idarə edən Dao hökmranlıq edir. Dao təbiəti, cəmiyyəti, insan düşüncə və davranışını tənzimləyən, nizamlayan ən ümumi qanundur. Filosofa görə insanlar bu təbii qanunu dərk etməli və onun yoluyla getməyə çalışmalıdırlar, əks halda insan və təbiət arasındakı təbii tarazlıq, harmoniya pozula bilər bu səbəbdən də, daoistlər təbii qanunlara uyğun yaşamağı təbliğ edirdilər. Lao Tszıya görə mədəniyyət, svilizasiya qeyri-təbii mahiyyət kəsb etdiklərindən inkişafa mənfi təsir göstərir və nəticədə dao prinsipləri pozulur. Bu isə öz növbəsində insanı təbiətlə həmahəng yaşamaqdan ayırır, onu təbiətin və daonun əleyhinə yönəldi ki, nəticədə insan öz gerçək təbii mahiyyətindən uzaqlaşaraq özgələşir. Lao Tszının dao haqqında təlimində dövlətin özgələşməsi problem idə önəmli yer tutur. Onun fikrincə dövlətin başçısı hökmən müdrik Adam olmalıdır, çünki «müdrik adam humanist olub xalqın təbii həyatını pozmur». Lao Tszı müdrik adam dedikdə dao fəlsəfəsinə sahib, dao həqiqətlərini dəpk etmiş və dao prinsiplərini özünün həyat tərzinə çevirmiş daosist filosofu nəzərdə tuturdu. Onun fikrincə hökmdar müdrik olmadıqda, dövlətin siyasi fəaliyyəti dao qanunun əksinə yöhəlmiş olur ki,bu zaman hakimiyyət öz gerçək mahiyyətinin əksinə olaraq müharibələrə, işğallara, dağıntılara səbəb olur. Nəticədə şəhərlər, kəndlər dağılır, əkin sahələri, meyvə bağları məhv edilir, meşələr qırılır. Başqa sözlə dövlətin fəaliyyəti cəmiyyətin əleyhinə yönəlib, ancaq və ancaq ona ziyan vurur. Bu səbəbdəndə Lao Tszı insanları dao prinsiplərinə tabe olmağa və həyatlarını bu prinsip əsasında qurmağa çağırırdı. Yalnız dao yolu cəmiyyəti, insanları, dövləti özgələşmədən xilas edə bilərdi. Təqribən bu və buna bənzər fikirlərlə digər çinli filosof Çjuan Tszı da (e.ə.369 – 286) çıxış edirdi. Onun fikrincə svilizasiya, mədəniyyət insanı onun təbii gerçək mahiyyətindən uzaqlaşdırıb onları təbiətə qarşı qoyur. Bu səbəbdən də Çjuan Tszı təbiiliyi və təbiəti korlayan hər cür dövlət hakimiyyətinin mənəviyyatçılığın və ağıllılığın əleyhinə çıxırdı.34
    Gətirdiyimiz bu misallardan aydın olur ki, özgələşmə problemi insanları hələ 4-5 min il əvvəl də elə indikindən az düşündürmürdü və qədim çinli filosoflar İbn Xaldundan 2 min il əvvəl bu problem haqqında öz təlimlərini yaratmışdırlar. Fəlsəfi fikir pərvəriş tapandan üzübəri müxtəlif filosoflar, fəlsəfi cərəyanlar, məktəblər bu və ya digər formada özgələşmə probleminə öz münasibətlərini bildirmişdirlər, amma hər biri fərqli rakursdan, fərqli mövqedən. Bu baxımdan nə İbn Xaldun, nə də Karl Marks istisna təşkil etmirlər.
    Filosofların özgələşmə probleminə münasibətləri bir-birindən kəskin fərqlənsədə, təxminən onların hamısı belə bir ortaq mövqedə birləşirdilər ki, «özgələşmə insan fəaliyyətinin və onun təticəsinin insandan uzaqlaşıb onun üzərində hakimlik edən və ona qarşı yönəldilən qüvvəyə çevrilməsidir.»35 Yəni insanin fəaliyyəti getdikcə cəmiyyət iradəsinin fbvqünə qalxır, ondan ayrılır və onun üzərində ağalıq edir.
