Azəri   Русский   English   Bütün ölkələrin proletarları, birləşin! Bizimlə əlaqə: email:info@kommunist.az; tel:(+994 55) 730 09 13;  
Şəxsiyyətlər
Mehdi Hüseynzadə   
Babək Xurrəmi   
Fridrix Engels   
Karl Marks   
Nəriman Nərimanov   
Çingiz İldırım   
Xəbərlər
Tədbirlər   
Daxili   
Media
Kominform   
Qırmızı tribuna   
Çağırış
Haqqında
Məqalələr
Partiyamız
Proqramı   
Proqramın izahı   
Qırmızı arxiv   
Tarixi   
Mövqe   
Müraciət   
Aprel İnqilabı   
Kitabxana
Klassiklər
Aze
Rus
Müasirlər   
Bədii   
Kommunar nəşriyyatı   
Əlaqələr
Çe fan klubu   
AUSF   
YNAK Gənclər təşkilatı   
ÜDGİ   
Solidnet   
Sol mədəniyyət
Məlumat   
Videolar   
Audiolar   
Seçmələr
M.Ə.Sabir
Məqalələr   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Axtarış
 
 
 
 
 
 
 
Xəbərlərə abunə olun
 
 
 
 
 
YNKAP-yə üzvlük
 
 
 
 
 
 
 

Media -> Çağırış -> Məqalələr
21/12/2009 (11:40)
Sovet hökumətinin bir tək Şamaxı rəsədxanasına xərclədiyi pul Azərbaycan hökumətinin son 20 ildə ümumilikdə elmə xərclədiyi vəsaitdən dörd dəfə daha böyük məbləğ edir!

