Azəri   Русский   English   Bütün ölkələrin proletarları, birləşin! Bizimlə əlaqə: email:info@kommunist.az; tel:(+994 55) 730 09 13;  
Şəxsiyyətlər
Mehdi Hüseynzadə   
Babək Xurrəmi   
Fridrix Engels   
Karl Marks   
Nəriman Nərimanov   
Çingiz İldırım   
Xəbərlər
Tədbirlər   
Daxili   
Media
Kominform   
Qırmızı tribuna   
Çağırış
Haqqında
Məqalələr
Partiyamız
Proqramı   
Proqramın izahı   
Qırmızı arxiv   
Tarixi   
Mövqe   
Müraciət   
Aprel İnqilabı   
Kitabxana
Klassiklər
Aze
Rus
Müasirlər   
Bədii   
Kommunar nəşriyyatı   
Əlaqələr
Çe fan klubu   
AUSF   
YNAK Gənclər təşkilatı   
ÜDGİ   
Solidnet   
Sol mədəniyyət
Məlumat   
Videolar   
Audiolar   
Seçmələr
M.Ə.Sabir
Məqalələr   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Axtarış
 
 
 
 
 
 
 
Xəbərlərə abunə olun
 
 
 
 
 
YNKAP-yə üzvlük
 
 
 
 
 
 
 

Partiyamız -> Proqramın izahı
10/04/2009 (11:12)
Yeni Nəsil Azərbaycan Kommunist Partiyasının proqramının izahı
Sosial islahatlar heç zaman güclülərin zəifliyindən irəli gəlmir,
bunlar zəiflərin gücündən doğmalıdır və doğacaqdır.

Karl Marks


   Hörmətli həmvətənlər!
    Bizim sizə kitab şəklində təqdim etdiyimizYeni Nəsil Azərbaycan Kommunist Partiyasının proqramının izahı 2008-ci ilə qədər olan fakt və rəqəmlər əsasında tərtib olunmuşdur. Heç şübhəsiz ki, növbəti illərdə siz nisbətən dəyişmiş rəqəmlərin şahidi olacaqsınız. Amma bu heç də sənin həyatının dəyişməsi anlamına gəlməyəcək.
    Rəqəmlər, «statistika möcüzəsi» sürəkli olaraq hər il dəyişə bilər, amma əmin ol ki, dəyişməyəcək bir şey olacaqsa, o da sənin sosial hüquqsuzluğun, təminatsız həyatın və əzablı taleyin olacaq. Mövcud kapitalist rejim zənginlərin sərvətinin milyardlıq şkalalarla artmasını ümumilikdə guya milli səviyyədə sosial rifahın göstəricisi kimi sizlərə sırımağa çalişacaqdır
    Reallıqda isə əgər bu gün ölkə iqtisadiyyatının 70-75%-i əcnəbi kapitalistlərin cibinə işəyirsə, ən böyük neft, qızıl, aliminium, filiz yataqları xarici şirkətlərin nəzarətindədirsə, əgər 2008-ci ildə orta hesabla 32 milyard dollarlıq Azərbaycan nefti çıxarılıb satılacaqsa və bundan ancaq 3-5 milyard dolları Azərbaycanın Neft Fonduna çatacaqsa, bu o deməkdir ki, ölkə neftindən gələn gəlirin təqribən 80%-i xarici ağaların bank hesablarına, yerdə qalanı isə korrupsioner oliqarxiyanın cibinə axacaqdır. Deməli sənin nəsibin qul kimi işləmək, əzablarının müqabilində qəpik-quruş, yığın-yığın sosial problemlər qazanmaq olacaqdır.
    Müdriklər yaxşı deyib: «Hansı xalq etiraz etmirsə, yalnız onu əsarət altına almaq olar!»
    Əzablarının səbəbi susqunluğundursa, qurtuluşunun yeganə yolu mübarizəndir!
   
    Yeni Nəsil Azərbaycan Kommunist Partiyasının proqramının izahı
    Yeni Nəsil Azərbaycan Kommunist Partiyasının proqramı ümumi icmaldan və üç hissədən ibarətdir.
    Ümumi icmal – son 10-15 il ərzində planetdə cərəyan edən siyasi proseslərə ümumi münasibətdən ibarətdir. Ümumi icmalda Şərq blokunun, yəni sosialist düşərgənin çöküşü ancaq xarici amillə, dollar ekspansiyası ilə izah edilsə də, əslində səbəblər çoxcəhətli və xeyli mürəkkəbdir. Belə ki, Şərq blokunun dağılmasında daxili və subyektiv amillər heç də kapital ekspansiya siyasətindən az rol oynamamışdır. Sosializm quruculuğunda komminist ideologiyasının prinsip və müddəalarının pozulması, Engelsin dediyi «inqilab hər şeydən əvvəl demokratik quruluşu bərqərar edəcəkdir» fikrinin əvəzinə təkpartiyalı, əvvəlcə totalitar, daha sonra isə inzibati amirlik siyasi idarəetmə sisteminin tətbiqi, sosialist təsərrüfat idarəçiliyinin ictimai nəzarət və ictimai idarə prinsiplərinə yox, məmur bürokratik aparatına (qeyri-şəffaf, süründürməçi, təkrarçı, vəzifə məsuliyyətsizliyi yaradan inzibati amirlik metodu) əsaslanması, həmkarlar ittifaqının müstəqil ictimai nəzarət orqanından adi dövlət məmur ştatına çevrilməsi, ictimaiyyətçi partiyaların sağlam siyasi rəqabətinə əsaslanan çox partiyalı sistem əvəzinə təkpartiyalılıq prinsipinin bərqərar edilməsi sosialist sisteminin tənəzzülünü şərtləndirən daxili amillərdən sadəcə bir neçəsiydi. İnzibati amirlik sosializminin çöküşündə heç şübhəsiz ki, subyektiv amillərin də rolu kifayət qədər böyük olmuşdur. Sovet İttifaqı idarəçilik olimpinə qərb ölkələrində işləmiş və ələ alınmış, düşüncə tərzi etibarıyla artıq liberallaşmış şəxslərin gətirilməsi, mister konvertinq (qərbdə Qorbaçovu konvertdə rüşvət aldığına görə belə adlandırırlar) qərb ölkə rəhbərlərindən milyonlarla dollar rüşvət alması və bu şəxsi cah-cəlal hesabına kommunist maraqlarını satması subyektiv amillərdən ən başlıcasıdır. Məsələn, Qorbaçov 1991-ci ildə Yaponiyaya rəsmi səfərdən qayıdarkən yolüstü Cənubi Koreyanın hərbi hava limanlarından birinə eniş etmiş və burada Koreya prezidenti ilə görüşmüşdür. Prezident görüş zamanı Qorbaçova bir ədəd konvert bağışlayır, hansıki onun içində 100 min dollarlıq çek olmuşdur1. Sovet insanının heç vaxt xəyalına belə gətirə bilməyəcəyi bu qiqant çeklər «Mister Konvertinqə» SSRİ-də süni iqtisadi böhranlar törətmək, ölkənin iqtisadi və hərbi qüdrətini bilərəkdən məqsədli surətdə tənəzzülə uğratmaq, bununla da Sovet İttifaqını çökdürmək qarşılığında verilirdi. Vilnüsdə, Bakıda, Tiflisdə törədilən qırğınlar isə ittifaqı qoruyub saxlamağa yox, xalqla hakimiyyət arasındakı ipləri qoparmağa, insanları mövcud quruluşdan çirgitməyə hesablanmışdır. Bu xəyanətlərin müqabilində o milyonlarla dollar sərvət qazandı, Nobel sülh mükafatıyla mükafatlandırıldı1.
    Təəccüblü deyilmi, xalqını qanına qəltan etmiş bir cəllada Nobel sülh mükafatını tribunalarda humanizm və azadlıq qışqırmaqdan dilləri qabar olmuş «qərb demokratları» vermişdirlər? Səbəb aydındır. Cəllada belə sülh mükafatı vermək olar, yetərki Sovet İttifaqını dağıtsın. Göründüyü kimi, inzibati amirlik sosializminin dağılmasını şərtləndirən səbəblər olduqca müxtəlif, amma bir-biriylə sıx bağlılığı olan, biri-birini törədən amillərdən ibarət olmuşdur. İnzibati amirlik sistemi bir və ya bir qrup şəxsin böyük bir sistemin taleyinə təkbaşına qərar vermək şəraiti yaratmış, xarici «kapital cəngavərləri» isə bu amildən məharətlə istifadə etmişdirlər.
    Şərq blokunun süqutu Amerika başda olmaqla kapitalist qərbi təkqütblü dünyanın jandarmına çevirmişdir. İndi Amerika nə istəyirsə, onu da edir. Bir vaxtlar kommunist cəbhəsini parçalamaq üçün kiçik «milli» dövlətlər kartından istifadə edən ABŞ bu gün ekspansiya siyasətinin növbəti dalğasına, Şərq blokunun dağılmasından yaranan kiçik «milli» dövlətləri udub öz siyasətindən asılı salmaq ssenarisinə start vermişdir. Gürcüstanda, Ukraynada baş verən, yaxın vaxtlarda Rusiyada da baş verməsi planlaşdırılan məxməri çevrilişlər bu dollar ekspansiyasının sadəcə təzahürləridir.
    Heç şübhəsiz ki, qərb kapitalının maraqları üçün hesablanmış bu tip ekspansiya siyasətləri Azərbaycanın da suverenliyini təhtid etməyə bilməz. Avropa Birliyi, NATO-ya inteqrasiya adı altında yönləndirilən proseslər əslində kapital ekspansiyasının bir göstəricisidir, hansıki konturları qərb dövlətlərinin beyin mərkəzlərində cızılır. Xaricdən maliyyə yardımı alan saysız-hesabsız QHT-lər və bir çox siyasi partiyalar məhz bu murdar ekspansiya siyasətinin yerli icraçılarına çevrilmişdirlər. Küllü miqdarda pul buraxıb dövlətlərin daxilində muzdlu müxalifət formalaşdırmaq, sonra isə onlara hər cür dəstək verməklə hakimiyyətə gətirmək və bununla da qərb kapitalının maraqlarına uyğun, Amerika və onun Avropalı əlaltılarına müticəsinə xidmət edən oyuncaq rejimlər formalaşdırmaq – demokratiya pərdəsinə bürünmüş imperializmin gerçək siması budur. İndi demokratiya bir siyasi dəyər olmaqdan çıxmış və çox təhlükəli müharibə formasına çevrilmişdir. Demokratiya ixrac etməklə ölkələri pul gücünə ələ keçirmək müasir qərb siyasətinin əsas xüsusiyyətidir.
    Son vaxtlar kütləvi informasiya vasitələrində, elmi ədəbiyyatlarda sürəkli olaraq məqsədli şəkildə belə bir yanlış fikir təbliğ olunur ki, ğuya soyuq müharibənin başa çatmasıyla əslində sinfi mübarizə erası başa çatmış və onu sivilizasiyaların, mədəniyyətlərin mübarizəsi əvəz etmişdir; xristian-islam və s. guya bu qəbildəndir. Əslində isə beynəlxalq münasibətlərə milli, dini, mədəni rənglər verilə bilər, bu rənglərin arxasında isə hökmən qərb kapitalının qabaran iştahası yatmaqdadır. Ekspertlər ancaq zahiri cəhətlərlə oynamaqdadırlar, ona görə də bu aldadıcı zahiri cəhətlər arxasındakı sinfi mübarizə amilini görə bilmirlər. Məsələ burasındadır ki, dünyada kapitalistləşmə prosesi hələ tam başa çatmayıb. Məsələn, şərq ölkələrində hələ də orta əsr feodal-islam ideologiyası və monarxiya quruluşu, ailə sülalələrinin bir-birini əvəz etdiyi avtoritar rejimlər hökmranlıq etməkdədir. Qərb kapitalistləri isə bu ölkələrin liberallaşma müddətini başa çatdırmaq və kapitalın qeyri-məhdud hakimiyyətini bərqərar edə biləcək respublika quruluşunu həyata keçirməyə çalışırlar. Bu isə öz növbəsində xristian-islam qarşıdurması kimi görünür, əslində isə söhbət kapitalist münasibətlər sisteminin və onun liberal dünyagörüşünün bütün planetə şəksiz hökmranlığından gedir. Heç təəccüblü deyil ki, bu gün qərbdə xristian mədəniyyəti ancaq monastr divarları daxilində mövcuddur, qərb həyatının ritmləri isə kapitalizmin liberal dəyərləriylə döyünür.
    Eyni kapital ekspansiya siyasəti, amma bir az fərqli çalarlarla postsosialist ölkələrinə, o cümlədən Azərbaycan Respublikasına qarşı yeridilməkdədir. Burada isə məqsəd təbiiki feodal-islam ideologiyasına qarşı mübarizədən yox, sosialist təminat sisteminin, sosialist dövlət modelinin (vətəndaşın əmək təminatından tutmuş pulsuz mənzil təminatınadək bütün tələbatlarını ödəməkdə birbaşa məsuliyyət, öhdəlik daşıyan dövlətçilik forması) ləğvindən, bunun əvəzində isə bütün yükü vətəndaşların çiyninə qoyan, vətəndaş qarşısında birbaşa məsuliyyətdən azad edilmiş, kapitalın adicə natoriat kontoru vəzifəsini icra edən, qərbin çıxarlarına müti oyuncaq burjua dövlət maşınının bərqərar edilməsindən ibarətdir.
    Son 15 illik Azərbaycan tarixinə nəzər salsaq biz bu ekspansiya siyasətini bütün çılpaqlığıyla müşahidə edə bilərik.Məhz YNAKP proqramının 1-ci fəsli azərbaycanda kapitalizmin inkişaf xüsusiyyətlərindən bəhs edir. Qərbin imperialist dairələrinin yuxarıdan təzyiq yoluyla Azərbaycyn xalqına sırıdıqları ekspansiv kapitalist mədəniyyəti cəmi 6 il ərzində ölkə iqtisadiyyatının demək olar ki, 43-nü tənəzzülə uğratdı. Azərbaycan Xalq Cəbhəsinin kapitalist bazar iqtisadiyyatına keçid mərhələsi tam bir fiaskoyla nəticələndi. Ölkədəki iqtisadi şəraitin düzgün qiymətləndirilməməsi, birdən-birə sərbəst qiymət siyasətinin tətbiqi əmanət banklarında toplanmış 70 illik sərvəti qısa bir zaman içərisində dəyərsiz kağız parçasına çevirdi. Əhalinin banklardakı 6,2 milyard rublluq əmanəti 15 il ərzində (1991-2005) 30 min dəfədən çox inflyasiyaya məruz qalaraq real alıcılıq qabiliyyətini tamamilə itirdi. Təkcə 1992-ci ilin ortasından 1993-cü ilin ortasınadək ölkədəki inflyasiya 1400% olmuşdur ki, bu da bəşəriyyət tarixində misli görünməmiş sosial faciə idi. Beləliklə də Azərbaycanda kapitalizmin «memarları» xalqın 70 illik sərvətini qısa zaman ərzində inflyasiya canavarına yem etdilər. İndi bu «xidmətləri» müqabilində onlara abidələr qoyulur, adları əbədiləşdirilir. Kimisinə Azərbaycan istiqlalının «atası», kimisinə isə «baba» deyirlər.
    Azərbaycanda Sosialist Respublikanın süqutundan ötən 15 il ərzində milli xəyanət hökumətlərinin hakimiyyəti ölkə iqtisadiyyatına təqribən yarım trilyon (500 milyard) dollar ziyan vurmuşdur. Başqa sözlə, cərimə və xalqa cəza hökumətlərinin hakimiyyətinin hər ili Azərbaycan iqtisadiyyatı orta hesabla 30 milyard dollar pul itirib.
    Gəlin konkret faktlara müraciət edək. Azərbaycan Sovet Sosialist Respublikası 1990-cı ildə 12,3 milyard rublluq təkcə sənaye məhsulu istehsal etmişdir. Əgər indiki qiymətlərlə hesablasaq heç şübhəsiz ki, bu azı 15-20 milyard dollarlıq sənaye məhsulu deməkdir. Həm də nəzərə alın ki, həmən dövrdə ölkədə siyasi vəziyyət çox gərgin idi və ölkə iqtisadiyyatı demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Buna baxmayaraq indiki qiymətlərlə hesablasaq 15-20 milyard dollarlıq, həmən dövrün qiymətləriylə Sosialist Respublikada 12,3 milyard rublluq sənaye məhsulu istehsal olunurdu. 90-cı illərin ortalarında isə hələ sənaye məhsulu bir tərəfə qalsın, Respublikanın bütövlükdə illik ümumi milli məhsul istehsalı cəmi yarım milyard dollar təşkil etmişdir. 1999-cu ildə isə ölkədə cəmi 1,9 milyard dollar ümumi milli məhsul istehsal olunmuşdur.
    Bədnam 3-cü Respublikanın cinayətləri təkcə bununla yekunlaşmır. Gəlin daha bir neçə fakta müraciət edək. Məlumdur ki, Azərbaycanda Sosialist Respublika elan edildikdən 14 il sonra Sumqayıt kimi nəhəng iqtisadi mərkəzin əsası qoyuldu. Kommunistlər yoxluq və yoxsulluqdan belə bir sənaye nəhəngi yaratdılar. Təkcə onu xatırlatmaq kifayətdir ki, Sumqayıt şəhəri Sovet İttifaqı miqyasında istehsal olunan yuyucu-təmizləyici məhlulların 70%-ni verirdi. Bir tək boruyayma zavodunda 12 min nəfər işçi çalışırdı. İndi isə bu göstəricilərin heç birindən əsər-əlamət belə qalmayıb. 25 il bundan əvvəl Azərbaycan Sosialist Respublikasının illik ümum daxili məhsul istehsalının təkbaşına 15%-ni hasil edən şəhər bu gün özünün tənəzzül mərhələsini yaşayır. Beləki Sosialist Respublika zamanı ildə 3 milyard rublluq məhsul istehsal edən şəhər, bu gün bundan 4 dəfə az cəmi 700 milyon dollarlıq məhsul istehsal edə bilir2. Bu isə o deməkdir ki, təkcə Sumqayıt şəhərinin sənaye potensilanın məhv edilməsi son 15 ildə ölkə iqtisadiyyatına ən azı 45-50 milyard dollar ziyan vurmuşdur. Əgər buraya inflyasiya amilini və 15 illik potensial inkişaf faizlərini də əlavə etsək, iqtisadi zərərin 100 milyard dolları haqlayacağı şübhəsizdir. Ən adi hesablamalar belə göstərir ki, əgər Azərbaycan Sosialist Respublika zamanındakı iqtisadi inkişaf tempini son 15 il ərzində qoruyub saxlaya bilsəydi, onda indiki dövlət büdcəmiz 4-5 milyard dollar yox, 15-20 milyard dollar, ümumi daxili məhsul istehsalımız isə 17 milyard dollar (2006-cı il) yox, 70-80 milyard dollar ola bilərdi.
    Sosialist Respublika zamanı Azərbaycan hər il 3 milyard dollar dəyərində tekstil məhsulu ixrac edirdi. Sosialist təsərrüfatçılığının dağıdılıb talan edilməsi belə bir gəlirli sektorunda tam fiaskosuyla nəticələndi. Yekunda təkcə tekstil sektorunun çöküşündən ölkə iqtisadiyyatı son 15 ildə 50-100 milyard dollar vəsait itirdi.
    Sosialist Respublika dövründə Bakı Kondinsionerləri zavodu ildə 400 min ədəd kondinsioner satdığı halda, bu gün bu göstərici 1000 dəfə az, cəmi 400 ədəd təşkil etməkdədir. Başqa sözlə, faktiki olaraq bu qiqant müəssisə öz fəaliyyətini dayandırıb ki, bu da hər il ölkə iqtisadiyyatının təxminən 100-150 milyon dollar vəsait itirməsi deməkdir. Sosialist təsərrüfat sisteminin məhvi ölkə iqtisadiyyatının çökməsiylə yanaşı ölkədə kütləvi işsizliklə də nəticələnmişdi ki, bu da sənaye sahəsində çalışan fəhlələrin sayında daha qabarıq nəzərə çarpır. Beləki hələ keçən əsrin 20-30-cu illərində sosialist sənayeləşmə dövründə sənaye fəhlələrinin sayı artaraq 47 mindən 208 min nəfərə çatdırıldığı halda, 70-80 il sonra indiki dövrdə sənaye sektorunda çalışanların sayı nəinki artmamış, əksinə azalmışdır. Dövlət Statistika Komitəsinin 2006-cı ilin əvvəlinə olan rəsmi məlumatına görə hazırda Azərbaycanda sənaye işçilərinin sayı 160 min nəfrdir ki, bu da 75 il əvvəlki göstəriciylə müqayisədə 48 min nəfər azdır. Əgər biz indi sənayedə çalışanların sayını 15 il bundan əvvəlin göstəriciləriylə müqayisə etsək onda fərqin daha çox böyük olduğunu görərik. Məsələn, Sosialist Respublikanın süqutu ərəfəsində, daha konkret desək 1990-cı ildə Azərbaycanda fəhlələrin sayı 1 milyon 450 min nəfər idisə, bu gün bu göstərici əvvəl də qeyd etdiyimiz kimi cəmi 160 min nəfər, yəni Sovet dövrüylə müqayisədə 10 dəfə (1 milyon 290 min nəfər) daha azdır. Burada diqqət yetiriləcək bir digər məqamsa ondan ibarətdir ki, hazırda sənaye işçilərinin az qala yarısı ancaq neft sektorunda çalışanların payına düşür. Deməli neft amilini çıxdığımız təqdirdə sənaye çalışanlarının sayı 95 min nəfər təşkil etmiş olar ki, bu da Sosialist Respublika dövrüylə müqayisədə 15 dəfə daha az sənaye işçisi deməkdir. Bu həm də son 15 il ərzində Azərbaycan sənayesinin necə kiçildiyinin göstəricisidir.
    Sənaye işçilərinin belə kəskin surətdə azalmasının səbəbi isə sənayedə müasir texnologiyaların tətbiqi yox, son 15 ildə sosialist iqtisadiyyatının dağadılmasına yönəldilmiş «talan müharibəsi»dir. Məsələn, elementar bir fakta müraciət edək. Kommunistlərin hakimiyyəti zamanında Sumqayıt Boru Prokat zavodunda 5 min nəfər işçi çalışdığı halda, bu gün 15 il sonra həmin zavodda cəmi bir sex, orada isə cəmi 300 nəfər işçi çalışmaqdadır. Kommunistlərin hakimiyyəti zamanı Azərbaycanın neft maşınqayırma sektorunda 50 min nəfər çalışırdısa, bu gün bu göstərici 10 dəfə daha az, cəmi 4-5 min nəfər təşkil etməkdədir. Belə müəssisələr isə yüzlərlədir.
    1985-ci ildə Azərbaycanda sənaye istehsalının 42%-i regionların payına düşdüyü halda, indi regionların nəinki sənaye istehsalında, hətta ümumi daxili məhsul istehsalında payı 15%-dən yuxarı deyil.Sosialist iqtisadiyyatının cinayətkarcasına dağıdılıb talan olunması özünün bir digər sübutunu kənd təsərrüfatı sektorundakı acınacaqlı vəziyyətdə də göstərməkdədir. Cərimə və xalqa cəza hökumətləri əhalini aldadaraq inandırmağa çalışırdılar ki, aparılan aqrar islahatlar guya qeyri-məhsuldar kolxoz-sovxoz təsərrüfatından məhsuldar fermer təsərrüfatına keçmək məqsədiylə aparılır. Gəlin konkret faktlara müraciət etməklə baxaq görək bu fırıldaq dahiləri kolxozları məhv etdikdən sonra hansı «məhsuldarlığa» nail olublar.
    2006-cı ilin əvvəlinə olan rəsmi dövlət statistikasına görə 2005-ci ildə Azərbaycanda pambıq istehsalı cəmi 197 min ton təşkil etmişdir. Halbuki hələ Sosialist Respublika dönəmində 50 il bundan əvvəl belə indikindən 2 dəfədən də çox , 420 min ton pambıq tədarük edilirdi. Həmən dövrdə pambığın hər hektar üçün məhsuldarlığı 22 sentner təşkil etdiyi halda, bu gün bu göstərici cəmi 16 sentner təşkil etməkdədir. Deməli bu gün ölkə nəinki pambığın həcminə görə, hətta hər hektara düşən məhsuldarlığa görə də 50 il əvvəlki səviyyədən geridə qalır. 20 il bundan öncə 1986-cı ildə Azərbaycan Sosialist Respublikası 800 min tona yaxın (783,7 min ton) pambıq tədarük etmişdir ki, bu da indiki göstəricidən 4 dəfə çoxdur.
    Üzümçülük sahəsinə gəlin müraciət edək. 1986-cı ildə Azərbaycan Sosialist Respublikasında 1,5 milyon ton (1 milyon 538,9 min ton) üzüm tədarük edildiyi halda 2005-ci ildə cəmi 82 min ton, yəni 20 il əvvəlkiylə müqayisədə düz 19 dəfə az məhsul tədarük edilmişdir.
    Eyni acınacaqlı hal gülçülük sektorunda da yaşanmaqdadır. Sosialist Respublika zamanı Azərbaycanda (Zaqatala) 250-300 hektarda qızılgül plantasiyaları mövcud idisə, bu gün bu cəmi 25 hektar, yəni Sovet dövrüylə müqayisədə 10 dəfə daha az təşkil etməkdədir. İndi gülçülük plantasiyalarında alaq otları bitir. Nəticədə belə gəlirli və əla bazarı mövcud olan bir sektor əlimizdən çıxmışdır.
    Daha dramatik vəziyyət ipəkçilik sektoruna aiddir. Beləki Azərbaycan barama istehsalına görə Sovet İttifaqında Özbəkstandan sonra 2-ci, yetişdirilən baramanın keyfiyyətinə görə isə 1-ci olmuşdur. Sosialist Respublika dönəmində Azərbaycanda hər il 6 min ton barama yetişdirildiyi halda 2005-ci ildə bu göstərici 73 dəfə daha az, cəmi 82 ton təşkil etmişdir, hansıki bu göstərici hətta 2004-cü ilin səviyyəsindən belə 27,2% azdır.
    Sosialist Respublika dönəmində, daha dəqiq desək 1986-cı ildə 34 min hektarda çay kolları əkilib, buradan da 32,7 min ton çay yarpağı yığılırdısa, bu gün cəmi 3 min hektarda çay kolu saxlanılıb və oradan da ildə 1 min ton, yəni 20 il əvvəlki dövrlə müqayisədə 33 dəfə daha az məhsul tədarük olunub. 31 hektar çay plantasiyası məhv edilərək malqara tapdağına çevrilib. Bu isə indiki qiymətlərlə ölkə iqtisadiyyatına hər il təxminən 100 milyon dollar civarında ziyan vurur.
    Yaxın illərdə çayçılığın dirçəldilməsindən isə heç danışmağa da dəyməz. Milli xəyanət hökumətinin planına görə 2015-ci ilə kimi çay plantasiyalarının sahəsi 5 min hektara çatdırılacaq ki, bu da Sovet dövrüylə müqayisədə yenə də 7 dəfə azdır. Deməli hələ uzun illər Azərbaycan çaya olan tələbatını idxal yoluyla təmin etməli olacaqdır.
    Bənzər tənəzzül epopeyası tütnçülük sektorunda da müşahidə olunmaqdadır. Beləki Sosialist Respublika hakimiyyəti zamanı (1986-cı il) Azərbaycanda hər il 65 min ton tütün tədarük edilirdisə, 20 il sonra, 2005-ci ildə bu göstərici az qala 10 dəfə az, cəmi 7 min ton, 2006-cı ildə isə daha 2,5 min ton azalaraq cəmi 4,5 min ton təşkil etmişdir. Yəni Sovet dövrüylə müqayisədə 15 dəfə daha az.
    Ona görə yox ki, siqaret çəkənlərin sayı azalıb, əksinə, bu zərərli vərdiş daha da artaraq məktəblilər və qadınlar arasında da geniş yayılıb. Deməli tütün istehsalı azalsa da tütün istehlakı aprtıb. Bəs artan istehlak hansı məhsulun hesabına ödənir? Təbiiki xaricdən gətirilən tütün məhsullarının hesabına. Deməli nəticədə ölkə iqtisadiyyatı hər il 100 milyon dollardan çox pul itirir. Bu isə 15 il ərzində toplam olaraq 1,5 milyard dollar vəsait deməkdir. İndi ölkədə tütün istehsalı hətta 1940-cı ildəki göstəricilərdən də aşağı səviyyədədir.
    Son dövrlər tənəzzülə ugradılmış bir digər sahə donuzçuluqdur. Müqayisə üçün deyək ki, 1989-cu ildə Azərbaycanda 232 min baş donuz saxlanırdısa və bu göstəriciyə görə respublikamız Sovet İttifaqında ancaq Moldovadan geridə qalırdısa, bu gün ferma şəraitində donuzçuluq ümumiyyətlə mövcud deyil, saxlanan 29 min baş donuz isə ancaq əhalinin həyətyanı sahələrinin payına düşür3. Deməli Sovet dövrüylə müqayisədə donuzçuluq sahəsində 11 dəfədən çox azalma müşahidə olunmaqdadır.
    Halbuki donuzçuluq heyvandarlıq sahəsində ən rentabelli (gəlirli) sahələrdən hesab olunur. Bir donuz ildə 5-6 ton ət verir və olduqca artımlı heyvan hesab olunur. Donuzçuluğun tənəzzülündə ölkə iqtisadiyyatı hər il milyonlarla dollar pul itirir. Əhalinin tələbatı isə idxal hesabına ödənir. Beləki ölkə hər il xaricdən 800-900 ton donuz piyi və donuz içi almaq məcburiyyətində qalır. Sosialist Respublika dönəmində isə biz almırdıq, satırdıq, həm də yaxşı qazanırdıq. İndi Avropada bu sektor üçün əla bazar var, amma təəssüflər ki, satacaq məhsulumuz yoxdur.
    Azərbaycanda Sosialist Respublikanın süqutuna qədər 25 min hektar zeytun bağları mövcud olmuşdur. Bu gün isə zeytun bağlarının sahəsi 16 dəfə azalaraq cəmi 1,5 min hektar təşkil etməkdədir. Milli xəyanət hökumətlərinin hakimiyyətləri zamanı 23,5 min hektar zeytunluq qırılıb məhv edilmiş, yerində isə restoranlar, villalar tikilmişdir. Nəticədə ölkə əhalisi bu gün zeytun yağını xaricdən idxal etmək məcburiyyətində qalmışdır.
    Təkcə Fatmayi kəndində 34 hektar badam bağı məhv edilib. Badam yağını isə indi Türkiyə və Ukraynadan idxal etməli oluruq.
    Cərimə və xalqa cəza hökumətlərinin talançı siyasətindən Quba bağları da öz nəsibini alıb. Kommunistlərin hakimiyyəti zamanı Qubada 20 min hektar meyvə bağı mövcud olduğu halda, son 15 il ərzində (1991-2006) 9 min hektar meyvə bağı məhv edildi. Bu isə o deməkdir ki, Qubadakı meyvə bağlarının 40%-i qırılıb məhv edilmişdir. Hələ 1993-cü ilin may ayının 25-də AXC-Müsavat iqtidarı zamanı dövlət katibi vəzifəsini icra edən Əli Kərimov prezidentin icra aparatında keçirilən müşavirə zamanı etiraf edirdi ki, «bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iri buynuzlu mal-qarası, minlərlə texnikası və maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə xaricə keçirilir. Bu, respublikanın iqtisadiyyatına sarsıdıcı zərbə vurur»4.
    Bəli, bu sarsıdıcı zərbə özünü rəqəmlərin müqayisəsində daha qabarıq göstərir. Beləki 20 il bundan öncə, yəni 1986-cı ildə Azərbaycan Sosialist Respublikası 4 milyard rublluq kənd təsərrüfatı məhsulu istehsal etdiyi halda, hansıki bu indiki qiymətlərlə hesabladıqda azı 8-10 milyard dollarlıq məhsul deməkdir, 2005-ci ildə ölkədə cəmi 1,6 milyard dollarlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da Sovet dövrüylə müqayisədə 3 dəfə, indiki qiymətlərlə nəzərə aldıqda isə 5-6 dəfə az məhsul istehsalı deməkdir.
    Hətta 90-cı illərdə Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalı illik bir neçə yüz milyon dollar səviyyəsinə qədər geriləmişdi.
    Burada bir məqama da diqqət yetirmək çox vacibdir. Bu məqam isə ondan ibarətdir ki, Sosialist Respublikanın süqutu ərəfəsində Azərbaycanda təqribən 325 min nəfər kolxozçu vardı və onlar 4 milyard rublluq kənd təsərrüfatı məhsulu istehsal edirdilər. Yəni hər kolxozçuya orta hesbla12 min 300 rublluq məhsul istehsalı düşürdü. Bu gün isə ölkədə torpaqlar 750 min ailə arasında bölünüb ki, deməli kənd təsərrüfatında ən azı 750 min insan çalışır və onlar cəmi 1,6 milyard dollarlıq aqrar məhsul istehsal edirlər. Bu isə adambaşına cəmi 2 min dollar, yəni Sosialist Respublika dövrüylə müqayisədə ən azı 6 dəfə daha az kənd təsərrüfatı məhsulu istehsalı deməkdir. Başqa sözlə, son 15 il ərzində kənd təsərrüfatı sektorunda işçibaşına düşən məhsuldarlıq təqribən 6 dəfə azalıb. Bunun bir səbəbi də ondan ibarətdir ki, Sosialist Respublikanın süqutundan ötən 15 il ərzində ölkədəki əkinə yararlı torpaq sahələri bir dəfə də olsun gübrələnməmiş, nəticədə isə torpaq taqətdən düşmüş, məhsuldarlıq kəskin azalmışdır və yalnız indi-indi dövlət torpaqların gübrələnməsi barədə düşünməyə başlamışdır. 2006-cı ildə dövlət xəttiylə ölkəyə cəmi 21 min ton fosfor gübrəsi gətirilmişdir ki, bu da Sosialist Respublika dövrüylə müqayisədə 29 dəfə azdır. 20 il öncə bu göstərici illik 600 min ton təşkil edirdi.
    Bütün bu faktları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, əgər Azərbaycan Sosialist Respublika dövründə yaradılmış iqtisadi potensialını və ınkişaf tempini qoruyub inkişaf etdirə bilsəydi, onda bu gün kənd təsərrüfatında illik məhsul istehsalı cəmi 1,6-1,7 milyard dollar yox, bundan azı 10-15 dəfə çox, yəni illik 10-15 milyard dollarlıq aqrar məhsul istehsal edə bilərdi. Bu isə o deməkdir ki, kolxozların dağıdılması ölkə iqtisadiyyatına hər il orta hesabla 10 milyard, 15 il ərzində isə toplam150 milyard dollar ziyan vurmuşdur. Müqayisə üçün deyək ki, bu Azərbaycanın yaxın 20 il ərzində «əsrin müqaviləsindən» götürmüş olacağı neft gəlirlərinin toplam məbləğiylə müqayisə oluna biləcək qədər böyük vəsaitdir. Ümumilikdə isə sosialist təsərrüfatının dağılmasının ölkə iqtisadiyyatına vurduğu 15 illik ziyansa Azərbaycanın 25 il ərzindəki toplam neft gəlirindən 2-3 dəfə daha böyük vəsait etməkdədir.
    İndi əminliklə demək olar ki, vurulmuş bu iqtisadi ziyan Azərbaycan dövlətinin inkişafını ən azı 50 il geri salmışdır və biz bundan sonra hələ uzn on illiklər bu tarixi cinayətkarlığın təsirini öz həyatımızda hiss edəcəyik.
    Bəli, indiyə qədər sadalanan bu faktlar bir xalqın rəqəmlərdə əks olunmuş faciəsidir. 70 ildə qurulub yaradılmış sosialist iqtisadiyyatını bir neçə ilin içərisində elə dağıdıb məhv etdilər ki, bundan sonra belə bir iqtisadiyyatı qurub yaratmaq üçn daha 70 il çalışmalı olacağıq. Yarım trilyon dolları haqlamış 15 illik iqtisadi zərər bir daha göstərir ki, «milli xəyanət hökumətlərinin faydalı iş əmsalı «yüksək» olmuşdur. Belə bir misli görünməmiş cinayətkarlıq hadisəsindən sonra onlar nəinki ölkəni idarə etməyə, heç bu ölkədə yaşamağa da layiq deyillər.
    Bu tarixi cinayətkarlığın nəticəsiydi ki, 3-cü respublikanın elan edilməsindən (18 oktyabr 1991-ci il) ötən ilk 12 il ərzində ölkədə nə bir məktəb, nə bir tək uşaq bağçası belə tikilmədi. İşsiz qalmış 2 milyon əmək qabiliyyətli insan Rusiyaya üz tutaraq «çörək mühacirinə» çevrildilər. Əks təqdirdə ölkə öz əhalisini dolandırmaq iqtidarında deyildi. Bir vaxtlar kommunistlərin hakimiyyətindən üz döndərib xaricə mühacirət etmiş bir neçə şəxsi bu gün gözümüzə soxanlar 2 milyon insanı «çörək mühacirinə» çevirib mədəni şəkildə ölkədən departasiya etdilər. Azərbaycanı Rusiyanın boyunduruğuna qoşmaqda kommunistləri ittiham edənlər özləri milyonlarla həmvətənimizi kapitalist Rusiyanın, Türkiyənin, Dubayın quldarlıq qanunlarının boyunduruğuna qoşub onları bir parça çörək üçün «işğalçı Rusiyanın» qapısına göndərdilər.
    70 il bundan öncə Qazağıstana sürgün olunmuş Azərbaycan ailələrinin həyatından həzin hekayələr danışıb, duyğu draması səhnələşdirməklə yetişən gənc nəslə «vəhşi kommunist» obrazı aşılamağa çalışan liberal demokratlar görəsən nə əcəb son 15 ildə 100 mindən çox Azərbaycan qadınının Türkiyə, Dubay və digər yaxın şərq ölkələrində qul kimi alınıb satılmalarından danışmırlar?
    Kommunistlərin qurub-yaratdıqları zavod və fabrikləri dağıdıb talan edənlər indi yüz minlərlə Azərbaycan qadınının işsizlik girdabında çapaladığından istifadə edərək ölkədə illik dövriyyəsi 100 milyonlarla dollar olan «qadın alveri» sektoru formalaşdırıblar. Nə qədər acınacaqlı olsa da 3-cü respublika elan ediləndən üzü bəri Azərbaycan Respublikası dünya bazarına mebel, elektrotexnika, maşın avadanlıqlarından daha çox qadın ixrac edib. Başqa sözlə, «qadın ixracı» elə biyabırçı həddə çatıb ki, onu bir çox sənaye mallarının ixracıyla müqayisə etmək olar. Buradan isə belə bir nəticə hasil olur ki, sosialist iqtisadiyyatının dağıdılması nəinki maddi tənəzzülə, sosialist təminat sisteminin çökməsinə, həmçinin bərpası uzun illər tələb edəcək mənəvi aşınmaya, deqradasiyaya da səbəb olmuşdur.
    Bu gün liberal demokratlar insanları ınandırmağa çalışırlar ki, Sosialist Respublikanın süqutu Azərbaycanın Rusiya işğalından azad olması və öz təbii sərvətləri üzərində söz sahibi olması deməkdir. Əslində isə Sosialist Respublikanın süqutu Azərbaycanın xarici kapital qarşısında diz çökdürülməsi demək idi. Sosialist iqtisadiyyatının bir neçə il ərzində dağıdılıb talan edilməsi ölkənin maliyyə imkanlarını heçə endirdi ki, bu da dünya imperializminin maraqlarına xidmət edirdi. Nəticədə öz büdcəsini belə formalaşdırmaq iqtidarında olmayan, iqtisadi potensialı məhv edilmiş müflis ölkə tezliklə öz ayağıyla qərb kapitalının qapısına gedib öz sərvətlərini, neftini onlara təklif etmək məcburiyyətində qaldı. 1994-cü il sentyabrın 20-də imzalanmış «əsrin cinayəti» müqaviləsiylə Azərbaycan öz nefti üzərində hakimiyyətini əbədiyyən itirdi. İndi neftin sahibi Azərbaycan hökuməti yox, anqlosaks kapitalının dominantlıq təşkil etdiyi Beynəlxalq Əməliyyat Şirkəti konsorsumdur və bu şirkət öz fəaliyyətini Azərbaycan qanunvericiliyiylə yox, dünya imperializminin iradəsiylə tənzimləyir. Beləliklə də «milli xəyanət» hökuməti bir imzayla 600-700 milyon ton nefti xarici kapitalın sərəncamına verdi. İndi hökumət fəxrlə iddia edir ki, son 14 ildə (2005-ci ilin sonuna) Azərbaycan iqtisadiyyatına 30 milyard dollar sərmayə qoyulub ki, bunun da 22 milyard dolları xarici kapitalın payına düşür. Əslində isə burada qürurlanacaq heç bir şey yoxdur. Çünki əgər əcnəbilər Azərbaycan iqtisadiyyatına 22 milyard dollar pul qoyublarsa, bu o deməkdir ki, bunun əvəzində ən azı 100 milyard dollar pul aparacaqlar. Beləki bu gün Beynəlxalq Əməliyyat Şirkəti xərclədiyi hər bir dollardan beş dollar xalis gəlir əldə edir. Deməli əcnəbilər Azərbaycanda neft sektoruna 20 milyard dollar sərmayə qoymuş olsalar, bu sərmayənin müqabilində 100 milyard dollar pul qazanmış olacaqlar. Məsələn, Türkiyənin Bakı neftində 6%-lik payı var və Türkiyənin hökumət rəsmiləri iddia edirlər ki, onlar «əsrin müqaviləsindən» 20 ildə təxminən 40 milyard dollar gəlir götürəcəklər. Əgər nəzərə alsaq ki, bunun təxminən 6 milyard dolları tranzit gəlirləridi (ildə 300 milyon dollar), deməli Bakı neftindən Türkiyənin xalis gəliri (tranzit gəlirləri xaric) ən azı 30-34 milyard dollar olacaq. Hələ bu Bakı neftindən ancaq Türkiyənin götürəcəyi gəlirdir. Nəzərə alın ki, Amerika və İngiltərənin Bakı neftindəki payı Türkiyəylə müqayisədə daha böyükdür. Demək ki, onların gəlirləri də 100 milyard dollardan aşağı olmayacaq.
    İndi sual olunur, bu qədər vəsaiti xarici kapitala yem etməyə lüzum varmıydı? Təbiiki lüzum yox idi. Amma bu «lüzumu» milli xəyanət hökuməti əcnəbilər üçün yaratdı. Necə? 70 il ərzində yaradılmış sosialist iqtisadiyyatını bir neçə il ərzində dağıdıb talan etməklə. Pusquda durmuş dünya imperializmi özünün əsrlik röyasını belə gerçəkləşdirdi. İqtisadi potensialının 75%-ni itirmiş bir ölkənin xarici kapital qarşısında diz çökməsi labüd idi.
    On il ərzində əsrin müqaviləsinin gerçəkləşməsinə təqribən 15 milyard dollar sərmayə tələb olundu. Halbuki təkcə kolxoz və sovxozların dağıdılması 15 ildə ölkə iqtisadiyyatına bundan 10 dəfə çox, 150 milyard dollar ziyan vurdu. Deməli kolxozlar dağıdılmayıb öz iqtisadi fəaliyyətini davam etdirə bilsəydi, Bakı-Tiflis-Ceyhan kimi 10 dənə layihəni maliyyələşdirmək olardı. Hələ mən ölkə iqtisadiyyatının ümumilikdə itirdiyi 100 milyardlarla dolardan danışmıram. Belə olsaydı əcnəbi kapitala 150 milyard dollar neft pulunu yedirtməyə lüzum qalmazdı. Bəli, cərimə və xalqa cəza hökumətləri 70 ildə qurulmuş bir respublikanın daşını-daş üstündə qoymamaqla ölkə iqtisadiyyatına yarım trilyon dollar iqtisadi ziyan vurmuş, daha sonra isə 100-150 milyard dollar dəyrində neft pulunu xarici kapitala yem etmiş, ən sanballı neft yataqlarını imperialist dövlətlərin nəzarətinə vermişdirlər.
    Sosialist İqtisadiyyatının talan edilməsi, Azərbaycanın iqtisadi tənəzzülü xarici kapitalın çıxarlarına uyğun gəldiyindən dünya imperializmi bu talan siyasətini nəinki izlədi, hələ üstəlik bu korrupsioner rejimləri dəstəkləməklə ona rəvc da verdi. Azərbaycan iqtisadiyyatı çökdükcə imperializmin üzündəki qırışlar düzəlirdi. Ölkənin diz çökməsi onlara sərf edirdi. Onlar çox yaxşı bilirdilər ki, Azərbaycan zəngin olduğu müddətcə imperializmin Xəzər neftindən pay alması bir xəyal olaraq qalacaq. Ona görə də Sosialist Respublikanın daşı-daş üstündə qalmamalıydı və milli xəyanət hökumətlərinin əliylə onlar 2-ci Respublikanı dəfn etməyə nail oldular. İndi Bakı nefti onlarındı. Qərarları ancaq onlar verirlər; Lord Braunlar, Devid Vudvordlar və s. Biz isə «əsrin cinayətinin» imzalandığı günü bayram edib, bizə çatacaq qəpik-quruşla səadətli gələcəyin xəyallarını qururuq. Amma bizlərdən də neft milyardlarının xəyallarını quranlar var. Hələ bir il öncə ingilis mətbuatlarının birində belə bir informasiya getmişdir ki, Əliyevlər ailəsinin neft layihələrində 2,4%-lik gizli payı mövcuddur. Bu isə hər il orta hesabla yarım milyard dollar vəsait deməkdir. Yəni 20 ildə təxminən 10-12 milyard dollar civarında qiqant bir məbləğ (Azərbaycanın hazırkı ÜDM qədər). Məsələ belə olduğu təqdirdə 20 sentyabrın («əsrin müqaviləsinin» imzalandığı gün) kimlərə və nə üçün bayram olduğu üzə çıxır.
    2025-ci ilə isə cəmi 20 il qalıb. Bu gün doğulan körpə 20 yaşına çatanda «neft mifinin» buxarlanıb yox olduğu bir Azərbaycan görəcək. 20 il sonra Azərbaycan cəmi 4-5 milyon ton neft hasil edəcəkdir ki, bununla heç öz tələbatını belə ödəyə bilməyəcək. Bax əsl mərəkə onda başlanacaq.
    Bir neçə səhifədə şərh olunan bütün bu faktlar YNAKP proqramının 1-ci fəslinin birinci bəndinin rəqəmlərin diliylə izahıydı. Hansıki həmən bənddə deyilirdi: «…Azərbaycan xalqı kapitalizmi ümumi tarixi inkişafın, təbii tarixi inkişafın doğurduğu ictimai-iqtisadi formasiya kimi yox, 1991-ci ildən üzübəri sadə xalq kütlələrinə imperialist dövlətlərin təzyiqlər yoluyla süni surətdə sırıdıqları işğalçı ekspansiv siyasətdən törəmə cinayətkarlıq nümunəsi kimi yaşamaqdadır».
    Əgər biz kapitalizmi həqiqətən də primitiv bir cəmiyyətdən mütərəqqi bir cəmiyyətə keçid forması kimi qəbul etmiş olsaydıq, onda sadaladığımız rəqəm və faktların həyatda tam əksini müşahidə etmiş olmalıydıq. Amma tam tərsinə, kapitalizmə keçid respublika iqtisadi potensialının 43-nün dağıdılıb talan edilməsi, yüz milyardlarla dollarlıq iqtisadi zərər, ölkənin neft və qızıl yataqlarının xarici kapialın əlinə keçməsiylə müşayət olundu. Əmək qabiliyyətli əhalinin yarıdan çoxu işsiz qalıb ölkəni tərk etdi, yüz minlərlə əmək qabiliyyətli insan isə hələ də işsizdir. Xalqın əmanət banklarına toplanmış 70 illik sərvəti inflyasiya canavarına yem edildi.
    Bu, sözün həqiqi mənasında tarixdə hələ analoqu olmayan sosial-iqtisadi kataklizm idı. Bütün bunlardan sonra kapitalizmin diplomlu nökərləri hələ də idia etməkdədirlər ki, Sosialist Respublikanın süqutu guya ki, təbii-tarixi inkişafın qanunauyğun nəticəsiymiş. Sən demə Azərbaycan guya 85 il bundan öncə cəmiyyətin təbii inkişaf qanunlarını pozaraq «yolunu azmış» və Sosialist Respublikanın süqutuyla isə yenidən cəmiyyət inkişafının təbii axarına qayıtmışdır. Guya ölkə artıq qeyri-səmərəli sosialist inkişaf modeliylə yaşaya bilmirdi və onun kapitalist bazar iqtisadiyyatına keçidi təbii-tarixi zərurət idi.
    Həm də bunu o adamlar iddia edirlər ki, onların qurmuş olduğu kapitalist Azərbaycan indinin özündə belə 30-40 il əvvəlki «qeyri səmərəli» kolxoz quruluşu qədər kənd təsərrüfatı məhsulu istehsal edə bilmir. Aradan 15 ilə qədər vaxt keçsə də sosialist sənayenin 20 il əvvəlki real istehsal gücündən dəfələrlə geridə qalır. İstər adambaşına düşən ümumi daxili məhsul istehsalının real miqdarına, istərsə də milli gəlirdən və büdcə gəlirlərindən adambaşına düşən paylara görə Azərbaycan hələ Sosialist Respublikanın göstəricilərinə çatmayıb (2006). Hal-hazırda ölkə əhalisinin adambaşına düşən bank əmanətlərinin məbləği Sosialist Respublika dönəmiylə müqayisədə 11-12 dəfə (nominal miqdarı) azalıb (2005).
    Azərbaycanda Sosialist Respublikanın süqutunu sosialist təsərrüfatçılığının guya «qeyri-məhsuldar» olmasıyla izah edənlər yaxşı olar ki, İvanovka kəndinin nümunəsinə nəzər salsınlar. İvanovka kəndində kolxoz quruluşunun qorunub saxlanması və uğurlu inkişafı bir daha praktiki cəhətdən hər kəsə sosialist təsərrüfatçılığının nə qədər həyat qabiliyyətli olduğunu sübüt etdi. Müqayisə üçün deyək ik, 2006-cı ilin əvvəlində Azərbaycanda orta aylıq əmək haqqı 140 dollar olduğu halda, hələ 1998-ci ildə İvanovka kəndində adambaşına düşən gəlir 150 dollar təşkil edirdi və İvanovka son 15 ildə yeganə kənd idi ki, sosial səbəblərdən bir nəfər də olsun kəndi tərk etməmiş, iqtisadi durğunluq illərində bütün respublikaya nümunə olmuşdur. Bu nümunəni bütün respublika miqyasında yaşatmış olsaydıq, heç şübhəsiz ki, indi tamam başqa bir Azərbaycan görmüş olardıq.
    Deməli bizim kapitalizm quruluşuna keçməyimiz heç də cəmiyyətin obyektiv inkişaf qanunlarından doğan tarixi zərurətin yox, qlobal miqyasda baş verən kapital-ekspansiya siyasətinin nəticəsiydi. Qərbin imperialist dairələri Sovet İttifaqının süqutunu alqışlayırdılar. Ona görə yox ki, onlar kiçik müstəqil milli dövlətlərin yaranmasını istəyirdilər, ona görə ki, onlar Sovet İttifaqı kimi güclü bir rəqibdən qurtulmanın sevincini yaşayırdılar. Artıq keçmiş müttəfiq respublikalara istənilən şərti diktə etməyin tam zamanıydı. Dünya jandarmı hər kəsdən onun təklif etdiyi oyun qaydalarıyla oynamağı tələb edirdi, əks təqdirdə, Kubanın, Şimali Koreyanın embarqolarla puç olmuş acı taleyi onlara nümunə göstərilirdi. Bu andan etibarən Azərbaycan imperialist dairələrin təcrübə poliqonunu xatırlatmağa başladı. Qərbin liberallaşma, kapitalistləşmə tələbləri korrupsioner rejimlərin ilkin kapital toplama yarışlarıyla üst-üstə düşürdü. Qərbin iqtisadiyyatın liberallaşdırılmasıyla bağlı israrları heç də Azərbaycan xalqına olan simpatiyadan irəli gəlmirdi. Məqsəd qərb kapitalı üçün ucuz əmək bazarı formalaşdırmaq və qərb kapitalının ucuz qul əməyi hesabına yüksək mənfəətini təmin etmək idi. 1992-ci ildə İngiltərənin keçmiş baş naziri Marqaret Tetçer böyük bir nümayəndə heyətiylə Azərbaycana səfər etdi. Prezident Əbülfəz Əliyevlə «dəmir ledi»nin şampan şərabı toqquşdurub kameralara təbəssüm dolu görüntü vermələri ölkənin xarici kapital qarşısında diz çökdürülməsinin ilk siqnallarıydı. Nəhayət 1994-cü ildə bu proses özünün sənədlərdə təsdiqini tapdı. Respublika neft yataqları üzərində hakimiyyətini imperialist dairələrin konsorsumuna güzəştə getdi. Artıq Azərbaycanın şah damarı imperializmin pəncəsindəydi. Azərbaycana isə vəhşi kapitalizmin liberal dəyərlərini ixrac edirdilər. Bu onlar üçün ölkə rəhbərliyinə həm də təsirli təzyiq alətiydi. 1995, 1998, 2001-ci illərdə baş verən özəlləşdirməylə bağlı silsilə fərmanlarda bu «alətin» rolu heç də az olmamışdı.
    İslahatlar və onun kriminal mahiyyəti.
    Proqramın birinci fəslinə aid bir çox bəndlərdə son illər ərzində ölkədə islahatlar adı altında dövlət iradəsiylə aparılan talan və müsadirə siyasətindən qısa lokonik cümlələr şəklində bəhs olunmuşdur. Nədir bu islahatların gerçək məqsəd və mahiyyəti? Öncə aqrar islahatlardan başlayaq. Hökumət rəsmiləri və liberal-demokratlar iddia edirlər ki, aqrar islahatlar torpağı dövlətdən alıb gerçək sahibinə, kəndliyə vermişdir. Guya bu islahatlarda əsas məqsəd kəndlini torpağın sahibi etmək idi.
    Bu tezis tamamilə yalandır. Əslində isə aqrar islahatlarda iki məkrli niyyət güdülürdü. Bunlardan birincisi kolxoz və sovxozlarda baş vermiş küllü miqdarda yeyinti faktlarını ört-basdır etməkdən ibarət idi. Əvvəlcə kolxoz və sovxozlardakı dövlət əmlakı mənimsənilib talan edildi, daha sonra isə bu cinayətkarlıq faktlarını malalayıb ortadan yox etmək üçün tələm-tələsik özəlləşdirilmə siyasətinə start verildi. Bunu Heydər Əliyev televiziyaya müsahibəsində şəxsən özü etiraf etmişdir. O, Naxçıvanda Ali Məclisin sədri olarkən aqrar islahatların aparılması üçün yeganə səbəb kimi kolxozlarda böyük miqdarda yeyinti faktlarının olmasını göstərirdi.
    Aqrar islahatların aparılmasında güdülən ikinci ən məkrli niyyət isə, torpağın ümumxalq mülkiyyətindən alınaraq bir ovuc zəngin zümrənin sərəncamına verilməsini təşkil etmək idi. Bəli, kəndlilərə paylamaq adı altında torpaqların xüsusi mülkiyyətə verilməsi əslində birdəfəlik olaraq Azərbaycan kəndlisinin torpaqdan məhrum edilməsi deməkdir. Necə deyərlər, torpaqlar kəndlilərə paylanmaq adı altında əslində həmişəlik olaraq onların əlindən alınmışdır.
    Amerika, Hollandiya kimi inkişaf etmiş kapitalist dövlətlərinin tarixi təcrübəsi bizim dediklərimizin əyani sübutudur. 50-60 il bundan öncəyə kimi Amerika əhalisinin yarıdan çoxu kənd təsərrüfatı sektorunda çalışdığı halda, indi bu göstərici cəmi 3-4% təşkil etməkdədir. Bənzər mənzərənin Hollandiya, İngiltərə, Fransa, Kanada kimi ölkələrdə də şahidi olmaq mümkündür. Səbəb kapitalizmin rəqabət qanunudur. Məhz rəqabət nəticəsində torpaqların bir qrup iri fermerlərin əlində təmərküzləşməsi prosesi gedir. Kiçik və rəqabət qabiliyyəti aşağı olan kəndli təsərrüfatları zaman keçdikcə daha güclü fermer təsərrüfatları tərəfindən udulur ki, bu da bir neçə on illik ərzində kiçik kəndli təsərrüfatlarının zəngin fermerlərin əlində təməpküzləşməsiylə nəticələnir. Bundan sonra kəndlilərin 80-90%-i öz mülkiyyətini itrərək şəhərlərə üz tutur. Hazırda Hollandiyada hər il minlərlə fermer rəqabət müharibəsindən məğlub ayrılaraq bankrot taleyiylə razılaşır. ABŞ-da 1940-1973-cü illər ərzində, yəni cəmi 33 il müddətində 6,3 milyon fermerdən 3,5 milyonu bankrot olaraq öz təsərrüfatını daha iri fermerlərə güzəştə getmək məcburiyyətində qalmışdır. Təbiiki Azərbaycan kəndlisi də kapitalizmin rəqabət qanunundan kənarda qala bilməyəcək. Burada da zəngin fermerlər zaman ötdükcə kiçik kəndli təsərrüfatlarını udacaqlar. Bu, bazar iqtisadiyyatının təbii qanunudur. Məsələn, Azərbaycanda kolxoz və sovxozların balansında olmuş əkinə yararlı torpaq fondu təxminən 750 min ailə arasında bölünsə də, bu gün bunlardan cəmi bir neçə mini fermer təsərrüfatı kimi fəaliyyət göstərmək şansı qazanıb. Onların isə aralarında elələri var ki, istər sahib olduğu əraziyə, istərsə də kapitala görə digərlərini açıq fərqlə üstələyir. Məsələn, prezidentin şəxsi mühafizəçisi Bəylər Eyyubov Zirə kəndi yaxınlığında 600 hektar ərazidə istixana təsərrüfatı yaradıb, hansıki bu işə sərf olunan materialların böyük əksəriyyəti qeyri-qanuni yolla dövlət müəssisələri hesabına təmin olunur. İndiki Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun təkcə Xanlar rayonunda min hektar üzüm plantasiyası var. Əgər biz bura onun Qəbələ rayonundakı camışçılıq və əkin yerlərini, Göy-göl ətrafındakı torpaqlarını da əlavə etmiş olsaq, onda aqrar sahədə necə «akula»ların formalaşdığını görməmək sadəlöhvlük olardı. Hələ mən Azərbaycan kəndinə ayaq açan xarici kapitaldan danışmıram.
    Görünən odur ki, yüz minlərlə kiçik kəndli təsərrüfatının belə nəhənglərlə ayaqlaşmaq şansı sıfıra bərabərdir və onlar yaxın bir neçə on illik ərzində qeyri-bərabər döyüşü uduzaraq təsərrüfatlarını həmişəlik itirəcəklər. Deməli pul və texnologiya kimdədirsə, torpaq da onun olacaq. Aqrar islahatda bir neçə on illiklər sonraya hesablanmış əsas məqsəd budur: torpağı ümumxalq mülkiyyətindən alıb imtiyazlı zəngin azlığın ixtiyarına vermək. Təbiiki böyük perspektivləri olan sanballı bir sektorun bütün gəlirləri də elə ancaq onların bank hesablarına axacaq.
    Eyni talan və müsadirə siyasəti islahatlar adı altında iqtisadiyyatın başqa sektorlarında da yaşandı və elə indi də yaşanmaqdadır. Milli xəyanət hökuməti bu sahədəki cinayətlərini özəlləşdirmə paylarını dövriyyəyə buraxmaqla ört-basdır etməyə çalışdı. Əhaliyə özəlləşdirmə çeklərinin paylanması guyaki xalqı səhm sahibi edəcək və bununla da islahatlar xalqın mənafeyinə uyğun aparılacaqdı. Amma bir neçə ildən sonra məlum oldu ki, özəlləşdirmə payları sadə xalqı total surətdə aldatmaqdan başqa heç bir məqsədə xidmət etmir. Özəlləşdirmə payları əhaliyə paylanarkən hökumət rəsmiləri dəfələrlə bəyan etmişdirlər ki, hər bir payın dəyəri təxminən 800-1000 dollar məbləğindədir və nəzərə alandakı orta statistik bir azərbaycanlı ailəsi 5 nəfərdən ibarətdir, onda bu o demək idi ki, hökumət hər bir ailəyə orta hesabla 4-5 min dollar dəyərində özəlləşmə payı verib ki, bu da həmən dövr üçün kifayət qədər böyük məbləğ idi.
    Amma özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasından qısa bir müddət sonra əhali hökumət tərəfindən aldadıldığının fərqinə vardı. Çünk 800-1000 dollar dəyərində qiymətləndirilən özəlləşdirmə payının qiyməti qara bazarda 5-10 dollar səviyyəsinə qədər gerilədi ki, bu da çeklərin dəyərsiz kağız parçasından başqa heç bir şey ifadə etmədiyinin açıq sübutuydu.
    Əgər nəzərə alsaq ki, hökumət əhaliyə ümumilikdə təqribən 8,3 milyon özəlləşdirmə payı verib, bu özzəlləşmə paylarının da hər birinin orta qiyməti 8-10 dolar təşkil edir, onda asanlıqla hesablamaq olar ki, hökumətin əhaliyə verdiyi özəlləşdirmə paylarının hazırkı toplam bazar dəyəri 100 milyon dollara bərabərdir. Müqayisə üçün deyək ki, bir tək Bakı Dərin Özüllər zavodunun smeta dəyəri indiki qiymətlərlə 800 milyon dollardır. Deməli milli xəyanət hökuməti hər il milyardlarla dollarlıq məhsul istehsal edən sosialist iqtisadiyyatından əhaliyə heç bir zavodun smeta dəyərinin 81-i qədər də pay verməyib. Əhalini səhmdar olmaq xəyallarıyla aldadıb səfilə çevirənlər özləri simvolik məbləğlərə zavod və fabrikləri ələ keçirib sahibkar-kapitalistlər sinfini formalaşdırdılar. Tək bir neçə faktı xatırlatmaq kifayətdir ki, Azərbaycanda aparılan özəlləşdirmənin ümumxalq mülkiyyətinin bir ovuc zəngin təbəqənin xeyrinə müsadirə siyasəti olması gerçəyini əyani surətdə başa düşək; Lənkəran balıq zavodu özəlləşdirməyə çıxarılarkən müəssisə kollektivi əmin idi ki, özəlləşdirmə haqqında qanuna müvafiq olaraq zavod əvvəlcə kollektivə təklif olunacaq. Amma onların bu arzusunu həmən dövrdə Dövlət Gömrük Komitəsinin sədri, indi isə Fövqəladə Hallar Naziri olan dollar milyarderi Kəmaləddin Heydərov gözlərində qoydu. Nə qədər qəribə də olsa 1700 dollarlıq maaşla milyarder olmuş bu «fırıldaq dahisi» bütün qanunları ayaqlayaraq simvolik məbləğ ödəməklə zavodu ələ keçirdi. «Caspian Fish»in Neftçaladakı balıqartırma zavodunun sırasına Lənkəran balıq zavodu da daxil oldu. İndi ölkənin balıq sənayesi və qara kürü ixracatı ancaq bu şəxsin və onun biznes ortağı olan prezident ailəsinin çibinə işləyir. Özəlləşdirmənin bu cür qarətçilik formasında həyata keçirilməsi istər istəməz əhaliyə paylanmış özəlləşdirmə paylarını əhəmiyyətsiz kağız parçasına çevirdi. Hətta o dərəcədə əhəmiyyətini itirdi ki, 2004-cü ildə hökumət çeklərin istifadə müddətini uzadıb əhalinin bəzi güzəştli kateqoriyasına əlavə özəlləşdirmə paylarının verilməsini təşkil etdikdə, böyük əksəriyyət bank filiallarına getməyə belə lüzum görmədi. Nəticədə artıq qalmış özəlləşdirmə payları Milli Bank tərəfindən ləğv olunub məhv edildi. Nə qədər traqikomik olsa da, bu özəlləşdirmə paylarından son 10 ildə ən düzgün istifadə qaydasıydı. Çünki reallıqda heç bir işə yaramayan özəlləşdirmə paylarının aqibəti elə kağız tullantısı kimi məhv edilmək idi.
    Bütün bu sadaladığımız faktlar bir daha deməyə əsas verir ki, islahatlar ümumxalq əmlakının bir ovuc kriminal qruplaşmalar tərəfindən qəsb olunması faktına hüquqi don geyindirməkdən başqa heç bir şeyə xidmət etmədi.
   Azərbaycanda ilkin kapital yığımı və istismarçı sahibkar kapitalistlər sinfinin doğuluşu
    Cəmiyyət zorakılıqdan, mülkiyyət isə qəsbkarlıqdan törəmişdir.
    Kriminal kapitalizm. Biri-birini tamamlayan iki belə ifadə tapmaq çox çətindir. Bu iki anlayışdan biri digərini çox yaxşı tamamlayır və mahiyyəətini müəyyən edir. Necə deyərlər, lap bir medalın iki üzü kimi. Biz Azərbaycanda ilkin kapital yığımının bəzi məqamlarına diqqət cəlb etməklə kapitalizm deyilən quruluşun hansı cinayətlər hesabına doğulduğunu açıb göstərəcəyik və onda oxucuya aydın olacaqdır ki, liberal-demokratların böyük bir məddahlıqla «humanizm mücəssiməsi» kimi təqdim etdikləri «bic sinif», - kapitalist sahibkarlar sinfinin mayası əslində xalqın qan və göz yaşlarından yoğrulmuşdur.
    Hər kəsə yaxşı məlumdur ki, sosialist sistemindən hamı demək olar ki, bərabər imkanlar şəraitində çıxsa da, qısa bir müddət sonra Azərbaycanın iqtisadi və sosial tənəzzülüylə tərs mütənasib gələn bir hal müşahidə olunmağa başladı. 1991-93-cü illərdə ölkə son 70 ildə ən çətin iqtisadi vəziyyətini yaşasa da, belə bir yoxsulluqdan varlı zümrə formalaşmağa başladı. Necə deyərlər, ölkənin və xalqın yoxsullaşması sanki kimlərinsə işinə yaramışdı. Bir neçə ildən sonra sahibkar kapitalistlər sinfinin sütununu təşkil edəcək bu varlı zümrənin ibtidai kapital yığımı görəsən hansı mənbələrdən qidalanırdı? Başqa sözlə, bu dəyirmanın suyu haradan gəlirdi? Bəlkə biznes fəaliyyətindən? Yox, əgər belə olsaydı bu hal özünü hökmən ölkənin ümumi iqtisadi göstəricilərində büruzə verməliydi. Amma əksinə, həmən illər (1991-93) ölkə iqtisadiyyatı nəinki artmır, üstəlik illik 20-25% kiçilmə qeydə alınırdı.
    Bu müəmmalı sualın cavabını AXC-Müsavt hakimiyyətində dövlət katibi postu tutmuş Əli Kərimov 1993-cü il mayın 25-dəki çıxışında belə ifadə edirdi: «…İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmən vəsaitin xaricdə saxlanması və bir sözlə dövlət əmlakının talan edilməsi adicə hala çevrilib… On milyonlarla dollar (mən hələ ən azını deyirəm – Ə.K.) hələ də xaricdə, ayrı-ayrı adamların hesablarında saxlanılır… Respublikada hələ rəsmi özəlləşdirmə başlamamış qeyri-qanuni yolla dövlət əmlakının özəlləşdirmə adı ilə mənimsənilməsi prosesi kütləvi şəkildə gedir. Zavodların, müəssisələrin, əsas istehsal fondlarının zavod və müəssisələr yanında yaradılmış dövlət kiçik müəssisələri vasitəsiylə dövriyyədən çıxarılması və mənimsənilməsini xüsusilə qeyd etmək istəyirəm. Respublikada xidməti maşınların özəlləşdirilməsi kütləvi hal alıb, 3 mindən artıq xidməti maşın özəlləşdirilərək mənimsənilmişdir. …Rayonlarda mənzil fonduna daxil olmayan xidməti qonaq evlərinin özəlləşdirilməsi adi hal alıb. …Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur»5.
    Bu, Azərbaycanda kapitalizmin necə doğulduğunun, ilkin kapital yığımının hansı cinayətkarlıqlar hesabına aparıldığının rəsmi surətdə etirafıdır. Həm də bunu o şəxs etiraf edir ki, onun özü kapitalizmin ən böyük məddahlarındandır. Təsəvvürünüzə gətirin, bu gün Azərbaycanda neft mafiyasının təkcə bir istiqamət üzrə illik qazancı ən azı 200-240 milyon dollar edir. Belə ki, hökumət hasil olunan neftin maya dəyərini bilərəkdən şişirdərək ictimaiyyəti inandırmağa çalışır ki, guya ölkədə hasil olunan hər ton neftin maya dəyəri 40-45 dollardır. Halbuki BP şirkətində bu göstərici 11, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində isə 13 dollar təşkil etməkdədir. Deməli aradakı 30 dollarlıq fərqi neft mafiyası qanunsuz olaraq mənimsəyir. Məsələn, 2005-ci ildə Azərbaycanda 22 milyon ton neft hasil olunub ki, onunda təqribən 9 milyon tonu Azərbaycana çatıb. Əgər bu 9 milyon ton neftin hər tonundan neft mafiyası 30 dollar pul mənimsəyibsə, onda bu 270 milyon dollar vəsait deməkdir. Hansıki həmən ili Neft Fondunun gəlirləri 395 milyon dollar olmuşdur. Deməli mafiya neftdən dövlətlə müqayisə oluna biləcək qədər böyük məbləğlər qazanır. Hələ mən qeydiyyatdan kənarda qalan neft buruqlarından götürülən gəliri demirəm. Bu hadisənin şahidi olmuş şəxsin dediyinə görə hal hazırda Bakıda elə buruqlar var ki, onlardan təmiz neft çıxır və emala ehtiyacı yoxdur. Məhz bu tip buruqların heç bir sənədləşmədə qeydiyyatı yoxdur və tamamən neft mafiyasının cibinə işləyir.
    2006-cı ildə Neft Fondunun gəlirləri 1 milyard dollar proqnozlaşdırıldığı halda elə xərclər də təqribən o qədər, yəni 1 milyard dollar müəyyənləşdirilib. Hansıki bu pulların da xərclənməsində 100 milyonlarla dollar mənimsənilir. Yeyinti kanalları isə bitmək tükənmək bilmir. Məsələn, Xəzər Dəniz Gəmiçiliyinin balansında yüzlərlə yük gəmisi var və birliyin sədri Aydın Bəşirov icarəyə verilən hər bir gəmiyə görə 1 milyon dollar «şapka» alır.
    Başqa faktlara müraciət edək. 2004-cü ilin 30 sentyabrında Azərbaycan Dənizçilik Akademiyasının keçmiş rəisi Canmirzə Mirzəyev mətbuat konfransı zamanı bu faktlardan birini belə dilə gətirmişdir: «Ziya Bünyadov mənə Müdafiə Nazirliyindəki yeyintilərlə bağlı sənəd və rəqəmləri göstərəndə dəhşətə gəldim; rəqəmlər o qədər böyük idi ki, Azərbaycanın dövlət büdcəsiylə müqayisə edilə bilərdi, sonra Ziya Bünyadov öldürüldü və həmən faktlar yoxa çıxdı.»
    Təbiiki bu mətbuat konfransından sonra Canmirzə Mirzəyevin də səsi kəsildi. Amma bilinən bir həqiqət var ki, Müdafiə Nazirliyi sistemində böyük məbləğlərdə maliyyə mənimsəmələri davam etməkdədir. Hərbi büdcənin 600 milyon dollar, 2007-ci ildən 800 milyon dollar, daha sonralar isə 1 milyard dollara çatdırılacağı heç də ancaq ordunun qüdrətlənməsinə yox, həmçinin kriminal qruplaşmaların da «qidalanmasını» xeyli gücləndirəcək. İndi Azərbaycan ordusunun təchizat məsələlərinə prezident ailəsi və onun yaxın ətrafı nəzarət edir və hərbi büdcənin sürətli artımı ilk öncə onların qanunsuz gəlirlərinin artmasına xidmət edir. Ordunun təchizatı adı altında yüz milyonlarla döllar vəsait mafioz qruplaşmalar tərəfindən mənimsənilir.
    Hələ bir il bundan öncə (2005 aprel) Azər-Enerji səhmdar cəmiyyətinin təmir tikinti briqadasının keçmiş rəisi ANS televiziyasına müsahibəsi zamanı ən incə ayrıntısına qədər əsaslandıraraq vurğuladı ki, bu qurum çərçivəsində yeyintilərin miqdarı ən azı 210 milyon dollar təşkil etməkdədir. Bu tip qiqant məbləğdə yeyintilər bu gün də davam edir. Həm də bütün sahələr üzrə. Məsələn gəlin elə götürək gömrük sahəsini. Gömrük komitəsindən alınan statistikaya görə 2006-cı ilin əvvəlinə qədər gömrükdən 414 min mobil telefon keçib. Halbuki rabitə şirkətlərinin abunə sayı bundan 5 dəfə çox, 2 milyon 256 min nəfər təşkil etməkdədir (2006-cı ilin əvvəlinə olan məlumat). Bu isə o deməkdir ki, hər 4-5 telefondan cəmi biri gömrükdə qeydə salınıb, qalanları isə qeydiyatdan yayındırılır. Həmçinin gömrük komitəsinin məlumatlarında telefonlar orta hesabla 34-39 dollardan qeydə alındığı halda, telefon bazarında satış qiyməti orta hesabla 150 dollardı. Deməli təkcə bir məhsul növü üzrə təqribən 250 milyon dollar vəsait qeydiyyatdan yayındırılaraq kriminal qrupların cibinə axır. Əgər nəzərə alsaq ki, Azərbaycan Respublikasının gömrüyündən banandan tutmuş avtomobilə qədər yüzlərlə adda məhsul keçir, onda görün nə qədər vəsait rəsmi qeydiyyatdan yayındırılır. Təkcə tikinti mafiyasının illik gəliri təqribən yarım milyard dollar civarında qiymətləndirilir.
    Bütün bu faktları ümumiləşdirib belə nəticəyə gəlmək olar ki, Azərbaycanda mafiyanın və kriminal biznesin illik gəliri milyardlarla dollara bərabərdir. Bəlkə də bəziləri elə fikirləşəcək ki, sadalananların kapitalizmlə əlaqəsi yoxdur və adi korrupsiya faktlarıdır. Əslində isə bu qarətçilik nümunələrinin kapitalist bazar iqtisadiyatı sistemi ilə nəinki əlaqəsi var, hələ üstəlik bu hər iki tərəf biri-birini doğurur. İngilis siyasi iqtisadçısı Adam Smit vurğulayırdı ki, kapitalın hər iki üzündə qan ləkəsi var. Karl Marksa görə isə kapitalın hər iki üzündən qan fışqırır. Məhz bizim Azərbaycan reallığına əsaslanaraq söylədiyimiz faktlar bu deyilənlərin ən bariz sübutudur. Bu faktlar həmçinin Azərbaycanda ilkin kapital yığımının hansı kriminal yollarla və necə getdiyinin sübutudur. Bu yolla əldə olunan kapital daha sonra zavodların, fabriklərin, on minlərlə hektar torpaqların ələ keçirilməsinə sərf olunur, kapitalist istehsal münasibətlərinin formalaşmasını təmin edir. İndi fikir verin, əgər bir quruluşun mayası cinayətlə, xalq və dövlət əmlakının qarət olunmasıyla yoğrulubsa, əgər bu quruluşun «mamaçası» mafioz qruplaşmalar və kriminal ünsürlərdirsə, onda necə inanmaq olar ki, kapitalizm mütərəqqi sistemdir və o bizə xoşbəxt gələcək vəd edir?
    Bir sözlə, dövlət və ümumxalq mülkiyyətinin qarət və müsadirə olunmasından, ictimai əmlaka vurulan küllü miqdarda iqtisadi zərərdən, kriminal özəklərdən yeni bir sinif – kapitalist sahibkarlar sinfi doğulmağa başladı (I fəsil, maddə 5, ilkin kapital yığımı).
    Azərbaycanda kapitalistlər və muzdlu işçi siniflərinin xarakteristikası.
    Proqramın I fəslinin 5 – 11-ci bəndləri məhz Azərbaycanda kapitalizmin səbəb olduğu sosial təbəqələşməyə – kapitalist sahibkarlar və muzdlu işçi sinfinin formalaşmasına həsr olunub. Proqramın 1-ci fəslinə aid 6 və 7-ci bəndlərində deyilir: «…özəlləşdirmə siyasəti hesabına cəmiyyət ümumxalq mülkiyyətindən məhrum edilib işsizliyə, səfilliyə məhkum edildiyi halda, bu mülkiyyəti qəsb edib öz şəxsi sərvətlərinə çevirənlər milyardlar səltənətinə sahib oldular. Beləliklə kapitalist istehsal üsulunun əsası olan muzdlu əmək sisteminin fəaliyyəti üçün tələb olunan iki əsas şərt ödənmiş oldu; islahatlar adı altında xalqın çox böyük əksəriyyəti iş və sosial təminatını itirdi ki, bunun da hesabına dolanmaq üçün zehni və fiziki əməyini ayrı-ayrı sahibkarlara satmağa məcbur olan muzdlu işçi sinfi və bu sinfin əməyinin istismarı yoluyla kapitalını daim artırıb hədsiz sərvət sahibi olan kapitalist sahibkarlar sinfi meydana gəldi.» Sosialist Respublikanın 70 illik hakimiyyəti zamanı (1920 aprel – 1991 oktyabr) qeyd olunan bu siniflərdən heç biri mövcud olmamışdır. Bu hər iki sinif istər kapitalist sahibkarlar, istərsə də muzdlu işçi sinfinin formalaşma tarixi cəmi 10-15 il öncəyə gedib çıxır və tamamilə kapitalist bazar iqtisadiyyatından törəmə tərəflərdir.
    Sual oluna bilər, məgər Sosialist Respublika zamanı iqtisadiyyat yox idi? Əlbətdə vardı. Bəs onda necə olur ki, iqtisadiyyat, istehsal mövcud olduğu halda bu proseslərlə birbaşa bağlı olan bu hər iki sinfin heç biri Sosialist Respublika zamanı mövcud olmamışdır?
    Sualın cavabı ictimai-iqtisadi münasibətlərin xarakterində gizlənir. Bunun üçün kapitalist istehsal münasibətləriylə sosialist istehsal münasibətləri arasındakı fərqi araşdırmaq lazımdır.
    Sosialist istehsal münasibətləri elə bir iqtisadi tsikldir ki, burada istehsalın nəticəsi maksimum ictimailəşir. Yəni iqtisadiyyat bir ovuc zəngin sinfin cibinə və bank hesablarına yox, ictimai istehlak fondlarına işləyir. Belə bir iqtisadi münasibətlər sistemində nə kapitalist sahibkarlar, nə də muzdlu işçi sinfi mövcud ola bilməz.
    Kapitalist istehsal münasibətləri isə elə təsərrüfat modelidir ki, burada istehsal ictimai xarakter daşıdığı halda, yəni itehsalda bütün cəmiyyət üzvləri iştirak etdiyi halda istehsalın nəticəsi fərdi surətdə mənimsənilir. Başqa sözlə, mənfəət sahibkarlar sinfinə çatır. İşləyən işçi olduğu halda, mənfəətə sahib olan sahibkar kapitalistlər sinfi olur. Kapitalist münasibətlər sistemiylə sosialist münasibətlər sisteminin əsas fərqi məhz budur.
    70 illik Sosialist Respublika hakimiyyəti zamanı iqtisadiyyat Sosialist münasibətləriylə tənzimlənirdi, yəni insanlar zavodda, fabrikdə, tarlada çalışırdılar. Məhsul istehsal olunub satılır, gəlir gətirirdi. Gəlirin bir hissəsini işçilər əmək haqqı formasında mənimsəyirdilər, digər istehsal xərcləri və vergilər çıxıldıqdan sonra qalan xalis gəlir yönəlirdi ictimai istehlak fondlarına. İctimai istehlak fondlarına toplanmış pul sonradan pulsuz səhiyyə, pulsuz mənzil, dövlət pensiya hüququ və digər güzəştli xidmətlər formasında yenidən işçilərin özünə qayıdırdı. Beləliklə, işçi əməyinin nəticəsini tam surətdə özü mənimsəyirdi. O, sözün əsil mənasında öz əməyinin sahibiydi. Belə olan halda cəmiyyətin müftəyeyənlərə, yəni sahibkar kapitalistlər sinfinə və bu parazit sahibkar kapitalistlər üçün sərvət istehsal edən muzdlu işçi sinfinə ehtiyacı qalmırdı.
    15 il ərzində bir qrup siyasi quldur belə bir ədalətli sistemi islahatlar adı altında dağıdıb məhv etdilər. Əvəzində kapitalist bazar iqtisadiyyatı qurdular. Yəni indi insanlar zavodda, fabrikdə, tarlada çalışırlar, məhsul istehsal olunub satılır, gəlir gətirir. Gəlirin bir hissəsini işçilər əməkhaqqı formasında alırlar, digər istehsal xərcləri, vergilər və s. çıxıldıqdan sonra yerdə qalan xalis gəlir isə sosializmdəki kimi ictimai istehlak fondlarına yox, birbaşa sahibkar kapitalistlərin cibinə axır. Belə olan halda işçi əmyinin nəticəsini özü mənimsəyə bilmir. O artıq öz əməyinin sahibi deyil. Onun əməyinin nəticəsini özü yox, tüfeyli sahibkar kapitalistlər mənimsəyir. Onun əməyinin sahibi sahibkarlardır.
    Sosializm dövründə ictimai istehlak fondlarına, oradansa əhalinin pulsuz səhiyyə, pulsuz mənzil, pensiya, sosal güzəştlərinə yönələn milyardlarla dollarlıq qiqant vəsaitlər indi mənfəət şəklində bir ovuc parazit kapitalist sahibkarlar sinfinin cibinə axır. Sahibkarların indi mənfəət şəklində mənimsədikləri hər bir dollar pulda muzdlu işçi sinfinin alın təri, oğurlanmış xoşbəxt həyatı, pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək və dövlət pensiya hüquqları həbs olunub.
    İşçi və muzdlu işçi sinfinin fərqi nədir?
    İşçi sinfi sosialist münasibətlər sisteminin məhsuludur. O, sahibkar üçün işləmir və sahibkar tərəfindən istismar olunmur. İşçi öz əməyinin nəticəsini özü mənimsəyir. O öz əməyinin sahibidir. Muzdlu işçi isə kapitalist münasibətlər sisteminin məhsuludur. O, sahibkar üçün işləyir və sahibkar tərəfindən istismar olunur. Bir sözlə, əgər işçi öz fiziki və zehni əməyini müəyyən muzd qarşılığında sahibkar kapitalistə satırsa, onda o artıq muzdlu işçiyə çevrilir. Bu baxımdan Sosialist Respublika dövründə muzdlu işçi sinfi yox, sadəcə olaraq işçi sinfi mövcud olmuşdur.
   