    Bir sözlə, bütün filosoflar, fəlsəfi cərəyanlar özgələşmə dedikdə insan fəaliyyətinin onun özünün əleyhinə yöhəlməsini başa düşürlər. Bu, özgələşmə probleminə münasibətdə müxtəlif fəlsəfi cərəyanları birləşdirən yeganə cəhətdir. Amma özgələşməni törədən səbəblər nələrdir, bu problemdən çıxış yolu nədədir, bax burada filosofların fikirləri haçalanır. Başqa sözlə, filosoflar özgələşmə probleminə necə münasibət bəsləmələrindən asılı olaraq bir-birinə əks, zidd mövqe tuturlar və özgələşməyə münasibətlərinə görə bir-birindən kəskin fərqlənirlər. Məhz bu fərqi görə bilməyən bəli, məhz ancaq və ancaq bu fərqi görə bilməyən Kəbirli kimi cızmaqaraçılar Xaldunun özgələşmə haqqında söylədiyi adda-budda sözlərlə Marksın sistemli surətdə işlənib hazırlanmış özgələşmə təlimi arasında məzmun eyniliyi axtara və kimisə elmi oğurluqda günahlandıra bilərlər. Bu, Kəbirli kimi düşünənlərin qeyri-peşəkarlığından irəli gələn nöqsandır. Əgər məsələyə onların bu xəstə məntiqiylə yanaşsaq, ohda gərək bütün filosofları, o cümlədən Xaldunun özünüdə elmi oğurluqda günahlandırmış olaq. Çünki 3 min illik fəlsəfə fikir tarixində yüzlərlə filosof tapmaq orlar ki, onların hamısı özgələşmə probleminə toxunub, ona öz izahlarını veriblər.
    Deməli filosofların əksəriyyətinin özgələşmə problemindən danışması heçdə hələ onların hamısının eyni cür düşünməsi və eyni şey haqqında danışması demək deyildir. Onlar eyni problem haqqında danışırlar, amma müxtəlif məzmunda və mahiyyətdə. Məsələn, biz bir az əvvəl qeüd etdik ki, özgələşmə problemi haqqında daosistlər, neoplatonistlər, marksistlər, ekzistensialistlər öz təlimlərini yaradıblar, amma bu heç də problemə onların eyni münasibətindən xəbər vermir. Həp bir cərəyanın, hər bir filosofun özgələşmə probleminə münasibətdə öz dəst-xətti, öz orjinal mövqeyi mövcuddur və bu mövqelər çox vaxt bir-birini inkar edir. Bu baxımdan İbn Xaldunla Karl Marksın da mövqeləri bir-birindən kəskin surətdə fərqlənir. Düzdür, bu mütəfəkkirlərin hər ikisi dövlətin özgələşmə problemindən danışır, necəki hələ 2600 il əvvəl daosistlər bu problem haqqında yazırdılar, amma onların istər özgələşməni törədən səbəblər, istərəsdə bunun aradan qaldırılması yoları haqındakı mövqeləri bir-biriylə daban-dabana ziddiyət təşkil edir. Məsələn, İbh Xalduna görə dövlətin özgələşməsi onun öz siyasi əsasından, yəni xalqdan ayrı düşməsi, başqa sözlə, hakimiyyətlə xalq arasında uçurumun yaranmasıdır. Buhunsa səbəbi, yəni dövlətin özgələşməsinin səbəbi «hciblik» sisteminin tətbiqindədir. Xaldunun fikrincə əvvəl xalqla hökmdar arasında heç bir əlaqələndirici (hacib) yox idi, ona görə də təbəə öz şikayətini maneəsiz hökmdara çatdırırdı. Amma xəlifələr hakimiyyətə gələn kimi öxləriylə xalq arasında əlaqələndirici təyin etməklə özlərini xalqdan ayırmağa başladılar və hətta bir yox, bir neçə hacib təyin etdilər ki, nəticədə təbəə ilə hökmdar arasında süni sədd yarandı. Belə olan təqdirdə isə getdikcə hakimiyyət xalqdan uzaqlaşaraq öz siyasi əsasından kənar düşdü.
    Deməli Xalduna görə dövlətin özgələşməsinin səbəbi hökmdarla təbəə arasında formalaşan vasitəçilər (haciblik) institutudur. Əgər haciblik ləğv olunarsa və ya ən azından vasitəçilik bir haciblə həyata keçirilərsə, onda dövlətin özgələşməsi aradan qalxar, problem həll olar.