   Hər il bəzi nankor dairələr Azərbaycan Sovet Sosialist Respublikası tarixini qaralama kompaniyasına milyonlarla vəsait xərcləyirlər və bu yalan kompaniyası məqsədyönlü şəkildə dövlət siyasətiylə tamamlanır və yönləndirilir.
    Bu gün tam məsuliyyətimizlə deyə bilərik ki, antikommunizm rəsmi dövlət siyasətidir və bu siyasətin icrasına hər il küllü miqdarda vəsait xərclənir. Amma atalar yaxşı deyib: «Günəşi palçıqla suvamaq olmaz». Bəli, Sosialist Respublika tarixini qaralamağa, gənc nəslə təhrif olunmuş, eybəcərəşmiş formada təqdim etməyə milyonlarla vəsait xərclənsə də, kütləvi informasiya vasitələri yeri gəldi-gəlmədi kommunizm əleyhinə dezinformasiya yaysa da fakt faktlığında qalır; 70 illik Azərbaycan Sovet Sosialist Respublikası dövrü birmənalı şəkildə xalqımızın intibah dövrü, mədəni və elmi tərəqqi dövrü olmuşdur.
    Bu məqalə çərçivəsində biz sadəcə bir faktı xatırladacağıq, elə bir faktı ki, özü-özlüyündə yüzlərlə sualın cavabıdır və bu fakt Sovet hakimiyyətinin xarakterini çox aydın şəkildə açıb göstərir.
    Bəli, Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasından yarım əsr vaxt ötür. Biz sizə heç də rəsədxananın elmi-texniki göstəriciləri haqqında danışmaq fikrində deyilik. Məsələ yarım əsr əvvəl Sovet hakimiyyətinin Azərbaycanda elmin inkişafına göstərdiyi qayğıyla hazırkı milli xəyanət hökumətlərinin Azərbaycan elminin kökünə balta vurmaq siyasətlərinin müqayisəli təhlilidir.
    Fikir verin, 1966-cı ildə Şamaxı Astrofizika Rəsədxanasına 2 metrlik güzgülü teleskop quraşdırılır, Sovet hökuməti bu işə nə az, nə çox, düz 2 milyard rubl xərcləyir.
    Gəlin görək yarım əsr əvvəl Sovet hökumətinin bir teleskopa 2 milyard rubl vəsait xərcləməsi nə deməkdir? Bunun nə demək olduğunu bilmək üçün milli xəyanət hökumətinin hazırda elmə nə qədər vəsait sərf etdiyini bilmək və qarşılıqlı müqayisələr aparmaq çox vacibdir.
    2010-cu ilin dövlət büdcəsinin layihəsində sözügedən ildə elmi avadanlıqların alınması üçün cəmi 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu, amma milli xəyanət hökuməti onsuzda simvolik məbləğ hesab edilən bu vəsaiti də elmə çox gördü; nəticədə 2010-cu ildə elmi avadanlıqların aparaturaların alınmasına ayrılması nəzərdə tutulan vəsait beş dəfə azaldılaraq mikroskopik məbləğə, cəmi 2 milyon manata endirildi.
    Bəli, Sovet hökuməti yarım əsr əvvəl Şamaxı Astrofizika Rəsədxanasının maddi texniki təminatına, daha konkret desək, 2 metrlik böyük güzgülü teleskopun quraşdırılmasına (bu öz dövrünün Avropa üzrə ən böyük güzgülü teleskopu idi) 2 milyard manat pul xərclədiyi halda, bundan yarım əsr sonra mlli xəyanət hökuməti ümumilikdə elmi tədqiqat institutlarının, laboratoriyaların avadanlıqlarla təchizatına cəmi 2 milyon manat vəsait ayırır. Başqa sözlə, Sovet hökumətinin yarım əsr əvvəl bir teleskop üçün xərclədiyi vəsait indiki mlli xəyanət hökumətininümumilikdə elmin maddi-texniki bazasının yaxşılaşdırılması üçün ayırdığı vəsaitdən nə az, nə çox, düz 1000 (min) dəfə daha böyük məbləğ pul deməkdir. Dəhşət!!! Yarım əsr əvvəlki intibaha da baxın, yarım əsr sonra düşdüyümüz tənəzzülə də.
    Sovet hökumətinin Şamaxı Astrofizika Rəsədxanasının bir böyük teleskopu üçün xərclədiyi 2 milyard manat o qədər böyük vəsaitdir ki, hazırkı istehsal gücüylə Gəncə şəhəri bu məbləğdə məhsul istehsal etmək üçün 10 il işləməlidir, amma milli xəyanət hökumətinin indi elmə ayırdığı vəsait o qədər gülünc, o qədər simvolik iəbləğdir ki, bu qədər vəsaiti Poladtökmə zavodunun cəmi bir sexi bir neçə gündə istehsal edir.
    Başqa bir müqayisəylə Sovet hökumətinin bir teleskop üçün xərclədiyi vəsait Gəncə, Sumqayıt, Şəki, Şamaxı, Mingəçevir, Əlibayramlı, Naxçıvan, Lənkəran Zaqatala şəhərlərinin birlikdə illik gəlirindən dəfələrcə böyük məbləğdə pul deməkdir. Amma indi milli xəyanət hökumətinin elmə ayırdığı vəsaitin miqyası o qədər kiçikdir ki, bunu ancaq Azərbaycan milyonçularının Şakira, Senifer Lopez kimi elit fahişələrə bir gecə üçün verdikləri bəxşişlə müqayisə etmək olar.
    Milli xəyanət hökumətlərinin son 20 ildə alimlərin, elmi işçilərin, elmi tədqiqat institutlarının, Milli Elmlər Akademiyasının və onun filiallarının saxlanması üçün yəni bir sözlə, son 20 ildə ümumilikdə elmin saxlanmasına (bura həmçinin 20 ildə alimlərə, elmi işçilərə ödənən maaşlar da daxildir) sərf etdiyi vəsaitin toplam məbləği belə Sovet hökumətinin bir tək Şamaxı Astrofizika Rəsədxanasının böyük teleskopu üçün xərclədiyi vəsaitdən 4-5 dəfə azdır. Başqa sözlə, Sovet hökumətinin yarım əsr əvvəl bir teleskop üçün xərclədiyi vəsaiti bugünkü milli xəyanət hökumətləri son 20 ildə ümumilikdə elmin saxlanmasına və inkişafına xərcləməmişdirlər.
    Bunun nəticəsidir ki, Sovet hakimiyyəti zamanı dünya miqyaslı kəşflər edən (bu kəşflərə görə İbrahimovun adı Mars kraterləlindən birinə verilmişdi) Şamaxı Astrofizika Rəsədxanası indi canı çıxan ölüyə bənzəyir və dörd bir yanında istirahət-əyləncə məkanları adı altında fahişəxanalar, qadır adveri məntəqələri fəaliyyət göstərir.
    Bəli, Şamaxı Astrofizika Rəsədxanasının böyük güzgülü teleskopundan dünənki Sovet hökumətiylə bugünkü milli xəyanət hökumətinin müqayisəli təhlili belə göründü və o şəxslərki Sovet hökuməti zamanı Azərbaycan xalqının guya müstəmləkə, kölə olması, sərvətlərimizin daşınıb aparılması barədə yalançı, sentimental hekayələr uydurub danışırlar, bax onlar üçün bu müqayisədən götürüləcək çox böyük dərslər var. Bedədəri qoy özləri üçün belə bir sual versinlər və yaxşı-yaxşı fikirləşsinlər ki, əgər Azərbaycan xalqı Sovetlər dönəmində müstəmləkə, kölə olubsa, onun təbii sərvətləri daşınıb aparılıbsa, onda necə olur ki, yarım əsr əvvəl ildə cəmi 14-15 milyon ton neft hasil edən Azərbaycanda dəyəri 2 milyard manat olan teleskoplar quraşdırıldığı rəsədxanalar, Kosmik Tədqiqat mərkəzləri fəaliyyət göstərdiyi halda, bugün ildə 50 milyon ton neft hasil edən Respublika öz elminin inkişafına cəmi 2 milyon manat ayıracaq qədər acınacaqlı vəziyyətə düşüb?
    Maraqlı sualdır, elə deyilmi? Bəli, maraqlı olduğu qədər də düşündürücü və ibrətamiz sualdır; yarım əsr əvvəl 14 milyon ton neft hasil edən Azərbaycanda tək bircə böyük teleskopunun qiyməti 2 milyard manat olan Rəsədxana tikilirdi, bugün isə 50 milyon ton neft çıxaran Azərbaycanda ümumilikdə elmə ayrılan vəsait bundan 1000 (min) dəfə az, cəmi 2 milyon manat qədər mikroskopik məbləğ təşkil edir.
    Buradan 2 mühüm nəticə hasil olur: 1-cisi odur ki, Sovet hakimiyyəti zamanı yox, indi, bugün kölə və müstəmləkəyik, dünən yox, bugün bizim sərvətlərimiz xarici şirkətlər tərəfindən daşınıb aparılır; 2-cisi isə Sovet hökuməti indiki milli xəyanət hökumətiylə müqayisədə qat-qat daha çox milliydi, bəli, bəşəri, beynəlmləl olduğu qədər də milli idi, Azərbaycan xalqının inkişafı üçün milyardlarla dəyəri olan Rəsədxanalar, Kosmik Tədqiqat mərkəzləri, Elmi Tədqiqat İnstitutları, Elmlər Akademiyası yaradacaq qədər milli idi, indiki hökumət isə milli simvollarla (üçrəngli bayraq, səkkizguşəli ulduz və aypara və s.) pərdələnmiş anqlosaks koloniyası, masson maraqlarına xidmət edən komprador (satqın) burjua rejimidir, hansıki mövcudluğu sadəcə bir məqsədə–Azərbaycanın sərvətlərini xarici korparasiyaların bank hesablarına transfer etməyə hesablanıb və bu «xidmətin» müqabilində onlar özləri də yaxşı qazanırlar.