    Proletariat sinfi ilə muzdlu işçi sinfinin fərqi nədir?
    Məlumdur ki, elmi kommunizm nəzəriyyəsinin baniləri olmuş Karl Marks və Fridrix Engels yaşadıqları dövrün zəhmətkeş sinfini «proletariat» terminiylə ifadə etmişdirlər. Bəs onlar proletariat dedikdə kimləri nəzərdə tuturdular? Əgər biz elmi kommunizm nəzəriyyəsini araşdırsaq belə bir qənaətə gəlmiş olarıq ki, Marks və Engels proletariat termini adı altında ancaq sənaye fəhlələrini və qismən də fermerlərə muzdla işləyən kənd fəhlələrini nəzərdə tuturdular. 1888-ci lidə Fridrix Engels «Kommunist Partiyasının Manifesti»nin ingiliscə nəşrinə etdiyi qeyddə bunu belə ifadə edirdi: «Proletariat dedikdə, öz istehsal vasitələrindən məhrum olub, yaşamaq üçün öz iş qüvvəsini satmağa məcbur olan müasir muzdlu fəhlələr sinfi nəzərdə tutulur» (K.Marks, F.Endels, Şeçilmiş əsərləri, cild 1, səh.111, Bakı-1978).
    Buradan da aydın görünməkdədir ki, elmi kommunizm nəzəriyyəsinin baniləri proletariat dedikdə muzdlu fəhlə sinfini nəzərdə tuturdular ki, bu da o dövr üçün olduqca təbii idi. Çünki XVIII-XIX əsrlərdə bəşəriyyət, daha dəqiq desək qərb sözün əsl mənasında sənayeləşmə bumunu yaşamaqdaydı. İri sənayenin meydana gəlməsi və rəqabətdə manifakturaları sıxışdırıb çıxararaq istehsal sahəsində sənaye inqilabını gerçəkləşdirməsi muzdlu fəhlə əməyinə olan tələbatı görünməmiş dərəcədə artırdı. Sənaye inqilabı milyonlarla kəndlini şəhərlərə, zavod və fabriklərə çəkib gətirdi, böyük miqdarda sənaye fəhlə ordusu formalaşdırdı.
    Təbiiki belə bir dövrdə fəhlə sinfi cəmiyyətin əmək qabiliyyətli əhalisinin çox böyük əksəriyyətini təşkil etməkdəydi. Bu səbəbdən də haqlı olaraq elmi kommunizmin baniləri fəhlə sinfini o dövr üçün yeganə inqilabi sinif və sosializm cəmiyyətinin gələcək qurucuları kimi elan edirdilər.
    İndi həmən dövrdən bir əsrdən çox vaxt keçib. Elmi texniki inqilabın sənayeyə, istehsalata tətbiqi əl əməyinə, fəhlə işinə olan tələbatı Marksın yaşadığı dövrlə müqayisədə görünməmiş dərəcədə azaldıb. Elm tutumlu sənayenin inkişafı, istehsalatda yeni texnika və texnologiyaların kütləvi surətdə tətbiqi zavod və fabriklərdə fəhlə əməyinə ehtiyacı böyük bir ölçüdə azaldıb. İndi hətta elə zavodlar, elə sexlər var ki, orada heç bir nəfr də fəhlə işləmir. Bütün istehsalat prosesi mexanikləşdirilib. Fəhlələr robotlarla əvəz olunub. Belə bir şəraitdə Marksın, Engelsin yaşadığı dövrdən fərqli olaraq artıq fəhlə sinfi cəmiyyətdə kiçik bir azlığa çevrilir. Məsələn, Amerika kimi dünyanın ən sənayeləşmiş ölkəsində fəhlələr əmək qabiliyyətli əhalinin heç 25%-ni də təşkil etmirlər. Bu digər sənayeləşmiş ölkələrdə də belədir.
    2006-cı ilin ortalarına olan statistik məlumata görə hal hazırda Azərbaycanda sənaye sahəsində çalışanların sayı 160 min nəfr təşkil etməkdədir. Hansıki ölkəmizdəki təkcə müəllimlərin sayı bundan 90 min nəfər çox, yəni 250 min nəfərə qədərdir. Bu isə o deməkdir ki, hansı tərəfdən baxırıqsa baxaq, görünən bir həqiqət var ki, o da proletariat (fəhlə sinfi) termininin müasir kapitalist cəmiyyətinin sosial strukturunu özündə tam şəkildə əks etdirə bilməməsidir.
    Buradan heç də belə bir nəticə çıxmamalıdır ki, guya marksizmin sinfi nəzəriyyəsi köhnəlib və yaxudda liberalların iddia etdikləri kimi guya cəmiyyətin sinfi strukturu dəyişib. Yox, əlbətdəki bu əsla belə deyil. Dəyişən cəmiyyətin sinfi strukturu yox, əməyin strukturudur. Məlumdur ki, əmək iki üzvu hissədən – fiziki və zehni əməkdən ibarətdir. Marksın zamanında əməyin strukturunda fiziki əməyin həcmi böyük idi. Fəhlə sinfi məhz fiziki əməyin təmsilçisi olduğundan, proletariat cəmiyyətin əmək qabiliyyətli əhalisi arasında çox böyük və əsas çəkiyə malik idi. Müasir dövrdə isə əl əməyinə olan tələbin azalması, elm tutumlu sənayenin və xidmət-kommunal sektorunun sürətli inkişafı istər-istəməz zehni əmək və onun təmsilçilərini ön plana çıxardığı halda bu nisbətdə fiziki əməyin və fəhlələrin sayı getdikcə azalır. Proletariat ifadəsi isə ancaq fiziki əməyi özündə ehtiva etdiyindən, təbiiki onun da ifadə etdiyi məzmun bu nisbətdə getdikcə daralır və cəmiyyətdə kiçik bir zümrəni təmsil etməyə başlayır.
    Demək ki, yeni təsnifata və yeni terminalogiyaya ehtiyac vardır. Elə bir təsnifat ki, bu peşə-ixtisas fərqi qoymadan kapitalist sahibkarların istismarına məruz qalan bütün təbəqələri özündə birləşdirsin. Məhz bu reallıqdan çıxış edərək olduqca dar məzmuna malik proletar ifadəsinin daha geniş muzdlu işçi anlayışıyla əvəz edilməsi olduca məqbuldur.
    Məlumdur ki, işçi sözü dilimizdə çox geniş məna kəsb edir, səhiyyə işçisi, təhsil işçisi, zavod işçisi və s. Muzdlu işçi sinfi dedikdə isə özəl sektorda fiziki və zehni əməyini sahibkara satan istismara məruz qalan işçilərin məcmusu başa düşülür. Məsələn, əgər müəllim özəl ali məktəbdə dərs deyib ali məktəbin sahibinə gəlir gətirirsə, bu o deməkdir ki, müəllim öz zehni əməyini sahibkara müəyyən muzd qarşılığında satır. Sahibkar kapitalist isə müəllimin zehni əməyini istismar edərək mənfəət götürür. Başqa bir misala müraciət edək. Bu gün özəl xəstəxanalar, klinikalar var. Belə tibb müəssisələrində çalışan işçilər – həkimlər, tibb bacıları və s. öz zehni əməyini sahibkara satmaq hesabına muzd alırlar. Klinika sahibi isə onların zehni əməyinin istismarı hesabına mənfəət əldə edir. Deməli sahibkarla həkim arasında muzdlu əmək sistemi qüvvədədir. Bu sistem çərçivəsində işləyən həkimlər də muzdlu işçi sinfinə daxil olur.
    Bu isə o deməkdir ki, adi supermarket satıcısndan, özəl klinikada, özəl məktəbdə çalışan həkimdən, müəllimdən tutmuş zavod, fabrik fəhlələrinə qədər hər kəs – fiziki və zehni əməyini sahibkar kapialistə satmaq məcburiyyətində qalan bütün çalışanlar muzdlu işçi sinfini təşkil etməkdədirlər. Hal-hazırda Azərbaycanda sahibkarlıq fəaliyyətiylə məşğul olan 200 min fiziki və hüquqi şəxsi, həmçinin 470 min nəfər dövlət sektorunda çalışanları çıxmaq şərtiylə yerdə qalan 5 milyondan çox əmək qabiliyyətli əhali muzdlu işçi sinfini təşkil etməkdədir. Bu isə əmək qabiliyyətli əhalinin təqribən 90%-ə qədəri deməkdir.
    Burada bir nüansa da diqqət yetirmək çox vacibdir. İşçinin dövlət sektorunda çalışması heç də o demək deyil ki, bu sektorda çalışanların muzdlu işçi sinfiylə əlaqəsi yoxdur. Əslində dövlət sektorunda çalışanlar da dolayısı yolla sahibkarların istismarına məruz qalırlar. Məsələn müəllimlər. Onlar gələcək mütəxəssisləri, peşə sahiblərini yetişdirirlər. Bunları isə sahibkarlar istismar edirlər. Deməli bu halda sahibkar müəllimin əməyinin nəticəsini istismar etmiş olur. Müəllimin mütəxəssislərə hissə-hissə ötürdüyü zehni qabiliyyətləri də istismar etmiş olur. Bu prizmadan çıxış etsək onda ölkədəki muzdlu işçi sinfi əmək qabiliyyətli əhalinin 95%-ni təşkil etmiş olar.
    YNAKP proqramından belə bir nəticə hasil olur ki, kapitalist bazar iqtisadiyyatına keçid cəmiyyətin sosial strukturunda kəskin qütbləşmə yaratmışdır. Bu qütbləşmənin bir tərəfini şərti olaraq kapital cəbhəsi adlandırmaq olar ki, buraya sahibkar kapitalistlər sinfi daxildir. Digər qütbü şərti olaraq əmək cəbhəsi adlandırmaq olar ki, buraya da muzdlu işçi sinfi aiddir. Kapitalist sahibkarlar sinfi cəmiyyətin əmək qabiliyyətli hissəsinin cəmi 3-5%-ni təşkil etsə də, hazırda ölkə iqtisadiyyatının 75-80%-i; zavodlar, fabriklər, istirahət-əyləncə mərkəzləri və s. onların mülkiyyətindədir. Onlar cəmiyyətin təkcə hakim maddi qüvvəsi deyil, həm də hakim mənəvi qüvvəsidir. Kütləvi informasiya vasitələri, özəl telekanallar, bir sözlə, ictimai rəyi formalaşdıran bütün vasitələr də onlara tabedir. Onların burjua-liberal dünyagörüşləri dövlətin rəsmi hakim ideologiyası, konstitusiya və qanunlarsa onların hüquq cildinə girmiş sinfi iradəsidir. Bu bir ovuc parazit sinfin gəliri milyard dollarla ölçülür.
    Muzdlu işçi sinfi isə cəmiyyətin əmək qabiliyyətli hissəsinin 90%-ni təşkil etdiyi halda, onların milli gəlirdən aldıqları pay qəpik-quruşdan ibarətdir. Onlar 70 ildə qazandıqları bütün sosial hüquq və güzəştləri itirmiş, Sovet banklarına topladıqları əmanətlərdən məhrum edilmiş, nəticədə isə fiziki və zehni əməklərini kapitalist sahibkarlara satmaqdan başqa dolanışıq mənbələri qalmamışdır. Başqa sözlə, təminatlı əmək hüququndan və ümumxalq mülkiyyətindən məhrum edilmiş bu sinfin varlılar qarşısında diz çöküb muzdlu köləliyin zəncirini boynuna salmaqdan başqa çarəsi yoxdur. Onlar ömürlərinin yarısını kapitalist sahibkarlar sinfinə müftə, əməklərinin qarşılığını almadan işləməyə məhkum edilmişdirlər.
    Hələ 250 il əvvəl fransız iqtisadçısı Lenge sanki bizim bu günümüzü görüb yazırdı: «cəmiyyət öz üzvlərinin ümumi sayının dörddə üçünün hesabına az bir miqdar mülkiyyətçilərin səadətini, sərvətini, istirahətini təmin etmiş və yalnız bunların qayğısına qalmışdır» (K.Marks, Kapital, IV cild, I hissə, səh. 355).
    Bəli, bu günkü günümüzlə çox yaxından səsləşən ifadələrdir. Həm də ona görə yox ki, Lenge 250 il sonranı görüb bunları yazmışdır, yox, sadəcə ona görə ki, Sosialist Respublikanı dəfn etmiş bir qrup siyasi quldur bizi iki əsr əvvəlki muzdlu köləlik əyyamına aparıb çıxardılar. İndi cəmiyyətin çox böyük əksəriyyətini təşkil edən muzdlu işçi sinfi sərvət istehsal edən maşın kimi fasiləsiz surətdə çalışıb bir ovuc varlı sinif üçün milyardlar səltənəti yaradır, özü isə həmişə ehtiyac və səfalət içindədir.
    Dövlət hakimiyyəti və siniflərin ona münasibəti.
    YNAKP proqramının I fəslinə aid 13, 14, 15-ci bəndlər məhz dövlət və siniflərin ona münasibəti məsələsinə həsr olunub. Məlumdur ki, elmi kommunizm nəzəriyyəsinə görə dövlət bir sinfin digər sinif tərəfindən istismarını rəsmiləşdirən siyasi zor aparatıdır. Daha konkret desək, biz kommunistlərə görə hazırda Azərbaycanda hökmranlıq edən dövlət maşını muzdlu işçi sinfinin bir ovuc varlı mülkiyyətçi tərəfindən istismarını təmin və təşkil edən siyasi zor aparatıdır. Hansıki liberal demokratlar və onların nəzarətində olan KİV-lər mövcud 3-cü Respublika quruluşunun bu eybəcər simasını «Hüquqi dövlət», «vətəndaş cəmiyyəti», «sosial dövlət» kimi bərli-bəzəkli söz və ibarələrlə pərdələyib gizlətməyə çalışırlar. Məsələn, 1995-ci il noyabrın 12-də saxta seçkiylə xalqa qəbul etdirilən Konstitusiyada yazılır: «Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır» və yaxud da Milli Məclisin iclas salonunda böyük parıltılı hərflərlə yazılıb: «Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır».
    Bilirsiniz onlar «xalq» sözündən nə üçün belə çox istifadə edirlər? Ona görə ki, bu və bu qəbildən olan ifadələr onlar üçün kosmetik vasitədən başqa bir şey deyil. Onlar «xalq», «millət» kimi ifadələri pudra-kraska kimi üz-gözlərinə bol miqdarda yaxmaqla özlərini qara kütləyə gözəl göstərmək istəyirlər. Bu kosmetik maskanın altında isə onların gerçək murdar çopur kapitalist simaları gizlənir.
    Sosialist Respublika hakimiyyəti zamanı ictimai istehlak fondları vardı, xalqın pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək, dövlət pensiya hüquqları, saysız-hesabsız sosial güzəştləri vardı. Amma bir tək parazit kapitalistlər sinfi yox idi. Bu gün isə əksinədir. Bir tək parazit kapitalistlər sinfi var, bayaq sadaladığımız hüquq və güzəştlərdən isə heç biri yoxdur. Niyə? Çünki bu bic sinfi peydahlamaq üçün xalqın həmən hüquqlardan məhrum edilməsi gərəkirdi. Əks təqdirdə bu hüquqlar ləğv edilmədən, bu hüquqların reallaşmasına yönələn vəsaitlər «qəsb» olunmadan, belə bir tüfeyli varlı təbəqənin formalaşması qeyri-mümkün olardı.
    Belə bir tarixi cinayətə imza atan dövlət hakimiyyətini bu gün bizlərə xalq iradəsinin mücəssiməsi kimi soxuşdurmağa çalışırlar. Halbuki dövlət artıq çoxdan varlı sinfin əlində adi notariat kontoruna çevrildiyini öz xəyanətiylə sübut etmişdir.
    Ümumxalq mülkiyyətini, sosial hüquq və güzəştləri, ictimai-istehlak fonduna yönələn milyardlarla vəsaiti həmişəlik olaraq bir ovuc zəngin parazitin xeyrinə xalqdan müsadirə edən, bizim hüquqlarımızı mənfəət şəklində sahibkar kapitalistlərin cibinə axıdan «milli xəyanət» rejimi heç vaxt xalq hakimiyyəti ola bilməz.
    Az bir qism tüfeyli zənginin mülkiyyət hüququnu milyonlarla insanın hüquq və azadlıqlarından üstün tutan ictima-iqtisadi quruluş və onun siyasi ifadəsi olan dövlət maşını muzdlu işçi sinfinin maraqlarına əsla xidmət etməyəcəkdir. Burjua dövlət maşınının yeganə funksiyası cəmiyyətin böyük əksəriyyətinin bir qrup mülkiyyətçi üçün işləməsini təmin etmək və bu istismarçı qaydanı dəyişdirməyə çalışan mütərəqqi qüvvələri cəbr aparatının hesabına əzib yerində oturtmaqdan ibarətdir. Burjua dövlət maşını ancaq işçi sinfinin sosial hüquqlarına qənim kəsilməyib, o həm də ölkə iqtisadiyyatını, suvervnliyini xarici kapitalın ticari maraqlarına güzəştə getməklə də öz ölüm hökmünü vermişdir. Ölkəni xarici kapital qarşısında diz çökdürmüş və işi-gücü qərbdən gələn təlimatları müticəsinə icra etməkdən ibarət olan bu satqın rejim indi elə acınacaqlı şərait yaratmışdır ki, Azərbaycan dövlətinin onun ərazisində cinayət törətmiş hər hansı bir Amerika vətəndaşını mühakimə etmək ixtiyarı belə yoxdur. Dünya Ticarət Təşkilatına üzv olduqdan sonra isə Azərbaycanda fəaliyyət göstərən xarici banklar yerli qanunlarla yox, aid olduqları ölkənin qanunlarıyla işləyəcəklər. Bu hal ölkəyə kapital qoyan Trans Milli İnhisarlara da aiddir. Onlar da yerli qanunlarla yox, öz qaydalarıyla işləyirlər. Bu isə ölkənin suverenlik prinsipinin pozulması deməkdir. İndi əhalinin beyninə belə bir zərərli ideya yeridilməkdədir ki, Azərbaycanın gələcək inkişafı NATO və Avropa Birliyinə üzvlükdən keçir. Həm də bu zərərli ideyaları o təşkilat və partiyalar təbliğ edirlər ki, onları qərbin donor təşkilatları maliyyələşdirir və bununla da həmən qurum və quruluşlar avtomatik olaraq qərb kapitalının yeritdiyi ekspansiya siyasətinin yerli muzdlu agenturalarına çevrilmiş olurlar.
    YNAKP Azərbaycanın adı çəkilən bu və bu tip qurumlara üzvlüyünün, daha doğrusu Azərbaycanın bu imperialist qurumlar tərəfindən udulmasının qəti əleyhdarıdır və bu təşkilatları ölkə suverenliyi üçün başlıca təhlükə hesab edir. Azərbaycan Respublikası NATO-ya üzv olduğu təqdirdə müstəqil hərbi, o cümlədən xarici siyasət xəttindən məhrum olacaq. Hərbi və siyasi qərarlar NATO-nun maraqlarına uyğunlaşdırılacaq. Avropa Birliyinə üzv olduğumuz təqdirdə isə ölkəni faktiki olaraq bu qurumun qanun və qərarları idarə edəcəkdir. Avroməkana daxil olmaqla Azərbaycan öz maliyyə müstəqilliyini itirəcək, böyük dövlətlərin maraqlarından asılı vəziyyətə düşəcəkdir. Ölkə müstəqil siyasi kursdan məhrum ediləcək. Məsələn, Azərbaycan gələcəkdə sosialistləşmə kursu götürdüyü təqdirdə bu qurumlar (NATO, Avropa Birliyi) ona heç vəçhlə imkan verməyəcək və bununla da muzdlu köləlik sisteminin daimiliyi təmin edilmiş olacaqdır.
    Bu gün Azərbaycanın NATO və Avropa Birliyi kimi imperialist təşkilatların boyunduruğuna qoşulmasını məhz o şəxslər və dairələr istəyirlər ki, onlar ölkə əhalisinin cəmi 3-5%-ni təşkil etdikləri halda milli gəlirin az qala yarıdan çoxunu mənimsəyir və ölkənin iqtisadi potensialının ən azı 80%-nə nəzarəti özləri üçün təmin etmişdirlər. NATO-ya, Avropa Birliyinə üzvlük məsələsi isə onların bu imtiyazlı vəziyyətini sığortalamağa hesablanmış taktiki gedişdir.
    Deməli kimlərsə ciblərinə axan milyardlarla dolların nə vaxtsa cəmiyyətin sosial təminatı üçün xərclənəcək ictimai-istehlak fondlarına yönələcəyindən bərk narahatdırlar və bu narahatçılıq NATO və Avropa Birliyinin çəpərləri arxasına sığınmaq istəyində özünü göstərməkdədir. Çünki bu hər iki imperialist təşkilat dünyada kapitalizmin və muzdlu köləlik sistemini dayağı funksiyasını icra etməkdədirlər. İstər NATO, istərsə də Avropa Birliyi bütün dünyada varlı kapitalistlərin hərbi və siyasi klubu kimi ad çıxarmışdırlar. Məhz bu trilyonerlər kulubuna üzv olmaqla bizim parazit zənginlər də öz sərvətlərinin təhlükəsizliyinə təminat almaq istəyirlər.
    Belə bir reallıqdan çıxış edərək YNAKP Azərbaycan muzdlu işçi sinfi qarşısında təxirəsalınmaz iki böyük vəzifəni müəyyənləşdirir. Birincisi, zəngin azlığın siyasi klubuna çevrilmiş mövcud dövlət maşınına qarşı mübarizə aparıb hakimiyyəti ələ almaq, işçi rejimin mövcudluğunu və sosialist dövlət ənənəçiliyinin bərpasını təmin etmək. İkincisi, heç bir hərbi siyasi bloka qoşulmadan bütün dünya dövlətləriylə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasi kurs izləməklə müstəqil, sosialist Azərbaycanın azad inkişafının təmini.
   
