Azəri   Русский   English   Bütün ölkələrin proletarları, birləşin! Bizimlə əlaqə: email:info@kommunist.az; tel:(+994 55) 730 09 13;  
Şəxsiyyətlər
Mehdi Hüseynzadə   
Babək Xurrəmi   
Fridrix Engels   
Karl Marks   
Nəriman Nərimanov   
Çingiz İldırım   
Xəbərlər
Tədbirlər   
Daxili   
Media
Kominform   
Qırmızı tribuna   
Çağırış
Haqqında
Məqalələr
Partiyamız
Proqramı   
Proqramın izahı   
Qırmızı arxiv   
Tarixi   
Mövqe   
Müraciət   
Aprel İnqilabı   
Kitabxana
Klassiklər
Aze
Rus
Müasirlər   
Bədii   
Kommunar nəşriyyatı   
Əlaqələr
Çe fan klubu   
AUSF   
YNAK Gənclər təşkilatı   
ÜDGİ   
Solidnet   
Sol mədəniyyət
Məlumat   
Videolar   
Audiolar   
Seçmələr
M.Ə.Sabir
Məqalələr   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Axtarış
 
 
 
 
 
 
 
Xəbərlərə abunə olun
 
 
 
 
 
YNKAP-yə üzvlük
 
 
 
 
 
 
 

Kitabxana -> Klassiklər -> Aze
10/04/2009 (13:47)
UÇQARLARDA İNQİLABIMIZIN TARİXİNƏ DAİR / İ.V. Stalinə məktub /
NƏRİMAN NƏRİMANOV

   AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYAT-POLİQRAFİYA BİRLİYİ
    Bakı-1992
   
    BBK ZK5 N 55
    Mətni elmi cəhətdən çapa akademik P. Əzizbəyova hazırlamışdır
    Redaktoru Məlahət Əsədova
    Rəssamı Xosrov Qasımov
   
    Nərimanov N. N.
    N 55 Ucqarlarda inqilabımızın tarixinə dair
    (İ. V. Stalinə məktub). B,: Azərnəşr, 1992 80 səh.
    70 ildən artıq bnr gizli saxlanılan bu əsər qiymətli tarixi sənəd olub siyasi əhəmiyyətə malikdir. Sənəddə Azərbaycanda sovet hakimiyyətinin ilk illərində həyata keçirilən milli siyasətin bir sıra məsələləri, milli dövlət, sosial-iqtisadi və mədəni quruculuğunxüsusiyyətləri tənqidi surətdə təhlil edilmişdir.
    Kitabda həmçinin N.Nərimanovun V.İ.Leninə və oğlu Nəcəfə məktubu da daxil edilmişdir.
   MÜQƏDDİMƏ
    Mənim gəncliyim, elmi işimin başlanğıcı stalinçiliyin despotik illərinə təsadüf etmişdir. O illərdə ölkədə və Azərbaycanda marksizmin məşhur müddəası eybəcərləşmiş şəkildə - «Şüuru varlıq deyil, döymək təyin edir» - geniş yayılmışdı. Bu sözləri Stalin1 cəlladlarından biri Bağırovun2 dilindən eşidənlərin bəziləri hələ sağdır. Stalin, Beriya3, Bağırov və bu dəstənin digər üzvləri adamları döyür, məhv edir, tapdalayır, ömürlük şikəst edirdilər.
    Elə bu cür siyasi canilər N.Nərimanova millətçi damğası vuraraq, var qüvvələri ilə çalışırdılar ki, onun adı tariximizdən silinsin, kitabları, fikirləri və işləri unudulsun. N.Nərimanovun «Ucqarlarda inqilabımızın tarixinə dair» məruzəsini oxumaq ilk dəfə mənə 1951-ci ildə nəsib olmuşdur. Mən onu xəlvətdə, kənar gözlərdən gizlədərək oxuyurdum. Bilirdim ki, risq edirəm, lakin səmimiyyətlə, ehtiras və mərdliklə yazılmış sətirlərdən ayrıla bilmirdim. Yalnız 66 il keçdikdən sonra bu məruzə 1990-cı ildə ilk dəfə rus dilində kitab şəklində* nəşr edilmişdir.
    * N. Narimanov. «K istorii naşeü revolöüii v okrainax» (PİSĞMO İ.V.Stalinu). Qurum naüionalğnoqo tvorçestva Azerbaydjana. Baku, 1990 q.
    N. Nərimanovun «Ucqarlarda inqilabımızın tarixinə dair» məruzəsi məxfi sənəd olub RK(b)P MK-ya İ. V. Stalinə, surətləri isə L. D. Trotski4 və K. B. Radekə5 göndərilmişdi. Sənəd 1923-cü ilin iyununda təqdim edilmişdi. Sonralar, yəni 1923-cü il dekabrın 23-də və 1924-cü il mayın 27-də N. Nərimanov bu sənədə iki əlavə də etmişdi ki, bu əlavələr haqqında ayrıca danışılacaqdır.
    «MK-ya geniş məruzə»-oğluna yazdığı yarımçıq məktubda Nərimanov öz qeydlərini belə adlandırırdı- çox emosional, ürək ağrısı ilə, birnəfəsə yazılmışdır. Lakin sənədin mətnindən görünür ki, onun məzmunu müəllifi uzun müddət düşündürmüş, çoxdan olub keçmiş hadisələri yada salmış, ötüb keçmiş illəri hafizəsində canlandırmışdı.
    Sənədin titul vərəqində belə bir qeyd var: «III (sonuncu) variant.». Özünün geniş məruzəsini müəllif «Ucqarlarda inqilabımızın tarixinə dair» adlandıraraq onu iki hissəyə ayırmışdır: 1. Şərq məsələsi və 2. Azərbaycapda vəziyyət. Lakin yazılanlar müəllifin müəyyən etdiyi mövzudan daha genişdir.
    N. Nərimanov milli siyasət, Azərbaycanda milli dövlət quruculuğu, fəhlə sinfi ilə kəndlilərin ittifaqı, sol kommunistlərin milli məsələdəki əyintilərinə qarşı mübarizə məsələsi kimi çox vacib məsələlər haqqında öz fikirlərini bildirir.
    Mətnin ancaq birinci və əsas hissəsini məktub adlandırmaq olar. Dekabr 1923-cü il və may 1924-cü il tarixləri qoyulmuş çoxsəhifəli iki əlavə bir qədər fərqlidir: bu hissədə etiraf elementləri daha çoxdur, ifadə tərzinə görə isə daha emosional və sərbəstdir.
    Ümumiyyətlə, mətnin emosional tonusu çox yüksəkdir, ifadə tərzində ardıcıllığın olmamasını, mulahizələrin yarımçıqlığını da, mən deyərdim, müəllif fikrinin dağınıqlığını da bununla izah etmək olar.
    Ola bilər ki, onun fikirlərilə, hadisələrə, bu hadisələrdə iştirak edən adamlara verdiyi qiymətlə bu gün hamı mübahisəsiz razılaşmasın, lakin bir şey aydındır ki, N. Nərimanov möhkəm əqidəli beynəlmiləlçi və alovlu vətənpərvərdir.
    «RK(b)P MK arxivində yəqin ki, mənim məruzələrim qalır, mən bu məruzələrimdə Türküstanda bizim siyasətimiz haqqında, bizim Əfqanıstana, Türkiyəyə, İrana münasibətimiz barədə öz fikrimi ardıcıl olaraq söyləmişəm.
    Bütün bu məruzələrin əsas qayəsini belə bir mülahizə təşkil edir ki, biz Qərbə həddən artıq aludə olub Şərqdən uzaqlaşırıq...»-N. Nərimanovun qeydləri bu cür başlanır.
    Gənc Sovet dövlətinin Şərq siyasəti N. Nərimanov üçün dərin tədqiqat mövzusu olmuşdur.
    Şərq siyasətinin problemləri yalnız xarici dövlətləri deyil, Şərqi sovet respublikalarını da cəlb edirdi. Sovet Şərqi xalqlarının öz müqəddəratını təyin etməsi problemi daha çox fikir ayrılığı və çətinliklər doğururdu. Bu məsələlərlə əlaqədar olaraq N. Nərimanov dəfələrlə V. İ. Leninə məruzələr yazmış, sonra isə İ. V. Stalinə də müraciət etmişdi. Türküstandakı, xüsusilə də Buxaradakı vəziyyətlə bağlı o yazır:
    tuturdu.
    Azərbaycanda sovet hakimiyyətinin ilk illərində və sonralar da özünü göstərən bu «nöqsanlar» Nərimanovu çox düşündürürdü. Məruzəsində ürək ağrısı və hiddətlə yazırdı ki, onun olmamasından istifadə edən (bu zaman Nərimanov Genuyada idi) bəzi respublika rəhbərləri matəm günlərində «şaxsey-vaxsey» yürüşünü qadağan etmişlər. Nəticədə isə əsgərlər və fəhlələr arasında silahlı toqquşma olmuşdur.
    Nərimanovun fikrincə ateizm işində inandırma və izahetmə metodu əsas olmalıdır.
    Məruzəsində N. Nərimanov yazırdı: «Mən qəti olaraq repressiya əleyhinə idim, lakin bununlə belə biz məscidləri gəzib qara camaatı dilə tuturduq ki, küçələrdə özlərinə işgəncə verməsinlər. Bir nəticəsi oldumu? Qəti surətdə bildirirəm ki, nəticəsi oldu Məsciddə çox nüfuzlu bir molla bu günlərdə küçələrdə özlərinə işgəncə verənlərin hərəkətlərini möhkəm tənqid etməyə başladı. Lakin buna baxmayaraq bu il özlərinə işgəncə verənlər oldu». Daha sonra o, davam edirdi: «Dinə qarşı materialist kimi çıxış etmək bir şeydir. Bu mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə tətbiq etmək başqa şey».
    Nərimanov hesab edirdi ki, «ancaq vəzifə almaq xatirinə kommunizm ideyalarını yayanları» cəzalandırmaq lazımdır.
    Şərq respublikalarındakı «əyintilərin» Sovet hakimiyyəti üçün təhlükə doğura biləcəyini başa düşən N. Nə-rimanov təklif edir ki, onu Genuya konfransında iştirak etməkdən azad etsinlor. O, hesab edir ki, hazırkı vaxtda Tatarıstan, Başqırdıstan və Qırğızıstandakı işlər daha mühüm əhəmiyyətə malikdir.
    Genuyadan qayıtdıqdan sonra o, Orta Asiya respublikaları haqqındakı məktubuna İ. V.Stalinin münasibətilə maraqlanır. Nərimanovun yazdığı kimi «...o, (İ. V. Stalin - P. Ə.) həmişəki kimi mənim irəli sürdüyüm ümumi vəziyyətlə razıdır, lakin bir çox mülahizələrə görə əməli bir iş görülməsini gözləmək lazım deyil...». «Bir çox mülahizələrin» arxasında nə gizləndiyini N. Nərimanov açıb ağartmır.
    Azərbaycan Respublikası Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivində yeni tapılmış sənəddən məlum olur ki, 1922-ci il avqustun axırında Nərimanov Türküstana səfər etmiş, xüsusilə Buxarada işlərin vəziyyətilə tanış olmuşdu.
    Milli məsələdə federalizm prinsipləri mevqeyində duran N. Nərimanov S. M. Kirovun6, G. K. Orconikidzenin7, M. D. Hüseynovun8, L. Mirzoyanın9, A. Mikoyanın10, Ə. Q. Qarayevin11, R. Axundovun12 bu nöqteyi-nəzərilə şərik deyildi ki, Azərbaycana müstəqillik lazım deyil və o muxtariyyət kimi RSFSR-in tərkibinə daxil olmalıdır.
    N. Nərimanov üçün beynəlmiləlçilik və vətənpərvərlik - sosializmin inkişafında bir-birindən ayrılmaz və obyektiv prosesdir, Sovet İttifaqının inkişafı, sovet adamlarının tərbiyəsi üçün əsas şərtdir. Bu prinsipləri rəhbər tutan N. Nərimanov Azərbaycanda yaranmış ağır vəziyyət üçün narahat olurdu. 20-ci illərdə burada «azərbaycanlı fəhlə kommunistlərin, ana dili dərslərinin sayı» süni surətdə azaldılırdı.
    Öz məktubunda o, məktəb, uşaq evləri, fabrik-zavod məktəbləri, azərbaycanlı təqaüdçü tələbələr haqqında statistik məlumatlar gətirir, tərkibinin çox az faizini yerli əhali təşkil edən Bakı Sovetinin məsul işçilərinin siyahısını göstərir. Bu məlumatlar N. Nərimanovu çox narahat edir. Milli siyasətin təhrif edilməsi fəhlə mühitində millətlərarası ziddiyyətlər doğurur, «yerlərdə Mərkəzə inamsızlıq yaradır» ki, bu da Nərimanovun qayğısını artırır. Böyük incəlik və nəzakət tələb edən milli münasibətlər həm də iqtisadi bərabərlik, daha çox məişət şəraiti üzərində qurulur.
    «Türküstandakı siyasətimizə mənim nə qədər əhəmiyyət verdiyimi məruzəmdən görmək olar ki, burada mən yol. Stalinə Genuyaya qədər, yerlərdə özümüzün yaratdığımız nöqsanlarla tanış olmaq üçün mənimlə birlikdə Türküstana yola düşməyi təklif etdim».
    Bu haqda danışarkən Nərimanov əməkçilərin dini hisslərinin təhqir edilməsi, ateist təbliğatı keçirilərkən dindarlarla fərdi iş aparmaq əvəzinə zor göstərmək metodlarından istifadə hallarını nəzərdə N. Nərimanov çox kəskin hiss edir ki, gündəlik həyatdakı ən xırda sapmalar belə, millətlərarası münasibətdə dərin iz qoyur, milli özünəqapılma doğurur. Buna görə də o, Siyasi Büro qarşısında məsələ qaldırır ki, neft məhsullarının müəyyən faizi Azərbaycan üçün ayrılsın. Bununla əlaqədar Nərimanov məktubunda yazır: «Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, azərbaycanlı vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığını görəndə... tənə, ittiham eşitməyə məcbur olursan...
    Mən həmişə bu nöqsanları göstərirdim və əlbəttə, «millətçi» adını qazanmışam».
    Partiyada parçalanmanı ağlına belə gətirməyən Nərimanovu respublika partiya təşkilatında işlərin vəziyyəti çox narahat edir. Bu sətirlər necə də acı səslənir: «Beləliklə, qəza baş verənə qədər özümüzü aldatmaqla məşğul olacağıq.
    Bütün bunları bu sənəddə ona görə göstərirəm ki, partiyamızın tarixi bizim iflasa uğramağımızda kimin haqlı, kimin günahkar olduğunu bilsİn. Qabaqcadan demək olar ki, biz uçurumun kənarındayıq».
    Mərkəzi Komitəyə yazdığı məruzəsində N.Nərimanov təkcə işlərin vəziyyəti haqqında danışmamış, həm də ayrı-ayrı partiya xadimlərini xarakterizə etmişdi. Buna görə də İ. V. Stalin onu məzəmmət etmişdi ki, «məruzədə şəxsiyyətlərə toxunmaq lazım deyildi». Mövcud ixtilaflar S. Orconikidze ilə münasibətlərə də aid idi, onun arxlsında isə Nərimanovun yazdığı knmi «yol. Stalin dayanırdı».
    Sözlərini konkret faktlarla təsdiq edən N. Nərimanov bu və ya digər problemlərə, Azərbaycanın bəzi partiya rəhbərlərinin fəaliyyətinə qiymət verərkən ola bilər ki, subyektivliyə yol vermişdi. Lakin öz şübhələrini, narazılıq və iradlarını yüksəlişdə olan baş katibə deməyə cəsarət edən adamın mərdliyinə heyran olmamaq mümkün deyil.
    «Bu məruzə 1923-cü ilin yayında MK-ya təqdim edilmişdi. Partiyamızın həyatında baş verən hadisələrin gedişi bu materialın gələcəkdə tarixi bir sənəd kimi əhəmiyyət kəsb edəcəyini göstərir.
    Mən bu əlavəni 1923-cü il dekabrın 23-də, bu məruzənin MK-ya təqdim edildiyi vaxtdan 6 ay keçdikdən sonra edirəm və mənim demək olar ki, bütün mülahizələrim həyata keçdi». Haqqında N. Nərimanovun bu cür yazdığı sənədin sonrakı taleyi necə oldu?
    N. Nərimanovun yazdığı əlavədə göstərilir ki, bu məruzə ilə əlaqədar Bakıya komissiya göndərilmişdi. Komissiyanın işinin yekunları RK(b)P MK Siyasi Bürosunun iclasında dinlənildi və təklif edildi ki, münaqişə bitmiş hesab olunsun, Nərnmanova isə siyasi etimad göstərilsin. Buna sübut olaraq o, RK(b)P MK üzvlüyünə namizədlikdə, SSRİ MİK-nin sədrlərindən biri olaraq qaldı. Məruzədən də məlum olur ki, Nərimanova heç bir partiya cəzası verilmədi. Komissiya üzvlərindən birinin - Yaroslavskinin13 «Pravda» qəzetində Azərbaycandakı vəziyyət haqqında çıxışı N. Nərimanovun məruzəsindəki nəticələrlə eyni idi.
    N. Nərimanov yazırdı: «Mən məruzəni «Ucqarlarda inqilabımızın tarixinə dair» adlandırıram. Və Azər-baycanda bu və ya digər rol oynamış şəxsiyyətlər gələcək nəsillər üçün xarakterizə edilməliydi...
    Əgər əlverişli şərait yaranarsa, mən «Ucqarlarda inqilabımızın tarixinə dair» qısa məktublarımı bu tərkibdə təkcə MK üçün deyil, gələcək nəsil üçün davam etdirərəm. Mən əminəm ki, bizim ideyamız qalib gələcəkdir. Bəlkə də biz öləcəyik, lakin ona görə öləcəyik ki, yenidən həyata qayıdaq. O zaman mənim qısa məktublarım gələcək kommunist rəhbərlər üçün faydalı olacaqdır».
    ...Yeni həyat hazır nümunələr üzrə qurulmurdu. İnqilabi dəyişikliklər sosializmə doğru inkişafın yollarını, hərəkət üsullarını dəqiqləşdirmək zərurəti yaradırdı. Prinsipcə yeni ictimai quruluşun əsas məsələlərindən biri azad millətlərin federasiyasını möhkəmləndirmək, onları könüllü surətdə «yalansız və silahsız» birləşdirmək idi.
    Yerlərdəki vəziyyətə yaxşı bələd olan, «Şərq» respublikalarında milli şəraitin özünəməxsusluğunu başa düşən N. Nərimanov adamların milli hisslərinə kobudluqla müdaxilə etməyin təhlügəli olduğunu həssaslıqla duyurdu. Bu, mərkəzlə ucqarlar arasında nifaq doğura bilərdi. O, milli hisslərə və milli münasibətlərə aid olan bütün məsələlərdə son dərəcə ehtiyatlı və nəzakətli olmaq prinsipinə həmişə sadiq qalırdı.
    Mövcud problemləri tözliklə, birdəfəyə həll etməyə çalışanlar inandırırlar ki, sərt mərkəzləşdirmə səmərəlidir, amirlik metodları - ən yaxşı metodlardır. Nərimanov isə həmişə bunun əleyhinə idi. Bu gün bizə məlum hadisələrin mövqeyindən baxanda aydın olur ki, Azərbaycan və Zaqafqaziya partiya təşkilatlarının bəzi rəhbərlərilə Nərimanov arasındakı həmin məsələyə dair ixtilafların əsas səbəbi bu sahədəki əyintilər idi.
    Yetmiş səhifədən bir qədər artıq olan bu məruzədə Nərimanov dəfələrlə təkrar edir ki, öz fikir və müşahidələrini gələcək iəsillərə, deməli, bizimlə sizə, əziz oxucu, çatdırmaq istəmişdir.
    Məktubun mətni bütünlüklə verilmiş və fikrin ifadə tərzi olduğu kimi qalmışdır. Müəllif abbreviaturası - BEKA, FEKA, EMKA saxlanmışdır. BEKA - Azərbaycan kommunist partiyası Bakıkomitəsi. FEKA - Azərbaycan Fövqəladə komissiyası (Az. FK), EMKA - AK(b)P-nin Mərkəzi Komitəsi. Mətndə sözlərin altından xətt çəkilməsi, sözün seyrək hərflərlə yazılması, nöqtələr Nərimanova məxsusdur. Mətnə mənaya görə çatmayan sözlər əlavə edilmiş və bu sözlər böyük mötərizəyə alınmışdır.
    Kntaba daha iki sənəd - N. Nərimanovun V. İ. Leninə Mvktubu və Böyük Vətən müharibəsində həlak olmuş oğlu Nəcəf Nvrimanova bitməmiş məktubu da əlavə edilmişdir.
    Bu iki məktubda N.Nərimanov bolşevizmin labüd məhvi haqqında İ.V.Stalinə yazdığı məktubunun mətnini daha da konkretləşdirir.
    Akademik Püstəxanım ƏZİZBƏYOVA
   
   
    III variant
    (axırınçı)
    Surəti
    Murtuzov 2-18-31
    otaq № 44.
    Məxfi
    MƏRKƏZİ KOMİTƏYƏ
    Yol.[İ.V.] STALİNƏ
    Surəti:Yol.[L.D.] TROTSKİYƏ
    Yol.[K. B.] RADEKƏ
    UCQARLARDA İNQİLABIMIZIN TARİXİNƏ DAİR
    1) Şərq məsələsi.
    2) Azərbaycanda vəziyyət.
   
