|
06/06/2009 (10:16) Kapitalizm milyardlarla insanın fəlakət mənbəyidir
Budur, bəşəriyyət «çiçəklənən» kapitalizmin növbəti acı meyvələrini dadmaqdadır. Qərb ideoloqlarının kommunistlərə qarşı soyuq müharibə zamanı təbliğat silahı kimi ortalığa atdıqları «orta sinif» kapitalizmi gizlədilmiş, malalanmış bütün iyrənclikləri və üfunətiylə gözlərimiz önündə öz qürubunu yaşayır. Hal-hazırda davam etməkdə olan dünya iqtisadi böhranı gerçək kapitalizmin əslində hər zaman mövcud olan çürüklüyünü daha qabarıq boyalarla gözlər önünə sərir.
Beləki dünyanın ən inkişaf etmiş 3 dövlətində; ABŞ-da, Böyük Britaniyada və Fransada yaxın bir neçə ay ərzində 8 milyona qədər insan işdən çıxarılmış, saysız-hesabsız müəssisələr bağlanmışdır.
Böhran başlanandan indiyə kimi (2009-cu ilin yanvarına qədər) təkcə Fransada 2 milyon insan, Böyük Britaniyada 1,8 milyon nəfər, ABŞ-da isə 4 milyon nəfər öz iş yerini itirmiş və sosial fəlakətlə üz-üzə qalmışdır. Bu rəqəmlər ancaq cansız, quru statistika nümunəsi deyil, milyonlarla insanın məhv olmuş arzu və ideallarıdır. Bu rəqəmlərin arxasında milyonlarla insanın acı, səfil, fəlakətli taleyi yatır.
Cəhənnəmin təbliğat-təşviqat məntəqələri;-cild-cild yazılmış yalançı kitablar, Sorosların, Popperlərin indi ayaqyolunda asılmaqdan başqa heç bir şeyə yaramayan «tualetfəlsəfələri»- onlar az qala bütün əsərlərində insanları inandırmağa çalışırlar ki, guya kapitalizm Marksın dövründə qalıb, indi ədalətli, sosial təminatlı, rifah hədiyyələri paylayan səxavətliçiçəklənən kapitalizmdir.
Hanı sizin iddia etdiyiniz təminatlı kapitalizm? O indi nəinki işçilərin, fəhlələrin həyatına təminat verə bilmir, indi kapitalizm hətta milyarderlər üçün də edam kötüyündən başqa heç bir şey ifadə etmir. Bəli, dünyanın dörd bir yanında, uzaq Sibiriyadan Kaliforniya mədənlərinə kimi hər yerdə indi kapitalistlər özlərini intihar edib öldürürlər:
-Almaniya milyarderi A.Marki Wolks-Waqenlə səmləriylə bağlı birjada 400 milyon avro pul itirdikdən sonra özünü qatar altına ataraq intihar etdi.
-Böyük Britaniyada Kristofer adlı milyonçu şirkəti iflas etdiyi üçün bütün ailəsini özü ilə birlikdə yandıraraq məhv etmişdir və daha neçə-neçə iflas səbəbiylə intihar edən zənginlər ibrət deyilmi? Görmürsünüzmüki kapitalizm cəlbedici şirələrlə öz ovunu əldə edən bitkilər kimi əvvəlcə bir ovuc insana sərvət verir və sonra canını alır.
Qarşıdakı 4 ildə ABŞ-da 8-10 milyon insan ipoteka borcunu ödəyə bilməyəcəyindən evlərindən küçələrə qovulacaqlar və qovulurlar.
Budur kapitalizmin ümumi mənzərəsi; itirilən trilyon dolllarlarla iqtisadi zərər, iş yeri itirilən on milyonlarla insan, borc səbəbiylə evi müsadirə olunub küçələrə qovulan milyonlarla səfil, hər il özünə intihar edən 1 milyon insan. Bəli, bu yolla kapitalizm hər gün, hər saat, hər saniyə minlərlə qəbristanlıq salır. Onun bəşəriyyətə xidməti budur!
Bəşəriyyətin qurtuluşu kommunizmdədir!
|