    İşçi rejim və ya sosialist dövlət ənənəçiliyi nə deməkdir?
    Amerika Birləşmiş Ştatlarıyla bağlı sənədli filmlərin birində belə bir epizod var. Bir nəfər yoxsul Amerika vətəndaşı Vaşinqton şəhərində «Ağ Ev»in qarşısında düzəltdiyi komada yaşayır və olub keçmiş bütün Amerika prezidentlərini protest edir. Bu səfil insanın fikrincə Amerikada mütəmadi olaraq prezidentlər dəyişilsə də onun həyatında heç nə dəyişimr. O elə həmişə yoxsuldur. Ona görə də bütün prezidentləri, hətta bundan sonra gələcək prezidentləri də protest edir.
    İnanın, bu səfil insan yüzlərlə professordan daha ağıllı düşünür. Çünki o, iri gözlüklü, elmi titullu, yüksək məvacibli alimlərin dərk edə bilmədiyi adi həyat həqiqətini dərk etmişdir. «Kapitalizm şəraitində siyasi fiqurları, prezidentləri, hökumətləri dəyişməklə köklü sosal problemlərin (işsizlik, yoxsulluq, sosial təminatsızlıq) həllinə nail olmaq mümkün deyil». Çünki kapitalizm elə bir sistemdir ki, o mövcudluğunu bu üç problemə borcludur. Nə qədər paradoksal olsa da bu problemlər həll olunduğu təqdirdə kapitalizm heç bir gün də yaşaya bilməz. Ona görə də seçilən yeni prezidentlər, təşkil olunan yeni hökumətlər, inanın, bu problemlərin həlli üçün yox, onların əbədiliyi, qorunması üçün çalışırlar. Əgər belə olmasaydı 240 il ərzində 46 prezident dəyişmiş Amerikada hər il yoxsulların sayı və sosial təminatsızlıq artmazdı. Bütün inkişaf etmiş kapitalist dövlətlərinin hamısında bu belədir. İndi bu qısır sistemi Azərbaycanda da həyata keçirməyə çalışırlar. Əhaliyə «sandıq psixologiyası»nı aşılayırlar. Guya bir prezident gedib digəri gələndə problemlər həll olacaq. Yox, qətiyyən belə deyil, dünya təcrübəsi bunun əksini sübut edir.
    Beləki kapitalizm elə bir oyun qaydasıdır ki, o «lotareya prinsipi»nə əsaslanır. Necəki lotareya oyununda milyonlarla adam bilet aldığı halda onlardan sadəcə biri cek-potu qazanır, eləcə də kapitalizm sistemində 3-5% mülkiyyətçinin qazanması üçün cəmiyyətin qalan böyük əksəriyyəti onlar üçün işləməli, istismar olunmalı, belə demək mümkündürsə, uduzmalıdırlar.
    Neçəki bu oyun qaydası dəyişməyib, kiminsə udmağı üçün kimlərinsə uduzması qaçılmazdır. Bu gün Azərbaycanda onlarla adda partiya var. Bu partiyaların hamısının proqramı bu oyun qaydasına əsaslanır. Ona görə də bu partiyaların hamısını növbəylə hakimiyyət olimpində oturtsanız da xeyri yoxdur, prinsip etibarı ilə heç nə dəyişməyəcək. Deməli oyunçuları yox, oyun qaydalarını dəyişmək lazımdır. Məhz YNAKP-nin proqramı bu prinsipə əsaslanır; oyunçuları yox, kapitalist oyun qaydalarını dəyişdirmək. Alternativ yol isə sosialist dövlət ənənəçiliyinin bərpasından və işçi rejimin mövcudluğunu təmin etməkdən keçir. Sosialist dövlət ənənəçiliyi elə bir idarəetmə formasıdır ki, bu zaman dövlət öz vətəndaşı qarşısında konkret öhdəliklər götürür və bu öhdəliklərin icrası üçün məsuliyyət daşıyır. Məsələn, Azərbaycan Sosialist Respublikasının kanstitusiyasında dövlət hər bir vətəndaşını işlə təmin edəcəyiylə bağlı öhdəlik götürürdü və bu öhdəliyin altında həmən məqsədə çatmağın konkret yollarını göstərirdi. Bu səbəbdən də tələbə iş dilənmirdi, ali məktəbə qəbul olunduğu gün artıq onun iş yeri hazır idi. İndiki satqın, komprador burjua dövlət maşını isə vətəndaş qarşısında konkret heç bir öhdəlik götürmür və özünü məsuliyyətdən azad edir. Onun bircə funksiyası var – gecə gözətçisi.
    Ordusuyla, polisiylə zənginlərin sərvətinin keşiyini çəkir. Cəmiyyət problemlərinin ağır yükünü isə öz çiyinlərindən vətəndaşların çiyninə atıb. Necə deyərlər, ağaların dövləti də elə özləri kimi ağayanadır; əli cibində, yükü də başqasının belində. Amerika alimi Con Hazard sosialist dövlət modelinin kapitalist dövlət modelindən üstünlüyünü öz yazılarının birində belə etiraf edirdi: «Sizin hökumətiniz vətəndaşlar qarşısında öz öhdəsinə müəyyən vəzifələr götürür. Bizim hökumətimiz belə vəzifələr daşımır».
    YNAKP vətəndaş qarşısında konkret öhdəliklər götürən, vətəndaşın yükünü öz çiyinlərinə götürən Sosialist Respublikanın dövlətçilik modelini özünün siyasi məqsədi elan edir. Bununsa ən optimal yolu işçi rejimin bərqərar edilməsindən keçir. İşçi rejimi sosialist dövlət ənənəçiliyinə əsaslanan elə siyasi hakimiyyət formasıdır ki, o sosializmin ictimai əsaslarla qurulmasının əsas təşəbbüsçüsü, təşkilatçısı və təminatçısıdır. Amma sabiq Sovet dövlət maşınından fərqli olaraq işçi rejim bütün təsərrüfat və iqtisadi funksiyaları heç də öz əlində cəmləşdirməyəcək, əksinə, o özünün təsərrüfat və iqtisadi funksiyalarını tədricən ictimai idarə və ictimai nəzarət qurumlarına, assosasiyalara güzəştə getməklə öz fəaliyyətini cəmiyyətin milli təhlükəsizlik məsələlərinin təminatıyla məhdudlaşdırmış olacaqdır. Yaradılacaq sosialist təsərrüfat subyektlərinin fəaliyyəti dövlət bürokratik maşını vasitəsiylə yox(parlamentar nəzarət xaric), özünü təşkil və özünü idarə prinsipləri əsasında təmin ediləcəkdir.
    Proqramın 2-ci fəsli YNAKP-nin tələblərini özündə ehtiva edir.
    Bu fəslin 1-ci bəndi «Xalq iradəsi nəzərə alınmadan ölkənin iqtisadi kursunu dəyişmiş akt, qərar və sərəncamların qeyr-qanuni elan edilməsi» ilə bağlıdır. Bu nə deməkdir? Məlumdur ki, bütün ümummilli, ümumdövlət səviyyəli məsələlər referendum obyekti ola bilər. O cümlədən əgər ölkənin ictimai-iqtisadi kursu müzakirə obyektidirsə, onda bu məsələnin həlli ümumxalq səsverməsi nəticəsində həll olunmalıydı. Başqa sözlə, respublika sosialist yoxsa kapitalist bazar iqtisadiyyatı kursuyla inkişaf etməlidir sualına cavabı ancaq referendum verə bilərdi. Amma çox təəssüflər olsun ki, bir qrup siyasi quldur heç bir xalq iradəsiylə hesablaşmadan ölkənin iqtisadi inkişaf kursunu dəyişəcək qərarlar qəbul etdilər. Halbuki belə ümummilli səviyyəli məsələyə bir neçə yüz siyasi quldurun qərar verməsinə nə mənəvi, nə də hüquqi haqqı çatmırdı.
    Bu, sözün əsil mənasında dövlət çevrilişi idi. Ona görə də özünün hüquqi qiymətini almalıdır. Təsəvvürünüzə gətirin, Sosialist Respublika quruluşu anti-konstitusiyon yollarla devrilir, 70 il ərzində min bir zillətlə qurulub yaradılmış sosialist təsərrüfatı dağıdılıb talan edilir, ölkə iqtisadiyyatına yüz milyardlarla dollar ziyan vurulur, respublika əhalisinin dolanışıq səviyyəsi 60-70 il əvvəlki səviyyədən də aşağı düşür, dövlət maliyyə cəhətdən faktiki olaraq bankrot olur, amma bunun müqabilində heç bir nəfər də olsun məsul vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Hələ bu azmış kimi məsələlərə hüquqi-siyasi qiymət də verilmir. Bu hüquqi-siyasi qiymət nə üçün lazımdır? Özəlləşdirilmiş obyektlərin, torpaq paylarının yenidən dövlət mülkiyyətinə qaytarılması üçünmü? Yox, biz proqramın 3-cü fəslində öhdəlik götürmüşük ki, zorakı kollektivləşməyə yol verilməyəcək, özəl sektorun mövcudluğu təmin olunacaq. Bu hüquqi-siyasi qiymət 3-cü Respublikanın, kapritalizmin Azərbaycandakı cinayətlərini ifşa etmək və mayası xalqın qan və göz yaşlarından yoğrulmuş bu qarətçi oğru rejimin əsil kriminal simasını açıb göstərmək üçün lazımdır.
    2-ci fəslin 2-ci bəndində isə mülkiyyət növlərinin bərabərliyi və çoxnövçülüyü prinsiplərinin əməli olaraq həyata keçirilməsi və buna müvafiq olaraq dövlətin inhisarında olmayan, mənfəətinin ictimai-istehlak fodlarında toplandığı ictimai (xalqa aid olan) sektorun formalaşdırılması tələbi öz əksini tapmışdır. Bu nə deməkdir?
    Bilirsiniz ki, zaman-zaman bəzi siyasi dairələrdən kommunist ideologiyasının konstitusyon quruluşa zidd olduğu və bu səbəbdən də onun qadağan edilməsinin zəruriliyi ilə bağlı ittihamlar səslənir. Bu gün bunlar hələlik ittiham olaraq qalır. Amma sabah kommunist hərəkatı güclənəndə isə artıq bu ittihamların felən icrasına başlanacaq.
    Bəs çıxış yolu nədədir? Bu gün kommunist ideologiyasının Azərbaycanda fəaliyyəti üçün doğrudanmı heç bir hüquqi baza mövcud deyildir və istənilən vaxt bu ideologiyanın fəaliyyətini rəsmi surətdə qadağan etmək mümkündür?
    Bu iddiada olanlar və bu arzuyla yaşayanlar görünür qəbul etdikləri Konstitusiyanın bəndlərini yaxşı oxumayıblar. Beləki Azərbaycan Respublikası Konstitusiyasının15-ci və 29-cu maddələrində mülkiyyət çoxnövçülüyü və mülkiyyət növlərinin bərabərliyi prinsipi öz əksini tapmışdır. Orada bu barədə belə yazılır: «Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir… Mülkiyyətin heç bir növünə üstünlük verilmir» (maddə 15; 29) Mülkiyyət növlərinin bərabərliyi və çoxnövçülüyü prinsipi həmçinin öz əksini 1991-ci il 18 oktyabr «Müstəqillik haqqında konstitusiya aktı»nda da tapmışdır. Bu isə o deməkdir ki, ölkədə ictimai sektoru yaradıb inkişaf etdirmək üçün heç bir hüquqi maneə yoxdur. Məhz YNAKP Konstitusiyanın 15 və 29-cu maddələrinə əsaslanaraq sosialist mülkiyyətinin və ictimai sektorun formalaşdırılmasını özünün öncəlikli vəzifəsi elan edir.
    Hökumət mülkiyyət növlərinin bərabərliyi və çoxnövçülüyü prinsipini sözdə qəbul etdiyi halda, əməldə tam tərsinə, yalnız xüsusi kapitalist mülkiyyətinin inkişafına çalışır. Bu ədalətsizliyin nəticəsidir ki, indi ölkə iqtisadiyyatının 75%-i, 2007-ci ildə 80%-i, gələcəkdə isə 95-100%-i ancaq bir mülkiyyət növünün, xüsusi kapitalist mülkiyyətinin inhisarına keçəcəkdir. Bu isə açıqdan-açığa «xalq iradəsi» Konstitusiyanın müvafiq maddələrinin kobud surətdə pozulması, bir ovuc zəngin azlığın ağzında saqqız kimi çeynənməsi deməkdir. Təkcə 2006-cı ildə kapitalist sektorunun inkişaf etdirilməsi üçün dövlətin maliyyə resursları hesabına 100 milyon dollar kredit ayrıldığı halda, ictimai sektorun heç dəftər-kitabda adı da yoxdur. Halbuki əhalinin sosial təminatını gücləndirmək üçün ictimai sektor daha sərfəlidir. Çünki özəl kapitalist sektorunun mənfəətini zəngin kapitalistlər sinfi mənimsədiyi halda, ictimai sektorun mənfəəti ictimai-istehlak fondlarına, oradansa əhalinin sosial təminatına yönələcəkdir.
    Məhz bu reallıqdan çıxış edərək YNAKP Konstitusiyanın 15, 29-cu maddələrinə əsaslanaraq alternativ iqtisadi sektorun yaradılmasını və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin ilkin dövrlər üçün ən azı 50-60% təşkil etməsini özünün sosial-iqtisadi proqramı kimi irəli sürür və buna özəl sektoru süni surətdə kiçiltməyin hesabına yox, ictimai sektorun sürətli inkişafı hesabına nail olmağı hədəfləyir.
    2-ci fəslin 3-cü bəndində «qanunsuz olaraq xalqın əlindən alınıb mənfəət şəklində bir ovuc varlı təbəqəyə həmişəlik olaraq güzəştə gedilmiş ictimai-istehlak fondlarının bərpası» tələbi öz əksini tapmışdır. Bəs ictimai-istehlak fondları nə deməkdir və biz YNAKP olaraq nə üçün ona bu qədər önəm veririk?
    Hər şeydən əvvəl onu qeyd etmək yerinə düşər ki, ictimai istehlak fondları məsələsi kommunist siyasətinin, belə demək mümkündürsə, məhəng daşıdır. Bu məhəng daşından kənar kommunist siyasətini təsəvvür etmək mümkünsüzdür. İctimai-istehlak fondları milli gəlirin ədalətli surətdə bölgüsünün, sosial ədalətin barometri, etalonudur. İstehsalın nəticəsinin maksimum ictimailəşməsinin göstəricisidir və tamamilə sosialist iqtisadiyyatına xas bir şeydir.
    İctimai-istehlak fondlarının ilk tarixi təcrübəsi Sovet İttifaqına məxsusdur. İctimai-istehlak fondlarını qidalandıran «şah damar» funksiyasını sosialist iqtisadiyyatı yerinə yetirirdi. Sosialist milli gəlirin, obrazlı dillə desək, «qaymaq hissəsi» bu fondlarda toplanır və müxtəlif xidmətlər; – pulsuz mənzil, təminatı əmək, pulsuz səhiyyə hüququ, dövlət pensiya hüququ, sosial güzəştlər paketi şəklində cəmiyyətin sosial təminatına yönəlirdi. Pulsuz uşaq bağçalarından tutmuş, pulsuz təhsilə, pulsuz mənzil təminatına qədər dünyada hələ də analoqu olmayan sosial təminatların hamısı ictimai-istehlak fondlarının hesabına maliyyələşirdi.
    Yalnız bircə faktı xatırlatmaq kifayətdir ki, ictimai-istehlak fondlarının ümumxalq əhəmiyyətini əyani şəkildə başa düşək. Belə ki, bu fondların hesabına ittifaq miqyasında on milyonlarla mənzil tikilmiş və pulsuz olaraq əhaliyə paylanmışdır. Hansıki bu indiki qiymətlərlə yüz milyardlarla dollar vəsait demək idi. Ən inkişaf etmiş 10 kapitalist dövlətindən mənə birini göstərin ki, öz vətəndaşları üçün bunun heç olmazsa 1%-ni etmiş olsun. Yoxdur belə bir dövlət.
    Bu gətirdiyimiz fakt ancaq bir istiqamət üzrə göstərilən xidmətin miqyasıydı. Belə xidmətlərin sayı isə onlarla ifadə olunurdu və hər biri ictimai-istehlak fondları hesabına maliyyələşirdi. Məsələn, adicə götürək nəqliyyat xərclərini. Ötən əsrin 80-ci illərinin əvvəlinə olan məlumata görə Azərbaycanda bir sərnişinin avtobusla gediş haqqı dövlətə 10,28 qəpiyə, tramvayla gedişi 6,29 qəpiyə, trolleybusla gediş haqqı isə 5,41 qəpiyə başa gəldiyi halda, gediş haqqı müvafiq olaraq 10 və 5 qəpik müəyyən olunurdu. Fikir verin, sərnişinin gediş haqqı maya dəyərindən belə ucuz qiymətə reallaşırdı. Arada qalan fərqi isə vətəndaşın əvəzindən ictimai-istehlak fondları qarşılayırdı. Nəticədə vətəndaşlar hər il ailə büdcəsindən 10 milyonlarla rubl pula qənaət etmiş olurdular.
    Kapitalizm sistemində isə bunun tam tərsi baş verir. Sərnişindaşıma biznesmenlər üçün əla «qaz vurub qazan doldurma» yeridir. Onlar nəqliyyat xərcinin maya dəyərinə şəxsi mənfəətlərinin də payını əlavə edib çox baha qiymətə sərnişindaşıma xtdməti göstərib əhalinin cibini qarət edirlər. Məsələn, Finlandiyanın paytaxtı Helsinki şəhərində şəhərdaxili nəqliyyatdan 1 saat ərzində istifadənin qiyməti 2 avro 80 sentdir. Amerika və Avropada 2 dollardan ucuz metro nəqliyyatı yoxdur. Sosialist Respublika dövründə isə bu xidmətlər vətəndaşa simvolik məbləğlərə, 5-10 qəpiyə başa gəlirdi.
    İndi aydın olur ki, Avropada əhali nə üçün velosipedlərə üstünlük verir. Məktəbli olarkən müəllimlər bizi inandırmağa çalışırdılar ki, guya bu avropalının öz sağlamlığına verdiyi qiymətdir, əslində isə sən demə bu, gediş haqlarının çox baha olmasından irəli gələn bir məsələymiş. İndi həmən aqibət bizi də gözləyir. Tarif şurası gediş haqlarını artırır, biznesmenlərsə bundan istifadə edib vətəndaşları qarət edirlər.
   1940-cı ildə ictimai-istehlak fondlarından əhalinin aldığı ödəniş və güzəştlərə ittifaq miqyasında cəmi 4,6 milyard rubl (10 milyard dollar) pul xərcləndiyi halda, 1979-cu ildə bu göstərici 110 milyard rubl (təxminən 150 milyard dollar) təşkil etmişdir. Amma bu da son hədd deyildi. Beləki ictimai-istehlak fondlarına yönələn vəsaitlər hər il orta hesabla 20-25% artırdı.
    İndi isə nə sosialist tqtisadiyyatı, nə də onun gəlirlərinin toplandığı ictimai-istehlak fondları yoxdur. Bədnam üçüncü respublika rejimi istər sosialist iqtisadiyyatını, istərsə də ictimai-istehlak fondlarını həmişəlik olaraq xalqdan müsadirə edib bir ovuc mülkiyyətçilər sinfinə bağışladı. Nə vaxtsa ictimai-istehlak fondlarına yönələn vəsaitlər indi mənfəət formasında əmək qabiliyyətli əhalinin cəmi 3-5%-ni təşkil edən varlı biznesmenlər sinfinin bank hesablarına axır. Obrazlı dillə desək ictimai-istehlak fondlarını bir dəryaçaya bənzətmək olardı ki, sosialist iqtisadiyatının xalis gəliri bu dəryaçada toplanırdı. Bu dəryaçadan vurulmuş istehlak kanalları mütəmadi olaraq toplanmış sərvəti cəmiyyət üzvlərinin sosial təminatına yönəldirdi. Cərimə və xalqa cəza hökumətləri islahatlar adı altında bu istehlak kanallarını betonlayıb bağladılar, şərti olaraq dəryaça adlandırdığımız ictimai-istehlak fondlarının yerində isə bir ovuc mülkiyyətçilər sinfi üçün «mənfəət hovuzu» inşa etdilər. İndi kapitalist iqtisadiyyatı bu «mənfəət hovuzuna» işləyir, hansıki bu «mənfəət hovuzunun» tamamı ancaq sahibkar kapitalistlər sinfinə aiddir. Beləliklə tarixdə misli görünməmiş oğurluq faktı baş verdi. Milli gəlir xalqdan müsadirə olunaraq varlı təbəqəyə bagışlandı. Əgər bir vaxtlar kommunistlər sərvəti zənginlərdən alıb xalqa vermişdilərsə, «milli xəyanət hökumətləri» əksinə, xalqdan alıb varlılara verdilər. Adını da qoydular «demokratik respublika». V.Mayakovskinin təbirincə desək:
    Azlıq – yeyir, çoxluqsa – həsrət budlika.
    Adını da qoyublar demokratik respublika.
    Nəticədə Sosialist Respublika zamanı ictimai-istehlak fondlarına, oradansa cəmiyyətin sosial təminatına yönələn vəsaitlər indi parazit zənginlərin lüks istehlakına, bar-restoran əyləncələrinə xərclənir. Azərbaycanda hal-hazırda zənginlərin hər il bahalı avtomobillərin alınmasına xərclədikləri yarım milyard dorllar, bar-restoran əyləncələrinə sərf etdikləri 300-400 milyon dollar, bahalı mənzillərə və villalara xərclədikləri milyardlarla dollar vəsaitlər dünənə qədər ictimai-istehlak fondlarına və bütün cəmiyyətə məxsus idi. Kapitalist bazar iqtisadiyyatı bu qiqant sərvəti bir dəfəlik olaraq zənginlərin mülkiyyəti elan etdi.
    Hazırda ölkədə cəmi 1 il ərzində zənginlərin bahalı avtomobillərə, bar-restoran əyləncələrinə, bahalı mənzillərə, villalara, bir sözlə, lüks istehlaka xərclədikləri pul təqribən 3 milyard dollar civarında bir məbləğ etməkdədir. Halbuki bu pula hər il 20-30 min gənc ailəni pulsuz olaraq, heç bir qəpik də istəmədən mənzillə təmin etmək, yüzlərlə məktəb, onlarla xəstəxana tikmək və ölkə əhalisinin ən azı 60-70%-i üçün pulsuz səhiyyə xidməti təşkil etmək olardı. Sosializm dövründə bu belə idi. Bu gün isə hər şey göz qabağındadır; işsizlik, yoxsulluq, fahişəlik baş alıb gedir.
    Hələ 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan və bənzər durumda olan ölkələrlə bağlı yoxsulluq meyarını açıqlamışdı. BMT ekspertlərinin hesablamalarına görə Azərbaycanda adambaşına gündəlik qazancı 2 dollardan az olan şəxslər yoxsul hesab edilməlidir. Başqa sözlə, hər hansı bir Azərbaycan vətəndaşının yoxsul yaşamaması üçün onun gündəlik gəliri 2 dollardan az olmamalıdır. Əgər nəzərə alsaq ki, orta statistik bir azərbaycanlı ailəsi 5 nəfərdən ibarətdir, onda bir ailənin yoxsul yaşamaması üçün aylıq gəliri 300 dollardan yuxarı olmalıdır.
    Müstəqil ekspert hesablamaları göstərir ki, ölkədə yaşayan ailələrin 80%-nin aylıq gəliri 300 dollardan azdır. Bu isə o deməkdir ki, hazırda ölkə əhalisinin 54-ü BMT-nin açıqladığı yoxsulluq həddindən aşağı səıiyyədə yaşayır, yəni yoxsuldur. Digər tərəfdə isə ölkə əhalisinin cəmi 0,2 %-ni təşkil edən potensial alıcı hər gün bahalı xarici avtomobil almağa orta hesabla 1,5 milyon dollar pul xərcləyir ki, bu da adambaşına 27 min dollar vəsait deməkdir. İndi siz sosial uçurumun böyüklüyünə fikir verin. Ölkə əhalisinin təxminən 80%-nin gündəlik adambaşına düşən qazancı 2 dollardan az olduğu halda, ən varlı 0,2%-lik əhali qrupunun gündəlik adambaşına lüks avtomobil xərcləri bundan 13500 dəfə daha böyük məbləğ, 27 min dollar təşkil etməkdədir. Hansıki bu vəsaiti azərbaycanlı müəllim heç 20 ilə də qazana bilməz.
    Deməli indi Azərbaycanda bir müəllimin 20 ilə qazana bilmədiyi vəsaiti (2006-cı ilin orta aylıq əmək haqqına nəzərən), potensial varlı alıcı bir gün ərzində bahalı xarici avtomobilə xərcləyir. Hələ bu ancaq orta göstəricidir. Halbuki Bakıda satılan elə xarici avtomobillər var ki, onların 100-200 min, hətta 600 min dollar qiyməti var. Hər hansı bir zənginin bir gün ərzində avtomobilə xərclədiyi bu vəsaiti isə azərbaycanlı müəllim indiki maaşıyla heç 80 ilə də qazana bilməz. Sadə zəhmət adamının heç bir əsrə belə toplaya bilməyəcəyi bir vəsaiti hansısa parazit zəngin cəmi bir neçə saat ərzində avtomobil zövqü üçün xərcləyir. Baxmayaraq ki, bu sərvətin gerçək yaradıcısı məhz elə həmən sadə zəhmət adamıdır.
    Artıq ölkədə elə zəngin ailələr qrupu formalaşmaqdadır ki, onların gündəlik qazancı bir neçə yüz min dollarla bir neçə milyon dollar arasında dəyişir və belə imkanlı ailələrin itinin, pişiyinin yaşadığı komforta ölkə əhalisinin 80-90%-i həsəd apara bilər. Məsələn, ölkənin ən zəngin kapitalistlərindən olan Kəmaləddin Heydərov özünün Bilgədəki bağ evində sözün əsil mənasında cənnət yaradıb. Süni dağlar, ceyran-cüyür və bir də ki, Azərbaycanda tayı-bərabəri olmayan mini-delfinarium, yəni delfinlərin bəslənib təlim gördüyü kompleks. Kapital maqnatı özünün sevimli delfinləri üçün mütəmadi olaraq dünya okeanından su gətizdirir və hansıki bir tək bu əməliyyata o hər il yüz minlərlə dollar pul xərcləyir. Bundan başqa delfinlərin qidalanması da kifayət qədər xərc tələb edir. Əgər nəzərə alsaq ki bir cüt delfini bəsləmək üçün hər gün orta hesabla 100 kq balıq tələb olunur, onda hesab etmək olar ki, Heydərovun delfinlərini bəsləmək üçün hər gün azı 250 dollar vəsait xərclənir. Bu isə həftədə 1800 dollar, ayda 7500 dollar, bir ildə isə ən azı 90 min dollar vəsait deməkdir. Əgər buraya delfinarium işçilərinin maaşlarını da əlavə etsək, həmən məbləğ asanlıqla 100 min dolları ötər.
    Bütün bu «sərvət triumfu» o ölkədə yaşanır ki, onun milyonlarla əhalisi ifrat dərəcədə yoxsul, yarım milyon vətəndaşı isə işsizdir. Nəzərə alsaq ki, hazırda pensionerin aylıq pensiyası cəmi 60 dollar, şəhid ailəsinin isə aldığı aylıq müavinət 12 dollardır, onda əminliklə demək olar ki, Kəmaləddin Heydərovun bir tək delfinlərinə xərclədiyi pul minlərlə pensionerin, minlərlə şəhid ailəsinin aylıq gəlirindən qat-qat böyük məbləğdə vəsait edir. Onun delfinlərinin ancaq qidasına, həm də ancaq bir gün ərzində xərclədiyi pulu azərbaycanlı müəllim heç bir neçə aya da qazana bilməz.
    Prezident aparatı həkiminin saxladığı və özəl qulluqçu tutduğu itinin təkcə bir günlük qida xərci təxminən 35 dollar edir. Müqayisə üçün deyək ki, ömrünün 30-35 ilini mədənlərdə ağır fiziki əməyə sərf etmiş, bütün gəncliyini ölkənin sosial-iqtisadi çiçəklənməsinə qurban vermiş əmək cəbhəsinin veteranları bu məbləğdə vəsaitlə özlərinin bir aylıq qida, kommunal, dərman və s. xərclərini ödədikləri halda, kimlərsə həmən vəsaitlə itinin ancaq bir günlük qida ehtiyaclarını qarşılayır. Həmən İtin aylıq qida xərci 1000 dollar, illik qida xərci isə 12 min dollar təşkil edir. Bu isə o deməkdir ki, belə bir itin saxlanması üçün bir nəfər orta statistik azərbaycanlı fəhlə yemədən-içmədən 8-10 il işləməlidir.
    Bu yerdə çox haqlı olaraq belə bir sual meydana çıxır. Azərbaycanda əhalinin neçə faizi hər ay öz ailəsinə 1000 dollar pul xərcləyə bilir? Müstəqil ekspert hesablamalarına görə hazırda ölkədə aylıq gəliri 600 dollardan yüksək olan təbəqə əhalinin cəmi 10%ni təşkil edir. Deməli ən yaxşı halda ölkə əhalisinin 90-95%-i sözügedən itin komfortlu həyatına həsəd apara bilər. Başqa sözlə, ölkə əhalisinin ən azı 90%-i sözügedən itlə müqayisədə daha aşağı həyat standartlarında yaşamaqdadır. Əhalisinin 54-nün adambaşına gündəlik qazancı 2 dollardan az olan bir ölkədə əgər kiminsə itinin bir günlük qida xərci bundan 18 dəfə çox, yəni 35 dolar edirsə, bu o deməkdir ki, bu ölkədə muzdlu işçi sinfinin bir it qədər də dəyəri yoxdur. Kapitalizmin ictimai-istehlak fondlarının ləğvi hesabına yaratdığı parazit zənginlər sinfi təkcə itinə-pişiyinə deyil, öz ölülərinə qarşı da çox səxavətlidirlər. Məsələn, Bakının «qurd qapısı» deyilən yerdə yerləşən varlılar qəbiristanlığında elə məzarlar var ki, onun hər birinə 200-300 min, bəzən isə 400 min dollar pul xərcləyirlər. Firon sərdabəsini xatırladan bu qəbirlərə bu qədər böyük məbləğlərin xərclənməsi heç şübhəsizki həmən sərvəti elə ölüylə birlikdə dəfn etməyə bənzəyir.
    Bəs gəlin müqayisə edək görək varlıların bir məzara xərclədikləri bu məbləğdə sərvətin meydana gəlməsi üçün nə qədər kəndli neçə müddətə işləməlidir?
    Dövlət Statistika Komitəsinin 2005-ci ilin yekunlarıyla bağlı açıqladığı məlumata görə bir kəndli ailə təsərrüfatının orta hesabla illik gəliri təqribən 1000 (min) dollara bərabərdir. Əgər varlı sinfin hansısa nümayəndəsi bir məzara orta hesabla 300 min dollar xərcləyirsə, bu o deməkdir ki, bu məbləğdə vəsaiti yaratmaq üçün 300 kəndli ailə təsərrüfatı və bu ailə təsərrüfatına aid 1500 nəfər şəxs düz bir il işləməlidirlər. Başqa sözlə, bir varlı məzarının dəyəri min beş yüz kəndlinin bir illik əməyinə ekvivalentdir (bərabərdir). Necə deyərlər, varlı sinfin nümayəndəsi bir kəndin bir illik gəlirini cəmi bir məzarda ölüylə birlikdə dəfn edir.
    Bu əclaflığı isə nə allah qəbul edər, nədəki bəndə. Allahın kitabında belə bir şey yoxdur. Hətta dəbdəbəli məzarlar islam dininə görə qəbahətdir, günah mənbəyidir. İndi görün kapitalizm necə bir allahsız sinif icad edib saldı canımıza. Gerçək allahsızlıq bax budur.
    Kommunizm məhz belə allahsızlara qarşı mübarizə deməkdir. Hər hansı bir milyonçunun bəzi xərclər strukturuna nəzər salsaq, onda hər bir parazit zənginin bu xalqa hansı məhrumiyyətlər hesabına başa gəldiyini aydın bir şəkildə başa düşmək olar. Sıradan bir milyonçu təsəvvür edin, altında 100 min dollarlıq avtomobil, yaşamaq üçün 300-400 min dollarlıq ev, istirahət üçün 3 milyon dollarlıq villa, əlində 10-15 min dollarlıq cib telefonu, qolunda 20-30 min dollarlıq saat, əynində 2-3 min dollarlıq kostyumu, boynunda 300-500 dollarlıq qalstuku, daha bilmirəm nələr, nələr. Hamısı üst-üstə təxminən 3,6 milyon dollar edir ki, buraya bar və restoranlara, gündəlik şəxsi istehlaka, xarici ölkələrə turist səfərinə xərclədiyi pullar daxil edilməmişdir. Həmdə nəzərə alın ki, bu orta statistik bir milyonçunun, həmdə ancaq bir neçə istiqamət üzrə xərcləridir. Halbuki milyonçuların adətən bir yox, bir neçə bahalı avtomobili, və s. olur ki, bu zaman müvafiq xərclər bir neçə dəfə çox olur. Amma biz sıradan bir milyonçunun minimum xərclərini hesabladıq ki, bu da ən azı 3,6 milyon dollar edir. Nədir bu 3,6 milyon dollar? O hansı miqdar əməyin ekvivalentidir?
    Hazırkı imkanlar şəraitində bu məbləğdə sərvəti yaratmaq üçün 3600 kəndli ailə təsərrüfatı və bu təsərrüfatlara aid 20 minə yaxın kəndli ailəsinin üzvləri bir il müftə işləməlidirlər. Sıradan bir milyonçunun bəzi istiqamətlər üzrə bu minimum xərci 15-20 kəndin bir illik gəlirinə bərabərdir. Onun bir tək villasının qiyməti ən azı orta ölçülü 10 kəndin illik gəliriylə müqayisə oluna bilər. Deməli bir milyonçunun meydana gəlməsi üçün onlarla kəndin əhalisi bir il müftə işləməlidir. Belə milyonçular isə bir yox, bütöv bir sinifdirlər ki, sayları on minlərlə ölçülür.
    Müstəqil ekspert hesablamalarına görə təkcə Bakı şəhərinin Badamdar qəsəbəsindəki villaların bazar dəyəri 5-6 miyard dollar edir6. Kənd təsərrüfatında bu məbləğdə dəyərin istehsal olunması üçün əmək qağiliyyətli 1,5-2 milyon kəndli hazırkı göstəricilərlə 3-4 il müftə işləməlidir.
    Başqa bir fakta müraciət edək. Əmlak Bazarı İştiraksıları İctimai Birliyinin 2006-cı ilin əvvəlinə olan məlumatına görə hazırda Bakı şəhərində göydələn binalarda 67 min mənzilin tikintisi gedir. Hansıki bu mənzillərin toplam ilkin bazar dəyəri təqribən 4 milyard, təkrar bazar dəyəri isə təxminən 5 milyard dollar deməkdir. Deməli yaxın bir neçə il ərzində 67 min potensial alıcı, hansıki onlar ölkə əhalisinin cəmi 0,8%-ni təşkil edir, bahalı mənzillərin alınmasına opta hesabla 4,5 milyard dollar pul xərcləyəcəklər. Müqayisə üçün deyək ki, 2005-ci ildə Azərbaycan Respublikpsının qeyri-neft sektorundakı toplam Ümum Daxili Məhsul İstehsalı 5,5 milyard dollar olub. Əgər nəzərə alsaq ki, ölkədə əmək qabiliyyətli əhalinin təqribən 4 milyon nəfəri qeyri-neft sektorunda çalışır, onda bu o deməkdir ki, 5,5 milyard dollarlıq dəyərin yaradılması üçün 4 milyon insan düz bir il işləməli olmuşdur. Deməli ölkə əhalisinin heç 1%-ni di təşkil etməyən potensial zəngin alıcıların bir neçə ildə bahalı mənzillərə xərcləyəcəkləri pul, ölkədəki əmək qabiliyyətli əhalinin 80%-ni təşkil edən 3 milyon insanın az qala bir illik əməyinə ekvivalentdir. Necə deyərlər, 0,8% əhalinin bahalı mənzillərə sahib olması üçün 3 milyon insan bir il işləməli olmuşdur.
    Baxın, tərəzinin bir gözündə bir ovuc zəngin təbəqə, digər gözündə isə milyonlarla zəhmətkeş insan. Haman bu milyonlarla qara camaat ömürləri boyu sərvət istehsal edən maşın kimi bu bir ovuc zəngin sinfin bar-restoran, villa, avtomobil və s. zövqləri üçün işləmək məcburiyyəftindədirlər. Biz kommunistlər buna muzdlu köləlik sistemi deyirik. Məhz ictimai-istehlak fondlarının ləğvində əsas məqsəd muzdlu köləlik sisteminə keçmək idi. Nəticədə Sosialist Respublika dönəmində əhalinin pulsuz mənzil, pulsuz təhsil, dövlət pensiya hüquqlarının realizə edilməsinə sərf olunan ictimai-istehlak fondlarının vəsaitləri indi, yuxarıda sadaladığımız faktlardan da göründüyü kimi, bir ovuc parazit zənginin şəxsi zövqünü oxşamağa xidmət edir. Bu baxımdan ictimai-istehlak fondlarının bərpası YNAKP üçün həyati önəm daşıyır və bunsuz sosializm bir xəyaldır. Xəyalı gerçəkliyə çevirmək üçünsə ictimai sosialist sektorunun yaradılıb inkişaf etdirilməsi son dərəcə zəruridir. Beləliklə də bir dövlət çərçivəsində iki iqtisadi sistem bərqərar ediləcək; özəl kapitalist və ictimai-sosialist sektoru. İctimai sektorun xalis gəliri axırıncı qəpiyinədək yaradılacaq ictimai-istehlak fondlarında toplanacaq, oradansa əhalinin pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil və s. hüquqlarının reallaşması üçün xərclənəcəkdir.
    Proqramın 2-ci fəsil 4-cü bəndində «xalqın məhrum edildiyi pulsuz səhiyyə hüququ bərpa edilsin» tələbi öz əksini tapmışdır.
    Məlumdur ki, Azərbaycan Sosialist Respublikasının konstitusiyasında xalqın pulsuz səhiyyə hüququ təsbit edilmiş və bu hüququn realizə edilməsi üçün hər il ictimai-istehlak fondlarından milyardlarla manat vəsait sərf olunmuşdur. Bədnam üçüncü respublika sosialist iqtisadiyyatının daşını daş üstə qoymadığı kimi, bu quruluşa aid sosial təminat və sosial hüquq sistemini də vəhşi kapitalizm qanunlarının sətirlərində dəfn etmişdir. Bu tarixi cinayəti ört-basdır etməkdən ötrü isə ictimaiyyətdə sürəkli olaraq belə bir yanlış rəy formalaşdırılır ki, Sosialist Respublika dönəmində pulsuz səhiyyə hüququ ancaq kağız üzərində mövcud olmuş, əhali isə müalicə olunmaq üçün rüşvət vermək məcburiyyətində qalmışdır və bununla da onlar hüquqdan məhrum etdikləri sadə insanları inandırmağa çalışırlar ki, pulsuz səhiyyə hüququnun ləğvi guya itki deyil.
    Məlumdurki Sovet səhiyyə sistemi sosializm modeli baxımından ilk tarixi təcrübəydi və heç şübhəsiz ki, bir sıra nöqsanlardan xali deyildi. Məhz müalicə qarşılığında həkimlərin xəstələrdən rüşvət alması faktı bu nöqsanlardan biriydi, amma bu heç də kimlərəsə əsas verə bilməz ki, pulsuz səhiyyə hüququ və bu hüququn həyata keçirilməsi üçün hər il xərclənən milyardlarla vəsaiti inkar etsinlər. Sovet hakimiyyəti zamanı dövlət öz vəsaiti hesabına xəstəxanalar, poliklinikalar, tibb məntəqələri tikdirir, onları bütün tibbi ləvazimat və dərman preparatlarıyla, həkimlə təmin edirdi. Nə baş verirdisə, bundan sonra baş verirdi. «Həkim Cinayətovlar» dövlətin xəstəxanasında oturub dövlətin tibbi təchizatı hesabına öz şəxsi cibləri üçün al-ver etməyə başlayırdılar. Deməli problem təchizat problemi yox, xidmət problemiydi. Yəni dövlət tərəfindən hər cür təchizat həyata keçirildiyi halda, xidmət işi düzgün təşkil edilmədiyindən rüşvətxorluq geniş vüsət alırdı.
    Pulsuz səhiyə sistemi o zaman özünü doğrultmamış hesab oluna bilərdi ki, dövlət xəstəxanaların tibbi təchizatını (alətlər, avadanlıqlar, dərman və s.) həyata keçirməmiş olaydı. Amma həmən dövrdə çalışan bir çox həkimlər indi də etiraf edirlər ki, Sosialist Respublika hakimiyyəti zamanı bir neçə gün istifadə müddəti keçən kimi yeşiklərlə dərmanı zibilliklərə atırdılar.
    Bu təchizat bolluğunun əsaında isə ictimai-istehlak fondlarından ayrılan milyardlarla vəsait dayanırdı, hansıki indi bu vəsaitlər mənfəət şəklində bir ovuc zəngin sinfin cibinə axır. Deməli xalq pulsuz səhiyyə hüququndan ona görə məhrum edilməyib ki, guya belə bir təchizatı həyata keçirmək mümkün deyil, sadəcə olaraq belə bir hüquq mövcud olduğu müddətcə kapitalizmin sütunu hesab edilən parazit zənginlər sinfi formalaşa bilməzdi. Başqa sözlə bir ovuc mülkiyyətçi sinfin «mənfəət hovuzu» dolub daşsın deyə pulsuz səhiyyə kranı bağlanmalıydı.
    Bu tarixi cinayətə imza atmış milli xəyanət hökuməti indi də vaxtı ilə xalqın pulsuz səhiyyə hüququnu təmin etmək məqsədiylə yaradılmış xəstəxanaları, poliklinikaları satışa çıxarıb özəlləşdirir. 2006-cı ilin 23 sentyabrında imzalanmış prezident fərmanına əsasən 43 səhiyyə obyekti özəlləşdirməyə çıxarıldı. Bura Qaradağ 4 saylı Birləşmiş Uşaq Xəstəxanası, Bakı Göz Xəstəxanası, Uroloji Xəstəxana, Diaqnostika Mərkəzi, Respublika Stomotoloji Mərkəzi və otuz stomotoloji pliklinika və s. aiddir.
    Sosialist Respublika zamanı əhaliyə pulsuz xidmət göstərmək üçün yaradılmış bu səhiyyə ocaqları bundan sonra xəstələrin cibini biznesmenlərin xeyrinə müsadirə edəcək kommersiya obyektləri kimi fəaliyyət göstərəcəklər. Çünki dünyanın hər yerində səhiyyə biznesi ən gəlirli qazanc növü hesab olunur və belə karlı biznes növü Azərbaycanda formalaşmaqda olan kapitalist sahibkarlar sinfinin nəzərindən kənarda qala bilməzdi. O kapitalist sahibkarlar sinfi ki, onların bir allahı var – pul və mənfəət. Bir şüarları var, «çıxarlarımı babam üçün belə fəda etmərəm».
    İndi bu dünyagörüşə sahib insanlar bizim tibbi yardım almaq hüququmuzla al-ver edir, bizim əzalarımızdan qazanc mənbəyi kimi istifadə edir, sağlamlığı bizə pulla satırlar. Hökumət rəsmiləri və onların muzdlu müxalifəti əhalini inandırmaga çalışırlar ki, tibbi sığorta sistemi tətbiq olunandan sonra səhiyyə xidmətinin kütləvi surətdə kommersiyalaşması vətəndaşlar üçün heç bir sosial sıxıntı yaratmayacaq.
    Gəlin əvvəlcə nəzər salaq görək icbari tibbi sığorta nə deməkdir?
    İcbari tibbi sığorta inkişaf etmiş kapitalist dövlətlərində işçinin sahibkar tərəfindən məcburi tibbi sığortasını nəzərdə tutur və əmək haqqı fondunun 10-15%-i məbləğində olur. Nəticədə işçi xəstələndikdə tibbi sığorta fonduna toplanmış vəsait hesabına müalicə alır. Təbiiki bu aysberqin ancaq görünən tərəfidir və hökumət rəsmiləri apardıqları islahatların antixalq mahiyyətini, onun kriminal tərəfini malalayıb gizlətmək üçün daha çox bu hissəni qabardır, yalan maşınını işə salaraq əhalini buna inandırırlar.
    Biz isə aysberqin görünməyən tərəfinə gəlin nəzər salaq. Məsələ burasındadır ki, işçinin xeyrinə məcburi tibbi sığortanın sahibkarlar tərəfindən ödənilməsi mif və yanlış təsəvvürdən başqa bir şey deyildir. Beləki islahatların üzərindən kiçik bir zaman dilimi ötəndən sonra vəziyyət dəyişir. Hansıki biz bu dəyişən vəziyyəti indiki Amerika və qərbi Avropa dövlətlərinin timsalında müşahidə edirik. Bu isə ondan ibarətdir ki, zaman keçdikcə sahibkarlar hökumətə təzyiq göstərərək tibbi sığortanın bir hissəsini işçinin öz boynuna qoyurlar. Məsələn, Almaniyada əvvəl 14,3% tibbi sığortanın böyük əksəriyyət hissəsini ancaq sahibkar ödəyirdisə, yeni qüvvəyə minən qanuna görə indi bu məbləğin yarısından çoxunu işçi özü ödəməli olacaqdır. Eyni vəziyyət ABŞ və digər qərbi Avropa ölkələrində də cərəyan etməkdədir. Amerikada sahibkar tərəfindən ödənən tibbi sığorta ödəmələrinin tamamilə ləğvi gündəmdədir. Bundan başqa sahibkarlar mütəmadi olaraq sosial xərcləri (əməkhaqqı fondu, sığorta və s.) azaltmaq məqsədiylə işçiləri kütləvi surətdə işdən çıxarırlar və nəticədə işdən çıxarılmış işçilərin işini yerdə qalan işçilərə gördürür, işdənçıxarmalar hesabına qənaət olunmuş vəsaitin bir hissəsini yerdə qalan işçilərə tibbi sığorta kimi ödəyirlər. Deməli sahibkar tibbi sığortanı öz mənfəətindən yox, sosial xərclərin azaldılması hesabına qənaət olunan vəsaitdən ödəyir. Hələ üstəlik bu əməliyyatdan əlavə qazanc da əldə edirlər. Amma nə yazıqlar olsunki «fırıldaq dahilərinin» bu fəndləri barədə heç bir yerdə nə deyilmir, nə də ki yazılmır. Bundan başqa dünya təcrübəsi inkarolunmaz bir şəkildə sübut etmişdir ki, icbari tibbi sığorta hesabına toplanan vəsaitlər işçinin müalicə xərclərini tam şəkildə ödəmək iqtidarında deyil. Başqa sözlə, tibbi sığorta heç vaxt işçinin müalicə xərclərini tam şəkildə sığortalaya bilməz. Səbəb çox bəsitdir. Məsələ burasındaadır ki, tibbi xidmət xərcləri sürətlə bahalaşdığı halda, tibbi sığorta ödənişləri bir o qədər ləng artır və nisbətdə artmır, əksinə, azalır. Məsələn, 2000-2004-cü illər ərzində ABŞ-da səhiyyə xidmətləri orta hesabla 64% bahalaşıb. Türkiyədə 2003-2006-cı illər ərzində diş çəkdirmək xərcləri 92%, həkim müayinəsi isə 101% bahalaşıb7. Təbiiki tibbi xidmətlərin belə bahalaşdığı bir sistemdə tibbi sığorta ödəmələri qənd kimi əriyib yox olur və işçinin müalicə xərclərini ödəməkdə aciz qalır. Bunun nəticəsidir ki, artıq Almaniyada tibbi sığorta pullarının toplandığı «sağlamlıq kassaları» iflas həddinə gəlib çatmışdır. Məsələn, əvvəl Almaniyada diş çəkdirən şəxs narkoz olunurdu və narkozun pulunu 200 avro olmaq şərtiylə «sağlamlıq kassası» ödəyirdisə, bu gün bu xərci müalicə olunan şəxs özü ödəməlidir. Başqa bir misala müraciət edək. İndi Almaniyada sığortası olan vətəndaş əgər bir dişinə protez taxdırmaq istəyirsə «sağlamlıq kassasının» ödədiyi vəsaitin üzərinə öz cibindən hər protez dişə görə 1000 avro əlavə pul ödəməlidir8.
    Budur pulsuz səhiyyə hüququnun ləğvi əvəzində bizlərə sırınmağa çalışılan tibbi sığorta sisteminin görünməyən çirkin üzü. Ən yaxşı halda belə o bizlərə də ancaq belə bir təminatsız gələcək vəd edir. Amma bu da son deyil. Qərb ölkələrində bu gün on milyonlarla insan var ki, onlar tibbi sığortadan məhrum şəkildə yaşamaq uğrunda mübarizə aparmaqdadırlar. Məsələn, Amerikada 1997-ci ildə 43,4 milyon tibbi sığortadan məhrum insan vardısa, 2005-ci ilin sonuna onların sayı daha 3 milyon nəfər artaraq 47 milyona çatmışdır9. Avropanın özündə də milyonlarla insan bu haqdan məhrum şəkildə yaşamaqdadır. Kapitalizmin yazılmamış qanunları onlara tibbi sığortanı belə çox görmüşdür. Əgər mədəni hesab edilən ölkələrdə bunlar yaşanırsa, Azərbaycan kimi qanunsuzluğun meydan suladığı bir ölkədə yüz minlərlə insanı eyni neqativ təsirlərdən sığortalamağın yeganə yolu pulsuz səhiyyə hüququnun bərpasından keçir.
    YNAKP pulsuz səhiyyə hüququnun bərpasını özünün öncəlikli hədəflərindən elan edir. Biz pulsuz səhiyyə hüququnu Sovet hakimiyyətiylə müqayisədə daha mükəmməl variantda həyata keçirmək əzmindəyik, çünki bizim 70 illik təcrübəmiz var.
    YNAKP proqramının 2-ci fəslinin 5-ci bəndində «xalqın məhrum edildiyi pulsuz mənzil hüququnun bərpası» tələb olunur.
    Məlum olduğu kimi Azərbaycan Sosialist Respublikasının konstitusiyasına görə hər bir vətəndaşın pulsuz mənzil almaq hüququ var idi və bu hüququn reallaşmasının maliyyə bazası qismində mənzil fondları çıxış edirdi. Ötən əsrin 70-80-ci illərində təkcə şəhərlərdə 24 milyon kvadratmetrlik yaşayış sahəsi tikilib pulsuz mənzil hüququ çərçivəsində heç bir qəpik də haqq tələb olunmadan əhaliyə paylanmışdır ki, bu da indiki təkrar bazar qiymətləriylə 20 milyard dollar kimi qiqant vəsait deməkdir. Başqa sözlə, sözügedən 20 il ərzində azı 300 min ailə Sosialist Respublikanın hesabına pulsuz mənzillə təmin olunmuşdur.
    Bəs indi nə baş verir? Bir qrup siyasi quldur Sosialist Respublikanı Milli xəyanət məclisinin iclas salonunda dəfn etdikdən sonra «işə» başlamış bədnam 3-cü Respublika rejimi fasiləsiz çalışan talan maşınını işə salaraq 70 il ərzində sosializmin xalqa bəxş etdiyi bütün sosial hüquq və güzəştləri onların əlindən geri alıb mənfəət şəklində bir ovuc zəngin mülkiyyətçilər sinfinə bağışladı. Sosialist Respublika zamanı mənzil fondlarına yönələn on milyardlarla vəsait bu gün sahibkar kapitalistlər sinfinin mənfəətini təşkil edir. 15-20 il bundan öncəyə qədər xalqın pulsuz mənzil hüququnun təminatına xərclənən vəsaitlər indi biznesmenlər sinfinin milyonlarla dollar qiyməti olan villalarının, bahalı mənzillərinin tikintisinə sərf olunur. Kapitalizm – cəmiyyətin 3-5%-ni təşkil edən mülkiyyətçilər sinfinə xalqdan müsadirə olunmuş pulların hesabına milyardlar səltənəti, qara camaata isə yığın-yığın problemlər bəxş etdi. Bir tək mənzil hüququnun ləğvi Azərbaycan xalqının sosial təminatından hər il orta hesabla bir milyard dollar pulun oğurlanması və azad bazar iqtisadiyyatı adı altında zəngin təbəqənin bank hesablarına transfer olunması deməkdir. Son 15 ildə isə bu təxminən toplam olaraq 15 milyard dollar vəsait edir. Dövlət və onun parlamenti isə bu tip müsadirə və talan siyasətini «Azad sahibkarlıq fəaliyyəti» haqqında qanunlarla rəsmiləşdirir, oğurluq faktlarına hüquqi don geyindirməklə məşğul olur. Hələ bu azmış kimi pulsuz mənzil hüququndan məhrum edərək mənzil probleminə düçar etdiyi əhalini «İpoteka kreditləri» adlı yeni dəllallıq nömrəsiylə yenidən qarət etməyə hazırlaşır.
    İpoteka kreditləri nədir? İpoteka – hər il yüz milyonlarla, milyardlarla dollar pulun xalqın cibindən tikinti maqnatlarının, bankirlərin xeyrinə müsadirə olunması deməkdir. Bu, xalqı qarət etməyin yeni adıdır. İpoteka sadə xalqı tikinti şirkətlərinin, bankirlərin ömürlük girovuna çevirmək siyasətidir. Sahibkar kapitalistlər sinfi bir tərəfdən mənzil fondlarına yönəlməli olan vəsaitləri mənimsəyərək, digər tərəfdən isə xalqa birə-beş qiymətinə mənzil satmaqla ikitərəfli qazanc əldə edirlər. Onlar hər iki tərəfdən qazanır, xalq isə hər iki tərəfdən ancaq itirir. Kapitalizmin diplomlu nökərləri – iqtidarlı-müxalifətli bütün xain liberal cəbhə xalqa qarşı aparılan bu talan siyasətini nəinki dəstəkləyir, hələ üstəgəl onu «yaxşı hal» kimi xarakterizə edirlər. Məsələn, Müsavatçı Qubad İbadoğlu televiziya verilişlərinin birində 35 nəfərin ipoteka krediti götürməsini «Yaxşı haldır ki, heç olmazsa 35 nəfr mənzil alıb» sözləriylə dəyərləndirdi.
    Ğörün bu mənəviyyatı şikəst adamlar nəyi «yaxşı hal» hesab edirlər. Sosialist Respublikanın hakimiyyəti zamanı pulsuz mənzillə təmin olunan vətəndaş bu gün bütün hüquqlarından məhrum edilir və hansısa tikinti dəllalı da hər kvadratmetri 150 dollara başa gələn evi ona orta hesabla 3-qat bahasına, hər kvadratmetri 534 dollara satır ki, nəticədə 35 min dollarlıq ev faizləriylə birlikdə 15 il sonra vətəndaşa 50 min dollara başa gəlir, bunun üçünsə vətəndaş hər ay 500-600 dollar kredit və kredit faizi ödəyir; belə bir biyabırçı vəziyyəti isə kimlərsə də fəxrlə «yaxşı hal» kimi qiymətləndirirlər. Bu gün Bakı şəhərindən 7 km aralıda Abşeron gənclik şəhərciyi salınır və əhaliyə ilkin ödəniş olmadan faizsiz kreditlə ev almaq şansı təklif olunur. Bütün bu güzəştlərə baxmayaraq kredit götürən vətəndaş hər ay azı 250, ən çoxu isə 350 dollar həm də 15 il ərzində pul ödəməlidir. Nəzərə alın ki, hazırda ölkədə orta aylıq əmək haqqı bu aylıq ödənişin məbləğindən orta hesabla 2 dəfə az, cəmi 160 dollardır. İndi özünüz nəticə çıxarın, bu vətəndaş aldığı maaşla ailəsinimi dolandırmalıdır, yoxsa tikinti dəllallarınımı? Bazar iqtisadiyyatına keçid xalqı təkcə pulsuz mənzil hüququndan məhrum etmədi, kapitalizmin yazılmamış qanunları bizim şəhərlərin mərkəzində yaşamaq hüququmuzu da əlimizdən aldı. Bu gün qiymətlərin bahalığı ucbatından ölkə əhalisinin 80-85%-i şəhərlərin mərkəzindən ev almaq imkanını birdəfəlik itirmişdir. İndi şəhərin mərkəzi birinci sort vətəndaşların, zəngin məhəllələrinin ixtiyarındadır, sadə əhali isə getdikcə antisanitariyanın hökm sürdüyü şəhərətrafı rezarvuasiyalara doğru sıxışdırılır.
    Sosialist Respublika zamanında isə əksinə vətəndaş pulsuz olaraq lap şəhərin mərkəzində mənzillə təmin edilirdi, hələ üstəlik ailə tərkibi geniş olardısa, ona çox otaqlı mənzil verilərdi. İndi isə tam tərsinə, evi bazar qiymətiylə almalısan, həm də ancaq şəhərətrafından, ailə tərkibi isə heç kəsi maraqlandırmır, cibinə minnət, cibin kiçikdirsə lap 15 nəfər külfətin olsun, bir kibrit qutusuyla kifayətlənməlisən. Yox, buna da imkanın çatmırsa, kirayələrdə sürünməlisən, daha sonra isə küçələr və zibilliklər sənindir. Lap Amerikadakı kimi. Bu cinayətkar reallıqla barışmayan YNAKP pulsuz mənzil hüququnun və mənzil fondlarının bərpasını qəti tələb kimi ortaya qoyur. Əgər nəzərə alsaq ki, Azərbaycanda indi orta heabla ildə təxminən 50 min ailə qurulur, onda hər il təxminən elə bu qədər də mənzil tikilib pulsuz olaraq əhaliyə paylanmalıdır (sahibkar kapitalistlər və yüksək gəlirli ailələr xaric). Bəs bu iş nə qədər xərc tələb edir və hansı maliyyə mənbəyi hesabına qarşılanacaqdır?
    Nəzərə almaq lazımdır ki, bu gün mənzilin 1 kvadratmetrinin tikintisi tikinti şirkətlərinə 150 dollara başa gəlir. Amma özəl şirkətlər kommersiya marağı güddüyündən mənzilin hər 1 kvadratmetrini 4 dəfə baha, 534 dollara satırlar (orta qiymət). Gələcəkdə Sosialist Respublikanın həyata keçirəcəyi pulsuz mənzil təminatı layihəsi heç bir kommersiya məqsədi daşımayaycağından, mənzillər dövlətə elə öz maya dəyərinə başa gələcəkdir. Bu isə indiki qiymətlərlə hesablasaq 50 min mənzil üçün ildə 750 milyon dollar vəsait deməkdir. Başqa sözlə, ildə 1 milyard dollar vəsait kifayətdir ki, ölkədə yeni qurulan ailələrin hamısını, həm də növbəsiz-filansız pulsuz mənzillə təmin etmək mümkün olsun. Bu vəsaitin böyük bir hissəsi yaradılması nəzərdə tutulan ictima-istehlak fondlarından qarşılanacaq, hansıki bu fondların maliyyə mənbəyi qismində ictimai sektor çıxış edəcəkdir. Digər tərəfdən isə kapitalist özəl şirkətlər öz işlətdikləri muzdlu işçilərin mənzillə təminatı üçün hər il ictima-istehlak fondlarına təyin olunmuş məbləğdə ödəmələr edəcəklər. Başqa bir tərəfdən, hər il dövlət büdcəsinin gəlirlərinin 5-10%-i ictima-istehlak fondlarına transfer ediləcək ki, bu vəsaitin hesabına hər bir azərbaycanlı ailəsini pulsuz mənzillə təmin etmək mümkün olacaqdır.
    YNAKP proqramının 2-ci fəsil 6-cı bəndində «pulsuz təhsil hüququ çərçivəsində 16 illik fasiləsiz ictimai tərbiyə, təhsil mexanizmi»nin həyata keçirilməsi tələbi irəli sürülür.