    İyun 1923 - 27 may 1924-cü il.
    1919-1920-ci illərdə RSFSR Xalq xarici işlər komissarlığı yanında Şərq şöbəsinin müdiri olduğum zaman, mən yol. Çiçerinin14 Şərq siyasətini düzgün başa duşməməsi barədə dəfələrlə qeyd etmişəm.
    RKP MK arxivində yəqin ki, mənim məruzələrim qalır, bu məruzələrimdə Türküstanda siyasətimiz haqqında, bizim Əfqanıstana, Türkiyəyə, İrana və s.15 müiasibətimiz barədə öz fikrimi ardıçıl olaraq söyləmişəm.
    Bütün bu məruzələrin əsas qayəsini belə bir mülahizə təşkil edir ki, biz Qərbə həddən artıq aludə olub Şərqdən uzaqlaşırıq və inqilabımızın ilk günlərində bizim çağırışlarımızla qazanılan nə varsa onu itiririk. Qazanılan isə çox şey olmuşdu: bizim məzlum Şərqi xarici zülmkarlardan azad etmək və Şərqə öz həyatı ilə azad yaşamaq imkanı vermək vədimiz hamını Sovet Rusiyası ətrafında birləşdirirdi.
    Butün diqqət bizim tərəfə yönəldilmişdi və elə bir an var idi ki, Şərq siyasətini düzgün yürütsəydik, biz indi Avropaya hökm edə bilərdik. Hələ 19-cu ildə bu məruzələrdən birində mən deyirəm: «Yoldaş Çiçerin radio vasitəsilə Qərbdə sosial inqilab doğurmaq istəyir, lakin bu indi olmayacaq, belə ki, biz dağıdıcı müharibədən sonra kapitalistlərə öz fəhlələri ilə «razılaşmaq» imkanı vermişik, buna görə də Avropada sosial inqilab uzun sürən xarakter daşıyacaqdır və i. a.»
    MK çox güman ki, mənim bu sözlərimə əhəmiyyət vermirdi, lakin bir ildən artıq keçdikdən sonra, əgər səhv etmirəmsə, bu fikri Kominternin konfransı* təsdiq etdi.
    * Görünur N. Nərimaiov Kominternin III konqresinin (iyun-iyul 1921-ci il) qərarlarını nəzərdə tutur.
    Bundan sonra yol. Çiçerin mənə yazır ki, indi biz Şərq siyasətinə xüsusi diqqət yetirməli oluruq və «Məzlum Şərqin azadlığı» şüarı günün şüarıdır və i. a.16
    Bəlkə Şərq xalqları qurultayının çağırılması buna görə olmuşdur17.
    Qurultayın ümumi təəssüratı belə idi: biz Şərq xalqları nümayəndələrinə göstərmək istəyirdik ki, necə gözəl və çox danışmağı bacarırıq, bizdə fotoqrafiya işi necə təkmilləşib ki, natiqləri bütün pozalarda çəkirlər və... başqa heç bir şey.
    Lloyd Corc18, Şərq xalqları nümayəndələrinin əllərində siyrilmiş xəncərlər, revolverlər, qılınclar, bıçıqlar tutub Avropa kapitalına hədə-qorxu gələn fotoşəkli alıb, yəqin ki, gülümsəmiş və yol. Çiçerinə yazmışdır: «Biz Sovet Rusiyası ilə ticarət əlaqələrinə dair danışıqlar aparmağa razıyıq».
    Bundan sonra mən yol. Çiçerindən ikinci məktub alıram, bu məktubda o, yazır ki, İran inqilabçılarına hər cür köməyi dayandırmaq lazımdır, belə ki, bu, İngiltərə ilə əlaqə yaratmaqda bizə mane olur.
    Mən təsdiq edirdim ki, İranda azadlıq hərəkatını biz öz əlimizlə boğmuşuq, ona görə ki, Lloyd Corca belə lazım idi. Ona görə ki, Şərq siyasətini yoldaşlarımızın bəziləri belə başa düşürdülər.
    Əslində yol. Çiçerinlə mənim məqsədim bir idi, yəni Avropada töz bir zamanda sosial inqilab doğurmaq və bununla da vəziyyətimizi xilas etmək.
    Mən təsdiq edirdim ki, bunu hökmən Şərqdən başlamaq və bununla da Avropa kapitalizmini yağlı tikədən məhrum etmək, töz bir zamanda işsizlik yaratmaq, Avropanın ticarət-sənaye həyatında böhranı dərinləşdirmək, gücləndirmək lazımdır.
    O isə, əksinə, Şərq məsələsini düşünmədən, təbliğat və Avropa kapitalı ilə yaxınlaşmaq yolu ilə Qərbi inqilab atəşilə alovlandırmaq istəyirdi.
    Genuya19 və sonrakı Haaqa20 konfransları zamanı olan yaxınlaşma və təbliğatdan yaxşısı olmayacaqdır.
    Nəhayət, biz Avropanın sənaye həyatında iqtisadi böhrana, əsas etibarilə, Versal müqaviləsinin21 nəticələrinə ümid bəsləyirdik... Lakin Fransanın Almaniyaya münasibətində bütün vəhşiliklərə baxmayaraq, Rurda fəhlələrin güllələnməsinə baxmayaraq, yenə də alman proletariatı Fransa və Almaniya burjuaziyasının səhnə arxasında gedən oyununa hal-hazırda sakitcə dözür...
    Bununla belə, hadisələrin bütün gedişi mənim müla-hizələrimi təsdiq edir.
    Nəhayət, Genuyaya yola düşməzdən qabaq yenə də Şərqdə22 bizim siyasətimiz mövzusunda mən yol. Stalinə məruzə təqdim etmişdim ki, burada təxminən aşağıdakıları qeyd edirəm: «Genuya bizə heç bir şey verməyəcəkdir. Avropanı güzəştə getməyə məcbur etmək üçün, Şərq məsələsini düzgün səmtə yönəltmək vacibdir. Lakin bizim indiyə qədər yol verdiyimiz böyük səhvlərin nəticəsidir ki, Şərq daha bizə inanmır, o, məzlum kütlə simasında bizdən üz döndərmişdir, mən səhvlərin düzəldilməsi işinə ucqar respublikalarda, xüsusilə Türküstanda və Buxarada23 başlamağı təklif edirəm. Yeri gəlmişkən 19-cu ildən bütün məruzələrimdə Əfqanıstanla daha sıx əlaqə yaratmaq, Hindistanda daha da müvəffəqiyyətli inqilabi iş məqsədilə mən həmişə Türküstana diqqət yetirirəm ki, bu da Lloyd Corcun bütün planlarını alt-üst edərdi.
    Əfqanıstanla24 əlaqə yaratmaq haqqında məruzəmi yol. Leninin necə diqqətlə dinlədiyini mən indi xatırlayıram. Mən bu məruzədə, yeri gəlmişkən, belə bir fikir yürüdürdüm ki, bizim işğalçılıq məqsədi güdmədiyimizi əfqan kütlələrinə sübut etmək üçün çarizm dövründə Əfqanıstanla Rusiya arasıpda çəkişmə üçün bır bəhanə olan məlum torpaq sahəsindən keçmək vacibdir.
    İngiltərə bu məsələdə Əfqanıstanı həmişə müdafiə edir və bununla da ona Rusiyanın işğalçılıq cəhdlərini sübuta yetirirdi.
    Yol. Lenin, bu məsələ ilə tanış olduqdan sonra, mənə dedi: «Burada çox danışmayacağıq, verəcəyik. Mənim adımdan yol. Çiçerinə çatdırın ki, bu məsələ ixtilafa səbəb olmasın...»
    Yol. Çiçerin məni dinləyib dedi ki, hərbi idarənin rəyi olmadan heç bir şey demək olmaz və deyəsən, hərbi idarəyə veriblər, o da məsələyƏ hərbi nöqteyi-nəzərdən yanaşmışdır, yəni Əfqanıstana rədd cavabı vermişdir.
    Elə bu məqamda yol. Karaxan25 əlavə edib Əfqanıstan səfirinə demişdi: «Hələ məlum deyil, Buxara Respublikasına müstəqil yaşamağa imkan verəcəyikmi».
    Əfqan səfiri öz təəccübünü mənə bildirib dedi ki, bundan sonra sizin sözlərinizə, yol. Leninin imzaladığı müraciətlərə inanmaq olarmı?
    Mənim tərəfimdən bu barədə Leninə məlumat verilmişdi. Sonra nə oldu, bilmirəm.
    Amma onu bilirəm ki, Əfqanıstanda İngiltərənin caynaqlarından xilas olmaq üçün Sovet hakimiyyətinin (Rusiyanın) qolları arasına atılmaq qəti qərara alınmışdı.
    Yəqin ki, bizdən ümidini kəsən əfqan səfiri qəti bildirmnşdi ki, o, Avropaya, İngiltərəyə gedir.
    Yol. Çiçerinin Moskvadan Avropa ilə nəqliyyat əlaqəsinin olmaması cavabına, səfir Kabilə qayıdıb və oradan Avropaya getmək haqqında qərarını bildirmişdi. Bunu etməməsi uçün nə qədər səy göstərmişdim.
    Türküstanda bizim siyasətimizə və sonra oradan Əfqanıstanla əlaqə yaratmağa nə qədər ciddi əhəmiyyət verdiyimi məruzəmdən görmək olar ki, burada mən yol. Stalinə Genuyaya gedənə qədər yerlərdə bizim özümüzün yaratdığımız26 nöqsanlarla tanış olmaq üçün mənimlə birlikdə Türküstana yola düşməyi təklif edirdim.
    Türküstandakı, Buxaradakı sonrakı hadisələr və Ənvərin27 avantürası - bütün bunlar məhz onun nəticəsidir ki, indiyədək biz Şərq məsələsində istiqamət götürə bilməmişik.
    Genuyadan sonra mən yol. Stalindən soruşdum, mənim sonuncu məqaləmi oxumuşdurmu?
    O, cavab verdi ki, oxumuşdur və ümumiyyətlə, o mənim fikrimlə razıdır. Daha sonra mən bu mövzu barədə danışmadım, çünki hiss etdim ki, həqiqətən o, həmişəki kimi mənim irəli sürdüyüm ümumi vəziyyətlə razıdır, lakin bir çox mülahizələrə görə əməli iş gözləmək lazım deyil...
    Burada mən bir çox məsələlərə toxunmuram, ona görə ki, inqilabımızın tarixini tamamlamaq üçün onlar haqqında bir qədər sonra ayrıca və daha ətraflı söhbət açacağam, lakin toxunulmuş məsələ ilə əlaqədar olaraq mən elə burada Azərbaycanda da bizim siyasətimiz haqqında söz açmağı lazım bilirəm.
    Mən burada 19 və 20-ci illərdə Azərbaycanın sovetləşdirilməsinə qədər yazdığım məruzələrim haqqında qəsdən xatırlatdım.
    Bu, bizim Şərq siyasətimizə dair öz fikirlərimin həyata keçirilməsində nə qədər ardıcıl olduğumu göstərəçəkdir.
    19-cu ilin əvvəlində, Həştərxanda müalicədə olduğum zaman mən türk dilində «Biz Qafqaza hansı şüarla gedirik»28 başlığı altında kitabça buraxdırmışdım.
    Burada mən yeri gəlmişkən 1918-çi ildə Bakıda bizim hakimiyyətimizin süqutuna gətirib çıxaran böyük səhvləri göstərirdim. Sonra, bu kitabçada Sovet Azərbaycanında gələcək işin planı qısa şəkildə şərh edilir. Bu kitabça Azərbaycanda gizli fəaliyyət göstərən yoldaşlarımız tərəfindən tez bir zamanda yayılır və onların dediyinə görə bu kitabça fəhlə və kəndlilər arasında böyük müvəffəqiyyət qazanmışdı.
    Səciyyəvi haldır ki, indi Azərbaycanın kəndliləri və fəhlələri, əsas etibarilə müsavatçılar bu kitabçadan sitat gətirərək, mənə çatdırmaq istəyirdilər ki, hər şey kitabçada deyildiyi kimi həyata keçmir.
    Bu kitabça ilə birlikdə mən Azərbaycanda baş nazir* Usubbəyova29 məktub göndərmişdim. Bu məktub sonralar bizim qəzetdə30 tam şəkildə dərc edilmişdi.
    * Nazirlər Sovetinin sədrinə.
    Bu zaman mən Moskvaya RKP MK-ya çağırılmışdım və burada mən Azərbaycanda bizim gələcək işimiz haqqında öz məruzəmlə çıxış etdim (iştirak edirdilər Stasova31 RKP MK katibi; Smilqa32 və familiyası yadımda qalmayan məsul yoldaşlardan biri).
    Ümumiyyətlə məruzənin bütün əsas müddəaları bəyənilmişdi.
    Əsas məsələlərdən başlıca olaraq aşağıdakılar irəli sürülmüşdü:
    1) Qərbdə bizim arzu etdiyimiz inqilabın gecikdiyini və uzun sürən xarakter daşıyaçağını nəzərə alaraq, biz gərək Şərqlə əlaqə yarldpq ki, Avropanı bizimlə danışmağa məcbur etmək məqsədilə cəbhəni yarıb bununla da mühasirədən çıxaq.
    2) Azərbaycanı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli, yerli şəraitlə hesablaşmalı, müstəqil nümunəvi Sovet respublikası yaratmalıyıq ki, Şərq zəhmətkeşləri, birincisi; bizim işğalçı imperialist məqsədlərimizin olmadığını bilsinlər və ikincisi; onlar görsünlər və hiss etsinlər ki, öz həyatlarını xanlarsız, bəylərsiz və başqaları olmadan qura bilərlər.
    3) İri sənaye müəssisələrini ələ keçirərək, kiçiklərə toxunmamaq və ticarətə icazə vermək.
    O zaman mən axırıncı bəndin ümumrusiya miqyasında da həyata keçirilməsini hələ cəsarətsiz təklif edirdim.
    Mən hələ o zaman qəti əmin idim ki, biz buna gəlib çıxacağıq, lakin belə bir fikri yaxın qoymurdum ki, bizim rejimdə kücələrdə sərxoşlar uzanıb qalacaqlar...
    Beləliklə, Qafqaza yola düşüb, orada müstəqil nümunəvi Sovet respublikası təşkil etmək və bununla da Şərqə pəncərə açmaq üçün mənə lazım olan vaxt gəlib keçdi (bir ildən sonra).
    Yola düşməzdən qabaq yol. Lenin məni qəbul etdi və yuxarıda göstərilmiş layihəmi bəyəndi, xeyir-dua verdi.
    Bakıya gedən zaman hələ yblda ikən öyrəndim ki, Bakı bizim qoşunlarımız tərəfindən alınmışdır.
    Bu, bir qədər dəqiq deyil.
    Bizim qoşunlar maneəsiz şəhərə girmiş və əhali onları mehribancasına qarşılamışdı.
    Sən demə, müsavat hökuməti, hər şeydən naümid olub, akt tərtib etmişdi, burada deyilirdi ki, hakimiyyət müsəlman kommunistlərə verilir...
    Biləcəridə məni bəzi yoldaşlar qarşıladılar və görünür mənim gəlişimə çox sevinirdilər.
    «Bəlkə Sizə qədər olan biabırçılıqlara son qoyulacaqdır».
    Onlar belə dedilər.
    Mən onları sakitləşdirdim və gələcək çətin işdə mənə kömək etməyi xahiş etdim.
    İnqilab Komitəsinin Rəyasət Heyəti o zaman məndən (sədrdən), Mirzə Davud Hüseynovdan (müavindən) və bir nəfər üzv Qarayevdən ibarət idi.
    «Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər».
    Bəzi yoldaşlar məni (onların arasında nə Qarayev, nə Hüseynov var idi) bu sözlərlə qarşılamışdılar.
    İşlərlə tanış olduqdan sonra, mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən yol. Pankratovu33 dəvət etdim.
    Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin.
    Mirzə Davud Hüseynov və Qarayev bunun əleyhinə çıxdılar.
    Beləliklə, hər şey əvvəlki kimi davam edirdi...
    Sonra, Moskvaya yola düşməzdən əvvəl yol. Orconikidze nəyə görə isə Mərkəzi Komitədə belə bir məsələ qoydu:
    «Azərbaycan respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır?».
    MK üzvləri - Qarayev, M. D. Hüseynov belə bir fikir irəli sürürdülər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına34 birləşdirməliyik...
    Sonra Orconikidze mənə müraciət etdi və soruşdu: «Bu məsələ barədə siz nə fikirləşirsiniz, Sizin rəyiniz mənim üçün vacibdir».
    Mən qəti şəkildə bildirdim: «Azərbaycan respublikası Gürcüstan və Ermənistan sovetləşdirilənədək müstəqil olmalıdır, sonra isə baxarıq...»
    Daha bir hadisə məni vadar etdi ki, ətrafımdakılara - Azərbaycanın taleyini həll edənlərə diqqət yetirim.
    Bir dəfə, məşhur, hörmətli bir qadın gözü yaşlı yanıma gəlib ailəsinin namusunu qorumağı xahiş edir.
    O aşağıdakıları danışdı:
    «Hökumət üzvü M. D. Hüseynov qızıma evləiməyi təklif etmiş, lakin qızım ona rədd cavabı verib - başqa birisinə, elə onun yoldaşına ərə getməyə hazırlaşır.
    İndi hər gecə EFKA*-nın agentləri evimə girib axtarış aparır və mənim evimdə gələcək kürəkənimi axtarırlar. Uşaqlar tamam əsəbi olublar və demək olar ki, gecələr yatmırlar.
    Mən bildirirəm ki, bu, M. D. Hüseynovun işləridir, xahiş edirəm məni müdafiə edin və i. a. və i. a.».
    * EFKA - FK – fövqəladə komissiya (ÇK).
    Onu sakitləşdirib Hüseynovu yanıma çağırdım və bu əhvalatı ona danışdım.
    O qıpqırmızı oldu, başını aşağı saldı və mənim qəti xəbərdarlığımdan sonra dedi:
    «Arxayın olun, daha bu, təkrar olmayacaqdır».
    Bir müddət keçdikdən sonra, yenə bu qadın gəlib onu daha heç kimin narahat etmədiyini bildirdi və mənə təşəkkür etdi.
    Bu əhvalat məni belə bir sual üzərində düşünməyə məcbur etdi, mən kimlərlə işləyirəm və Azərbaycanın taleyi kimlərin əlindədir.
    Buna qədər mən Hüseynovun və onun məsləkdaşı Qarayevin çıxışlarına o qədər də əhəmiyyət vermirdim, lakin bilirdim ki, Hüseynov müsavat partiyasının keçmiş katibi kimi və Qarayev menşevik kimi 18-ci ildə bizə qarşı çıxış edirdilər.
    Mən Qarayevi yetkinləşməmiş bir oğlan uşağı kimi, lakin Hüseynovu aşkar, qatı millətçi kimi tanıyırdım. Hələ dünənə qədər o, Hüseynov, məni ona görə söyürdü ki, mən bir kommunist kimi 18-ci ildə azərbaycanlı kütlələrə Rusiya fəhlələrilə birləşməyi təklif edərkən, milətin mənafeyini satmışam.
    İndi isə 20-ci ildə o, mənə qarşı çıxış edərək, hər yerdə məni millətçi kimi qələmə vermək istəyir. Hüseynov yol. Çiçerinə yazır:
    «Nərimanov sağ qanadda durur, mənsə sol, belə bir şəraitdə çətin ki, onunla işləmək mümkün olsun».
    Mənim üçün bir şey aydın idi: Hüseynov da, Qarayev də öz keçmişlərindən qorxurdular və hazırda heç bir qüvvəyə malik olmadıqları üçün solluq oyunu oynamalı idilər...
    Onların keçmişini və daxili aləmini bilməyənlər onlara inanıb təqdir edir və elə bilirdilər ki, bununla inqilaba xeyir gətirirlər.
    Mən isə elə fikirləşmişəm və fikirləşirəm ki, ziyan gətirirlər.
    Orconikidze və Kirov Zaqafqaziya respublikalarının iqtisadi şuralarını birləşdirmək barəsində M. D. Hüseynovun bir ay ərzində öz fikrini necə dəyişməsinnn çanlı şahididirlər.
    Onlar* müsəlman fəhlələrinin inkişaf səviyyəsini qaldırmağın zəruriliyi haqqında mənim tələblərimdə milli meyl görürdülər.
    * M. D. Hüseynov,Ə Qarayev nəzərdə tutulur.
    Mən bunu ona görə tələb edirdim ki, Bakıda proletariatın əksəriyyəti müsəlman fəhlələr idi.
    Halbuki, hazırlıqsızlıq və aşağı inkişaf səviyyəsinin nəticəsi olaraq bu əsl proletarlar, rus, erməni fəh-lələri kimi dövlət quruculuğunda iştirak etmirdilər.
    Mən Bakı konfransının tarixi bir iclasını heç vaxt yadımdan çıxarmaram. Bu iclasda yol. Sərkisin35 (BEKA-nın katibi) BEKA-nın fəaliyyəti haqqında məruzəsindən sonra, bir sıra müsəlman fəhlələr çıxış edib eyni şeyi təkrar edirdilər:
    «Yol. Sərkis düz danışmır. BEKA müsəlman fəhlələr üçün heç bir iş görmür, biz yol. Sərkisdən bir neçə dəfə xahiş etmişdik ki, bizim vəziyyətimizə diqqət yetirsin, məktəblər açdırsın, bizim dilimizi bilən komitə katibləri təyin etsin və i. a. və i. a., lakin indiyə qədər heç bir iş görülməmişdir».
    Fəhlələrdən biri öz nitqini aşağıdakı sözlərlə bitirdi:
    «Bu konfrans yol. Sərkisin bizə olan qayğısını göstərir. Baxın, burada nə qədər müsəlman fəhlələr var, nə üçün konfransın yalnız dörddə birini müsəlman fəhlələr təşkil edirlər. Halbuki, partiyaçılar da istisna edilmədən müsəlman fəhlələr daha çoxdur. Mən bildirirəm ki, BEKA gizli fəaliyyət göstərən bir çox müsəlman fəhlələri heç bir səbəb olmadan partiyadan çıxarmışdır».
    Bütün bu nitqlərdən sonra solluq oyunu oynayan Ruhulla Axundov da çıxış etdi və fəhlələri yalançı kimi qələmə verərək Sərkisi mudafiə etməyə başladı.
    Bunu mən BEKA-nın və solluq oyunu oynamağa başlayanların fəaliyyətinin nümunəsi kimi misal gətirirəm.
    Və qəribə deyilmi? RKP Siyasi Bürosunun Azərbaycanda müsəlman fəhlələr arasında iş haqqında məlumdirektivinə baxmayaraq, Qara şəhər kimi bir rayonda musəlman fəhlələr üçün türk dram qruppasının açılışı yalnız 1923-cü il fevralın 18-də oldu, halbuki, elə burada rus dram teatrı iki ildir ki, fəaliyyət göstərir. Şəhərdən uzaqda yerləşən başqa rayonlarda necə? Müsəlman fəhlələr arasında baş vermnş çevrilişdən sonra keçən 2,5 il üçün Mikoyanın, Sərkisin və Mirzoyanın başçılıq etdiyi BEKA-nın işini, nəhayət, yoxlamaq lazımdır. İndiyə qədər solluq oyunu oynamış və oynayanların cinayətkar fəaliyyəti aydın şəkil alardı. O zaman mənim söylədiyim qeyri-normal qarşılıqlı munasibətlərin səbəbi də aydın olardı.
    Yeri gəlmişkən, mən burada qeyd etməliyəm ki, partiyanın dağıdılması yol. Sərkis tərəfindən başlanmış, onun varisi Mirzoyan tərəfindən isə son həddə çatdırılmışdı.
    Hər yerdə casusu olan və ancaq xəbərçiliklə yaşayan Mirzoyan, çox məhdud adam olub BEKA katibi hüquqlarından, bu qrupun fəaliyyətini tənqid etməyə cürət edənlərə qarşı intiqam silahı kİmi istifadə edir. Fəaliyyətimdə ardıcıl olduğum üçün mən belə hadisələrə göz yuma bilmirdim, lakin mənim hər bir çıxışım «beynəlmiləlçi» Sərkis və Mirzoyan tərəfindən milli təmayüllü kommunistin çıxışı kimi şərh edilirdi.
    Halbuki mənim üç məqsədim var idi:
    1) İran üçün müsəlmanlardan işçi kadrlar yetişdirmək.
    2) HazIrlıqlı türk fəhlələri vasitəsilə kəndlə bizim aramızda tez və yaxşı əlaqə yaratmaq üçün.
    3) İndi mövcud olan antaqonizmin sonralar türk və rus fəhlələri arasında olmaması üçün.
    Hal-hazırda antaqonizm cinayət həddinə çatmışdır. Sərkisin, sonra da Mirzoyanın göstərişilə ələ alınmış, daim konfransa seçilən müsəlman fəhlələrdən savayı, yerdə qalan müsəlman fəhlələr həmişə şikayət edirlər ki, onların mənafeyi nəinki heç kim tərəfindən müdafiə olunmur, hətta əllərində zavod komitələri olanlar, yəni ruslar və ermənilər tərəfindən zorakılıq göstərilir.
    Mən iclaslarda rus fəhlələrinə dəfələrlə ərz etmişəm:
    «Yol. rus fəhlələri, siz müsəlman fəhlələrindən daha hazırlıqlısınız, həyatınızın normal keçməsi üçün, hər bir rus fəhləsi on müsəlman fəhləsi hazırlamağa borcludur və ancaq bu halda bizim vəziyyətimiz möhkəm olacaqdır».
    Bunu deyərkən, mən nəzərdə tutmuşdum ki, BEKA əsas işə hərtərəfli yanaşmaq iqtidarında deyildir.
    Mən gələcəyi düşündüyüm bir zamanda, dirijor çubuğu ilə seçilən BEKA-nın tərkibi ancaq indiki, yəni hakimiyyəti necə bölüşdürmək və Azərbaycan miqyasında işin gedişinə necə təsir göstərmək haqqında düşünürdü.
    Adamlar lap solluq oyunu oynayırdılar.
    Azərbaycanın birinci Sovetlər qurultayında37 baş verəni mən heç vaxt yadımdan çıxarmaram.
    Qurultayın rəyasət heyəti (Stasova və Serqo yoldaşlar onun tərkibinə daxil idilər) mənim qısa məruzəmlə qənaətlənməyib, əlavə məruzəçi haqqında təklif qəbul etdi.
    Mənim məruzəm qısa oldu, çünki mən burada həmin qruplar arasında olan çəkişmələrə toxunmurdum.
    Etiraf edirəm ki, mən bunu qəsdən etmişdim, çünki qurultay ərəfəsində nümayəndələrin əksəriyyəti mənə bildirmişdi ki, onlar Qarayev və M. D. Hüseynov kimi şəxslərin Azərbaycanın taleyini idarə etməyə yol verməyəçəklər.
    Mən isə bilirdim ki, Qarayevin və Hüseynovun arxasında «sol» qrup durur. Mən başa düşdüm ki, iş birinçi qurultayın pozulmasına gətirib çıxara bilər. Mən həmin nümayəndələrə qəti bildirdim ki, buna yol verməyəcəyəm və birinci qurultay dinc şəraitdə keçməlidir.
    Onda nümayəndələr onların fəaliyyətini tənqid etməyə icazə verməyi məndən xahiş etdilər.
    Mən cavab verdim ki, tənqid edə bilərsiniz, lakin mən onları müdafiə edəcəyəm, çünki ümumi vəziyyətimiz həyatımızda parçalanma olmamasını tələb edir.
    Beləliklə... «sol qrup» əlavə məruzəçi kimi ən hazırlıqlı marksisti, hər halda bu qrup arasında o, belə bir adam sayılırdı, yol. Lomianadzeni38 irəli sürdü.
    Özünün uzun nitqində o, iki məsələyə toxundu:
    1) Məruzəmdə mənim ixtilaflara toxunmadığım barədə danışdı.
    2) Azərbaycan kəndlərində inqilab baş verməmişdir, bu inqilabı etmək zəruridir, yəni bütün bəy malikanələrini yandırmaq və bununla da kəndlilərə inqilabın baş verdiyini hiss etmək imkanı vermək.
    Birinci sual üzrə mən cavab verdim ki, mən bunu qurultay əksəriyyətinin əhvali-ruhiyyəsini nəzərə alıb qəsdən etmişəm. İkinci suala mən təəccüblə elə sualla da çavab verdim: «Nə üçün yol. Lomianadze məhz bu yolla Azərbaycan kəndlərində inqilab etmək istəyir».
    O mənə eynilə belə çavab verdi:
    «Çünki Rusiyada belə edilmişdir».
    Mən buna etiraz etdim ki, Rusiyada bu, mülkədarları yuvalarından qovmaq məqsədilə edilmişdir, lakin Azərbaycanda bəy və mülkədarların yuvaları çoxdan boşdur, çünki bu yuvaların sahibləri çevrilişin elə birinci günü qaçmışdılar. Kasıb kəndliyə yaxşı olmazmı ki, deyək o, bəyin malikanəsinə köçsün, çünki indi o bu malikanənin sahibidir. Mənim fikrimcə, bu daha yaxşı təsəvvür oyadar və malikanələr salamat qalar.
    Mənim etirazlarımdan sonra, bütün səylərə baxmayaraq müzakirə aparmaq mümkün olmadı: Qarayevi və Hüseynovu danışmağa qoymurdular.
    Hüseynov büzüşdü və mənə nə isə kəkələməyə başladı.
    Mən onu sakitləşdirdim.
    Vəziyyətdən çıxmaq üçün, beş dəqiqə qabaq yol. Lominadzeni mənə qarşı çıxış etməyə təhrik edənləri müdafiə etməyə məcbur oldum.
    Mən bütün bunları öz fəaliyyətimin səciyyəvi cəhəti kimi misal gətirirəm və [çünki] 1) bəylərin hazır, boş malikanələrinə od vurmağı - təkcə ona görə ki, Rusiyada belə etmişdilər - təklif edərək necə solluq oyunu oynamalarını sübut etmək, 2) Azərbaycanda sabit vəziyyəti saxlamaq üçün, mən həmişə, MK-nın iclaslarında öz düşmənlərimin fəaliyyətini tənqid etdiyim halda, böyük rəsmi və qeyri-rəsmi yığıncaqlarda isə onları müdafiə etmişəm.
    Əgər bu adamlarda mərdlik varsa, onlar özləri bunu təsdiq edə bilərlər.
    Bununla yanaşı qarşı tərəfin Şatunovskaya39, Artak40 və başqaları kimi müəyyən casusları var idi ki, partiya və qeyri-partiya yığıncaqlarında mənim adım onların dillərindən düşmürdü.
    Mənim məsləkdaşlarım çox vaxt hərəkətimdən qəzəblənirdilər, onlar açıq döyüşə girməyi məndən tələb edirdilər; mən cavab verirdim ki, bizim vəziyyətimiz buna imkan vermir. Onlar solluq oyunu oynayırlar, lakin mənim gələcəkdə böyük planım vardır.
    Biz var qüvvəmizlə çalışmalıyıq ki, həyatımızda pozğunluq olmasın, heç olmazsa bununla Sovet Rusiyasının vəziyyətini bir qədər yüngülləşdirək. Sovet Rusiyasız biz elə sabah mövcudluğumuza son qoyarıq, buna görə də bizim bütün səylərimiz Sovet Rusiyasının müntəzəm neft almasına yönəldilməlidir.
    Mən solluq oyunu oynayanları və Mərkəzin nümayəndəsi Serqonu da mərdliyə çağırıram ki, desinlər bizim şüarımız bu olmamışdırmı.
    Bəlkə dartayçı müsəlman fəhlələrin tətilini yadlarına salsınlar.
    Onları sakitləşdirib işləməyə kim məcbur etdi?
    Məhz şüar:
    Sovet Rusiyası neftsiz məhv olar, onunla birlikdə isə biz məhv olarıq.
    Hüseynov, Sərkis və ya onların Şatunovskaya kimi casusları müsəlman fəhlələrin yığıncağına belə bir şüarla çıxmağa cəhd edə bilərdilərmi.
    Özümü belə aparmağım nəticəsində həmfikirlərimin bir qismi məni «sol» qrupa münasibətdə zəiflik göstərməkdə ittiham edərək məndən üz döndərdilər.
    Onlar açıq döyüş və ya bu qrupun fəaliyyəti barədə mərkəzə məlumat verməyi tələb edirdilər.
    Mən artıq demişdim ki, birincini mən siyasi mülahizəyə görə rədd edirdim, ikinci məsələ üzrə isə məndən asılı olan hər şeyi edirdim. Mən bir neçə dəfə yol. Leninə, yol. Stalinə yazmışdım, şəxsi görüşlərim zamanı demişdim. Nəhayət, yol. Stalin gələndən sonra, o, məsul yoldaşların yığıncağında, xüsusilə AKP MK iclasında, Azərbaycanda bizim siyasətimiz və taktikamız haqqında mərkəzin fikrini olduğu kimi qeyd etmişdi. Bununla belə, bir cəhət xarakterik idi: öz nitqini qurtardıqdan sonra yol. Stalin Qarayevdən qısa bir məktub aldı:
    «Deməli, qoca haqlıdır» (yəni mən).
    Stalin cavab verdi:
    «Əgər o bunu demişdirsə, onda o, haqlıdır».
    RKP Siyasi Bürosunda mənim məruzəmdən sonra AKP-nin xüsusi direktivləri tərtib olundu.
    Yeri gəlmişkən, deməliyəm ki, Siyasi Büronun iclasında yol. Lenin mənim fikrimi soruşduqda mən dedim:
    «Ya mənə bu qrupla açıq döyüşə girməyə icazə verin, onda mən onu tez məhv edərəm, ya da qoy RKP MK ona solluq oyunu oynamağı qadağan etsin».
    Birincini o qəti rədd etdi: ikinci təklif üzərində dayanaraq, məsələni məşhur direktivlərin tərtib edildiyi komissiyaya verməyi təklif etdi.
    Bu direktivlərlə yol. Molotov41 məxsusi olaraq Bakıya gəlmiş, məsul yoldaşların iclasında çıxış edib direktivlərin əhəmiyyətini onlara izah etmişdi.
    Məni zəif fəaliyyət göstərməkdə ittiham etmək düzgün deyil. Bəzi gənc yoldaşların fitnəkarlıqlarına
    uymamaq üçün mən öz vəzifəmi çox yaxşı başa düşürdüm, sonralar bu yoldaşlar vəzifələrini itirmək qorxusu üzündən, məndən uzaqlaşmışdılar, mən onları alverçi kommunistlər adlandırardım.
    Bunun əvəzində mənimlə 1906 və 1911-ci illərdən stajı olan sınanmış yoldaşlar və bütün müsəlman fəhlələr qaldılar. Kəndlilər haqqında hələ danışmıram.
    Lakin «sol» qrupa haqq qazandırmaq lazımdır, bu qrup gözdən pərdə asmaq üçün həmişə deyirdi:
    «Bizim yol. Nərimanova qarşı heç bir pis niyyətimiz yoxdur, lakin onun ətrafındakılar dözülməzdirlər».
    Qəribə burasıdır ki, bu bəzi «ətrafdakılar» gedəndən sonra, onlar birbaşa sol qrupun qolları arasına düşdülər.
    Yeri gəlmişkən, mənim ətrafımdakılardan biri B. Şahtaxtinski42 idi. Mən onun oğurluğunun üstünü açdıqdan sonra birbaşa Serqonun ağuşuna düşdü, yalnız ona görə ki, məndən xəbərçilik edirdi. Mən sədr Xanbudaqovu43 EFKA-dan əxlaqsızlığına görə qovmuşdum, o isə Mərkəzi Komitənin katibi seçilmiş və indi də bu vəzifədə kef çəkir... Buna bənzər misalları çox gətirmək olardı.
    Əgər buna qalarsa, biz hələ aşağıdakıları da qeyd edə bilərik:
    Mirzə Davud Hüseynov Azərbaycanda olarkən, Zaqafqaziya respublikalarının birləşməsi ideyasını müdafiə edirdi, lakin Moskvada o və onun məsləkdaşı Ruhulla Axundov Siyasi Bürodakı məruzələrində birləşməyə qarşı çıxış etmişdilər. Yığıncaqların birində Serqo Orconikidze buna görə onları qatı millətçi adlandırmış və çox sərt danlamışdı, lakin indi yol. Serqoya özünün gürcü və azərbaycanlı düşmənlərilə mübarizə aparmaq üçün qüvvələr lazımdır, buna görə o, M. D. Hüseynovu Zaqafqaziya XKS sədrinin müavini vəzifəsinə, ikincisini - Ruhulla Axundovu isə (19-cu ildən keçmiş eseri) Zaqafqaziya vilayət komitəsi üzvlüyünə irəli sürməyi yalnız ona görə lazım bildi ki, bu tiplər mənə qarşı fəaliyyət göstərirdilər.