    Karl Marksda isə problem tamam başqa məzmun kəsb edir. İstər özgələşmənin marksist anlamı, istərsədə onu törədən şəbəblər İbn Xaldunun mövqeyindən müqayisəyə gəlməyəcək dərəcədə fərqlənir. Bəri başdan deyim ki, İbn Xaldunun dövlətin özgələşməsi barədə söylədikləri, Marksın özgələşmə təlimiylə müqayisədə olduqca primitiv təsir bağışlayırvə ümumiyyətlə Marksın özgələşmə təlimi ən qatı antimarksistlər tərəfindən belə çox yüksək qiymətləndirilməkdədir. Fərman İsmayılov bu barədə yazır: «Marksizmin tənqidiylə məşğul olan məşhur Amerika filosofu S.Hukn dediyinə görə məhz özgələşmə probleminin hesabına əşrimizin 50-ci illərindən başlayaraq Marks «yenidən dünyaya» gəlmişdir.»36
    Bu o deməkdir ki, ilk dəfə olaraq Marks özgələşmə məsələsini fəlsəfənin ən aktual problemləri səviyyəsinə qaldırmış və onu ciddi müzakirələrin obyektinə çevirə bilmişdir. Məhz Hukun Marks özgələşmə probleminin hesabına «yenidən dünyaya» gəlmişdir deməsi də bir daha sübut edir ki, marksizmdə özgələşmə probleminin ciddi, orjinal və sistemli şəkildə işlənməsi, kommunist ideologiyasının özünüdə dövr üçün aktual etmişdir. Karl Marksın özgələşmə konsepsiyasını digər filosofların və o cümlədən İbn Xaldunun özgələşmə barədə fikirlərindən fərqləndirən, ona təkrarolunmaz orjinallıq qazandıran əsas cəhət bu təlimin sinfi xarakter daşımasıyla bağlıdır. Başqa sözlə, Marks digər filosoflardan fərqli olaraq «özgələşmə problemini xüsusi mülkiyyət və onun meydana gəlməsiylə əlaqələndirirdi. Onun üçün xüsusi mülkiyyət özgələşmənin səbəbidir.»36
    Bu amil Marksın özgələşmə təlimini nəinki İbn Xaldundan, həmçinin digər filosofların bənzər konsepsiyalarından kəskin fərqləndirən əsas xüsusiyyətdir. Marksa görə dövlət özgələşmənin səbəbi yox, nəticəsidir. Özgələşmənin əsas səbəbi mülkiyyət münasibətlərinin inkişafı, yəni xüsusi mülkiyyətin və siniflərin əmələ gəlməsidir. Marksın fikrincə xüsusi mülkiyyət münasibətləri sistemində nəinki dövlət, hətta bütün üstqurum elementləri – mədəniyyət, siyasi ideologiya, din hüquq və s. digər cəmiyyət atributlarıda özgələşmiş mahiyət kəsb etməkdədir. Əməyin ictimai xarakteri ilə xüsusi mülkiyyət, cəmiyyət səpvətinin xüsusi mənimsənilməsi bir-biri ilə ziddiyət təşkil etdiyindən bu mülkiyyət münasibətləri çərçivəsində mövcud olan əmək, özgələşmiş xarakter kəsb edir. Marks və Engels bu barədə yazırlar: «Kapital kollektiv məhsuldur və ancaq cəmiyətin bir çox üzvlərini birgə fəaliyəti ilə, nəticə etibarıyla cəmiyyətin yalhız bütün üzvlərini birgə fəaliyəti iləhərəkətə gətirilə bilər.
    Beləliklə, kapital – şəxsi qüvvə deyil, ictimai qüvvədir.»37
    Bu səbəbdəndə Marks hesab edirdi ki, kapital, sərvət maadmki ictimai xarakter daşıyır, deməli onun mənimsənilməsi və idarə edilməsidə ictimai xarakter daşımalıdır, yəni mülkiyyət xüsusi yox, kollektiv olmalıdır. Amma indiyə qədər mövcud olmuş bütün dövlətlər, okratik parlament respublikaları belə ancaq və ancaq bu tarixi ədalətsizliyi qanuniləşdirmiş, ona hüquqi qüvvə vermiş və cəmiyyətin böyük əksəriyyətinə bu iradəni zorla diktə etmişdirlər. Deməli dövlət apparatı və onun əldə rəhbər tutduğu qanunlar yalnız xüsusi imtiyazlı zənginlər təbəqəsinin mülkiyyət mənafelərinə cavab verir və cəmiyyətin yerdə qalan əksəriyyət hissəsi üçün özgələşmiş mahiyyət kəsb edir.