    Bu gün çoxları yanlış olaraq belə düşünməkdədirlər ki, Azərbaycanda təhsil pulsuzdur. Əslində isə bu qətiyyən belə deyil. Gəlin təhlilimizə əvvəlcə uşaq bağçalarından başlayaq. Məlumdur ki, Sosialist Respublika dövründə Azərbaycanda 2 minə qədər məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilmişdir ki, bunların da hamısında təlim-tərbiyə prosesi ailələrdən heç bir qəpik də pul tələb olunmadan pulsuz həyata keçirilirdi.
    Bu gün isə vəziyyət mənfi mənada tam dəyişib. Təsəvvürünüzə gətirin, 1991-ci ildən 2005-ci ilə kimi ölkədə bir dənə də olsun yeni bağça tikilmədi. Əvəzində isə 85 uşaq bağçası dağıdıldı. Təkcə Səbail rayonunda 5 uşaq bağçası bağlanaraq kommersiya obyektinə (bar, restoran, göydələn tikintisi) çevrildi. Daha 240 uşaq bağçası işğal olunmuş bölgələrdə məhv edildi. 2006-cı il sentyabrın 23-də prezident fərmanıyla isə 240-a qədər uşaq bağçası və körpələr evi özəlləşdirməyə çıxarıldı və bununla da pullu məktəbəqədər tərbiyənin kütləviləşdirilməsi prosesinə start verildi. Burada bir məqama da diqqət yetirmək lazımdır ki, hazırda azərbaycanlı uşaqların cəmi 15%-i (əslində daha az) uşaq bağçalarına gedir. Finlandiyada isə bu göstərici 99%-dir. Deməli gələcəkdə Azərbaycanın da bu göstəriciyə çatması üçün minlərlə yeni uşaq bağçasının açılması zəruridir. Əgər bu gün dövlət uşaq bağçalarını saxlaya bilmədiyini bəhanə gətirərək onları özəlləşdirməyə çıxarırsa, bu o deməkdir ki, gələcəkdə fəaliyyətə başlayacağı gözlənilən bağçaların tam böyük əksəriyyəti özəl sektora məxsus olub pullu xidmət göstərəcəkdir. Bu isə o deməkdir ki, yaxın bir neçə on illikdə Azərbaycanda məktəbəqədər tərbiyə tamamilə pullu olacaqdır. Artıq bu gün Azərbaycanda fəaliyyət göstərən pullu uşaq bağçalarında bir uşağın aylıq tərbiyə haqqı 330 dollardır.
    Təbiiki Azərbaycanda pullu uşaq bağçalarının sayı artdıqca orada təhsil xərci xeyli aşağı düşəcək, amma buna baxmayaraq bu xərclər ailə üçün kifayət qədər böyük yük deməkdir və heç də bütün ailələr öz uşaqlarını bağçaya göndərə bilməyəcək.
    Məsələn, gəlin 100 nəfər uşağın tərbiyə alacağı bir pullu bağçanın təqribi illik xərclər strukturuna nəzər salaq və görək burada bir uşaq üçün aylıq tərbiyə neçəyə başa gələcək. Təqribi minimum hesablamalar göstərir ki, belə bir bağçanın bir illik döriyyəsi təxminən 120 min dollardır. Hansıki kommunal, təhlükəsizlik, bağça binasının tikinti və təmirinə, daxili təchizatına (ləvazimatlar, mebellər və s.) çəkilən xərclər bura daxil deyil. Bu 120 min dollar ancaq bağça işçilərinin saxlanmasına, uşaqların gündə 2 dəfə qidalanmasına, vergilərə və sahibkarların mənfəətinə aid olan vəsaitin toplam məbləğidir. Bəs bu qədər pulu kim ödəyəcək? Təbiiki uşaqların valideynləri. Beləliklə də belə bir bağçada bir uşağın aylıq tərbiyəsi 100 dollara başa gələcək. Lap bu xərcləri minimuma qədər azaltsaq belə yenə də bir uşağın aylıq tərbiyə xərci 50 dollardan aşağı olmayacaq. Əgər nəzərə alsaq ki, bu gün ölkədə orta aylıq əmək haqqı 160 dollardır və əhalinin böyük əksəriyyəti bu məbləğdən az maaş alır, onda ayda uşaqbaşına 50-100 dollar arası təhsilhaqqı ödəyən ailənin necə böyük bir yüklə üz-üzə qalacağı aydın görünər.
    Əgər kimlərsə düşünür ki, əmək haqları artdıqca ailənin bu xərcləri qarşılamaq imkanları da güclənəcək, belələri tamamilə yanılırlar. Çünki maaşlar artdıqca bağçaların saxlanma xərcləri və deməli təhsil haqqı da artacaqdır. Məsələn, bu gün Norveçdə bir uşağın aylıq bağça xərci 500 avro, Almaniyada isə müvafiq göstərici 500-5000 avro təşkil etməkdədir. (Azərbaycanda müvafiq xərclər 300 manatdır) Mməktəbəqədər tərbiyənin pullu olması Azərbaycan üçün də məhz bundan başqa bir gələcək vəd etmir.
    Nəzərə alsaq ki, Azərbaycanda bu gün bağça yaşlı uşaqların ümumi sayı 300 min nəfərdən çoxdur, onda onların hamısının uşaq bağçalarında tərbiyə alması üçün ildə 200-300 milyon dollar vəsait tələb olunur ki, dövlət bu yükü ailələrin çiyninə yükləməkdə qərarlıdır. Deməli ailələr həm tərbiyəçiləri, həm sahibkar kapitalisti, həm bağçanı, həm də dövləti saxlamalıdır. Başqa sözlə, bağçaların pullu xidmətə keçidi hər il əhalinin cibindən yüz milyonlarla dollar vəsaiti sahibkar kapitalistlərin xeyrinə müsadirə etmək anlamına gəlir.
    Sosialist Respublika isə bütün bu xərcləri öz üzərinə götürür, bağçaların fəaliyyətini ictimai-istehlak fondlarından ayrılan vəsaitlər hesabına ödəyirdi. Bu gün isə bu vəsaitlər bir ovuc zəngin kapitalistin cibinə axır, hələ üstəlik pullu uşaq bağçalarının yaradılması hesabına onlar üçün əlavə qazanc mənbələri də formalaşdırılmış olur.
    Bu səbəbdən də YNAKP 2 yaşından bütün uşaqların icbari surətdə pulsuz olaraq uşaq bağçalarında təlim və tərbiyəsinin təşkilini öz proqramının mühüm tələblərindən biri kimi elan edir və bu layihənin maliyyə əsası kimi yaradılması nəzərdə tutulan ictimai-istehlak fondlarını göstərir.
    İndi gələk orta məktəb məsələsinə. Heç kəsə sirr deyil ki, Sosialist Respublikanın süqutundan sonra böhranla üzləşən bir digər sahə təhsildir və nə qədər təəccüblü də olsa hökumət vəziyyətdən çıxış yolu tapmaqdansa, mövcud anormal şəraiti ictimai normaya çevirməyə çalışır. Məlumdur ki, Sosialist Respublika hakimiyyəti zamanında repititorluq cinayət hesab olunurdu, bu gün isə bu cinayət növünün leqallaşdırılması prosesi gedir ki, bu da öz növbəsində məktəblərdə təhsilin keyfiyyətini kəskin aşağı salır. Müstəqil ekspert hesablamaları göstərir ki, hazırda Azərbaycanda yuxarı sinif şagirdləri hər il repititor yanında hazırlığa orta hesabla 30-40 milyon dollar vəsait xərcləyirlər. Bu isə hər şeydən əvvəl onun göstəricisidir ki, orta məktəblərdə təhsilin səviyyəsi heç də ali məktəblərə daxil olacaq səviyyədə deyil və bu səbəbdən də şagirdlər əlavə məşğələlərə on milyonlarla dollar pul xərcləyirlər. Belə olan təqdirdə isə orta təhsilin pulsuz olmasından danışmağa dəyməz, hələ mən müxtəlif adlar altında şagirdlərdən yığılan pulları demirəm.
    Orta təhsildə özünü göstərən bir digər acınacaqlı hal isə istər məktəblərarası, istərsə də məktəbdaxili təbəqələşmədir. «yaxşı» və «pis» məktəb və yaxud da «yaxşı» və «pis» sinif. Kimin valideyni pul verirsə, onun övladı «yaxşı» sinifdə, pul verməyənlərin övladları iəs «pis» siniflərdə oxumalı olurlar və bu verilən dərsin keyfiyyətinə də təsir göstərir. Nəticədə nəzarətsiz və tərbiyə-tədris işinin qənaətbəxş olmadığı siniflər, məktəblər formalaşır ki, burada normal vətəndaşın formalaşması özü şübhəli məsələdir. Şagird məktəbə daxil olan kimi təbəqələşməni hiss edir. Məsələn, indi ibtidai sinif müəllimləri «muzdlu qrup» dərsləri təşkil edirlər. Hansı şagird pul verirsə müəllim dərsdən sonra onunla xüsusi məşğul olur və təbiiki belə olan halda digərlərinin təhsili onu o qədər də maraqlandırmır. Ən bağışlanmaz hal isə odur ki, bu tip zərərli vərdişlərə qarşı nəinki mübarizə aparılmır, hələ üstəlik belə hallar təhsil ən-ənəsinə çevrilir.
    Kapitalist bazar iqtisadiyyatı sistemindən bundan artığını gözləmək əlbətdəki sadəlöhvlük olardı. Əgər biz inkişaf etmiş kapitalist dövlətlərinin təhsil təcrübəsinə müraciət etsək görərik ki, bu tip nöqsanlar təkcə Azərbaycana yox, ümumən kapitalizm sisteminə xasdır. Məsələn, məlumdurki Almaniya sosial sahənin inkişafına görə bütün dünyada «nümunəvi» ölkə hesab olunur. Amma məktəblərarası təbəqələşmə orada da özünü kəskin hiss etdirir. Beləki dövlət məktəblərində təhsilin səviyyəsi getdikcə aşağı düşdüyündən almanlar öz övladlarını pullu məktəblərə qoyurlar və bunun nəticəsidir ki, hər il dövlət məktəblərinin sayı azaldığı halda pullu məktəblərin sayı kəskin surətdə artmaqdadır. İndi Almaniyada hər il orta hesabla 90 pullu məktəb açılır. Bənzər mənzərə digər inkişaf etmiş ölkələrdə də yaşanmaqdadır. Elitanın, pulluların və nisbətən imkanlı ailələrin uşaqları yaxşı məktəblərdə, qara camaatın övladları isə təhsilin keyfiyyətsiz olduğu, müəllim çatışmamazlığıyla üzləşən aşağı kateqoriyalı məktəblərdə oxuyurlar. Son statistikaya görə Almaniyada hər il 80 min uşaq oxuyub yazma öyrənmədən məktəbi yarımçıq tərk edir. Hal-hazırda Almaniyada 4 milyon nəfər oxuma-yazma bilmir10.
    İndi özünüz nəticə çıxarın. Əgər Almaniya kimi inkişaf etmiş ölkələrdə təhsilin vəziyyəti belədirsə, onda Azərbaycan kimi ölkələrin gələcəyinə ümüdlə baxmaq çox çətindir. Təhsil nazirliyinin rəsmiləri etiraf edirlər ki, Azərbaycanda məktəblilərin sayı hər il azalır, minlərlə uşaq təhsildən kənarda qalır. Əslinə baxsaq bu gün Azərbaycanda uşaqların təhsildən kənarda qalması dövlət siyasəti səviyyəsində həyata keçirilir. Beləki 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə 5 günlük təhsil həftəsinə keçidlə əlaqədar olaraq doqquz aylıq dərs ili müddətində daha 54 gün məktəblər şagirdlərin üzünə məcburi surətdə bağlandı. İndi vəziyyət o yerə çatıb ki, yay tətilini, rəsmi bayram günlərini də nəzərə almaqla məktəblilər ilin 7 ayı ərzində məktəb üzü görmürlər. Əgər buraya davamiyyətin zəif olmasını da əlavə etsək, bu o deməkdir ki, bu gün Azərbaycanda orta statistik məktəbli ilin 8 ayını məktəbdən kənar işlərlə məşğuldur. Belə olan halda əgər bir ilin 8 ayını şagird məktəbdən kənar keçirirsə, onda nə üçün biz onlara məktəbli əvəzinə məktəbdənkənar uşaqlar demirik? Bu o deməkdir ki, bu gün şagirdlərin böyük əksəriyyəti üçün orta məktəb simvolik xarakter daşıyır. Bunun nəticəsidir ki, ölkədə elə məktəblər var ki, 10-15 il ərzində bir nəfər də olsun şagirdi ali məktəbə daxil ola bilməyib.
    Sosialist Respublika hakimiyyəti zamanı isə nəinki dərs günləri təhsildə ciddi nizam-intizam var idi, hələ üstəlik yay tətili zamanı da pulsuz pioner düşərgələri təşkil olunar, məktəblilərin istirahəti və pedoqoji tərbiyəsi fasiləsiz surətdə həyata keçirilərdi. Bu gün isə düşərgələr ancaq yaşlı nəslin xatirələrində yaşayır.
    Bütün bu faktlar bir daha təsdiqləyir ki, son 15 il ərzində milli xəyanət hökumətləri ölkədə savadsızlığı kütləviləşdirib yaymaq üçün əllərindən gələn hər şeyi ediblər. Buna millətə xəyanətdən başqa ad vermək olmaz.
    Hökumət rəsmiləri iddia edirlər ki, aparılan islahatlarla biz köhnəlmiş Sovet təhsil sistemindən uzaqlaşıb, «modern» qərb təhsil sisteminə inteqrasiya edirik. Gəlin görək onların «modern» hesab etdikləri müasir qərb təhsil sistemi hansı vəziyyətdədir. Qərb məktəblərinin böyük əksəriyyətini «kriminal-anarxistlər yuvası» adlandırsaq məncə heç yanılmarıq. Bu tip təhsil müəssisələri idarəolunmaz gənclər ordusu istehsalıyla məşğuldurlar. Məsələn, ABŞ-da hər ay 1000, hər gün isə orta hesabla 33 müəllimə məktəblilərin hücumuyla əlaqədar təcili tibbi yardım göstərilir. Başqa sözlə, Amerikada hər gün onlarla məüəllim şagirdlər tərəfindən döyülür. Bundan başqa Amerakada hər ay orta hesabla 125 min müəllim, hər gün isə 4 min müəllim şagirdlər tərəfindən təhqirə məruz qalır11. Eyni dəhşətli mənzərə Avropa məktəblərində də hökm sürür. Bu yaxınlarda Almaniyada 950 nəfər müəllim arasında aparılan sorğu nəticəsində məlum olmuşdur ki, bu ölkədəki hər iki müəllimdən biri şagirdlərin həqarətinə məruz qalır. Vəziyyət orta dərəcəli məktəblərdə daha vahiməlidir. Burada müəllimlərin 43%-i şagirdlər tərəfindən təhqir, 53%-i isə təhdid olunur. Hətta İngiltərənin 400-ə qədər məktəbində tənəffüs zamanı polislər patrul gəzintisi təşkil etmək məcburiyyətində qalırlar.
    Bu «modern» hesab olunan qərb təhsil sistemində şagird-müəllim münasibətlərinin hansı səviyyədə olduğunun göstəricisidir. Bizim «dahi reformatorlar» artıq neçə ildir ki, bu tərbiyəsiz təhsil sistemini Azərbaycanda yaymaqla məşğuldurlar. Adını da qoyublar «şəxsiyyət yönümlü» təhsil. Guya sən demə Sovet təhsil sistemi avtoritar xarakter daşıyırmış, müəllim özünü avtoritet kimi apardığından şagirdlər ondan qorxurmuşlar, indi isə demokratik təhsil sistemi yaradılır ki, burada şagirdlə müəllim dost münasibətində olurlar.
    Təbiiki bu «dostluğun» nəylə nəticələndiyini biz bir az öncə Amerika və Almaniyanın timsalında gördük; şagirdlər tərəfindən hər gün onlarla döyülən, minlərlə isə təhqir olunan müəllim. İndi bu yöndəmsiz təhsil sistemi Azərbaycanda da ilk «meyvələrini» verməkdədir. Bu gün Bakıda elə kriminallaşmış məktəblər var ki, müəllimlər həmən məktəblərdə dərs deməkdən çəkinirlər. Azərbaycanda yayğınlaşdırılmağa çalışılan qərb təhsil sistemi təkcə müəllim şagird münasibətlərindəki kriminal çalarlarıyla deyil, həm də kütləvi savadsızlar ordusu istehsal etməklə də gələcək üçün yaxşı heç bir perspektiv vəd etmir.
    Beləki hazırda Amerikada orta məktəb məzunlarının 60%-i funksional savadsız kimi təhsili başa vururlar. Yəni onlar kitabı üzündən hərfləyə-hərfləyə oxuduqlarından oxuduqları cümlənin mənasını başa düşməkdə çətinlik çəkirlər. Amerikada dördüncü sinif şagirdləri arasında aparılan sorğu nəticəsində məlum olmuşdur ki, bu yaşdakı şagirdlərin 40%-i Yer planetinin yastı olduğunu düşünür. 20% amerikalı isə elə fikirləşir ki, günəş yerin ətrafında fırlanır.
    Bütün bunların nəticəsidir ki, son 50 il ərzində Amerika əhalinin savadlılıq dərəcəsinə görə dünya üzrə 18-ci yerdən 49-cu yerə qədər geriləmişdir. Bu isə o deməkdir ki, sənayecə inkişaf etmiş ölkələrdə kütləvi savadsızlaşma gedir. Başqa sözlə, elm, savad kiçik bir intellektual təbəqənin malı olur, cəmiyyət isə kütləvi surətdə savadsızlaşır. İslahatlar adı altında eyni proses Azərbaycanda da getməkdədir. Heç təsadüfi deyil ki, bir neçə il bundan öncə sabiq dövlət müşaviri Vəfa Quluzadə televiziya çıxışlarından birində məddahcasına iddia edirdi ki, «Azərbaycan hər sahədə Amerikanın kopiyası olmalıdır». Mən deyə bilmərəm ki, Azərbaycan hansı sahədə Amerikaya oxşamağa çalışır, amma savadsızlığın kütləviləşməsi məsələsində Amerikanın oxşarı olacağımız şübhəsizdir. Keçmiş nazir Əli Nağıyev boş-boşuna demirdi ki, «Azərbaycanda gələcək üçün vətəndaş yox, qoyun sürüsü yetişdirilir».
    Bu fəlakətin rəsmi səviyyədə etirafıydı. Vəziyyət indi o yerə gəlib çatıb ki, ali məktəblərə imtahan zamanı abituriyentlərin az qala yarısı heç minimum səviyyədə də bal toplaya bilmir, minlərlə abituriyent isə heç bir suala da düzgün cavab verməyərək sıfır balla kifayətlənməli olur. Bu gün Azərbaycanda on minlərlə uşaq təhsildən yayınır və ya tam savadsızdırlar, ya da funksional savadsızdırlar.
    Bir sözlə, Sosialist Respublikanın süqutundan üzübəriki dövrü ölkədə savadsızlığın dövlət səviyyəsində kütləviləşdirilməsi, qaranlığın və zülmətin çarlığı mərhələsi kimi xarakterizə etmək olar.
   Belə bir böhranlı vəziyyətdən çıxış edərək YNAKP 16 illik pulsuz, icbari və fasiləsiz orta təhsil konsepsiyasını irəli sürür. Nədir 16 illik pulsuz, icbari, fasiləsiz təhsil? Əvvəla bizim təhsil proqramımıza görə hazırda heç də icbari olmayan və heç bir kütləvilik kəsb etməyən məktəbəqədər bağça tərbiyəsi məktəb sisteminə daxil edilir və bununla da məktəbəgetmə yaşı uşaqlar üçün iki yaşa endirilir. İki yaşı tamam olmuş bütün uşaqlar altı yaşın tamamına kimi onlar üçün xüsusi təsis və təchiz olunmuş məktəblərdə təlim və tərbiyə alacaqlar. Təhsil iki yaşı tamam olmuş bütün uşaqlar üçün icbari və pulsuz olacaq. Orta məktəbi bitirmə yaşı isə ali məktəbə qəbul olunmuş şagirdlər üçün 16, bu imtahanlarda uğursuzluğa düçar olmuş və yaxud da bu imtahanlarda ümumiyyətlə iştirak etməmiş şagirdlər üçün 18 yaşın tamamına qədər müəyyən olunacaq. Yəni hər bir uşaq orta hesabla 18 yaşı tamam olana qədər orta məktəb təhsili alacaq. Bu son iki il ali məktəbə daxil olmaq istəyən uşaqlar üçün ali məktəbə hazırlıq, sərbəst peşə seçimini etmiş şagirdlər üçünsə seçdiyi peşəyə hazırlıq xarakteri daşıyacaq. Bazar günlərini çıxmaq şərtiylə ilin bütün günləri, o cümlədən yay ayları da dərs günü hesab olunacaq və yay fəslində dərslər xüsusi proqram əsasında yay təhsil fazasına keçəcəkdir. Yay məktəblərinin özünəməxsusluğu onda olacaq ki, bu fəsildə dərslər daha çox düşərgə şərtlərinə uyğunlaşdırılacaq. Yəni təlim tədris prosesi yay istirahətiylə koordinasiya edilmiş şəkildə daha çox ölkənin turistik bölgələrində təşkil olunmuş yay məktəblərində keçiriləcək. Beləliklə məktəblər şagirdlərin ilin cəmi 4 ayını, günün isə cəmisi 5-6 saatını vaxt keçirmək üçün getdikləri cansıxıcı məkandan, ilin 12 ayını, günlərinin isə 10-12 saatını keçirdikləri, uşaqların sağlam inkişafını təmin etmək üçün hər cürə tədris-istirahət və əyləncə elementlərini özündə birləşdirmiş məktəbli şəhərciyinə çevriləcək. Yeni salınacaq məktəblər istər görüntü, istərsə də məzmun etibarı ilə indiki məktəblərdən kəskin fəfrqlənəcəklər. Orta hesabla hər biri on min şagird üçün nəzərdə tutulacaq bu yeni məktəblərin hər birində xüsusi məktəb rəsədxanası, süni çəkisizlik şəraitinin yaradılmış olduğu kosmik fənn kabinələri, mükəmməl laboratoriya və kitabxana şəbəkəsi yaradılacaq. Bu yeni tipli məktəblərdə idman dərsləri şagirdlərin qabiliyyətinə uyğun bütün idman profilləriylə əhatə olunacaq və hər bir məktəbin xüsusi idman şəhərciyi salınacaq. Bu idman şəhərciyində on min şagirdin tələbatına cavab verəcək imkanda üzgüçülük hovuzları, buz meydançası, açıq və qapalı futbol meydançaları, voleybol və basketbol zalları, trinajor, güləş və boks zalları, idman dərsindən sonra yuyunmaq üçün hamam və s. salınacaqdır.
    Mədəniyyət kompleksinə isə musisqi və rəqs dərslərinin müxtəlif profilləri üzrə (baletdən tutmuş orkestrə qədər) zallar daxil olacaq, kütləvi mədəni tədbirlərin keçiriləcəyi on min şagird tutumlu saraylar əlavə ediləcək. Tədris olunan hər bir fənn üzrə dərnəklər yaradılacaq (riyaziyyatdan, astronomiyadan, kimyadan tutmuş musiqi və idmana qədər) və dərsdən sonra hər bir şagirdin şəxsi istək və qabiliyyətinə uyğun dərnək məşğələləri tədris olunacaq, məxsusi olaraq xüsusi proqramlarla dərs alacaqlar. Yəni tutaqki şagirdin xüsusi riyazi istedadı var, onda bu tip şagirdlər həmən dərnəklərdə xüsusi olaraq bu sahədə talantı olan uşaqlar üçün yazılmış proqram və dərsliklər üzrə dərs keçəcəklər.
    Yeni məktəblərdə əmək təlimi və peşə yönümü dərslərinə xüsusi önəm veriləcək və təhsil işi əmək prosesiylə birləşdiriləcək. Bu məqsədlə hər bir məktəbin balansında istehsal müəssisələri, sexlər və on hektarlarla əkin sahəsi olacaq. Məktəblər və məktəblilər üçün tələb olunan bütün ləvazimatlar; parta, stol, stul, məktəbli geyimi, çanta, dəftər, qələm və s. hamısı bu sexlərdə istehsal ediləcək. Dövlət bu məhsulların həm sifarişçisi, həm də alıcısı olacaqdır. Əldə olunan gəlirsə məktəblərin büdcəsində toplanıb məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə, əlavə korpusların salınmasına, şagirdlərin gündə üç dəfə məktəbin hesabına qidalanmasına və s. sərf olunacaq. Məsələn, hər il 2 milyon şagird üçün məktəbli forması istehsal olunmalıdır. Dövlət bu sifarişi məhz məktəblərdə təşkil olunmuş və ən son texnologiya əsasında fəaliyyət göstərəcək sexlərə sifariş edəcək və istehsal olunmuş məhsulun pulunu ödəyərək bu məhsulu onlardan alıb pulsuz olaraq məktəblilərə paylayacaq. Əgər nəzərə alsaq ki, hər bir məktəbli forması dövlətə orta hesabla, misal üçün 50 dollara başa gələcəksə, bu zaman ortaya illik dövriyyəsi 100 milyon dollar olan bir istehsal sektoru çıxmış olar. Bu qədər vəsait isə sırf bu iş üzrə ixtisaslaşmış 15-20 məktəb arasında bölünsə onda hər məktəb üçün ildə 5-6 milyon dollarlıq gəlir düşmüş olar ki, bu da bir məktəb üçün kifayət qədər böyük büdcədir. Buraya ictimai-istehlak fondlarından və dövlət büdcəsindən də ayrılacaq vəsaitləri əlavə etsək, onda hər bir yeni tipli məktəbin illik 10-15 milyon dollarlıq büdcəyə sahib olacağını düşünmək olar ki, bu vəsaitlə də təhsilin keyfiyyətcə yaxşılaşdırılması üçün hər şey etmək mümkündür. Yeni tipli məktəblərdəki istehsal prosesi əmək təlimi dərsləri çərçivəsində və hər bir şagird üçün həftədə cəmi 2-3 saat vaxt sərf etməklə həyata keçiriləcəkdir. İstehsal prosesinə isə nəzarəti müəllim vəzifəsini icra edən peşəkar ustalar yerinə yetirəcəklər. Şagirdlər 14 yaşa kimi mexanikləşdirilmiş və sadələşdirilmiş bu iş proseslərini vərdiş edəcək qabiliyyətlərə yiyələnəcək, 14 yaşdan sonra isə istehsal proseslərinə cəlb olunacaqlar.Təhsillə əmək prosesinin birləşdirilməsi təkcə məktəblərin maliyyə cəhətdən təminatı üçün yox, həmçinin şagirdlərin düzgün tərbiyəsi üçün də çox vacibdir. Unutmamalıyıq ki, əmək həm də ən yaxşı tərbiyə üsuludur. Nəticədə şagirdlər məktəb yaşlarından əmək vərdişlərinə yiyələnəcək, başqalarının yox, özlərinin zəhmətləri hesabına dolanmaq düşüncəsinə sahib olacaqlar. Zəhmətsevəərlik, məsuliyyət, nizam-intizam hissinə alışacaqlar. Ən əsası isə praktiki surətdə hər hansı bir sənət növünü öyrənəcəklər.
    Beləliklə ölkədə kriminal anarxist əhval-ruhiyyəni, savadsızlığı kütləviləşdirən, getdikcə kommersiyalaşan orta təhsil əvəzinə YNAKP 2 yaşından 18 yaşına kimi hər bir məktəblinin zehni və fiziki inkişafını təmin edə biləcək 16 illik orta təhsil proqramını irəli sürür. Bu proqramın maliyyə əsasını ictimai-istehlak fondları, büdcə ödəmələri və 20 yaşından 60 yaşına kimi bütün əmək qabiliyyətli vətəndaşların maaşından tutulacaq proqressiv vergi (maaşın 10%-i məbləğində, əvəzində hazırda vətəndaşlardan tutulan 14%-lik gəlir vergisi ləğv ediləcək) təşkil edəcəkdir.
    Bununla da cəmiyyətin yetkin üzvləri uşaqlar qarşısında öz borclarını yerinə yetirmiş olacaqlar. Bütün uşaqların 2-18 yaşına kimi yaşaması, oxuması, tibbi müalicəsi və s. bütün xərcləri mərkəzləşmiş qaydada ictimai-istehlak fondları hesabına qarşılanıb ödənəcəkdir. Dövlət və cəmiyyət hər bir uşağın, hər bir məktəblinin maddi təminatını öz üzərinə götürəcəkdir. Bu isə cəmiyyətdə yoxsulluğun, sosial təminatsızlığın əbədi olaraq ləğvi deməkdir.
    Ali təhsilə münasibətdə də YNAKP eyni köklü dəyişikliklərin tərəfdarıdır. Məlum məsələdir ki, Sosialist Respublikanın süqutu bu sahədə də çox ciddi geriləmələrə səbəb olmuşdur. Məsələn, Sovet hakimiyyəti zamanı bütün tələbələr pulsuz ali təhsil alır və dövlət tərəfindən yüksək müavinətlə təmin olunurdularsa, bu gün tam tərsinə, tələbələrin əksəriyyəti pullu təhsil alır və tələbə təqaüdündən məhrum edilirlər. Gəlin faktlara müraciət edək. Rəsmi məlumatlara görə 2005-ci ildə ali məktəbə daxil olanların ümumi sayı 23876 nəfər olub ki, bunu da təxminən 60%-ə qədərini, yəni 13359 nəfərini ödənişli təhsil şöbələrinə daxil olanlar təşkil etmişdir. Bu isə o deməkdir ki, ali məktəbə qəbul olunan hər 10 tələbədən 6-sı pullu, cəmi 4-ü isə dövlət hesabına oxuyacaq və bu nisbət pullu təhsilin xeyrinə daim dəyişməkdədir. Məsələn, 2006-cı ilin qəbul planında dövlət hesabına təhsil alacaq tələbələrin sayı daha 400 nəfər azaldıldı. Deməli pulllu təhsil alanların sayı eyni nisbətdə artmış oldu. Əgər biz buraya boş qalmış yerlərə sonradan keçiriləcək əlavə qəbul olunanları da əlavə etsək, onda pullu təhsil alan tələbələrin sayı pulsuz təhsil alan tələbələrin sayını xeyli üstələmiş olar.
    Ali təhsilin getdikcə kommersiyalaşması həm də tələbə təqaüdlərinin ləğvi deməkdir. Nəzərə alsaq ki, bu gün Azərbaycanda təqribən yüz minə yaxın tələbə təhsil alır və onların yarıdan çozu pullu şöbələrdə oxuyur, deməli bazar iqtisadiyyatına keçid tələbələrin böyük əksəriyyətini təqaüd hüququndan məhrum edib. Hazırda ölkəmizdə təqribən 40 min tələbə təqaüd alır ki, bu iş üçün dövlət ildə orta hesabla 10 milyon dollar vəsait ayırır. Amma ödənişli şöbələrdə oxuyan tələbələr (özəl ali məktəblər bura aid deyil) hər il dövlətə bundan 2,5 dəfə daha çox, orta hesabla 25 milyon dollar təhsil haqqı ödəyirlər. Əgər biz buraya özəl ali məktəblərdə oxuyan tələbələrin də ödədikləri təhsil haqqını əlavə etsək, onda tələbələrin ümumilikdə toplam olaraq təhsil haqqı kimi ödədikləri illik vəsait təqribən 35 milyon dollar təşkil edər.
    Bu Azərbaycanda ali təhsilin necə böyük sürətlə kommersiyalaşdığının rəqəmlər vasitəsiylə ən bariz sübutudur. Amma bu da hələ son deyil. Əgər biz inkişaf etmiş kapitalist dövlətlərinin təcrübəsinə müraciət etsək görərik ki, bu dövlətlərdə ali təhsil demək olar ki, kiçik bir qism istisna olmaqla tamamilə pulludur və bu dövlətlərdə tələbələrə təqaüd vermək təcrübəsi ümumiyyətlə mövcud deyil. Məhz bu təcrübədən çıxış edərək bəzi deputatlar hətta təqaüdlərin Azərbaycanda da tamamilə ləğvini tələb edir, bu təminatın az bir qism əlaçı tələbələr üçün saxlanmasını məqbul sayırdılar və bu tələblər ödənişli (pullu) təhsil şöbələrinin getdikcə kütləviləşdirilməsi hesabına həyata keçirilir. Nəticədə ortaya çox acınacaqlı belə bir mənzərə çıxır. Əgər 30-35 il bundan əvvəl Sosialist Respublika zamanında hər bir tələbə azı 35 rubl, yəni o vaxtkı kursla 45 dollar aylıq təqaüd alırdısa, 2006-cı ilin axırlarında, yəni 35 il sonra müvafiq göstərici cəmi 16 dollar təşkil etməkdədir. Yəni tələbə təqaüdləri 35 il əvvəlki göstəricılərlə müqayisədə artmamış, əksinə təqribən 3 dəfə azalmışdır, həm də istehlak məhsullarının qiyməti 30 min dəfədən çox bahalaşdığı halda. Fərq təkcə təqaüdün adambaşına düşən məbləğində deyil, fərq həm də təqaüd alan tələbələrin sayının azalmasında da özünü göstərir. Əgər 30 il bundan öncə Sosialist Respublika zamanı 17 ali məktəbdə 100 mindən çox tələbə təhsil alırdısa və onların hamısı dövlət tərəfindən təqaüdlə təmin edilirdisə və bu da ildə ən azı 55-60 milyon dollar vəsait demək idisə, bu gün 30 il sonra kapitalist Azərbaycanda həm ümumilikdə tələbələrin, həm də təqaüd alan tələbələrin sayı (65%) azalmış, onlara ödənəcək illik təqaüdünsə toplam məbləği Sosialist Respublika dönəmiylə müqayisədə 5-6 dəfə kiçilmişdir.
    Ali təhsildəki geriləmələr təkcə bunlarla da bitmir. Bir digər itirilən sahə tələbə yataqxanalarıdır. Sosialist Respublika zamanı dövlət hər bir ali məktəbdəki tələbələrin sayına uyğun olaraq tələbə yataqxanaları tikər və bu yataqxanalar vasitəsiylə kənddən, bölgələrdərdən gələn tələbələrin pulsuz olaraq yaşayış yeriylə təmin olunmasını həyata keçirərdi. Necə deyərlər, Sosialist Respublika zamanında tələbələrin hamısı pulsuz təhsil alır, dövlət tərəfindən yüksək məbləğdə təqaüdlə və pulsuz yataqxanalarla təmin olunardılar. Bu gün isə hər şey tam əksinədir; tələbələrin böyük əksəriyyəti pullu təhsil alır, cüzi məbləğdə həm də tələbələrin ancaq 40%-ə qədəri təqaüdlə təmin edilir, az bir qism tələbələri çıxmaq şərtiylə isə böyük əksəriyyət tələbə kirayəçi kimi yaşamaq məcburiyyətindədir. Son 15-16 il ərzində saysız-hesabsız göydələnlər, villalar tikilən ölkədə bir dənə də olsun yataqxana inşa edilməyib, hələ inşası qalsın bir yana, bir dəfə təmir belə aparılmayıb. Tələbə yataqxanaları qaçqın düşərgələrinə çevrilib. İndi isə pullu tələbə yataqxanalarının salınması barədə söhbətlər gedir. Məlumat üçün deyim ki, bir çox xarici ölkələrdə, o cümlədən Türkiyədə belə yataqxanalar var. Məsələn, Türkiyədə olan bu tip özəl yataqxanalarda bir tələbənin illik məskunlaşma xərci təxminən 7-8 min dollardır, Azərbaycanda isə 1200 dollar təşkil edir.
    İndi bu yöndəmsiz, qarətçi sistemi Azərbaycanda da tətbiq etmək istəyirlər və ilk nümunələr artıq var. Məqsəd tələbələrin hesabına biznes dəllallarını bəsləməkdir. Nə yazıqlar olsun ki, kapitalist bazar iqtisadiyyatı bütün sahələrdə olduğu kimi, ali təhsil sahəsində də bizdən ötrü bundan daşqa perspektiv vəd etmir. Bu gün hökumət rəsmiləri əhalini aldadırlar ki, neft gəlirlərinin hesabına gələcəkdə Azərbaycanda təhsil sferasında vəziyyət xeyli yaxşılaşacaq. Bu vədlərin sabun köpüyü kimi nə qədər saxta olduğunu görmək üçün heç də 15-20 il vəhşi kapitalizm epoxasını yaşamağa ehtiyac yoxdur. Biz inkişaf etmiş kapitalist dövlətlərinin indiki vəziyyətinə nəzər salmaqla yaxın bir neçə on illikdə Azərbaycanda bu sahədə vəziyyətin necə olacağını əvvəlcədən görə bilərik.
    Dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövləti olan Amerikada universitetlərdə oxumaq olduqca bahalıdır. Məsələn, Şimali Karolina universitetində ştatın özündən olan bir tələbənin illik təhsil haqqı 7 min dollar, kənar ştatlardan oxumaq üçün gələnlərin təhsil haqqı illik 12 min dollar, başqa dövlətlərdən oxumağa gələnlər üçünsə təhsil haqqı illik 20 min dollardır. Bir tək bu universitetdə 22 min tələbə təhsil alır ki, (əslində qaz kimi yolunurlar), onların da orta hesabla bir ildə ödədikləri toplam təhsil haqqının məbləği 264 milyon dollar kimi başgicəlləndirici vəsait edir. Deməli 22 min amerikalı üçün «təhsil hüququ» ildə 264 milyon dollar vəsaiti biznesmenlərin cibinə qusmaq deməkdir. Bəli, «azad» Amerikada tələbələrin qarət olunmasına «təhsil hüququ» deyirlər. Digər inkişaf etmiş kapitalist dövlətlərində də vəziyyət eynidir. Məsələn, Avropanın ən zəngin, dünyanın isə ən sosial təminatlı ölkəsi sayılan Almaniyada 2007-ci il yanvarın 1-dən qüvvəyə minəcək «Ali təhsil haqqında qanuna» görə hətta dövlət universitetlərində pulsuz oxuyan tələbələr belə hər smestr başı 500 avro, illik isə 1000 avro təhsil xərci ödəməli olacaqlar. Xaricdən buraya təhsil almağa gələn tələbələr üçünsə müvafiq məbləğ 1500-3000 avro təşkil edəcəkdir. Dövlət tələbələrin təhsil haqqını ödəyə bilmədiyindən bu işi tələbələrin öz vəsaiti hesabına həyata keçirməyə çalışır. Bu isə o deməkdir ki, Almaniyada bütün tələbələr bundan sonra hətta dövlət universitetlərində belə pulla oxumalı olacaqlar. O ki qaldı Almaniyadakı özəl ali məktəblərə, onlar da ki, təhsil haqqı bahalığına görə Amerika universitetlərindən heç də geridə qalmır. Dünyanın ən qüdrətli 20 ölkəsində hər il yüzlərlə tələbə təhsil xərcini ödəyə bilmədiyindən öz həyatına qəsd edir.
    İndi özünüz nəticə çıxarın, əgər dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərində belə ali təhsil tələbələri qarət etmək alətinə çevrilibsə, onda necə inanmaq olar ki, Azərbaycanda guya hər şey yaxşı olacaq. Həm də bu zaman onu da nəzərə alın ki, Almaniyanın, Amerikanın bir iri şirkətinin illik dövriyyəsi Azərbaycan kimi onlarla dövlətin istehsal gücünə bərabərdir.
    Onda ortaya belə bir sual çıxır. Bəs necə olur ki, Almaniya kimi qüdrətli bir ölkə (ixracatın həcminə görə dünyada birinci, iqtisadi qüdrətinə görə dünyada 3-cü dövlətdir) tələbələrin təhsil xərcini ödəyə bilmədiyi halda, Azərbaycan kimi kiçik bir Sosialist Respublika öz tələbələrinin nəinki təhsil xərcini ödəyirdi, hələ üstəlik hər bir tələbəyə yüksək məbləğdə təqaüd də verirdi? Bu sualın cavabı kapitalist və sosialist sistemlərinin təbiətində gizlidir. Kapitalizmdə iqtisadiyyat nə qədər qüdrətli olursa-olsun, bu qüdrət heç vaxt sosial təminat sistemində, o cümlədən təhsildə özünü hiss etdirməyəcək, çünki bu qiqant iqtisadiyyatın mənfəəti 5-8%-lik mülkiyyətçilər sinfinin cibinə axır, sosializm sistemində isə hətta ən kiçik istehsal sahəsinin belə xalis gəliri bir ovuc biznesmenin cibinə yox, ictimai-istehlak fondlarına yönəlir. Bu vəsaitlər isə digər sosial təminat sahələrinə olduğu kimi təhsil sahəsinə də xərclənirdi, nəticədə ortaya olduqca təminatlı təhsil sistemi çıxırdı. Bu gün isə dövlətlər, o cümlədən Azərbaycan bənzər xərcləri ancaq dövlət büdcəsindən ayrılan vəsaitlərlə qarşılamağa çalışırlar, bir tək dövlət büdcəsiylə isə bu xərcləri qarşılamaq mümkün deyil. Nəticədə təhsil hər keçən gün bir az daha kommersiyalaşır, təhsilin yükü isə tələbələrin öz çiyninə yüklənir.
    Sosialist Respublika dönəmində isə bənzər xərclər büdcəylə yanaşı həm də ictimai-istehlak fondlarından ayrılan vəsaitlərlə də qarşılanırdı. Ona görə də sosial təminat mükəmməl səviyyədəydi. İndi isə əksinə, ictimai-istehlak fondları ləğv edilmiş, onun vəsaiti isə zəngin sinfin lüks istehlakına, kapital yığımına sərf olunur.
    Deməli problemlərdən çıxış yolu ictimai-istehlak fondlarının bərpasından keçir, əks təqdirdə tələbələri kapitalist talan maşınının çarxlarından xilas etmək mümkün olmayacaqdır.
    Mövcud reallıqdan çıxış edərək YNAKP bütün tələbələr üçün pulsuz və sosial cəhətdən təminatlı təhsil proqramını irəli sürür. Bu proqrama görə bütün tələbələr (zəngin təbəqəyə aid olanlar xaric) bir nəfər kimi hər biri pulsuz təhsil alacaq və yüksək məbləğdə təqaüdlə təmin ediləcəklər. Tələbə təqaüdü bir nəfər tələbənin bir ay ərzində orta dolanışıq xərcinin məbləğinə uyğun təyin ediləcək, yəni tələbə bu təqaüdlə bir ay müddətində özünü yaşayış vasitələriylə orta səviyyədə təmin edə biləcək, pullu və ödənişli ixtisaslar ləğv olunacaq. Heç bir tələbə kirayələrdə sürünməyəcək, dövlət tərəfindən yataqxanalarla tam və keyfiyyətli bir şəkildə təmin ediləcəklər. Yataqxanalar, ən son standartlar nəzərə alınmaqla inşa ediləcək. Hər bir yataqxananın özünün üzgüçülük hovuzu, trinajor və idman zalı, kitabxanası, istirahət guşəsi olacaq. Tələbə yataqxanalarının hər bir nömrəsinin özünün duş kabinəsindən tutmuş digər zəruri təchizatlara qədər hər bir təminatı yüksək səviyyədə yerinə yetiriləcək. Bütün bu xərclər isə ictimai-istehlak fondları hesabına ödənəcək.
    Bəs ictimai-istehlak fondları bu qədər vəsaiti hansı mənbələr hesabına əldə edəcəkdir? Sadəcə bir nümunə göstərəcəyik. Bu gün təkcə Bakı şəhərində tikinti şirkətlərinin illik gəliri yarım milyard dollar civarında qiymətləndirilir. Olmazmıki bu bazarın 20%-nə dövlət özü nəzarət edə. Əlbətdə olar. Bu isə hər il azından 100 milyon dollar vəsait deməkdir. Bundan başqa bu gün regionlarda şıdırgı villa tikintisi gedir. Əksəriyyəti də dövlət torpaq fonduna aid ərazilərdə. Olmazmıki dövlət hər il 15-20 villa tikib sata. Əlbətdəki olar. Bu isə hər il azından 30-40 milyon dollar vəsait deməkdir. Deməli təkcə tikinti sahəsindən hər il ictimai-istehlak fonduna 130-140 milyon dollar vəsait transfer etmək olar. Bu isə indiki şərtlər çərçivəsində hər bir tələbəyə ayda azı 100 dollar təqaüd, yeni-yeni tələbə yataqxanaları, kitabxanalar, laboratoriyalar və s. deməkdir.
    YNAKP bu proqramı özünün hədəfi elan edir və onu həyata keçirmək əzmindədir.
    Proqramın 2-ci fəsil 7-ci bəndində təminatlı əmək hüququnun elan edilməsi və hər bir əmək qabiliyyətli vətəndaşın işlə təmin olunması tələbi öz əksini tapmışdır. Bu tələb utopiya yox, mövcud olmuş, amma məhrum edildiyimiz reallıqdır. Azərbaycan Sosialist Respublikasının Konstitusiyasında təminatlı əmək hüququ elan edilmiş və bunun həyata keçirilməsi yolları göstərilmişdir. Bu isə o deməkdir ki, dövlət vətəndaşlarının işlə təmin olunmasını öz öhdəsinə götürürdü. Məhz bunun nəticəsiydi ki, ölkədə işsizlik problemi öz həllini tapmışdı. Müqayisə üçün bir faktı qeyd etmək yerinə düşərdi ki, kommunistlərin hakimiyyəti zamanı respublikada təhsil alan tələbələrin sayı indikindən daha çox olduğu halda, bir nəfər də olsun ali məktəb məzunu işsiz qalmırdı. Tələbə ali məktəbə daxil olduqda artıq onun məzun olduqda işləyəcəyi iş yeri məlum olurdu. Tələbə pulsuz oxuyub yüksək təqaüd alırdı, ali məktəbi bitirən kimi dövlət tərəfindən işlə təmin olunurdu, işlədiyi yerdə mənzil növbəsinə durub pulsuz mənzil əldə edirdi.
    Bu gün isə hər şey əksinə cərəyan edir. Tələbəni dörd il universitetlərdə yaxşıca ütürlər, sonradan isə əlinə bir karton parçası verib tullayırlar təminatsız həyatın ağuşuna. Necə deyərlər, həm pulu gedir, həm də canı. Şikayətini dilə gətirdikdə isə ən mötəbər rəsmi dairələrdən aldıqları cavab bu olur: «Dünyanın heç bir yerində universitet məzununa iş qarantiyası yoxdur. Amerikada da yoxdur, heç yerdə yoxdur. Gərəkirsə daşı sıxıb suyunu çıxaracaq, özünüzə iş tapacaqsınız». Bu təkcə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın öz ölkəsindəki tələbələrə göndərdiyi ismarıc deyil, bu bütün kapitalist ölkələrində, o cümlədən Azərbaycanda da tələbələrin, işsizlərin rəsmi dairələrdən aldığı yeganə cavabdır. Ərdoğan başqa bir çıxışı zamanı deyir: «Dünyanın heç bir yerində işsizlik bitmədi. Ən inkişaf etmiş ölkələrdə bitirildimi ki, bizdə də bitirilsin».
    Bəli, bu ən inkişaf etmiş 16 dünya dövlətindən birinin rəhbərinin işsizlik problemi qarşısındakı acizliyinin rəsmi surətdə etirafıdır. İndi bütün dünya anlamaqdadır ki, işsizlik kapitalizm çərçivəsində həlli mümkün olmayan bir məsələdir. Belə demək mümkündürsə, kapitalizm öz mövcudluğunu işsizliyə, yoxsulluğu borcludur. Bu problemlər həll edildiyi an kapitalizm artıq bəşəriyyətin tarix muzeyində öz layiqli yerini tapacaqdır. Deməli bu həm də o deməkdir ki, kapitalizm sistemi mövcud olduğu müddətcə insanların əmək hüququ pozulmağa məhkumdur. Eyni sözlər Azərbaycan üçün də keçərlidir. Sosialist Respublikanın süqutu ərəfəsində ölkədə 1,5 milyon nəfərlik fəhlə sinfi mövcud olduğu halda bu gün belə bir qüdrətli sənaye ordusundan danışmaq yersizdir. Əvəzində milyonlarla «çörək mühaciri», yarım miyon işsiz, yüz minlərlə fahişə bu günkü Azərbaycanın acı reallığıdır. Hökumət isə əhalini aldadaraq inandırmağa çalışır ki, guya ölkədə işsizliyə qarşı ciddi mübarizə gedir. Məsələn, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2006-cı il oktyabrın 26-da mətbuat konfransı zamanı rəsmi surətdə elan etdi ki, son üç il ərzində (2003 oktyabr-2006 oktyabr) ölkədə guya 481 min yeni iş yeri yaradılıb ki, onun da 248 min daimi iş yerlərinin payına düşür. Bəs əslində bu «statistika möcüzəsi»nin arxasında hansı fırıldaqlar dayanır?
    Statistika Komitəsinin məlumatına görə Azərbaycanda təkcə quşçuluq sektorunda guya 20 min nəfər çalışır. Bəlkədə bu rəqəmdə adi vətəndaşın diqqətini cəlb edəcək qeyri-adi heç bir şey yoxdur. Ta o zamana qədər ki, quş əti ixracatına görə dünya nəhəngi hesab olunan Fransa dövlətiylə «balaca» Azərbaycanın müvafiq göstəricilərini müqayisə etsin. Məhz burada «statistika möcüzəsi» arxasında dayanan fırıldağın üstü açılır. Fikir verin, Fransada 15 min quşçuluq təsərrüfatı olduğu halda, burada cəmi 50 min nəfər, yəni hər quşçuluq təsərrüfatında orta hesabla 3-4 nəfər işçi işləyir. Azərbaycanda isə cəmi 19, yəni Fransayla müqayisədə 833 dəfə az broyler təsərrüfatı olduğu halda, guya burada 20 min nəfər işçi çalışır. Bu isə o deməkdir ki, Fransada bir broyler təsərrüfatında orta hesabla 3-4 nəfər işçi çalışdığı halda, Azərbaycanda müvafiq göstərici 1100 nəfər işçi kimi fantastik bir rəqəm təşkil etməkdədir. Başqa sözlə, Azərbaycanda hər broyler təsərrüfatına düşən işçilərin orta sayı Fransanın müvafiq göstəricisindən 360 dəfə çoxdur.
    Başqa bir «möcüzə», bu yaxınlarda İmişlidə şəkər zavodu istifadəyə verildi. Zavodda 200-300 nəfər işlə təmin olunduğu halda, zavod rəhbərliyi prezidentə məruzə etdi ki, bu zavodun işə düşməsiylə əlaqədar 100 min yeni iş yeri yaranacaq. O fikrini bununla əsaslandırırdı ki, müəssisəni xammalla təchiz etmək üçün minlərlə hektar ərazidə çuğundur əkiləcək ki, bu da əlavə olaraq 100 min iş yeri deməkdir. 2006-cı ilin ilk 9 ayının nəticəsiylə bağlı kənd təsərrüfatı nazirliyinin rəsmisi elan etdi ki, bu il taxıl, kartof, pambıq istehsalı ötən illə müqayisədə azalacaq. Səbəb kimi isə onu göstərdi ki, ötən il sözügedən bitkiçilik məhsullarının əkildiyi 9 min hektar ərazidə bu il çuğundur əkilib. Bu isə o deməkdir ki, çuğundur əkini zamanı yeni iş yeri yaranmayıb. Sadəcə olaraq ötən il taxıl, kartof, pambıq əkən kəndli bu il əkin sahəsində çuğundur becərməyə üstünlük verib. Başqa sözlə, əkinin təyinatını dəyişib. Əkilən torpağın respublika üzrə ümumi sahəsində isə heç bir dəyişiklik olmayıb, təbiiki işçilərin sayında da.
    Bir zavodun açılışından 100 min yeni iş yerini onlar belə «yaratdılar». Bax bu əsil «statistika möcüzəsidir», həm də dünyada analoqu olmayan bir möcüzə. İndi görün «milli xəyanət hökuməti» üç il ərzində 481 min iş yerini necə «yaradıb». Hələ 2005-ci ilin aprelində prezident Şamaxıda televizor zavodunun açılışında iştirak edən zaman müəssisə rəhbərliyi zavodda 250 nəfərin işlə təmin olunduğunu bildirmişdi. Amma bir neçə saat sonra prezident Şamaxı bazarına baş çəkib əhaliylə görüşərkən ona bildirdilər ki, televizor zavodunda 50 nəfərdən artıq adam işləmir.
    Deməli tək bir faktda, həm də üzbəsurət prezidentə 5 dəfə şişirdilmiş rəqəm deyilirsə, indi görün ststistika idarəsinin əməkdaşlarına təqdim olunan iş yeri göstəricilərinin nə qədəri yalan və saxtadır. Bundan başqa Qubadakı 19 min hektar alma bağlarının 8 min hektarı son 15 ildə məhv edilib, bağ sahələrinin kəskin azalmasına baxmayaraq hökumət rəsmiləri iddia edirlər ki, son zamanlar bu sektorda minlərlə yeni iş yeri yaradılıb. Paradoksa fikir verin, meyvə bağları az qala yarıbayarı azaldığı halda, guya iş yerlərinin sayı artıb.
    Bütün bu faktlardan belə bir nəticə hasil olmaqdadır ki, son üç il ərzində ölkədə yaradıldığı iddia edilən yeni iş yerlərinin sayı ən yaxşı halda belə 250 mindən artıq ola bilməz ki, bunun da təxminən 100-130 mini daimi iş yerlərinin payına düşür. Deməli ölkədə hər il ümumilikdə 83 min yeni iş yeri yaradılır ki, bunun da orta hesabla 40 mini daimi iş yerləridir. Əgər nəzərə alsaq ki, hər il Azərbaycanda orta hesabla 160 min gənc əmək bazarına daxil olur, onda bu o deməkdir ki, yaradılan yeni iş yerlərinin sayı hər il əmək bazarına daxil olan gənc işçi qüvvəsinin sayından orta hesabla müvafiq olaraq 2-3 dəfə azdır. Hətta hökumətin təqdim etdiyi daimi iş yerlərinə aid şişirdilmiş rəqəmlər belə (illik 80-90 min yeni daimi iş yeri yaradıldığı iddia olunur) hər il əmək bazarına daxil olan 160 minlik gənc işçi qüvvəsinin sayından 2 dəfə azdır. Əgər buraya illərdən bəri toplanmış və hətta rəsmi surətdə etiraf edilən yüz minlərlə işsizlər ordusunu da əlavə etsək, onda tam əminliklə deyə bilərik ki, yaradılan yeni iş yerləri ölkədəki iş gücünün tələbatını qətiyyən ödəmir. Deməli hökumətin iddia etdiyinin əksinə olaraq işsizlərin sayı azalmaq əvəzinə daha da artır. Bu faktı Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov da etiraf edir və nəink etiraf edir, həm də bəraət qazandırır. O müsahibələrinin birində bu barədə belə deyir: «Azərbaycanda əmək qüvvəsi ehtiyatı tələbatdan çoxdur. Ölkə əhalisinin 64%-i əmək qabiliyyətlidir. Necəki neft ixrac edirik, elə də xaricə işçi qüvvəsi ixrac edirik. Hər il ölkəyə 2 milyard dollar pul göndərirlər, bunun nəyi pisdi».
    Nəyi pisdi?! Cənab, bəlkə deyəsiniz nəyi yaxşıdır? Əmək qabiliyyətli əhalinin yarıdan çoxunu ölkədən sürgün etmisiniz, məgər bu mu yaxşı haldır? Əgər ölkə əhalisinin yarısı Rusiya, Türkiyə, Dubaydan gələn pulların hesabına dolanacaqdısa, onda Azərbaycan hökuməti kimə lazımdır? Millət prezident və onun 20 nazirini başımıza qapaz vurmaq üçünmü bəsləyir? Əgər bir ölkə öz əhalisini dolandırmaq iqtidarında deyilsə, bunun nəyi yaxşıdır ki? Naxçıvanda Türkiyə Konsulluğu önündə hər gün yüzlərlə adam növbəyə durur. Kurorta, istirahətə getmək üçün yox, sərhəd kəndlərində tövlə təmizləmək üçün, ucuz qul əməyi hesabına ailəsinin ruzisini qazanmaq üçün, «çalışın, türk eşşəkləri» sözünü eşidib xar olmaq üçün, hər gün yüz dəfə ölüb yüz dəfə dirilmək üçün.
    Mövcud rejim üçünsə burada heç bir pis şey yoxdur. Əksinə, onlar çox gözəl bilirlər ki, işsizlər ordusu ölkə daxilinə qoyulmuş dinamitdir və haçansa partlayacaq. Ona görə də bu «dinamiti» ölkədən kənarlaşdırmaqla onlar özlərini və özlərinin milyardlar səltənətini sığortalamış olurlar. Necə deyərlər, parçala və hökm et. Kapitalist bazar iqtisadiyyatı çərçivəsində işsizlik probleminin həllinə ümüd etmək xəlbirlə çaydan su gətirməyə cəhd göstərmək kimi mənasız bir işdir. Çünki işsizliyin əsil səbəbi kapitalist münasibətlər sistemi özüdür. Hər bir kapitalist sahibkar az xərcləyib çox qazanmaq istəyir. Ona görə də sosial xərcləri daim azaltmağa və bununla da mənfəətini artırmağa çalışır. Sosial xərclərin azaldılmasının yeganə yolu isə işçilərin kütləvi surətdə işdən çıxarılması, yeni yaranan iş yerlərində isə əmək tutumlu yox, texnika tutumlu avadanlıqların tətbiqidir. Nəticədə bu gün qərb ölkələrində müşahidə etdiyimiz mənzərə ortaya çıxır. Beləki hazırda dünyanın ən inkişaf etmiş 7 ölkəsində (ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Fransa, İtaliya, Kanada) 25-30 milyon arası rəsmi qeydiyyatdan keçmiş işsizlər ordusu, 100 milyondan çox isə ifrat yoxsul əhali mövcuddur. Bizdə isə hökumət əhalini inandırmağa çalışır ki, guya büdcənin sürətli artımı ölkədə işsizlik probleminin həlliylə nəticələnəcək və təxminən elə bu mövqedən bütün liberal müxalifət partiyaları da (AXCP, Müsavat, Ədalət, ADP və s.) çıxış edirlər. Bu partiyalardan hansının proqramına baxsanız sanki biri-birilərindən köçürmüş kimi eyni şablon cümlələri çərənləyirlər; «bazar iqtisadiyyatının inkişafı, iş və çörək». Onların işsizlik və yoxsulluq istehsal edən kapitalizm maşınının sükanında oturub işsizlik və yoxsulluqla guyaki mübarizə aparmaq metodlarının nə qədər yanlış olduğunu isbat etmək üçün cəmi bir misal çəkmək kifayətdir. Məsələn, Hollandiya dövlətinin illik büdcəsi Azərbaycan Respublikasının illik büdcəsindən 25 dəfə çoxdur, yəni 100 milyard dollardır. Əhalisi isə cəmi 16 milyon nəfərə bərabərdir. Amma belə az əhaliyə və belə qiqant büdcəyə baxmayaraq Hollandiyada işsizlərin sayı getdikcə artır. 2006-cı ilin sentyabrına olan məlumata əsasən indi bu kiçik ölkədə 417 min nəfərlik işsizlər ordusu mövcuddur və son üç ayda işsizlərin sayı 12 min nəfər artıb. Əvəzində verilən işsizlik müavinətləri qiymətlərin bahalığı qarşısında əriyib heçə enir. İntiharların sayı isə durmadan artır.