Məqalə 527 dəfə oxundu
 

Məqaləyə münasibətiniz:
Adınız:
Soyadınız:
Email
Münasibətiniz:
 
Əsas səhifəyə keçid Seçilmışlərə əlavə et Start səhifəsi et
 
 
 
 
Günün şüarı
 
Müstəqil, Nümunəvi, Sosialist Azərbaycan uğrunda!
 
 
 
 
 
 
 
Şəxsiyyətlər
 
Çingiz İldırım
 
 
 
 
 
 
Videoarxiv
 
 
Audioarxiv
 
 
Fotoarxiv
 
 
Xəbər arxivi
 
<<< 2010 >>>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 
 
 
Qarabağı unutma!
 
 

Xocəvənd

Xankəndi  

Xocalı  

Şuşa

Laçın

Kəlbəcər

Ağdərə

Ağdam

Cəbrayıl

Füzuli

Qubadlı

Zəngilan

18/11/1991

26/12/1991

26/02/1992

08/05/1992

17/05/1992

02/04/1993

07/07/1993

23/07/1993

23/08/1993

23/08/1993

31/08/1993

29/10/1993

 
 
 
 
Saytı hazırladı: -= Elsən Quliyev (Bakı,Azərbaycan) =-  E-mail: e5-q5@rambler.ru;