2009-cu il mayın 5-də Azərbaycan media mərkəzində Yeni Nəsil Azərbaycan Kommunist Poartiyasının təşəbbüsü ilə 1 May və müasirlik mövzusunda debat keçirilmişdir. Tədbir dünya proletariatının dahi rəhbəri Karl Marksın 191 illiyinə təsadüf etdiyindən xüsisi əhəmiyyət kəsb edirdi.
Debatçı kimi çıxış edən tərəflər qismndə Yeni Nəsil Azərbaycan Kommunist Poartiyası Komissarlar Şurasının üzvü Niyazi Rəcəbov, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Xalq Partiyasının sədri, millət vəkili Pənah Hüseyn, Ana Vətən Partiyası sədrinin müavini, millət vəkili Zahid Oruc iştirak edirdilər.
Debat barədə qısaca onu deyə bilərik ki, bu fikir qarşıdurması bir daha göstərdi ki, kommunistlərin oyanışı fonunda liberal cəbhə dərin böhran keçirir və indi liberalların vəziyyəti o yerə gəlib çatmışdır ki, sabiq Baş nazir Pənah Hüseyn bir vaxtlar kommunizmin simvolu hesab edərək ləğv etdikləri 1 May bayramını yenidən dövlət səviyyəsində qeyd edilməsi tələbiylə çıxış etmək ehtiyacı hiss etmişdir. Bu təşəbbüs keçmiş cəbhəçilərin əsasını qoyduqları liberal bazar iqtisadiyyatı siyasətindən geriyə çəkilmələrinin və səmimi peşmançılıq hisslərini ifadə etmələrinin bir göstəricisidir.
Hətta Fazil Qəzənfəroğlunun debatın sonunda «istəyənlər 1 Mayı keçirə bilər, biz buna etiraz etmirik» deməsi, onun əvvəlki radikal mövqeyindən daşınmasının və bu bayramın keçirilməsinin dövrün zəruri tələbi olması faktını qəbul etməsi kimi başa düşülə bilər.
Anavətənçi Zahid Oruc isə daha çox kommunistlərin Azərbaycanda sosial bazaya sahib olması faktından bərk təşvişə düşdüyünü tədbir iştirakçılarından gizlədə bilmədi.
Debat barədə daha geniş
videoarxivdə baxa bilərsiniz