    Müqayisə üçün deyək ki, ən optimist proqnozlara görə hələ 2025-ci ildə Azərbaycanın dövlət büdcəsi 25 milyard dollar olacaq, yəni 18 il sonra belə Hollandiyanın indiki büdcəsindən dörd dəfə az. Əhalinin sayı isə 10 milyona çatacaq. İndi özünüz nəticə çıxarın, əgər Hollandiya 100 milyard dollarlıq illik büdcəsiylə təxminən yarım trilyon dollarlıq ÜDM istehsalıyla az qala yarım milyonu haqlamış işsizlər ordusunu işlə təmin etməkdə acizdirsə, onda Azərbaycandan bu problemin həlliylə bağlı hansı ümüdverici nəticəni gözləmək olar. Hansıki hələ yarım əsr sonra belə onun dövlət büdcəsi Holland dövlətinin indiki büdcəsinin cəmi yarısı qədər olacaqdır. Deməli işsizlik probleminin həlli üçün alternativ yollar axtarmaq lazımdır. YNAKP 70 illik sosializm təcrübəsinə əsaslanaraq işsizlik probleminin həlli yolunu sosialist dövlət ən-ənəçiliyinin yeni əsaslarla bərpasında və dövlətin vətəndaş qarşısında iş təminatıyla bağlı öhdəlik götürməsində görür. Sadəcə olaraq Sovet modelinin bu sahədə buraxdığı bir səhvi təkrarlamamaq şərtiylə; bu istehsalın, iqtsadiyyatın artıq işçi hesabına yüklənməsi məsələsidir. Sovet sistemində beləydi ki, dövlət əmək qabiliyyətli əhalinin hamısını işlə təmin etmək məqsədiylə müəssisələrdə tələb olunandan daha çox işçiyə iş verirdi. Məsələn, tutaqki bir işi beş nəfər fəhlə görə bilərdisə, dövlət orada 10 fəhlə işlədirdi. Hətta çox vaxt əl əməyinə tələbat yüksək olsun deyə bəzi istehsal sahələrinin avtomatlaşdırılması təxirə salınırdı. Bu isə hər şeydən öncə məhsulun keyfiyyətini azaldırdı, digər tərəfdən isə məhsuldarlığı aşağı salırdı və istehsal prosesinə primitiv, sanki zamanın axarından geri qalmış kustarçılıq görüntüsü verirdi. SSRİ-də az-çox özünü doğrultmuş bu Sovet modeli bu günkü Azərbaycan reallığı üçün qətiyyən məqbul deyil.
    Məsələ burasındadır ki, SSRİ böyük bir bazar idi və öz bazarının tələbatını da ancaq öz istehsalıyla ödəyirdi. Pis də olsa, yaxşı da olsa başqa alternativ yox idi. Hər kəs tələbatını yerli istehsalla ödəmək məcburiyyətindəydi. 280 milyonluq bir bazar (hələ mən digər sosialist ölkələrinə edilən ixracatı nəzərə almıram) Sovet məhsulunun tam satılıb realizə olunması üçün bəs edirdi. Bu günkü Azərbaycan reallığı isə tamam başqadır. Ölkənin daxili bazarı olduqca kiçikdir. Yeni yaradılacaq hər bir müəssisə rentabelli (gəlirlə) işləmək üçün hökmən istehsal etdiyi məhsulun ən azı yarısını dünya bazarına ixrac etmək məcburiyyətindədir. Burada isə bizi əsrlik təcrübəsi olan Trans Milli İnhisarlarla amansız rəqabət müharibəsi gözləyir. Bu rəqabət mübarizəsində uduzmamaq üçünsə keçmiş «Sovet modeli»nə uyğun məhsul istehsalı məqbul deyil. Yaranacaq ictimai sektorun həyat qabiliyyətli olması üçün istehsalda ən son texnologiyaların tətbiqi, lazım gələrsə istehsalın tam avtomatlaşdırılması qaçılmaz şərtdir. Başqa sözlə, kapitalistlərlə ayaqlaşa bilmək üçün onlar kimi olmalıyıq; - qənaətcil, dəqiq, hiyləgər. Kapitalist rəqabətə davam gətirmək üçün istehsal xərcini azaltmaq məqsədiylə tutaqki min işçini ixtisara salırsa, biz ictimai sektorun müəssisələrində mümkündürsə ümüumiyyətlə işçi işlətməməliyik və ya çox az sayda işlətməliyik. İstehsala ən son robot texnologiyalarını tətbiq etməliyik. Onda dünya bazarlarında bizim üçün həmişə alıcı və yaxşı qazanc olar. Belə olan təqdirdə ortaya sual çıxır. Əgər kommunistlər yaradacaqları ictimai sektoru rəqabət qabiliyyətli etmək üçün istehsalı bazar prinsipləri əsasında təşkil edəcəklərsə, onda işsizlik problemi necə həll olunacaq?
    Bəli, biz ictimai sektorda istehsal prosesini sırf bazar prinsipləri əsasında təşkil edəcəyik, amma istehsalın nəticəsi, əldə olunan mənfəət maksimum ictimailəşəcək, yəni son qəpiyinədək ictimai-istehlak fondlarında toplanacaq. Məhz işsizlik probleminin həlli bu mərhələdən sonra başlanacaq. İctimai-istehlak fondlarına toplanmış vəsait hesabına qeyri istehsal sektorunda (təhsil, tibb, əyləncə, kommunal xidmət, yaşıllaşdırma, təmizlik və s.) yüz minlərlə yeni iş yerləri yaradılacaq. YNAKP olaraq biz işsizlik problemini qeyri-istehsal sahəsində yaradacağımız əlavə iş yerləri hesabına həll edəcəyik. Məsələn, bu günkü məktəblərdə bir neçə idman müəllimi ştatı olduğu halda, bizim yaradacağımız yeni tipli məktəblərdə hər profil üzrə (futbol, tennis, voleybol, basketbol, boks, güləş, ağır atletika, xokkey və s.) ayrı-ayrılıqda bir neçə müəllim-məşqçi ştatı olacaqdır. Bundan başqa bu yeni tipli məktəblərdə hər bir fənlə bağlı ayrıca dərnəklər fəaliyyət göstərəcəkdir ki, bunlar da əlavə müəllim ştatı deməkdir. Dərslər yay fazasına keçirildikdə orada tamam yeni fənlər və yeni müəllim kontingenti tələb olunacaq, idman komplekslərinin (buz meydançasının, üzgüçülük hovuzlarının, futbol meydançalarının yaşıl ot örtüyünün) qorunub saxlanması və fəaliyyəti üçün əlavə işçi ştatları təsis olunacaq. Bütün bunlar isə respublika miqyasında əlavə yüz minlərlə yeni iş yeri deməkdir. Bu hələ ancaq bir sahədə yaradılacaq iş yerləridir, hansıki onların maliyyə təminatı dövlətin və ictimai-istehlak fondlarının üzərinə düşəcək. Kapitalizm şəraitində isə bunlar mümkün deyil. Çünki burada istehsal prosesi bazar prinsipinə əsaslandığı kimi əldə olunan mənfəətin mənimsənilməsi də bazar prinsipinə əsaslanır. Mənfəəti sahibkar kapitalistlər sinfi mənimsəyir, onu öz şəxsi maraq və zövqlərinə uyğun sərf edirlər. Bizdə yaradılacaq ictimai sektorda isə əksinə, istehsal bazar prinsipinə əsaslansa da mənfəət, əldə olunan xalis gəlir ictimai-istehlak fondlarına yönələcək və cəmiyyətin mənafeyinə uyğun xərclənəcək. Bunlardan biri də qeyri istehsal sahəsində yaradılacaq yeni iş yerləridir.
    Bu baxımdan bizim şüarımız belədir: «istehsalda maksimum bazar prinsipi, mənimsəmədə maksimum ictimailəşmə».
    Sovet modeli bu prinsipə əsaslanmırdı, istehsalda bazar prinsipi tamamilə unudulmuşdu. Müəssisələrin, zavodların artıq işçilər hesabına yüklənməsi istehsalı boğurdu. Bu model ən böyük qüsurunu Şərqi Almaniya təcrübəsində göstərdi. Beləki 45 il Sovet modeli əsasında fəaliyyət göstərmiş Şərqi Almaniya iqtisadiyyatı birləşmədən sonra bazar prinsipiylə işləyən Qərbi Almaniya istehsalıyla rəqabətə davam gətirməyib müəssisələrinin çoxunu itirdi. Deməli istehsalın bazar prinsipi əsasında təşkili artıq günün tələbidir. Bir şərtlə ki, istehsalın nəticəsi maksimum ictimailəşsin.
    Bu baxımdan istər iqtisadiyyatın Sovet modeli olsun, istərsə də qərb modeli, hər ikisi də ifrat biryanlıdır. Sovet modeli bazar prinsipindən yoxsul idisə, qərb modeli mənfəətin ictimailəşməsi prinsipindən yoxsuldur. Bunlardan birincisi iqtisadiyyatın rəqabətə davamlı olmaması, ikincisi isə işsizlik, yoxsulluq, sosial ədalətsizlik deməkdir.
    Məhz YNAKP-nin irəli sürdüyü «istehsalda maksimum bazar prinsipi, mənimsəmədə maksimum ictimailəşmə» şüarı aralıq, ən optimal variantdır. Bu model rəqabətə davamlı, qüdrətli sosialist iqtisadiyyatı və təbiiki yoxsulluğun, işsizliyin birdəfəlik ləğv edildiyi cəmiyyət deməkdir.
    Proqramın 2-ci fəsil 8-ci bəndində dövlət pensiya hüququnun bərpası və pensiya yaşının qadınlar üçün 53, kişilər üçünsə 58 yaş müəyyən edilməsi tələbi öz əksini tapmışdır.
    Məlumdurki dünya təcrübəsində bir-birindən kəskin fərqlənən iki pensiya sistemi modeli mövcuddur. Bunlardan birincisi dövlət pensiya sistemi adlanır, hansıki onu çox vaxt Sovet pensiya modeli də adlandırırlar. İkincisi isə kapitalist pensiya sistemi adlandırılır ki, bunu da çox vaxt bazar pensiya modeli kimi xarakterizə edirlər. Azərbaycanda Sosialist Respublikanın hakimiyyəti zamanı dövlət pensiya sistemi qüvvədə olmuşdur. İndi isə kapitalist bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq pensiya sahəsində fərdi uçot sisteminə, yəni bazar pensiya modelinə keçilir. Mövcud rejim və onun muzdlu müxalifəti kapitalist bazar pensiya sisteminə keçidi qeyri-adi bir yenilik, tərəqqi kimi xalqa sırımağa çalışırlar. «Məclis mürdəşiri» Hadı Rəcəbli məddahcasına pensiya islahatlarını «inqilab» adlandırır.
    Gəlin hər iki pensiya sistemini qarşılıqlı müqayisə əsasında təhlil edək və xalqa «inqilab» kimi sırınmağa çalışılan pensiya islahatlarının gerçək cinayətkar istismarçı mahiyyətini üzə çıxaraq.
    Məlumdurki sosialist pensiya sistemində vətəndaşlara ödəniləcək pensiya vəsaitləri iki mənbədən maliyyələşirdi: 1-ci dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, 2-ci isə müəssisə, təşkilat və idarələrin ödənişləri əsasında formalaşdırılan dövlət sosial sığorta büdcəsi hesabına. Bu isə o deməkdir ki, sosialist pensiya sisteminə görə işçi öz maaşından və şəxsi gəlirlərindən heç bir qəpik də pensiya sığortası vergisi ödəmirdi. Onun gələcəkdə pensiya formasında aldığı təqaüd isə tamamən dövlət tərəfindən ödənilən vəsait hesabına təmin olunurdu.
    Kapitalist bazar iqtisadiyyatı pensiya sistemində isə vəziyyət tamamilə fərqlidir. Kapitalist pensiya sisteminə görə işçi 25-30 il ərzində öz cibindən, öz maaşından və şəxsi gəlirlərindən Sosial Müdafiə Fonduna vergi ödəməlidir və yaşlanan zaman bu ödədiyi vəsaitlər hesabına pensiya almalıdır. Əgər işçi bu vergini ödəməkdən imtina edərsə, onda dövlət işçinin əmlakını məcburi surətdə müsadirə edib onu bu vergini ödəməyə məcbur edə bilər. Əks təqdirdə vətəndaş pensiya hüququndan məhrum edilir.
    Hər iki pensiya sistemi arasındakı fərq göz qabağındadır. Sosialist pensiya sistemində vətəndaşın yaşlanarkən aldığı pensiya pulu dövlətin təmənnasız, heç bir qarşılıq gözləmədən öz vətəndaşına göstərdiyi qayğının nəticəsiydisə, kapitalist bazar pensiya sistemində əksinə, vətəndaşın yaşlanarkən aldığı pensiya onun öz maaşından 25-30 il ərzində ödədiyi verginin hesabına formalaşır və deməli pensiya vətəndaşın öz maaşından, öz cibindən çıxır. Bundan başqa sosialist pensiya sisteminə görə vətəndaşın cəmi bir neçə il iş stajının olması kifayət edirdi ki, şəxs qocaldıqda dövlət tərəfindən yaşa görə pensiyayla təmin edilsin və ömrünün sonuna kimi dövlət onun təminatını öz üzərinə götürürdü. Kapitalist pensiya sistemində isə əksinə, yaşa görə pensiya növü ləğv edilir.
    Bir sözlə, kapitalist bazar pensiya sistemi «al-ver» prinsipinə əsaslanır. Vətəndaş öz maaşından pensiya vergisi ödəmədiyi təqdirdə pensiya hüququndan məhrum olur və dövlət onun pensiya təminatına qarantiya vermir. Sosialist pensiya sistemində isə nəinki pensiya vergisi ödəmək lazım deyildi, hətta 5-6 il iş stajının olması kifayət idi ki, vətəndaş yaşlanarkən dövlət tərəfindən ən azından yaşa görə pensiyayla təmin edilsin. Belə demək mümkündürsə, kapitalist pensiya sistemində dövlət vətəndaşın pulunu alıb fonda toplayır və yaşlananda şəxsin ödəmiş olduğu bu vəsaiti pensiya formasında hissə-hissə onun özünə geri qaytarır. Deməli vətəndaş özü-özünü öz şəxsi vəsaiti hesabına pensiyaya çıxarır. Sosialist pensiya sistemində isə vətəndaş dövlət hesabına pensiyaya çıxırdı və onun pensiya formasında aldığı aylıq təqaüd dövlət büdcəsinin və müəssisələrin gəlirləri hesabına ödənən vəsaitlərdən təmin olunurdu.
    Doğrudur, kimlərsə iddia edə bilər ki, işçinin pensiya fondu təkcə onun öz maaşının hər ay 3%-i məbləğində ödədiyi vergiylə formalaşmır, buraya həmçinin işçini işlədən sahibkar da əmək haqqı fondunun 22%-i məbləğində pensiya ödəmələri edir. Amma bunun özü belə kapitalist pensiya sisteminin istismarçı təbiətini ört-basdır edə bilmir. Çünki kapitalist-sahibkarlar sinfinin işçinin xeyrinə ödədiyi bu 22%-lik pensiya vergisi özü nisbi xarakter daşıyır və ən azından ancaq başlanğıc üçün belədir. Əgər biz kapitalist pensiya sistemini qısa bir dövr üçün yox, daha uzun müddətə təhlil süzgəcindən keçirsək görərik ki, nəinki 22% məsələsi, ümumiyyətlə sahibkarın guya işçinin xeyrinə pensiya vergisi ödəməsi ideyasının özü bütövlükdə ictimai rəyi aldatmağa hesablanmış saxtakarlıqdan başqa bir şey deyildir. Məsələn, yeni qəbul olunmuş pensiya haqqında qanuna görə işçinin pensiya ödəmələrinin 3%-i işləyən şəxsin öz maaşı hesabına 22%-i isə sahibkarın hesabına ödənilməlidir. Amma bu hələlik belədi. Çünki hazırda Azərbaycandakı əmək qabiliyyətli əhalinin 60%-ə qədəri pensiya ödəmələrindən kənarda qalır ki, bu da pensiya vergisinin sahibkarlar üçün hələ heç bir sosial yük ifadə etmədiyini göstərir. Amma eləki dövlət bu işin üzərinə ciddi düşəcək, onda sahibkarlar da dövlətin təsirinə əks təsirlə cavab verəcəklər, yəni pensiya ödəmələrində sahibkar kapitalistin payını azaltmağı tələb edəcəklər. Fikrimizi sübut etmək üçün gəlin Avropa təcrübəsinə müraciət edək. Məsələn, bizdə bu gün pensiya ödəmələri əməkhaqı fondunun 25%-nə bərabərdirsə, inkişaf etmiş Avropa ölkələrindən olan Almaniyada bu göstərici 19%-ə endirilib. Burada isə azaldılan sahibkarların kvotasıdır, işçilərin kvotası isə əksinə, azalmaq əvəzinə artmışdır. İndi Almaniyada pensiya ödəmələrinin 9,5%-i işçinin öz maaşından tutulan verginin payına, 9,5%-i isə sahibkarın ödədiyi pensiya vergisinin payına düşür və artıq bəzi burjua-liberal dairələr, sahibkarlar konfederasiyası və s. Azərbaycanda da işçilərin pensiya vergi yükünün artırılması hesabına sahibkar kapitalistlərin vergi yükünü kəskin azaldılmasını tələb edirlər. Bu isə məsələnin ancaq hələ bir tərəfidir. Məsələnin digər tərəfi isə daha çox iyrəncdir. Bu isə ondan ibarətdir ki, əvvəl-axır pensiya vergisinin sahibkar kapitalistlər üzərinə düşən hissəsi də bütövlükdə işçilərin maaşları hesabına ödənilsin və bunu de-fakto həyata keçirmək üçün sahibkar kapitalistlər çox incə bir fırıldağa əl atırlar. Bu fırıldaq özünü kapitalın texniki strukturunun dəyişməsində daha qabarıq büruzə verir. Məlumdurki kapital əsas etibarı ilə iki üzvi hissədən ibarətdir: 1) sabit kapital (zavodlar, fabriklər, istehsal vasitələri, binalar və s.), 2) dəyişən kapital (əməkhaqqı fondu, pensiya və digər sosial xərclər).
    Uzun illərdən bəri aparılan elmi-təcrübi araşdırmalar nəticəsində ilk dəfə daha konkret formada Karl Marks belə bir faktı kəşf etdi ki, kapitalizm quruluşu inkişaf etdikcə kapitalın ümumi strukturunda sabit kapital çox sürətlə artdığı halda, dəyişən kapitalın çəkisi kəskin surətdə azalır, yəni kapitalın böyüyən inkişafı fonunda dəyişən kapital; əməkhaqqı fondu, sosial ödəmələr və sosial xərclər getdikcə azalır. Bu isə özünü şirkətlərin öz işçilərini kütləvi surətdə işdən çıxarmalarında, iş yerlərinin mütəmadi olaraq ixtisara salınmasında büruzə verir. Dünyada hərəsi öz sahəsində böyük inhisarlar olan General Elektrik (ABŞ) 75 min nəfər, Ford Motors 2012-ci ilə kimi 65 min nəfər, Filips (Hollandiya) 50 min nəfər, Mital Stil (Hindistan) 26 min nəfər, Sony (Yaponiya) 20 min nəfər işçisini işdən çıxarmış və çıxaracaqlarını elan etmişlər. Bütün bunların nəticəsidir ki, hər il ABŞ, Yaponiya, Almaniya kimi inkişaf etmiş ölkələrdə milyonlarla insan öz iş yerini itirir. Bütün bu işdənçıxarmalarda əsas məqsəd əməkhaqqı fondunu kiçiltmək, sosial xərcləri azaltmaqdır. Məsələn, Amerikanın İntel şirkəti 10 min əməkdaşını işdən çıxarmışdır ki, bununla da şirkət sosial xərclərini ildə 1,3 milyard dollar azaltmışdı. İşdən çıxarmalar hesabına əməkhaqqı fondunu kiçildib sosial xərcləri azaltmaq mərəzi Amerikada elə geniş vüsət alıb ki, bu ölkədə böyük biznes artıq yeni iş yerləri yaratmır, əksinə, hər il bu sektordakı iş yerləri yüz minlərlə azalır ki, bu da sosial xərclərin hər il milyardlarla dollar azaldılması deməkdir.
    Bəs bu faktlardan hansı nəticə çıxır? Bu rəqəmlərdən çıxarılan əsas nəticə ondan ibarətdir ki, sahibkar kapitalistlər işlətdikləri işçilərə görə ödədikləri pensiya vergisini öz şəxsi mənfəətlərindən yox, əməkhaqqı fondlarının kiçildilməsindən, sosial xərclərin azaldılmasından qənaət olunan pullar hesabına ödəyirlər. Başqa sözlə, öz xeyirlərindən yox, işçilərin cibindən «qırxdıqları» pullarla pensiya və digər ödəmələri edirlər. Deməli sahibkarın guya işçinin xeyrinə pensiya ödəmələri etməsi ancaq zahirən belə görünür və yanlış təsəvvürdən başqa bir şey deyil. Həyata keçirilən bu fırıldaqlar nəticəsində kapitalist sahibkarlar öz mənfəətlərindən nəinki bir dollar belə pul itirmirlər, hələ üstəlik sosial xərclərin azaldılmasından, əmək haqqı fondlarının kiçildilməsindən qənaət olunan vəsaitlər hesabına əlavə qazanc əldə edib mənfətlərini daha da artırırlar.
    Bu baxımdan sahibkar kapitalistlərin işlətdikləri işçinin xeyrinə Azərbaycanda 22%, Almaniyada 9,5%, İtaliyada 7%-lik guya pensiya ödəmələri etməsi barədə deyilənlər, yazılanlar əslində sadə xalq kütlələrini total surətdə aldatmaq deməkdir və sadalanan bu rəngarəng faizlər kapitalistlərin mənfəətindən yox, işçilərin sosial xərclərindən qoparılan pullardır. Necə deyərlər, kapitalist bir işcinin cibindən qarət etdiyi pulu digərinin cibinə (həm də ancaq cüzi bir qismini) ötürür və utanmazcasına hələ bir iddia da edir ki, mən işçilərin xeyrinə pensiya vergisi ödəyirəm.
   Düzdür, Azərbaycanda kapitalist münasibətləri hələ erkən inkişaf mərhələsini yaşadığından bu amil hələ özünü qərbdəki qədər qabarıq göstərə bilmir. Amma rəqabət gücləndikcə qərbdə bu gün müşahidə etdiyimiz fırıldaq əməliyyatları Azərbaycan üçün də qaçılmaz olacaqdır. Çünki biz kapitalizmin ümumi inkişaf qanunlarından kənara çıxa bilmərik. Bu qanunlar isə sosial xərclərin, əmək haqqı fondlarının mütəmadi olaraq azaldılmasını, pensiya və sığorta ödəmələrini tamamən işçinin çiyinlərinə yükləməyi tələb edir.
    Bəs necə olur ki, sosialist pensiya sistemində dövlət vətəndaşın pensiya xərclərini öz üzərinə götürdüyü halda, kapitalist pensiya sistemində bu mümkün olmur? Səbəb yenə də ictimai-istehsal münamibətlərinin xarakterində gizlənir. Məsələ burasındadır ki, Sovet pensiya sistemində dövlətin vətəndaşa pensiya kimi ödədiyi vəsait heç də yox yerdən peyda olmur. Sosializm cəmiyyətində bütün istehsal vasitələri dövlət mülkiyyəti olduğundan iqtisadiyyatdan əldə olunan mənfəət dövlət büdcəsində, ictimai istehlak fondlarında toplanır və buradan müxtəlif xidmətlər şəklində, o cümlədən pensiya formasında vətəndaşın özünə qayıdır. Kapitalizmdə isə müəssisələr, fabriklər sahibkarların əlində olduğundan iqtisadiyyatdan gələn mənfəəti dövlət yox, onlar özləri mənimsəyirlər. Ona görə də dövlət vətəndaşların pensiya təminatını öz üzərinə götürə bilmir. Nəticədə işçi öz maaşından pensiya vergisi ödəməklə gələcəkdə toplanan bu vəsait hesabına özü özünü pensiyaya çıxarmalı olur. Başqa sözlə, sosializm şəraitində işçi işləyir və əməyinin bir hissəsinin qarşılığını maaş şəklində alırdı. Əməyinin qarşılığının ödənilməyən hissəsi isə dövlət büdcəsində, ictimai-istehlak fondlarında toplanaraq müxtəlif xidmətlər şəklində, o cümlədən pensiya formasında işçinin özünə qayıdırdı. Hansıki kapitalist bazar iqtisadiyyatında əməyin yığılıb qalmış bu hissəsi sahibkarların cibinə, oradan isə onların villa, mənzil, restoran və s. lüks zövqlərinin təminatına yönəlir.
    Deməli hər il işçinin pensiya təminatına yönəlməli olan yüz milyonlarla dollar vəsait bu formada sahibkar-kapitalistlər tərəfindən mənimsənilir. Belə olan halda işçinin öz maaşından pensiya vergisi ödəyərək öz vəsaiti hesabına özünü pensiyaya çıxarmaqdan başqa çarəsi qalmır. Məhz kapitalist bazar iqtisadiyyatı pensiya sisteminə keçid adı altında aparılan islahatlar bu böyük məbləğdə oğurluğu qanuniləşdirmək, ona hüquqi don geyindirmək məqsədinə xidmət edir.
    Bazar iqtisadiyyatı pensiya sisteminin eybəcərlikləri təkcə elə bununla yekunlaşmır. Burada pensiya yaş həddinin mütəmadi olaraq artırılması narahatçılıq doğuran amillərdən bir digəridir. Məlumdurki Sovet pensiya sistemində pensiya yaş həddi qadınlar üçün 55, kişilər üçünsə 60 yaş həddi müəyyən edilmişdir. Amma kapitalist pesiya sistemində pensiya yaş həddi daim artan tendensiyayla dəyişir. Məsələn, Böyük Britaniyada pensiya yaşı 1991-ci ildə artırılaraq 65-ə, 2006-cı ildə isə artırılaraq 68 yaşa çatdırıldı. Pensiya yaşındakı bənzər artımlar Almaniya, Fransa kimi ölkələrdə də müşahidə edilməkdədir. Bu ölkələrdə pensiya yaşı artıq 67 yaşa çatdırılıb. Norveç, İsveç, Hollandiya kimi ölkələrdə də pensiya yaşı 65 yaş müəyyən olunsa da, yaxın vaxtlarda daha da artırılması nəzərdə tutulur. Yaxın onillikdə Avropa qitəsində pensiya yaşının 70-ə çatdırılması gözlənilir. Bu tip neqativ dəyişikliklərdən Azərbaycan da xali deyil. Sosialist pensiiya sisteminin ləğvi və bazar pensiya sisteminə keçidlə əlaqədar Azərbaycanda da pensiya yaş həddi artırılır. 2001-ci ilin avqustunda pensiya yaşı artırılaraq qadınlar üçün 57, kişilər üçünsə 62 yaş müəyyən olunmuş və yaxın onilliklərdə bu həddin artırılaraq 65-ə çatdırılması hədəflənir ki, buna da «ölülər üçün pensiya» demək daha doğru olardı. Dünya səhiyyə təşkilatının məlumatına görə həzırda Azərbaycanda insanların orta yaşama müddəti 65 il hesab olunur və bu yaş həddindən yuxarı yaşa malik olan insanlar ölkə əhalisinin cəmi 5%-ni təşkil edir. İndi sizə aydın oldu bazar pensiya sisteminə keçməkdə əsas məqsəd nədir? Təbiiki pensionerlər sinfini silib yox etmək. Məhz pensiya yaşının artırılması buna xidmət edir. Nəticədə vətəndaş pensiya yaşına çatana qədər ya ölməlidir, yada ki, yığdığı pulu yeyə bilməyəcək hala düşməlidir. Biz bir şeyi bilməliyik ki, pensiya sistemi kapitalizmin mahiyyətinə ziddir (kapital strukturunun dəyişmə qanunu) və kapitalist ölkələrində pensiya sisteminin bərqərar olması SSRİ-ylə olan sistem rəqabətinin nəticəsiydi. İndi bu sistem rəqabəti yoxdur. Deməli pensiya sistemini yavaş-yavaş aradan çıxarmaq lazımdır. Amma kapitalistlər belə radikal dəyişikliyə cəsarət etmirlər, ona görə də bu məqsədə dolayı yolla nail olmağa çalışırlar.
    Pensiya yaşının mütəmadi olaraq artırılması məhz bu məqsədə xidmət edir. Elə yaş həddi müəyyən edilir ki, vətəndaşların əksəriyyəti həmən pensiya yaşına çatana qədər ölməlidirlər. Məsələn, biz bir az əvvəl qeyd etmişdik ki, yaxın gələcəkdə Avropa qitəsində pensiya yaşı 70-ə çatdırılacaq. Amma bu həmən Avropadır ki, orada 50 yaşdan sonra iş tapmaq demək olar ki, qeyri-mümkündür. Məsələn, Almaniyada 55 yaş üstü əmək qabiliyyətli əhalinin 56%-i özünə iş tapa bilmir12. Çünki bu yaşdan sonra işçi işlətmək kapitalist sahibkarlara sərf etmir. İstər yaşlı işçinin əmək məhsuldarlığının getdikcə azalması, istərsə də zədə alma və xəstələnmə ehtimalının yüksək olması sahibkarı gənc işçilərə üstünlük verməyə vadar edir.
    Əgər vətəndaş ancaq 65-70 yaşlarında pensiyaya çıxa biləcəksə və o artıq 50-55 yaşdan sonra özünə iş tapa bilmirsə, onda bu açıq surətdə belə bir acı həqiqətin etirafıdır ki, kapitalizmin yazılmamış vəhşi qanunları yaşlı insanları aclığa, səfalətə, məcburi ölümə məhkum etmişdir. Məhz bu yaş kateqoriyasından olan insanlar arasında özünəqəsd hallarının durmadan artması bu dediklərimizin bir daha təsdiqidir.
    Kapitalizmin bu vəhşi qanunları artıq 15 ildən artıqdır ki, Azərbaycanda da özünü büruzə verməkdədir. İndi ölkədə fəaliyyət göstərən və əsasən xarici kapitala əsaslanan özəl müəssisələrdə yaşlı insanlar demək olar ki, işə götürülmür. Məsələn, 2005-ci ilin aprelində ölkə prezidenti Şamaxıya səfəri zamanı bazarda sadə insanlardan bu barədə xeyli şikayət eşitdi. Bir nəfər vətəndaş «televizor zavodunda türklər məni işə götürmədilər və mənə dedilər ki, biz 40 yaşdan yuxarı yaşı olanları işə götürmürük» deyə şikayətini dilə gətirsə də prezident bu deyilənlərə heç məhəl də qoymadı. İndi siz fikir verin, 62 yaşında pensiyaya çıxmalı olacaq Azərbaycan vətəndaşı əgər 40 yaşdan sonra işə götürülmürsə, onda bu insanlar öz həyatlarını necə təmin edəcəklər? İş tapa bilmədiklərinə görə onlar heç pensiya vergisi də ödəyə bilməyəcəklər və belə olan halda təbiiki pensiya hüququndan da məhrum olacaqlar.
    Sosialist Respublika zamanı isə vəziyyət tamamilə fərqliydi. Bütün istehsal sahələri dövlət mülkiyyəti olduğundan heç bir yaş ayrıseçkiliyi qoyulmadan bütün əmək qabiliyyətli əhali işlə, pensiya yaşı çatdıqda isə hamı bir nəfər kimi dövlət hesabına pensiyayla təmin olunurdu. Sosialist Respublika zamanı elə bir vətəndaş tapmaq olmazdı ki, o pensiya yaşına çatdığı halda pensiyayla təmin olunmamış olaydı.
    İndi kapitalist pensiya sisteminə keçidlə əlaqədar olaraq yaşlandığı təqdirdə pensiya hüququndan məhrum edilmiş vətəndaşların sayı yüz minlərlə, milyonlarla olacaq. Məsələn, bu gün Azərbaycanda təqribən 5 milyona qədər əmək qabiliyyətli əhali olduğu halda Sosial Müdafiə Fonduna bunlardan cəmi 1,7 milyon nəfəri pensiya vergisi ödəyir. Deməli ölkədə əmək qabiliyyətli əhalinin 65%-i pensiya ödəmələrindən kənarda qalır ki, bu da gələcəkdə onların pensiya hüququndan məhrum olmasıyla nəticələnəcəkdir. Çünki ölkədə aparılan pensiya islahatlarıyla əlaqədar olaraq 2010-cu ildən etibarən kapitalist pensiya sisteminə tam keçid baş verəcəkdir və bu tarixdən etibarən hər kəs nə məbləğdə pensiya vergisi ödəyəcəksə, yaşlananda da elə bu məbləğdə pensiya vəsaiti alacaqdır. Yəni artıq pensiyalara dövlət büdcəsindən ayrılan əlavələr (pensiyanın baza hissəsi) birdəfəlik ləğv olunacaq.
    Hazırda Azərbaycanda 1,3 milyon pensiya alan şəxs var ki, kapitalist pensiya sisteminə keçidlə əlaqədar olaraq onların sayı gələcəkdə 50-60% azalacaqdır. Çünki hazırkı pensionerlərin 800 min nəfərə qədərini yaşa görə pensiya alanlar təşkil edir ki, kapitalist pensiya sisteminə görə bu kateqoriya pensiyalar ləğv olunacaqdır (bu indiki pensionerlərə şamil edilməsə də, gələcəkdə pensiyaya çıxanlara şamil ediləcək). Deməli kapitalist pensiya sisteminə tam keçid baş verəndən sonra ölkədəki pensionerlərin sayı ən azı 800 min nəfər azalacaq. Bu isə pensiya təminatından məhrum edilmiş yüz minlərlə insan deməkdir.
    Kapitalist pensiya sisteminə keçidlə əlaqədar ləğv olunan bir digər pensiya növü sosial pensiyalardır. Beləki Sovet pensiya sisteminə görə şəxs əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərdi və bu zaman ondan heç bir sığorta stajı (pensiya vergisi ödəmək) tələb olunmurdu. 2006-cı il martın 7-də prezidentin təsdiqlədiyi «Əmək pensiyası haqqında qanuna» görə əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası almaq istəyən şəxs ən azı 5 il sığorta stajına malik olmalıdır. Yəni ən azı 5 il Sosial Müdafiə Fonduna pensiya vergisi ödəmiş olmalıdır. Əks təqdirdə o bu hüquqdan məhrum edilir. Kapitalist pensiya sisteminin bir digər neqativ cəhəti kişi və qadın arasında heç bir fərq qoyulmadan vahid pensiya yaşının tətbiqiylə bağlıdır. Beləki bu gün qərbin inkişaf etmiş əksər ölkələrində qadın və kişilərin pensiya yaşı bərabərləşdirilib və əvvəl qadınlara edilən güzəştlər ləğv olunub. Hətta Türkiyədə də qadın və kişilərin pensiya yaşının bərabərləşdirilərək 65-ə çatdırılması nəzərdə tutulub və bu hal Azərbaycan üçün də keçərlidir.
    Amma sosialist pensiya sistemi humanist dəyərlərə əsaslandığından pensiya yaşı kişilər üçün 60 yaş müəyyən olunduüğu halda, qadının analıq hüququ, övlad tərbiyəsində, məişətdə daha çox vəzifə öhdəsinə götürməsi nəzərə alınaraq qadınların pensiya yaşı 55 yaş təyin edilmişdi.
    «Kapitalist bazar iqtisadiyyatı sistemində isə hər şey al-ver prinsipinə əsaslandığından və biznes maraqları mənəvi dəyərləri üstələdiyindən inkişaf etmiş kapitalist dövlətləri Sovet pensiya sisteminə xas olmuş belə nailiyyətlərdən məhrumdurlar. Buna isə belə bəraət qazandırırlar ki, qadın və kişi hüquqca bərabər olduğundan hər iki cinsin pensiya yaşı da bərabər olmalıdır. Əgər doğrudanda belədirsə bəs nə üçün qərbdə qadınlar eyni işə görə kişilərdən daha az maaş alırlar, bəlkə hüquq bərabərliyi prinsipini əmək haqqına da tətbiq edəsiniz? Yox, bu kapitalistin biznes marağına ziddir, ona görə də hələlik xəyaldır. Bazar iqtisadiyyatı qadın kişi ayırd etmədən insanları 65 yaşına (bəzən hətta 70 yaşa kimi) qədər portağal kimi sıxıb suyunu içir, sonra isə fiziki və mənəvi cəhətdən tükənmiş bu insanı öz hesabına pensiyaya çıxarır ki, birdən işdir, özünə intihar edib sahibkarı «zibilə» salarsan, get kənarda öl»13.
    Bir sözlə kapitalist pensiya sistemini və yeni qüvvəyə minmiş bədnam «Əmək pensiyası haqqında qanunu» bir cümləylə ifadə etməli olsaq, bu hər il 100 milyonlarla dollar vəsaitin əhalinin cibindən sahibkar kapitalistlərin xeyrinə müsadirə olunması, yüz minlərlə insanın faktiki olaraq pensiya hüququndan məhrum edilməsi və ən yaxşı halda ölülər üçün pensiya deməkdir. Milli xəyanət hökuməti pensiya islahatı adı altında əslində vətəndaşların pensiya hüququnu onların əlindən alır, bunun əvəzində isə «pensiya donu» geyindirilmiş sığorta sistemi tətbiq edir. Pensiya hüququyla sığorta sisteminin fərqi odur ki, birinci işçinin əməyinin qarşılığı olaraq ona təmənasız verilirsə, ikincisi əməyə görə yox, şəxsin öz cibindən ödədiyi sığorta vergisi hesabına təmin olunur. Deməli kapitalist pensiya sistemi tipik sığorta növündən başqa bir şey deyil və sığorta biznesini bizlərə «pensiya hüququ» adı altında sırımağa çalışırlar. Daha konkret desək, kapitalist pensiya sistemi milyonlarla zəhmətkeşi əslində pensiya hüququndan məhrum etmək deməkdir.
    Bütün bu neqativ cəhətləri nəzərə alaraq YNAKP pensiya yaşı qadınlar üçün 53, kişilər üçün 58 yaş olmaq şərtiylə heç bir pensiya vergisi ödəmədən ictimai istehlak fondları hesabına təmin ediləcək sosialist pensiya sisteminin tətbiqini təxirəsalınmaz proqram elan edir.
    YNAKP proqram layihəsinin 2-ci fəsil 10-cu bəndində «məktəbə qədər hər bir uşağın təminatı üçün nəzərdə tutulmuş və bir uşağın aylıq minimum istehlak zənbilinə bərabər məbləğdə uşaq müavinətləri»nin bərpası tələbi öz əksini tapmışdır. Məlumdur ki, Sosialist Respublika hakimiyyəti zamanı hər bir uşaq məktəb yaşına çatana qədər dövlətdən hər ay minimum istehlak zənbilinin məbləğində uşaq müavinəti alırdı. Hələ 35 il bundan qabaq bir uşağa görə həmən müavinətin aylıq məbləği 12 rubl, yəni təqribən 17 dollar təşkil edirdi ki, bu da həmən dövrdə bir uşağın aylıq minimum istehlak zənbinə (xərclərinə) uyğun idi. Bununla da Sosialist Resublika hər bir uşağın məktəb yaşına qədər ki, maddi təminatını, dolanışığını öz üzərinə götürmüş olurdu. Bu dövlətin körpə vətəndaşlarına təmənnasız qayğısıydı və bu işə görə dövlət hər il 100-150 milyon dollar vəsait xərcləyirdi.
    İndi isə vəziyyət kökündən dəyişib. Kapitalizmin vəhşi qanunları uşaq müavinəti sistemini əvvəlcə yarıtmaz vəziyyətə saldı, daha sonra isə birdəfəlik olaraq ləğv etdi. 15 ildən artıqdır ki, peşəsi xalqın cibini qarət etməkdən ibarət olan mövcud «cibgir rejim» öncəlikli olaraq uşaq müavinətlərinin məbləğini simvolik həddə qədər azaltdı ki, nəticədə Sosialist Respublika zamanıyla müqaisədə müavinətin nominal məbləği az qala 10 dəfə azalaraq cəmi 2 dollar təşkil etdi. Sonra isə bu məbləğdə vəsaitin onsuzda heç bir praktiki əhəmmiyyətinin olmadığını bəhanə gətirərək uşaq müavinəti institunu tamamilə ləğv etdi. Uşaqların pulunun oğurlanması üçün «hüquqi tədbirlər planının» hazırlanmasında dəridən-qabıqdan çıxmış deputat Hadı Rəcəbli televizya müsahibələrinin birində utanıb-qızarmadan iddia edir ki «uşaq pulu insitutu çox eybəcər bir şey idi». Heç şübhəsiz ki, bu eybəcərlik əslində Hadı Rəcəblinin öz mənəvi eybəcərliyindən başqa bir şey deyil. Əks təqdirdə o, belə bir fundamental sosial müdafiə sistemini eybəcərliklə ittiham etməzdi.
    Uşaq müavinətləri Sosialist Respublika zamanında bir uşağın aylıq minimum istehlak xərcinə uyğun müəyyən edilirdi. Əgər nəzərə alsaq ki, hazırda ölkədə bir uşağın aylıq minimum istehlak xərci təqribən 60 dollara bərabərdir, onda bu o deməkdir ki, uşaq müavinətləri ləğv edilməsəydi dövlət məktəb yaşına çatana qədər hər bir uşağa aylıq 60 dollar uşaq pulu ödəməliydi. Bu isə ildə toplam yarım milyard dollar vəsait demək idi.
    Uşaq müavinəti institutunun ləğvini şərtləndirən gerçək səbəb bax budur. Hər il yarım milyard dollar vəsaitin mənimsənilməsi üçün bu pullar uşaqların cibindən oğurlanmalıydı və oğurlandı da. Əks təqdirdə prezident ildə 200 min dollar, deputatlar ildə hərəyə 25 min dollar maaş ala bilməzdilər, milyonlarla dollar dəyəri olan villalarda yaşaya, bahalı xarici avtomobillərdə gəzə bilməzdilər.
    Fikir verin, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov öz hamamında rəqs edən çılpaq qadın mozaikasının quraşdırılması üçün ustaya əlhaqqı olaraq 3 min dollar verib. İndi görün bu mozaikanın qiyməti nə qədərdir ki, dövlət naziri onun quraşdırılmasına orta statistik azərbaycanlı fəhlənin az qala iki illik maaşı qədər pul ödəyir. Uşaq müavinətlərinin ləğvi bunun üçün lazım idi. Belə faktlar isə bir deyil, beş deyil, istənilən qədərdir.
    Nəticədə bir imzayla uşaqların təminatından hər il yüz milyonlarla dollar vəsait oğurlanmış oldu. Oğurluğun adına isə «sosial islahat» dedilər.
    Mövcud reallıqdan çıxış edərək YNAKP hər bir uşağın məktəb yaşına çatana qədər sosial təminatının dövlət qarantiyası altına alınması məqsədiylə vahid sosial müdafiə sisteminin yaradılmasını və uşaq müavinətlərinin bərpasını tələb edir. Nəticədə hər bir uşaq anadan olduğu gündən məktəb yaşına qədər dövlət qayğısıyla əhatə olunacaq ki, bu da doğulduğu ailənin sosial vəziyyətindən asılı olmayaraq hər bir uşağın sosial rifah içərisində böyüməsini təmin etmiş olacaqdır. Bu isə ən azı 300 min uşağın hər ay minimum istehlak xərci məbləğində uşaq müavinətləriylə təmin olunması deməkdir. İndiki qiymətlərlə hesablasaq bu hər uşağa ayda 60 dollar vəsaitin ödənəcəyi anlamına gəlir ki, bu da ildə toplam 200-250 milyon dollar vəsait edəcəkdir. Uşaq müavinətləri ailələrə 2 formada ödəniləcəkdir: 1) Ailənin istəyinə əsasən bir başa ailənin özünə; 2) Ailənin istəyinə uyğun olaraq uşaq üçün xüsusi təsis olunmuş bank hesabına. Bu halda vəsait bank hesabında toplanır və illik faiziylə birlikdə 18 yaşından sonra uşağın özünə ödənilir. Nəticədə uşaq böyüyüb müstəqil həyata qədəm qoyarkən öz həyatını qura biləcək maliyyə mənbəyinə malik olacaqdır. Uşaq müavinəti sisteminin maliyyə əsasını ictimai istehlak fondları təşkil edəcək.
    Proqramın 2-ci fəsil 11-ci bəndində əhalinin böyük əksəriyyətinin gəlir vergisindən azad olunması tələbi öz əksini tapmışdır. Məlumdurki Azərbaycanda Sosialist Respublika hakimiyyəti zamanı əhalidən tutulan vergilər simvolik xarakter daşımış, əhaliyə müxtəlif vergi güzəştləri edilmiş və vergi yükü mütəmadi olaraq azaldılmışdır. Hətta 1975-ci ildə Azərbaycan Sosialist Respublikasında aylıq əmək haqqı 70-90 manat olan fəhlə və qulluqçulardan tutulan vergilərin miqdarı kəskin azaldılmış, aylıq maaşı 70 manatdan az olan fəhlə və qulluqçular isə ümumiyyətlə vergi ödəməkdən azad edilmişdirlər. Bundan başqa Kommunist Partiyasının proqramında əhalinin gələcəkdə tamamilə vergidən azad edilməsi nəzərdə tutulurdu.
    Məhz bu tip güzəştlərin nəticəsiydi ki, Sovet İttifaqı boyda nəhəng bir dövlətin büdcəsində əhalidən tutulan vergilərin xüsusi çəkisi çox az, cəmi 8,6% təşkil edirdi. Başqa sözlə, ittifaq büdcəsinin 91,4%-i sosialist iqtisadiyyatından gələn gəlirlər əsasında formalaşırdı.
    Müqayisə üçün deyək ki, ABŞ, Yaponiya, Almaniya, Fransa kimi inkişaf etmiş kapitalist dövlətlərində əksinə, ölkə büdcəsinin böyük bir hissəsi əhalidən tutulan vergilərin hesabına formalaşdırılır. Bu ölkələrdə əhali öz gəlirinin 40-50%-ni vergi şəklində dövlətə ödəmək məcburiyyətindədir. Əhalinin vergi yükü mütəmadi olaraq artırıldığı halda, zəngin təbəqə vergi güzəştləri hesabına trilyonlarla dollar pula qənaət edir. Məsələn, təkcə Amerika Birləşmiş Ştatlarında 2001-2006-cı illər ərzində zənginlərə 2 trilyon dollara qədər vergi güzəşti edilib, təbiiki sadə əhalinin vergi yükünün artırılması hesabına14.
    Sosialist Respublikanın süqutundan sonra bənzər mənzərinin Azərbaycanda da şahidi oluruq. Sahibkar kapitalistlərin vergi ödəmələri mütəmadi olaraq azaldıldığı halda, əhalinin vergi yükü getdikcə artır. Nəticədə Azərbaycan vətəndaşı qazandığı hər 5 manatdan 1 manatını dövlətə vergi şəklində ödəmək məcburiyyətindədir, bu isə hələ son hədd deyil. Burada isə ən böyük pay əhalidən tutulan gəlir vergisinə aiddir. İndi azərbaycanlı işçi hər ay maaşının 14%-ni gəlir vergisi şəklində dövlətə ödəyir. Əgər nəzərə alsaq ki, hazırda ölkə büdcəsinin böyük bir hissəsi neft gəlirləri hesabına formalaşır və neft gəlirləri 2011-ci ildən mütəmadi olaraq azalmağa başlayacaq, deməli yaxın illərdə əhalinin vergi yükünün daha da artırılması qaçılmazdır. Əhalinin saysız-hesabsız vergilər hesabına yüklənməsi kapitalizm cəmiyyəti üçün təbii hal olduğundan, bu quldarlıq münasibətləri çərçivəsində heç bir hökumət, heç bir qüvvə əhalini «vergi terroru»ndan azad edə bilməyəcək.
    YNAKP məhz bu reallıqdan çıxış edərək sosialist iqtisadiyyatının və sosialist vergi sisteminin tətbiqinin təxirəsalınmaz tədbir kimi həyata keçirilməsini, aylıq gəliri ölkədəki orta aylıq maaşın 2 mislindən az olan bütün işçilərin gəlir vergisindən azad olunmasını tələb edir.
    Proqramın 2-ci fəsil 12-ci bəndində «sahibkr və imkanlı təbəqəni çıxmaq şərtiylə yerdə qalan bütün əhali adambaşına müəyyən edilmiş istifadə norması həddində enerji daşıyıcıları və digər kommunal xərclərdən azad edilsin» tələbi öz əksini tapmışdır.
    Məsələ burasındadır ki, Sosialist Respublika hakimiyyəti zamanı bütün xidmətlər kimi kommunal xidmətlər də dövlət tərəfindən dotasiyalaşdırıldığından əhali üçün heç bir sosial yük ifadə etmirdi. Məsələn, həmən vaxt Azərbaycanda bir nəfərin aylıq qaz pulu ödəmələri cəmi 30 qəpik, 5 nəfərlik orta ststistik azərbaycanlı ailə üçün isə ayda 1 manat 50 qəpik kimi simvolik və cüzi məbləğ təşkil edirdi. Sosialist Respublika əhalinin kommunal xərclərinin böyük bir hissəsini büdcə və ictimai-istehlak fondları hesabına özü ödəyirdi, nəticədə əhaliyə maya dəyərindən belə aşağı qiymətlərlə kommunal xidmətlər göstərirdi. Bunun nəticəsiydi ki, əhali heç vaxt qaz pulu, işıq pulu, su pulu kimi problemlərlə qarşılaşmırdı.
    İndi isə əksinə, Amerikanın təsis etdiyi bədnam 3-cü Respublika (1991-?) nəinki sosial funksiyalardan imtina edərək bütün yükü vətəndaşın çiyinlərinə yükləyir, hələ üstəlik qiymətləri daim bahalaşdıraraq əhali üçün sosial problemlər yaratmaq hesabına xarici investorlar üçün əlverişli investisiya mühütü (əslində qazanc və mənfəət mühütü) formalaşdırır. Kommunal xərclər dünya bazar qiymətlərinə uyğunlaşdırılır, qiymətlər durmadan bahalaşır. Nəticədə vətəndaş bankrot olur və kommunal xərclərini ödəyə bilməyəcək duruma düşür. Dövlət isə əvəzində cinayət məcəlləsinə dəyişiklik edərək kommunal borclarını ödəyə bilməyən vətəndaşları yüksək məbləğdə cərimə və həbs cəzasıyla hədələyir, necə deyərlər, dövlət bununla da əhaliyə qarşı sosial müharibə elan etmiş olur. Bunun nəticəsidir ki, Sosialist Respublika zamanı 5 nəfərlik bir ailə ayda cəmi 1 manat 50 qəpik ödəməklə limitsiz və sayğacsız istədiyi qədər qaz istehlak edə bilirdisə, bu gün isə əvvəlki dövrlə müqayisədə 10-15 dəfə daha çox qaz pulu ödəmək məcburiyyətində qalır, həm də daha az həcmdə qaz istehlak etdiyi halda.
    Burada bir məqama da xüsusilə diqqət yetirmək lazımdır ki, Azərbaycan dövləti bu gün çıxarılan qaza görə heç bir dollar da xərc çəkmir, belə demək mümkündürsə, qazın çıxarılması ölkəyə müftə başa gəlir («Əsrin müqaviləsi»nə görə çıxarilan səmt qazı təmənnasız Azərbaycana verilir). Nəzərə alsaq ki, indi əhalinin tələbatı ancaq yerli qazın hesabına ödənilir, onda dövlətin qazı öz vətəndaşına Sosialist Respublika dönəmiylə müqayisədə 10-15 dəfə baha qiymətə satmasına ancaq bir ad vermək olar–soyğunçuluq. Belə dövlət öz vətəndaşını əməlli-başlı qarət edir, hələ qazın qiyməti birinci dəfə artırılarkən hökumət nümayəndələri bu cinayəti belə ört-basdır edirdilər ki, Azərbaycan qazın hər 1000 kub metrini 100 dollara aldığı halda nə üçün onu əhaliyə 60 dollara satmalıdırki?
    İndi isə bu bəhanə artıq öz qüvvəsini itirib. Çünki artıq 2007-ci ilin əvvəlindən bəri Azərbaycan qaza olan öz tələbatını ancaq yerli qazla ödəyir. Yerli qaz isə ölkəyə müftə başa gəldiyindən dövlətin onu öz vətəndaşına az qala dünya bazar qiymətləriylə satmasına sosial genasiddən başqa ad vermək olmaz. Hökumət Türkiyə dövləti qarşısında qazın hər 1000 kub metrini 120 dollara satacağıyla bağlı öhdəlik götürüb. Türkiyə isə alacağı bu qazı özü istifadə etməyib təkrar Avropa bazarına ixrac edəcək və hər 1000 kub metrini 260 dollara satacaq, deməli əlavə olaraq hər 1000 kub metrdən 140 dollar gəlir götürəcək. Azərbaycan isə hər 1000 kub metrdə elə bu qədər pul itirəcəkdir. Nədənsə bu qədər maliyyə itkisi hökumətin gözünə görünmür, Milli xəyanət hökuməti bu ticari əfəlliyini bazar iqtisadiyyatının prinsiplərinə uyğun hesab edir, amma öz vətəndaşına ucuz qaz satmağı bazar iqtisadiyyatının prinsiplərinə uyğun hesab etmir və beynəlxalq ticarətdəki uğursuzluqlarını kompensasiya etmək üçün başlayır əhalini soymağa. Bu isə hələ son deyil. Hökumət iddia edir ki, nəinki qazın, həmçinin bütün kommunal xərclərin qiymətini yenə də artırmaq lazımdır, çünki qiymətlər hələ də investorlar üçün cəlbedici deyil.
    Bəs bu nə vaxta kimi belə davam edəcək? Bu bahalaşma siyasətinin nə vaxta kimi davam edəcəyini və nə ilə nəticələnəcəyini bilmək üçün beynəlxalq təcrübəyə müraciət etmək kifayətdir. Məlumat üçün deyək ki, 2005-ci ilə olan məlumatlara görə Almaniyada 4 nəfərlik bir ailənin illik qaz pulu ödəmələri 1700 avro təşkil edirdisə, bir il sonra bu məbləğ daha 200 avro bahalaşaraq 1900 avroya çatmışdır. Deməli hazırda Almaniyada 4 nəfərlik bir ailənin aylıq qaz pulu ödəmələri orta hesabla 170 avroya başa gəlir. 4 nəfərlik ailə üçün illik işıq pulu ödəmələri isə 694 avro, son qiymət bahalaşmalarını da nəzərə alsaq, təxminən 750 avro təşkil edir ki, bu da ayda təqribən 60 avro kimi bir məbləğ etməkdədir. Başqa sözlə, indi 4 nəfərlik bir alman ailəsinin aylıq qaz və işıq pulu xərcləri orta hesabla 250 avro təşkil etməkdədir. Deməli ildə 3000 avro15. Amma qiymətlərin artımı durmadan davam edir. Bu sahəyə nəzarət edən şirkətlərin hesablamalarına görə yaxın 3 il ərzində Almaniyada enerji daşıyıcılarının qiyməti yenə də kəskin bahalaşacaq. Təkcə Amaniyadamı? Yox, bütün Avropada və dünyada. Bütün bunların nəticəsidir ki, indi inkişaf etmiş qərb dövlətlərində kommunal borcunu belə ödəyə bilməyəcək, bankrot olmuş milyonlarla ailə mövcuddur və hər il onların sayı artır. Bəli, kapitalizmin quldarlıq qanunları işlədikcə bizləri də bu aqibət gözləyir. Artıq biz bunu hiss edirik, sabah isə daha çox kəskin hiss edəcəyik.
    Belə bir realıqdan çıxış edərək YNAKP olaraq biz sahibkar və imkanlı ailələri çıxmaq şərtiylə əhali üçün bütün növ koomunal xidmətlərin pulsuz olmasını tələb edirik. Bu isə utopiya deyil. 17 il bundan öncəyə qədər mövcud olmuş, amma məhrum edildiyimiz reallıqdır. Yaradılması nəzərdə tutulan sosialist iqtisadiyyatı və ictimai istehlak fondları bu proqramın maddi, maliyyə təminatı qismində çıxış edəcəkdir.
    Proqramın 3-cü fəsli YNAKP-nin hakimiyyətə gələcəyi təqdirdə götürdüyü bəzi öhtəliklərə təminat xarakteri daşıyır. Məlumdur ki, gənc nəsildə kommunistlər haqında təhrif olunmuş yanlış rəy formalaşdırmağa çalışan bəzi siyasi dairələr cəmiyyətə belə bir fikir təlqin edirlər ki, kommunistlər hakimiyyətə qayıtdıqları təqdirdə guya ölkədə hərbi diktatura hökm sürəcək, varlıların əmlakı zorla müsadirə olunacaq, zorakı kollektivləşmə və Azərbaycanın yenidən Rusiyaya birləşdirilməsi siyasəti həyata keçiriləcəkdir.
    Təbii ki, bu tip ittihamlar «gerizəkalıların» cəng atmış beyinlərinin məhsuludur, o gerizəkalılar ki, onlar hələ də bir əsr əvvəlki kimi düşünürlər. Halbuki belələri yaxşı bilməlidirlər ki, nə zaman həmən zaman deyil, nə də insanlar o insanlar deyil və özümüzü Yeni Nəsil Kommunistlər adlandırmağımız heç də təsadüfü xarakter daşımır. Biz inzibati-amirlik sosializmindən sonra formalaşıb ortaya çıxmış yeni tarixi dövrün yetirməsiyik və bu yeni tarixi şərait bizdən yeni praqram, yeni taktika tələb edir. Məsələn, əgər siz elmi kommunizm nəzəriyyəsinin baniləri Marks və Engelisin əsərlərini oxusanız və ya kommunistlərin tarixdə ilk proqram sənədi hesab olunan «Kommunist Partiyasının Manifesti»ylə tanış olsanız görəcəksiniz ki, onlar sosializmdən ümumi sözlərlə, abstrakt şəkildə bəhs edirlər. Çünki onların əlində əsaslanacaqları konkret tarixi təcrübə mövcud deyildi. Bu gün isə biz sosalizmdən xəyali bir cəmiyyət kimi yox, 70 illik tarixi təcrübə kimi danışırıq. Bu, sələflərimizlə müqayisədə tarixin bizlərə verdiyi ən böyük üstünlükdür. Onlar boş bir məkanda, hələ şüurlarda özünün konkret ifadəsini tapmamış abstrakt modellərlə yeni cəmiyyət qurmağa çalışırdılar; səhvlər qaçılmazıydı. İnsan oğlu səhvsiz-filançız bircə dəfəyə aya uça bilmədiyi kimi, səhvlər və nöqsanlar olmadan yeni cəmiyyətə çatmaq da mümkün deyildi.
    Biz isə əksinə, artıq 70 illik məktəb keçmişik, təcrübə toplamışıq, hansıki bu tarixi təcrübənin hər ili yetmiş cild kitabdan daha faydalı, daha həyatidir.
    Bu tarixi təcrübədən çıxaracağımız nəticələri biz 6 müddəada ümumiləşdirdik. Proqramın 3-cü fəsli bu müddəaları özündə ehtiva edir. Müddəalar bunlardır; – ölkə suverenliyinin qorunacağına, zorən kollektivləşmənin həyata keçirilməyəcəyinə, aqrar islahatlar nəticəsində 750 min ailəyə verilmiş torpağa mülkiyyət şəhadətnamələrinin tanınacağına, din və vicdan azadlığının, çoxpartiyalı sistemin mövcudluğuna, xarici kapitalın təhlükəsizliyinə, özəl sektorun ictimai sektorla paralel inkişafına, leqal yolla qazanılmış özəl mülkiyyətin toxunulmazlığına təminat veririk.
    Proqramın 4-cü fəsli partiyanın dəyişməz təməl prinsip və rəmzlərini özündə ehtiva edir. Bu prinsiplər beşdir: 1) İstiqlalçılıq, 2) Xalqçılıq, 3) İctimaiyyətçilik, 4) Yenilikçilik, 5) Sinfilik. Bu beş təməl prinsip partiyanın 5 təməl sütunudur. Bu prinsiplər heç bir qurultay, heç bir partiya qurumu tərəfindən dəyişdirilə, ləğv edilə bilməz. Necəki bu 5 prinsip var, YNAKP mövcuddur, mübarizdir, həmişəyaşardır. Nə zamansa bu prinsiplərdən sadəcə biri belə dəyişdiriləcəksə, o zaman artıq YNAKP demək buraxılmışdır və mövcud deyildir.