    Qəribə deyilmi?
    12-ci qurultaya44 mən Azərbaycandan seçilməmişəm və yalnız Siyasi Büronun qərarına əsasən məşvərətçi səsə malik idim, həlledici səslə isə Azərbaycandan Qasımov Yusif45, keçmiş müsavatçı (müəllim) oturmuşdu.
    Qəribə deyilmi: Muxtar Hacıyev46 (1902-ci il) və Qədirli47 (1911-ci il) kimi sınanmış yoldaşlar AKP Mərkəzi Komitəsinə düşməmiş, keçmiş eser və menşeviklər isə hətta katib sifətilə seçilmişdilər.
    Deməli, məndən uzaqlaşdıqdan sonra, onlar «təmizlənmişdilər».
    Yox, bu yalandır, məsələ ətrafındakılarda deyil, Nərimanovun özündə idi, o, Azərbaycanda Sovet hakimiyyətini içəridən dağıdanlara və özlərinin bütün taktikası ilə Azərbaycanı simasızlaşdırmaq istəyənlərə qarşI şiddətli müqavimət göstərə bilirdi.
    Hər şeydən əvvəl «sol» qrup öz sıralarını kommunist adına layiq olmayan üzvlərdən təmizləsəydi, bu daha yaxşı olardı.
    Təmizləmə vaxtı bu qrupun çox böyük və görkəmli üzvləri çoxlu qiymətli şeylərin mənimsənilməsində ittiham olunurdular (brilyant, qızıl və i. a.), lakin elə «sol» qrupun əmrilə də xalq malının bütün bu qarətçiləri çirkabdan təmiz çıxdılar.
    Çətin ki, bəzi yoldaşların kommunist vicdanı bu cəhətdən təmiz olsun.
    Kim cürət edib deyər ki, bu təmizləmə fraksiyaçı deyildi...
    Və hələ məlum deyil, məsul yoldaş İsmayılovun48 qatili nə vaxta qədər naməlum qalacaqdır, Vatsekin49 şəxsində AKP-nin nəzarət komissiyası bu işə çox soyuqqanlı yanaşmışdı, hərçənd qatil ona məlum idi...
    Beləliklə, təkrar edirəm, məsələ Nərimanovun ətrafındakılarda deyil, onun özündədir.
    Bunu deməyə mərdlik lazımdır, belə ki, bunun öz tarixi vardır.
    Deyirlər ki, Azərbaycanda çevrilişə qədər yol. Mikoyan daim təkrar edirdi ki, mən tezliklə Bakıya gəlməliyəm. Buna ürəkdən inanıram. Bəli, o, hakimiyyətə can atan, başqa cür edə də bilməzdi.
    O, bilirdi ki, mənim Azərbaycanda necə nüfuzum vardır.
    Və bu təsadüfi deyil.
    Mənim bütün 25 illik siyasi-ədəbi-ictimai işim canlı şahidlərin gözləri qarşısında keçmişdi.
    Azərbaycanda və ümumiyyətlə Yaxın Şərqdə hamı mənim 25 il ərzində Şərqdəki ətalət və köləliklə apardığım mübarizəni yaxşı bilir.
    Mən ilk dəfə türk dilində «Bahadır və Sona»50 romanında 20 il bundan əvvəl kilsənin dövlətdən ayrılması barədə danışmışam, ilk dəfə millətlərin məhv edilməsini və erməni Sonanın türk Bahadırla bir canda qovuşmasını təbliğ etmişəm.
    Mən «Nadir Şah»51 tarixi faciəmdə, çarın şəxsiyyətini heçə endirirəm və göstərirəm ki, çar qara camaatın hesab etməyə öyrəşdiyi kimi də müqəddəs deyil, əgər o, ölkəni idarə edə bilmirsə, onu ayaq altında əzmək olar.
    Mən birinci olaraq Qafqazın o zamankı allahı, 1906-cı ildə türk müəllimlərinin qurultayını siyasi cəhətdən simasızlaşdırmaq istəyən iri kapitalist Tağıyevlə52 açıq amansız müharibəyə başladım.
    İran inqilabının tarixi onun əsas ilhamvericisinin məhz kim olduğu haqqında özünün son sözünü deyəcəkdir. Axı əgər deyirlərsə:
    «Nərimanov nüfuza malikdir, ya da onu tanıyırlar, ona inanırlar», deməli, bunu deməyə əllərində əsas vardır.
    Bu, asanlıqla qazanılmış populyarlığın nəticəsi deyil, uzun sürən, inadlı, əzablı mübarizənin nəticəsidir. Sözsüz ki, başını itirmiş müsavat hökuməti kommunistləri xəlvətdən güllələməyə başlayanda bu müsibətdən yaxa qurtarmaq üçün yol. Mikoyana belə çətin bir anda mən lazım idim. Lakin sonra?
    Çevriliş baş verdikdən sonra, bu asan hiss olunmağa başladı, həm də Mikoyan dedi:
    «Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin...»
    Axı həmin o Mikoyan 18-ci ildə məni kommunizm haqqında mühazirə oxumaq üçün fəhlə rayonlarına dəvət edirdi, indi məni şübhə altına alır.
    Mən təsdiq edirəm ki, mənim «Bahadır və Sona» romanım yol. Mikoyan hələ daşnak olarkən artıq müvəffəqiyyət qazanmışdı.
    Onda nə üçün 20 il keçdikdən sonra mən millətçi olmalıyam, yol. Mikoyan isə beynəlmiləlçi. Beləliklə Mikoyan Bakı Komitəsinin şəxsində müxalifət yaradır ki, mənim fəaliyyətim millətçi təmayül olmasın.
    BEKA-nın katibi sifətilə fəhlə qüvvəsini bölüşdürməyə və «solluq oyunu oynamağa» başlayır.
    Fəhlələrin xoşuna gəlmək üçün birinci hücum komissarlara yönəldilir, guya onlar «avtomobillərdə gəzməkdən başqa bir şey bilmirlər».
    Onun ikinci addımı: «varlıların» əmlakını fəhlələrin xeyrinə müsadirə etmək oldu.
    Mən görürdüm ki, müsavat hökumətinin qovulmasında bütün əhali iştirak edirdi. Buna görə, müsadirəni çox ehtiyatla keçirmək lazımdır, yəni o, iri burjuaziyaya aid olmalıdır. Orta sinfi əsəbiləşdirmək lazım deyil. O, iri və xırda burjuaziyaya ayırmadan tam müsadirə keçirməyi tələb edirdi.
    Mübarizə uzun müddət davam etdi.
    Nəhayət Mikoyan Mərkəz tərəfindən geri çağırılır. Bunun səbəbi məlum deyildi. İranda onun «kommunist inqilabı», yaxud başqa səbəb var idi.
    (Onun kommunist inqilabı haqqında biz İran inqilabının tarixində bəhs edəcəyik).
    Maraqlı burasıdır ki, Mikoyandan sonra Sərkis nəyin bahasına olursa-olsun BEKA-nın katibi olmaq istəyir, o, istədiyinə nail olub Mikoyanın xəttini davam etdirir və hər şeydən əvvəl müsadirə haqqında məsələ qaldırır.
    Mən konkret təklif irəli sürdüm.
    Qabaqcadan burjuaziyanın siyahısı və dəqiq ünvanlarını tərtib etmək və bu məlumatlara əsasən müsadirə keçirmək.
    Günlərin bir günü evlərin nömrələrinə görə müsadirə başlayır.
    Qeyd etmək lazımdır ki, çevrilişdən sonra burjuaziyanın bir çox evlərində fəhlələr, sovet qulluqçuları və kommunistlər yerləşirdilər.
    Beləliklə, bir çox kommunistlər, sovet qulluqçuları, kasıblar və hətta fəhlələr də qarət edilmişdi.
    Öz evlərində deyil, kiçik mənzillərdə yerləşən burjuaziyanın əksəriyyəti isə müsadirədən yaxa qurtarmışdı.
    Bu, plansız əsl qarət idi. Nəticədə fəhlələr nə əldə etdilər? Fəhlələrin bir qismi nimdaş pal-paltar, bir qismi isə heç bir şey almadı.
    Bu düşünülməmiş müsadirənin təşkilatçılarını iclaslarda fəhlələrin özləri dəfələrlə məzəmmət etmişdilər.
    Nəhayət, təşkilatçıların özləri böyük səhvə yol verdikləri haqqında danışmağa başladılar. Bu səhvlər bütün Azərbaycan boyu təkrar edilirdi. Bütün bunlara göz yummaq olmazdı, təftiş təyin edildi. Nəticədə şeylərin düzgün bölüşdürülməməsi, təşkilatçıların hər şeydən qabaq özlərini yaddan çıxarmaması, əsas ilhamverici yol. Sərkisin himayədarlığı altında şeylərin itməsi və i, a. haqqında bir cild iş tərtib edilmiş oldu.
    Bu barədə çox yazmaq olardı, lakin adamların fəhlələr arasında ucuz populyarlıq axtarmasını göstərmək üçün mən hələlik bununla kifayətlənəcəyəm.
    Səciyyəvidir ki, ciddi, şüurlu fəhlələr kasıbların da qarət olunmasını bildikdə, onlar müsadirə olunmuş şeyləri götürməkdən imtina etdilər.
    Sərkis kimi heç kim fəhlələrin mənəviyyatını belə pozmamışdı, Mirzoyan kimi heç kim partiyanı belə dağıtmamışdı.
    Mikoyan fəhlələri öz tərəfinə çəkməklə məşğul olmurdu, lakin Sərkis üçün bu adi hal idi. Onun müsəlman fəhlələr içərisindən müəyyən «ələ alınmış adamları»53 var idi ki, onlar hər yerdə qışqırıb Sərkisin əməllərinə haqq qazandırırdılar.
    Bu müsadirə haqqında fars və türk qəzetləri yazmağa başladı, onlar qeyd edirdilər ki, bolşeviklər müsəlman qadınlardan zorla tumanlarını (yubkalarını) alıb, əldən-ələ ötürürdülər (bu isə qadının namusuna toxunmaq demək idi) və s.
    Sərkis «möhkəm», lakin stajsız kommunist kimi məşhur idi. O zaman Ermənistanın belə kommunistlərə böyük ehtiyacı var idi. Belə ki, o vaxt Ermənistan hökumətinə rəhbərlik edənlər «zəif» kommunistlər idilər.
    Mən ona Ermənistana getməyi inadla təklif edirdim, lakin o razı olmurdu.
    Burası da var ki, Ermənistanda işləyən erməni yoldaşlar da onu rədd etmişdilər.
    Nəhayət RKP MK onu Moskvaya geri çağırır.
    Bu «ciddi» kommunistin necə oyun çıxarmasına tamaşa etmək lazım idi.
    Guya başqa məsələlərlə əlaqədar yığıncaqlar keçirilir, bu yığıncaqlarda isə öyrədilmiş agentlər onun Bakıda saxlanılması barədə məsələ qaldırırdılar. Müsəlman fəhlələrdən hər yerdə öz keçmişi ilə məşhur olan Hacı Baba çıxış edirdi.
    (Mənim yanımda Az. MİK-in sədri Hacıbəyov bu fəhləni rüşvətxorluqda ittiham etmişdi).
    O özünü təmizə çıxartmaq üçün heç bir söz deyə bilməmişdi.
    Yeri gəlmişkən, bu fəhlə bir dəfə ona kostyum vermək üçün mənə xahişlə müraciət etmişdi, lakin məndən heç bir şey almayıb Sərkisin yanına getmiş və o, fəhlənin xahişini yerinə yetirmişdi.
    Mən qəsdən bu fəhlə üzərində dayanıram, çünki o indi də yol. Mirzoyanın əlində çox itaətkar bir vasitədir.
    Beləliklə, yol. Sərkis müxtəlif bəhanələrlə Bakıda oturub yığıncaqlar keçirməkdə davam edirdi, bu yığıncaqlarda RKP MK qərarı amansız tənqid atəşinə tutulurdu.
    Nəhayət, RKP-nin bəzi üzvləri bundan xəbər tutur və onun çıxıb getməsini qəti surətdə tələb edirlər.
    Burada başqa yeni bir komediya: M. D. Hüseynov Sərkisin vaqonunu açmağı əmr edir və şayiə yayır ki, guya fəhlələr yığılıb onun vaqonunu açıblar.
    Həyasızcasına yalan.
    Bundan sonra da, bu adamlar partiya intizamından danışacaqlar.
    Bu əsl dağıntı, əxlaqsızlıqdır, partiya intizamı deyildir.
    Yeri gəlmişkən, MK Siyasi Bürosunun iclasında yol. Leninin yanında və ayrıca yol. Stalinə, mən demişdim:
    «Bütün bədbəxtlik ondan irəli gəlir ki, bu «möhkəm kommunistlərin» etdiklərini mən özümə rəva görmürəm».
    Mən elə bu iclasda Siyasi Bürodan xahiş etdim ki, onlara qarşı açıq döyüşə girməyə mənə icazə versə, onların izi-tozu da qalmaz.
    Bir qədər əvvəl dediyim kimi, mənə rədd cavabı verdilər.
    Sərkis Şərq məsələsinə həmişə istehza ilə yanaşırdı. Ən biabırçı bu idi ki, o, Şərq məsələsini milli məsələyə çevirmişdi və bunu tutuquşu kimi onun ardınca pərəstişkar Ruhulla Axundov təkrar edirdi, həmin o şəxs ki, çevrilişdən üç ay sonra Musabəyova54 (hazırda ASSR Xalq Komissarları Sovetinin sədri) öz kürəkəninin, yəni Həmid Sultanovun55 hərəkətinin qarşısını bir qədər almağı məsləhət görmüşdü, belə ki, Axundovun fikrincə o, hissə qapılır və millətin mənafeyinə xəyanət edir (Bunu mənə yol. Musabəyov bildirmişdi).
    Sərkis və onun məsləkdaşları bax belə adamlardır.
    Nəhayət Sərkis gedir, onun yerini isə layiqli yoldaşı Mirzoyan tutur.
    Adama belə gəlirdi ki, həmkarlar ittifaqlarının sədri kimi şərəfli bir vəzifə tutan və peşəkar işçi olan yol. Mirzoyan əgər həqiqətən öz işini sevirdisə gərək BEKA-nın katibi olmayaydı. Lakin burada iş sevgidə deyil, başqa bir şeydədir...
    Yol. Mirzoyan konfransa qədər BEKA-nın katibi vəzifəsinin icraçısı seçilir.
    O, konfrans keçirir və konfransın onu BEKA-ya üzv, sonra isə BEKA-nın katibi seçməsinə nail olur.
    O, məqsədinə nail olur.
    Onun işinin daxili məzmunu Sərkisin işindən əsla fərqlənmir, lakin o (dar düşüncəli adam olsa da) hiyləkərlik işlədir.
    O, görür ki, onun həmkarlar ittifaqları sədrliyindən BEKA-nın katibi vəzifəsinə keçməsi çox gözə çarpır, o özünü iki qrupun birləşdirilməsi tərəfdarı elan: edir, yəni hiyləyə əl atır və ətrafındakıların gözünə kül üfürür.
    Bütün bundan göründüyü kimi BEKA artıq irs kimi Mirzoyana çatır.
    Bir dəfə o, partiya qurultayında rəsmi surətdə bildirmişdi ki, indi qruplar yoxdur və BEKA katibi olarkən hamısını məhv etmişdir. Lakin bu belədirmi?
    Bu yaxınlarda demək olar ki, bütün rayonların müsəlman fəhlələrinin nümayəndələri mənə Mirzoyandan şikayət etmişdilər ki, o müsəlman fəhlələrinə münasibətdə cinayətkar siyasət yürüdür. Onlar mənə bildirdilər: «Əgər Siz hüquqlarımızı müdafiə etməsəniz, biz öz partiya kitabçalarımızı qaytaracağıq». Mən onları sakitləşdirib dedim: partiya intizamının tələb etdiyi kimi hərəkət etmək lazımdır. Siz gərək Mərkəzi Komitəyə müraciət edib sizin nümayəndələrlə birgə yığıncaq keçirilməsini tələb edəsiniz. Bu yığıncaqda siz BEKA-nın işi, yəni Mirzoyan haqqında öz fikrinizi ətraflı izah edə bilərsiniz. Nümayəndələr mənimlə və EMKA ilə danışıqlar aparmaq üçün öz sıralarından qocaman gizli partiya işçiləri olan Molla Babanı və Ələkbəri seçdilər. Mirzoyan bundan xəbər tutub guya başqa hərəkətləri üçün bu fəhlələrin partiyadan xaric edilməsi haqqında məsələ qoyur. Lakin onları nəinki partiyadan, hətta ittifaqdan da qovurlar; beləliklə, bir mütəxəssis kimi öz vəzifələrini vicdanla yerinə yetirən fəhlələr küçəyə atılırlar. Küçəyə atılmış, ailə basmış fəhlə Ələkbər Mirzoyanın yanına gəlir və təəccüblə soruşur: siz məni partiyadan qova bilərdiniz, lakin nə əsasla məni ittifaqdan qovur, məni və ailəmi bir tikə çörəkdən məhrum edirsiniz. Mirzoyan o qədər axmaq idi ki, dözməyib işarə etdi ki, sən Nərimanovun tərəfdarısan. Molla Baba adlı başqa fəhlə belə bir şikayətlə Mərkəzi Komitənin katibi Xanbudaqova müraçiət etdikdə, o da həmin şeyi demişdi.
    Lakin Kirovun və Mirzoyanın şəxsində EMKA-nın, BEKA-nın bu narazılıqların səbəblərini aydınlaşdırmaq üçün belə müşavirənin çağırılmasına nə üçün etiraz etməsi indiyə kimi həm mənim üçün və həm də fəhlələr üçün anlaşılmaz olaraq qalır. Mirzoyan tərəfindən belə bir terrorçu akt məhz onu göstərir ki, bu adamın vicdanı təmiz deyil. Məgər bu onu göstərirmi ki, Mirzoyanın bildirdiyi kimi partiyada qruplar yoxdur. Nə qədər ki, BEKA irs kimi mirzoyanlara çatır, bu qruplar olacaqdır.
    Bütün bunlardan görünür ki, burada məlum plan üzrə fəaliyyət göstərirlər.
    Bu plan kimindir və necə plandır?
    Bütün bunların müəllifi, onlardan daha ağıllı olduğu üçün, Mikoyan sayılır.
    Qeyd etdiyim kimi o, bir dəfə demişdi:
    «Biz Nərimanovu elə əhatə edəcəyik ki, o bizim təsirimiz altında olsun».
    Bunu etmək üçün BEKA-nı öz əllərinə almaq lazım idi.
    BEKA isə Azərbaycanda hər şey deməkdir. Bakı, güclü proletar mərkəzi kimi, hökmən amirlik edən mərkəz olmalıdır.
    BEKA işçiləri bölüşdürürdü, BEKA-nın arxasında nüfuzlu fəhlə konfransı var idi, BEKA MK işinin gedişinə qüvvətli təsir göstərirdi, çünki axırıncı həmişə işçiləri BEKA-dan götürürdü, nəhayət, BEKA həmişə öz üzvlərini MK-ya daxil edirdi və burada məsələlər həmişə BEKA üzvlərinin təsiri altında keçirilirdi.
    Mikoyanın ən qatı düşməni mən idim, lakin onu mənim iştirakım olmadan çıxartdılar.
    Mikoyandan sonra BEKA-nın katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i. a.
    Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Hələlik bunu mötərizədə saxlayıram, çünki əminəm ki, bu metərizələr nəticədə özləri açılacaqlar. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm:
    bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir.
    Zaqafqaziyanın, keçmişi, ümumiyyətlə və xüsusilə 18-çi ildə Bakıda bizim işimiz bu məsələ üzərində düşünməyə məcbur edirdi.
    Mən burada açıq deməliyəm:
    Hər yerdə, bütün içlaslarda mənim çıxışımdan sonra, müsəlmanlar qrupla mənə yaxınlaşıb deyirdilər:
    Bizi hara istəyirsən apar, nə istəyirsən elə, biz sənə inanırıq, biz ailəmizin xoşbəxtliyini sənin ixtiyarına veririk, ancaq 18-ci il hadisələri təkrar baş verməsin...
    Bəs 18-ci ildə56 nə baş vermişdi?
    18-ci il haqqında mən başqa yerdə və başqa vaxt ətraflı danışacağam.
    Bununla belə 18-ci ildə nə baş verdiyi haqqında qısaca deyəcəyəm:
    N. Nərimanovun* özü sonralar bu hadisələri belə təsvir edirdi:
    * Özu haqqında üçüncu şəxs kimi daiışır.
    «Vətəndaş müharibəsi ərəfəsində, mənim mənzilimdə müsəlman kommunistlərin yığıncağı keçirilirdi ki, mərhum yol. Şaumyan57 da bura dəvət edilmişdi.
    Yaranmış vəziyyət haqqında məsələnin uzun sürən müzakirəsindən sonra, mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o milli qırğına çevrilə bilər.
    Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoxsaylı erməni hərbi milli hissəsi yerləşirdi.
    Yol. Şaumyan bu dəlillə razılaşdı.
    Lakin iki saatdai sonra biz deyil, müsavatçılar tərəfindən vətəndaş müharibəsi başlandı.
    Qüvvəmizin zəifliyini nəzərə alaraq, çətin dəqiqədə yol. Şaumyan erməni hissəsinin Sovet hakimiyyətini müdafiə etməsinə razılıq verdi.
    O biri gün saat 12-yə qədər vətəndaş müharibəsi düzgün aparılırdı, lakin saat 12-dən mənə məlumatlar çatmağa başlayır ki, müharibə milli qırğın şəkli alır.
    Burada olduqca çoxlu xarakterik səhnələr var idi, mən onlar haqqında susuram.
    Nəhayət, müsəlmanların deputatlar heyəti yanıma gəlir və özlərini məğlub edilmiş hesab edərək müharibəni dayandırmağı xahiş edir.
    Mən dərhal yol. Caparidzeyə58 zənk edirəm.
    O, deputatlar göndərməyə söz verir.
    Bu vaxt daşnaklar mənim mənzilimə basqın edirlər.
    Mən qaçıb gizlənirəm.
    Mənim qardaşımı tutub aparırlar. Bir saatdan sonra yol. Şaumyan məni ailəmlə birlikdə «Sovet hakimiyyətinin müdafiəçiləri» olan daşnaklardan xilas edir.
    Bundan sonra Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş verir. Nəticədə daşnaklar, yəni «Sovet hakimiyyətinin müdafiəçiləri» əliuşaqlı müsəlman qadınlarını əsir edirlər... Burada bizim müdafiəçilərimiz daşnaklar tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir.
    Bu haqda susmaq daha yaxşıdır.
    Lakin Alyoşa Caparidzenin çox nəcib ürəyi bu haqda susmamışdı.
    Caparidze ilə mənim aramda nə kimi sohbət olmuşdur, mən bunların hamısının üzərindən keçirəm.
    Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi.
    Bax, bu suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir.
    Bütün bunlar məni ilk vaxtlar erməni yoldaşları yüksək vəzifələrə təyin etməmək barəsində danışmağa məcbur edirdi.
    Bununla belə, lap əvvəldən bu günə kimi, BEKA elə bil qəsdən, Mikoyan, Sərkis və Mirzoyan tərəfindən tutulur.
    Axırıncı, yəni Mirzoyan, artıq daha cəsarətlə fəaliyyət göstərir.
    Mən təkrar edirəm - bu eynilə göstərildiyi kimi, müəyyən edilmiş plandır.
    Lakin çoxları bunu başa düşmürlər. Bunu, hazırda AKP MK katibi olan yol. Kirov da başa düşmür, bu adama Mirzoyanla əlbir fəaliyyət göstərmək təlqin edilmişdi.
    Hətta əgər Kirova təlqin edilməsəydi də, o bu kompaniyanın təsiri altına düşərdi, çünki bu kompaniyanın fəaliyyəti onun daxili aləmini məmnun edir.
    Bu kompaniyanın fəaliyyəti isə məhz Azərbaycanın simasızlaşdırılmasına yönəlmişdir. Bir tərəfdən kommunizm bayrağı altında daşnaklar öz işlərini görür, digər tərəfdən keçmiş eserlər tədriclə və inadla Sovet hakimiyyətini içəridən dağıdırlar.
    Əgər bir vaxt Hüseynov, Qarayev, Ruhulla Axundov və bu cəhdləri şüurlu surətdə müdafiə edən başqaları Azərbaycanın fəhlə və kəndliləri qarşısında cavab verməli olsalar, məhz bu neqteyi-nəzərdən cavab verməlidirlər. Onlar isə müdafiə etmiş və indi də müdafiə edirlər, çünki öz keçmişlərindən qorxurlar. Məgər bunların hamısını yoxlamaq çətindir.
    Mən isə yenə də öz əsas məqsədimi irəli sürürdüm: Azərbaycandan Şərq üçün nümunəvi sovet respublikası yaratmaq və bununla da Şərqin məzlum xalqlarını tez bir zamanda öz tərəfnmizə cəlb etmək, azadlıq hərəkatını alovlandırmaq və bu yolla Avropa kanitalizmini öz iqtisadi bazasından məhrum etmək, Avropa fəhlələrinin həyatındakı böhranı dərinləşdirmək, tezləşdirmək və beləliklə də Avropada arzu etdiyimiz inqilabı sürətləndirmək.
    Öz qarşıma qoyub həll etmək istədiyim başlıca vəzifə bundan ibarətdir.
    İranda Mikoyanla Sultanzadənin birgə kommunist inqilabı olmasaydı; əgər məni, ancaq özlərinin bugünkü vəziyyətini düşünən xəbis qəlbli adamlar əhatə etməsəydi, əgər Mərkəz mənə etibar etsəydi bu çox asan olardı. Mərkəz ancaq Serqo Orconikidzeyə etibar edir.
    Serqo isə o xəbis qəlbli adamlara daha çox etibar edirdi, onlar da öz vəziyyətlərini qorumaq və möhkəmləndirmək üçün onun qarşısında nökərlik edir və Azərbaycanda milli təmayül haqqında çığırırdılar. Bu isə yol. Serqonun çox xoşuna gəlirdi.
    Mərkəz baş aça bilmirdi ki, nə üçün mən, 20 il bundan əvvəl öz romanımda beynəlmiləlçiliyi təbliğ etdiyim halda, o zaman ən çətin anda müsəlmanlar arasında hər cür dini inkar etdiyim halda, indi mənim milli təmayülüm olmalıdır, dünənki daşnak və ya müsavatçı isə beynəlmiləlçi olmalıdır.
    Burada məsələni belə qoymaq lazımdır:
    ya həqiqətən Mərkəz bu məsələdən baş aça bilmir, ya da o, ucqar respublikaların daxili işlərinə qarışmaq məqsədilə qəsdən bu «beynəlmiləlçiləri» irəli çəkir, müdafiə edir...
    Onsuz da bir qədər sonra Mərkəz bu suallara cavab verməli olacaqdır, belə ki, bütün bu müddət ərzində ucqar respublikaların həyatından olan zəngin materialı inkar etmək çətindir.
    Biz partiyamızın intizamı ilə qüvvətliyik, lakin intizamı Şərqdə az-çox məşhur olan partiya üzvlərinin şəxsiyyətsizləşdirilməsinə yönəltmək bizim Şərq siyasətimizin məhv olması deməkdir.
    Əgər birinci məsələ, yəni Mərkəzin öz üzvlərinin yararlı olub-olmamasını ayırd edə bilməməsi, bu anlaşılmazlıqların səbəbidirsə, bunun eybi yoxdur, lakin əksər çoxluğu müsəlman kommunistlər olan ucqar respublikaların nə vaxtsa Sovet Rusiyası üçün zərərli ola biləcəyi fikrini birdəfəlik başdan atmaq lazımdır.
    Müsəlman zəhmətkeş kütlələri rus çarlarının siyasətindən cana gəlmişlər, indi onlar çarizmin, demokratizmin və Sovet hakimiyyətinin nə demək olduğunu çox gözəl başa düşürlər. Zəhmətkeşlərin özlərinin hakimiyyəti.
    Bu fikri qəti surətdə başdan atmaq lazımdır və kim istəyirsə rahat yata bilər, həm də əmin olsun xi, keçmiş və indiki Rusiyanın ərazisində yaşayan müsəlmanların zəhmətkeş kütləsi Sovet hakimiyyəti tərəfdarıdır.
    Lakin onlarda milli təmayül vardırmı.
    Yol. Stalinə məruzələrimdən birində mən deyirəm: əgər sabah Avropada proletar inqilabı alovlansa və hər yerdə hakimiyyət fəhlələrin əlinə keçsə, bununla belə, biz sənayemizi bərpa etmək üçün havayı olaraq hər şey əldə edəcəyimizə ümid ola bilmərik, yəni hələ uzun müddət belə bir vəziyyət olmayacaq ki, bu zaman biz deyə bilək:
    «Bizimki - Sizinkidir, Sizinki ksə - Bizimki».
    Avropa kapitalizmi, Avropa sənayesi başqa dövlətlərin hesabına inkişaf edirdi.
    Çətin ki, ingilis fəhlə hökuməti Hindistanda istismarçı siyasətindən əl çəksin.
    Bir halda ki, belə bir siyasət, sözün yaxşı mənasında iqtisadi asılılıq siyasəti mövçud olacaqdır, lakin daha dəqiq desək, bu bir xalqın başqa bir xalq üzərində iqtisadi əsarət snyasəti olacaqdır, deyə bilərikmi, əgər belə demək mümkünsə, biz dərhal beynəlmiləlçi mühit yaradacağıq.
    Sovet Rusiyası ilə Sovet Almaniyası arasında olan qarşılıqlı münasibətlərdə də eyni ilə bu cür olacaqdır. Eyni vəziyyət Sovet Rusiyası və ucqar respublikalar arasında baş verir.
    Gözəl nitqlər söyləmək olar, lakin gözəl iş görmək çətindir.
    Lakin Azərbaycan məhz gözəl iş görmüşdür.
    Sozet Azərbaycanı özü könüllü olaraq neftin Sovet Rusiyası zəhmətkeşlərinə mənsub olduqunu elan etmişdi, lakin Sovet respublikasında başda «kral» Serebrovski59 olmaqla «monarxiya» yaratmaq nəyə lazım idi, o indiyə qədər elə bilir ki, azərbaycanlıları aypara və ulduzla aldadır.
    Yox, hər bir fəhlə və kəndliyə neftin Sovet Rusiyası üçün nə demək olduğu izah edilmişdir.
    Azərbaycan birinci il nəinki neft verir, hətta öz dövlət kassasından fəhlələrin məvacibini də ödəyirdi.
    Bundan da artıq beynəlmiləl nə ola bilər?
    Mən israr edirəm ki, mənimlə mərhəmanə söhbət zamanı azərbaycanlılardan kimsənin Azərbaycanın ən gəlirli mənbədən məhrum olması haqqında öz narazılığını bildirməsi halı olmamışdır, lakin Serebrovskinin Sovet Azərbaycanını tanımaq istəməməsi barəsində çoxlu söz-söhbət olmuş və indi də vardır.
    Bax, budur milli təmayülü yaradan.
    Xəstəxana üçün cərrah həkim lazımdır. İki namizəd vardır: yəhudi Belenki, bitərəf, birillik stajı olan, Azərbaycanda tamamilə yeni adam və türk Talışinski, beşillik stajı olan, yerli əhalinin yaxşı tanıdığı adam.
    Hər ikisi 8 səs qazanır.
    Nəyə görəsə Bakı İcrakomu Belenkini təyin etmək istəyir.
    Ona görə ki, Belenkinin qardaşı - BEKA-nın üzvüdür, BEKA isə İcrakomun sədri yol Krılova60 Belenkini təyin etməyi əmr edir. Mənim müdaxilə etməyim, nəhayət, Belenkiyə öz qardaşını yerləşdirməyə imkan vermir.
    Əgər indi Neftkomun və Baksovetin qulluqçularının tərkibinə nəzər salınarsa, onda qərəzsiz müşahidəçi dəhşətə gələr. Yerli müsəlman mühəndislər və ümumiyyətlə ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və yəhudilərlə doldurulmuşdur.
    Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, azərbaycanlı vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığını görəndə, istər-istəməz bütün bunları törədənlərin ünvanına tənə, müstəmləkəçilikdə ittiham və i. a. eşitməyə məcbur olursan.
    Mən neft məhsullarından Azərbaycanın xeyrinə faizli ayırmalara dair düz bir il yol. Serebrovski ilə mübarizə aparmışam, işi Siyasi Büroya qədər çatdırmışam, Siyasi Büro bu ayırmanı61 yerinə yetirməyi qərarla yol. Serebrovskiyə bir vəzifə olaraq tapşırmışdı. Nə üçün yol. Serebrovski indiyə qədər bunu lazımınca yerinə yetirmir. Nə üçün respublika EMKA-sı bu qərarın icrasına nəzarət etmir. Ona görə ki, Kirov, Mirzoyan yoldaşlar və onların kompaniyası işə saymaz münasibət bəsləyirlər. Buna diqqət yetirmək üçün, əgər belə demək mümkünsə, gərək həqiqətən beynəlmiləl qəlbə malik olasan. Azərbaycanda kəndlilərin cəhalət bataqlığında boğulması onların əsla vecinə deyil. Bəs MİK-in sədri Ağamalıoğlu62, Xalq Komissarları Sovetinin sədri Musabəyov kimi məsul müsəlman işçilər nə iş görürlər.
    Bəli, bu bədbəxtlər bu vəzifələrə irəli ona görə çəkilmişlər ki, sussunlar...
    Bu, Azərbaycanda onun marağı haqqında daha söz-söhbət olmasın deyə mənim namizədliyimi SSRİ MİK sədrliyinə göstərən Serqo Orconikidzeyə də yaxşı məlumdur. Ona özünün heç bir xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım idi. İşə belə münasibət şübhəsiz ki, milli antaqonizmi genişləndirir.
    Mən həmişə bu nöqsanları göstərirdim və əlbəttə əleyhdarlarımın dili ilə desək «millətçi» adını qazanmışam.
    Müqabil tərəfin millətçilik təmayülü olduqca, bu tərəfin də millətçilik təmayülü olacaqdır.
    Bunu iki, üç, dörd ilə aradan qaldırmaq mümkün deyil, çünki Nikolay və onun iyrənc həyata keçirmə üsulları zamanı böyük dövlətçi xalqın siyasəti ucqarların yaddaşına həkk olmuşdu.
    Yaralar həddən artıq dərin və təzədir.
    Rus işçilərinin təkəbbürlü hissləri də beləcə təzədir.
    Beləliklə, ucqarlarda milli təmayül Mərkəzin özü və ya onun işçiləri tərəfindən yaradılır.
    Yerli mənafeyin müdafiəsi Mərkəz müvəkkillərinin dilində milli təmayül, lakin ucqar respublikaların zərərinə Sovet Rusiyasının müdafiəsi həmin dildə beynəlmiləl akt adlandırılır.
    Hal-hazırda, əgər Sovet Rusiyası layiqli adamlara malik olsaydı, onların köməyilə Mərkəzin səmərəli layihələrini həyata keçirə bilərdi ki, əlbəttə, onda heç kim buna etiraz etməzdi: canlı qüvvələrin səmərəli bölüşdürülməsi enerjinin daha az sərf edilməsinə və əmək məhsuldarlığının artmasına səbəb olardı.
    Birincisi bu.
   İkincisi:
    Əgər Mərkəz o qədər qüvvətli və varlı olsaydı ki, ucqarları bütun zəruri şeylərlə təchiz etsin, bu halda Mərkəzin hakimiyyəti ələ keçirməsi cəhdinə ucqarlarda da müqavimət göstərilməzdi.
    Lakin beşillik təcrübə aşağıdakıları göstərir:
    Mərkəzdən olan işçilər hazırlıqlı olmadıqları üçün ya işi korlayır, ya da həmin Respublikada öz vəziyyətlərini möhkəmləndirmək üçün «milli təmayül» uydururlar və işlə deyil, xəbər gəzdirməklə məşğul olurlar, «solların» mənşəyi də buradan başlayır.
    Çox əfsuslar olsun ki, bu, Mərkəz tərəfindən təqdir edilir.
    Beləliklə, işimiz üçün fəlakətli olan yerli işçilərlə mərkəzçilər arasında süni surətdə mübarizə yaradılır.
    İkinci hadisə göstərir ki, Mərkəz müəyyən sahəni özünə tabe edərək, nəinki heç bir şey vermir, hətta həmin Respublikanın axırıncı tikəsini belə, əlindən alır.
    Bu da qeyri-normal qarşılıqlı münasibətlər yaradır.
    Və bu zaman Mərkəzin cahanşümul istilaçı siyasətindən danışmağa başlayırlar.
    Bu, velikorus xalqının xüsusi hüquqları haqqında danışılması üçün bir daha əsas verir.
    Əslinə qalanda, axı Mərkəz özünün bu kimi hərəkətlərinə haqq qazandırmalıdır; özü də indi, bizim kommunizmdən çox-çox uzaqlaşdığımız bir vaxtda.
    Ya hər şeyi götürün, Ucqarların tikintisini elə aparın ki, onlar Mərkəzlə təbii olaraq birləşmək üçün düzgün inkişaf etspnlər.
    Ya da, əgər qeyd edilmiş səbəblərə görə bunu edə bilmirsinizsə, bunu etməyi yerli işçilərə etibar edin.
    Bütün Sovet respublnkalarının fəhlə qüvvələrini birləşdirmək, bu qüvvənin təsiri altında bütün respublikalarda bütün işləri həyata keçirmək zəruridir, lakin bu hələ yerli orqanları simasızlaşdırmaq, onların müstəqilliyini əllərindən almaq demək deyildir.
    Dəmir yollarını, deməli, dəmir yol qüvvələrini (şübhəsiz, fəhlə) birləşdirmək, bu bizim proletar inqilabımızın tələbidir, lakin müstəqil respublikanın müəyyən ərazidə dəmir yoluna olan nüfuzunu, elə əlindən almaq ki, həmin respublika məlum yükü öz ərazisində bir məntəqədən başqa bir məntəqəyə göndərmək üçün mərkəzi orqanın icazəsi olmadan müstəqil aparmaq hüququna malik olmasın - bu artıq Sovet hakimiyyətinin hər cür prinsipinə ziddir.
    Bütün bu ziddiyyətlər milli məsələni yaradır və dərinləşdirir.
    Ən acınacaqlısı isə odur ki, partiyamız özü də hiss etmədən bu məsələyə cəlb olunur, öz təmizliyini, qərəzsizliyini və daxnli birliyini itirir.
    Sovet respublikasının məlum hüquqlarını əlindən alan məlum layihənin sovet qaydasında iddia ediləcəyini qabaqcadan bilərək bu layihə axırıncı tərəfindən partiya qaydasında tətbiq edilir.
    Bu o deməkdir ki:
    danışıqsız laykhəni qəbul və tətbiq et.
    Bizim partiya kristal təmizliyi ilə seçilməlidir və onun qərarlarına biz dərin hörmət hissi bəsləməliyik; lakin biz buna, müqəddəslər müqəddəsi yaratmağa can atırıqmı.
    Yol. Lenin sonuncu partiya qurultayında* nəhayət, məhz hər cür məsələləri partiyaya keçirmək, yəni partiyanı nüfuzdan salmaq haqqında söz açanda min dəfə haqlı idi.
    * RKP(b) XI qurultayı nəzərdə tutulur (1922-ci ilin mart - apreli).
    Lakkn, təəssüf ki, bizdə RKP EMKA-nın çoxlu məsul katibləri və müvəkkilləri vardır ki, onlar xüsusi həvəslə elə məsələləri partiya orqanlarından keçirirlər ki, həmin məsələlərin həlli sistematik olaraq partiyanın təməlini sarsıdır.
    Şübhəsiz, əgər partiyanın roluna belə münasnbət daha da güclənərsə, onda təbii olaraq ucqar respublikalarda Mərkəzi komitələrin tərkibi və RKP MK özünün tərkibi haqqında məsələ ortaya çıxar.
    Həqiqətən, görəsən hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya vardırmı. Mən təsdiq edirəm: belə bir partiy yoxdur və mirzoyanlar öz iyrənc siyasətlərindən, Azərbaycanı simasızlaşdırmaq siyasətindən əl çəkməyənə qədər də olmayaçaqdır. Bütün bunları yerində yoxlamaq asandır, lakin indiki BEKA tərkibinin köməyi ilə deyil, ümumiyyətlə bilavasitə fəhlələrlə və xüsusən də müsəlman fəhlələrlə birlikdə yoxlamaq lazımdır. Lakin bunu elə təşkil etmək lazımdır ki, hər bir fəhlə verdiyi ifadəyə görə sabahısı gün Mirzoyan tərəfindən işdən qovulmayacağını bilsin. Mən burada Mirzoyanın fikrincə mənim tərəfdarlarım olan və buna görə də partiyadan və ittifaqdan xaric edilən iki fəhlənin ifadəsini nəzərinizə çatdırıram. Lakin Siyasi Büro müsəlman fəhlələri və hətta rus fəhlələri qarşısında onlardan kimin mənə qarşı olduğu sualını qoysaydı maraqlı olardı. Bu zaman yalan və həqiqət öz yerini tapardı. Bəs kəndlilər nə deyirlər? Onlar kimin arxasınca gedirlər? Bütün bunları yoxlamaq maraqlı olardı. Mirzoyanlar şübhəsiz millətçi əhvali-ruhiyyəli rus fəhlələrinin bir qisminin fikrinə istinad edə bilərlər... Məhz belələrindən də partiya təşkil olunmuşdur. Müsəlman fəhlələrin sayı (partiya üzvü olan) süni surətdə azaldılır. Mirzoyan diskusklubda hətta demişdi: fars fəhlələrindən partiyaya qəbul etmək lazım deyil, - bu qəribə deyilmi. Sərkis Azərbaycanın sovetləşdirilməsindən sonra, gizli fəaliyyət göstərən fəhlələri - 500 nəfər farsı - partiyadan qovmuş, Mirzoyan isə indi fars fəhlələrini partiyaya qəbul etmək istəmir.
    Mən bildirirəm ki, partiya günbəgün deyil, saatbasaat parçalanır; işçilər, hətta məsul işçilər ciddi partiya işi ilə məşğul olmaq əvəzinə, bir-birindən xəbərçilik etməklə məşğuldurlar.
    Mərkəzin yerli işçilərə inanmaması yerlilərin Mərkəzə inanmamasına gətirib çıxarır.
    Hər yerdə işə laqeyd münasibət gözə çarpır; bir il bundan əvvəl hər bir vicdanlı işçini əsəbiləşdirən şey, indi qulaq ardına vurulur.
    «Biz kütləyə daha yalan deyə bilmərik», bu işçilərin dilindən bax bunu eşidəcəksiniz.
    Azərbaycanda bütün bunlarla yanaşı rus və müsəlman fəhlələr arasında antaqonizm də başlanmışdır.
    Bu hər şeydən betərdir belə ki, güclü proletar Mərkəz Zəifləyir.
    Bundan düşmənlərimiz, xüsusən müsavatçılar və ittihadçılar istifadə edirlər, bu da «solluq oyunu oynayan» yoldaşların işinin nəticəsidir.
    Mən təkrar edirəm: lap əvvəldən mənim şüarım belə idi:
    müsəlman fəhlələrini inadla hazırlamaq, yəni iki məqsədə nail olmaq üçün onların inkişaf səviyyəsini təxminən rus fəhlələrinin inkişafı səviyyəsinə çatdırmaq.
    Birincisi: bununla biz hal-hazırda müsəlman və rus fəhlələri arasında mövcud olan antoqonizmi aradan qaldırardıq.
    İkincisi: gələcəkdə İranda və Türkiyədə qurulacaq Sovet hakimiyyəti üçün işçi kadrlar hazırlayardıq.
    Lakin nəinki mənim şüarıma, hətta Siyasi Büronun məlum qərarlarına da solluq oyunu oynayanlar tərəfindən əhəmiyyət verilmir.
    Hətta iş o yerə gəlib çatmışdır ki, məktəbdə rus dili dərslərinin sayının türk dili dərslərinin azaldılması hesabına artırmaq haqqında mətbuatda açıq çıxışlar edilir.
    Ümumiyyətlə demək lazımdır: «sollar» mənim Genuya konfransında olmağımdan istifadə edərək, hərəkətə gəlmiş və daha həyasız olmuşlar. Genuyadan qayıtdıqdan sonra, millətçi təmayül və türk dili dərslərinin sayını ixtisar etmək haqqında açıq fitnəkar məqalələr mənim diqqətimi cəlb etmişdi.
    Zehinləri sakitləşdirmək üçün mən «Bakinski Raboçi»də «Bəzi yoldaşlara cavab»63 başlığı altında məqalə çap etdirməyə məcbur oldum.
    Lakin səciyyəvi budur ki:
    «Bakinski Raboçi» və «Kommunist» qəzetlərinin redaksiyası (axırıncı türk dilindədir), birincisinin redaktoru Lipşits, ikincisinin isə Ruhulla Axundov, mənim məqaləmdən sonra bildirirlər ki, bu səpkidə-yəni türk dili dərslərinin sayının azaldılması və rus dili dərslərinin artırılması, haqqında məqalələr bu qəzetlərin səhifələrində olmamış və olmayacaqdır.
    Ertəsi gün yol. Zeynallının (bu qəzetin redaktoru), türk dilində «Trud» qəzeti əvvəllər bəzi mülahizələrə görə o, da solluq oyunu oynamışdır, ifşaedici məqalələr buraxıb, «Bakinski Raboçi» və «Kommunist»in hansı nömrələrində mənim məqaləm üçün material ola biləcək məsələyə toxunulduğunu qeyd etmişdi.
    Ertəsi gün cəsarətlə öz səhvlərini boynuna almaq əvəzinə, Ruhulla Axundov məqaləsinə görə yol. Zeynallıya şəxsi töhmət verir, bundan əlavə həmin Zeynallı BEKA-dan rəsmi töhmət və xəbərdarlıq alır.
    Bir neçə gündən sonra «Trud» qəzeti bağlandı və öz məqaləsi ilə iki partiya orqanının məsul redaktorlarının iç üzünü cəsarətlə və yerində açan yol. Zeynallı vəzifəsindən kənar edilir...
    Yolumuz hayanadır?
    İki məsul mətbuat orqanı - partiyanın dili, fəhlə və kəndli kütlələrinin dili, yalançıların, «sol» kompaniya üzvlərinin əlindədir.
    Bu azmış kimi BEKA katibi Mirzoyan Zaqafqaziya Diyar Komitəsinə teleqram vuraraq bildirir ki, Nərimanovun məqaləsindən sonra onlar, yəni «sollar» özlərini sarsılmış hiss edirlər və guya məqalə əsassız yazılmışdır. Zaqafqaziya Diyar Komitəsi teleqram vurub məndən materiallar tələb edir.
    Mən Tiflisə gəlib Zaqafqaziya Diyar Komitəsinin katibinə bildirdim ki, məndə material vardır və istənilən vaxt təqdim edə bilərəm.
    Mən Zaqafqaziya Diyar Komitəsinin plenumunu gözləyirdim; mən çox istəyirdim ki, «sol qrup» özü plenumda bu məsələni qaldırsın. Çox güman ki, mənim sənədlərlə onların yalanını və murdarlığını sübut etmək niyyətimdən xəbər tutub susdular və mənim məqaləm haqqında bir kəlmə də danışmadılar. Məgər sonuncu Azərbaycan Sovetlər qurultayında seçkilər bu sollar tərəfindən yalansız keçmişdir.
    Partiya qaydası ilə XKS sədri yol. Musabəyovu seçmək təklifi elan edildikdə yerlərdən səslər eşidildi: «Bəs Nərimanov?».
    Onlara cavab verdilər kn, Nərimanov İttifaq Sovetinin sədri seçilmişdir.
    Elə o dəqiqə onların agentləri bu qərarla razı olmayanları dilə tutub sakitləşdirməyə başladılar ki, indi yod. Nərimanov hər üç respublikanın başçısı sayılır. Məgər bu, yalan deyil?
    Və nə üçün işi bu dərəcəyə çatdırırdılar ki, işdə kütlələr bu yalandan xəbər tutsunlar.
    Tiflisdə yaşayarkən, guya ali hakimiyyət kimi çox tez-tez mənə ASSR Xalq Komissarları Sovetindən və onun ayrı-ayrı üzvlərindən şikayətlə müraciət edirdidər, lakin mən hər dəfə izah etməli olurdum ki, bəzi məsələlərə toxunmağa mənim hüququm yoxdur və i. a.
    Bu halda mən ya gərək özümü dartıb üç respublikanın başçısı kimi göstərməli və amansız yalan danışmalı, yəni vəd verib, lakin heç bir iş görməməli, ya da olduğunu deməliyəm.
    Və qurultay nümayəndəsi - «bizim aramızda yol. Nərimanov olmadığı üçün, özümüzü yetim sayırıq» dedikdə ona da belə izah etmək lazım idi.
    Şahidlər deyirlər ki, o, hələ çox şey demək istəyirdi, lakin onu danışmağa qoymadılar...
    Hökumət başında oturanların bacarıqsızlığı üzündən «Şaxsey-Vaxsey» matəm günləri zamanı qırmızı əsgərlərin güllələrindən zərər çəkmiş fars fəhlələrini də danışmağa qoymadılar. Sollar sevindilər:
    Nərimanov yoxdur, beləliklə, bu il EMKA-da matəm günləri zamanı yürüşlərin qadağan edilməsi haqqında məsələ qaldırmaq olar.
    Keçən il bu məsələ EMKA-da ayırd edilmişdi. Mən qəti olaraq repressiya əleyhinə idim, lakin bununla belə, biz məscidləri gəzib qara camaatı dilə tuturduq ki, küçələrdə özlərinə işgənçə verməsinlər. Bir nətncəsi oldumu?
    Qəti surətdə bildirirəm ki, nəticəsi oldu. Ən «sol» yoldaşın, Qarayevin yanında, məsciddə çox nüfuzlu bir molla bu günlərdə küçələrdə özlərinə işgəncə verənlərin hərəkətlərini möhkəm tənqid etməyə başladı.
    Lakin buna baxmayaraq bu il özlərinə işgəncə verənlər oldu.
    Nə qədər ki, bu dindar kütlənin inkişaf səviyyəsini yüksəltmək yolu ilə onun bu matəm günlərinə mömin olan, lakin özünə işgəncələrdə iştirak etməyən hər hansı ziyalı müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır.
    Min illərdir ki, bədbəxt avam müsəlmai kütləsi (şiə məzhəbli) Məhəmmədnn ən sevimli nəvəsi imam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq, əsl dindar avam ünsürlər bu və ya digər yolla bu hadisələrə öz münasibətlərini bildirirlər.
    Bu, öz gücsüzlüyünü bilərək, Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızılla ələ almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir.
    Yeri gəlmişkən, burada qeyd etmək lazımdır ki, fars fəhlələrinin iclaslarından birində Azərbaycan respublikasının başçısı Ağamalıoğlu Hüseyni qorxaq kimi xarakterizə etmişdi ki, buna görə fəhlələr onu məzəmmət etmişdilər.
    Qorxaq o deyil ki, yetmiş nəfər pis silahlanmış adamla on dəfə artıq qüvvətli olan düşmənlə döyüşür, odur ki, sol qrupdan qorxub işin əsl vəziyyətini bildirmir və bununla da partiya üzvlərini aldadır, onları fəhlə-kəndli respublikasında qırmızı əsgər güllələrindən qanı tökülən fəhlələrə qarşı silahlandırır.
    Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin imam Hüseyn tabe olsun və öz vicdanını qızıla satsın deyə Yezid bütöv bir vilayəti idarə etməyi ona taklif edirdi. O bunu etmədi: həlak oldu.
    Ağamalıoğlu və Musabəyov yoldaşların tarixi belə başa düşməsi nə kimi nəticələr verdi?
    Kirov və Mirzoyan onlara heç kimə qəti surətdə heç bir narahatlıq gətirməyən matəm yürüşunü bu il qadağan etmək olarmı sorğusu ilə müraciət etdikdə, onlar dedilər: «Olar».
    Nəticədə - əsgərlər və Balaxanıdan olan fars fəhlələri arasında silahlı toqquşma.
    Musabəyov həlak olmuş fəhlələrin ailələrində odmuş və son dərəcə əsəbi fəhlə kütləsinin əhatəsində bildirmişdi: «Buna kim içazə vermişdir, mən təhqiqat təyin edəcəyəm və müqəssirlər cəzalarına çatacaqlar...»
    Bəli, yalnız vəzifələrindən ötrü kommunizm ideyasını yaymaq istəyənləri cəzalandırmaq lazım idi. Lakin MK-nın birinci qərarının əvəzinə yeni qərar çıxarmaq nəyə lazım idi, yəni toqquşmadan sonra: yürüşə mane olmamaq.
    Ən biabırçı isə bu idi:
    Fəhlə-kəidli respublikasında fəhlələri İran şahının nümayəndəsi, konsul sakitləşdirməyə başlayıb istehza ilə fəhlələrə deyirdi:
    «Nə etmək olar? Siz, İran təbəələri, başqa dövlətdə yaşayırsınız, burada sizin dini mərasimlərinizin icrası qanunla qadağan edilmişdir. Mən sizdən xahiş edirəm dağılışın». Və fəhlələr dağılışdılar.
    Nərimanovun Azərbaycandan getməsi «sol» qrup üçün çox böyük sevincdir. Nərimanovun qışqırmış olduğu və qışqırdığı xüsusi şəraitdən biri də budur, lakin solluq oyunu oynayanlar əvvəllər də, indi də bunu başa düşurlər.
    Burada Mərkəzin nümayəndəsi Kirov da başını itirdi. Dinə qarşı materialist kimi çıxış etmək bir şeydir. Bu mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə tətbiq etmək başqa şey.
    Və o, məsul katib, Mərkəzin nümayəndəsi kimi cavab verməli olacaqdır.
    Çox güman ki, onun ilhamvericisi olan yol. Serqo da cavab verməli olacaqdır, belə ki, Kirov axırıncısız heç bir şey etmir.
    Bütün bu işlər onların, yəni Kirov və Serqonun, Mərkəzə bu barədə necə məlumat verməsindən asılıdır.
    Bu, aydın şəkildə onu göstərir ki, Serqo və Myasnikovun64 başçılığı ilə Zaqafqaziya Diyar Komitəsində fraksiya geniş fəaliyyət göstərir: yol. Kirovu baş vermiş hadisəyə görə pis vəziyyətdə qoymaq istəmirlər. Yeri gəlmişkən, onlar Sovet respublikalarının birləşməyi haqqında Mərkəzə doğrumu məlumat vermişlər.
    Maraqlıdır ki, bununla əlaqədar olaraq mənim Zaqafqaziya Diyar Komitəsinə verdiyim məlumat indiyədək nəzərdən keçirilməmiş qalır...
    Burdan Gürcüstan Mərkəzi Komitəsi əhvalatı ortaya çıxır.
    Axı sözün həqiqi mənasında Gürcüstan EMKA-nın köhnə tərkibini millətçilikdə günahlandırmaq gülüncdür. Köhnə tərkibin bütün günahı onda idi ki, o düz və tamamilə aydın şəkildə Serqo, Kirov və Myasnikova demişdi ki, onlar özlərinin yanlış məlumatları ilə Mərkəzi aldadırlar. Bu kompaniya birləşdirmə məsələsinin Mərkəz tərəfindən qəti həllinə qədər həmişə Zaqafqaziya respublikalarının RSFSR-ə tam birləşməsi haqqında danışırdı və bu layihə ilə də o, Moskvaya getmişdi.
    Lakin o, tamam başqa qərarla qayıtmışdı. Lakin Serqo birləşdirmə haqqında yol. Leninin layihəsini öz layihəsi kimi qələmə verdikdə, EMKA-nın köhnə tərkibindən olan gürcü yoldaşlar ona dedilər: «Siz yalan danışırsınız, bu sizin layihə deyil. Siz Mərkəzə səhv məlumat verirsiniz». Və savaşma başladı. Serqo, Kirov və Myasnikov cəsarətli olsaydılar deyərdilər: biz belə fikirləşirdik, lakin sillə yedik. Və heç bir şey də olmazdı, belə ki, yol. Leninin Sovet Respublikalarının bərabər hüquqlarla birləşməsi gürcü yoldaşlar tərəfindən sözsüz qəbul edilmişdi.
    Genuyaya getməmişdən qabaq, bir gün yol. Stalin mənə dedi: «Serqo korlanıb». Yox o korlanmayıb, onun dövlət ağlını həddən artıq qiymətləndirərək onu korlayıblar. O, inqilabın bütün xilasını vuruşmada görür. O öz düşmənlərini məhv etmək üçün Zaqafqaziya kommunist təşkilatlarının sonuncu qurultayında nə kimi üsullara əl atmamışdı. Bütün bunlar haqqında danışmaq ayıbdır.
    18-ci ildən başlayaraq mənim məsləkdaşlarımla birgə səyim, bütün inqilabi Şərqi Sovet Rusiyası ətrafında və yanında toplamağa və bu günədək yer kürəsinin o biri yarısında milyonlarla insanların başlarına gətirilən müsibətə bir zərbə ilə son qoymağa yönəldilmişdi. Yer kürəsinin yarıdan çoxunda əhalinin köləliyi, yer kürəsinin kiçik hissəsində yaşayan əhalinin rifahı üçün şüurlu surətdə müdafiə edilir və bizim beşillik çağırışımıza baxmayaraq burda çoxmilyonlu fəhlə sinfi daha azsaylı istismarçıların zülmü altında inləyirdi və inildəməkdə davam edir.
    Mən təkrar edirəm.
    Mən məsələyə materialist kimi yanaşırdım. Qərbin Şərqdən iqtisadi asılılığı məni belə bir şüar irəli sürməyə məcbur edirdi:
    Şərqdən keçərək Qərbə.
    Həm ucqar respublikalarda bizim taktika məsələlərində, həmçinin Azərbaycanda və Əfqanıstanda, İranda və Türkiyədə bizim siyasətə münasibətdə, mən Şərq məsələsi haqqında danışdıqda, məhz yuxarıda adı çəkilən məqsədi nəzərdə tuturdum.
    Hətta Moskvada 20-ci ildə tatar kommunistlərinin ikinci qurultayında mən demişdim: «Panislamist hərəkatı yoxdur, lakin əgər müvəqqəti hal kimi yaranmış olsa, biz gərək Qərbi Avropada kapital hökmranlığını məhv etmək üçün ondan da istifadə edək.
    Lakin bu hərəkata bizim rəhbərliyimiz ona görə zəruridir ki, bu hərəkat öz məqsədinə nail olduqdan sonra inqilabımızın inkişafına mane olmasın».
    Mən nədənsə inanırdım ki, Rusiya proletariatı bunua öhdəsindən gələ bilər və gəlməlidir.
    Lakin bizim sonrakı fəaliyyətimnz qəti olaraq ümidimi kəsdi və get-gedə məni inandırır ki, Şərqin köləlikdən azad edilməsi kimi böyük vəzifə bizdən uzaqlaşır, daha doğru desək: biz ondan uzaqlaşırıq...
    Türkiyədə azadlıq hərəkatının nəticəsi, məhz buna sübutdur.
    Əgər biz Rotşteynin65 əli ilə İranda azadlıq hərəkatını məhv etməsəydik, indi Antantanın başına nə gələçəkdi.
    Axı aydındır: əgər biz bütün buiları düzgün nəzərə alıb, İranda və Türkiyədə azadlıq hərəkatına real, qəti siyasətlə rəhbərlik etsəydik indi mübaliğəsiz deyə bilərdik: biz Atlantaya hökmlə diktə edərdik. İki ən mühüm məntəqə - körfəzlər və Hindistana açılan qapılar birbaşa bizim nüfuzumuz altında olardı... Bax bu o Şərq məsələsidir ki, mən həmişə onun barəsində danışmışam.
    Lakin bunun üçün özümüzdə milli məsələni həll etmək zəruri idi. Çox təəssüf bu məsələ bizdə indiyə qədər hələ elə həll olunmamışdı ki, Şərq məzlumlarının diqqətini özünə cəlb etsin.
    12-ci qurultay tərəfindən milli məsələnin həlli bizi sakit edə bilərmi. Ucqar respublikalarda bu qərarı kim həyata keçirəcək? Bu məsələ üzərində düşünmək zəruridir. Mən bildirirəm: 12-ci qurultayın qərarını o adamlar həyata keçirə bilərlər ki, onlar inqilabın ilk günlərindən heç kimdən qorxmayaraq cəsarətlə bu barədə qışqırırdılar, solluq oyunu oynayanlar isə bu məsələni korlayacaqlar, çünki onlar Mərkəzin qərarının səmimiliyinə ürəkdən inanmırlar. Onlar indiyə kimi fikirləşirdilər və fikirləşirlər ki, bütün bu kimi qərarları gözdən pərdə asmaq üçün, effekt üçün qəbul edirlər. Əlbəttə, bu işçilərə qarşı münasibətdə 12-ci partiya qurultayının qərarını nə dərəcədə ciddi həyata keçirəcəyini göstərmək və bununla Şərq məsələsinə öz münasibətini bildirmək Mərkəzin işidir.
    Hələ ki, kommunizm quruluşuna tərəfdar idik. Avropada təbliğatımız güclü idi, lakin NEP (YİS) siyasəti elan edildiyi gündən bu qüvvə xeyli zəifləmişdir. Bizim vəziyyətimiz Avropa fəhləsini qorxuya salır və o belə bir sual qarşısında dayanır: yeni quruluşda onun vəziyyəti yaxşılaşacaqmı. Biz isə Şərqdə real, qəti siyasətimizlə elə bir vəziyyət yarada bilərdik ki, bu vəziyyətdə fəhlə sinfi tərəddud etməsin.
    Hazırda fransız jandarmeriyasının tapdağı altında əzilən Almaniya fəhlələrini dözməyə məcbur edən bu tərəddüdlər deyilmi.
    Sözümün sonunda demək istəyirəm: mən və mənim məsləkdaşlarım tamamilə səmimi və şüurlu surətdə Sovet hakimiyyətini ideallaşdırmağa və bu yolla Şərqə yeni idarə forması verməyə və beləliklə Şərqin Avropa kapitalı zülmündən azad olması üçün ən doqru yol açmağa və bununla da bu kapitalın məhvini sürətləndirməyə cəhd göstərirdik.
    Bu cəhdlər zamanı biz hər şeydən əvvəl, inqilabi dövrün səhvləri kimi Sovet Rusiyasının səhvlərinə haqq qazandıraraq, daha dinc şəraitdə xüsusi şəraiti olan ucqarlarda bu səhvlərə yol verməməyə çalışırdıq.
    Biz xalqların azadlığı haqqında çağırışımızın səmimiliyinə inanırdıq və tezliklə daha az mədəniyyətli xalqlarıi daha çox mədəniyyətli xalq olan velikoruslarla qovuşması üçün, beləliklə inqilabı qüvvətləndirmək və inkişaf etdirməkdən ötrü biz təbii yollar axtarırdıq. Bu cəhdlər zamanı biz rus şovinistləri və vəzifəpərəstləri ilə, ucuz populyarlıq gözləyən məsuliyyətsiz şəxslərlə, bu və ya başqa yolla Mərkəz qarşısında ad qazanmaq arzusunda olan fırıldaqçılarla və şüurlu surətdə partiyamıza soxulmuş, partiyamızı tez bir zamanda parçalamaq üçün şüurlu surətdə solluq oyunu oynayan, bizə düşmən olan partiya üzvləri ilə qarşılaşırdıq. Bu, düz yol idi.
    Bu ünsürlər bizi millətçilikdə, müxtəlif təmayüllərdə, səbatsızlıqda, separatizmdə və i. a. günahlandırırdılar. Çox təəssüf ki, Mərkəz bu ünsürlərin sözünu eşltmiş və indi də eşidir. Bizim yeganə çıxış yolumuz qalır: ya taktikamızı düzgün saymağı və nəticədə, bizə tam etimad göstərilməsini tələb etmək, ya da səhnədən çəkilmək, yəni məsul vəzifələr tutmayıb kütlələr arasında mədəniyyətçilər sifətilə işləmək. Bu bizi mənəvi cəhətdən tamamilə təmin edəcəkdir. Bir çox mülahizələrə görə biz birincidən, yəni taktikamızı düzgün saymağı tələb etməkdən əl çəkməli olacağıq. İkincisi qalır ki, mən Azərbaycana münasibətdə bunu həyata keçirmişəm.
    Mən Hələ 1922-ci ilin iyun ayında RKP MK-ya aşağıdakı məzmunda teleqram göndərmişdim:
    «Mən Moskvada olarkən yol. Stalin vəziyyət birtərəfli işıqlandırılmasın deyə, Azərbaycanda işlərin vəziyyəti ilə tanış olduqdan sonra öz fikrimi RKP MK-ya bildirməyi mənə təklif etmişdi.
    Yol. Kirovun Moskvada olduğunu və onun vəziyyəti birtərəfli işıqlandıracağını nəzərə alaraq, Zaqafqaziya Diyar Komitəsinin katibindən xahiş edirəm ki, mənim fikrim haqqında da məlumat versin.
    Azərbaycanın sonuncu partiya qurultayında, hər iki qrupun (sol və sağ) qrupların buraxılması haqqında təntənəli bəyənatından sonra, «sol» qrup Bakı Komitəsinin himayəsi altında bu qrupa qarşı fəaliyyət göstərənlərlə amansız mübarizə aparmağa başladı.
    Mən İttifaq Sovetinin üzvü təyin edilib və beləliklə Tiflisə köçməyimlə əlaqədar olaraq, «sol» qrup daha sərbəst fəaliyyət göstərməyə başladı.
    Mən tərkibi tamamilə düşmənlərimdən ibarət olan AzMK*-nın qərarına təsir göstərə bilmirəm.
    * AK(b)P MK.
    Məni Azərbaycandan uzaqlaşdırdıqdai sonra, bu qrup məsləkdaşlarıma amansız divan tutmağa başladı.
    Bir qismini siyasi cəhətdən öldürdü, başqalarını partiyadan xaric etmək qorxusu altında tamamilə simasızlaşdırdı, digərlərini isə gizli iş şəraitinə keçməyə məcbur etdi.
    İndi sağ qrup yoxdur və Azərbaycanın bütün taleyi Mirzoyan başda olmaqla «sol» qrupun əlindədir.
    Azərbaycanda vəziyyətin ağası olan «sol» qrup, əvvəllər edə bilmədiklərini indi inadla həyata keçirir.
    Mən bildirirəm ki, bu qrupun fəaliyyəti nəticəsində yaxın gələcəkdə ikinci Türküstan yaradılacaqdır.
    Partiya parçalanır, xəbərçilik sistemi genişlənir.
    Müsəlman fəhlə və kəndlilər ən yaxşı halda partiyadan çıxmağa cəhd edir, bəd ayaqda müsavatçılar və ittihadçıların təsiri altına düşürlər.
    Mən bildirirəm ki, bu qrupun fəaliyyəti nəticəsində təhlükəli millətlərarası antaqonizm inkişaf edir.
    Əgər RKP MK bütün bunları normal hal hesab edir və Şərq siyasətindən əl çəkirsə, mənim buna qarşı heç bir etirazım yoxdur, lakin bildirirəm ki, «bu andan Azərbaycanda vəziyyətə cavab vermirəm və bütün məsuliyyət bu qrupun və onun əməllərini müdafiə edənlərin üzərinə düşür».
    Bu teleqramın göndərildiyi gündən 8 ay keçib və mən bildirirəm ki, Azərbaycanda vəziyyət bu vaxt ərzində daha da pisləşmişdir.
    Mən bildirirəm ki, bir il bundan əvvəl Azərbaycanda hakimiyyət azərbaycanlı kütlələrinin Sovet hakimiyyətinə ümumi rəğbəti ilə müdafiə edilirdisə, lakin hal-hazırda hakimiyyət yalnız süngü gücünə müdafiə edilir.
    Əlbəttə, əgər bizim xarici aləmlə silahlı toqquşmamız olmasa hələ bir müddət hakimiyyəti süngü gücünə saxlamaq olar, lakin əgər bu toqquşma baş verərsə, onda neft sənayesi təhlükə altında qalacaqdır. Bir dəqiqə belə, vaxt itirmədən, son zamanlarda Azərbaycanda yaranmış nöqsanlara diqqət yetirmək zəruridir.
    İki ay bundan əvvəl Azərbaycanda üsyan baş vermişdi. Asanlıqla yatırdılar, lakin neçə gün qırmızı əsgərlərdən bataqlıqda gizlənməyə məcbur olan qadın və uşaqları oradan zorla çıxardıqda əhaliyə bu yatırma necə təsir göstərmişdi.
    Orconikidzenin nəzəriyyəsinə görə, əlbəttə, kiçik Azərbaycanın əhalisini müntəzəm olaraq məhv etmək olar, lakin onda respublika kimdən ibarət olacaqdır?
    Mən 1919-cu ildə Mərkəzi Komitəyə özümün birinci məruzəmdə dediyim sözləri təkrar etməliyəm. Biz Bakını bütöv Azərbaycansız saxlamaq iqtidarında deyilik, eləcə də biz hazırkı beynəlxalq vəziyyətimizlə əlaqədar Zaqafqaziyanı süngü gücünə saxlamaq iqtidarında deyilik. 19-cu ilədək müsavat, daşnak, menşevik və eser partiyalarının üzvləri olan gənc kommunistlərə etibar yoxdur.
    Aşağıda mən bəzi statistik məlumatlar göstərirəm ki, bunlar Mərkəzin etimadını qazanmış məsul yoldaşların müstəmləkəçilik siyasətini daha yaxşı əks etdirir.
    Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-istəməz şifahi və yazılı şəkildə müraciət etdikdə, bu müraciət rus dilində olmalıdır, belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində danışmırlar.
    Mən bildirirəm ki, Dövlət Duması olanda, türk əhalisi belə sıxıntıya məruz qalmırdı.
    Bəs Bakı qəzasında yerləşən 76 türk kəndinin əhalisi öz işləri üçün şəhərə gəlib və Bakı Sovetinə müraciət etdikdə necə təəssürat yaranır.
    Bəs türklər üçün məktəblərin və uşaq evlərinin sayı.
    Lakin hər şeydən dəhşətlisi təqaüdçü tələbələrin sayıdır: 30 rus və 5 turk.
    Daha dəhşətlisi isə bu məsul yoldaşların fəhlə uşaqlarına münasibətidir.
    Fabrik-zavod-şagirdlik məktəbləri adlanan təhsil ocaqlarının sayı 17, burada rus uşaqlarının sayı 1192, müsəlman fəhlələr üçün isə - 26.
    Məgər bütün bunlar yol. Kirova, Mirzoyana bəlli deyil.
    Məgər Mirzoyan və başqalarının bu çür cinayətkar siyasətini müdafiə edən Ruhulla Axundov və ona bənzər türklər bunu hiss etmirlər.
    Ürəkdə bu ədalətsizliyi dərk edən türk işçiləri nə üçün bunu edirlər.
    Lakin onlar nəinki, bu barədə qışqırır, hətta ya mənsəblərinə görə, ya da yuxarıda deyildiyi kimi, Azərbaycanda türklər arasında Sovet hakimiyyətini nüfuzdan salmaq məqsədilə bu siyasətin davamına kömək edirlər.
    Partiya qurultaylarının milli məsələyə dair bir sıra qərarlarından sonra belə şəxslərə Azərbaycan zəhmətkeşlərinin səadətini etibar etmək olarmı.
   