    Marksa görə necəki xüsusi mülkiyyət, yəni muzdlu əmək sistemi mövcud olacaqdır, o müddətcədə ən demokratik ölkədə belə proletariatın aqibəti ancaq və ancaq başqaları üçün sərvət istehsal edən maşın funksiyası yerinə yetirmək olacaqdır. Çünki xüsusi mülkiyyəit elə bir münasibətlər sistemidir ki, burada fəhlənin, işçinin əməyi onun sosial rifahına yox, onu əzməyə, muzdlu köləyə çevirməyə xidmət edir. Başqa sözlə, fəhlənin əməyinin nəticəsi onun özünün əleyhinə yönəlmiş və onun iradəsi üzərində hökmranlıq edən bir qüvvəyə – kapitala çevrilir.
    Məsələn, gəlin bu günkü Amerika reallığına nəzər salaq. Amerika dünya iqtisadiyyatında tutduğu 27%-lik təkbaşına qiqant payla qərbi Avropanın ən zəngin 15 dövlətindən bir yerdə dphp böyük Milli gəlirə sahibdir. Amma digəlki bu qədər böyük maliyə imkanlarının müqabilində Amerikada ifrat yoxsulların sayı 36 milyon nəfər təşkil etməkdədir. Amerikanın bir qütbündə hər il 50-55 milyard dolları qumarxanalarda xərcləyən zənginlər, digər qütbündə isə milyonlarla ac-yalavac yoxsullar cəmləşmişdir. 13 trilyon dollarlıq Ümumi Daxili Məhsul istehsalına baxmayaraq bu dövlətdə milyonlarla sadə amerikalı işsizdir və hər il 100 minlərlə insan iş yerini itirməkdədir.
    Bax bu dediklərimiz Marksın özgələşmiş əmək, özgələşmiş dövlət, özgələşmiş hüquq sistemi haqqında söylədiklərinə ən bariz sübutdur. Bu deyilənlər bir daha isbat edir ki, xüsusi mülkiyyət, muzdlu əmək sistemi mövcud olduğu müddətcə ən demokratik ölkədə belə insan əməyi onun sosial rifahına yox, sosial fəlakətinə xidmət edəcək, onun əməyinin nəticəsi onu əzən qüvvəyə çevriləcəkdir. Bu tip özgələşmiş siyasi və hüquqi təsisatlardan qurtuluşun yeganə yolu isə xüsusi mülkiyyətin «ölüb» getməsi, ləğvidir.
    Beləliklə bu deyilənlərdən biz bir daha belə yekun nəticəyə gəlirik ki, Marksla Xaldunun dövlət və onun özgələşməsi barədə söylədikləri fikirlər iddia edildiyinin əksinə olaraq bir-biriylə məzmun eyniliyi təşkil etmir, tam tərsinə, onların baxışlarında ciddi, kəskin fərqlər mövcuddur. Beləki K.Marks Xaldundan fərqli olaraq özgələşmənin səbəbini xüsusi mülkiyyət münasibətlərində görür və özgələşməni mülkiyyət münasibətlərindən törəyən tarixi kateqoriya kimi dəyərləndirir. Bundan başqa Marks Xaldundan fərqli olaraq siyasi özgələşmədən yox, əsasən iqtisadi özgələşmədən bəhs edir. Onun fikrincə «iqtisadi özgələşmə gerçək həyatın özgələşməsidir» ki, bu da özünü mülkiyyət münasibətlərindən tutmuş bu münasibətlərin törəməsi olan siyasət, mədəniyyət, hüquq ideologiya və s. bir sözlə, ictimai həyatın bütün sferalarında büruzə berməkdədir. Ən nəhayət isə
    Marks Xaldundan fərqli olaraq özgələşmənin aradan qaldırılmasının yeganə yolu kimi xüsusi mülkiyyətin, muzdlu əmək sisteminin ləğvini nəzərdə tuturdu.
   