    İstiqlalçılıq prinsipi bizim anti-imperialist və anti-qlobalist baxışlarımızı özündə ehtiva edir və ölkə suverenitetinin heç bir fövqəldövlətə, heç bir qlobal təşkilata güzəştə gedilməməsini nəzərdə tutur.
    Bu gün bizlərə təlqin olunan istiqlal əslində dollar ekspansiyasının təzahüründən başqa bir şey deyil. Amerika konstitusiyasında bir başa «yeni dünya nizamı» konsepsiyası öz əksini tapmışdır. Bu konsepsiya Amerika kapitalizmini bütün dünyaya yaymağı hədəfləyir. Dollar əskinası üzərində masson təxəyyülünün məhsulu olan yarımçıq, tikintisi hələ tamamlanmamış piramida və onun yuxarı hissəsində təsvir olunmuş «iblisin gözü» bu konsepsiyanın eskizli ifadəsidir. Anqlosaks massonların Amerika nizamını bütün dünyaya qəbul etdirmək niyyətləri qarşısında ən böyük əngəl Sovet İttifaqı və onun təmsil etdiyi şərq bloku idi və uzun müddət masson maraqları sosialist düşərgəsinin sərhədlərindən içəri daxil ola bilmədi. Belə olan təqdirdə Sovet İttifaqının süqutu masson maraqlarının bütün dünyaya yayılması üçün qapı funksiyası oynaya bilərdi. Deməli Sovet İttifaqı məhv edilməliydi. Amma necə? Antanta müdaxiləsi (1918-22) iflasa uğradı, blokada effekt vermədi, faşist Almaniyasına bağlanan ümüdlər puça çıxdı; bundan sonra mübarizə «soyuq müharibə» formasına keçirildi. Həm də demokratiya qışqırmaqdan dili qabar bağlamış qərb siyasətçiləri tərəfindən.
    «Berlin divarını» bu gün də kommunist «əzazilliyinin» simvolu kimi təbliğ edənlər unudurlar ki, qərblə şərq arasında «dəmir pərdə» asmaq ideyası kommunistlərə yox, masson rəhbərlər Çerçil və Ruzveltə aid idi. Nə qədər təəccüblü olsa da onların fikir babası faşist Gebbelsdir. Onlar faşist doktrinasını mənimsəyərək dünya sosializm sisteminə qarşı cəbhə açdılar. Məqsəd SSRİ-ni kiçik dövlətlərə parçalayıb quldar kapitalizmini bütün dünyaya yaymaq idi. Bu ideya öz əksini Amerika kəşfiyyat orqanlarının 1948-ci ildə «SSRİ-nin kommunistləşdirilməsi» şərti adı altında hazırlanmış gizli təlimatda öz əksini tapdı. Bu təlimat əsas iki müddəanı ön plana çəkirdi. 1) Kommunist Partiyasını SSRİ-də hakim siyasi güc statusundan məhrum etmək, hansıki bu birbaşa Sovet Konstitusiyasında təsbit olunmuşdu; 2) SSRİ-ni kiçik dövlətlərə parçalayaraq xəritədən silmək. Çox maraqlıdır ki, Amerika kəşfiyyatının bu təlimatı Qorbaçov tərəfindən icra edildi. Qorbaçov əvvəlcə kommunist partiyasının hakim siyasi güc olmasıyla bağlı Sovet konstitusiyasındakı maddəni dəyişdirdi, sonra isə qərb dövlətlərindən aldığı zərf ənamlarıyla Amerika kəfiyyatından gələn 2-ci təlimatı da icra etməyə başladı. Bu isə Sovet İttifaqının, hətta Rusiyanın özünün belə onlarla kiçik dövlətlərə parçalanmasını nəzərdə tuturdu. Məhz 1991-ci ilin 18 oktyabrında elan edilmiş «müstəqil» Azərbaycan bu böyük oyunda yaradılması nəzərdə tutulan kiçik dövlətlərdən biri idi. Deməli bu bizim istiqlal tariximiz yox, masson maraqlarının həyata keçirildiyi gündür. Bu tarix Azərbaycanın qərb kapitalı tərəfindən işğalına start verdi. Bu səbəbdən də yaranan dövlət masson maraqları üzərində qurulduğundan heç vəchlə xalq mənafeyinə yox, ancaq kapitalın mənafe və maraqlarına xidmət etdi. Əhali bütün sosial hüquqlarından (pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək), güzəştlərdən məhrum edilib yoxsullaşmağa, səfalətə və işsizliyə məhkum edildi. Ölkə xarici kapital qarşısında diz çökdürülərək təbii sərvətləri üzərində nəzarəti itirdi. İndi Azərbaycanın əslində neft naziri Deyvit Vudvortdu. Müstəqil olduğu iddia edilən bu ölkədə Azərbaycan dilini bilməklə sən ancaq süpürgəçi və ya kanalizasiya təmizləyən işinə düzələ bilərsən. İngilis dilisiz karyera qurmaq mümkün deyil. Bəli, 1991-ci ilin 18 oktyabrında Azərbaycanda masson işğalı belə baş verdi. Onlar bizim başımızı ay-ulduz və üç rəngli bayraqla aldatdılar, əvəzində bütün regionda quldar kapitalizmini bərqərar etdilər. Qərb kapitalı üçün ucuz əmək bazarı, qul bazarı formalaşdırdılar. Bu neokalonializmin təntənəsiydi, indi onu bizə «istiqlal» günü kimi sırıyırlar.
    «Meydan» hərəkatı, yalançı qəhrəmanlar, bunlar hamısı Amerika kəşfiyyat idarəsinin təlimatında planlanmış böyük oyun üçün nəzərdə tutulmuş səhnə dekorasiyasından başqa heç nəyi ifadə etmirdi. Meydana çıxmış yüz minlərlə insan, yarılmış başlar, qan, bunlar hamısı masson işğalına xalq hərəkatı rəngi verməyə xidmət edirdi və zaman keçdikcə xalqın göz yaşları bu saxta boyaları yuyub apardı. Bütün həqiqətlər tam çılpaqlığıyla ortaya çıxdı. Meydanlarda xalqa aldadılmış kəvakib sayağı «istiqlal təranələri oxuyan» Bəxtiyar Vahabzadə səhvini etiraf etdi: «Mən Sovetlər Birliyinin çökməsini çox arzulayırdım, çox istəyirdim. Amma çökəndən sonra peşiman oldum. O, quruluşda insan rifahı üçün çox gözəl şeylər vardı.» (TRT1, «Sınırlar arasında» verilişi, 15.IV.2005).
    Deməli «istiqlal» qətiyyən xalqın mənafeyinə xidmət etmədi. «Müstəqil» Azərbaycan qərb kapitalına SSRİ-ni ortadan götürmək üçün lazım idi. İndi SSRİ yoxdur, deməli «müstəqil» Azərbaycan da artıq gərəksizdir. Deməli onu Avropa Birliyi, NATO kimi imperialist təşkilatların içində əridib yox etmək, təsirsiz ikonaya çevirmək lazımdır. Məhz ölkənin Avro-Atlantik strukturlara inteqrasiya siyasəti bu məqsədə xidmət edir. Soros fondu, ABŞ Demokratiya institutu, qərbin qrant təkilatları indi bu siyasəti icra edəcək «kadrları» hazırlayıb siyasi dövriyyəyə buraxmaqla məşğuldurlar. Bizim məhəllə siyasətçiləri 18 oktyabra heç vaxt qlobal rakursdan baxa bilmirlər, onların düşüncəsi «meydandan» kənara çıxmır. Onlara elə gəlir ki, xalq ayağa qalxıb imperiya zəncirlərini qırdı və istiqlal doğuldu. Amma onlar 18 oktyabra dünya miqyaslı blokların qarşıdurması fonunda baxsalar görərlər ki, Azərbaycanda 3-cü respublikanın elanı anqlosaks amerikan massonlarının yazdıqları ssenaridə bir pərdəlik səhnə oyunundan başqa bir şey deyil.
    Azərbaycan dövləti nədir? Azərbaycan xalqının iradəsinin siyasi ifadəsimi? Qətiyyən yox. Bu sualın cavabı Trümen doktrinasında və «SSRİ-nin kommunistləşdirilməsi» şərti adlı kəşfiyyat təlimatında gizlidir. Bu hər iki sənəddə SSRİ-nin kiçik dövlətlərə parçalanaraq məhvi nəzərdə tutulurdu. Nə üçün? Çünki parçalanmış kiçik dövlətlər müqavimətsiz şəkildə Amerikanın təklif etdiyi «yeni dünya nizamını» müticəsinə qəbul edib hakimiyyətləri altında olan kiçik ərazilərdə Amerika maraqlarının ifadəçisinə çevriləcəkdilər və indi biz bunun şahidləriyik. SSRİ-nin parçalanmasından yaranan bu «siyasi qəlpələr» masson maraqlarını həyata keçirən regional fliallardan başqa bir şey deyillər. İndi onların hər biri sahib olduqları ərazi parçalarında sanki kiçik Amerikadırlar. Onlar fasiləsiz surətdə Amerikanın quldar kapitalizm modelini öz xalqları üzərində sınaqdan çıxarmaqla məşğuldurlar. İlham Əliyev hələ 2005-ci ildə TRT1-də yayınlanan «Sınırlar arasında» verilişinin aparıcısı Banu Avarın sualına cavabında Azərbaycan dövlətinin əslində kimlərin maraqlarının ifadəçisi olduğunu belə etiraf etmişdir: «Bu təbiidir. Biz əvvəl kommunist rejimində yaşayırdıq. Nə fakir vardı, nə də zəngin. Hər kəs bərabəriydi. İndi isə bazar iqtisadiyyatına keçmiik. Nyu-Yorka baxın, bir tərəfdə gecələr tonqal başına yığılmış evsizlər, digər tərəfdəsə yüz milyonluq konutlarda yaşayanlar. Türkiyəyə baxın, yenə eyni mənzərə. Təbiiki Azərbaycanda da belədir. İndi bazar iqtisadiyyatıdır. Əlbətki özəl sektorda çalışanın pulu, parası olacaq. Biz heç kəsə deyə bilmərik ki, sən niyə bunu alırsan, bunu edirsən».
    Paralelə fikir verin, Amerika, Türkiyə, Azərbaycan və təbiiki bütün dünya hamısında eyni nizam, eyni qayda; ağalar və qullar, varlılar və yoxsullar, istismar edənlər və istismar olunanlar. Budur massonların hədəflədiyi yeni dünya nizamı, hansıki quldar kapitalizm prinsiplərinə əsaslanır. SSRİ-nin parçalanmasından yaranmış hər bir dövlət Amerikanın «kopyası», surəti olmalıdır. Məhz təsadüfi deyil ki, Vəfa Quluzadə televiziya müsahibələrinin birində iddia edirdi ki, «Azərbaycan Amerikanın kopyası olmalıdır». Amerika və qərb vəhşi kapitalizm modelinin surətini çıxarıb dünya xəritəsinin istənilən bölgəsinə yapışdırırlar, hansıki o bunu SSRİ üzərində həyata keçirə bilmirdi, ona görə də SSRİ kiçik dövlətlərə parçalanmalıydı. İndi bu surətləri həmən dövlətlərə yamamaq asandır. Məhz «suveren» olduqları iddia edilən yeni hökumətlər kserekopiya edilmiş bu modelləri öz xalqları üzərində təcrübə etməklə məşğuldurlar. Başqa sözlə, qərb maraqlarının regional icraçılarıdırlar.
    Obrazlı dillə desək, bu «gen mühəndisliyinin» siyasi arenada təkrarıdır. Məlumdur ki, gen mühəndisliyi zamanı hüceyrənin içərisindən onun DNT-si, yəni genetik-irsi informasiya bazası çıxarılıb atılır və bu boş qlafın içinə tamam başqa genetik informasiyaya malik yad hüceyrə yerləşdirilir. Nəticədə bu yolla bir canlının yüzlərlə surətini yaratmaq mümkündür. Eyni eksperimenti masson dövlətlər (Amerika, İsrail, İngiltərə) digər ölkələr və siyasi rejimlər üzərində sınaqdan çıxarırlar. O cümlədən təbiiki Azərbaycan üzərində. Üç rəngli ay-ulduzlu bayraq, gerb, himn və s. gen mühəndisliyindəki içiboş (genetik yaddaşdan məhrum edilmiş) qlafı xatırladırlar. Bu qlafın içərisinə isə yad – masson düşüncəsi pərçimlənir. Nəticədə bizə aid qlafın içərisində bizə tamamilə yad sistem törəyib inkişaf edir, milli qlafa bükülmüş «amerika kopyası» belə yaranır. Məhz Vəfa Quluzadənin «Azərbaycan Amerikanın kopyası olmalıdır» fikrinin kodlarında həmən bu masson düşüncə gizlənir.
    Corc Buş çıxışlarının birində iddia edirdi ki, artıq yeni dünya dövləti yaranıb və bu dünya dövlətinin paytaxtı Vaşinqtondur. Əslində bu ancaq Corc Buşun iddiası deyil, bu Amerika dövlətinin əsrlərdən bəridir ki, formalaşdırdığı qlobal siyasətdir. Bu dollar əskinası üzərində öz əksini tapmış yeni dünya nizamı piramidasının pillə-pillə həyata keçməsidir. Bu piramidada başqa dövlətlər kimi Azərbaycanın da nəsibi tikinti materialı olmaqdır. Liberalizm bizə bu imperialist piramidanın kərpici olmaqdan başqa ikinci bir alternativ tanımır. Liberializm təkcə kapitalizmin ideoloji nəzəriyyəsi deyil, liberalizm həm də inkişaf etməkdə olan dövlətlərin, o cümlədən Azərbaycanın dünya imperializmi tərəfindən udulmasını asanlaşdıran «məhluldur». Zəmanəmizdə liberal ideologiya Azərbaycan istiqlalının ən böyük düşmənidir, hansıki ölkəmizdə fəaliyyət göstərən partiyaların hamısı və mövcud rejym bu ideologiyaya əsaslanır. Başqa sözlə, onlar əslində Azərbaycanı qlobal imperialist təkilatlar içində əridib yox etmək üçün çalışırlar. Bu təhlükəni Türkiyə Cümhuriyyəti hələ 80 il əvvəl yaşamışdı. 1931-ci ildə özünün «İqtisadi devlətçilik» adlı kitabını yazmış Həmdiyə görə «liberializm» iqtisadi siyasəti sənayecə inkişaf etmiş ölkələr tərəfindən geri qalmış ölkələrin işğalı üçün istifadə olunan «hiylə» və haqsızlıq vasitəsindən başqa bir şey deyildir» (Əbilov İ.V. Türkiyə tarixi məsələləri toplusu – 1972, Bakı). Atatürk liberalizmin Türkiyə Cümhuriyyətinin istiqlalı üçün necə böyük təhlükə olduğunu görür və dərk edirdi. Bu səbəbdən də Atatürk kapitalist inkişaf yolundan demək olar ki, müəyyən mənada imtina etdi. Bu öz əksini kamalizmin altı prinsipindən biri olan etatizmdə tapırdı, hansıki bu prinsip əvvəlcə 1931-ci ildə Cümhuriyyət Xalq Partiyasının proqramında, altı il sonra isə Türkiyə Cümhuriyyətinin Anayasasında təsbit olunmuşdur. Etatizm fransız sözü olub mənası «dövlət», «dövlətçilik» deməkdir və dövlətin ictimai həyata, o cümlədən iqtisadiyyata fəal müdaxiləsini, dövlətin iqtisadi fəaliyyətini nəzərdə tutur. Kamalizmə görə düşmən üzərində hərbi qələbə hökmən iqtisadi qələbəylə də tamamlanmalıdır. Bu isə ölkənin xarici kapitaldan asılılığına son qoymaq, dövlətin maliyyə imkanları və təşəbbüsü hesabına tamamilə dövlətin inhisarında olan milli iqtisadiyyatın formalaşdırılmasını nəzərdə tuturdu. Atatürk 1922-ci ildə bu barədə belə deyirdi: «İqtisadi siyasətimizin məqsədlərindən biri maliyyə və texniki imkanlarımızın əl verdiyi ölçüdə ümumdövlət əhəmiyyəti olan təsərrüfat, təşkilat və müəssisələrin etatikləşdirilməsindən ibarətdir» (Yenə orada, sən.144). Atatürk iqtisadiyyatda özəl sektora, şəxsi təşəbbüsə tamamilə qarşı çıxmasa da iqtisadiyyatın böyük hissəsinin və ən aparıcı sektorlarının dövlət mülkiyyətində olmasını vacib sayırdı və bu etatist düşüncə Atatürkü «dövlət sosializminin» tərəfdarı kimi xarakterizə etməyə imkan verir.
    Məhz 1967-ci ildə Aydın Menderəsin ordu tərəfindən hakimiyyətdən alınaraq edam edilməsi, onun kamalizmin etatist prinsiplərinə zidd hərəkət etməsinin nəticəsiydi. Çünki Menderəs qərbin təhrikiylə liberal-kapitalist siyasət yeridir, dövlətin iqtisadiyyatdakı rolunu heçə endirirdi. İndiki Ərdoğan hökuməti də eyni Menderəs siyasətini yeridir, amma ordu əvvəlki həssaslığı nümayiş etdirmir. Çünki gerçək solçu kamalizm Atatürklə birlikdə anıt qəbirdə dəfn olunub. İndi Türkiyədə Atatürkün portretinə kor-koranə pərəstiş mövcuddur və atatürkçü düşüncə elə bununla da bitmiş hesab olunur. Atatürkün solçu kimliyi «dövlət sosializmi» tərəfdarı olması məqsədli surətdə arxa plana atılır və daha çox kamalizmin bayağılaşdırılmış, təhrif olunmuş, saxta liberal forması təbliğ olunur.
    Bizim də «millətçilər» başları üzərində Atatürkün portretini asıb ona içiboş büt kimi səcdə etdikləri halda, kamalizmin solçu etatist nəzəriyyəsindən heç xəbərləri də yoxdur. Onlar artıq çoxdan solçu-inqilabçı kamalizmi «təsirsiz ikonaya» çevirib bir ibadət əşyası kimi divardan asıblar. Amma bu günkü Azərbaycan reallığında solçu Atatürkü həyata qaytarmaq lazımdır. Ancaq bu halda biz ölkəmizi masson işğalından sığortalaya bilərik. Sosializmin olmasa da istiqlalın əlifbasını solçu Atatürkdən öyrənməyə dəyər. 1931-ci ildə Atatürkün xeyir-duasıyla Cümhuriyyət Xalq Partiyasının yeni qəbul olunan proqramında belə bir etatist formul təsbit olunur: «Fərdi əməyi və fəaliyyəti mümkün olan ən qısa müddət ərzində milləti maddi rifaha, ölkəni isə tərəqqiyə çatdırmaq üçün əsas hesab etməklə bahəm dövləti millətin ümumi mənafeyinin tələb etdiyi işlərə, xüsusən iqtisadi sahədə faktiki surətdə fəaliyyətə cəlb etmək lazımdır». (Yenə orada, səh.144).
    Bu prinsip müasir Azərbaycana hava-su kimi lazımdır. Çünki ölkə başdan-başa xarici kapitalın işğalına məruz qalıb və xarici kapitaldan asılı vəziyyətdədir. Ölkə iqtisadiyyatına qoyulmuş 42 milyard dollarlıq sərmayənin 70%-i xarici kapitala məxsusdur. Ölkənin ən samballı neft yataqları, dəmir-filiz yataqları, aliminium istehsalı xarici kapitalın nəzarətində və istifadəsindədir. Hələ bu azmış kimi əcnəbilər Xəzər Dəniz Donanması, Neft Şirkəti, Telekommunikasiya kimi iri təsərrüfat obyektlərini, ölkənin maliyyə bazarını ələ keçirməyə çalışırlar. Ölkə əhalisi ucuz işçi qüvvəsi kimi, bütün sosial hüquqlardan məhrum şəkildə xarici kapitalın məngənəsində əzilir. Xarici kapital sərmayə qoyduğu hər bir dolların müqabilində 2-3 qat daha çox sərvəti daşıyıb ölkədən aparır. Bu iqtisadi asılılıq həmçinin siyasi asılılıq və dövlət suverenitetinin zəifləməsi deməkdir. Belə olan halda dövlətin iqtisadi fəaliyyətə qoşulması kapital ekspansiyasına dirənməyin yeganə yoludur. Məlumdur ki, dövlətin kifayət qədər maliyyə imkanları var, amma nədənsə Daşkəsən dəmir-filiz yatağını xarici kapital öz cənginə keçirib, qızıl yataqları da həmçinin. Belə olan təqdirdə yaxşı olmazdımı ki, dövlət özü sərmayə qoyub bu yataqları işlədə, gələn gəlirsə ölkənin özündə qala. Atatürkçü istiqlalçılıq məgər bu prinsipə əsaslanmamışdırmı? Məgər Atatürk gerçək istiqlalın iqtisadi suverenlikdən keçdiyini söyləmirdimi?
    Nə yazıqlar olsun ki, mövcud rejim bu dəyərlərdən çox uzaqdır. Onlar sürəkli şəkildə Azərbaycanı xarici ağalara peşkəş çəkməklə məşğuldurlar. Bu onların siyasəti, ideologiyası və siyasət anlayışlarıdır. İqtidarlı-müxalifətli liberalizmin siması budur. Məgər siz görmürdünüzmü ki, oktyabr seçkilərində xarici ağaların rəğbətini qazanmaq üçün narıncı bayraqlarla Buşun portretini qaldırır, «I wont fridom» qışqırırdılar. Onlar bununla xarici ağalara, masson dairələrə mesaj göndərirdilər ki, baxın, biz sizin kimiyik, sizin maraqlarınızın ifadəçisiyik. Bizi seçin, dəstək verib hakimiyyətə gətirin. Biz isə daha sürətli liberallaşma (əslində masson işğalı) həyata keçirəcəyik…
    Xalqçılıq prinsipi. İctimai siyasi fikir tarixində bu termin heç də yeni deyil. Bu anlayışa XIX əsrin sonu XX əsrin əvvəli Rusiyasında da, hazırkı türk solçuluğunda da rast gəlinir. Amma bir-birindən fərqli məzmunlarda. Məhz bu baxımdan YNAKP-nin xalçılıq prinsipi məzmun etibarı ilə bu anlayışlardan kəskin fərqlənir. Hər şeydən əvvəl xalçılıq kommunist ideologiyasının ölçü barometridir. Belə ki, təbiət elmlərindən fərqli olaraq ictimai-sosial elmlərdə həqiqətin yeganə etalonu ictimai faydalılıq dərəcəsidir. Yəni nəzəriyyə, ideologiya cəmiyyətin neçə faizi üçün faydalıdırsa, onun həqiqiliyi də elə o faiz qədərdir. Gəlin bir-birinə zidd 2 ideologiyaya; liberal-burjua və kommunist ideologiyalarına bu etalonun prizmasından müqayisəli şəkildə nəzər salaq.
    Məlumdur ki, liberal burjua ideologiyası kapitalizmin nəzəri ifadəsidir. Kapitalizm isə elə istismarçı quruluşdur ki, burada cəmiyyətin cəmi 5-8%-ni təşkil edin «işbaz fırıldaqçılar» (kapitalistlər) sinfi cəmiyyətin yerdə qalan 90-95% əmək qabiliyyətli əhalisinin əməyini mənimsəyərək özlərinə milyardlar səltənəti qururlar. İqtisadi mənfəət ancaq bu sinfə mənsubdur. Əməyin cəfasını işçi, səfasını isə bu parazit sinif çəkir. Cəmiyyət sərvətinin böyük bir hissəsi, istehsal vasitələrinin isə demək olar ki, hamısı bu bir ovuc kapitalistin inhisarındadır. Yaxtalar, özəl təyyarələr, bahalı villalar, beş ulduzlu mehmanxanalar, bir sözlə, luks həyat onların nəsibidir, onlar birinci sort vətəndaşlardır. Məhz libelar-burjua ideologiyası bu istismarçı sistemə bəraət qazandırıb, hər vəchlə bu sosial ədalətsizliyə haqq qazandırır və deməli bununla da cəmiyyət üzvlərinin cəmi 5-8%-nin marağının ifadəçisinə çevrilir. liberalizmin formulu çox sadədir;-bütün cəmiyyət işləməli, kapitalistlər isə kef etməlidirlər. Liberalizmin həqiqilik ehtimalı da elə bu kef edənlərin sayı qədərdir, yəni 5-8%.
    Kommunist ideologiyası isə əksinə, istismar olunan çoxluğun, cəmiyyət sərvətinin tək və yeganə istehsalçısı olan və cəmiyyət üzvlərinin böyük əksəriyyətini təşkil edən muzdlu işçi sinifinin maraqlarının ifadəçisidir. Kommunizm oliqarxların, maqnatların, sərvət ovçularının, fırıldaq dahilərinin yox, haqqı-hüququ tapdanan, ömrünün yarısını bu tüfeylilərə müftə işləməli olan muzdlu işçi sinifinin, zəhmətkeşlərin ideologiyasıdır və deməli cəmiyyətdəki kiçik zəngin azlığın yox, istismar olunan, cəmiyyət sərvətini yaratdığı halda bu sərvətdən layiq olduğu payı ala bilməyən çoxluğun dünyagörüşüdür. Əgər nəzərə alsaq ki, bu çoxluq öz ailə üzvləriylə birlikdə hazırkı cəmiyyətin ən azı 90%-ni təşkil edirlər, onda bu o deməkdir ki, kommunist ideologiyasının ictimai faydalılıq dərəcəsi liberal ideologiyayla müqayisədə azı 13-14 dəfə daha çoxdur. Bu həmçinin kommunist ideologiyasının həqiqilik ehtimalıdır. Ehtimallar nəzəriyyəsinə görə isə hər hansı fikrin həqiqilik ehtimalı109-dursa, bu ideya artıq həqiqətdir. Liberal-kapitalist ideologiyanınsa həqiqilik ehtimalı 10,5 olduğundan, o heç vaxt həqiqi dünyagörüşü ifadə edə bilməz.
    Məhz xalqçılıq prinsipi YNAKP-nin cəmiyyətin çox böyük əksəriyyətinin dünyagörüşü və təşkilatı olması faktını özündə ehtiva edir. Bunun ən bariz sübutu isə xalqın məhrum edildiyi pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil (bütün sferalarda) və dövlət pensiya hüququ ugrunda mübarizədə özünü büruzə verir. Bu gün Azərbaycanda kommunistlərin xaricində elə bir təşkilat, elə bir siyasi cərəyan yoxdur ki, xalqın məhrum edildiyi bu hüquqların bərpası ugrunda mübarizə aparsınlar. Əksinə, onlar hər vəchlə çalışırlar ki, bu hüquqsuz vəziyyəti əbədiləşdirib möhkəmləndirsinlər.
    Məhz bu məsələyə münasibətdə partiyaların hansının xalqçı, hansının qeyri-xalqçı olduğu üzə çıxır.
    İctimaiyyətçilik prinsipi sözün əsl mənasında kommunistin kimliyi, pasportudur. Bu prinsipdən kənar kommunist düşüncəsi qeyri-mümkündür. İctimaiyyətçilçk prinsipi hər şeydən əvvəl özünü kommunistlərin ictimai mülkiyyət tərəfdarı olmalarında göstərir. Engels özünün «Kommunizm prinsipləri» əsərində yazırdı: «…Kommunistlər xüsusi mülkiyyətin ləğv edilməsini tamamı ilə düzgün olaraq özlərinin başlıca tələbi kimi irəli sürürlər» (K.Marks, F.Engels, seçilmiş əsərləri, I cild, səh.88).
    Bu əsas tələb özünün əksini YNAKP-nin ictimaiyyətçilik prinsipində tapır. Biz YNAKP olaraq ayrı-ayrı şəxslərin cibinə işləyən xüsusi kapitalist iqtisadiyyatının əvəzinə ictimai-istehlak fondlarına, oradansa bütün cəmiyyətin sosial təminatına yönələcək sosialist iqtisadiyyatının tərəfdarıyıq. Bu isə xəyal deyil; müəyyən nöqsanlara yol verilməsinə baxmayaraq 70 il ərzində biz belə bir təcrübə yaşamışıq. Sosialist Respublika zamanı işçi 8 saast işləyir və bu əməyin qarşılığında indikindən daha çox maaş alır, daha yaxşı yaşayırdı, qiymətlər indikindən daha ucuz idi, üstəlik işlədiyi yerdə mənzil növbəsinə durub pulsuz mənzillə təmin olunur, kommunal xidmətlərdən və nəqliyyat xərclərindən güzəştli qiymətlərlə yararlanırdı. Yaşlandıqda isə cibindən heç bir qəpik də vergi ödəmədən dövlət hesabına pensiyaya çıxırdı. İndi isə hər şey tərsinədir. Xüsusi kapitalist iqtisadiyyatına keçidlə əlaqədar olaraq ya iş tapmır, yadaki çox aşağı əmək haqqına qul kimi gündə 12-14 saat işləyir, heç bir mənzil və pensiya təminatı yoxdur. 2003-cü il yanvarın 9-da Nazirlər Kabineti işçi sinfini, işçini istehsalat qəzası zamanı zədə aldığı təqdirdə sahibkardan bir dəfəlik müavinət almaq hüququndan da məhrum etdi. Qısacası, işçi indi Sovet dövrüylə müqayisədə daha çox işləyib lakin daha az qazanır və üstəlik heç bir sosial təminatı da yoxdur.
    Belə olan təqdirdə ortaya sual çıxır. Bəs aradakı fərq hara qeyb olur? Cavab birdir. Aradakı fərq mənfəət şəklində kapitalistlərin cibinə axır. Nəticədə xalq bütün sosial hüquq və güzəştlərini itirdiyi halda bir ovuc zənginlər sinfinin «mənfəət hovuzu» dolub daşır.
    YNAKP olaraq biz sosial ədalətsizliyə qarşı mübarizə aparırıq. Bizim sosializm anlayışımız ictimaiyyətçilik prinsipinə əsaslanır və istehsalın nəticəsinin maksimum ictimailəşməsini nəzərdə tutur. Əgər bir cümləylə sosializm nədir sualına cavab verməli olsaq; sosializm – iqtisadiyyatın ictimai nəzarət və ictimai idarə əsasında təşkili, iqtisadi mənfəətin maksimum ictimailəşdiyi (ictimai-istehlak fondlarına yönəldiyi) cəmiyyət deməkdir. İctimaiyyətçilik ancaq iqtisadi prinsip deyil. İctimaiyyətçilik həm də kommunistin əxlaq kodeksidir. Sosializm cəmiyyətinin əxlaq etalonudur.
    Məlumdu ki, xüsusi kapitalist mülkiyyətinə əsaslanan bazar iqtisadiyyatı sistemində insanların əxlaqı da ifrat fərdiyyətçiliyə söykənir. Bir cümləylə desək, bazar iqtisadiyyatı bazar əxlaqı deməkdir. Kapitalist insanı üçün ictimai borc, ictimai maraq anlayışı yoxdur, onun üçün ancaq şəxsi istək və çıxarı var. Buna elmi səviyyədə «Bentam prinsipi» deyilir. Karl Marks Bentam prinsipini hər kəsin ancaq öz qayğısına qalması kimi xarakterizə edirdi. Məhz bunun nəticəsidir ki, dünyanın bir qütbündə trilyonlarca dollar sərvətə malik milyarderlər olduğu halda, digər qütbündə hər dəqiqə 8-10 uşaq acından ölür. Kapitalizm münasibətləri cəmiyyəti bir-biriylə rəqabət aparan, bir-birinə zidd olan şəxsi maraq və mənafelərə bölüb. Bu cəmiyyətdə bir biznesmenin qazanması digər kiçik biznesmenlərin bankrot olması, bir fəhlənin iş tapması digər fəhlənin işsiz qalması deməkdir. Burada insan insanın düşmənidir. Liberal kapitalist ideologiya fərdi cəmiyyətə qarşı qoyur, ictimai marağı fərdin azadlığını «boğan» amil kimi qiymətləndirir. Nəticədə cəmiyyətdə hamının-hamıya qarşı mübarizəsi əhval-ruhiyyəsi hökm sürməyə başlayır. Belə cəmiyyət yardımlaşmaq, paylaşmaq duyğusundan məhrumdur, burada ancaq rəqabət, pul qazanmaq, sərvət toplamaq ehtirası var. Əxlaq bazar əxlaqıdır, tacir əxlaqıdır. Hansıki hələ XIV əsrdə yaşamış ərəb mütəfəkkiri İbn Xaldun «tacir əxlaqını» əxlaqların ən pisi, zərərli əxlaq kimi xarakterizə edirdi. Onun fikrincə ticarət əxlaqı korlandığından, ən azı dövlət məmurlarına alverlə məşğul olmağı qadağan etmək lazımdır.
    İndi bu zərərli əxlaq kapitalist insanının həyat tərzinə, əxlaq normasına çevrilib. Belə əxlaq ancaq bir prinsipə əsaslanır; «nə mənə xeyirdirsə, o da həqiqətdir». Bu eqoizm, ifrat fərdiyyətçiliyin ən yüksək formasıdır. Belə insan cəmiyyəti sevmir, onun üçün ancaq şəxsi tələbatı var. O, cəmiyyəti arzu və istəklərinin düşməni kimi görür. Heç təsadüfi deyil ki, Amerikada Katrina qasırğası zamanı insanlar bu təbii fəlakət qarşısında mənəvi birlik, yardımlaşmaq duyğusu nümayiş etdirmək əvəzinə «köməksiz qadınları zorlamağa üstünlük vermişdirlər, köməksiz qalmış məktəbli qızların kütləvi zorlanması faktları qeydə alınmışdır. Ətraf yaşayış məntəqələrinin əhalisi soyğunçulardan özlərini qorumaq üçün təkcə bir gün ərzində, həm də ancaq bir silah dükanından 10 min ədəd silah satın alınmışdır. Fikir verin, təbii fəlakət qarşısında insanlar mənəvi birlik nümayiş etdirmək əvəzinə bir-birinə qarşı cəbhə açmış düşmən qüvvələrə parçalanırlar. Bu, kapitalizmin insan mənəviyyatına göstərdiyi parçalayıcı təsirin sadəcə bir təzahürüdür» («Çağırış» qəzeti, 2006-mart, səh.7).
    Televiziya, şou-biznes sürəkli olaraq bu ifrat fərdiyyətçi düşüncə tərzini, zərərli bazar əxlaqını insanların beyninə yeritməklə məşğuldur. Sayı 10 minə çatan məscidlər, dini təbliğat heç vaxt bu «zərərli əxlaqın» irəliləyişini dayandırmağa qadir deyil. Çünki cəmiyyətin təməl prinsipləri sarsılmış, mülkiyyət münasibətləri dəyişmişdir. Sual oluna bilər ki, mülkiyyət münasibətləri insan əxlaqı üçün məgər bu dərəcədə təyinedici rol oynayır?
    Bu suala cavab vermək üçün yaşadığımız həyata nəzər salmaq kifayətdir. Beləki Azərbaycanda Sosialist Respublikanın hakimiyyəti zamanı barmaqla sayılacaq qədər az, iyirmiyə yaxın məscid mövcud olduğu halda insanların əxlaqi keyfiyyəti, milli-mənəvi dəyərlərə bağlılığı indiki dövrlə müqayisədə qat-qat güclüydü. İndi isə məscidlərin sayı 10 minə çatır, dini verilişlərin sayı-hesabı yoxdur, amma fahişəlik, narkomaniya, digər zərərli vərdişlər, cinayətlər baş alıb gedir. Hazırda ölkədə yüz minlərlə fahişə və narkomanlar ordusu mövcuddur. On-onbeş il bundan öncə ancaq fahişələrin geydiyi geyimləri indi əliuşaqlı analar geyir. Bu təbiiki ancaq dəb məsələsi deyil, bu həmçinin düşüncə tərzinin dəyişməsidir. Azərbaycan qadınının fahişə libasına bürünməsi hər şeydən əvvəl Azərbaycan kişisinin beynində gedən dəyişikliyin təzahürüdür. Kapitalist bazar əxlaqı milli mənəvi dəyərlərimizi «reytinq canavarının» yeminə çevirib. Televiziya kanalları kommersiya obyektləri olduqlarından insanların mənəvi dünyasıyla sözün əsl mənasında alver edirlər. Bazarda nəyə tələb varsa, tamaşaçıya elə onu da «yedirirlər», tələbat isə heç də həmişə yaxşı şeylərə olmur. Zərərli vərdişlər insanları daha çox özünə cəlb edir və deməli daha böyük tamaşaçı auditoriyası qazanır.
    Bütün mövcudat, o cümlədən insan xarakteri elədir ki, o asimmetrikliyə, aşınmaya, şərə daha çox meylli olur. Məsələn, külək əsərkən stolun üstündəki vazanı asanlıqla salıb sındıra bilər, amma külək nə qədər əssə də bu vazanı bərpa edib yenidən stolun üzərinə qoya bilməz. İnsanın mənəvi dünyası da eyni qanunauyğunluğa tebedir. Uşagı yoldan çıxarmaq üçün heç də tərbiyəsizlər akademiyası yaratmağa ehtiyac yoxdur. Elə indiki özəl telekanallara, şou-biznesə baxması kifayətdir. Amma uşağı sağlam tərbiyə etmək üçün məktəblər, tədris ocaqları yaradılır, on-onbeş il təlim tədris prosesinə tabe tutulur, lakin heç də həmişə istənilən nəticə əldə olunmur. Kommersant telekanallar insanlığın bu «Axilles dabanından» məharətlə istifadə edirlər. Reytirnq qazanmaq üçün insanları daha çox cəlb edən şeylərə; zorakılığa, əxlaqsızlığa geniş yer ayırırlar. Bir sözlə, əxlaqsızlığı təbliğ edirlər, həm də yaxşı pul qazanırlar.
    Atalar yaxşı deyib, nəyi əkərsən, onu da biçərsən. Telekanallar insanların beyninə zorakılıq və əxlaqsızlığı əkdiyindən, gələcək nəsillərdən də elə ancaq bunları biçəcəyik; -zorakılıq və əxlaqsızlıq.
    Kapitalizmin rəsmi ideologiyası sayılan liberalizm insanlara öyrədir ki, əxlaq total (kütləvi) xarakter daşımamalıdır, ictimai normalar, cəmiyyətin əxlaq qaydaları boş şeydir. Mülkiyyət xüsusi olduğu kimi əxlaq da fərdi olmalıdır, yəni hər kəsin öz şəxsi əxlaq anlayışı olmalıdır. Bu nə deməkdir? Məsələn, fahişəlik azərbaycanlı mentalitetinə görə əxlaqsızlıqdır. Yəni fahişəlik cəmiyyət olaraq bizim ictimai normalara ziddir. Amma kapitalist-liberal düşüncəyə görə bu cür düşüncə yanlışdır. Əgər kimlərsə fahişəliklə bir peşə kimi məşguldursa, burada «qəbahətli» heç bir şey yoxdur. Bunun nəticəsidir ki, qərb ölkələrinin demək olar ki, hamısında «seks-şop»lar, leqal fahişəxanalar mövcuddur, həm də ümuma açıq yerlərdə.
    Bundan başqa eyni cinsdən olanların evliliyinə münasibət də bu qəbildəndir. Liberal-burjua ideologiyasına görə hansısa fərdlər bunu məqbul görüb bir-biriylə «ailə» qururlarsa, buna görə onları günahlandırmağa heç kəsin haqqı yoxdur. Bu həmən şəxslərin özünün biləcəyi bir işdir.
    Nəticədə nə baş verir? Nəticədə o baş verir ki, kim nə istəyirsə onu da edir. Belə cəmiyyətlərdə ictimai norma, ictimai qınaq sıfıra bərabərdir. Təsadüfi deyil ki, son vxtlar Azərbaycanda ziyalılar ictimai qınağın olmamasından, insanlarda bir-birinə olan biganəlikdən şikayətlənirlər. Səbəb aydındır, liberal-burjua dünyagörüşü beyinlərimizə nüfuz etdikcə bənzər problemlər daha qabarıq hiss olunmağa başlayır.
    Kommunist əxlaqı isə eqoizmə, ifrat fərdiyyətçiliyə yox, alturizmə, zəhmətsevərliyə, kollektivçiliyə, ictimaiyyətçiliyə əsaslanır. Kommunist əxlaqı fərdi cəmiyyətə qarşı qoymur, əksinə, fərdlə cəmiyyət arasında harmoniya yaradır, fərdin xoşbəxtliyini cəmiyyətin xoşbəxtliyində görür.
    İctimaiyyətçi kommunist əxlaqını bir cümləylə ifadə etməli olsaq, əxlaqın qızıl qınununu almış olarıq: «Özünə rəva görmədiyini başqalarına da rəva görmə». Bu o deməkdir ki, əgər sən nə vaxtsa köməyə ehtiyacın olduğu halda köməksiz qalmaq istəmirsənsə, onda köməyə ehtiyacı olanlara kömək et. Əgər başqalarının sənə hörmətlə yanaşmasını istəyirsənsə, onda sən də başqalarına hörmətlə yanaş. İctimaiyyətçi kommunist əxlaqıyla kapitalist əxlaqının fərqini izah etmək üçün həyatdan götürdüyüm iki misalı çəkəcəyəm. 1989-cu il idi, məktəbdən çıxıb şəhərdə veyillənirdik. Uşaqlardan biri siqaret çəkirdi. Bu zaman yoldan ötən üç nəfər qadın siqaret çəkdiyinə görə həmən uşağı məzəmmət etməyə başladılar. Vəziyyət o yerə çatdı ki, uşaq siqareti söndürmək məcburiyyətində qaldı. Bu ictimai qınağın, ictimai məzəmmətin gücüydü. Nə qadınlar uşağı tanımırdı, nə də uşaq qadınları tanımırdı. Amma ictimai borc anlayışı bu qadınları məcbur etdi ki, onlar məzəmmət yoluyla yeniyetməni bu zərərli vərdişdən çəkindirsinlər. Bu ictimaiyyətçi kommunist əxlaqının tipik nümunəsiydi.
    Bir də kapitalist əxlaqına fikir verin. Bu yaxınlarda telekanallar cib telefonuyla çəkilmiş bir görüntünü nümayiş etdirdilər. Beləki Avstraliyada iki nəfər sürücü qadın maşınlarını saxlayıb yolun kənarında bir-birini vəhşicəsinə döyürlər. Onların ətrafına isə 30-40 nəfər yoldan keçən insanlar toplaşıblar. Təsəvvürünüzə gətirin ki, heç kəs bu qadınları aralaşdırmırdı, əksinə, gülür, zövqlə sanki qladiator döyüşünü seyr edirdilər. Hətta bəziləri bu səhnəni telefonlarının yaddaşına köçürürdülər, ta ki, qadınlar taqətdən düşüb yerdə qalana qədər. Bax bu da tipik ifrat fərdiyyətçi kapitalist əxlaqıdır. «Mənə nə» sindromunun çirkin təzahürüdür.
    İndi bizi də bu «mənə nə»lərə öyrəşdirməyə çalışırlar, bizim də belə olmağımızı istəyirlər. Müxtəlif yollarla beyinləri zəhərləyirlər ki, guya ictimaiyyətçi yanaşma artıq köhnəlib, sən demə kollektivçilik fərdin azadlığını boğmaq üçün kommunistlərin icad edib ortaya atdığı siyasi ssenariymiş. Bununla guya insanlara «sürü» psixologiyası aşılanırmış. Əslində isə bilənlər çox yaxşı bilir ki, kollektivçilik «hamımız birimiz üçün, birimiz hamımız üçün» devizindən başqa bir şey deyil. Əgər kimsə bu devizi «sürü» psixologiyası hesab edirsə, onda belələrinin hansı dünyagörüşə xidmət etdiyi üzə çıxmış olur.
    Marksist fəlsəfəyə görə ictimai varlıq ictimai şüuru müəyyən edir. Yəni cəmiyyət hansı iqtisadi münasibətlərə əsaslanırsa, həmən cəmiyyətin əxlaqi, ideoloji siyasi dünyagörüşü də bu meyarlara əsasən formalaşır. Kapitalizm cəmiyyəti xüsusi mülkiyyətə, bazar prinsiplərinə əsaslandığından, bu cəmiyyətin əxlaqı da ifrat fərdiyyətçiliyə, bazar düşüncə tərzinə əsaslanır. sosializm cəmiyyəti isə ictimai mülkiyyətə əsaslandığından onun əxlaq kodeksi də ictimaiyyətçilik prinsipinə, kollektivçiliyə əsaslanır. Bu baxımdan ictimaiyyətçilik kommunistin mübarizə hədəfi, həyat tərzi və əxlaqıdır.
    Yenilikçilik prinsipi Yeni Nəsil Kommunistlər üçün çox vacibdir və demək olar ki, ölkədə olan digər kommunist təmayüllü təşkilat və dərnəklərdən bizi fərqləndirən əsas cəhətdir. Beləki bizdən öncə Azərdaycanda fəaliyyətə başlamış kommunist partiya və qruplarda ən böyük nöqsan keçmiş 70 illik təcrübəyə tənqidi, yaradıcı münasibətin olmaması və nə qədər təəccüblü də olsa, bolşevizmə kor-koranə pərəstiş idi. Sözün əsil mənasında, siyasi təriqətçilik nümunələriydilər. Leninin, Stalinin şəxsiyyətinə pərəştiş elə ehkamçı xarakter daşıyırdı ki, bu ehkamlar çox vaxt elmi kommunizmin təməl prinsipləriylə kəskin ziddiyət təşkil edir və dialektik təfəkkür tərziylə bir araya sığmırdı. Onlar marksist nəzəriyyədən fərqli «Sovet marksizmi» icad etmişdirlər. Sovet İttifaqının nöqsan və səhvləri bu «ideya cahangirlərinin» nəzəri doqmasına çevrilmişdir. Yaradıcı münasibət yox, təsvirçilik və təqlidçiliyi özlərinin siyasi proqramı səviyyəsinə qaldırmışdırlar. Belələri müasir dünya və regional reallıqları nəzərə almadan 70 illik təcrübədən heç bir siyasi dərs çıxarmadan «şagirdlərə» xas əzbərçiliklə hələ də özlərini Sov.İKP məmur aparıtının işçisi kimi hiss edirlər. Formalaşmaqda olan yeni kommunist nəsli kimi bu tip xəstə yanaşma təbiiki bizi qane edə bilməzdi. Bizim üzərimizə düşən tarixi missiya kommunist hərəkatını (əgər buna hərəkat demək mümkündürsə) portretlərə pərəstiş edən siyasi təriqətçilikdən çıxarıb prinsiplər uğrunda mübarizə aparan kütləvi hərəkata çevirməkdir. Bunun üçün bizdən 2 şərt tələb olunur. 1) inzibati amirlik sosializmindən sonrakı yeni tarixi situasiyaya uyğun proqram və taktika, 2) kommunist hərəkatını «pensionerlər klubu» imicindən xilas edib gəncləşdirmək. Bu iki şərtin nə dərəcədə ödənəcəyi bizim yenilikçilik prinsipinə nə dərəcədə sədaqətli olacağımızla müəyyənləşəcək.
    Sinfilik prinsipi. Bu gün kommunistləri ən çox bu prinsipə görə ittiham edirlər. Guya belə bir yanaşma yoxdur və bu ancaq kommunistlərin uydurmasıdır. Ən yumşaq tənqidlərdə belə sinfi yanaşmanın qeyri-elmi olduğu söylənilir. Amma əslində bu tip ittihamların arxasında çox məkrli niyyətlər durur. Söhbət kommunist ideologiyasının simasızlaşdırılmasından gedir. Çünki sinfilik prinsipindən məhrum edilmiş marksist nəzəriyyə artıq mumyalanmış ölüdən başqa heç bir şey ifadə etməyəcək; kommunizmin həyatiliyi və gücü onun sinfi yanaşmasındadır. Bəs sinfi yanaşma nədir və o nə üçün kapitalizmin «diplomlu nökərlərini» bu qədər qorxudur?
    Marksist nəzəriyyəyə görə sinfi yanaşma siyasətin və iqdisadiyatın, bir sözlə cəmiyyət həyatının açarıdır. Bu yanaşmadan məhrum istənilən nəzəriyyə cəmiyyət həyatının ancaq və ancaq təhrif olunmuş mifik obrazını yaratmış olacaqdır.
    Sinfi yanaşmaya görə siyasət mülkiyyət münasibətlərinin davamıdır. Yəni əgər biz yeridilən siyasətin mahiyyətini xalqınmı, yoxsa imtiyazlı kiçik bir təbəqəninmi çıxarlarının ifadəçisi olduğunu bilmək istəyiriksə, hökmən onun hansı mülkiyyət münasibətlərinə əsaslandığını araşdırmalıyıq. Məhz bu mülkiyyət münasibətləri özünü əsas etibarı ilə insanların istehsal vasitələrinə olan münasibətində göstərir. İstehsal vasitələri dedikdə əsasən zavodlar, fabriklər, istehsal alətləri və s. nəzərdə tutulur. Əgər biz müasir cəmiyyətə nəzər salsaq görərik ki, istehsal vasitələrinə münasibətdə insanlar iki böyük təbəqəyə bölünürlər; 1) sahibkar kapitalistlər, hansıki onlar ölkə əhalisinin cəmi3-5%-ni təşkil etdikləri halda bütün istehsal vasitələrini,- zavodları, fabrikləri, sexləri və digər iqtisadi obyektləri tamamən öz əllərinə keçirmişlər, 2) muzdlu işçi sinfi, hansıki onlar öz ailələriylə birlikdə ölkə əhalisinin90%-dən çoxunu təşkil etdikləri halda heç bir istehsal vasitəsinə sahib deyillər və həyatlarını iş qüvvəsini, əməklərini sataraq qazanırlar, yəni birincilərə işləmək məcburiyətində qalırlar.
    Təbiiki bu iki cəbhə, yəni kapital və əmək cəbhəsi heç də tərkibcə monolit (yekcins) deyil. Beləki sahibkar kapitalistlər sinfi özləri də sahib olduqları kapitalın həcmindən asılı olaraq iri, orta və kiçik mülkiyyətçilərə bölünürlər, amma onları birləşdirən və bir sinif kimi təsnifatlandırmağa imkan verən ortaq cəhət istehsal vasitələrinə münasibətdə sahiblik mövqeyində durmaqlarıdır. Ona görə də onlara sahibkarlar sinfi deyilir. İkincilər, yəni muzdlu işçi sinfi də tərkibcə monolit deyil. Onlar da peşələrinə və aldıqları maaşlara görə bir-birindən fərqlənirlər. Qərbdə onları «ağ yaxalıqlılar», «göy yaxalıqlılar» kimi kateqoriyalara bölür və iddia edirlər ki, guya onların ortaq sinfi mənafeyi yoxdur. Amma əslində onları vahid sinif kimi təsnifatlandırmağa əsas verən ən ümumi və ən zəruri əlamətləri var. Bu peşəsindən, cinsindən, gəlir səviyyəsindən asılı olmayaraq onların hamısının istehsal vasitələrinə münasibətdə işçi mövqeyində durmaqlarıdır. Ona görə də onları biz muzdlu işçi sinfi kimi xarakterizə edirik. Birincilər, yəni sahibkarlar başqalarının əməyinin nəticəsini mənimsəyərək, istsismar edərək başqalarının hesabına parazitcəsinə dolanırlar. Onların əməyi heç bir real dəyər yaratmır və tamamən qeyri-məhsuldardır. Onlar istehsal zamanı yaranan izafi (əlavə, artıq) dəyəri təkbaşına mənimsəyərək özlərinə milyonlar səltənəti qururlar. İkincilər, yəni işçilər isə başqalarının yox, öz əməklərinin, zəhmətlərinin hesabına dolanırlar. Gerçək dəyəri və cəmiyyət sərvətini onların sərf etdikləri məhsuldar əmək yaradır. Cəmiyyət sərvətinin yeganə mənbəyi onlardır. Amma onlar öz əməklərinin qarşılığını ala bilmirlər. Onlara əmək haqqı kimi ödənən məbləğ onların sərf etdikləri əməyin yox, iş qüvvəsinin kompensasiyasıdır. Yəni bir işçinin özünün fiziki mövcudluğunu saxlamaq və təkrar istehsal etmək (nəsil artırmaq) üçün lazım olan həyat vəaitələrini əldə etməsi müqabilində ödənir. Onun əməyinin izafi dəyər yaradan hissəsi isə sahibkarlar tərəfindən mənimsənilir.
    Bir sözlə, cəmiyyətin iqtisadi mənafeyi bir-birinə barışmaz surətdə zidd olan iki sinfə,- sahibkar kapitalistlər və muzdlu işçi siniflərinə bölünməsini görmək üçün heç də dahi mütəfəkkir olmaq lazım deyil. Bunu üçün gündəlik həyatımıza nəzər salmaq kifayətdir.
    Kapitalın diplomlu nökərləri cəmiyyət proseslərinə hər cür yanaşmanı; dini, milli, ailə, cinsi və s. məqbul saydıqları halda, sinfi yanaşmanı ınadkarcasına inkar etməyə çalışırlar. Onlara görə cəmiyyətdə hər bir təbəqənin hətta seksual azlıqların belə partiyası ola bilər, amma işçi sinfinin hüququnu müdafiə edən partiya gərəksizdir.
    Liberal kapitalist dairələrdə «işçi fobiya» əhval-ruhyyəsinin yeganə səbəbi sinfi yanaşmayla bağlıdır. Sinfi yanaşma elə bir lingdir ki, onun vasitəsiylə bütün kapital dünyasını yerindən tərpətmək mümkündür.
    Rentgen cihazı insan orqanizminin daxili quruluşunu çəkib göstərdiyi kimi, sinfi yanaşma metodu da mövcud kapitalizm quruluşunun daxili quruluşunu üzə çıxarır. Liberal kapitalist dairələrə belə metodlar sərf etmir. Onlar kapitalizmin daxili çirkinliklərini, çürüklərini ört-basdır etməklə məşğuldurlar. Məsələn, onlar iddia edirlər ki, Azərbaycan Respublikası guya ümumxalq dövlətidir və heç bir sinfi xarakter daşımır. Amma nəzərə alandakı bu «ümumxalq dövləti» son illər ərzində xalqın bütün sosial hüquq və güzəştlərini əlindən alıb kiçik bir qism varlı (burjua) sinfinin mənfəətinə əlavə edib, onda görərik ki, «ümumxalq» sözü Azərbaycan dövlətinin sinfi simasını ört-basdır etmək üçün istifadə olunan pərdədən başqa bir şey deyil. Bir tək pulsuz mənzil hüququnun ləğvi hər il 1-1,5 milyard dollar vəsaitin xalqın təminatından oğurlanaraq sahibkar kapitalistlər sinfinin bank hesablarına transfer olunması deməkdir. «Ümumxalq» dövlətininsə funksiyası bu tip oğurluqlara azad sahibkarlıq adı altında hüquqi don geyindirməkdən ibarətdir. Azərbaycan dövləti özünün bütün cəbr aparatıyla; ordu, polis, məhkəmə və s. bu oğurluğun keşiyində durub.
    Sinfi yanaşma metodunun prizmasından Azərbaycan Respublikası məhz bu cür görünür. Bu kapital cəbhəsinin (ölkə əhalisinin cəmi 3-5%-nin) əmək cəbhəsi (ölkə əhalisinin 90%-i) üzərində sinfi diktaturasıdır. Parlament, hökumət, məhkəmə, polis,- onlar hamısı bu sinfi diktaturanın hökmranlığını təmin etmək üçün mövcuddurlar. Bu dövlətin başında fəhlə oğlu oturdulsa belə yenə də heç nə dəyişməyəcək çünki ictimai münasibətlər kapitalist oyun qaydalarına, bazar prinsiplərinə əsaslandığı müddətcə dövlətin başına hansı partiya keçirsə keçsin, kim gəlirsə gəlsin, yenə də xalqın nəsibi bir ovuc zəngin mülkiyyətçilər sinfi üçün sərvət istehsal edən maşın funksiyası icra etmək olacaqdır, hətta seçkilər demokratik keçirilsə belə. Obrazlı dillə desək, əgər sizin mindiyiniz maşın ot biçmək üçün nəzərdə tutulubsa, onda onun sürücüsünü nə qədər dəyişdirirsinizsi dəyişin, o heç vaxt dönüb əkin əkən maşın olmayacaq. Başqa sözlə, kombayn heç vaxt dönüb traktor olmaz. Bunun üçün hökmən maşını dəyişmək lazımdır.
    Əgər bu gün Azərbaycan dövləti xalqa qarşı «talan maşını» funksiyasını icra edirsə və ictimai-istehlak fondlarını, pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil, dövlət pensiya hüquqlarını xalqın əlindən almaq hesabına hər il milyardlarla dollar pulu əhalinin sosial təminatından qarət edib bir ovuc zəngin zümrənin mənfəətinə çevirirsə, onda bu talan maşınının sükanı arxasında kimi otuzdurursunuzsa-otuzdurun, o heç vaxt işçi sinfinin mənafeyinə xidmət etməyəcək və ancaq zənginlərin, maqnatların, oliqarxların dövləti olaraq qalacaqdır.
    Liberallar kommunistlərin sinfi yanaşma metodunu rədd etsələr də əslində bu talan, istismar maşınına bəraət qazandırmaqla özləri də sinfi mövqedən çıxış etmiş olurlar, amma bizdən fərqli olaraq işçi sinfinin yox, kapitalist sahibkarlar sinfinin çıxarlarının müdafiəçisi qismində çıxış edirlər. Onlar kiçik bir qism varlı sinfin dünyagörüşünü, təsərrüfat sistemini, «ümummilli» inkişaf konsepsiyası adı altında sadə xalqa sırımağa çalışırlar. Onlar sadə xalqı, qara kütləni aldadaraq inandırmağa çalışırlar ki, guya 1991-ci il 18 oktyabrında Azərbaycan xalqı öz azad dövlətinə qovuşub, amma əslində isə həmən tarixdə xalqın qoluna muzdlu köləliyin zəncirləri vurulmuşdur. Qurulan bədnam 3-cü Respublika xalqın yox, kapitalistlərin dövlət cildinə salınmış sinfi iradəsidir. Gəlin götürək elə parlamenti. Məlumdur ki, Milli Məclis Azərbaycan Respublikasının Ali qanunverici orqanı olmaq etibarı ilə milli iradənin ifadəçisi hesab olunur. Məhzh Milli Məclis adı da elə buradan irəli gəlir. Amma milli iradənin ifadəçisi hesab olunan bu məclis nədənsə milləti sosial hüquqlardan məhrum etməklə məşğuldur. Məsələn, 2006-cı ilin fevralında Milli Məclis xalqı dövlət pensiya hüququndan və belə demək mümkündürsə, pensiya hüququndan məhrum etdi və bununla da hər il xalqın cibindən 100 milyonlarla dollar vəsaiti kapitalist sahibkarlar sinfinin xeyrinə müsadirə etmiş oldu. Milyonlarla insanın gələcək təminatını onların əməyindən yox, cibindən asılı vəziyyətə saldı.
    Bundan başqa hələ Sosialist Respublika zamanı mövcud olmuş qanunvericiliyə görə yay aylarında havanın temperaturu +40 dərəcəni keçərdisə, müəssisələrdə işlər dayandırılar və ya fasilə elan olunardı, amma «milli iradənin» təcəssümü hesab olunan Milli Məclis bu qanunu dəyişdirərək +40 dərəcə həddini +45 dərəcəyə qədər artırdı ki, hələ tarix boyu Azərbaycanda ümumiyyətlə belə temperatur qeydə alınmayıb. Bu isə o deməkdir ki, indi işçi ən isti yay aylarında belə +44, +45 dərəcə istilikdə qul kimi işləməyə məhkum edilmişdir. Əks təqdirdə isti keçən yay aylarında işlərdə verilən fasilələr kapitalistin mənfəətini azalda bilərdi.
    Deməli bütün qanunlar işçinin sağlam həyatı və rifahı üçün yox, ancaq və ancaq kapitalistlərin mənfəəti nəzərə alınaraq qəbul olunur.
    Bütün bu faktlar bir daha inkarolunmaz şəkildə sübut edir ki, parlament milli yox, sinfi iradənin, sahibkar kapitalistlər sinfinin iradəsinin ifadəçisidir və onların biznes maraqlarını qanun şəklinə salmaqla məşğuldur.
    Biz bu «talan maşınının» sükanı arxasına kimi seçib oturduruqsa-oturdaq, o ancaq xalq əmlakını bir ovuc zəngin sinfin xeyrinə müsadirə etmək yönündə fəaliyyət göstərəcəkdir. Çünki bunu dövlət maşınının əsaslandığı kapitalizm prinsipləri tələb edir.
    Deməli «maşını» dəyişdirməkdən başqa çıxış yolumuz yoxdur. Bu yeni dövlətçilik maşını Sosialist Respublika olacaqdır. Sosialist Respublika xalqın məhrum edildiyi sosial hüquq və güzəştləri, ictimai-istehlak fondlarını xalqa qaytaracaq, işçi sinfini öz əməyinin sahibi edəcəkdir. Sözün əsl mənasında xalqçı dövlət olacaqdır.
    Sinfilik prinsipi bizdən bunu tələb edir!
   