    Bakı Sovetinin məs"ul işçilərinin tərkibi
    Sıra №-ləri Şöbələr üzrə familiyalar Partiya mənsubiyyəti Vəzifəsi Milliyyəti Şöbənin bütün qulluqçularının sayı Onlardan türklər
    1 2 3 4 5 6 7
    I. Rəyasət heyəti 10 2
    1 Krılov part. sədr rus
    2 Vareykis » sədr muavi naməlum
    3 Yadrov » məsul katib yəhudi
    4 Mirzoyan » Rəyasət Heyəti uzvü erməni
    5 Konuşkin » » rus
    6 Todorski » » »
    7 K aruşin » şöbə müdiri »
    8 Blyaxin » » »
    9 R. Hüseynov » » türk
    10 Qasımov » rəyasət heyət qulluqçusu naməlum
    II. İşlər idarəsi 26 4
    1 Şahbazov bitərəf işlər müdiri türk
    2 Yanovskaya part. ümumi şöbə müdiri rus
    III. Kommunal təsərrüfat 450 20
    1 Paruşin Part. şöbə müdiri Rus
    2 Roxlin Bitərəf » Yəhudi
    3 Livşits » işlər müdiri »
    4 Abezqauz » katib »
    IV. Tikinti yarımşöbəsi
    1 Nikitin bitərəf müdir rus
    V. Əmlak şöbəsi
    1 Belikov part. müdir naməlum
    2 Kriştun bitərəf müdir müavini yəhudi
    3 Palaşkov » katib rus
    VI. Abadlaşdırma şöbəsi
    1 Mirzəbekyants bitərəf müdir erməni
    VII. İstismar bölməsi
    1 Mişuxin bitərəf müdir rus
    VIII. Nəzarət-hesablama yarımşöbəsi
    1 Mahmudbəyov bitərəf müdir türk
    2 Savitski » müdir müavini rus
    IX. İnventar-statistika yarımşöbəsi
    1 Çevanov bitərəf müdir naməlum
    X. Neft şöbəsi
    1 Jdanov part. müdir rus
    XI. Elektrotexnika yarımşöbəsi
    1 Çernomordikov bitərəf müdir yəhudi
    XII. Torpaq bölməsi
    1 Peskovski bitərəf müdir rus
    XIII. Təçhizat şöbəsi
    1 Bema bitərəf müdir yəhudi
    XIV. Yol şöbəsi
    1 Bunov bitərəf müdir rus
    XV. Maliyyə şöbəsi
    1 Andreyev part. müdir rus
    2 Kantsnelson bitərəf müdir müavini yəhudi
    3 Sklyarevski » II müavin rus
    4 Semenenko bitərəf vergi yarımşöbəsinin mudiri rus
    XVI. İdarəetmə şöbəsi 20 3
    1 Hüseynov R. part. müdir türk
    2 Suslov » müavin rus
    3 Luçinski bitərəf katib »
    XVII. Torpaq şöbəsi
    1 Pronzyonnı part. müdir erməni
    2 Svetlov bitərəf işlər mudiri rus
    XVIII. Su təchizatı şöbəsi 100 1
    1 Sevostyanov part. müdir rus
    2 Afanasyev bitərəf müdir müavini »
    XIX. Statistika şöbəsi 11 yoxdur
    1 Rtuşteyn bitərəf müdir yəhudi
    2 Purye » müdir müavini »
    XX. Səhiyyə şöbəsi 40 2
    1 Neyştadt part. müdir yəhudi
    XXI. Xalq təhsili şöbəsi 60 5-7
    1 Blyaxin part. müdir naməlum
    2 Barçuk » müdir müavini yəhudi
    3 Natalov bitərəf katib erməni
    4 Karkaşev » işlər müdiri »
    5 Orucaşov » yarım şöbə müdiri türk
    XXII. Şəhər sənayesi şöbəsi.
   
