|
10/04/2009 (12:43) YENI NƏSIL AZƏRBAYCAN KOMMUNİST PARTİYASININ (YNAKP) "20 YANVAR" MATƏM GÜNÜ İLƏ ƏLAQƏDAR ÖLKƏ İCTİMAİYYƏTİNƏ MÜRACİƏTİ
Hörmətli həmvətənlər. Düz 18 il bundan öncə Azərbaycan xalqı satqın elitanın (qərb siyasi dairələri tərəfindən külli miqdarda rüşvət qarşılığında ələ alınmış Qorbaçov və komandası) və ABŞ Mərkəzi Kəşviyyat İdarəsi (ÇRU) birgə səhnələşdirdikləri cani ssenarinin qurbanına çevrildi. Hələ 1948-ci ildə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı, Sovet İttifaqı rəhbərliyinə qərb imperialist dairələri tərəfindən ələ alınmış yalançı, psevdo-kommunistlərin gətirilməsini nəzərdə tutan "SSRİ-nin kommunistləşdirilməsi" (əslində kapitalistləşdirilməsi) məxvi planının son pərdələrindən biri 1990-cı ilin 20 yanvarında Bakı küçələrində tamaşaya qoyuldu.
Kapitalizmin quldarlıq qanunlarını bütün dünyaya yaymaq, əhalidə Kommunist Partiyasına, Sovet İttifaqına olan inamı öldürmək üçün belə bir qanlı səhnənin oynanılması vacib idi. Qərb dairələrindən küllü miqdarda rüşvət almış Qorbaçov və komandası SSRİ-nin və Kommunist Partiyasının hakimiyyətinə son qoymaq üçün razılığını vermişdi, qalırdı heç bir ictimai müqavimətə rast gəlmədən xəyanət planının reallaşdırılması. Bunun üçün əhalidə Kommunist Partiyasına və İttifaqa nifrət aşılanmalı idi. Həmən məqsədlə də yüz minlərlə insanın küçələrə çıxarılması "satqın elita" tərəfindən təşkil edildi, dövriyyəyə xarici xüsusi xidmət orqanlarına işləyən yalançı qəhrəmanlar buraxıldı. Bunlar o "qəhrəman"lar idi ki, sözdə guya "azadlıq" hərəkatına rəhbərlik edirdilər, amma 20 yanvar qırğınlarında birinin də burnu qanamadi. Aldadılmış xalq qanına qəltan ediləndə "şpion qəhrəmanlar" evlərində oturub çay içirdilər, əslində isə xalqın qanını içirdilər. Məhz onlar bir neçə ay davam etmiş aldatma kompaniyasında xalqa antikommunist əhval-ruhiyyəsini aşıladılar və bu işdə Xalq Cəbhəsi və xüsusi xidmət orqanlarının birgə təsis etdikləri "Milli Müdafiə Komitəsi" xüsusi canfəşanlıq göstərdi, qırğınlar törədildi; SSRİ-ni qorumaq üçün yox, əksinə Kommunist Partiyasını gözdən salmaq üçün. Hər şey qərb texnoloqlarının ssenarisinə uyğun nəticələndi. Artıq 20 yanvarın səhərisi xalq Kommunist Partiyasma lənətlər yağdırır, öz partbiletlərindən imtina edir, onları kütləvi şəkildə tonqallara atıb yandırırdılar. Məhz 20 yanvarın törədilməsində də bu məqsəd güdülürdü və ona da nail olundu. Artıq bütün sosial dayaqlardan məhrum edilmiş dünyanın ən qüdrətli dövlətini, ən böyük partiyasını cəmi bir imza ilə tarixin arxivinə göndərmək olardı.
İndi yalançı təbliğat maşınını işə salıb 20 yanvarı "vəhşi kommunist" obrazının formalaşdırılması üçün xammala çevirənlər idda edirlər ki, 20 yanvar Azadlıq Hərəkatının kulminasiya nöqtəsi, qəhrəmanlıq səhnəsidir.
Bu necə azadlıqdır ki, xalq öz sosial hüquq və güzəştlərini (pulsuz təhsil, pulsuz səhiyyə, pulsuz mənzil, dövlət pensiya, təminatlı əmək hüquqlarını), təminatlı həyatını itirib, muzdlu köləliyə məhkum edildi? Bu necə azadlıqdır ki, indi ölkənin 70% iqtisadiyyatı xarici kapitalistlərin cibinə işləyir, neft gəlirlərinin 80-85%-i xarici neft maqnatlarının bank hesablarına axır, ölkənin ən böyük neft yataqları - qızıl, dəmir filizi, aliminium mədənləri xarici kapitalın nəzarətindədir? Bu necə azadlıqdır ki, sən öz ölkəndə xaricilər üçün qul kimi işləyir, döyülür, təhqir olunursan? Bu necə azadlıqdır ki, qız və gəlinlərin Yaxın Şərqin qul bazarlarına daşınıb aparılır, 2 milyon insan çörək mühacirinə çevrilərək ölkəni tərk etmişdir? Bu necə azadlıqdır ki, meydanlarda ancaq tək qara kürü ilə millətin gününü ağ edəcəklərini bəyan edənlər bu gün bu sektordan gələn gəliri ancaq bir neçə hakim ailənin sərvətinə çevirmişdir? Yox, bu sənin azadlığın və azadlıq yolun ola bilməz! Bu, kapitalist qaydalarını sənə sırımaq üçün dünya imperializminin səhnələşdirdiyi birpərdəli oyun, kommunist ideologiyasma qarşı təşkil olunmuş suiqəsd idi. Unutmayın ki, təkcə Amerika hökuməti Kommunist Partiyasının hakimiyyətinə son qoymaq üçün 2,4 trilyon dollar pul xərcləmişdir ki, bu pullardan "20 yanvar" kimi qırğınların təşkili də maliyələşdirilmişdir.
Təbiiki "20 yanvar" qurbanlarının xatirəsi bizim üçün əzizdir. Çünki saf, təmiz niyyətli bu insanlar mərkəzin Qarabağ problemində tutduğu ədalətsiz mövqeyə etiraz əlaməti olaraq meydanlara çrxmışdılar. Amma xalqın bu saflığını dünya imperializminin ekspansiya siyasətinə alət edənlər - "keşiş Qaponlar" layiq olduqları cəzaya çatmalıdırlar. Indi göz yaşları axıtmaq yox, mübarizə aparmaq vaxtıdır. "20 yanvar" qurbanlarının əziz xatirəsinə ucaldılacaq ən böyük abidə Müstəqil, Nümunəvi, Sosialist Azərbaycan olacaq. Gəlin şəhidlərimizə layiq bu möhtəşəm abidəni ucaltmaqda birləşək.
Yaşasın Kommuna!
Yaşasın zəhmətkeş xalqın murdar kapitalizm dünyasına qarşı apardığı azadlıq hərakatı!
|