    Müraciət:
    Biz kommunistlər bəşəri ideallar və tərəqqi naminə əzəmətli bir tarix yaratdıq, bir ovuc zəngin parazitin müstəsna hüququ elan edilmiş təminatlı həyatı bütün xalqların nəsibi etdik. Biz yoxdan və yoxsulluqdan zəngin və ədalətli bir cəmiyyət qurduq, milyonlarla insana pulsuz mənzil, pulsuz səhiyyə, təminatlı əmək, dövlət pensiya hüquqları verdik, onların təminatlı və rahat yaşamının qarantı olduq. Biz fantastik roman müəlliflərinin belə «sehirli güzgüdə» görə bilmədiyi qüdrətli, sənayeləşmiş kommunist dövlətini təxəyyüldən gerçəkliyə çevirdik, xış və kotanla təhvil aldığımız geridə qalmış aqrar ölkəni sənaye nəhənginə çevirdik. İnqilabdan əvvəlki illərdə torpağını şumlamaq üçün traktoru olmayan bir ölkə sosialist inqilabının 45 illiyini bəşər tarixində ilk dəfə kosmik fəzanın fəthiylə qeyd etdi. Biz şərqin ayağıçarıqlı bir xalqından milyonlarla ziyalı ordusu olan bir ulus yaratdıq.
    Bəli, heç şübhəsizdir ki, kommunistlər çoxlarının xəyal belə edə bilmədiklərini gerçəkliyə çevirməyi bacardılar. Bəşər tarixində Yerin ilk süni peykinin buraxılması, kosmosa ilk insanın uçuşu, kosmosa ilk qadının uçuşu, Yer ətrafında ilk dəfə orbital stansiyanın qurulması, Marsa, Veneraya, Aya ilk kosmik aparatların enişi və bu kimi onlarla, yüzlərlə ilklər, elmi nailiyyətlər hələ 1920-ci ildə ingilist fantast yazıçısı Herbert Uelsin «…savadlı adamları olmayan, …sənayesi demək olar ki, sönmüş» kimi xarakterizə etdiyi bir coğrafiyada həyata vəsiqə almışdı, həm də çox qısa zaman ərzində. Bu həmən Herbert Uels idi ki, kommunistlərin başlatdıqları elektrikləşdirmə hərəkatını «elektrik xülyası» hesab edirdi. Amma uzaqgörənlikdə adi insanları yüz illərlə qabaqlayan fantast yazıçının «xülya» hesab etdiyi bir işi kommunistlər 1935-ci ilə kimi, həm də 4-qat artıqlaması ilə gerçəkliyə çevirdilər. «Sənayesi sönmüş» kimi xarakterizə edilən bir ölkə 39 il sonra, həm də ikinci dünya müharibəsinin vurduğu ağır məhrumiyyətlərə baxmayaraq, kommunist partiyasının rəhbərliyi ilə dünyanın iki ən böyük sənaye nəhəngindən biri oldu. Bu, kommunist intizamının, kommunist tələbkarlığının şər qüvvələr üzərində qələbəsinin təntənəsiydi.
    Biz kommunistlər inqilaba qədər millətcə azərbaycanlı cəmi 100 müəllimi, 41 həkimi, 12 mühəndisi olan, əhalisinin 90%-i savadsız olan bir məmləkətdən milyonlarla ziyalısı, yüz minlərlə müəllimi, həkimi, tələbəsi olan, əhalisinin 100% hamısı savadlı, Şərqə nümunə ola biləcək qabaqcıl bir Sosialist Respublika qurduq. İnqilaba qədər bir tək zootexniki, oqronomu, olmayan cahil bir ölkədən on minlərlə mütəxəssis ordusu olan kənd təsərrüfatı cənnəti inşa etdik. Sosialist Respublika hakimiyyətinə qədər cəmi 90 min şagird, tələbə kontingenti olan (bunun da cəmi 23 min nəfəri azərbaycanlı idi ki, onların da böyük əksəriyyəti bəy, xan, mülkədar kapitalist övladları idi) keridə qalmış kapitalist Azərbaycandan 1,5 milyonluq şagird, tələbə kontingenti olan Sosialist Azərbaycanı yaratdıq. Heç təsadüfi deyil ki, Azərbaycan Sosialist Respublikası əhalisinin hər 10 min nəfərinə 102 tələbə düşürdüsə, Fransa və ABŞ dövlətlərində bu göstəricilər müvafiq olaraq cəmi 37 və 79 nəfər tələbə təşkil edirdi.
    Yalnız bunlarmı, yox, daha neçə-neçə belə inqilabi nailiyyətlər öz altında kommunist imzası daşıyır. Müsavat hakimiyyəti zamanındakı (1918-20) 1 milyon hektar əkinə yararlı torpaq (indiki əkinə yararlı torpaq fondunun 65%-ə qədəri) cəmi 195 xan, bəy və mülkədara məxsus idi. Kəndlilər isə (o vaxtkı ölkə əhalisinin 90%-i) əkin üçün torpağı bu ağalardan çox ağır şərtlərlə icarəyə götürməyə, bütün xərcləri, əziyyəti çəkdikdən sonra gəlirin 70%-ni ağalara vermək məcburiyyətində qalırdılar, qısacası, qul kimi bu bir ovuc ağaya yük heyvanı əvəzi işləməyə məcbur idilər. Bəli, məhz ancaq kommunistlər əsrlərdən bəri davam edən bu heyvani münasibətlərə son qoyub torpağı ümumxalq mülkiyyətinə verdilər. 1920-ci il 5 may dekretində deyilirdi: «Bütün xan, bəy, mülkədar torpağı …bütün canlı və cansız avadanlıqlarıyla bərabər dərhal …torpaqdan bərabər istifadə etmək əsasında zəhmətkeş xalqa verilir».
    Çox təəssüflər ki, indi biz bu tarixi nailiyyətlərdən ancaq keçmiş zaman formasında bəhs edirik. Çünki kommunistlərin canı, qanı bahasına qazanılmış bu inqilabi nailiyyətləri qoruyub saxlamağa «bürokratiya xəstəliyi» imkan vermədi. Yoluxduğumuz «bürokratçılıq» mərəzinin öldürücü olacağıyla bağlı Lenin bizləri hələ 85 il əvvəl xəbərdar edirdi:
    «Kommunistlər bürokrat olmuşlar. Əgər bizi bir şey məhv edə bilərsə, o da budur… Biz hələdə dekretlər barəsində, idarələr barəsində düşünürük. Səhv bundadır. İndi bütün mətləb əməli işçilərdə və əməli işdədir… dekretlərimizi… çirkli kagızdan əməli işə döndərmək lazımdır – mətləb bundadır». 1922-ci ilin fevralında Leninin təsərrüfat fəaliyyətiylə bağlı yazdığı bu cümlələr, ümumiyyətlə fəaliyyət üçün – siyasi, təşkilati, partiya fəaliyyəti üçün heç də az əhəmiyyət kəsb etmir.
    Başları üzərində Leninin özləri boyda portretini asmış yerli kommunistlər görəsən bu cümlələri oxuyub bircə anlığa da olsa bu barədə düşünüblərmi? Əminliklə deyə bilərik ki, yox. Onlar özlərini utanıb-qızarmadan «Leniniçi» adlandırırlar, portretini ikona kimi divardan asıb ona səcdə edirlər, amma əməli fialiyyət barəsində heç danışmaq da ismtəmirlər. Sabiq Sovet məmur maşınının bu bürokrat işçiləri nədənsə daha çox qərargah, kabinet, vəzifə barəsində düşünür, formal qurultayların formal protokollarını (o da hələ ən yaxşı halda) dəstələyib üst-üstə yığmaqla işlərini bitmiş hesab edirlər.
    Lenin «kommunistlər bürokrat olmuşlar, əgər bizi bir şey məhv edə bilərsə, o da budur» deməkdə tamamilə haqlıydı. Topun-tüfəngin gücüylə dünya imperializminin yıxa bilmədiyi dövləti kommunistlər bürokratiyanın əliylə məhv etdilər. Bu «bürokrat» xəstəliyi elə indi də bizi və təşkilatlarımızı əvvəlkindən az məhv etmir. Artıq neçə ildir ki, kommunistlər ölkənin siyasi həyatından demək olar ki, təcrid olunmuş vəziyyətdədirlər. «AKP» və «AzVKP» sözün əsl mənasında mumyanı xatırladır; fəaliyyətsiz, cansız bir şəkildə muzey ekspanatından başqa heç bir şey ifadə etmirlər.
    Bu məmurlaşmış kommunistlərin elmi kommunizm nəzəriyyəsindən qətiyyən xəbərləri yoxdur. Onların nəzəriyyəsi idarə və təşkilatlarda «partbilet» alveri olub. Elə indiki düşüncə və fəaliyyətləri də bundan uzağa getmir; – bir möhür, bir papka, bir sədr. Onların təşkilatçılıq anlayışı budur.
    Onlar sözün əsl mənasında heç vaxt kommunist olmayıblar, onları kommunizmə «doğmalaşdıran» bir şey varsa, bu da həmən şəxslərin Sovet hakimiyyəti zamanı idarə və təşkilatlarda məmur postu tutmuş olmalarıdır. Onların əqidəsi əl boyda karton parçasından, kabinetdən ibarətiydi. Onları inqilabın nəticələrini qorumaq yox, bundan öz şəxsi menfəətləri üçün necə istifadə etmək maraqlandırırdı; bağlar, daçalar, lüks həyat və s.
    Bu gün ölkədə kommunist hərəkatının taleyi bu partnomenklaturaçıların əlindədir. İndi onlar köhnə, paxır bağlamış beyinlərlə yeni şəraitə uyğunlaşmağa çalışırlar. Amma əfsuslar, uzun müddətli müşahidələrimiz göstərdi ki, fiziki və mənəvi cəhətdən aşınmış bu insanlardan yeni proqram, yeni fəaliyyət planı və yeni düşüncə gözləmək sadəlöhvlükdür. Çünki Sovet dövründən qalma məmur kommunist nəslinin yaradıcı potensialı artıq tükənib və sosializmi hansı bürokrat xislətiylə dəfn etdilərsə, indı də eyni bürokrat xislətiylə kommunist məfkurəsini dəfn edirlər.
    Kommunist düşüncəsini, kommunist prinsiplərini, kommunist ideallarını artıq bu «dəfn komissiyasının» cəngindən xilas etmək vaxtıdır. Proqram və prinsiplərimizi çirkli kağızdan canlı əməli işə döndərmək lazımdır.
    Bir qrup gənc kommunist belə düşündük və Yeni Nəsil Azərbaycan Kommunist Partiyasını (YNAKP) yaratdıq. Köhnə partnomenklaturanın zibilliyindən azad olub gerçək təşkilatlanmanın vaxtı çatıb. Bu zamanın tələbi, tarixin hökmüdür! YNAKP bürokratçı sosializmdən ictimaiyyətçi sosializmə keçidin təşkilati formasıdır. Bizim proqramımız və sosializm modelimiz bu təşkilati formaya uyğundur. Biz sələflərimizin qurmuş olduğu bürokratik sosializmin müsbət tərəflərini götürüb onu ictimai əsaslarla, ictimaiyyətçi sosializm modeli formasında həyata keçirəcəyik. Deməli inzibati-amirlik əvəzinə ictimai nəzarət və ictimai idarə, bürokratçılıq əvəzinə ictimaiyyətçilik; budur bizim fərqimiz, budur bizim proqramımız. Biz öz proqramımızı tarixi təcrübədən hasil etdik, amma keçmişə kor-koranə pərəstiş hesabına yox, keçmiş təcrübəyə tənqidi və yaradıcı yanaşma əsasında. İndi biz Yeni Nəsil Kommunistlər üzümüzü «pensionerlər klubu» kimi ad çıxarmış qruplaşmalara tutub deyirik: əlvida əzəmətli keçmişin miskin abidəsi, əlvida böyük tarixin görk tablosu. Biz sizin Sovet dövründən qalma beş-on «qoca elektaratı» öz aranızda bölüşdürmək uğrunda apardığınız «mübarizəyə» alət olmayacağıq. Qoy onların hamısı sizin olsun. Biz isə gələcəyin, gəncliyin, yetişən
   