    1 Alekseyev part. müdir rus
    2 Bernşteyn bitərəf müdir müavini yəhudi
    XXIII. Komendantlıq
    1 Loqinov bitərəf komend. rus
   
   
    Baksovetin özəyində 70 adam; onlardan türk 20 nəfər.
    Baksovetin üzvləri cəmi 500 nəfər; onlardan rus 240 nəfər, türk 200 nəfər və başqa millətdən 60 nəfər.
    Qəzada kəndlər 78; Yalnız türk əhalisi olan – 76, rus – 2.
    Təqaüdçülər - 35, onlardan türk - 5.
   
    Statistik məlumatlar:
    Bakıda məktəblərin sayı
    Bakı rus türk erməni başqa millətlər
    I dərəcəli məktəblər
    Məktəblərin ümumi sayı - 57 24 20 9 4
    Məktəblilərin sayı - 17.283 7650 5326 3648 659
    II dərəcəli məktəblər
    Məktəblərin ümumi sayı - 16 11 4 1
    Məktəblilərin sayı - 3254 2924 194 136
    Texniki-peşə təhsili (aşağı)
    Fabrik-zavod şakirdliyi - 17
    Məktəbli - 1218 1192 26
    Texniki-peşə təhsili (orta)
    Texnikum – 6, məktəbli - 1179
    (Nərimanov ad. türk) – 1, məktəbli - 252
   
    Bakıda uşaq evləri:
    Uşaq evlərinin sayı - 37, uşaqların sayı - 3773, onlardan türk uşaqları - 527, rus uşaqları - 1858.
    Bu məruzə - 1923-cü ilin yayında MK-ya təqdim edilmişdi. Partiyamızın həyatında baş verən hadisələrin gedişi bu materialın gələcəkdə tarixi bir sənəd kimi əhəmiyyət kəsb edəcəyini göstərir.
    Mən bu əlavəni 1923-cü il dekabrın 23-də, bu məruzənin MK-ya təqdim edildiyi vaxtdan 6 ay keçdikdən sonra edirəm və mənim demək olar ki, bütün mülahizələrim həyata keçdi.
    1. Almaniyadakı hadisələr bizim ümidlərimizi doğrultmadı. Əksinə, irtica daha da şiddətlənir. Bizim Qərbə olan meylimiz müvəffəqiyyətsizliyə uğradı. Bizim Şərqə münasibətimiz qeyri-müəyyən olaraq qalır; Şərqin bizə münasibəti gərginləşmişdir...
    2. Müxalifətin MK-nın xəttinə qarşı çıxışı, demokratizm haqqında diskussiyanın gedişi partiyanın açıq-aydın parçalanmasını göstərir.
    3. Azərbaycanda Sovetlər qurultayı mənim mülahizələrimi kifayət qədər sübut etdi.
    Qurultay demək olar ki, Azərbaycan MK-nın müəyyən edilmiş siyahılara görə seçilmələrini lazım bildiyi adamlardan ibarət idi. Lakin necə vəziyyət yarandı. Mənim tərəfdarlarım olan Qədirli və Əfəndiyev66 yoldaşların çıxışları bütün qurultay tərəfindən alqışlandı, Hüseynova, Qarayevə, Mirzoyana isə danışmağa imkan vermədilər. Bu, Kirov, Mirzoyan və başqaları tərəfindən qurultaya xüsusi siyahılar üzrə dəvət edilənlərin əhvali-ruhiyyəsini lazımi dərəcədə xarakterizə edir.
    Qurultay nümayəndə heyəti göndərib Qədirli və Əfəndiyev yoldaşlara: «Biz qorxuya salınmışıq, hər şey haqqında açıq danışa bilmirik. Əgər siz danışmaq üçün özünüzdə cəsarət hiss edirsinizsə, onda danışın: biz bu və ya başqa yolla sizi nümayişkaranə müdafiə edəcəyik» deməyi tövsiyə etmişdi. Düzünü demək lazımdır ki, qurultay həddini aşmışlara onların vəziyyətinin səbatsız olduğunu göstərdi. Lakin qurultayın Rəyasət Heyətinin, yəni Mərkəzi Komitənin hökumətin siyasətinin bəyənilməsi haqqında təklif etdiyi qətnaməsi yekdilliklə qəbul edildi.
    Bizim şəraitdə bu yekdil qərarın nə demək olduğunu hər kəs bilir. Qədirli və Əfəndiyev qurultayın əhvali-ruhiyyəsini nəzərə alaraq xüsusi qətnamələr təklif etmirdilər, yəni bununla bir daha sübut etdilər ki, biz parçalanmadan uzağıq, lakin biz həqiqət tərəfdarıyıq və riyakarlıq əleyhinəyik.
    Bizim xəttimiz tamamilə düzgün xətdir: biz partiyada parçalanmaya yol verməyəcəyik, lakin əlimizdə olan vasitələrlə öz fəaliyyətləri ilə ümumi işimizi məhv edənləri ifşa edəcəyik.
    Mərkəzin nümayəndəsi Kirov Azərbaycanda onun siyasətinin qurultayın tərəfindən yekdilliklə bəyənildiyi haqqında partiya MK-nın məruzəsini edəcəkdir və Mərkəz də buna inanacaqdır...
    Beləliklə, qəza baş verənə qədər özümüzü aldatmaqla məşğul olacağıq.
    Bütün bunları bu sənəddə ona görə qeyd edirəm ki, partiyamızın tarixi bizim iflasa uğramağımızda kimin haqlı, kimin günahkar olduğunu bilsin. Qabaqcadan demək olar ki, biz uçurumun kənarındayıq.
    Bu məruzə ilə əlaqədar olaraq Bakıya komissiya göndərilmişdi. Komissiyanın üzvləri Yaroslavski, Petrovski67, Şkiryatovdan68 ibarət idi. MNK üzvü olan Yaroslavskinin yoxlanışdan sonra mənimlə söhbəti oldu və o dedi ki, guya mən öz məruzəmlə partiya MK-nı aldadıram. Partiyanın ən ali məhkəməsinin üzvü olduqca çiddi işə belə yanaşır. Daha nə danışmaq olar? Bəs əgər bu Yaroslavski üzvləri Bakı təşkilatı üçün «etibarlı» adamlardan ibarət olan qurultayın əhvali-ruhiyyəsini görsəydi və əgər o, partiya və Sovet hakimiyyəti qarşısında xəcalət çəkirsə, onda o, çox güman ki, utanardı...
    Yol. Stalin bu məruzə ilə əlaqədar mənə dedi: «Məruzədə şəxsiyyətlərə toxunmaq lazım deyildi».
    Mən məruzəni «Ucqarlarda inqilabımızın tarixinə dair» adlandırıram. Və Azərbaycanda bu və ya digər rol oynamış şəxsiyyətlər gələcək nəsil üçün xarakterizə edilməliydi. Bu sənədin işıq üzü görməyə imkanı yoxdur, lakin vaxt olacaq ki, tarix bizim qəzanın müqəssirlərini axtaracaqdır. Vaxt olacaq ki, Azərbaycan fəhləsi və kəndlisi belə bir sual qoyacaq: kimdir müqəssir? Onda bu adamlara aydın olacaq ki, Hüseynovlar, Qarayevlər, Axundovlar (Ruhulla) öz şəxsi mənfəətləri üçün Sovet Azərbaycanını simasızlaşdırır və onun mənafeyini topdan və pərakəndə satırdılar.
    Lenin və Stalin yoldaşlara yazdığım məktublardan mən bu məruzəmdə elə məktubları əlavə edirəm ki, bunlar arxasında yol. Stalin dayanmış, o zaman güclü olan Serqo ilə apardığım mubarizəni aydın şəkildə göstərir.
    Son zamanlar aydın olmuşdur ki, Serqo Mərkəzdən göndərilmiş nümayəndədir. Mən onunla mübarizəni yol. Lenin onu özünün məşhur məktubunda rüsvay edəndən əvvəl başlamışdım. Bu bir daha sübut edir ki, mən bu adamın «nə yuvanın quşu» olduğunu yol. Lenindən qabaq bilmişəm. Əgər əlverişli şərait yaranarsa, mən özümün «Ucqarlarda inqilabımızın tarixinə dair» qısa məktublarımı bu tərkibdə, təkçə MK üçün deyil, gələçək nəsil üçün davam etdirərəm.
    Mən əminəm ki, bizim ideyamız qalib gələcəkdir. Bəlkə də biz öləcəyik, lakin ona görə öləcəyik ki, yenidən həyata qayıdaq. Və o zaman mənim qısa məktublarım gələcək kommunist rəhbərlər üçün faydalı olaçaqdır.
    Moskva. 24. XII. 1923.
    N. Nərimanov.
   
    Mən bu əlavəni 1924-cü il mayın 27-də edirəm.
    Bakı konfransı və AKP partiya qurultayı menşevik və daşnakların əli ilə partiyanın parçalanması məsələsində bizim nöqteyi-nəzərimizin düzgünlüyünü bir daha qeyd etmək üçün zəngin material vermiş oldu.
    Bu məruzədə təxmiiən bu barədə danışılır ki, 1) erməni «yoldaşlar» və rus şovinistləri - Bakı təşkilatının rəhbərləri cinayətkar siyasət həyata keçirirlər, keçmişlərindən qorxan müsəlman işçilərin qüvvəsindən istifadə edərək öz məqsədlərinə - partiyanı parçalamağa nail olmaq üçün solluq oyunu oynayırlar.
    Bir il keçdikdən sonra, son dərəcə dəqiqliklə qabaqcadan dediklərimiz həyata keçdi.
    Biz öz məruzəmizdə həmişə deyirdik ki, 2) türk fəhlələri arasında iş aparılmadığı üçün və onlara yanlış münasibət üzündən türk və rus fəhlələri arasında antoqonizm genişlənir. Onların ölkənin idarə edilməsində və s. rus fəhlələri ilə birlikdə şüurlu surətdə iştirak etmələri üçün türk fəhlələrinin inkişaf səviyyəsini yüksəltmək zəruridir.
    Məruzədə mən birbaşa göstərirəm ki, 3) bu, məlum proqram üzrə məlum şəxslər tərəfindən həyata keçirilir ki, onlar nəyin bahasına olursa olsun, Azərbaycanı simasızlaşdırmaq, öz miskin məqsədləri üçün onu gücdən salmaq istəyirlər. Bu məqsədə nail olmaq üçün onlar özləri çıxış etməyib, Azərbaycandan olan türkləri Azərbaycanın mənafeyini müdafiə edənlərə qarşı çıxış etməyə məcbur edirlər. İş «parçala və hökm et» şüarı altında getmiş və gedir.
    Bizim qabaqcadan dediklərimiz - eser, menşevik və müsavatçı qruplar partiyanı parçalamaq üçün solluq oyunu oynayırlar, biz qeyd edirik - artıq həyata keçmişdir. Məruzədə onlardan bəzi daha mühüm olanları qeyd edilmişdir, ikinci dərəcəli olanlar qeyd edilməmişdir.
    Mənim irəli sürdüyüm məsələləri araşdırmaq üçün Bakıya gəlmiş məlum komissiyanın kommunist vicdanına zərbə endirmək üçün, mən onların familiyalarını təkrar edirəm: eserlər Xanbudaqov, Axundov Ruhulla, Cəbiyev Həbib69, Rəhim Hüseynov70, Cahangir Nağıyev, müsavatçı M. D. Hüseynov, menşevik Qarayev.
    Onların cinayətkar işi özünü nədə göstərmişdir. Özünün «Qafqaz» siyasətinin inkişafına mane olan hər şeyi məhv etmək üçün Serqoya məni Azərbaycandan uzaqlaşdırmaq lazım idi. O, məsləhət üçün Mirzoyana müraciət etdi, Mirzoyan dedi: «Bizə ancaq sənin razılığın lazımdır və Nərimanov burda olmayacaq». Serqo dedi: «İşində ol». Mirzoyan mənim EFKA-dan qovduğum və bu andan solluq oyunu oynamağa başlayan, Qarayev və M. D. Hüseynovla birlikdə mənə qarşı açıq çıxış edən, Mirzoyana çox şey vəd edən həmin Xanbudaqova müraciət etdi; o mənə qarşı fəaliyyətə başlamaq üçün MK-ya katib keçirilməsini xahiş edirdi.
    Bu, Mirzoyan tərəfindən yerinə yetirilir: onu, - Xanbudaqovu, AKP MK-ya katib seçirlər və iş başlayır, o öz qohumlarını qəzalara göndərir və onlara tapşırıqlar verir ki, heç yerdə Nərimanovun adını çəkməsinlər və onu heç yerə seçməsinlər və i. a. Belə bir işi qurtardıqdan sonra Xanbudaqov Mirzoyana deyir: «Mənim qəzalarım hazırdır». Mirzoyanın özünün fəhlə rayonları artıq çoxdan hazır idilər. Serqoya məlumat verirlər ki, indi Nərimanovu cəsarətlə çıxarmaq olar. Moskvada daha yüksək vəzifə verilməsi bəhanəsi ilə çıxarırlar. Və həqiqətən SSR İttifaqı MİK-nin sədri seçirlər. Mirzoyan və Serqo şadlıq edirlər: məni çıxartdılar və heç bir şey olmadı, Azərbaycanda nəinki üsyan yoxdur, hətta heç kim Nərimanovun adını çəkməyə belə cürət etmir. Və əgər bəzən bir sıra yoldaşlar «axmaqlıqları» üzündən qurultaylarda Rəyasət Heyətinə fəxri üzv təklif edirlərsə də, çox asanlıqla «ehtiyac yoxdur» deyirlər və bütün bunlar rahatca həll olunur.
    Bütün bunlar Azərbaycanda Xanbudaqovun bacarığını və nüfuzunu göstərir.
    Serqo şadlıq edir: Xanbudaqov ən yaxın, ən sadiq adama çevrilir. Bəs Xanbudaqovun başqa eser Axundov Ruhullanın bilavasitə təsiri altında işlədiyini kim bilmir?
    Yeri gəlmişkən, həmin bu Xanbudaqov son vaxtlar dəfələrlə başqa yoldaşların vasitəsilə mənə çatdırırdı ki, guya mən həddən artıq açıq fəaliyyət göstərirəm və onların (eserlərin) uğrunda mübarizə apardıqları işi korlayıram. Mən cavab verdim: mənim partiyadan gizli heç bir sirrim yoxdur və gələcəkdə də belə hərəkət edəcəyəm. Keçən yaz Xanbudaqov Moskvada olarkən, S. M. Əfəndiyev vasitəsilə məndən xahiş etmişdi ki, hansı bir söhbət üçün isə onu qəbul edim. Mən Əfəndiyevə rədd cavabı verib dedim: o, fırıldaqçıdır, mənim onunla heç bir işim ola bilməz. Üçüncü dəfə S. M. Əfəndiyev məni razı sala bildi və dedi: ona qulaq asmaq lazımdır, bəlkə öz səhvlərindən peşman olub. Mən yol. Əfəndiyevə güzəştə getdim. Onu qəbul etməyə razılıq verdim. Əfəndiyevin yanındaca onu qəbul etdim. O, hələ oturmağa macal tapmamış, mən onu bu sözlərlə qabaqladım: mənim partiyadan gizli sirrim yoxdur. Və sənin bütün bunları Serqo Orconikidzeyə çatdıracağını bilməyimə baxmayaraq mən açıq danışmağa öyrəşmişəm. O bu sözdən incidi və heç bir şey demədən çıxıb getdi. Beləliklə, RKP Mərkəzi Komitəsinin nümayəndəsi olan Serqonun xeyir-duası ilə Azərbaycanda partiyanın taleyi tapşırılmış bu fırıldaqçıya qulaq asa bilmədim. Bəs Xanbudaqovun fırıldaqçı olmağı düzdür? Əgər bu sübuta yetirilərsə, onda Serqonun, Bakı Komitəsinin, bu fırıldaqçını müdafiə edən başda Petrovski olmaqla məşhur komissiyanın vəziyyəti necə olacaq?
    Lakin partiyanın və mənim məsləkdaşlarımın xoşbəxtliyindən bu məruzədə adları çəkilmişlərin hamısı fırıldaqçı çıxdılar. Bir qisminin sir-sifəti daha qabarıq nəzərə çarpırdı, başqalarınkı isə o qədər də aydın görünmürdü, lakin bunlar arasında əlaqənin mövcudluğuna heç bir şübhə yoxdur. (Sonuncu Bakı konfransı 1924-cü ilin aprelində). Qoy Xanbudyaqovu Mirzoyan özü ittiham etsin («Bakinski Raboçi», 1924-cü il 30 aprel, çərşənbə). «Bakinski Raboçi»nin bu nömrəsində Mirzoyanın Bakı konfransındakı nitqi verilmişdir, burada o, Xanbudaqova onun (Xanbudaqovun) milli məsələyə dair yazdığı məqaləsi ilə əlaqədar olaraq cavab verir.
    Bu və başqa nitqlərində, artıq yoxlanılmış mənbələrdən görünür ki, Mirzoyanın son vaxtlar vəzifədən atdığı agent qohumlarının mənafeyini müdafiə etmək məqsədilə Xanbudaqov birdən-birə milli məsələnin belə bir qoyuluşunu irəli sürdü: xristian və yəhudiləri qovmaq və onların yerinə müsəlman fəhlələri qoymaq zəruridir. O, AKP MK katibi olduğu zaman deyirdi ki, Azərbaycanda milli məsələ üzrə 12-ci qurultay tərəfindən qoyulan işin 1001-i həyata keçirilməyib. Və maraqlı burasıdır ki, onun qohumları və agentləri işdən qovulmağa başlayanda o, həmin andan bütün bunlar haqqında kəskin danışmağa və məsələ qaldırmağa başlayır. O nəinki bu barədə yazır, hətta rayonunda məsul türk işçiləri və fəhlələri arasında gizli iş aparır. Qəzalara göndərilmiş məsul işçilər AKP MK katibi Xanbudaqovun göstərişləri üzrə fəaliyyət göstərirlər; onlar yerli işçilərə deyirlər: biz mərkəzdə birləşmişik, Mirzoyanı və Kirovu yıxmalıyıq və i. a. Yerli işçilərin bir hissəsi razı olur, digər hissəsi yox. Və bu axırıncı hissə gizli iş aparanların adlarını konfransda açıb bildirir. Və bu işə kim cəlb edilmişdir? 1. Xanbudaqov, 2. Cəbiyev, 3. Quliyev M.,71, 4. Rəhim Hüseynov, 5. Çahankir Nağıyev (bunların hamısı eserdir), 6. M. D. Hüseynov (müsavatçı) və bir də Ağayev qardaşları qrupu, bunlar çoxdan fırıldaqçılar kimi məlumdur, lakin onlar hər yerdə mənə qarşı çıxış etdikləri üçün Mirzoyan tərəfindən partiyada saxlanılmışdılar. Bu o adamlardır ki, onlar haqqında konfransda və partiya qurultayında açıq danışılmışdır. Lakin bu gizli işin qalan iştirakçıları (Qarayev, Musabəyov, Dadaş72 və başqaları) təhlükəni hiss edib, məharətlə vəziyyətdən çıxmış və beləliklə hələlik Mirzoyanın cəzasından qaça bilmişlər.
    Mən oxucudan xahiş edərdim ki, bu məruzədə M. D. Hüseynov haqqında deyilənləri öz yaddaşında təzələyəydi. Mən dördüncü ildir ki, deyirəm, qışqırıram: bu tipin solluğuna inanmayın, buna baxmayaraq indiyə kimi [o] Serqo və Mirzoyanın əlində bir vasitə olaraq qalır. Bəs ona nə olmuşdur? Elə bu konfransda Naxçıvandan olan Əsəd Axundov bildirdi: M. D. Hüseynov konfrans keçirmək üçün Naxçıvanda olduqda, Bakı konfransında və qurultayda onun qrupuna kömək etməyi məndən xahiş etmişdi. Ə. Axundov bunun nə qrup olduğunu soruşduqda, o, cavab vermişdi ki, bu Xanbudaqovun rəhbərlik etdiyi qrupdur. Əsəd Axundov bildirmişdi ki, o bu məsələ barədə məlumat verəcəkdir. Bundan xəbər tutan Qarayev (MK katibi) Ə. Axundova zənk vurub çox xahiş edir ki, həmin məlumatı verməsin. Ə. Axundov bu xahişi kəskin surətdə rədd etdikdə, o, Qarayev AKP MK katibi, Ə. Axundovdan xahiş edir ki, onun M. D. Hüseynov üçün ağız açdığını heç kəs bilməsin.
    Beləliklə, Qarayevin bu qrupda iştirakı heç bir şübhə olmadan müəyyən edilir. Bunun üçün onu yenidən AKP MK katibi, M. D. Hüseynovu isə Zaqafqaziya Diyar Komitəsinə üzv seçirlər! Bəs bu nə ilə nəticələnir? Hüseynov Xanbudaqovun qrupundadır, Xanbudaqov isə Kirovu və Mirzoyanı, Belenkini və onlarla birlikdə rus, erməni və yəhudiləri Azərbaycandan qovmaq təbliğatı aparırdı. Və bu şüar «ideya üçün» deyil, öz qohumlarını yerlərində saxlamaq üçün atılmışdı.
    Bu məharətlə qurulmuş kələyi Serqo müdafiə edir, çünki hələlik onun M. D. Hüseynovu və Qarayevi əvəz edəcək başqa adamı yoxdur. Son zamanlar 20-ci ildən M. D. Hüseynovla birlikdə işləyən Ruhulla Axundov səhnəyə can atırdı. Bu da xüsusi növ fırıldaqçıdır, Xanbudaqovun yerinə indi AKP MK katibi seçilmişdir. Biz bu birinci dərəcəli fırıldaqçı (qatı eser) özünü ifşa edənə qədər hövsələli olub gözləyəcəyik.
    Bədbəxt Azərbaycan isə bu zaman belə vicdansız fırıldaqçıların əlində oyuncağa çevriləcəkdir...
    Mənim Azərbaycanda daşnak işi haqqında mülahizələrimin o biri yarıysı, fikrimcə, elə bu il məlum olacaqdır. Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi. Bu məqamdan kəndlilərin və türklərin kəndlilərə münasibəti olduqca kəskinləşmişdi*.
    * Türk kəndlilərinin və türk partiya və sovet işçilərinin ermə-ni kəndlilərinə münasibəti nəzərdə tutulur.
    Daha sonra Gəncənin dağlıq hissəsi haqqında məsələ gəlir və i. a. Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır. Nə kimi nəticələr olacağını demək çətindir, lakin əgər olsa, bunun bütün məsuliyyəti Serqo və Stalinin üzərinə düşəcəkdir. Maraqlı odur ki, bu şəxslər elə fikirləşir ki, türklər o qədər axmaqdırlar ki, bütün bunları başa düşmürlər. Onlar həmişə Qarayevi irəli çəkirlər, onu isə bütün Azərbaycan hər cəhətdən satqın adam kimi tanıyır... Azərbaycanda namuslu türk işçilər partiyanın bu üzvlərinin simasında RKP MK tərəfindən Azərbaycana olan belə etinasızlığı heç vaxt yaddan çıxarmayacaqlar. Mən burada Serqonun və beləliklə Stalinin də Azərbaycanda işini kifayət qədər səciyyələndirən xarakterik bir misal gətirəcəyəm. Bu məruzənin özündə satqın işçi Hacıbaba haqqında danışılır. Məruzədə onun haqqında deyilir ki, 20-ci ildə onu rüşvət üstündə Qazaxdan qovublar. Bu ağanı Sərkis, Mirzoyan və son vaxtlar Serqo (Tiflisdə) mənə qarşı çıxış etməyə məcbur edirdilər. Bəs görün nə məlum olur? Bu tip dörd il məsul işçi sifətilə (son vaxtlar hətta nəzarət komissiyasının üzvü olmuşdur) oğurluq etmiş, rüşvət almış, bakirə kəndli qızlarını, arvadları zorlamışdır və i. a. Nəhayət, iş o yerə gəlib çatmışdı ki, daha onu partiyada saxlamaq mümkün deyildi. Bəs nə etməli? Bu nalayiq hərəkətlərin üstündə onu partiyadan qovmaq olmazdı, çünki bu cinayət hamının gözü qarşısında dörd il davam etmişdi. Nəzarət komissiyasının üzvü kimi Əfəndiyevin bu barədə məlumatı vardır. Lakin bu əclafdan nəhayət yaxa qurtarmaq vacibdir. Və Serqo tapşırıqlar verir: onu qeyri-normal hesab etməli (!). Dörd il, partiyanın və Sovet hakimiyyətinin nümayəndəsi kimi cinayətlər törətmiş və bu cinayətlərə Serqo dözmüşdür, çünki bu əclaf mənə qarşı işdə yaxşı vasitə rolunu oynayırdı.
    Bakı təşkilatının və əlbəttə, Serqonun işini xarakterizə edən misal budur, Serqonun siyasəti isə Stalin tərəfindən müdafiə edilir. Gedəcək yolumuz yoxdur. Azərbaycanda vicdanlı işçilər, türk kommunistləri bütün bunları, mən təkrar edirəm, yaddan çıxərmayacaqlar.
    Azərbaycan Respublikası EA-nın Azərbaycan Tarixi Muzeyi. inv. № 2028a
   