   
YEKUN

    İbn Xaldun Karl Marks
    1. Əmək hər cür sərvətin mənbəyidir. 1. Bu cümləyə siz hər bir uşaq əlifbası kitabında rast gələrsiniz… Həmdə mən sadəcə əməkdən deyil, ictimai əməkdən bəhs edirəm… Bu «ictimai» ifadəsinin isə çox böyük mənası var.
    2. Dövlət işğalın və təcavüzün nəticəsidir. 2. Dövlət mülkiyyət münasibətlərinin törəməsi olub xüsusi mülkiyyətin və cəmiyyətin antoqonist siniflərə parçalanmasının məhsuludur.
    3. Dövlət hakimiyyətin zorakılıq vasitəsilə reallaşmasıdır. 3. Dövlət təkcə zorakılıq yox, həmdə sinfi zorakılıq aparatıdır.
    4. Asabiya = dövlətsiz cəmiyyət, cəmiyyətsiz isə dövlət mövcud ola bilməz. 4. İbtidai icma quruluşunda cəmiyyətin dövlətə ehtiyacı olmadığı kimi, sinfi fərqlərin silindiyi gələcək cəmiyyətdə də dövlət mövcud olmayacaq.
    5. Özgələşmənin səbəbi hökmdarla xalq arasında vasitəçilərin çoxluğudur. 5. Özgələşmənin səbəbi xüsusi mülkiyyət münasibətləridir.
    6. Ən yaxşı dövlət forması xilafətdir. 6. Ən «yaxşı» dövlət forması proletariatın siyasi hakimiyyətinə əsaslanan proletariat diktaturasıdır.
   
   
Ədəbiyyat:

    1. Elm və həyat, (19…) səh. 13
    2. Elm və həyat, (19…) səh. 13
    3. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 2, səh. 160
    4. İbn Haldun, Mukaddimə səh. 94-95
    5. İbn Haldun, Mukaddimə səh. 94-95
    6. Anigin Andrey, (?), səh. 18, 20-21
    7. Anigin Andrey, (?), səh. 20
    8. F.Engels, Anti Dürinq-1967, səh. 231
    9. İbn Haldun, Mukaddimə səh.322-323
    10. İbn Haldun, Mukaddimə səh.323
    11. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 2, səh. 170-171
    12. Anigin Andrey, (?), səh. 4
    13. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 1, səh. 557
    14. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 2, səh. 51
    15. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 2, səh. 51-52
    16. İbn Haldun, Mukaddimə səh.327
    17. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 2, səh. 53
    18. İbn Haldun, Mukaddimə səh.323
    19. Anigin Andrey, (?), səh. 66
    20. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 2, səh. 52
    21. İbn Haldun, Mukaddimə səh.354
    22. İbn Haldun, Mukaddimə səh.342
    23. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 2, səh. 56-57-58
    24. İbn Haldun, Mukaddimə, Giriş, səh. XX-XXI
    25. İbn Haldun, Mukaddimə səh.344
    26. İbn Haldun, Mukaddimə səh.346
    27. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 1, səh. 160
    28. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 2, səh. 59
    29. Elm və həyat, (19…) səh. 13
    30. K.Marks, F. Engels, seçilmiş əsərləri, Bakı-1953,cild 3, səh. 323
    31. İbn Haldun, Mukaddimə səh. 104
    32 .Elm və həyat, (19…) səh. 13
    33. Fərman İsmayılov, Müasir qərb fəlsəfəsi, səh. 272
    34. Əlisə Nicat, Fəlsəfə yarpaqları, səh. ?
    35. Fərman İsmayılov, Müasir qərb fəlsəfəsi, səh. 272
    36. Fərman İsmayılov, Müasir qərb fəlsəfəsi, səh. 272
    37. K.Marks, F. Engels, seçilmiş əsərləri, cild 1, səh. 125

Məqalə 421 dəfə oxundu
 

Məqaləyə münasibətiniz:
Adınız:
Soyadınız:
Email
Münasibətiniz:
 
Əsas səhifəyə keçid Seçilmışlərə əlavə et Start səhifəsi et
 
 
 
 
Günün şüarı
 
Müstəqil, Nümunəvi, Sosialist Azərbaycan uğrunda!
 
 
 
 
 
 
 
Şəxsiyyətlər
 
Fridrix Engels
 
 
 
 
 
 
Videoarxiv
 
 
Audioarxiv
 
 
Fotoarxiv
 
 
Xəbər arxivi
 
<<< 2010 >>>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 
 
 
Qarabağı unutma!
 
 

Xocəvənd

Xankəndi  

Xocalı  

Şuşa

Laçın

Kəlbəcər

Ağdərə

Ağdam

Cəbrayıl

Füzuli

Qubadlı

Zəngilan

18/11/1991

26/12/1991

26/02/1992

08/05/1992

17/05/1992

02/04/1993

07/07/1993

23/07/1993

23/08/1993

23/08/1993

31/08/1993

29/10/1993

 
 
 
 
Saytı hazırladı: -= Elsən Quliyev (Bakı,Azərbaycan) =-  E-mail: e5-q5@rambler.ru;