    Yeni Nəsil Kommunistlərin partiyası olacağıq.
    Müstəqil, nümunəvi, Sosialist Azərbaycan uğrunda İRƏLİ !

Məqalə 697 dəfə oxundu
 

Məqaləyə münasibətiniz:
Adınız:
Soyadınız:
Email
Münasibətiniz:
 
Əsas səhifəyə keçid Seçilmışlərə əlavə et Start səhifəsi et
 
 
 
 
Günün şüarı
 
Müstəqil, Nümunəvi, Sosialist Azərbaycan uğrunda!
 
 
 
 
 
 
 
Şəxsiyyətlər
 
Karl Marks
 
 
 
 
 
 
Videoarxiv
 
 
Audioarxiv
 
 
Fotoarxiv
 
 
Xəbər arxivi
 
<<< 2010 >>>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 
 
 
Qarabağı unutma!
 
 

Xocəvənd

Xankəndi  

Xocalı  

Şuşa

Laçın

Kəlbəcər

Ağdərə

Ağdam

Cəbrayıl

Füzuli

Qubadlı

Zəngilan

18/11/1991

26/12/1991

26/02/1992

08/05/1992

17/05/1992

02/04/1993

07/07/1993

23/07/1993

23/08/1993

23/08/1993

31/08/1993

29/10/1993

 
 
 
 
Saytı hazırladı: -= Elsən Quliyev (Bakı,Azərbaycan) =-  E-mail: e5-q5@rambler.ru;