    əlavə
    N. NƏRİMANOVUN V. İ. LENİNƏ MƏKTUBU
    Əziz Vladimir İliç!
    Mənim teleqramlarımdan birində verilmiş məlumatı demək olar ki, təkrar etmək lazım gəlir.
    Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, əfkari ümumiyyə ilə birtəhər mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir. Bu barədə bizim nümayəndəmiz ətraflı danışacaqdır.
    Bizi dəhşətli vəziyyətdə qoyan Mərkəzin başqa bir münasibəti: Mərkəzdən hər gün nümayəndələr gəlib əllərində olan mandatlara əsasən bu və ya digər səbəbə görə tanınmış xalq komissarına tabe olmaq haqqında bizə göstəriş verirlər.
    Əziz Vladimir İliç, məgər «Müstəqil Azərbaycan» Sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq, biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik.
    İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir.
    Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?
    Mən qəti surətdə bildirirəm: əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq. Onda qoy tarixən dolaşıq milli məsələləri belə asanlıqla həll edənlər bura gəlsinlər. O zaman bilərik ki, bizim mənasız - Şərqə doğru - çığırtımız nə deməkdir. Belə olan halda Şərqə necə gedəcəyik?
    Yeganə ümidimiz - inqilabımızı Şərqdə siyasətlə müdafiə etmək ümidi də alt-üst oldu. Və bütün bunların müqəssiri kimdir. 1-ci Mərkəzin xəbərsizliyi və 2-ci-Mərkəzdə oturmuş erməni daşnak-kommunistlərinin iyrənc işi.
    Mən Sizin diqqətinizi buna cəlb edirəm.
    Əgər qısa bir müddətdə Mərkəz daşnak-kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcəkdir. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm və əgər Şərq məzlumlarının mənafeyi həqiqətən bizə əzizdirsə, Sizin də bu məsələyə ciddi yanaşmağınızı xahiş edirəm.
    N. Nərimanov,
    Azərbaycan Respublikası EA-nın Azərbaycan Tarixi Muzeyi. elmi arxiv, inv. № 2041
   
    OĞLUNA BİTMƏMİŞ MƏKTUBU
    Moskva, 28 yanvar 1925-cn il.
    1895-ci il yaivarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim «Nadanlıq» pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-i həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır...
    Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan...
    Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və imkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim.
    Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin «xəstəliyə» yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...
    Əziz oğlum Nəcəf!73 Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm başqaları üçüv daim əzab çəkən atan qədər kiçik bir iş görəsən.
    Mənim həyatım daim qayğılarla dolu olmuşdur: Mən. iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu öz az maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil olmuş, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən.
    Ümidvaram ki, bu mənada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən.
    Əziz oğlum! Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək başqaları üçün yaşamışam. Bəs sonra? Sonra belə də davam edəcək. Məhz belə ictimai fəaliyyətdə mən təskinlik tapıram, xüsusilə ona görə ki, hazırda Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir.
    Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım.
    Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımın: dünyada kölələyin məhvinin həyata keçməsini görürdüm.
    Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Ancaq bu o demək deyil ki, bolşevizm lazım deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq.
    Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı. Onlar nəhəng bir dövlətin müqəddəratını öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər... Bu ilk zamanlarda zəruri idi. Lakin indiyədək bu vəziyyəti davam etdirmək, bolşevizmi süquta aparmaq demək idi.
    İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki, Lenindən sonra özlərini onun «qanuni varisləri» adlandıranların dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gəlmiş böyük nöqsanlarımız barədə kommunistlər öz aralarında da danışa bilmirlər.
    Bütün bunlar haqda sən mənim MK-ya yazdığım geniş məruzəmdən biləcəksən. Bu məruzədən sənə çox şey aydın olacaqdır, həmin məruzədən sənə bəlli olacaq ki, bir çoxlarının cəsarəti çatmadığı, öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir.
    Mənim əziz Nəcəfim! hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını biruzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənsə yaxşısı budur, bu işdən imtina et... Əgər kütlə (fəhlələr və kəndlilər) sənə qiymət qoyurlarsa, sənin hakimiyyət başında qalmağını labüd hesab edirlərsə, sənə inanırlarsa və bu inamla əlaqədar ümumi işə müəyyən mənfəət verəcəksənsə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə kimsə məcbur edir, onda imtina et. Əks halda sən nəinki, kütlənin, hətta öz qarşında da ləyaqətini itirərsən. Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən daim vicdan əzabı çəkəcək, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşında da itirəcəksən. Sənin dünyagörüşündəki sonrakı pozulma məhz buradan başlayacaqdır. Bu, ictimai xadimin həyatında ən qorxulu andır. Bütün bunlara o vaxt dözmək olar ki, sən sərbəst həyata hazır olasan. Bu nə deməkdir? Sənə aydın olmaq üçün mən öz həyatımdan misal gətirmək istəyirəm.
    Sən artıq bilirsən ki, mən 30 yaşında kamal attestatı imtahanı vermişəm ki, universitetə daxil olum. Lakin sonra mən hara daxil olum? - sualı qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə universitet təhsili alım. Ona görə də elə fakültə seçmək lazım idi ki, az vaxt tələb etsin.
    Mənim qarşımda belə bir sual dururdu: hüquq fakültəsinə (o vaxtlar o asan fakültə hesab olunurdu) və ya təbiyyat fakültəsinə (burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi.
    Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyi yumşaq, sadə qadın idi. O, ehtiyacda olanlara yardım edir, xəstə qonşulara qayğı göstərir, bir parça çerəyi onlarla bölürdü və s. Uşaq yaşlarından mən bütün bunları görürdüm və bunlar mənə təsir edirdi... Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq mən həmin fakültəyə daxil olmağı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alım.
   
    QEYDLƏR
    1 İ.V.Stalin (Cuqaşvili) (1879-1953)-1898-ci ildən partiyanın üzvü, 1917-ci ildən 1922-ci ilə qədər xalq milli işlər komissarı, 1920-ci ildən 1923-cü ilə qədər xalq FKİ komissarı. MK katibliyinin üzvü (1919-1953-cü illər), MK Siyasi Bürosunun üzvü (1919-1952), MK Rəyasət Heyətinin üzvü (1952-1953). XI qurultaydan sonra (1922-ci il) partiya MK-nın Baş katibi.
    2 M.C. Bağırov (1896-1956)-1917-ci ilin martından RSDF(b)P üzvü. 1920-ci ilin aprelindən sonra Azərbaycan FK-ya rəhbərlik etmiş, AK(b)P MK Rəyasət Heyətinin üzvü olmuşdur. 1933-1953-cü illərdə Azərbaycan Kommunist Partiyası MK-nın və BK-nın birinci katibi. 1954-cü il martın 13-də partiyadan xaric edilmişdir. 1955-ci ildə ittiham olunmuş və 1956-cı il mayın 7-də güllələnməyə məhkum edilmişdi.
    3 L.P.Beriya (1899-1953)-Stalin cəlladlarından biri. 1930/50-ci illər ərzində SSRİ-də keçirilən repressiyaların ilhamvericilərindən və təşkilatçılarından biri. Ömrünün son illərində Ümumittifaq Fövqəladə Komissiyasının sədri olarkən yüzlərlə adamın ölümünə hökm vermişdir. Stalinin ölümündən az sonra həbs edilmiş və güllələnmişdir.
    4 L.D.Trotski (Bronşteyn) (1879-1940)-Sosial-demokrat hərəkatında 1877-ci ildən iştirak etmişdir. 1917-ci ilin sentyabr-noyabrında-Petroqrad Sovetinin sədri. 1917-ci ilin oktyabrından sonra-xalq xarici işlər komissarı, Respublika İnqilabi hərbi Şurasının sədri. 1919-1926-cı illərdə Siyasi Büronun üzvü. 1927-ci ildə Trotski partiyadan xaric edilmiş, 1929-çu ildə SSRİ-dən sürgün olunmuşdu. 1938-ci ildə onun rəhbərliyi altında IV İnternasional yaradılmışdı. Meksikada öldürulmüşdür.
    5 K.B.Radek (1883-1939)-1903-cü ildən RSDFP üzvü. 1919-1924-cü illərdə Kommunist İnternasionalı İcraiyyə Komitəsinin Rəyasət Heyətinin katibi və üzvü, Bakıda Şərq xalqları universitetinin rektoru. Sonralar siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
    6 S.M.Kirov (Kostrikov) (1886-1934)-1904-cü ildən RSDFP üzvü. Şimali Qafqazda inqilabi hərəkatın rəhbərlərindən biri. Vətəndaş müharibəsi illərində Həştərxanda və Şimali Qafqazda RK(b)P hərbi-siyasi rəhbərliyinə daxil idi. Zaqafqaziyada RSFSR-in siyasətini fəal surətdə həyata keçirirdi. 1920-1921-ci ildvrdə RSFSR-in Gürcüstan Demokratik Respublikasında səlahiyyətli nümayəndəsi. 1921-1925-ci illərdə AK(b)P MK katibi. Sonralar Leninqrad Vilayət Komitəsinin və ÜK(b)P MK-nın katibi vəzifələrində işləmiş, Siyasi Büronun tərkibinə daxil olmuşdur. 1934-cü ilin dekabrında terror aktı nəticəsində həlak olmuşdur.
    7 S.K.Orconikidze (1886-1937-1903-cü ildən RSDFP üzvü. Vətəndaş müharibəsi illərində Zaqafqaziyada partiya işinin, üç Zaqafqaziya respublikası-Azərbaycan, Gürcüstan, Ermənistan hökumətlərini devirmək uğrunda silahlı mübarizənin rəhbərlərindən biri. 1920-ci ilin aprelindən RK(b)P MK-nın Qafqaz Bürosuna, 1922-ci ildən 1926-cı ilədək Zaqafqaziya Diyar Partiya Komitəsinə başçılıq etmişdir. Sonralar məsul partiya və dövlət vəzifələrində çalışmışdır. Özünü öldürmüşdür.
    8 M.D.Hüseynov (1894-1938)-1918-ci ildən «Hümmət»in üzvü. 1918-1919-cu illərdə «Hümmət» komitəsinin sədr müavini, sədri, RK(b)P Bakı və Qafqaz Diyar Komitələrinin üzvü. 1920-ci ilin fevralında AK(b)P I qurultayında AK(b)P MK-nın Rəyasət Heyətinin sədri seçilmişdi. 1920-1922-ci illərdə Azərbaycan İnqilab Komitəsinin sədr müavini, xalq xarici işlər komissarı, xalq maliyyə komissarı, Azərbaycan SSR XKS yanında Ali İqtisadi Şuranın sədri, RSFSR xalq milli işlər komissarının müavini, 1923-1929-cu illərdə ZSFSR XKS-nin sədr müavini, ZSFSR xalq xarici işlər komissarı və maliyyə naziri. Sonrakı illərdə Tacikistan SSR-də və RSFSR-də işləmişdir. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
    9 L.İ.Mirzoyan (1897-1939)-1917-ci ildən RSDF(b)P üzvü. 1920-ci ilin aprelindən sonra AHİMŞ-in katibi, sonra isə sədri olmuşdur, 1921-ci ilin noyabrından Azərbaycan SSR-in xalq əmək komissarı, 1922-ci ilin yanvarından AK(b)P BK katibi, 1925-1929-cu illərdə AK(b)P MK katibi. 1930-cu ildən Uralda və Qazaxıstanda məsul partiya işində olmuşdur. Ləkələnmiş və repressiya olunmuşdur.
    10 A.İ.Mikoyan (1895-1978)-1915-ci ildən RSDF(b)P üzvü, 1917-1918-ci illərdə Bakıda işləmişdir, 1919-cu ildə fəhlə konfransının Rəyasət Heyətinin üzvü. 1920-ci ilin aprelnndə XI Qızıl Ordu ilə Bakıya gəlmiş, AK(b)P BK katibi seçilmişdi. Sonralar böyük partiya və dövlət vəzifələri tutmuşdur. 1935-1966-cı illərdə MK Siyasi Bürosunun (Rəyasət Heyətinin) üzvü.
    11 Ə.A.Qarayev (1896-1933)-1919-cu ildən «Hümmət»in üzvü, Azərbaycan Respublikası parlamentinin üzvu, 1920-ci ilin fevralında AK(b)P I qurultayında AK(b)P MK üzvü seçilmişdi. 1920-ci il aprelin 27-də Azərbaycan İnqilab Komitəsinin tərkibinə daxil olmuşdu. Bakı İnqilab Komitəsinin sədri, xalq əmək komissarı, xalq ədliyyə komissarı və respublika hərbi-dəniz işləri üzrə xalq komissarı olmuşdur. 1923-cü ildən AK(b)P MK-nın birinci katibi, ÜK(b)P Zaqafqaziya Diyar Komitəsinin katibi. AK(b)P Kəncə Dairə Komitəsinin katibi. RK(b)P Qafqaz Diyar Komitəsinin, Azərbaycan SSR MİK-in və ZSFSR MİK-in, ÜK(B)P MNK üzvü seçilmişdir. Ləkələnmiş və repressiya olunmuşdur.
    12 R.Ə.Axundov (1897-1938)-1919-cu ildən «Hümmət»in üzvü. Mədrəsəni, realnı məktəbi, ticarət məktəbini bitirmişdir. 1917-ci ildə Azərbaycan «sol» eserlər qrupunun üzvü. 1918-ci ildə Bakı Soveti «İzvestiya» qəzetinin, 1919-cu ildə «Kommunist» qəzetinin (Azərbaycan dilində) redaktoru. 1920-ci ilin aprelindən sonra AK(b)P-nin kəndlərdə iş üzrə şöbəsinin müdiri, Bakı partiya komitəsinin katibi, «Kommunist» qəzeti və başqa dövri nəşrlərin redaktoru. 1924-1930-cu illərdə AK(b)P MK katibi, Azərnəşrin (Dövlət kitab nəşriyyatı) direktoru, Azərbaycan SSR xalq maarif komissarı. Ömrünün son illərində AK(b)P MK yanında Partiya Tarixi İnstitutunda işləmişdir. K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərini Azərbaycan dilinə tərcümə edənlərdən biri. Ləkələnmiş və repressiya olunmuşdur.
    13 Y.Yaroslavski (Qubelman M. İ.) (1878-1943)-1898-ci ildən RSDFP üzvü. Dövlət və partiya xadimi, tarixçi və publisist. Oktyabr inqilabından sonra MK Sibir bürosunun üzvü. 1921-ci ildə RK(b)P MK katibi. 1923-cü ildən 1934-cü ilədək MNK katibi. SSRİ MİK-in üzvü olmuşdur, SSRİ EA-nın akademiki.
    14 K.V. Çiçerin (1872-1936)-Sovet dövlət xadimi, diplomat, 1918-ci ildən partiya üzvü. 1918-1930-cu illərdə RSFSR, SSRİ xalq xarici işlər komissarı, Genuyada və Lozannada keçirilmiş beynəlxalq konfranslarda sovet nümayəndə heyətinə başçılıq etmişdir.
    15 Bu məruzələrin bir qismi Nəriman Nərimanovun «Seçilmiş əsərləri»nin II cildində nəşr olunmuşdur.
    16 Bax: K.V.Çiçerinin N. Nərimanova məktubları. Məktublar «Nəriman Nərimanovun seçilmiş əsərləri»nin ikinci və üçüncü (ixtisarla verilmişdir) cildlərində dərc edilmişdir.
    17 Şərq xalqlarının birinci qurultayı 1920-ci il 1-7 sentyabrda Bakıda keçirilmişdi. V.İ.Lenin fəxri sədr seçilmişdi. Qurultayda 137 milləti təmsil edən 1891 nümayəndə iştirak etmişdi. Qurultay Şərq xalqlarının təbliğatı və fəaliyyəti Şurasını seçdi, N.Nərimanov Şuranın sədri oldu.
    18 Lloyd Çorç D. (1863-1945)-ingilis siyasi və dövlət xadimi, liberal partiyasının lideri, 1919-1920-ci illər Paris sülh konfransının əsas iştirakçılarından və 1919-cu il Versal sülh müqaviləsinin yaradıcılarından biri. 1916-1922-ci illərdə Genuya konfransında təmsil etdiyi Böyük Britaniyanın baş naziri.
    19 İqtisadi və maliyyə məsələləri üzrə Genuya konfransı 1922-ci il 10 aprel-19 mayda Genuyada (İtaliya) keçirilmişdir. Sovet nümayəndə heyəti Antanta blokunun iştirakçıları olan dövlətlərin çar Rusiyasının dövlət borcunun ödənilməsi haqqında və s. tələblərini rədd etmişdi. Bununla belə, sovet nümayəndə heyəti Sovet dövlətini hüquqi cəhətdən tanımaq və ona kreditlər vermək şərtilə keçmiş sahibkarların kompensasiya formaları haqqında məsələni müzakirə etməyə hazır olduğunu bildirdi. Eyni zamanda o, müdaxilə və blokada nəticəsində Sovet dövlətinə dəyən ziyanın ödənilməsi haqqında əks iddialar irəli sürdü. Ümumi tərksilah haqqında təklif irəli sürüldü, lakin qərb dövlətləri bunu rədd etdilər. Genuya konfpansında qaldırılan məsələlər həll elilmədi, onların bir hissəsi baxılmaq üçün 1922-ci il Haaqa konfransına keçirildi. Genuya konfransı gedişində sovet nümayəndə heyəti ona qarşı duran dövlətlərin vahid cəbhəsini yardı və Almaniya ilə Rappal müqaviləsi (1922-ci il) bağladı.
    20 Haaqa beynəlxalq maliyyə-iqtisadi konfransı 1922-ci il 15 iyun-19 iyulda Genuya konfransının qərarına əsasən Haaqada (Niderland) keçirilmişdir. Konfransın işində Almaniyadan başqa Genuya konfransının iştirakçısı olan bütün dövlətlərin nümayəndələri iştirak etmişdi. Sovet nümayəndə heyətinə M.M.Litvinov başçılıq edirdi. Avropa dövlətləri kreditlər haqqında sovet təkliflərini müzakirə etməkdən imtina edərək, onun keçmiş sahibkarlarının milliləşdirilmiş mülkiyyətinin qaytarılmasını təkid edirdilər. Sovet nümayəndə heyəti bu tələbləri qəti surətdə rədd etdi. Haaqa konfransı, əslində heç bir qərar qəbul etmədi.
    21 1919-cu il Versal sülh müqaviləsi-bu müqaviləyə əsasən 1914-18-ci illərdə baş vermiş birinci dünya müharibəsinə rəsmi surətdə son qoyurdu. Versalda (Fransa) 1919-cu il iyunun 28-də məğlub olmuş Almaniya ilə və müharibədə qalib gəlmiş müttəfiq və birləşmiş dövlətlər arasında imzalanmışdır. Müqavilə Almaniya və dörd əsas müttəfiq dövlət-İngiltərə, Fransa, İtaliya və Yaponiya tərəfindən təsdiq edildikdən sonra 1920-ci il yanvarın 10-da qüvvəyə minmişdir. Müqavilənin şərtləri 1919-1920-ci illərdə Paris sülh konfransında işlənib hazırlanmışdı.
    22 Onun Şərqdə RSFSR-in xarici siyasətinə dair 1922-ci ilin aprelində yazdığı məktubu nəzərdə tutulur.
    23 N. Nərimanov ateist təbliğatı keçirilərkən partiya və sovet orqanlarının işində yerli əhalinin dini hisslərinin təhqir edilməsinin çoxsaylı və bəzən biabırçı hadisələri haqqında xatırladır.
    24 Əfqanıstan Avropa və Şərq ölkələri arasında gənc Sovet Rusiyası ilə müqavilə bağlayan birinci dövlət olmuşdur. Sovet hökumətinin tapşırığı ilə ilk əfqan səfirini N.Nərimanov qarşılamış və müşayət etmişdir.
    25 L.M. Karaxan (Karaxanyan) (1889-1937)-peşəkar diplomat. 1904-cü ildən inqilabi hərəkatda. 1918-1920, 1921-1934-cü illərdə xalq xarici işlər komissarının müavini. 1921-ci ildə Polşada, 1923-1926-cı illərdə Çində, 1934-cü ildən Türkiyədə səlahiyyətli nümayəndə. Əksinqilabi fəaliyyətdə ittiham edilmiş və saxtalaşdırılmış ittihamnamə əsasında güllələnmişdir.
    26 Söhbət Genuyaya getməmişdən əvvəl, 1922-ci ilin aprelində Şərq siyasəti məsələlərinə dair yazılmış məktubdan gedir.
    27 Ənəər paşa (1881-1922)-Türkiyənin hərbi və siyasi xadimi. 1914-1918-ci illərdə Osmanlı imperiyasının diktator «triumviratının» üzvü. Baş komandanın müavini vəzifəsində olarkən, Azərbaycan respublikasına fəal hərbi yardım göstərilməsi xəttini yeritmişdir. Osmanlı imperiyasının 1918-ci ilin noyabrında məğlubiyyətindən sonra Almaniyada, sonra isə Sovet Rusiyasında yaşamışdır. 1921-ci ilin axırında Orta Asiyada antibolşevik qüvvələr tərəfində siyasi mübarizəyə qoşulmuşdu. Döyüşdə həlak olmuşdur.
    28 İlk dəfə türk kommunist partiyasının «Hümmət» nəşrinin 4-cü nömrəsində çap olunmuşdur. Həştərxan «Proletarskaya mısl» nəşriyyatı 1919-1921-ci illər (Azərbaycan dilində). N.Nərimanovun «Seçilmiş əsərləri»nin II cildində nəşr edilmişdir.
    29 N.Y.Usubbəyov (1881-1920)-Azərbaycanda milli hərəkatın görkəmli xadimi. Novorossiya universitetinin (Odessa) hüquq fakültəsini bitirmişdir. 1917-ci ilin martında yeni yaranmış Türk Federalist partiyasının lideri olmuş, həmin ilin yayında bu partiya Müsəlman Demokratik partiyası «Müsavat» ilə birləşmişdi. 1918-1920-ci illərdə Usubbəyov Azərbaycan respublikasında bir sıra mühüm hökumət vəzifələri tutmuşdur: maarif naziri, Nazirlər Sovetinin sədri. 1920-ci ilin mayında Kürdəmir qəzasında öldürülmüşdür.
    30 Məktub N.Nərimanovun «Seçilmiş əsərləri»nin II çildində çap olunmuşdur.
    31 Y.D.Stasova (1873-1966)-1898-ci ildən RSDFP üzvü. 1917-ci ilin fevralından 1920-ci ilin martına qədər RK(b)P MK katibi. 1920-1921-ci illərdə AK(b)P MK aparatında işləmişdir. Sonrakı illərdə-Kominterndə, inqilab mübarizlərinə yardım üzrə Beynəlxalq təşkilatda, MNK-da işləmiş, «İnternasionalnaya literatura» jurnalını redaktə etmişdir.
    32 İ.T.Smilqa (1892-1938)1907-ci ildən sosial-demokrat sıralarında. 1919-cu ildən Qərb, Çənub və Qafqaz cəbhələrinin İnqilabi Hərbi Şurasının üzvü, Respublika İnqilabi Hərbi Şuralarının Siyasi idarəsinin rəisi. 30-cu illərin axırında ləkələnmiş və repressiya olunmuşdur.
    33 Pankratov-XI Qızıl Ordu Siyasi İdarəsinin xüsusi şöbəsinin rəisi.
    34 V.İ.Lenin N.Nərimanov, M.D.Hüseynov, Ə.Qarayev, R.Axundov və başqaları arasında baş vermiş mübahisənin həllində iştirak etmişdi. N.Nərimanov Azərbaycanın zəhmətkeş kəndli nümayəndələrini hakimiyyətin ali orqanlarına daha fəal cəlb etməyi, MNK-da kəndli təbəqəsini genişləndirməyi təklif edirdi. R.Axundov, M.D.Hüseynov və Ə.A.Qarayev yalnız fəhlə təbəqəsini genişləndirməyi təklif edirdilər. 1921-ci ildə Nərimanov ixtilafın məğzini Leninə izah etdi. Milli məsələdə və milli xüsusiyyətlərin nəzərə alınmasında güzəştlər tərəfdarı olan Lenin N.Nərimanovu müdafiə etdi. Onun özü RK(b)P Siyasi Bürosunun 1921-ci il oktyabrın 15-də qəbul edilmiş qərarlarının ən mühüm maddələrini hazırladı.
    35 Sərkis (Danilyan) (1898-1937)-1917-ci ildə RSDF(b)P-yə daxil olmuşdur. 1919-cu ildə RK(b)P Bakı Komitəsinin üzvü. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra AK(b)P BK katibi olmuşdur. Sonrakı illərdə Moskvada, Voronejdə və başqa şəhərlərdə işləmişdir. Əksinqilabi fəaliyyətdə ittiham edilmiş və güllələnmişdir.
    36 1921-ci il oktyabrın 17-də RK(b)P MK Siyasi Bürosunun iclasında qəbul edilmiş «Azərbaycanda Kommunist partiyasının milli siyasətinin keçirilməsi haqqında» direktivləri nəzərdə tutulur. Direktivlərin layihəsi İ.Stalin, K.Orconikidze, N.Nərimanov, M.Hacıyev və M.Qasımovdan ibarət komissiya tərəfindən işlənib hazırlanmışdı. Direktivlərdə azərbaycanlıların milli, məişət xüsusiyətlərinin nəzərə alınması zəruriliyi qeyd edilirdi. Zəhmətkeş kəndlilərin ehtiyaclarına birinci dərəcəli diqqət yetirilməsi kimi sinfi prinsip irəli sürülürdü. İnqilabın həmsərhəd ölkələrə irəliləməsi planında Azərbaycanın strateji vəziyyətini nəzərə alaraq, onu nümunəvi Sovet respublikasına çevirmək məqsədi qarşıya qoyulmuşdu, Azərbaycanın zəhmətkeş sinfinin sovet quruculuğu işinə daha geniş cəlb edilməsi qeyd edilir, bu zaman Kommunist Partiyasının, proletar və yarımproletar təbəqəsinin siyasi cəhətdən loyal numayəndələrinin hesabına artırılmasına diqqət yetirmək məsləhət görülürdü. Azərbaycailı kommunistlərin partiya işçisi sifəti ilə işləməsi üçün hazırlanmasına göstəriş verilirdi. Bunun üçün xususi məktəb yaratmaq və bu məsələ ilə əlaqədar hər üç aydan bir Qafqaz bürosuna və RK(b)P MK-ya məlumat vermək nəzərdə tutulurdu. Direktivlər, RK(b)P X qurultayının qərarlarını həyata keçirərək, partiya sıraları birliyinin təmin edilməsini, fraksiyaların və fraksiyaçı mübarizənin, partiyadan xaric edilməyə qədər, qadağan edilməsini tələb edirdi. 17 oktyabr 1921-ci il tarixli direktivlər ayrıca vərəqə şəklində Azərbaycan və rus dillərində çap edilmiş, Azərbaycanın bütün partiya ləşkilatlarının iclaslarında müzakirə olunmuşdu.
    37 Azərbaycanın birinci Sovetlər qurultayı 1921-ci ilin mayında keçirilmişdir.
    38 V.V.Lominadze (1897-1935)-1917-ci ildən RSDF(b)P üzvü. 1918-1919-cu illərdə RK(b)P Tiflis Komitəsinin sədri; 1919-1920-ci illərdə AK(b)P BK və MK katibi. Sonralar Zaqafqaziyada və RSFSR-də partiya işində olmuşdur. Özünü öldürmüşdür.
    39 O.Q.Şatunovskaya (1901-ci ildə anadan olmuşdur)-1916-cı ildən RSDF(b)P üzvü. 1917-1918-ci illərdə «Bakinski raboçi» redaksiyasında işləmiş, Bakı Xalq Komissarları Sovetinin mətbuat bürosuna müdirlik etmiş, komsomolçuların döyüş drujinasında olmuşdur. 1920-ci ilin aprelindən sonra Bakıda rayon partiya komitələrinin katibi işləmişdir. 1921-ci ilin avqustunda RK(b)P MK sərəncamına geri çağırılmışdır. 1925-1929-cu illərdə Bakıda rayon partiya komitələrinin şöbələrinə müdirlik etmişdir. 30-cu ilin axırlarında repressiyaya məruz qalmışdır.
    40 Artak (Stambolstyan A.A.) (1895-1937)-1916-cı ildən RSDF(b)P uzvü, 1918-ci ildə Bakıda, Krasnovodskda, Aşxabadda, Qızıl-Arvatda gizli partiya işində olmuşdur. 1920-ci ildə XI Qızıl Ordunun siyasi işçisi. 1921-1937-ci illərdə Bakıda rayon partiya komitələrinin katibi işləmiş, məsul partiya və sovet vəzifələrində olmuşdur. Ləkələnmiş və repressiya olunmuşdur.
    41 V. İ.Molotov (Skryabin) (1890-1986)-görkəmli partiya və dövlət xadimi, 1906-cı ildən RSDF(b)P üzvü. 1921-1930-cu illərdə ÜİK(b)P MK katibi, 1926-1957-ci illərdə MK Siyasi Bürosunun (Rəyasət Heyətinin) üzvu. 1957-ci ilin iyununda N.S.Xruşşovun yeritdiyi partiya-dövlət xəttini qəbul etmədiyi üçün Sov.İKP MK tərkibindən çıxarılmışdı.
    42 Behbud Şahtaxtinski (1881-1924)-1917-ci ildən «Hümmət»in üzvü, 1918-ci ildən Bakı Xalq Komissarları Sovetinin aparatında, əksinqilabla mübarizə üzrə Fövqəladə Komissiyasının üzvü. 1920-ci ilin aprelindən sonra xalq ədliyyə komissarı və Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi. 1921-ci ilin iyunundan inqilab komissiyasının sədri, sonra Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri. 1922-ci ildə xalq FKİ komissarı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini, 1923-cü ildə Gürcüstana Sovet işinə keçirilmişdi.
    43 E.Ş.Xanbudaqov (1893-1937)-1918-ci ildən «Hümmət»in üzvü, 1915-ci ildən inqilabi hərəkatda. 1918-çi ilin iyulunda Bakı kommunasının süqutundan sonra qeyri-leqal vəziyyətə keçmişdi. 1919-cu ildə Liman-Dəniz rayonu partiya komitəsinin sədri olmuşdu, 1920-ci ilin aprelindən sonra FZFK sədri, sonra Azərbaycan istehlakçılar cəmiyyəti ittifaqı Rəyasət Heyətinin sədri. 1922-ci ilin martından AK(b)P MK katibi. 1924-cü ildə millətçi-təmayülçü baxışlarına görə AK(b)P MK-da işdən azad edilmişdir. Sonrakı illərdə ZSFSR xalq komissarlıqlarında müxtəlif vəzifələr tutmuşdur. Ləkələnmiş və repressiya olunmuşdur.
    44 RK(b)P XII qurultayı 1923-cü il aprelin 17-25-də Moskvada keçirilmişdi. Qurultay milli məsələlərə dair qərarda dünya xalqlarının milli-azadlıq hərəkatı üçün RK(b)P-nin milli siyasətinin bir nümunə kimi əhəmiyyətini göstərmişdi. Bununla əlaqədar olaraq qurultay SSRİ xalqları arasında təsərrüfat və mədəni bərabərsizliyin aradan qaldırılmasının zəruriliyini qeyd etmişdi. Qurultay milli məsələyə dair qətnamədə hakim millətçilik şovinizmi və yerli millətçiliklə qəti mübarizə aparmaq zəruriyyətini qeyd etmişdi.
    45 Y.İ. Mirqasımov (1896-1957)-1918-ci ildən «Hümmət»in üzvü. 1922-1924-cü illərdə Sabunçu rayon partiya komitəsinin katibi, 1924-1927-ci illərdə AK(b)P BK-nın təşkilat-təlimat şöbəsinin müdiri olmuşdur. Sonrakı illərdə məsul partiya vəzifələri tutmuşdur. 30-cu illərin sonunda repressiyaya məruz qalmışdır: düşərgələrdə 18 ildən artıq həbsdə olmuşdur.
    46 M.H.Haçıyev (1876-1938)-1904-cü ildən RSDFP üzvü. 1917-ci ildə RSDF(b)P Bakı Komitəsinin tapşırığı ilə Qazax qəzasının kəndliləri arasında inqilabi iş aparmışdır. 1918-ci ilin əvvəlində Gəncə quberniyasında başlamış kəndli üsyanının rəhbərlərindən biri. 1920-ci ildən məsul partiya və sovet işində. 1920-1921-ci illərdə Qazax qəzasının İnqilab Komitəsinin sədri. 1921-1922-ci illərdə Azərbaycan SSR MİK-in sədri. Sonra Azərbaycan SSR Xalq sosial tə minat komissarı, xalq torpaq komissarı, respublika Ali Məhkəməsinin sədri olmuşdur. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
    47 M.N.İsrafilbəyov (Qədirli) (1892-1941)-1911-1918-ci illərdə «Hümmət»in katibi və büro üzvu, RSDFP Bakı Komitəsinin üzvü. 1918-ci ildə RK(b)P Həştərxan Quberniya Komitəsinin üzvü, 1921-ci ildən 1922-ci ilədək Azərbaycan SSR xalq sosial təminat( komissarı, 1922-ci ildən 1934-cü ilədək xalq səhiyyə komissarı. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
    48 Q. İ. İsmayılob (1885-1922)-1918-ci ildən «Hümmət»in üzvü. Azərbaycanda siyasi rejimə qarşı mübarizənin fəal iştirakçısı. 1920-ci ilin aprelindən milis orqanlarında işləmiş, sonra isə Quba qəza İnqilab Komitəsinin və İcraiyyə Komitəsinin sədri olmuşdur. 1922-ci ildə Gəncə qəza İcraiyyə Komitəsinin sədri. Sovet hakimiyyətinin düşmənləri tərəfindən öldürülmüşdür.
    49 İ.B.Vatsek (1870-1951)-1917-ci ildə RSDF(b)P Qara şəhər rayon partiya komitəsinin sədri. 1918-ci ilin yanvarında inqilabi tribunalda, qızıl qvardiya dəstəsinin komissarı. Bakı kommunasının süqutundan sonra Həştərxanda və Şimali Qafqazda işləmişdir. 1920-ci ilin aprelindən sonra AK(b)P Lənkəran qəza komitəsinin məsul katibi. 1922-ci ilin fevralında AK(b)P Mərkəzi Nəzarət Komissiyasının məsul katibi, 1923-cü ildə RK(b)P Qafqaz diyar nəzarət komissiyasının tərkibinə seçilmişdir. 1924-cü ildə Tpflisə köçmüş, burada partiya nəzarəti orqanlarında işləmişdir.
    50 «Bahadır və Sona» romanı XIX əsrin sonu demokratik realist Amərbaycan ədəbiyyatının ən yaxşı əsərlərindən biridir. Birinci hissə 1896-cı ildə, ikinci hissə isə 1899-cu ildə çap edilmişdir. Əsərin qəhrəmanları Bahadır-azərbaycanlı, Sona-ermənidir. Onlar cəhalət, dini ehkamlar və milli düşmənçiliklə qeyri-bərabər mübarizədə həlak olurlar. Müəllif xalqlar arasında dostluğun və qardaşlığın carçısı kimi çıxış edir.
    51 İlk dəfə 1899-cu ildə nəşr edilmişdir. Pyes uzun müddət qadağan edilmişdi. Sovet hakimiyyəti illərində «Nadir şah» bir neçə dəfə çap olunmuşdur.
    52 H.Z.Tağıyev (1838-1924)-ictimai xadim, iş adamı, sahibkar. Tağıyevin vəsaiti ilə binalar, teatrlar tikilmiş, xeyriyyə cəmiyyətləri, bir neçə təhsil ocağı saxlanılmış, «Kaspi», «Həyat» qəzetləri, «Fiyuzat» jurnalı, azərbaycanlı ziyalıların kitabları buraxılmışdır. O, bir sıra mədəni-maarif cəmiyyətlərinin işinə rəhbərlik etmiş və onların fəxri sədri olmuşdur. Tağıyevin təqaüdü hesabına Azərbaycanlı tələbələr, o çümlədən N.Nərimanov oxumuşlar. 1920-ci ilin aprelindən sonra vardövlətindən könüllü surətdə imtina etmişdir. Bununla belə onun Azərbaycan SSR iqtisadiyyatının inkişaf etdirilməsinə kömək göstərmək haqqında təklifi partiya-sovet hakimiyyəti tərəfindən düzgün başa duşülməmiş və müdafiə edilməmişdi.
    53 N.Nərimanovun RK(b)P MK-ya təqdim etdiyi məlumatla əlaqədar Yaroslavski, Şkiryatov, Petrovski komissiyasının yoxlanışının yekunlarına həsr olunmuş yığıncaqda «ələ alınmış fəhlələr» N.Nərimanovu partiyadan xaric etmək haqqında yerlərindən qışqırır və onu millətçilikdə günahlandırırdılar. Lakin Y.Yaroslavski və K.Orconikidze belə təklifə qarşı çıxış etdilər.
    54 Q.M.Musabəyov (1888-1938)-1918-ci ildən «Hümmət»in üzvu. 1918-1920-ci illərdə Həştərxanda, Moskvada partiya işi aparmışdır. 1920-ci ilin aprelində XI Qızıl Ordu ilə Bakıya gəlmiş, Azərbaycan İnqilab Komitəsinin üzvü, Bakı quberniya ərzaq komitəsinin sədr müavini, sonra Azərbaycan SSR xalq ərzaq komissarı təyin edilmişdi. 1921-ci ildə Quba qəzasının fövqəladə komissarı. 1922-ci ildən XKS sədri. 1925-ci ildən SSRİ MİK sədrlərindən biri. 1929-cu ildən Azərbaycan SSR MİK sədri. 1931-ci ildən ZSFSR XKS sədri. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
    55 H.H.Sultanov (1889-1938)-1907-ci ildən RSDFP üzvü. 1917-ci il Fevral inqilabından sonra «Hümmət»in görkəmli xadimlərindən biri. Bakıda Qızıl qvardiyanın Mərkəzi qərargahının üzvü, Qafqaz Qızıl Ordusunun İnqilabi-Hərbi Komitəsinin tərkibinə daxil olmuşdur. 1918-ci ildə Bakı Sovetinin banditizmlə mübarizə üzrə fövqəladə komissarı. Bakı kommunasının süqutundan sonra Həştərxanda partiya və sovet işi aparmışdır. 1920-ci ilin aprelindən sonra Azərbaycan İnqilab Komitəsinin üzvü, xalq daxili işlər komissarı, Gəncə quberniyası üzrə fövqəladə komissar, Azərbaycan SSR xalq ticarət komissarı, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR MİK katibi, ZSFSR xalq ticarət komissarının müavini olmuşdur. Ləkələnmiş və repressiya olunmuşdur.
    56 Söhbət Bakıda baş vermiş 20 mart-1 aprel hadisələrindən gedir. Martın 29-da qızıl qvardiyaçılar dəstəsi Bakı Soveti İcraiyyə Komitəsinin əmrinə əsasən Lənkərana yola düşməli olan Vəhşi diviziya kimi tanınmış I tatar polkunu tərksilah etməyə cəhd göstərmişdi. Başlanmış atışma sürətli, lakin amansız döyüş üçün qığılçım rolunu oynadı. Müsəlman milli şurasının dəstələri və daşnak dəstələrindən ibarət olan Bakı Sovetinin birləşmiş qüvvələri arasında baş vermiş bu döyüşdə 20 mindən artıq adam iştirak etmişdi. Bakı Sovetinin birləşmiş qüvvələri döyüşlərin qurtarması ilə kifayətlənməyib silahsız azərbaycanlıları öldürməyə başlamışdılar. Bunun davamı olaraq daşnak partiyası tərəfindən müdafiə edilən Bakı Soveti İcraiyyə Komitəsinin bolşevik rəhbərliyinin tətbiq etdiyi repressiya tədbirləri Sovet hakimiyyətiinin nüfuzuiu yerli əhalinin gözündə əhəmiyyətli dərəçədə aşağı salmış oldu.
    57 S.K.Şaumyan (1878-1918) -1900-cü ildən RSDFP üzvü. 1917-ci ilin martında qiyabi olaraq Bakı Soveti Rəyasət Heyətinin sədri seçilmişdi. RSDF(b)P VI qurultayında MK üzvü seçilmişdi. 1917-ci il noyabrın 2-də Bakı Sovetinin geniş iclasında onun İcraiyyə Komitəsinin sədri seçilmişdi. 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə Fövqəladə komissar təyin edilmişdi. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinin sədri və xarici işlər üzrə komissar. 26 Bakı komissarları sırasında güllələnmişdir.
    58 P.A.Çaparidze (1880-1918)-1898-ci ildən RSDFP üzvü. 1917-ci il Fevral inqilabından sonra RSDF(b)P Bakı Komitəsinə və Bakı Sovetinə seçilmişdi. Bakıda Sovet hakimiyyətini elan etmiş Bakı Sovetinin 1917-ci il 31 oktyabr və 2 noyabr tarixi iclaslarının iştirakçısı. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları Sovetinin daxili işlər komissarı, iyundan eyni zamanda ərzaq komissarı. Bakı Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 26 Bakı komissarları sırasında güllələnmişdir.
    59 A.P.Serebrovski (1884-1938)-1903-cü ildən RSDFP üzvü. Oktyabr inqilabının fəal iştirakçısı. 1920-1926-cı illərdə Bakıda «Azneft» idarəsi heyətinin sədri. 1926-1930-cu illərdə «Baş-qızıl» idarəsinin rəisi, 1931-1937-ci illərdə xalq ağır sənaye komissarının müavini. Ləkələnmiş və repressiya olunmuşdur.
    60 A.İ.Krılov (1888-1938)-1917-ci ildən RSDFP üzvü. Bakı fəhlələrinin inqilabi hərəkatının fəal iştirakçısı. 1920-1921-ci illərdə xalq ərzaq komissarlığının müvəkkili, Cavanşir qəzasının İnqilab Komitəsinin sədri, 1922-ci ildən Azərbaycan SSR neft sənayesində işləmişdir. AK(b)P BK və MK tərkibinə daxil olmuşdur. 1936-cı ildən ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
    61 Sosial və mədəni tədbirləri həyata keçirmək üçün respublikanın xeyrinə neft məhsullarından ayırmalar nəzərdə tutulur. Bu qərar AK(b)P Siyasi Bürosunun iclasında qəbul edilmişdi.
    62 S.H.Ağamalıoğlu (1867-1930)-sosial-demokrat hərəkatında 1905-ci ildən. 1917-ci ildə Gəncə fəhlə və əsgər deputatları Sovetinin tərkibinə seçilmişdi. 1920-ci ilin aprelindən sonra xalq torpaq komissarı, Azərbaycan MİK-in sədr müavini, sonra sədri olmuşdur. 1922-ci ildə ZSFSR MİK-in sədrlərindən biri seçilmişdir, SSRİ MİK Rəyasət Heyətinin üzvü olmuşdur.
    63 Seçilmiş əsərlərinin III cildinə daxil edilmişdir.
    64 A.F.Myasnikov (1886-1925)-1906-cı ildə RSDFP üzvü; Oktyabr inqilabından sonra Qərb cəbhəsinin baş komandanı, sonra Belorusiya MİK-in sədri. 1919-1920-ci illərdə hərbi təşkilatçı və RK(b)P Moskva Komitəsinin katibi. 1921-ci ildə Ermənistan Xalq Komissarı Sovetinin sədri və hərbi işlər üzrə xalq komissarı. 1922-ci ildə ZSFSR İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Diyar Komitəsinin birinci katibi.
    65 F.A.Rotşteyn (1871-1953)-Sovet tarixçisi və ictimai xadimi. 1901-ci ildən RSDFP üzvü. Böyuk Britaniya Kommunist Partiyasının yaradılmasında iştirak etmişdir (1920-ci il). 1920-ci ildən sovet diplomatik, ictimai və partiya işində, 1921-1922-ci illərdə RSFSR-in İranda səlahiyyətli nümayəndəsi, Xalq xarici işlər komissarlığı kollegiyasının üzvü (1923-30).
    66 S.M.Əfəndiyev (1887-1938)-1904-cü ildən RSDFP üzvü. RSDFP Bakı Komitəsi yanında «Hümmət» qrupunun rəhbərlərindən biri. 1917-ci ildən RSDF(b)P Bakı Komitəsinin üzvü. 1919-cu ilin avqustunda Həştərxanda Dəmir polka daxil olmuş, bir qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi bürosunun sədr müavini təyin edilmişdi. 1919-cu ilin iyunundan Milli işlər üzrə xalq komissarlığı yanında Zaqafqaziya müsəlmanları işləri üzrə komissar. 1920-ci ilin yayında Gəncə quberniyasının Fövqəladə komissarı, sonra Gəncə İnqilab Komitəsinin sədri. 1921-ci ilin mayından xalq torpaq komissarı, 1922-ci ildən 1924-cü ilədək Azərbaycan SSR Xalq FKİ komissarı. 1924-cü ildən AK(b)P MNK sədri. 1931-ci ildə Azərbaycan SSR MİK-in sədri seçilmişdi. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur.
    67 Q. İ.Petrovski (1878-1958)-1897-ci ildən RSDFP üzvü. 1917-ci ilin noyabrından 1919-cu ilin martınadək RSFSR xalq daxili işlər komissarı. 1919-cu ilin martından 1939-cu ilədək Ümumukrayna MİK-in sədri. SSRİ MİK sədrlərindən biri olmuşdur. 1926-39-cu illərdə ÜİK(b)P MK Siyasi Bürosunun üzvlüyünə namizəd.
    68 M.F.Şkiryatov (1883-1954)-1906-cı ildən RSDFP üzvü. 1918-1920-ci illərdə Tikişçilər İttifaqı MK-nın katibi, Moskva şəhər Komitəsinin və RK(b)P Moskva Komitəsinin üzvü. 1921-ci il-dən RK(b)P MK aparatında, partiya sıralarının yoxlanılması və təmizlənməsi üzrə Mərkəzi komissiyanın sədri. 1923-1934-cü illərd» MNK Rəyasət Heyətinin üzvü, 1923-1927-ci illərdə MNK katibi. Sonralar partiya nəzarəti orqanlarında məsul vəzifələrdə çalışmışdır.
    69 H.P.Cəbiyev (1899-1938)-1918-ci ildən «Hümmət»in üzvu. Bakıda, Gəncədə, Şamxorda, Tovuzda, Qazaxda inqilabi iş aparmışdır. 1920-ci ilip aprelindən sonra rəhbər partiya və sovet işində olmuşdur: 1922-1923-cü illərdə «Təzə Şərq» jurnalının; 1923- 1926-cı illərdə «Kommunist» qəzetinin redaktoru. AK(b)P MK-nın kəndlərdə iş üzrə şöbəsinə müdirlik etmiş, SSRİ Kolxozmərkəzin sədr müavini, SSRİ Xalq yeyinti sənayesi komissarlığı siyasi idarəsinin rəis muavini olmuşdur. Ləkələnmiş və repressiya olunmuşdur.
    70 R.M.Hüseynov (1891-1937)-İnqilabi hərəkatda 1905-ci ildən. 1919-cu ildən «Hümmət»in üzvu. 1919-1920-ci illərdə Qafqaz RK(b)P-nin məsul təşkilatçısı və təbliğatçısı. 1920-ci ilin aprelindən sonra Bakı Soveti Rəyasət Heyətinin üzvü və Bakı qəza İnqilab Komitəsinin sədri. Sonralar partiya və sovet işində. Ləkələnmiş və repressiya olunmuşdur.
    71 M.Z.Quliyev (1893-1938)-1918-ci ildən «Hümmət»in üzvü. Kiyevdə, Bakıda inqilabi iş aparmışdır. 1920-ci ilin aprelindən sonra Lənkəran qəza İnqilab Komitəsinin sədri, AK(b)P Qara şəhər rayon komitəsinin katibi, Azərbaycan SSR xalq maarif komissarı, Çimkənd şəhər komitəsinin katibi, Odessa vilayət partiya komitəsinin şöbə müdiri. Ləkələnmiş və repressiya olunmuşdur.
    72 D.X.Bünyadzadə (1888-1938)-1908-ci ildən RSDFP üzvü. «Hümmət»in rəhbərlərindən biri. 1918-ci ilin payızından Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə Komissarlığın sədri. 1919-cu ilin iyulunda RK(b)P MK tərəfindən gizli partiya işi üçün Azərbaycana göndərilmişdir. 1920-ci ilin aprelindən sonra xalq maarif komissarı, xalq FKİ komissarı, xalq torpaq komissarı, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, ZSFSR xalq torpaq komissarı vəzifələrində çalışmışdır. Ləkələnmiş və repressiya olunmuşdur.
    73 Nəçəf Nərimanov (02.12.1919, Moskva -19.09.1943, USSR Volnovaxa ş.) -N.Nərimanovun oğlu. Böyük Vətən müharibəsi qəhrəmanı, qvardiya baş leytenantı. 1942-ci ildən Sov.İKP üzvü. Moskvada orta məktəbi bitirmiş, 1938-ci ildə Sovet Ordusuna çağırılmışdır. Kiyevdə hərbi məktəb qurtarmışdır (1940). Böyük Vətən müharibəsi illərində tank vzvod komandiri olmuş, Stalinqrad və Donbasın azad edilməsində fərqlənmiş, Volnovaxa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
   MÜNDƏRİCAT
    Müqəddimə
    Ucqarlarda inqilabımızın tarixinə dair
    Əlavə
    N. Nərimanovun V. İ. Leninə məktubu
    Oğluna bitməmiş məktubu
    Qeydlər
   
    Nariman Nadjaf oqlı Narimanov
    K İSTORİİ NAŞEY REVOLÖÜİİ V OKRAİNAX
    (Pisğmo İ.V.Stalinu)
    (na azerbaydjanskom izıke)
    Baku-Azerneşr-1992
   
    Nəriman Nəcəf oğlu Nərimanov
    UCQARLARDA İNQİLABIMIZIN TARİXİNƏ DAİR
    (İ. V. Stalinə məktub)
   
    Bədii redaktoru T. Məlikov
    Texniki redaktoru S. Şahbazova
    Korrektorlar Rəfiqə Qənbər qızı, 3. Qasımova
    İB № 5578.
    Yığılmağa verilmiş 02.10.91. Çapa imzalanmış 24.01.92. Ədəbi qarnitur. Yüksək çap üsulu ilə. Formatı 84X108,321. Mət. kağızı № 2. Şərti çap vərəqi 4,20. Şərti rəngli surəti 4,41. Uçot nəşr vərəqi 4,4. Tirajı 27000. Sifariş 395.
    Qiyməti 4 man,
    Azərbaycan Respublika Dövlət Matbuat Komitəsi. Xalqlar Dostluğu ordenli Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 370005, Hüsü Hacıyev küçəsi, № 4. Mətbuat İstehsalat Sənaye Birliyi. «Qızıl Şərq» mətbəəsi.
    Bakı, Həzi Aslanov küçəsi, 80.
    Qosudarstvennıy komitet Azerbaidjanskoi Respubliki po peçati
    Azerbaidjanskoe ordena Drujbı narodov qosudarstvennoe
    izdatelvstvo «Azerneşr». Baku-370005, ul. Qusi Qadjieva, 4.
    Proizvodstvennoe promışlennoe ob"cedinenie po peçati.
    Tipoqrafia «Qızıl Şarq», Baku. ul. Azi Aslanova, 80.

Məqalə 459 dəfə oxundu
 

Məqaləyə münasibətiniz:
Adınız:
Soyadınız:
Email
Münasibətiniz:
 
Əsas səhifəyə keçid Seçilmışlərə əlavə et Start səhifəsi et
 
 
 
 
Günün şüarı
 
Müstəqil, Nümunəvi, Sosialist Azərbaycan uğrunda!
 
 
 
 
 
 
 
Şəxsiyyətlər
 
Fridrix Engels
 
 
 
 
 
 
Videoarxiv
 
 
Audioarxiv
 
 
Fotoarxiv
 
 
Xəbər arxivi
 
<<< 2010 >>>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 
 
 
Qarabağı unutma!
 
 

Xocəvənd

Xankəndi  

Xocalı  

Şuşa

Laçın

Kəlbəcər

Ağdərə

Ağdam

Cəbrayıl

Füzuli

Qubadlı

Zəngilan

18/11/1991

26/12/1991

26/02/1992

08/05/1992

17/05/1992

02/04/1993

07/07/1993

23/07/1993

23/08/1993

23/08/1993

31/08/1993

29/10/1993

 
 
 
 
Saytı hazırladı: -= Elsən Quliyev (Bakı,Azərbaycan) =-  E-mail: e5-q5@rambler.ru;